12.12.2017 03:03
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Ümumdünya Gömrük Təşkilatının yaradılması, strukturu və fəaliyyəti

A.M.Məhərrəmov,

BDU «Gömrük işinin təşkili və idarəetmə» kafedrasının dosenti,  i.e.n.

 

Göm­rük si­ya­sə­ti ki­mi müəy­yən edi­lən göm­rük işi öz tə­biə­ti­nə gö­rə trans­mil­li ha­di­sə­dir. Be­lə ki, o, yal­nız mil­li göm­rük nor­ma­la­rı­nı tət­biq edən mü­va­fiq döv­lə­tin ma­raq­la­rı­nı tə­min et­mir, həm­çi­nin göm­rük nə­za­rə­ti pro­se­sin­də xa­ri­ci fi­zi­ki və hü­qu­qi şəxs­lə­rə mü­na­si­bət­də mil­li göm­rük nor­ma­la­rı­nın tət­biq olun­ma­sı üz­rə di­gər döv­lə­tin (və ya döv­lət­lə­rin) də hü­quq və mə­na­fe­lə­ri­nə to­xu­nur. Bu mə­na­da göm­rük mü­na­si­bət­lə­ri­nin, əsa­sən, döv­lə­tin bey­nəl­xalq hü­quq nor­ma­la­rı ilə tən­zim olu­nan xa­ri­ci əla­qə­lə­ri sfe­ra­sı ilə sıx əla­qə­li ol­ma­sın­dan da­nış­maq müm­kün­dür. Göm­rük mü­na­si­bət­lə­ri­nin və elə­cə də mil­li göm­rük hü­qu­qu­nun məhz bu spe­si­fik­li­yi ona bey­nəl­xalq əhə­miy­yət ve­rir.

Əl­bət­tə ki, mil­li göm­rük hü­qu­qu döv­lət­lə­ra­ra­sı mü­na­si­bət­lə­ri tən­zim edə bil­məz, la­kin, o, mü­va­fiq döv­lə­tin göm­rük or­qan­la­rı ilə xa­ri­ci döv­lət­lə­rin rəs­mi nü­ma­yən­də­lə­ri ara­sın­da ya­ra­nan mü­na­si­bət­lə­ri tən­zim edir. Mə­sə­lən: xa­ri­ci dip­lo­mat və kon­sul­la­rın ba­qaj­la­rı­nın ke­çi­ril­mə­si­nə, həm­çi­nin xa­ri­ci sə­fir­lik­lə­rin və kon­sul­luq­la­rın öz­lə­ri­nin öl­kə əra­zi­si­nə gə­ti­rib-apar­dıq­la­rı yük­lə­rə mü­na­si­bət­də göm­rük rəs­mi­ləş­di­ril­mə­si­nin hə­ya­ta ke­çi­ril­mə­si. Şüb­hə­siz ki, bu, göm­rük hü­qu­qu­nun məz­mu­nu­na və tət­bi­qi­nə öz tə­si­ri­ni gös­tə­rir, be­lə ki, göm­rük hü­qu­qu bey­nəl­xalq ün­siy­yət pro­se­sin­də müəy­yən olu­nan qay­da­la­rı və göm­rük təd­bir­lə­ri­nə dair gös­tə­riş­lə­ri nə­zə­rə alır və bu qay­da­la­rı bi­la­va­si­tə öz döv­lə­ti­nin müəy­yən et­di­yi nor­ma­lar­la bə­ra­bər tət­biq edir. Bu­nun­la be­lə, tək­cə hü­qu­qi gös­tə­riş­lər de­yil, həm­çi­nin bey­nəl­xalq nə­za­kət qay­da­la­rı da nə­zə­rə alı­nır.

Bu yol­la, göm­rük mü­na­si­bət­lə­ri­nin döv­lət­lə­rin xa­ri­ci əla­qə­lə­ri ilə sıx bağ­lı­lı­ğı spe­si­fik­li­yi bu mü­na­si­bət­lə­rə xid­mət edən göm­rük hü­qu­qu­na xü­su­si xa­rak­ter ve­rir. Bir tə­rəf­dən, bu, mil­li göm­rük qa­nun­ve­ri­ci­li­yi­nin bey­nəl­xalq hü­qu­qi əhə­miy­yət kəsb et­mə­sin­də tə­za­hür edir, di­gər tə­rəf­dən isə bey­nəl­xalq hü­qu­qi tən­zi­met­mə­də göm­rük işi­nə olan tə­ləb­lə­ri ar­tı­rır.

Bu, ma­raq­lı döv­lət­lə­rin göm­rük or­qan­la­rı­nın müx­tə­lif sa­hə­lər­də əmək­daş­lı­ğı pro­se­sin­də hə­ya­ta ke­çi­ri­lir. Öz növ­bə­sin­də bu əmək­daş­lıq ya sırf mü­qa­yi­sə mü­na­si­bət­lə­ri for­ma­sın­da, ya da ge­niş bey­nəl­xalq əmək­daş­lıq for­ma­sın­da (mü­va­fiq bey­nəl­xalq hö­ku­mət­lə­ra­ra­sı təş­ki­lat­lar çər­çi­və­sin­də) hə­ya­ta ke­çi­ri­lir.

Bə­zən göm­rük sa­hə­sin­də bir­gə ida­rə or­qan­la­rı­nın ya­ra­dıl­ma­sı­nı nə­zər­də tu­tan göm­rük it­ti­faq­la­rı ba­rə­də iki­tə­rəf­li (mə­sə­lən, Ru­si­ya Fe­de­ra­si­ya­sı və Be­la­rus Res­pub­li­ka­sı ara­sın­da) və ya çox­tə­rəf­li (üzv­lə­ri Al­ma­ni­ya, Fran­sa, İta­li­ya, Bel­çi­ka, Ni­der­land və Lük­sem­burq olan 1957-ci il Ro­ma Mü­qa­vi­lə­si) mü­qa­vi­lə­lər bu və ya di­gər hal­da bey­nəl­xalq təş­ki­lat­la­rın ya­ran­ma­sı­na sə­bəb olur.

Göm­rük mü­na­si­bət­lə­ri­nin tən­zim­lən­mə­si­nin hə­ya­ta ke­çi­ril­mə­si məq­sə­di­lə ya­ra­dı­lan ilk bey­nəl­xalq göm­rük təş­ki­la­tı Göm­rük ta­rif­lə­ri­nin nəş­ri üz­rə Bey­nəl­xalq İt­ti­faq ol­muş­dur. Bu İt­ti­faq 1890-cı il Brüs­sel Konf­ran­sı­nın Qət­na­mə­si­nin ye­ri­nə ye­ti­ril­mə­si məq­sə­di­lə 5 iyul 1890-cı il­də Brüs­sel­də ey­niad­lı Kon­ven­si­ya­nın qə­bu­lu ilə tə­sis olun­muş­dur.[9, 162]

