08.21.2017 16:11
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981
MƏhƏrrƏmov A.A., h.e.n., dosent əvəzi. Avropa İttifaqına daxil olan üzv-dövlətlərin ətraf mühitin mühafizəsi sahəsində rolu barədə mə¬sələ araşdırılarkən, ilk növbədə, qeyd etmək lazımdır ki, ətraf mü¬hi¬tin mühafizəsi sahəsində Avropa Bir¬liyinin hüquqi əsaslarının ya¬ran¬ma¬sına münasibətdə üzv-dövlətlər iki yerə bölünür: aktiv («yaşıl») və pas¬siv» dövlətlər. Avropa İttifaqının üzvü olan üç döv¬lət – Almaniya, Danimarka və Ni¬derland ötən əsrin 90-cı illərinin or¬talarından başlayaraq ətraf mü¬hi¬tin mühafizəsi sahəsində Av¬ropa Birliyinin si¬ya¬sə¬ti¬nin formalaşmasında mü¬hüm rol oynamışlar, yəni bu öl¬kələr hamı tərəfindən adı¬çə¬kilən siyasətin işlənib ha¬zır¬lanmasının «mühərriki» ki¬mi nəzərdən keçirilirdi. 1995-ci ildə İsveç, Fin¬lan¬di¬ya və Avstriya Avropa İt¬ti¬fa¬qına daxil olaraq «yaşıl» üzv-dövlətlərin sırasını ar¬tır¬dılar. Bütün üzv-dövlətlər ətraf mü¬hitin mühafizəsi sa¬hə¬sin¬də böyük əmək sərf etmişlər. Lakin ak¬tiv («yaşıl») kateqoriyadan olan Bir¬liyin altı üzv-dövlətinin - Al¬ma¬ni¬ya, Danimarka, Niderland, İsveç, Fin¬landiya və Avstriyanın ətraf mü¬hi¬tin mühafizəsi sahəsində Avropa Bir¬liyinin siyasət və səlahiyyətinin in¬kişaf edilməsindəki rolu və əmə¬yi daha çox maraq doğurur. Bir sıra mütəxəssislər «yaşıl» üzv-dövlətləri də fərqləndirir: a) ak¬tiv «təkanvericilər», yəni qeyd et¬diyimiz «passiv» və «neytral» üzv-dövlətlərdən daha aktiv olanlar və b) «sələflər», yəni ekoloji mü¬ha¬fizənin daha yüksək səviyyəsini nə¬zərdə tutan, yeridilmiş kursun iş¬lə¬nib hazırlanması mənasında Bir¬li¬yin ekoloji siyasətini daha da qa¬baq¬layan üzv-dövlətlər [1, s.149-167]. Təbiəti mühafizə sahəsində üzv-döv¬lətlər Avropa İttifaqı Şurasının işin¬də bilavasitə iştirak edir və onun iş proseduruna təsir gös¬tər¬mə¬yə malikdirlər [2, s.272-291]. Bun¬dan əlavə, kon¬kret hadisə zamanı üzv-dövlətlər Şu¬ranın gündəliyinə xü¬susi mə¬sə¬lə¬lər daxil edə bilərlər. Da¬nimarka ət¬raf mühitin mü¬ha¬fi¬zə¬si sahəsində ak¬tual məsələlərin həl¬li zamanı bu hü¬quqdan tez-tez is¬ti¬fa¬də edir. Belə ki, ekoloji mə¬sə¬lə¬lər Danimarkanın si¬yasətində mü¬hüm rol oynayır [3, s.36-58]. Şuranın işində mühüm əhəmiyyət kəsb edən məqam səsvermə pro¬se¬du¬¬rudur. İxtisaslaşdırılmış ək¬sə¬riy¬yə¬¬tin səsvermə proseduru (İƏS) eko¬¬¬loji məsələlər üzrə daxili ba¬za¬rın harmonizasiyasına birbaşa aid olan qərarların qəbul edilməsi üçün Va¬hid Avropa Aktına daxil edil¬miş¬dir (m. 100»a»). Maastrixt Mü¬qa¬vi¬lə¬si təbiəti mühafizə siyasətində bu pro¬sedurun təsir dairəsini ge¬niş¬lən¬dir¬di. Altı «yaşıl» üzv-dövlət ix¬ti¬sas¬laş¬dı¬rılmış əksəriyyətin səsverməsi za¬manı qərarların dayandırılması üçün kifayət qədər səsə malikdir. La¬kin ayrı-ayrı hallarda onun mü¬hüm¬lüyünü nəzərə alaraq belə və¬ziy¬yəti şişirtmək lazım deyil. Qeyd edək ki, birincisi, real səsvermə tez-tez baş vermir. Hətta ix¬ti¬sas¬laş¬dı¬rılmış əksəriyyətin səsverməsi şə¬raitində də Şurada danışıqlar kon¬sen¬sus əldə olunana kimi davam edə bilər. İkincisi, etiraf edək ki, blok yaratmış «yaşıl» azlıq möh¬kəm birlik sayılmır. Məsələn, əgər Al¬maniya və ya digər iki ölkə «rə¬qib» tərəfə keçsə, koalisiya öz for¬mal təsirini itirəcək. Üçüncüsü, hət¬¬ta alyans birlik formasında qalsa da, ixtisaslaşdırılmış əksəriyyətin səs¬¬verməsi zamanı altı üzv-dövlətin cəhd¬ləri neqativ təsir bağışlayacaq. Bu «altılıq» prinsipcə onlara sərf et¬¬məyən qanunvericilik aktlarının qə¬¬bul edilməsini dayandıra bilər, la¬¬kin əksər üzv-dövlətlərin razılığı ol¬madan ekoloji proqressiv tək¬lif¬lə¬rin qəbul edilməsini məcbur edə bil¬¬məz. Lakin necə olsa da Şurada «ya¬şıl» faktorların mövqeyi ilə he¬sab¬¬laşır, onların nöqteyi-nəzərləri cid¬¬di qəbul olunur. Brüsseldə yerləşən ekoloji mə¬sə¬lə¬lər üzrə attaşedən ibarət olan Dai¬¬¬mi nümayəndələr Komitəsi və Eko¬loji qrup Şuranın işində mühüm rol oynayır. Bundan əlavə, bəzi hal¬larda ekspertlər səviyyəsində dai¬¬mi və xüsusi işçi qrupları da fəa¬liy¬¬yət göstərir. Hal-hazırda yeni üzv-dövlətlər Eko¬¬loji Qrupda öz diqqətlərini işin tex¬niki aspektlərinə yönəldirlər. Xü¬susən İsveç və Avstriya gün¬də¬lik siyasi proseslərə yaxşı dü¬şü¬nül¬müş əmək sərf edirlər. Yüksək