05.22.2017 19:35
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981
El­yar MU­RA­DOV, Azər­bay­can Döv­lət Də­mir Yo­lu Sər­ni­şin Da­şı­ma İs­teh­sa­lat Bir­li­yi­nin rəi­si Mənbə: «Respublika» qəzeti, 3 may 2008-ci il. Nü­ma­yiş olu­nan bu ma­te­rial­lar­dan gö­rü­nür ki, 1970-80-ci il­lər­də məhz Hey­dər Əli­ye­vin tə­şəb­bü­sü ilə Azər­bay­ca­na ilk Tu-134, Tu-154, Yak-40 tip­li reak­tiv təy­ya­rə­lər, Mi-2, Mi-8 ver­tol­yot­la­rı gə­ti­ril­miş, ra­hat təy­ya­rə li­man­la­rı, vağ­zal­lar, ae­rof­lot agent­lik­lə­ri üçün bi­na­lar, ye­ni uçuş-en­mə zo­laq­la­rı ti­ki­lib is­ti­fa­də­yə ve­ril­miş, 70-ci il­lə­rin so­nu­na qə­dər res­pub­li­ka­mı­zın şə­hər­lə­ri və ra­yon mər­kəz­lə­ri Ba­kı ilə ha­va xət­lə­ri bir­ləş­dir­miş­dir. Böl­mə­də nü­ma­yiş et­di­ri­lən «Okt­yabr in­qi­la­bı» or­de­ni 1980-ci il­lə­rin əv­vəl­lə­rin­də Hey­dər Əli­ye­vin ha­ki­miy­yə­ti döv­rün­də sər­ni­şin və yük da­şın­ma­sı­na, xalq tə­sər­rü­fa­tın­da avia­si­ya­nın təd­biq edil­mə­si­nə dair plan­la­rın ye­ri­nə ye­ti­ril­mə­si­nə və ye­ni avia­si­ya tex­ni­ka­sı­nın mə­nim­sə­nil­mə­sin­də yük­sək nai­liy­yət­lər əl­də et­di­yi­nə gö­rə Azər­bay­can Mül­ki Avia­si­ya İda­rə­si­nə SS­Rİ Ali So­ve­ti tə­rə­fin­dən ve­ril­miş­dir. Hey­dər Əli­yev və Azər­bay­can mül­ki avia­si­ya­sı ad­la­nan böl­mə­də 1970-80-ci il­lər­də mül­ki avia­si­ya­da qa­za­nı­lan mü­vəf­fə­qiy­yət­lər­lə bə­ra­bər, res­pub­li­ka­mız müs­tə­qil­lik əl­də et­dik­dən, Hey­dər Əli­yev ikin­ci də­fə ha­ki­miy­yə­tə qa­yıt­dıq­dan son­ra avia­si­ya­mız­da baş ve­rən kök­lü də­yi­şik­lik­lə­ri əks et­di­rən ma­te­rial­lar xü­su­si yer tu­tur. Ma­te­rial­lar­dan ay­dın olur ki, ha­ki­miy­yə­tə gəl­di­yi ilk an­lar­dan mül­ki avia­si­ya­mız­da mil­li kadr­la­rın ha­zır­lan­ma­sı­na önəm ve­rən Hey­dər Əli­yev 1992-ci il­də ya­ra­dıl­mış Mil­li Avia­si­ya Mər­kə­zi­nin Mil­li Avia­si­ya Aka­de­mi­ya­sı ad­lan­dı­rıl­ma­sı haq­qın­da ver­di­yi gös­tə­riş və mil­li kadr­la­rın ha­zır­lan­ma­sı ba­rə­də de­di­yi söz­lər: «Mən xoş­bəx­təm ki, ar­tıq in­di Azər­bay­can mül­ki avia­si­ya­sı­nın mil­li kadr­la­rı - azər­bay­can­lı təy­ya­rə­çi­lər, mü­hən­dis­lər, mü­tə­xəs­sis­lər var­dır və on­lar Azər­bay­ca­nın mül­ki avia­si­ya­sı­nı bu gün də, gə­lə­cək­də də in­ki­şaf et­di­rə­cək­lər». Azər­bay­ca­nın müa­sir mül­ki avia­si­ya inf­rast­ruk­tu­ru­nun ya­ra­dıl­ma­sı, mad­di-tex­ni­ki ba­za­sı­nın möh­kəm­lən­di­ril­mə­si, mül­ki avia­si­ya­ya 200 mil­yon dol­lar məb­lə­ğin­də sər­ma­yə qo­yul­ma­sı haq­qın­da Hey­dər Əli­ye­vin qə­rar qə­bul et­mə­si, onun tap­şı­rı­ğı ilə Ba­kı