Ümum­dün­ya Göm­rük Təş­ki­la­tı­nın (ÜGT) yaranma tarixi 1947-ci ilə tə­sa­düf edir. Be­lə ki, 1947-ci il­də 13 Qər­bi Av­ro­pa döv­lə­ti­nin tə­şəb­bü­sü ilə Av­ro­pa İq­ti­sa­di Əmək­daş­lı­ğı üz­rə Ko­mi­tə çər­çi­və­sin­də bir­gə Bə­yan­na­mə­də konk­ret İş­çi Qru­pu­nun ya­ra­dıl­ma­sı ra­zı­laş­dı­rıl­dı. Bu İş­çi Qrupu­nun təyina­tı Tarif­lər və Tica­rət üz­rə Baş Sazişin (GATT) prinsip­ləri əsa­sında bir və ya bir ne­çə subavropa göm­rük ittifa­qı­nın yara­dılma imkanla­rı­nın araş­dı­rılma­sı idi. 1948-ci il­də bu İşçi Qrupu 2 komi­tə - İqtisadi və Göm­rük komi­tə­ləri yarat­dı. Sonradan İqtisadi Komi­tə İqtisadi Əməkdaş­lıq və İnkişaf Təşkila­tına, Göm­rük Komi­təsi isə Göm­rük Əməkdaş­lı­ğı Şura­sına çevrildi. Təş­ki­la­­tın normativ-hüquqi əsa­sı isə 15 de­kabr 1950-ci il­də Belçika­nın paytax­tı Brüs­sel­də, Göm­rük Əməkdaş­lı­ğı Şura­sı­nın Baş Məclisinin ina­qu­rasiya mə­ra­si­min­də 3 əsas Kon­ven­si­ya­nın - Göm­rük Əməkdaş­lı­ğı Şura­sı­nın (GƏŞ) ya­ra­­dılma­sı haq­qında Konvensiya (4 no­yabr 1952-ci il­də qüv­və­yə min­miş­dir), Göm­rük rüsumla­rı­nın müəy­yən olun­ma­­sı və qiy­mət­ləndiril­məsi haq­qında Kon­vensiya (28 iyul 1953-cü il­də qüv­və­­yə min­miş­dir) və Göm­rük no­men­kla­tura­sı haq­qında Konvensiya­nın (11 sent­yabr 1959-cu il­də qüv­və­yə min­miş­­dir) imzalanma­sı ilə qoyul­muş­dur. 26 yanvar 1953-cü il­də GƏŞ-in təsis konfran­sı keçiril­mişdir. Məhz buna gö­rə də hər il yanva­rın 26-sı Bey­nəlxalq Göm­rük Gü­nü ki­mi qeyd edi­lir.[16]

GƏŞ-in ya­ra­dıl­ma­sı­nın məq­sə­di tək­cə xü­su­si ola­raq göm­rük mə­sə­lə­lə­ri üz­rə döv­lət­lə­rin əmək­daş­lı­ğı üçün ya­ra­dı­lan bu Təş­ki­la­tın hi­ma­yə­si al­tın­da iş­lə­nib ha­zır­la­nan kon­ven­si­ya­la­rın hə­ya­ta ke­çi­ril­mə­si üçün zə­ru­ri olan ic­ra apa­ra­tı­nın ya­ra­dıl­ma­sı ol­ma­mış­dır. Bu Təş­ki­lat tə­sis sə­nə­di­nə əsa­sən da­ha ge­niş sə­la­hiy­yət­lə­rə ma­lik­dir. Be­lə ki, GƏŞ-in ya­ra­dıl­ma­sı haq­qın­da Kon­ven­si­ya­nın 1-ci mad­də­sin­də gös­tə­ri­lir ki, Təş­ki­lat döv­lət­lə­rin göm­rük sis­tem­lə­ri­nin uz­laş­dı­rıl­ma­sı­nın və va­hid­li­yi­nin müm­kün də­rə­cə­də da­ha yük­sək sə­viy­yə­si­ni tə­min et­mək və göm­rük tex­ni­ka­sı və qa­nun­ve­ri­ci­li­yi­nin in­ki­şa­fı və yax­şı­laş­dı­rıl­ma­sı yo­lun­da mey­da­na çı­xan prob­lem­lə­rin öy­rə­nil­mə­si­ni güc­lən­dir­mək ki­mi sə­la­hiy­yət­lə­rə ma­lik­dir.

Ümu­miy­yət­lə, yaran­dı­ğı andan GƏŞ sü­rət­lə inkişaf et­mə­yə başla­mış­dır. Təşkilat yaran­dı­ğı andan onun əsas vəzi­fəsi kimi göm­rük sistem­lərinin unifikasiya­sı və harmoni­za­si­ya­sı, göm­rük qanunvericiliyinin təkmil­ləşdiril­məsi və göm­rük işi sa­həsin­də bey­nəlxalq əməkdaş­lı­ğın geniş­ləndiril­məsi müəy­yən olun­muş­dur.

GƏŞ-in fəa­liy­yət dai­rə­si­nin ge­niş­lən­mə­si şəraitin­də GƏŞ-in dünya miqya­sında nüfuzu çox sü­rət­lə yük­səldi və nəti­cə­də XX əsrin 90-cı il­lərin­də GƏŞ ar­tıq ək­sər dünya döv­lət­ləri tə­rəfin­dən qəbul edi­lən bir quruma çevrildi. Fəaliy­yət dai­rəsinin bu miqyasda geniş­lən­məsi və üzv­lərinin sa­yı­nın kəskin su­rət­də artma­sı ilə əla­qədar ola­raq 1994-cü il­də Şura­nın adı ÜGT-yə dəyişdirildi və bununla da onun bey­nəlxalq höku­mət­lərara­sı bir tə­sisat kimi fəaliy­yə­tə keçidinin ta­mam­lanma­sı başa çat­dı. Ha­zırda ÜGT-nin 171 üz­vü var­dır.[17] Təş­ki­la­tın Baş Ka­ti­bi (5 il müd­də­ti­nə se­çi­lir) Ceyms Şey­ve­rin söz­lə­ri­nə gö­rə, adın də­yiş­di­ril­mə­si bu Təş­ki­la­tın qlo­bal xa­rak­te­ri­ni və daim ar­tan bey­nəl­xalq əhə­miy­yə­ti­ni əks et­dir­mə­yə yö­nəl­miş­dir. [3, 7]

ÜGT-nin qlo­bal məq­sə­di - dün­ya­nın bü­tün öl­kə­lə­rin­də, xü­su­si­lə cid­di iq­ti­sa­di is­la­hat­la­rın apa­rıl­dı­ğı öl­kə­lər­də müa­sir ef­fekt­li çox­funk­si­ya­lı göm­rük xid­mət­lə­ri­nin ya­ra­dıl­ma­sı­na və in­ki­şaf et­di­ril­mə­si­nə yar­dım et­mək­dir. Bu məq­sə­din müa­sir mər­hə­lə­də real­laş­dı­rıl­ma­sı üçün ÜGT üzv­lə­ri tə­rə­fin­dən Təş­ki­la­tın fəa­liy­yə­ti­nin əsas is­ti­qa­mət­lə­ri­ni müəy­yən­ləş­di­rən st­ra­te­ji plan qə­bul edil­di, göm­rük is­la­hat­la­rı və onun tək­mil­ləş­mə­si Proq­ra­mı təs­diq olun­du. Bu Proq­ram öz məq­səd­lə­ri­ni və on­la­rın po­ten­sial im­kan­la­rı­nın ak­tiv­ləş­di­ril­mə­si, ida­rəet­mə me­tod­la­rı­nın tək­mil­ləş­di­ril­mə­si, Təş­ki­la­tın st­ruk­tu­ru­nun möh­kəm­lən­di­ril­mə­si və müa­sir göm­rük tex­no­lo­gi­ya­sı­nın tət­biq edil­mə­si yo­lu ilə hə­ya­ta ke­çir­mə üsul­la­rı­nın da­ha də­qiq müəy­yən­ləş­dir­mə­sin­də mil­li göm­rük xid­mət­lə­ri­nə yar­dım gös­tər­mə­yə yö­nəl­miş­dir.[7, 7]

Bü­töv­lük­də, ÜGT-nin fəa­liy­yə­tin­də əsas məq­səd­lər aşa­ğı­da­kı­lar­dır:

– Göm­rük işi sa­həsin­də bey­nəlxalq əməkdaş­lı­ğı inkişaf etdir­mək.

– Göm­rük sistem­lərinin har­mo­ni­za­si­ya­sı­nın və unifikasiya­sı­nın daha yük­sək səviy­yəsinin təmin edil­məsi.