ef¬fek¬t¬lilik özünü ölkə daxilində də gös¬tərir. Belə ki, məsələn, İsveçin Eko¬logiya Nazirliyi və ətraf mü¬hi¬tin mühafizəsi üzrə Agentliyin Av¬ro¬pa İttifaqı ilə mühüm danışıqlar apar¬ması nəticəsində təbiəti mü¬ha¬fi¬zə problemlərinə həlli vacib mü¬hüm siyasi məsələlər kimi baxıldı. Bu məsələlər öz əksini Avropa İt¬ti¬fa¬qı ilə əməkdaşlıq strategiyası haq¬qında rəsmi memorandumda tap¬¬dı. Digər ölkələrin mövqeyinə gö¬¬rə, İsveçin rolunun effektliliyi re¬al əsasa söykənən hədsiz sübut gös¬¬tərmənin nəticəsidir. Danimarka Ekolo;i qrupun işində öz mövqeyini siyasi aspektlərə yö¬nəlt¬diyi halda, Almaniya, Ni¬der¬land, müəyyən dərəcədə Finlandiya da¬ha çox praqmatik yanaşma nü¬ma¬yiş etdirirlər. Bu dövlətlərə görə, sə¬lahiyyətlilik Ekoloji qrupun əsas re¬sursu ola bilər. Üzv-dövlətlər Avropa Parlmenti ilə münasibətlərini öz xüsusi Av¬ro¬pa parlamentinin üzvləri vasitəsilə sax¬layırlar. «Yaşıl» üzv-dövlətlərin Av¬ropa Parlamentində öz nü¬ma¬yən¬də¬ləri ilə münasibətləri qaydaya sa¬lı¬nır, bir sıra dövlətlər, o cümlədən Al¬maniya öz mövqelərini daimi əsas¬da xüsusi nümayəndələrinə bil¬di¬rir. Nisbətən yeni üzv-döv¬lət¬lər¬dən yalnız Finlandiya öz nü¬ma¬yən¬də¬lərinə ekoloji məsələlər üzrə bu və ya digər dərəcədə təlimat gön¬də¬rir. Avstriya, o cümlədən Da¬ni¬mar¬ka hal-hazırda bu istiqamətdə iş¬lər görürlər. Bütün altı ölkələrdə gö¬rüşlər zərurət olduğu halda ke¬çi¬ri¬lir və əsas diqqət birinci dərəcəli və mübahisəli məsələlərə yönəlir. Qeyd olunan altı üzv-dövlətdən hal-hazırda daha aktiv fəaliyyətdə olan Danimarkadır. Lakin qeyd et¬mək lazımdır ki, Danimarka ak¬tiv¬li¬yi son dərəcə müdafiə is¬ti¬qa¬mət¬li¬dir. Hal-hazırda Danimarka sələf möv¬qeyini tuturaq «təkanverici» po¬tensiala istiqamətlənir [4, s.251-286]. Ekoloji böhran dövründə, yəni XX əsrin 60-cı illərində bir sıra öl¬kə¬lərdə ekoloji məsələlərlə məx¬su¬si məşğul olan idarələr mövcud ol¬madığına görə, ətraf mühitin mü¬ha¬fizəsi məsələləri, bir qayda ola¬raq, artıq mövcud olan dövlət or¬qan¬ları (məsələn, Səhiyyə Na¬zir¬li¬yi, Xarici Ticarət və Sənaye Na¬zir¬li¬yi) tə¬rə¬fin¬dən həyata keçirilirdi. Müasir təbiəti mühafizə qa¬nun¬ve¬ri¬ciliyinin yaranması ilə bir sıra öl¬kə¬¬lərdə xüsusi dövlət strukturları ya¬¬ranmağa başladı. Bu strukturlar kon¬¬sultativ (məşvərət) və icraedici-təş¬¬kilati orqanlarına bölünür. Hal-ha¬¬zırda xüsusi orqanlar demək olar ki, bütün ölkələrdə fəaliyyət gös¬tə¬rir. Konsultativ orqanların işi ətraf mü¬¬hitin vəziyyəti, inkişaf la¬yi¬hə¬lə¬ri¬nin işlənib hazırlanma və real¬laş¬ma prosesində ətraf mühitə təsirin proq¬¬nozlaşdırılması; müxtəlif ida¬rə¬lər, dövlət aparatının maraqları ilə tə¬¬sərrüfat subyektlərinin ma¬raq¬la¬rı¬nın balanslaşdırılması barədə ic¬ra¬edi¬ci orqanları mə¬lu¬mat¬lan¬dır¬maq¬dan ibarətdir. Avropa Birliyi çər¬çi¬və¬sində ətraf mühitin mühafizəsi sa¬həsində çox oricinal idarəetmə sis¬¬temi yaranmışdır. Bu sistem hət¬ta demək olar ki, super təşkilatların (üst¬¬milli institutların) yaranmasına gə¬¬tirib çıxarmışdır. Avropa Birliyinin üzv-döv¬lət¬lə¬ri¬nin qanunvericilik müddəalarına mü¬vafiq olaraq ətraf mühitin mü¬ha¬fi¬zəsi sahəsində əsas icarəedici-təş¬ki¬lati orqanlar bunlardır: nazirliklər, xid¬mət orqanları, agentliklər, eko¬lo¬ji siyasətin işlənib hazırlanması, ət¬raf mühitin mühafizəsi üzrə proq¬ram¬ların koordinasiyası, ekoloji stan¬dartların təşkili, monitorinq, yer¬li hakimiyyət orqanlarına elmi-me¬todik, texniki və maliyyə dəs¬tə¬yi, təbiəti mühafizə qa¬nun¬ve¬ri¬ci¬li¬yi¬nin tələblərinin yerinə ye¬ti¬ril¬mə¬si¬nin təmini, beynəlxalq əməkdaşlıq üz¬rə komitələr. Almaniya ətraf mühitin mü¬ha¬fi¬zə¬sinin qanunvericilik yolu ilə tən¬zim¬lənməsini federal səviyyədə hə¬ya¬ta keçirməklə mərkəzi ekoloji ida¬rəetməni gücləndirir [5, s.20]. Al¬¬ma¬ni¬ya¬da ekoloji ibarəetmə, əsa¬sən, tor¬paq məsələlərini əhatə edir. Hə¬¬lə¬lik federal səviyyədə ətraf mü¬hi¬tin mü¬hafizəsi haqqında Məcəllə qə¬bul edil¬məyib. Buna görə də kom¬pleks tən¬zimlənmə haqqında da¬nışmaq hə¬lə tezdir. Hal-hazırda Al¬¬ma¬ni¬ya¬nın ətraf mühit hüququ bir qay¬da ol¬a¬raq inzibati hüququn tər¬kib his¬sə¬si kimi [6, s.594], daha doğ¬rusu, inzibati hü¬quqla birlikdə abi¬də və land¬şaft¬la¬rın qorunması hü¬ququ kimi başa dü¬şülür (dağ-mə¬dən, su, balıqçılıq, me¬şə hüquqları və ovçuluq tə¬sər¬rü¬fat hüquqlarına aid edilir) [7, s.11]. Federal sə¬viy¬yə¬də ətraf mühitin mühafizəsi sfe¬ra¬sını 1986-cı ildə yaranmış Ət¬raf mü¬hitin mühafizəsi, təbiətin qo¬run¬ma¬sı və radiasiya təhlükəsizliyi üz¬rə Nazirlik tənzimləyir. Bu na¬zir¬lik, əsa¬sən, idarəetmə funk¬si¬ya¬la¬rı¬nı (eko¬loji siyasətin plan¬laş¬dı¬rıl¬ma¬sı və kommunikasiyası, idarəetmə üz¬rə qanun və normaların ha¬zır¬lan¬ma¬sı) yerinə yetirir və ekoloji qa¬nun¬vericiliyin birbaşa yerinə ye¬ti¬ril¬mə¬sinə görə məsuliyyət daşımır, yə¬ni ic¬raedici funksiya daşımır [8, s.635-638]. Bu na¬zirliyə aşağıdakı ida¬rə¬lər tabedir: Eko¬loji federal Xidməti (nazirliyin el¬mi ekspertiza ilə təmin olun¬ma¬sı¬na yardım edir, ekoloji mə¬¬lu¬mat¬la¬rın toplanması, işlənib ha¬zırlanması, o cümlədən ekoloji maa¬rifləndirmə mə¬sələləri ilə məş¬ğul¬dur); Təbiətin mü¬hafizəsinin fe¬de¬ral Xidməti (tə¬bi¬ətin və lan¬d¬şaft¬la¬rın mü¬ha¬fi¬zə¬si¬nin həyata ke¬çi¬ril¬məsi); Radiasiya tə¬sirindən mü¬ha¬fi¬zə üzrə federal Xid¬mət (atom ener¬ji¬si sahəsində ida¬rəetmə funk¬si¬ya¬la¬rını yerinə ye¬ti¬rir, o cümlədən nüvə ma¬terialları və radioaktiv mad¬də¬lə¬rin dövlət qo¬run¬masına görə mə¬su¬liy¬yətlidir). Ge¬netik şəklini də¬yiş¬miş or¬qa¬nizm¬lə¬rin tətbiq edilməsi və bu¬ra¬xıl¬ma¬sına icazə verən fe¬de¬ral orqan Ro¬bert Kox adına İns¬ti¬tut¬dur. Biosidin bu¬raxılmasına görə mə¬suliyyəti Tib¬bi əmək və əməyin mü¬hafizəsi üz¬rə Federal Nazirlik da¬şıyır, bit¬ki¬lə¬¬rin mühafizəsi va¬si¬tə¬lərinin is¬teh¬sa¬lı və istifadə edil¬mə¬sinə icazəni isə Bioloji federal Mər¬kəz verir. Fe¬deral idarələr ov¬çu¬luq, ətraf mü¬hi¬tin mühafizəsi və land¬şaftların qo¬r¬unması; torpaqların ay¬rılması, əra¬zilərin təşkili və su təc¬hizatı üz¬rə əsas təlimatların dərc edil¬məsi hü¬ququna malikdirlər. Niderland krallığının coğrafi möv¬¬qeyini nəzərə alaraq suyun is¬ti¬fa¬¬dəsi və qorunması məsələləri döv¬¬lət orqanlarına tapşırılmışdır, su nə¬¬zarəti orqanlarının nor¬ma¬ya¬ra¬dı¬cı¬¬lıq və digər vəzifələri, onların fəa¬¬liyyətinə əyalətlər tərəfindən nə¬¬zarət edilməsinin qaydası isə par¬la¬¬ment aktı ilə müəyyən edilir. Fransada ətraf mühit haqqında qa¬nunvericiliyin kodifikasiyası 10 il da¬vam etmişdir. Fransız Mə¬cəl¬lə¬sin¬də ətraf mühitin mühafizəsinə dair normalar ilə yanaşı ayrı-ayrı tə¬bii ehtiyatların istifadəsinə dair nor¬malar da əksini tapmışdır. Lakin tə¬bii ehtiyatların istifadəsi ilə bağlı hü¬quqi tənzimlənmənin bəzi sa¬hə¬lə¬ri sistemləşdirmə prosesinə daxil edil¬məmişdir. Belə ki, yeraltı qaz, neft, kimyəvi məmulatlar sahəsində tən¬zimlənmənin aid olunduğu dağ-mə¬dən hüququ normaları ko¬di¬fi¬ka¬si¬ya olunmamışdır [9, s.230-284]. Fransının ətraf mühit haqqında Mə¬cəlləsi bu aktın həcmini və ma¬hiy¬yətini əks etdirən mürəkkəb və ge¬niş struktura malikdir: burada his¬sə¬lərə, fəsillərə, bölmələrə və mə¬qa¬lələrə (paraqraflara) bölünən 6 ki¬tab əks olunmuşdur («Ümumi müd¬dəalar», «Fiziki mühitlər», «Tə¬¬bii ərazilər», «Flora və fauna», «Çirk¬lənmənin, risklərin və digər ne¬¬qativ nəticələrin qarşısının alın¬ma¬sı», «Yeni Kaledoniyaya, Fran¬sız Polineziyasına, Uollis və Futun ada¬larına, Fransız cənub və an¬tark¬tik ərazilərinə və Mayotaya tətbiq olu¬¬nacaq şərtlər») [10, s.32]. Mə¬cəl¬lə təbii əra¬ziləri, ehtiyatları, tə¬bii mühiti, sa¬hələri və landşaftları, ha¬vanın key¬fiyyətini, bitkilərin və hey¬¬van¬la¬rın növ müxtəlifliyini mil¬lə¬tin ümu¬mi irsi kimi bəyan edir. On¬ların mü¬hafizəsi, yaxşılaşması, bər¬pası ic¬timai maraq kimi bəyan edi¬lərək, in¬sanların indiki və gə¬lə¬cək nə¬sil¬lə¬ri¬nin maraqları naminə sa¬bit in¬ki¬şa¬fa cəhd kontekstində nə¬zər¬dən ke¬çi¬rilir. Məcəllə qanunun tə¬yin et¬di¬yi çərçivələr daxilində in¬sa¬nın tə¬lə¬bat¬larının qənaətbəxş tə¬mi¬natına im¬kan yaradan dörd ümu¬mi prinsip təs¬bit edir: 1) ehtiyatlılıq prin¬sipi; 2) ətraf mühitə dəyən zi¬ya¬na görə pro¬filaktik tədbirlər prin¬sipi; 3) çirk¬ləndirən ödəyir prinsipi; 4) ət¬raf mühitə aid informasiyaya çı¬xış prin¬sipi. İspaniyanın hakimiyyət orqanları ya¬¬şayış keyfiyyətinin qorunması və ya¬x¬¬şılaşması məqsədilə, zəruri kol¬lek¬¬tiv birliyə söykənərək bütün tə¬bii resursların istifadəsinə nəzarət edir. Portuqaliyada