04.24.2017 21:09
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

XXI ƏSRİN DÜNYA ŞÖHRƏTLİ ALİMİ

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət Mükafatı laureatı, Milli Aviasiya Akademiyasının rektoru, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin 75 yaşı tamam olmuşdur.
Azərbaycanın görkəmli alimi Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq İnformasiya Akademiyalarının akademiki Arif Paşayev səmərəli elmi axtarışlar nəticəsində yüksək və ifrat yüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaratmışdır. Onun elmi yaradıcılığının başlıca istiqaməti, əsasən, yarımkeçiricilər fizikası və texnikasıdır.
Arif Paşayev 50 ilə yaxın bir dövrdə zədəsiz yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi sahəsində böyük səylə çalışır.
Funksional elektronikanın müstəqil elmi istiqaməti olan neqatronika sahəsi ilk dəfə olaraq Azərbaycanda məhz akademik Arif Paşayevin elmi məktəbində aşkarlanmış və öz inkişafını tapmışdır.
Dünya şöhrətli alim, akademik Arif Paşayevin indiyədək 400-ə yaxın elmi əsəri dərc olunmuşdur. Elmi axtarışlarına və səmərəli ixtiralarına görə Arif Mir Cəlal oğlu 50-yə yaxın müəlliflik şəhadətnaməsi və sənaye nümunəsi almış, qızıl, gümüş medallar və diplomlarla təltif olunmuşdur. Bundan əlavə, hörmətli akademik Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə «SSRİ-nin ixtiraçısı» medalına, Y.Məmmədəliyev adına medala, İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının «Qızıl medal»ına layiq görülmüş, «VEKTOR» Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə «Azərbaycanın tanınmış alimləri» beynəlxalq layihəsinin qalibi olmuş və «XXI əsrin tanınmış alimi» beynəlxalq diplomu ilə təltif edilmişdir.
Akademik Arif Paşayevin fizika elminin inkişafındakı yüksək xidmətlərindən biri kimi onun elmi rəhbərliyi ilə Azərbaycanda ilk dəfə pilotsuz təyyarə, minaların axtarışı və zərərsizləşdirilməsi üçün məsafədən idarə olunan robot yaradıldığını xüsusilə qeyd etmək lazımdır.
Yorulmaz elm fədaisi, akademik Arif Paşayev Azərbaycan və dünya mədəniyyətinin inkişafına, demokratiya, sülh və vətəndaş cəmiyyəti mədəniyyətinin tərəqqisinə verdiyi mühüm töhfəyə görə «Mədəniyyət Səfiri» İctimai Fəxri Adı ilə təltif edilmiş, poliefiruretan əsaslı lak-kompaundun texnologiyasının işlənib hazırlanmasına görə elm nominasiyasında «İntellekt-2006» ilin layihəsi mükafatına, Beynəlxalq Mühəndislik Akademiyasının yubiley «Qızıl medal»ına layiq görülmüşdür.
Akademik A.M.Paşayev yüksək elmi-praktik potensiala malik olmaqla yanaşı, yüksək vətəndaşlıq, vətənpərvərlik hissləri ilə yaşayıb-yaradır. O, respublika əhəmiyyətli qlobal problemlərin həllində, xüsusən ölkəmizdə aviasiya sahəsində təhsilin müasir səviyyədə və beynəlxalq standartlara uyğun inkişaf etdirilməsinə yorulmadan gərgin əmək sərf etməkdədir. Alim gənc mütəxəssislərin təlim-tərbiyə işlərini, onların yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasını daima xüsusi diqqət mərkəzində saxlayır. Arif Paşayev həm də qayğıkeş rəhbər, səmimi insandır, ətrafında olan hər bir yaradıcı əməkdaşın yaxın dostu və silahdaşı, gözəl məsləhətçisi və köməkçisidir.
Müstəqil Azərbaycan Respublikasında elmin, təhsilin inkişafında öz dəsti-xətti və yüksək xidmətləri olan akademik Arif Paşayev «Şöhrət» ordeninə layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 fevral 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycanda elmin və təhsilin inkişafında böyük xidmətlərinə görə Arif Mir Cəlal oğlu Paşayev 75 illik yubileyi ərəfəsində vətənin yüksək mükafatı – «Şərəf» ordeni ilə təltif edilmişdir.
Dünyada baş verən inteqrasiya və qloballaşma prosesləri dövründə həm Azərbaycanın hüquq məkanında milli səviyyədə, həm də beynəlxalq aləmdə universal səviyyədə tədricən formalaşan nəqliyyat hüququ elm sahəsinin inkişafı və nəqliyyatda təhlükəsizlik məsələlərinin həlli istiqamətində dünya şöhrətli alim Arif Paşayevin önəmli elmi töhfələri ümumbəşəri miqyasda əvəzolunmazdır.
Biz də «Nəqliyyat hüququ» elmi-nəzəri, təcrübi jurnalı Redaksiya Şurasının kollektivi adından Şuranın sədri, XXI əsrin tanınmış alimi Arif Mir Cəlal oğlu Paşayevi şərəfli yubileyi, həm də layiq görülmüş olduğu yüksək mükafat münasibətilə təbrik edir, ona can sağlığı, elmin, aviasiya sahəsində təhsilin inkişafı naminə gördüyü böyük işlərdə və əməli yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

 


Dərin hörmətlə,

«Nəqliyyat hüququ» elmi-nəzəri, təcrübi jurnalının baş redaktoru, f.e.d. Əliyeva İ.M.

MÜNDƏRİCAT

Ибрагим Кулиев, Азад Ибрагимли. Конституционность полномочий Президента Азербайджанской Республики и его взаимодействие с Конституционным Судом
Rəsmi sənədlər
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.