– Göm­rük qanunvericiliyi və göm­rük texnologiyala­rı­nın təkmil­ləşdiril­məsi.

– Göm­rük vasi­tə­ləri ilə bey­nəlxalq cina­yət­lər­lə mübari­zənin güc­ləndiril­məsi. [1, 139]

Qar­şı­ya qo­yul­muş məq­səd­lə­rə nail ol­maq üçün ÜGT müa­sir mər­hə­lə­də: göm­rük pro­se­du­ra­la­rı­nı sa­də­ləş­di­rən və uni­fi­ka­si­ya edən müx­tə­lif töv­si­yə­lər qə­bul edir; kon­ven­si­ya­la­rı və di­gər sə­nəd­lə­ri iş­lə­yib ha­zır­la­yır; mü­ba­hi­sə və ix­ti­laf­la­rın ya­ran­dı­ğı hal­lar­da va­si­tə­çi­lik və ba­rış­dı­rı­cı təd­bir­lər hə­ya­ta ke­çi­rir; göm­rük sa­hə­sin­də əmək­daş­lıq mə­sə­lə­lə­ri­ni öy­rə­nir; göm­rük sis­te­mi­nin tex­ni­ki as­pekt­lə­ri­ni təd­qiq edir; göm­rük pro­se­du­ra­la­rı haq­qın­da in­for­ma­si­ya ya­yır; di­gər bey­nəl­xalq təş­ki­lat­lar­la əmək­daş­lıq edir.[11, 19-20]

ÜGT üzv­lərin kiçik çoxluqla­rı­nın təmsil olunduqla­rı nü­ma­yən­də he­yət­lə­ri göm­rük mə­sə­lə­lərini bəra­bər əsaslar üzərin­də həll etdik­ləri bir forumdur. Hər bir üz­vü bir nü­ma­yən­də təmsil edir və hər bir üzv bir səs hüququna malikdir. Bu isə üzv­lə­rə konvensiyalar və di­gər bey­nəlxalq sə­nəd­lər spektrinin müzaki­rəsi­nə obyektiv yanaşmağa imkan verir. ÜGT-də ha­zırda rəsmi iş­çi dil kimi 4 dil­dən istifa­də olunur - ingilis, fran­sız, ispan, rus.

GƏŞ/ÜGT sis­te­min­dən da­nı­şar­kən on­la­rın təş­ki­la­ti st­ruk­tu­run­dan də bəhs edil­mə­li­dir. GƏŞ-in ya­ra­dıl­ma­sı haq­qın­da 1950-ci il Kon­ven­si­ya­sı­nın 2-ci mad­də­si­nə mü­va­fiq ola­raq, GƏŞ-in hər bir üzv-döv­lə­ti bu hö­ku­mət­lə­ra­ra­sı Təş­ki­la­ta bir nü­ma­yən­də və onun bir və ya bir ne­çə müa­vi­ni­ni tə­yin edir, bu za­man nü­ma­yən­də he­yət­lə­ri­nin ya­nın­da mü­şa­vir­lər də ola bi­lər. Bu mad­də­də həm­çi­nin qeyd olu­nur ki, GƏŞ bu Şu­ra­nın üz­vü ol­ma­yan hö­ku­mət­lə­rin və ya bey­nəl­xalq təş­ki­lat­la­rın nü­ma­yən­də­lə­ri­nə Təş­ki­lat­da mü­şa­hi­də­çi qis­min­də iş­ti­rak et­mə­yə ica­zə ve­rə bi­lər.

ÜGT sədr və al­tı sədr müa­vi­nin­dən (re­gion­la­rın sa­yı­na gö­rə) iba­rət Şu­ra­nı, Si­ya­si Ko­mis­si­ya, Ma­liy­yə Ko­mi­tə­si və tex­ni­ki ko­mi­tə­lə­ri özün­də bir­ləş­di­rir.[4, 178] Şu­ra­nın funk­si­ya­la­rı 1950-ci il Kon­ven­si­ya­sın­da təs­bit edil­miş­dir. Bu funk­si­ya­lar aşa­ğı­da­kı­lar­dır:

– Ra­zı­lı­ğa gə­lən Tə­rəf­lə­rin bu Kon­ven­si­ya­nın əsas məq­səd­lə­ri­nə mü­va­fiq ola­raq göm­rük əmək­daş­lı­ğı­nın əsas mə­sə­lə­lə­ri­nin öy­rə­nil­mə­si;

– uz­laş­dır­ma­nın və va­hid­li­yin müm­kün də­rə­cə­də da­ha yük­sək sə­viy­yə­si­nin tə­mi­ni üçün GƏŞ-in üzv­lə­ri­nə prak­ti­ki va­si­tə­lə­rin tək­lif olun­ma­sı məq­sə­di­lə göm­rük sis­tem­lə­ri­nin tex­ni­ki as­pekt­lə­ri­nin, elə­cə də on­lar­la əla­qə­li olan iq­ti­sa­di amil­lə­rin öy­rə­nil­mə­si;

– kon­ven­si­ya la­yi­hə­lə­ri­nin və on­la­ra edi­lə­cək dü­zə­liş­lə­rin ha­zır­lan­ma­sı, elə­cə də on­la­rın ma­raq­lı hö­ku­mət­lər tə­rə­fin­dən qə­bul olun­ma­sı­na dair töv­si­yə­lə­rin ve­ril­mə­si;

– göm­rük ta­rif­lə­rin­də mal­la­rın təs­ni­fat no­menk­la­tu­ra­la­rı və mal­la­rın göm­rük qiy­mət­lən­di­ril­mə­si ba­rə­də Av­ro­pa Göm­rük İt­ti­fa­qı­nın ya­ra­dıl­ma­sı im­ka­nı­nın öy­rə­nil­mə­si üz­rə İş­çi Qru­pun ha­zır­la­dı­ğı kon­ven­si­ya­la­rın ey­ni­mə­na­lı təf­si­ri­ni və tət­bi­qi­ni tə­min edən töv­si­yə­lə­rin iş­lə­nib ha­zır­lan­ma­sı;

– bu Kon­ven­si­ya­nın müd­dəa­la­rı­na mü­va­fiq ola­raq, kon­ven­si­ya­la­rın təf­si­ri və tət­bi­qi ilə bağ­lı mü­ba­hi­sə­lə­rin həl­li məq­sə­di­lə ba­rış­dı­rı­cı töv­si­yə­lə­rin ha­zır­lan­ma­sı (mü­ba­hi­sə tə­rəf­lə­ri qa­baq­ca­dan Şu­ra­nın töv­si­yə­lə­ri­nin məc­bu­ri­li­yi ba­rə­də ra­zı­lı­ğa gə­lə bi­lər­lər);

– göm­rük tən­zim­lən­mə­si və pro­se­dur­la­rı­na dair mə­lu­mat­la­rın ya­yıl­ma­sı­nın tə­min edil­mə­si;

– ma­raq­lı hö­ku­mət­lə­rə öz tə­şəb­bü­sü və ya on­la­rın xa­hi­şi əsa­sın­da bu Kon­ven­si­ya­nın əsas məq­səd­lə­ri­nə mü­va­fiq ola­raq, göm­rük mə­sə­lə­lə­ri üz­rə mə­lu­mat­la­rın təq­dim olun­ma­sı və ya məs­lə­hət ve­ril­mə­si və bu­nun­la əla­qə­dar töv­si­yə­lə­rin qə­bu­lu;

– öz sə­la­hiy­yət­lə­ri­nə da­xil olan mə­sə­lə­lər üz­rə di­gər hö­ku­mət­lə­ra­ra­sı təş­ki­lat­lar­la əmək­daş­lıq edil­mə­si.[19]