ətraf mühit və ya¬şa¬yış keyfiyyəti tamamilə müəyyən edil¬mişdir. Belə ki, dövlətin üzə¬ri¬nə ətraf mühitin çirklənməsi və onun nəticələrini öz xüsusi or¬qan¬la¬rı vasitəsilə xəbərdar və nəzarət et¬mək, sahəvi səviyyədə işlənib ha¬zır¬lanmış və həyata keçirilən si¬ya¬sə¬tin müxtəlif sferalarının ekoloji is¬tiqamətlərinə kömək göstərmək və¬zifəsi qoyulur. İsveçin 1999-cü il Ətraf mühit Mə¬cəlləsi isveç mütəxəssisləri tə¬rə¬findən ətraf mühit haqqında qa¬nunvericiliyin çərçivə aktı kimi müəy¬yən olunur. Məcəllənin çər¬çi¬və¬liyi ondan ibarətdir ki, o, ümumi qay¬daya görə müxtəlif əmə¬liy¬yat¬la¬rın son həddlərini təyin etmir və müx¬təlif maraqları tənzimləyərək təf¬silata varmır [11]. Qaydalar ətraf mü¬hit sahəsində ətraf mühitin mü¬ha¬fizə üzrə İsveç agentliyi və kim¬yə¬vi maddələr üzrə Milli mü¬fət¬tiş¬lik kimi mərkəzi hökumət agent¬lik¬lə¬ri tərəfindən nəşr edilən req¬la¬ment¬lərdə daha səciyyəvi şəkildə mü¬əyyən olunur. Ətraf mühit üçün təh¬lükəli olan bir çox əməliyyatlar üçün ətraf mühit üzrə məhkəmələr və ya regional inzibati şuralar tə¬rə¬fin¬dən icazə tələb olunur. Hər bir bə¬lədiyyədə nəzarət hakimiyyəti in¬¬sanların sağlamlığının və ətraf mü¬¬hitin ziyandan və zərərdən mü¬da¬fiə olunmasında əhəmiyyətli rol oy¬nayır. Məcəllədə, ilk növbədə, onun məqsəd və tapşırıqşlarının sis¬te¬mi müəyyən olunur. Məcəllənin məq¬sədi 1-ci maddəyə müvafiq ola¬raq, indiki və gələcək nəsillər üçün sağlam və təmiz ətraf mühiti tə¬min etmək iqtidarında olan sabit in¬kişafı qorumaqdan ibarətdir. Mə¬cəl¬lə insanların sağlamlığını və ət¬raf mühiti ziyandan və zərərdən mü¬dafiə etməli, dəyərli təbii və mə¬dəni ətraf mühiti, bioloji müx¬tə¬lif¬liyi qorumalıdır. İsveçin təbiəti mühafizə orqanları sis¬temində əsas vəzifəni meşə ida¬rə¬si daşıyır». Onun siyasəti iki mə¬sə¬lənin həll edilməsinə yö¬nəl¬miş¬dir: ətraf təbii mühitin mühafizəsi və oduncaqların istehsalı. Bundan əla¬və, İsveçin meşə idarəsi meşə-tə¬sərrüfatı tədbirlərinin, meşə-qey¬diy¬yatı işlərinin aparılması, o cüm¬lə¬dən meşə-sənaye kompaniyaların və xüsusi firmaların fəaliyyəti üzə¬rin¬də nəzarəti həyata keçirir. Bu ida¬rəyə meşə təsərrüfatı üzrə milli və regional şuralar daxildir. Bütün ida¬rəetmə təşkilatları bir-biri ilə sıx əla¬qəlidir [12, s.64]. Qeyd etmək lazımdır ki, ətraf mü¬hitin mühafizəsi sahəsində qa¬nun¬vericiliyin təmin olunması üzrə mə¬sələlər çox vaxt aşağı səviyyəli döv¬lət orqanları və bələdiyyə ida¬rə¬lərinə tapşırılır. Məsələn, Al¬ma¬ni¬yada ətraf mühitin mühafizəsi üz¬rə konkret tədbirlərin həyata ke¬çi¬ril¬məsini torpaqların mühafizəsi or¬qan¬ları və yerli idarələr təmin edir¬lər. Böyük əraziyə malik yerlərdə eko¬loji idarəetmə üç səviyyədə təş¬kil olunmuşdur: yüksək səviyyə - əsa¬sən qanunların hazırlanmasına sə¬lahiyyətli olan nazirlik; orta sə¬viy¬¬yə - ekoloji idarəetmə üzrə mə¬sə¬lələri həyata keçirən orqanlar; aşa¬ğı səviyyə – icazə pro¬se¬du¬run¬dan kənar nəzarəti xüsusən at¬mos¬fer havasının mühafizəsi sferasında hə¬yata keçirən aşağı səviyyəli or¬qan¬lar (kommunalar, dairələr, kiçik təş¬kilatlar, dövlət ekoloji mər¬kəz¬lə¬ri). Rəqabət aparan qanunvericilik sə¬lahiyyəti – torpaqların, təbii re¬surs¬ların ictimai mülkiyyət və ya ic¬timai təsərrüfatın digər for¬ma¬la¬rı¬na verilməsinə; kənd və meşə tə¬sər¬rüfatı istehsalının, açıq dəniz və sa¬hilyanı sularda balıqçılığın, sa¬hil¬lə¬rin mühafizəsinin kömək edil¬mə¬si¬nə; tullantıların aradan gö¬tü¬rül¬mə¬si, havanın çirklənmədən mü¬ha¬fi¬zə¬si və küylə mübarizəyə şamil olu¬nur [13, s.602]. Torpaqların çirklənməsinə qarşı mü¬barizə sahəsində Almaniyada Tor¬paqların qorunması haqqında 1999-cu il Federal Qanun qəbul edil¬mişdir. Qanunun əsas məqsədi çirk¬lənmiş torpaqların praktiki isti¬fa¬dəsinə qaytarılması üçün hüquqi me¬xanizmlərin yaradılmasından və be¬ləliklə yaşıl masssivlərin gər¬gin¬li¬yinin azıldılmasından ibarətdir. Qa¬nunda çirklənmiş torpaqların ida¬rə¬edilməsinə əsas yanaşmalar bun¬lar¬dır: – AFR ərazsinin müvafiq orqanı atıl¬mış torpaq sahələrinin çirk¬lən¬mə¬sinin ehtimal olunan riskinin rəs¬mi qeydiyyatı, yoxlanılması və qiy¬mət¬ləndirilməsinə görə məsuliyyət da¬şıyır. Müvafiq orqanlar fəaliyyəti çirk¬lənməyə səbəb olan şəxsə cə¬rimə təyin edə bilərlər; – hər bir konkret halda bər¬pa¬olu¬nan işlərin xarakteri və miqyası ba¬rə¬də qərarlar bu torpaq sahəsinin in¬diki və gələcək istifadəsindən, o cüm¬lədən çirklənmənin kimə və ya nə¬yə təsir etməsindən asılı olaraq qə¬bul edilir. Avstriya Respublikasının Kons¬ti¬tu¬siyası federasiyanın fəaliyyətinə mə¬dən işi; otlaq daxil olmaqla me¬şə təsərrüfatı; su hüququ, su an¬bar¬la¬rının vəziyyəti və tərkibinin tən¬zim¬lənməsi, qanunvericiliyin ümu¬mi prinsiplərinin müəyyən edil¬mə¬si, torpağa münasibətdə isə konkret qa¬nunların nəşr edilməsi; bitkilərin zə¬rərverici və xəstəliklərdən mü¬ha¬fi¬zəsi və s. daxildir. 