Bey­nəl­xalq Ha­va Li­ma­nı­nın, həm­çi­nin böl­gə­lə­ri­miz­də bir çox ha­va li­man­la­rı­nın ye­ni­dən qu­rul­ma­sı, 2000-ci il­də sər­ni­şin­da­şı­ma­da müa­sir stan­dart­la­ra ca­vab ve­rən, təh­lü­kə­siz uçuş tə­min edən ilk «Boinq 757-200» təy­ya­rə­si­nin Azər­bay­ca­na gə­ti­ril­mə­si, Hey­dər Əli­ye­vin rəh­bər­li­yi döv­rün­də «Azər­bay­can Ha­va Yol­la­rı» Döv­lət Kon­ser­ni­nin nü­fuz­lu bey­nəl­xalq avia­si­ya təş­ki­lat­la­rı­na üzv ol­ma­sı ki­mi zən­gin ma­te­rial­lar nü­ma­yiş olu­nur. 1999-cu ilin sent­yab­rın 30-da Ba­kı ha­va li­ma­nı bey­nəl­xalq ae­ro­vağ­zal komp­lek­si­nin açı­lı­şı ol­muş­du. Mə­ra­sim­də iş­ti­rak edən Hey­dər Əli­yev de­miş­dir: «Bu ae­ro­vağ­zal komp­lek­si­nin is­ti­fa­də­yə ve­ril­mə­si sa­yə­sin­də Azər­bay­ca­nın dün­ya ilə əla­qə­si da­ha da sü­rət­lə­nə­cək­dir. Mən əmi­nəm ki, ae­ro­vağ­zal komp­lek­si bu qə­dər gö­zəl ol­du­ğu ki­mi, o qə­dər də gö­zəl is­tis­mar, is­ti­fa­də edi­lə­cək­dir. Biz Azər­bay­can mil­li avia­si­ya­sı­na, «AZAL» kon­ser­ni­nə bö­yük qiy­mə­tə ma­lik, ha­mı­mız üçün se­vin­di­ri­ci olan bir bi­na - ae­ro­vağ­zal komp­lek­si təq­dim edi­rik. On­la­rın və­zi­fə­si bun­dan sə­mə­rə­li is­ti­fa­də et­mək, onu göz bə­bə­yi ki­mi qo­ru­maq­dan iba­rət­dir. Hə­mi­şə dü­şün­mək la­zım­dır ki, bu­ra­da bü­tün iş­lə­rə çox eh­ti­yat­la ya­na­şıl­ma­lı­dır. Və­zi­fə on­dan iba­rət ol­ma­lı­dır ki, Azər­bay­ca­na gə­lən, öl­kə­mi­zi zi­ya­rət edən hər bir in­san, hər bir şəxs bu ae­ro­vağ­zal komp­lek­sin­də özü­nü ra­hat hiss et­sin. Azər­bay­ca­nın dün­ya­ya qa­pı­sı olan ha­va li­ma­nın­da müa­sir tə­ləb­lə­rə ca­vab ve­rən, öl­kə­mi­zin bey­nəl­xalq əla­qə­lə­ri üçün bö­yük xid­mət gös­tə­rə bi­lən bu gö­zəl ae­ro­vağ­zal komp­lek­si müs­tə­qil Azər­bay­ca­na bu gün və uzaq gə­lə­cək­də bö­yük xid­mət­lər gös­tə­rə­cək­dir». Pre­zi­dent Hey­dər Əli­yev tək­cə pay­taxt ae­ro­por­tu­nu de­yil, öl­kə­nin di­gər böl­gə­lə­rin­də­ki ha­va li­man­la­rı­nın da sər­ni­şin­lə­rə yük­sək sə­viy­yə­də xid­mət gös­tər­mə­si qay­ğı­sı­na qa­lır, apa­rı­lan iş­lə­rin ge­di­şi­ni daim diq­qət mər­kə­zin­də sax­la­yır, tap­şı­rıq­lar ve­rir, ic­ra­sı ilə ma­raq­la­nır­dı. 2001-ci il­də Nax­çı­van MR Ali Məc­li­sin­də çı­xış edər­kən fik­ri­ni be­lə açıq­la­mış­dı: «Mən çox­dan bu fi­kir­də idim ki, Nax­çı­van Ha­va Li­ma­nı­nı ye­ni­dən qu­raq. Yə­ni ye­ni bir ha­va li­ma­nı ti­kək. Bi­rin­ci­si gə­rək elə edək ki, təy­ya­rə­lər bu­ra­dan tək­cə Ba­kı­ya, Gən­cə­yə yox, bir çox is­ti­qa­mət­lə­rə uç­sun. İkin­ci­si isə, Nax­çı­van öz coğ­ra­fi və­ziy­yə­ti­nə gö­rə elə yer tu­tur ki, bu­ra­da bey­nəl­xalq stan­dart­la­ra uy­ğun ha­va li­ma­nı­nın ol­ma­sı tək­cə Nax­çı­van üçün yox, bü­tün dün­ya öl­kə­lə­ri üçün də çox əhə­miy­yət­li ola­caq­dır. Bun­la­rı nə­zə­rə ala­raq mən be­lə bir qə­ra­ra gəl­dim». 