ÜGT-nin ali or­qa­nı iş­ti­rak­çı-döv­lət­lə­rin göm­rük xid­mə­ti baş­çı­la­rı­nın il­lik Ses­si­ya­sı­dır.[1, 139] Kon­ven­si­ya­nın 7-ci mad­də­si­nə əsa­sən, GƏŞ-in ali or­qa­nı olan Ses­si­ya il­də bir də­fə­dən az ol­ma­ya­raq ça­ğı­rı­lır və o, yal­nız mən­zil-qə­rar­ga­hı­nın yer­ləş­di­yi Brüs­sel­də de­yil, is­tə­ni­lən di­gər yer­də də ça­ğı­rı­la bi­lər. Ses­si­ya­da Si­ya­si Ko­mis­si­ya və Ma­liy­yə Ko­mi­tə­si­nin ha­zır­la­dı­ğı ma­te­rial­lar nə­zər­dən ke­çi­ri­lir, müx­tə­lif göm­rük mə­sə­lə­lə­ri üz­rə qə­rar və töv­si­yə­lər qə­bul edi­lir. GƏŞ hər il üzv-döv­lət­lə­rin nü­ma­yən­də­lə­rin­dən Sədr və onun ən azı 2 müa­vi­ni­ni se­çir.

GƏŞ-in nü­ma­yən­də­li or­qan­la­rı­nın st­ruk­tu­run­da Sədr və müa­vin­lər­dən əla­və, Si­ya­si Ko­mis­si­ya və Ma­liy­yə Ko­mi­tə­si də qeyd edil­mə­li­dir.

Ümu­miy­yət­lə, ÜGT Ses­si­ya və Maliy­yə Komi­təsinin dəs­təyi əsa­sında fəaliy­yət gös­tə­rən Siyasi Komissiya tə­rəfin­dən ida­rə olunur. Si­ya­si Ko­mis­si­ya 18 nə­fər­dən iba­rət tər­kib­də ic­las­lar­da ba­xı­la­caq ma­te­rial­la­rı ha­zır­la­yır. O, GƏŞ-in əsas fəa­liy­yət is­ti­qa­mət­lə­ri­ni müəy­yən edir, töv­si­yə­lər ve­rir və onun əsas mər­kə­zi qis­min­də çı­xış edir. Si­ya­si Ko­mis­si­ya­nın ma­liy­yə­ləş­dir­mə tə­ləb edən qə­rar­la­rı GƏŞ ic­la­sın­da ba­xıl­maz­dan əv­vəl Ma­liy­yə Ko­mi­tə­si­nin ba­xı­şı­na ve­ri­lir. 14 nə­fər­dən iba­rət Ma­liy­yə Ko­mi­tə­si Şu­ra­nın əsas st­ruk­tur­la­rın­dan­dır.

Ya­ra­dıl­dı­ğı an­da və möv­cud­lu­ğu­nun ilk il­lə­rin­də yal­nız Qər­bi Av­ro­pa döv­lət­lə­rin­dən iba­rət ol­du­ğu hal­da (Avst­ri­ya, Bel­çi­ka, Da­ni­mar­ka, Fran­sa, AFR, Yu­na­nıs­tan, İr­lan­di­ya, İta­li­ya, Lük­sem­burq, Hol­lan­di­ya, Nor­veç, Por­tu­qa­li­ya, İs­pa­ni­ya, İs­veç, İs­veç­rə, Tür­ki­yə, Bö­yük Bri­ta­ni­ya və Şi­ma­li İr­lan­di­ya Bir­ləş­miş Kral­lı­ğı), GƏŞ da­ha son­ra üzv­lə­ri­nin sa­yı­na gö­rə uni­ver­sal bey­nəl­xalq təş­ki­la­ta çev­ril­miş­dir.

GƏŞ-in iş­çi or­qan­la­rı ki­mi onun 5 tex­ni­ki ko­mi­tə­si çı­xış edir. Bun­lar Dai­mi Tex­ni­ki Ko­mi­tə, Hü­quq-mü­ha­fi­zə Ko­mi­tə­si, Göm­rük Qiy­mət­lən­di­ril­mə­si üz­rə Ko­mi­tə, Göm­rük Qiy­mət­lən­di­ril­mə­si üz­rə Tex­ni­ki Ko­mi­tə və Har­mo­ni­za­si­ya edil­miş Sis­tem üz­rə Ko­mi­tə­dir. Bu ko­mi­tə­lər öz tə­lə­bat­la­rı­na gö­rə ses­si­ya­la­ra­ra­sı və ya dai­mi iş­çi qrup­la­rı təş­kil edir­lər. Mə­sə­lən, Göm­rük Kadr­la­rı­nın ha­zır­lan­ma­sı üz­rə Məş­və­rət­çi Qrup və s.

Bu iş­çi or­qan­lar ara­sın­da ən mü­hü­mü göm­rük tex­no­lo­gi­ya­la­rı mə­sə­lə­lə­ri ilə məş­ğul olan Dai­mi Tex­ni­ki Ko­mi­tə­dir. Ko­mi­tə bu Kon­ven­si­ya ilə qar­şı­ya qo­yu­lan əsas məq­sə­də (göm­rük sis­tem­lə­ri­nin har­mo­ni­za­si­ya­sı və uni­fi­ka­si­ya­sı­nın ən yük­sək də­rə­cə­si­nə nail ol­maq) çat­maq üçün göm­rük tex­no­lo­gi­ya­la­rı ilə bağ­lı prak­ti­ki təd­bir­lə­rin öy­rə­nil­mə­si və müəy­yən olun­ma­sı­nı hə­ya­ta ke­çi­rir.

Dai­mi Tex­ni­ki Ko­mi­tə Təş­ki­la­tın bü­tün üzv-döv­lət­lə­ri­nin nü­ma­yən­də­lə­rin­dən təş­kil olu­nur. On­lar­dan hər bi­ri Ko­mi­tə­yə bir nü­ma­yən­də və onun bir və ya bir ne­çə müa­vi­ni­ni tə­yin edə bi­lər. Bu­nun­la be­lə, Kon­ven­si­ya­nın 10-cu mad­də­si­nə gö­rə, nü­ma­yən­də­lər göm­rük prak­ti­ka­sı mə­sə­lə­lə­rin­də xü­su­si bi­lik­lə­rə ma­lik və­zi­fə­li şəxs­lər ol­ma­lı­dır­lar və on­la­rın ya­nın­da eks­pert­lər də tə­yin olu­na bi­lər­lər.

Kon­ven­si­ya­nın tə­lə­bi­nə gö­rə, Dai­mi Tex­ni­ki Ko­mi­tə il­də 4 də­fə­dən az ol­ma­ya­raq ça­ğı­rı­lır. Ko­mi­tə göm­rük qa­nun­ve­ri­ci­li­yi­nin və pro­se­dur­la­rı­nın sa­də­ləş­di­ril­mə­si və har­mo­ni­za­si­ya­sı me­tod­la­rı­nı iş­lə­yib ha­zır­la­yır. İn­di­yə­dək Ko­mi­tə­nin işi­nin ən mü­hüm nə­ti­cə­si 1973-cü il­də qə­bul olun­muş, 1 il son­ra qüv­və­yə min­miş və göm­rük prak­ti­ka­sın­da ge­niş tət­biq olu­nan Göm­rük pro­se­dur­la­rı­nın sa­də­ləş­di­ril­mə­si və har­mo­ni­za­si­ya­sı haq­qın­da Bey­nəl­xalq Kon­ven­si­ya­nın ha­zır­lan­ma­sı ol­muş­dur. Bun­dan əla­və, Ko­mi­tə mü­qa­yi­sə­li təd­qi­qat­lar apa­rır, bey­nəl­xalq göm­rük ter­min­lə­ri lü­ğə­ti­ni dərc et­di­rir, bey­nəl­xalq göm­rük kon­ven­si­ya­la­rı­nın la­yi­hə­lə­ri­ni iş­lə­yib ha­zır­la­yır və göm­rük pro­se­dur­la­rı­nın sa­də­ləş­di­ril­mə­si, har­mo­ni­za­si­ya­sı üz­rə töv­si­yə­lər ve­rir.