1989-cu ildə Avs¬triyada Torpaq sahələrinin çirk¬lən¬mədən təmizlənməsi haqqında xü¬susi Qanun qəbul edilmişdir. Bu ak¬tın məqsədi ilk növbədə tə¬miz¬lən¬mə üzrə tədbirlərin ma¬liy¬yə¬lən¬di¬rilməsinin təmin edilməsindən iba¬rətdir; çirklənmiş sahələrin təd¬qi¬qatı, qiymətləndirilməsi və tə¬miz¬lənməsi üzrə işlərin koor¬di¬na¬si¬ya¬sı ümmudövlət səviyyəsində ət¬raf mühit üzrə Federal Nazirliyə hə¬valə edilmişdir [14, s.144-148]. Baltikyanı (Latviya, Litva, Es¬to¬ni¬ya) ölkələrdə SSRİ-nin sü¬qu¬tun¬dan sonra özünəməxsus vəziyyət tə¬şəkkül tapmışdır: qismən də olsa so¬vet dövrünün qanunverici və nor¬ma¬tiv hüquqi aktları qüvvədə ol¬maq¬da davam edir; heyvanat alə¬mi¬nin, havanın mühafizəsi mə¬sə¬lə¬lərini tənzimləyən bir çox yeni qa¬nun və qanunqüvvəli aktlar qəbul olun¬muşdur; ən nəhayət regional bey¬nəlxalq hüquq («baltik» hü¬qu¬qu) vacib əhəmiyyət kəsb edir. Latviyada torpaqdan istifadə və tor¬paq quruluşu haqqında Qanun (1991-cı il); Ətraf mühitin mü¬ha¬fi¬zə¬si haqqında Qanun (1991-ci il) qə¬bul olunmuşdur. Litvada Ətraf mühitin mühafizəsi haqqında Qa¬nun (1992 ci il); Torpaq islahatları haq¬qında Qanun (1991-ci il); Yer¬al¬tı sərvətlər haqqında Qanun (1995-ci il); Heyvanat aləminin mü¬ha¬fi¬zə¬si haqqında Qanun (1981-ci il); Me¬şə¬lər, mühafizə olunan ərazilər haq¬qında Qanun; Estoniyada təbii eh¬tiyatlardan istifadə hüququ haq¬qın¬da Qanun (1994-cü il); Çirk¬lən¬mə¬nin törətdiyi ziyanın ödənilməsi haq¬qında Qanun (1993-cü il); Eko¬lo¬ji nəzarət haqqında Qanun (1997-ci il) qəbul olunmuşdur. Bu öl¬kə¬lə¬rin qanunvericiliyi Avropa İttifaqı hü¬ququ ilə uzlaşdırılmışdır [15, s.156]. Belçikada ətraf mühitin qo¬run¬ma¬sı sahəsində siyasət regionların sə¬la¬hiyyəti çərçivəsindədir. Tor¬paq¬la¬rın çirklənməsinə münasibətdə xü¬su¬si qanunvericilik - Torpaqların bər¬pa edilməsi haqqında 1995-ci il Dek¬reti fəaliyyət göstərir. Bu akt həm torpaq, həm də yeraltı suların mü¬hafizəsi və bərpası məsələlərini əha¬tə edir. Dekretdə çirklənmiş tor¬paq¬ların idarəedilməsinin yeni ya¬naş¬masına söykənən bir sıra əsas ide¬yalar formalaşdırılmışdır. Mə¬sə¬lən: – çirklənmiş torpaqların re¬yes¬tri¬nin tərtib olunması və torpağın key¬fiy¬yət sertifikatının tələb edilməsi hü¬ququ, o cümlədən reyestrdən çı¬xa¬rış (xüsusən daşınmaz əmlak al¬qı-satqısında) nəzərdə tutulmuşdur; – əvəllər və yeni çirklənmiş tor¬paq¬lar fərqləndirilir. Dekretdə torpaq sahələrinin ciddi araş¬dırılma proseduru və tə¬miz¬lən¬mə işlərinin həyata keçirilməsi nə¬zər¬də tutulmuşdur. Böyük Britaniyada ətraf mühit üz¬rə Nazirlik əsasən koordinasion funk¬siyaları yerinə yetirir və ümu¬mi məsələlər üzrə nəzarəti həyata ke¬çirir. Operativ idarəetmə isə daha çox yerli hakimiyyət orqanları (yer¬li icma) tərəfindən həyata keçirilir [16, s.55]. Torpaqların qorunmasına mü¬na¬si¬bət¬də Böyük Britaniyada 2000-ci il¬dən etibarən yeni recim təyin edil¬miş¬dir. Yeni recimin hüquqi əsasını ət¬raf mühit, nəqliyyat və regionlar üz¬rə Departamentin Direktivi təşkil edir. Qeyd olunmuş akt torpaqların ra¬dioaktiv çirklənməsi hallarına tət¬biq olunmur, çünki bu halda xüsusi re¬jim tətbiq olunmalıdır. Yeni rejim çirk¬lənmiş torpaq sahəsinin bərpa olun¬ması haqqında bildirişin məz¬mu¬nunu müəyyən edir; belə bil¬di¬ri¬şin göndərilə biləcək şəxslər dai¬rə¬si¬ni təyin edir; bildiriş haqqında şi¬ka¬yət verilməsinin əsaslarını müəy¬yən edir; torpaq sahəsinin dövlət re¬yestrinə daxil edilməsi üçün tələb olu¬nan məlumatları özündə sax¬la¬yır. Birliyə daxil olan üzv-döv¬lət¬lər¬də təbiəti mühafizə fəaliyytəinin əsas prinsipi dövlət strukturlarının ic¬timai qüvvələrin bütün sahələri («Qrin¬pis», Ümumdünya