2004-cü il­də bu gös­tə­riş də ye­ri­nə ye­ti­ril­di. Hə­min ilin may ayın­da Nax­çı­van MR-da ən müa­sir tə­ləb­lə­rə ca­vab ve­rən bey­nəl­xalq ha­va li­ma­nı is­ti­fa­də­yə ve­ril­di. Eks­po­zi­si­ya­da nü­ma­yiş olu­nan ma­te­rial­lar de­mə­yə əsas ve­rir ki, hə­qi­qə­tən də, Hey­dər Əli­yev Azər­bay­can müa­sir mül­ki avia­si­ya­sı­nın me­ma­rı­dır.

MÜNDƏRİCAT

İ.Əliyeva. Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi əsl ümumxalq bayramıdır
Ziya Məmmədov. Qlobal iqtisadi layihələrin reallaşması ümummilli liderimizin müstəsna xidmətlərindəndir
Cavid Qurbanov. Yük­sə­li­şə apa­ran yol­la­rı­mı­zın qüd­rət­li bə­ləd­çi­si
Sakit Hüseynov. Hamının sevdiyi tarixi şəxsiyyət
Tağı Əhmədov. Ba­kı Met­ro­po­li­te­ni ulu ön­də­ri­mi­zin diq­qət və qay­ğı­sı sa­yə­sin­də in­di­ki sə­viy­yə­yə çat­mış­dır
Adil Teymurov. Ye­ral­tı nəq­liy­yat sek­to­ru­nun in­ki­şa­fı ulu ön­də­rin adı ilə bağ­lı­dır
Eldar Əhmədov. Hüquqi dövlət quruculuğunda Heydər Əliyevin rolu və xidmətləri misilsizdir
Aydın Bəşirov. Dahi xilaskar
А.Н.Аббасбейли. Борьба Европейского Союза и ОБСЕ против международного терроризма
Məhərrəmov A.A. Avropa İttifaqına daxil olan bir sıra üzvdövlətlərin ətraf mühitin mühafizəsi sahəsində rolu və milli təcrübəsi
Аль Зубири Мухаммед Ахмед. Международная борьба с терроризмом в контексте прав человека
M.M.Mürsəlov. Azərbaycanda sərnişin nəqliyyatı sisteminin təkmilləşdirilməsi problemləri
A.M.Əsədov. Nəqliyyatda həyat fəaliyyətinin təhlükəsizliyi problemləri
Эфендиев О.Ф. Некоторые актуальные вопросы европейской безопасности в аспекте современных международных отношений
Vəfaddin İbayev. İşgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar və cəza əleyhinə Konvensiya müddəalarının milli səviyyədə tətbiqi
A.M.Məhərrəmov. Azərbaycan Respublikası gömrük qanunvericiliyinin beynəlxalq hüquq normalarına uyğunluğu
Novruz Mehdiyev. Fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyətinin yaranması və beynəlxalq hüquqi aləmdə onun inkişaf tendensiyası
GUAM regionunun beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyası məsələlərinə həsr edilmiş beynəlxalq konfrans
Sovet avtomobil tarixindən
E.Vəliyev. Müasir beynəlxalq iqtisadi münasibətlərdə istifadə edilən terminlər
Rəsmi sənədlər
«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Girişçıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.