Dai­mi Tex­ni­ki Ko­mi­tə əsas funk­si­ya­la­rı aşa­ğı­da­kı­lar­dır:

– Göm­rük sa­hə­sin­də, göm­rük sis­tem­lə­ri­nin har­mo­ni­za­si­ya­sı və uni­fi­ka­si­ya­sı­nın tə­min edil­mə­si­nə yö­nəl­miş tək­lif­lə­rin ha­zır­lan­ma­sın­da əmək­daş­lı­ğa aid mə­sə­lə­lə­rin öy­rə­nil­mə­si.

– Göm­rük işi­nin ay­rı-ay­rı as­pekt­lə­ri üz­rə kon­ven­si­ya la­yi­hə­lə­ri­nin və töv­si­yə­lə­rin ha­zır­lan­ma­sı, göm­rük pro­se­du­ra­la­rı­na dair in­for­ma­si­ya­nın ya­yıl­ma­sı, həm­çi­nin ya­xın bey­nəl­xalq təş­ki­lat­lar­la əla­qə­lə­rin in­ki­şaf et­di­ril­mə­si.

– Bey­nəl­xalq göm­rük nor­ma­la­rı­nın iş­lə­nib ha­zır­lan­ma­sı, bey­nəl­xalq göm­rük ter­mi­no­lo­gi­ya­sın­da uy­ğun­luq ya­ra­dan nor­ma­la­rın ha­zır­lan­ma­sı.[5, 97]

– Qar­şı­lıq­lı ma­raq do­ğu­ran mə­sə­lə­lə­rin öy­rə­nil­mə­sin­də bey­nəl­xalq təş­ki­lat­lar­la (Aİ, ÜTT, ASEAN və s.) mü­şa­hi­də­çi­lər mü­ba­di­lə­si və ya eks­pert­lər­lə bir­ba­şa əmək­daş­lıq.

Ko­mi­tə Şu­ra üzv­lə­ri və ya bey­nəl­xalq təş­ki­lat­lar tə­rə­fin­dən irə­li sü­rül­müş xü­su­si mə­sə­lə­lə­rə ba­xır. O, həm təc­rü­bə mü­ba­di­lə­si məq­səd­lə­ri­lə bey­nəl­xalq əmək­daş­lıq­da ma­raq­la­rı olan göm­rük ida­rə və xid­mət­lə­ri­nin, həm də öz prob­lem­lə­ri­nin həl­lin­də göm­rük mə­sə­lə­lə­ri­lə üz­lə­şən bey­nəl­xalq təş­ki­lat­la­rın eh­ti­yac­la­rı­nı tə­min et­mə­yə ça­lı­şır.

Göm­rük məq­səd­lə­ri­lə mal­la­rın qiy­mət­lən­di­ril­mə­si üz­rə Ko­mi­tə. Bu Ko­mi­tə Mal­la­rın qiy­mət­lən­di­ril­mə­si üz­rə Kon­ven­si­ya­nın ye­ri­nə ye­ti­ril­mə­si­nə nə­za­rət et­mək­lə məş­ğul olur. Bu Kon­ven­si­ya­nın ən mü­hüm məq­səd­lə­ri mal­la­rın qiy­mət­lən­di­ril­mə­sin­də mak­si­mum uy­ğun­lu­ğun əl­də edil­mə­sin­dən, göm­rük ta­rif­lə­ri üz­rə da­nı­şıq­la­rın apa­rıl­ma­sı­nın sa­də­ləş­di­ril­mə­sin­dən iba­rət­dir. Bu Ko­mi­tə­nin di­gər və­zi­fə­si dün­ya ti­ca­rə­tin­də tə­da­vül­də olan mal­la­rın də­yə­ri­nin müəy­yən­ləş­di­ril­mə­si­nə dair prin­sip­lə­rin şərh və tət­bi­qi­nin uy­ğun­lu­ğu­nun tə­min edil­mə­si­dir. Ko­mi­tə mal­la­rın Kon­ven­si­ya tə­rəf­lə­ri va­si­tə­si­lə qiy­mət­lən­di­ril­mə­si me­tod­la­rı­na dair in­for­ma­si­ya­nı yay­ma­lı, mal­la­rın qiy­mət­lən­di­ril­mə­si ba­rə­də Kon­ven­si­ya­nın iş­ti­rak­çı-öl­kə­lə­ri­nin mil­li qay­da­la­rı­nı, pro­se­du­ra­la­rı­nı və prak­ti­ka­sı­nı öy­rən­mə­li­dir. Bu Ko­mi­tə həm də göm­rük qiy­mət­lən­di­ril­mə­si me­tod­la­rı sa­hə­sin­də iş­ti­rak­çı-öl­kə­lə­rin qa­nun­la­rı­nı nə­zər­dən ke­çi­rir, göm­rük məq­səd­lə­ri üçün müəy­yən ter­min və an­la­yış­lar­la məş­ğul olur.[16]

GƏŞ-in ic­rae­di­ci or­qa­nı - Baş Ka­tib­lik Təş­ki­la­tın mən­zil-qə­rar­ga­hın­da (Brüs­sel) yer­lə­şir. Bu or­qa­nın st­ruk­tu­ru­na Baş Ka­tib, onun müa­vi­ni, həm­çi­nin təs­ni­fat no­menk­la­tu­ra­sı üz­rə, göm­rük tex­ni­ka­sı üz­rə, göm­rük qiy­mət­lən­di­ril­mə­si üz­rə de­par­ta­ment­lə­rin di­rek­tor­la­rı və on­la­rın müa­vin­lə­ri da­xil­dir. Bu, ida­rəe­di­ci or­qan­dır. Və­zi­fə­li şəxs­lər və bey­nəl­xalq mə­mur­lar he­yə­tin 1/3-ni təş­kil edir­lər və Baş Ka­tib­lik­də mü­qa­vi­lə əsa­sın­da 5 il müd­də­tin­də mü­va­fiq və­zi­fə­lər tu­tur­lar. Təş­ki­la­tın sə­nəd və ma­te­rial­la­rı­nın bu­ra­xıl­dı­ğı rəs­mi dil­lə­ri in­gi­lis və fran­sız dil­lə­ri­dir.[11, 178]