vəhşi tə¬bi¬ət Fondu və s.) və təsərrüfat sub¬yekt¬ləri ilə geniş əməkdaşlığıdır. Bu prinsipə əsaslanaraq təbiəti mü¬ha¬fizə orqanları ekoloji tələblərin ria¬yət edilməsinə məsul olan şəxs¬lə¬rə qarşı dərhal öz sə¬la¬hiy¬yət¬lə¬rin¬dən istifadə etmirlər, onlar ra¬zı¬laş¬ma və qanunla müəyyən edilmiş qay¬daların könüllü yerinə ye¬ti¬ril¬mə¬si yolu ilə öz məqsədlərinə nail ol¬ma¬ğa çalışırlar. Lokal səviyyədə üzv-dövlətlərin ət¬raf mühitin mühafizəsinin ida¬rə¬edil¬mə təcrübəsini analiz edərkən, qeyd etmək lazımdır ki, son za¬man¬lar yerli idarəetmə sisteminin in¬ki¬şafı özünü daha çox büruzə verir. Be¬lə ki, yerli özünüidarəetmənin da¬ha mühüm sferasını ətraf mühitin mü¬hafizəsi və istirahət sənayesi de¬yi¬lən sənaye təşkil edir. Qeyd et¬mək lazımdır ki, yerli səviyyədə da¬ha çox idarəetmə və nəzarət funk¬siyaları uyğunluq təşkil edir. Hal-hazırda yerli hakimiyyət or¬qan¬la¬rında ətraf mühitin mühafizəsinə ca¬vabdeh olan məsul vəzifənin nə¬zər¬də tutulması da xarakterikdir. La¬kin bu o demək deyil ki, digər ya¬rımsahələr tamamilə belə fəa¬liy¬yət¬dən özlərini kə¬nar¬laş¬dır¬ma¬lı¬dır¬lar. Almaniyada, məsələn, ətraf mü¬hitin vəziyyətinə nəzarət ta¬ma-mi¬lə şəhər təsərrüfatının funk¬si¬ya¬sı¬na daxildir. Müəyyən hallarda, yə¬ni ekoloji vəziyyət xüsusən hə¬yə¬canlı olduqda və ya müəyyən re¬gi¬on Almaniyanın iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb et¬dik¬də, bu məqsədlər naminə vəsait həm ərazilər, həm də mərkəz tə¬rə¬fin¬dən ayrılır. Bu gün bütün dünyada təbiəti mü¬hafizə tədbirlərinə büdcə xərc¬lə¬rinin artım tendensiyası müşahidə olu¬nur. Yerli özünüidarəetmə or¬qan¬¬larının imkanları o qədər də əhə¬¬miyyətli olmasa da, yenə də məq¬sədyönlü ekoloji siyasətin hə¬ya¬ta keçirilməsi üçün kifayətdir. Eko¬loji normaların pozulmasına gö¬rə son dərəcə ciddi cərimə sis¬te¬mi¬ni xüsusi qeyd etmək lazımdır. Həm də qeyd etmək lazımdır ki, tət¬biq edilən sanksiyanın ölçüsü o qə¬dər böyükdür ki, sahibkar cə¬ri¬mə¬ni ödədikdən sonra, bu onun ma¬liyyə durumuna son dərəcə ne¬qa¬tiv təsir göstərir. Almaniyanın yer¬¬li hakimiyyət orqanları təbiəti mü¬¬hafizə tədbirlərində, o cümlədən park, qoruq, heyvanxana və şəhər bağ¬çaları şəbəkələrinin inkişafı ki¬mi başa düşülən rekreasion sə¬na¬yedə aktiv iştirak edirlər [17, s.101]. Danimarkada ətraf mühit mə¬sə¬lə¬lə¬ri müstəqil fəaliyyət sahəsi kimi Ət¬raf Mühit Nazirliyi, regional (əra¬¬zi səviyyəsində) və şəhər ha¬ki¬miy¬yətləri tərəfindən həll olunur. So¬nuncu iki orqan ətraf mühitin gün¬dəlik idarəedilməsinə görə mə¬su¬liyyət daşıyırlar. Ölkənin ərazi ida¬reətmə orqanları (bundan sonra re¬gional hakimiyyətlər) fəaliyyətin plan¬laşdırılması, nəzarəti və işlənib ha¬zırlanması istiqamətlərini re¬gi¬o¬nal səviyyədə həyata keçirirlər, bə¬lə¬diyyələr isə bütün bunları şəhər sə¬viyyəsində həyata keçirirlər. Re¬gi¬onal hakimiyyətlər məsələn su an¬barları, göllər, su axını sis¬te¬min¬də suyun keyfiyyətinin sax¬la¬nıl¬ma¬sı, su yığılan yerlərin istifadə edil¬mə¬si, mühiti çirkləndirən mü¬əs¬si¬sə¬lə¬rin yerləşdirilməsi üzrə planlar ha¬zırlayırlar, bələdiyyələr isə su¬tə¬miz¬ləyən qurğuların, su təchizatı sis¬temlərinin yerləşdirilməsi, bərk tul¬lantıların azaldılması və s. üzrə iş¬lər görürlər. Danimarkanın təbiəti mühafizə si¬yasətinin əsas məqsədi - ətraf mü¬hitin qorunması, hava, su və tor¬pa¬ğın çirklənməsinin aradan qal¬dı¬rıl¬ması, o cümlədən çirklənməyə nə¬zarət etməkdən ibarətdir və bu sa¬hədə fəaliyyəti aşağıdakı əsas prin¬siplərə söykənir: – obyektin qiymətləndirilməsi və prob¬lemin həlli vasitəsi; – çirkləndirən təbiəti mühafizə məs¬rəflərini ödəyir. Ətraf mühitin mühafizəsi üzrə qa¬nunun icraedilmə strukturu aşa¬ğı¬da¬kı hərəkətlərdən ibarətdir: – kartoqramın tərtib edilməsi və plan¬laşdırma; – icazənin verilməsi və razı¬laş¬dır¬ma; – nəzarət və yoxlama [18, s.103]. Hökumət orqanları, xüsusən, tə¬biə¬ti mühafizə fəaliyyətinin koor¬di¬na¬siyası və planlaşdırılması üzrə bir sı¬ra funksiyaları yerinə yetirirlər. Yer¬li hakimiyyət orqanları tərə¬fin¬dən əldə olunmuş materiallara əsa¬sən regional hakimiyyətlər çirk¬lən¬mə yerləri və mənbələrinin kar¬to¬qra¬mını çəkirlər və ətraf mühitin və¬ziyyəti barədə ətraflı məruzə ha¬zır¬layırlar. Bu da, məsələn, ətraf