ÜGT çər­çi­və­sin­də onun fəaliy­yətinin əsa­sı­nı təşkil edən kon­ven­si­ya­la­­rın reali­zəsi istiqa­mətin­də müəy­yən qu­rumlar fəaliy­yət gös­tərir. Əm­təə no­menk­la­tu­ra­sı üz­rə Ko­mi­tə göm­rük ta­rif­lə­rin­də mal­la­rın təs­ni­fa­tı üçün No­menk­la­tu­ra haq­qın­da kon­ven­si­ya­nın müd­dəa­la­rı­nın ye­ri­nə ye­ti­ril­mə­si­nə nə­za­rət edir. Kon­ven­si­ya­da mil­li göm­rük ta­rif­lə­rin­də mal­la­rı təs­nif et­mək üçün ümu­mi əsas iş­lə­nib ha­zır­lan­mış, göm­rük rü­süm­la­rı­nın mü­qa­yi­sə­si və da­nı­şıq­la­rın apa­rıl­ma­sı sa­də­ləş­di­ril­miş, mal­la­rın ey­ni şə­ki­li təs­ni­fa­tı tə­min olun­muş­dur. Bu Ko­mi­tə Kon­ven­si­ya­nın iş­ti­rak­çı-döv­lət­lə­ri­nin nü­ma­yən­də­lə­rin­dən təş­kil olu­nur və adə­tən il­də 2 də­fə ça­ğı­rı­lır. Ko­mi­tə­nin no­menk­la­tu­ra üz­rə və­zi­fə­si mil­li or­qan­lar­da və bey­nəl­xalq təş­ki­lat­lar­da çə­tin­lik­lər ya­ra­dan mə­sə­lə­lər üz­rə qə­rar­lar ha­zır­la­maq; no­menk­la­tu­ra­nın şərh və tət­biq edil­mə­sin­də ey­ni­li­yi tə­min et­mək­dən; göm­rük or­qan­la­rı­nın möv­qe­lə­ri­ni uy­ğun­laş­dır­maq­dan iba­rət­dir. Bu məq­səd­lə Ko­mi­tə no­menk­la­tu­ra­nın tət­bi­qi ba­rə­sin­də in­for­ma­si­ya­nı ya­yır, göm­rük məq­səd­lə­ri­lə mal­la­rın təs­ni­fa­tı­nın mil­li me­to­di­ka və prak­ti­ka­sı­nı öy­rə­nir, no­menk­la­tu­ra­nın şərh və tət­biq edil­mə­sin­də uy­ğun­lu­ğun sax­la­nıl­ma­sı üz­rə iş­ti­rak­çı-öl­kə­lə­rə töv­si­yə­lər ve­rir, Göm­rük no­menk­la­tu­ra­sı üz­rə Kon­ven­si­ya dü­zə­liş­lə­rin la­yi­hə­si­ni ha­zır­la­yır.

1988-ci il­də Mal­la­rın təs­vi­ri və kod­laş­dı­rıl­ma­sı­nın har­mo­ni­za­si­ya edil­miş sis­te­mi haq­qın­da Bey­nəl­xalq Kon­ven­si­ya qüv­və­yə min­di. Onun ha­zır­lan­ma­sı üçün 59 öl­kə­nin nü­ma­yən­də­si­nin da­xil ol­du­ğu iş­çi qru­pu­nu tə­sis edən ko­mi­tə - «Har­mo­ni­za­si­ya edil­miş sis­tem üz­rə» ko­mi­tə ya­ra­dıl­mış­dı. İş­çi qru­pu­na da­xil olan bü­tün öl­kə­lər No­menk­la­tu­ra üz­rə Ko­mi­tə­yə ta­be ol­muş və Kon­ven­si­ya ya­ra­dıl­dıq­dan son­ra bu­ra­xıl­mış­dır. No­menk­la­tu­ra üz­rə Ko­mi­tə­nin və­zi­fə­lə­ri aşa­ğı­da­kı­lar­dır:

– Har­mo­ni­za­si­ya edil­miş sis­tem haq­qın­da kon­ven­si­ya­nın ye­ri­nə ye­ti­ril­mə­si­nə nə­za­rə­ti hə­ya­ta ke­çir­mək;

– Kon­ven­si­ya­ya də­yi­şik­lik­lər və əla­və­lə­rin müx­tə­lif la­yi­hə­lə­ri­ni tək­lif et­mək və on­la­rı nə­zər­dən ke­çir­mək;

– Kon­ven­si­ya­nın ey­ni şə­kil­li şərh və tət­bi­qi­nin tə­min edil­mə­si məq­sə­di­lə töv­si­yə və iza­hat­lar ha­zır­la­maq;

– Kon­ven­si­ya haq­qın­da in­for­ma­si­ya­nı top­la­maq və yay­maq;

– Har­mo­ni­za­si­ya edil­miş sis­tem­də mal­la­rın təs­ni­fa­tı üz­rə mə­lu­mat­lar və məs­lə­hət­lər ver­mək.[16]

Ge­niş coğ­ra­fi nü­ma­yən­də­lik bu Təş­ki­la­tı re­gio­nal prin­sip əsa­sın­da iş­lə­mə­yə va­dar edir. Ha­zır­da onun tər­ki­bin­də 6 bö­yük re­gion var­dır:

– Şi­ma­li Af­ri­ka, Ya­xın və Or­ta Şərq;

– Qər­bi və Mər­kə­zi Af­ri­ka;

– Şər­qi və Cə­nu­bi Af­ri­ka;

– Uzaq Şərq, Cə­nub və Cə­nub-Şər­qi Avst­ra­li­ya və Okea­ni­ya;

– Cə­nu­bi, Şi­ma­li, Mər­kə­zi Ame­ri­ka və Ka­rib höv­zə­si;

– Av­ro­pa.

Hər bir re­gio­na Si­ya­si Ko­mis­si­ya­nın təm­sil edil­mə­si üz­rə Ses­si­ya­da se­çil­miş re­gio­nal nü­ma­yən­də baş­çı­lıq edir. Hər bir qru­pun və­zi­fə­si - müəy­yən re­gio­nun göm­rük sis­tem­lə­ri­nin har­mo­ni­za­si­ya­sı üz­rə ÜGT xət­ti­ni apar­maq­dır (ÜGT akt­la­rı­nın gön­də­ril­mə­si, on­la­rın ay­dın­laş­dı­rıl­ma­sı, ye­ni üzv­lə­rin cəlb edil­mə­si).

Re­gio­nal qrup­lar müx­tə­lif kurs və se­mi­nar təş­kil edə­rək göm­rük xid­mə­ti iş­çi­lə­ri­ni öy­rət­mək­lə, göm­rük hü­quq­poz­ma­la­rı ilə mü­ba­ri­zə üz­rə in­for­ma­si­ya mər­kəz­lə­ri­nin ya­ra­dıl­ma­sı, mil­li göm­rük xid­mət­lə­ri və ÜGT-nin in­zi­ba­ti or­qan­la­rı ara­sın­da nü­ma­yən­də­lər mü­ba­di­lə­si­lə məş­ğul olur. ÜGT öl­kə­lər ara­sın­da qa­çaq­mal­çı­lıq (ilk növ­bə­də nar­ko­tik­lər) ilə mü­ba­ri­zə sa­hə­sin­də konk­ret qar­şı­lıq­lı əla­qə­nin təş­ki­li mə­sə­lə­lə­ri­ni həll edir.

Bun­lar­la ya­na­şı, GƏŞ-in ya­ra­dıl­ma­sı haq­qın­da Kon­ven­si­ya is­tə­ni­lən döv­lə­tin sa­də pro­se­dur yo­lu ilə ona qo­şul­ma im­ka­nı­nı nə­zər­də tu­tur. Qo­şul­ma haq­qın­da sə­nəd Bel­çi­ka­nın Xa­ri­ci İş­lər Na­zir­li­yin­də de­po­zi­tə qo­yu­la bi­lən Göm­rük no­menk­la­tu­ra­sı üz­rə Kon­ven­si­ya­da və Mal­la­rın göm­rük məq­səd­lə­ri­lə qiy­mət­lən­di­ril­mə­si haq­qın­da Kon­ven­si­ya­da müəy­yən edi­lir ki, bu kon­ven­si­ya­la­ra yal­nız GƏŞ-in tə­sis edil­mə­si haq­qın­da Kon­ven­si­ya­nı im­za­la­yan döv­lət­lər qo­şu­la bi­lər.[6, 36]

Şu­ra və Ka­tib­li­yin xərc­lə­ri xü­su­si cəd­və­lə uy­ğun il­lik ödə­niş­lər­lə tə­min edi­lir. Bu cəd­vəl­də hər bir üzv-döv­lə­tin ödə­ni­şi­nin miq­da­rı onun mil­li gə­li­rin­dən və BMT xərc­lə­rin­də­ki pa­yın­dan ası­lı­dır. İl­lik ödə­niş­lər Şu­ra­ya da­xil olan il və on­dan çı­xan il tam ödə­ni­lir. Hər bir ÜGT üz­vü, hə­min üz­və aid ol­ma­yan (onun tə­rə­fin­dən im­za­lan­ma­yan) is­tə­ni­lən qüv­və­də olan kon­ven­si­ya­nın şər­hi, tət­bi­qi və ona dü­zə­liş­lər edil­mə­si ba­rə­də heç bir mə­sə­lə üz­rə sə­sə ma­lik ol­ma­dı­ğı hal­lar is­tis­na ol­maq­la, bir sə­sə ma­lik­dir. Qə­rar­lar iş­ti­rak­çı­la­rın və səs­ver­mə hü­qu­qu­na ma­lik olan üzv­lə­rin üç­də iki səs çox­lu­ğu ilə qə­bul edi­lir. Müəy­yən mə­sə­lə üz­rə səs­ver­mə hü­qu­qu­na ma­lik olan üzv­lə­rin ya­rı­dan az his­sə­si­nin iş­ti­rak et­di­yi hal­lar­da ÜGT heç bir mə­sə­lə üz­rə qə­rar qə­bul et­mir. Hər bir üzv öz nü­ma­yən­də­lə­ri­nin ses­si­ya­la­ra, ko­mi­tə­lə­rin ic­las­la­rı­na və di­gər təd­bir­lə­rə gön­də­ril­mə­si xə­bə­ri­ni özü bil­di­rir.

ÜGT əmək­daş­la­rı­nın ca­ri şta­tı yüz nə­fər­dən ar­tıq­dır. Bü­tün tex­ni­ki və­zi­fə­lər (40-a ya­xın) ÜGT in­zi­ba­ti ida­rə­si nü­ma­yən­də­lə­ri tə­rə­fin­dən tu­tul­muş­dur. Ka­tib­lik hər il bü­tün dün­ya üz­rə 25 tex­ni­ki konf­rans və 5 tex­ni­ki se­mi­nar təş­kil edir. ÜGT büd­cə­si Bel­çi­ka fran­kı ilə he­sab­la­nır və təx­mi­nən 330 mil­yon frank təş­kil edir. ÜGT öz səlahiy­yət­ləri çərçi­vəsin­də ona həva­lə edilmiş vəzi­fə­ləri Baş Məclis tə­rəfin­dən hər il qəbul edi­lən «Ümum­dünya Göm­rük Təşkila­tı­nın Strateji Planla­rı» çərçi­vəsin­də özü­nün komi­tə­ləri və Katiblik vasi­təsi­lə icraya yö­nəldir. Qurum İnterpolla, BMT-nin narkotik­lə­rə nəza­rət xid­məti ilə və Təh­lü­kəsizlik Şura­sı­nın Antiterror Komi­təsi ilə sıx əla­qə­lə­rə malikdir.

Bun­dan əla­və, həm­çi­nin qeyd edil­mə­li­dir ki, 1959-cu il­dən GƏŞ çər­çi­və­sin­də Brüs­sel no­menk­la­tu­ra­sı adı­nı al­mış əm­təə­lə­rin təs­ni­fa­tı sis­te­mi fəa­liy­yət gös­tə­rir­di. 1990-cı il­lə­rin əv­vəl­lə­ri üçün bu no­menk­la­tu­ra dün­ya ti­ca­rə­ti­nin təq­ri­bən 80%-ni və 150 döv­lə­ti əha­tə edir­di.[11, 186]

Bü­töv­lük­də, ÜGT fəa­liy­yə­ti­nin hü­qu­qi ba­za­sı ki­mi bu nor­ma­lar qeyd edi­lir: Da­xi­li req­la­ment, Ma­liy­yə req­la­men­ti, He­yə­tin sta­tu­su­nu və təş­ki­la­tın büd­cə­si­nə edi­lən il­lik ödə­niş­lə­rin öl­çü­lə­ri­ni müəy­yən­ləş­di­rən Ka­tib­lik haq­qın­da Əsas­na­mə.[2, 145]

ÜGT-nin fəa­liy­yə­ti­nin əsas hü­qu­qi for­ma­la­rı ki­mi göm­rük əmək­daş­lı­ğı­nın müx­tə­lif as­pekt­lə­ri üz­rə bey­nəl­xalq mü­qa­vi­lə, kon­ven­si­ya və sa­ziş­lə­rin qə­bul edil­mə­si­ni gös­tər­mək olar. ÜGT xa­ri­ci ti­ca­rə­tin müx­tə­lif sa­hə­lə­ri­ni tən­zim­lə­yən çox­lu sə­nəd qə­bul et­miş­dir. Bun­lar­la bağ­lı, GƏŞ/ÜGT-nin qə­bul et­di­yi növ­bə­ti sə­nəd­lə­ri gös­tər­mək olar: Sə­nəd­lə­rə stan­dart tə­ləb­lər üz­rə 1952-ci il Mə­cəl­lə­si, Göm­rük pro­se­du­ra­la­rı­nın sa­də­ləş­di­ril­mə­si və uni­fi­ka­si­ya­sı haq­qın­da Kon­ven­si­ya, 1961-ci il Nar­ko­tik va­si­tə­lər haq­qın­da Kon­ven­si­ya (bu Kon­ven­si­ya­ya əsa­sən Nar­ko­tik­lə­rə Nə­za­rət üz­rə Ko­mi­tə ya­ra­dıl­mış­dır), Psi­xot­rop mad­də­lər haq­qın­da 1971-ci il Kon­ven­si­ya­sı, Göm­rük pro­se­dur­la­rı­nın sa­də­ləş­di­ril­mə­si və har­mo­ni­za­si­ya­sı haq­qın­da 1973-cü il Kio­to Kon­ven­si­ya­sı, Göm­rük hü­quq­poz­ma­la­rı­nın qar­şı­sı­nın alın­ma­sı, araş­dı­rıl­ma­sı və ləğv edil­mə­si üz­rə qar­şı­lıq­lı in­zi­ba­ti yar­dım haq­qın­da 1977-ci il Kon­ven­si­ya­sı (bu Kon­ven­si­ya ümu­mi qar­şı­lıq­lı yar­dım təd­bir­lə­ri­lə ya­na­şı nar­ko­tik və psi­xot­rop mad­də­lə­rin, həm­çi­nin in­cə­sə­nət əsər­lə­ri­nin, ən­tiq əş­ya­la­rın və di­gər mə­də­ni mül­kiy­yə­tin qa­çaq­mal­çı­lı­ğı ilə konk­ret mü­ba­ri­zə təd­bir­lə­ri­ni nə­zər­də tu­tur), Mü­vəq­qə­ti id­xal haq­qın­da Kon­ven­si­ya və s. Bü­töv­lük­də, ÜGT çər­çi­və­sin­də 20 kon­ven­si­ya, 50 töv­si­yə və ay­rı-ay­rı göm­rük mə­sə­lə­lə­ri­nə dair on­dan ar­tıq bey­nəl­xalq nor­ma­lar qüv­və­də­dir.[10, 32]

ÜGT öz fəa­liy­yə­tin­də iş­ti­rak­çı-döv­lət­lə­rin göm­rük sis­tem­lə­ri­nin uy­ğun­lu­ğu və hə­ma­həng­li­yi­nin da­ha yük­sək sə­viy­yə­si­nin tə­min edil­mə­si, göm­rük tex­ni­ka­sı və göm­rük qa­nun­ve­ri­ci­li­yi­nin in­ki­şa­fı və yax­şı­laş­dı­rıl­ma­sı­nın ge­di­şin­də mey­da­na çı­xan prob­lem­lə­rin öy­rə­nil­mə­si­ni hə­ya­ta ke­çi­rir. O, kon­ven­si­ya­lar və on­la­ra edi­lən dü­zə­liş­lə­rin la­yi­hə­lə­ri­ni, on­la­rın uy­ğun şər­hi üz­rə töv­si­yə­lə­ri ha­zır­la­yır, iş­ti­rak­çı-döv­lət­lər ara­sın­da göm­rük tən­zim­lən­mə­si və pro­se­du­ra­la­rı üz­rə in­for­ma­si­ya ya­yır, di­gər bey­nəl­xalq və hö­ku­mət­lə­ra­ra­sı təş­ki­lat­lar­la əmək­daş­lıq edir.