mü¬hitin keyfiyyətinin yaxşılaşması, mü¬əssisələrin yerləşməsi və tul¬lan¬tı¬ların azaldılmasına dair planların iş¬lənib hazırlanmasının əsasını təş¬kil edir. Bundan əlavə, bələdiyyə or¬qanları rayon istilik təchizatı, çir¬kab suların dərəcəsi, su təchizatı, su axınlarının istifadəsini plan¬laş¬dı¬rır¬lar. Bu planlar qəbul olunmuş re¬gi¬onal planlarla ziddiyyət təşkil et¬mə¬məlidir, məhz bütün təbiəti mü¬ha¬fizə tədbirləri bunların əsasında ke¬çirilməlidir. «Ətraf mühitin qorunması haq¬qın¬da» Qanunun əlavəsində əv¬vəl¬cə¬dən razılaşdırılmalı tədbirlərin si¬ya¬hısı verilmişdir. Razılaşdırılmalı or¬qan, bir qayda olaraq, yerli ha¬ki¬miy¬yətlərdir. Lakin texnoloji və eko¬¬¬loji cəhətdən daha çətin və təh¬lü¬kəli müəssisə və zavodların ti¬kin¬ti¬si və ya genişlənməsi isə regional ha¬kimiyyətlərlə razılaşdırılır. Təbiəti mühafizə razılaşması tə¬ləb edən müəssisələrin nəzarəti və yox¬lanılması razılaşan tərəfdən apa¬rılır. Razılaşma yunksiyasını ye¬ri¬nə yetirən regional hakimiyyətlər ey¬ni zamanda bələdiyyələrin eko¬lo¬ji idarəetməsinə də nəzarət et¬mə¬li¬dir¬lər. Bələdiyyə orqanlarının mühüm funk¬siyası: – təbiəti mühafizə razılaşması tə¬ləb olunan və ətraf mühitə daha az zə¬rər yetirən sahibkarlar; – ticarət qaydaları ilə (ticarət qay¬¬da¬ları yerləşmə yerindən və ma¬liy¬¬yə mənbələrindən asılı ol¬ma¬ya¬raq bü¬tün eyni fəaliyyət istiqamətli mü¬¬əs¬sisələrə vahid tələblər irəli sü¬rür) bağ¬lı olan müəssisələr; – təbiəti mühafizə razılaşması tə¬ləb olunmayan müəssisələr (kənd tə¬sərrüfatı müəssisələri) üzərində nə¬zarət və yoxlamanı həyata ke¬çir¬mək¬dən ibarətdir [19, s.104]. Danimarkada ətraf mühitin mü¬ha¬fi¬zəsinə ayrılan xərclər ölkənin ümu¬mi büdcəsinin 4%-i təşkil edir. Qeyd etmək lazımdır ki, bu vəsaitin əsas hissəsi, yəni 90%-i şəhər büd¬cə¬sindən daxil olur. Regional ha¬ki¬miy¬yətlər tərəfindən ayrılan xərclər 3%, mərkəzi hakimiyyətlər isə mü¬va¬fiq olaraq 6% təşkil edir. Bə¬lə¬diy¬yələr tərəfindən ayrılmış və¬sa¬i¬tin əsas hissəsi təmizləmə qur¬ğu¬la¬rı¬nın tikintisi və istismarına gedir. Kom¬munal-şəhər sektorunda təbiəti mü¬hafizə maliyyələşməsinin əsas mən¬bəyini vergi və rüsum, o cüm¬lə¬dən istifadəçilərin ödənişi təşkil edir. Göründüyü kimi, hal-hazırda Av¬ro¬pa Birliyinə daxil olan bir sıra döv¬lətlərdə ətraf mühiti da¬ğıt¬ma¬maq şərtilə iqtisadiyyatın dayanıqlı in¬kişafı barədə fikir formalaşmışdır. Ət¬raf mühit və inkişaf üzrə BMT kon¬franslarının (Rio-de-Caneyro, 1992; Yohanesburq, 2002) töv¬si¬yə¬lə¬rinə müvafiq olaraq, neqativ ten¬den¬siyaların aradan qaldırılması və müa¬sir texnologiyaların yaradılması üz¬rə tədbirlərlə bərabər, həm də sa¬¬bit inkişaf məsələlərinin nail olun¬¬masında dövlət hakimiyyət or¬qan¬¬ları və əhalinin vahid məqsəd və istəkləri, o cümlədən adekvat nor¬¬mativ-hüquqi bazanı özündə əks et¬dirən təbiətdən sabit istifadə şərt¬lə¬rinin yaradılması – ətraf mühitin qo¬runması və təbii resursların is¬ti¬fa¬də olunması sahəsində sabit in¬ki¬şa¬fa keçid dövründə əsas meyarlar ola bilər [20, s.6]. Daha sonra, eko¬logiya sa¬həsində vətəndaş cə¬miy¬yə¬ti ins¬ti¬tut¬la¬rı ilə dövlət struk¬tur¬la¬rının fəa¬liy¬yətinin optimal uy¬ğun¬lu¬ğu¬nu tap¬maq lazımdır. Bu zaman və¬təndaş cə¬miyyətinin inkişafı heç bir halda döv¬lətin zəifləməsi və ya onun ət¬raf mühitin qorunması, tə¬bi¬ət¬dən is¬ti¬fadə və ekoloji təh¬lü¬kə¬siz¬li¬yin tə¬min olunması sahəsindən kə¬nar edil¬məsi hesabına həyata ke¬çi¬¬ril¬mə¬mə¬lidir. Bu sahədə, xü¬su¬sən, qa¬nun¬çuluq və hüquq qay¬da¬sı¬nı təmin edən dövlət-hakimiyyət or¬¬qan¬la¬rı¬nın fəaliyyətini güc¬lən¬dir¬mək tələb olu¬nur. Bunu isə ic¬ti¬maiy¬yətin nü¬fu¬zuna əsaslanaraq et¬mək lazımdır: hər bir konkret in¬san¬dan beynəlxalq ic¬timai ekoloji təş¬kilatlara kimi. İstifadə edilmiş ədəbiyyat: 1. Heritier A. The Ajjommodation of Diversity in European Polijy-making and its Outjomes: Regulatory Polijy as a Patjhwork // Cournal of European Publij Polijy, 1996, Vol. 3, ¹2, P.149-167. 2. Wurzel R.K.W. The Role of the EU Presidenjy in the Environmental Field: Does it Make a Differenje Whijh member State Runs the Presidenjy? // Cournal of European Publij Polijy, 1996, Vol. 3, ¹ 2, P. 272-291. 3. Pollegrom S. The Jonstraints of Daily Work in Brussels: How Revelant is the Input from the National Japitals? // In: Andersen M.S., Liefferink D. The Innovation of EU Envi¬ronmental Polijy, Jopenhagen. Sjandinavian University Press, 1997, p. 36-58. 4. Andersen M.S. Denmark: The Shadow of the Green Macority //European Environ¬men¬tal Polijy: The Pioneers. Manjhester: Manj¬hester University Press, 1997, P. 251-286. 5. Боголюбов С.А. Глобализация и развитие экологического законодательства // Журнал российского права. 2004, №5, с. 20. 6. Steinberg R. Probleme der Europaisierung des deutsjhen Umweltrejhts // Arjhiv des offentlijhen Rejhts. Tubingen, 1995, Bd. 120, H. 4, s. 594. 7. Жалинский А., Рерихт А. Введение в немецкое право. М., 2001, с. 11. 8. Дубовик О.Л., Кремер Л., Любе-Вольф Г. Экологическое право: Учебное пособие. Отв ред. О.Л.Дубовик. М., ЭКСМО, 2005, с. 635-638. 9. Клюкин Б.Д. Горные отношения в странах Западной Европы и Америки (Англия, Канада, США, Франция, ФРГ). М., 2000. С.230-284. 10. Хохлявин С.А. Экологический кодекс Франции и нормы финансового характера, обеспечивающие его реализацию при обращении с отходами // Экологическое право. 2005, №3, с. 32. 11. Duner K. The Environmental Jode // Swedish Environmental Protejtion Agenjy. 8 Cune 2004. 12. Журнал «Лесохозяйственная информация. Сборник научно-технической информации по лесному хозяйству», № 9. ВНИИЛМ, 2002, с. 64. 13. Бринчук М.М. Экологическое право: Учебное пособие. 2-е изд. перераб. и доп. М., Юристь, 2003, с. 602. 14 Дубовик О.Л. Экологический кодекс ФРГ // Право и политика. 2000, №10, с. 144-148. 15. Бергхольцас И. Балтия. Национальное и международное экологическое право. Ч.1. Рига, 2000, с. 156. 16. Кутафин О.Е., Фадеев В.И. Муниципальное право Российской Федерации. Учебник. 2-е изд., перераб. и доп. М., Юристь, 2004, с. 55. 17. Гейт Н.А. Экологическое право: курс лекций. М., ТК Велби, Изд-во Проспект, 2007, с. 101. 18. Гейт Н.А. Экологическое право: курс лекций. М., ТК Велби, Изд-во Проспект, 2007, с. 103. 19. Гейт Н.А. Экологическое право: курс лекций. М., ТК Велби, Изд-во Проспект, 2007, с. 104. 20. Устойчивое развитие: ресурсы России / Под общ. ред. Н.П.Лаверова. М., Издательский центр РХТУ им. Д.И.Менделеева, 2004, с. 6.

MÜNDƏRİCAT

İ.Əliyeva. Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi əsl ümumxalq bayramıdır
Ziya Məmmədov. Qlobal iqtisadi layihələrin reallaşması ümummilli liderimizin müstəsna xidmətlərindəndir
Cavid Qurbanov. Yük­sə­li­şə apa­ran yol­la­rı­mı­zın qüd­rət­li bə­ləd­çi­si
Sakit Hüseynov. Hamının sevdiyi tarixi şəxsiyyət
Tağı Əhmədov. Ba­kı Met­ro­po­li­te­ni ulu ön­də­ri­mi­zin diq­qət və qay­ğı­sı sa­yə­sin­də in­di­ki sə­viy­yə­yə çat­mış­dır
Adil Teymurov. Ye­ral­tı nəq­liy­yat sek­to­ru­nun in­ki­şa­fı ulu ön­də­rin adı ilə bağ­lı­dır
Eldar Əhmədov. Hüquqi dövlət quruculuğunda Heydər Əliyevin rolu və xidmətləri misilsizdir
Aydın Bəşirov. Dahi xilaskar
А.Н.Аббасбейли. Борьба Европейского Союза и ОБСЕ против международного терроризма
Məhərrəmov A.A. Avropa İttifaqına daxil olan bir sıra üzvdövlətlərin ətraf mühitin mühafizəsi sahəsində rolu və milli təcrübəsi
Аль Зубири Мухаммед Ахмед. Международная борьба с терроризмом в контексте прав человека
M.M.Mürsəlov. Azərbaycanda sərnişin nəqliyyatı sisteminin təkmilləşdirilməsi problemləri
A.M.Əsədov. Nəqliyyatda həyat fəaliyyətinin təhlükəsizliyi problemləri
Эфендиев О.Ф. Некоторые актуальные вопросы европейской безопасности в аспекте современных международных отношений
Vəfaddin İbayev. İşgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar və cəza əleyhinə Konvensiya müddəalarının milli səviyyədə tətbiqi
A.M.Məhərrəmov. Azərbaycan Respublikası gömrük qanunvericiliyinin beynəlxalq hüquq normalarına uyğunluğu
Novruz Mehdiyev. Fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyətinin yaranması və beynəlxalq hüquqi aləmdə onun inkişaf tendensiyası
GUAM regionunun beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyası məsələlərinə həsr edilmiş beynəlxalq konfrans
Sovet avtomobil tarixindən
E.Vəliyev. Müasir beynəlxalq iqtisadi münasibətlərdə istifadə edilən terminlər
Rəsmi sənədlər
«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Girişçıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.