ÜGT qə­rar­la­rı­nın töv­si­yə xa­rak­te­ri da­şı­ma­sı­na bax­ma­ya­raq, bu Təş­ki­lat bö­yük hü­quq və im­ti­yaz­la­ra ma­lik­dir, onun öz büd­cə­si, yax­şı təş­kil olun­muş ida­rəet­mə st­ruk­tu­ru var­dır. Bun­la­rın sa­yə­sin­də ÜGT bey­nəl­xalq mü­na­si­bət­lər­də çox mü­hüm rol oy­na­yır.

1987-ci il­də Təş­ki­lat tə­rə­fin­dən Təş­ki­la­tın 2000-ci ilə­dək olan və­zi­fə­lə­ri haq­qın­da Bə­yan­na­mə­nin (Ot­ta­va Bə­yan­na­mə­si) qə­bul olun­ma­sı ilə onun fəa­liy­yə­ti­nin üç əsas is­ti­qa­mə­ti müəy­yən edil­miş­dir. Bu­ra­da 3 əsas fəa­liy­yət is­ti­qa­mə­ti nə­zər­də tu­tu­lur­du:

1) göm­rük pro­se­du­ra­la­rı­nın sa­də­ləş­di­ril­mə­si və har­mo­ni­za­si­ya­sı, elə­cə də göm­rük or­qan­la­rı ara­sın­da əmək­daş­lı­ğın tə­min edil­mə­si. Bu­nun­la be­lə, göm­rük ta­rif­lə­ri­nin har­mo­ni­za­si­ya edil­miş sis­te­mi­nin, sə­na­ye is­teh­sa­lı, ti­ca­rət və nəq­liy­yat sta­tis­ti­ka­sı­nın ge­niş tət­bi­qi, həm­çi­nin GATT göm­rük qiy­mət­lən­di­ril­mə­si qay­da­la­rı­nın qə­bu­lu və ge­niş tət­bi­qi, Şu­ra­nın üzv­lə­ri­nə tex­ni­ki və məs­lə­hət xa­rak­ter­li yar­dım­la­rın gös­tə­ril­mə­si də nə­zər­də tu­tu­lur­du;

2) la­zı­mi göm­rük nə­za­rə­ti­nin və göm­rük qay­da­la­rı­nın po­zul­ma­sı ilə mü­ba­ri­zə­nin tə­min edil­mə­si;

3) şəx­si he­yə­tin key­fiy­yə­ti­nin ar­tı­rıl­ma­sı, mil­li göm­rük xid­mət­lə­ri­nin ida­rə olun­ma­sı­nın təş­ki­li­nin güc­lən­di­ril­mə­si. Bu­na mü­na­si­bət­də göm­rük xid­mət­lə­ri rəis­lə­ri­nin gö­rüş­lə­ri­nin ke­çi­ril­mə­si, kadr ha­zır­lı­ğı mə­sə­lə­sin­də Şu­ra üzv­lə­ri­nə yar­dım gös­tə­ril­mə­si və s. nə­zər­də tu­tu­lur­du. Bu məq­səd­lə il­də 2 də­fə Brüs­sel­də 4-6 iş­ti­rak­çı-döv­lət­dən iba­rət olan qrup­lar üçün 3 ay­lıq tə­lim se­mi­nar­la­rı ke­çi­ri­lir.[16]

Ot­ta­va Bə­yan­na­mə­si­nin konk­ret­ləş­di­ril­mə­si məq­sə­di­lə 1988-ci ilin iyu­nun­da GƏŞ-in 1990-cı il­lər üçün Fəa­liy­yət Pla­nı qə­bul olun­du. Bu Plan onil­lik müd­dət üçün aşa­ğı­da­kı əsas və­zi­fə­lə­ri müəy­yən et­di:

– göm­rük sfe­ra­sın­da bey­nəl­xalq stan­dart­la­rın ha­zır­lan­ma­sı və on­la­rın va­hid tət­bi­qi­nin tə­min edil­mə­si­nə səy gös­tə­ril­mə­si;

– uy­ğun­laş­dı­rıl­mış sis­te­min ge­niş ya­yıl­ma­sı­na yar­dım et­mək;

– ix­rac-id­xal pro­se­dur­la­rı­nın stan­dart­laş­dı­rıl­ma­sı­nın və sa­də­ləş­di­ril­mə­si­nin in­ki­şa­fı, bu pro­se­dur­la­rın tət­bi­qi prak­ti­ka­sı üzə­rin­də nə­za­rə­tin tək­mil­ləş­di­ril­mə­si və qa­çaq­mal­çı­lıq və göm­rük qay­da­la­rı­nın po­zul­ma­sı­nın bü­tün for­ma­la­rı­na qar­şı gə­lə­cək mü­ba­ri­zə proq­ram­la­rı­nın qə­bul edil­mə­si;

– iş­ti­rak­çı-öl­kə­lə­rin göm­rük­xa­na­la­rı­nın tex­ni­ki təc­hi­za­tı­nı yük­səlt­mək;

– qa­çaq­mal­çı­lı­ğın bü­tün for­ma­la­rı­nın qar­şı­sı­nın alın­ma­sı üz­rə nə­zə­ri və prak­ti­ki təd­bir­lər iş­lə­yib ha­zır­la­maq;

– göm­rük xid­mə­ti kadr­la­rı­nın öy­rə­dil­mə­si işin­də üzv-döv­lət­lə­rə yar­dım gös­tə­ril­mə­si;

– göm­rük or­qan­la­rı, elə­cə də bu əmək­daş­lıq­da iş­ti­rak edən di­gər xid­mət­lər ara­sın­da mə­lu­mat­la­rın elekt­ron mü­ba­di­lə­si sis­te­mi­nin in­ki­şa­fı;

– GATT-la (ÜTT) qar­şı­lıq­lı əla­qə­ni möh­kəm­lən­dir­mək;

– döv­lət­lər və bey­nəl­xalq təş­ki­lat­lar­la da­ha sıx əmək­daş­lıq et­mək. [16]

GƏŞ-in ya­ra­dıl­ma­sı haq­qın­da Kon­ven­si­ya­nı, bu Təş­ki­la­tın özü­nün st­ruk­tu­ru­nu və funk­si­ya­la­rı­nı təh­lil edər­kən, GƏŞ-in hü­quq qa­bi­liy­yə­ti, im­mu­ni­tet və im­ti­yaz­la­rı ba­rə­də müd­dəa­la­rı da qeyd et­mək la­zım­dır. Be­lə ki, Kon­ven­si­ya­nın 13-cü mad­də­si­nə əsa­sən, Şu­ra özü­nün hər bir üz­vü­nü əra­zi­sin­də öz funk­si­ya­la­rı­nı hə­ya­ta ke­çir­mək üçün bu Kon­ven­si­ya­nın Əla­və­sin­də müəy­yən olu­nan həcm­də hü­quq qa­bi­liy­yə­ti­nə ma­lik­dir. Əla­və, Kon­ven­si­ya­nın ay­rıl­maz tər­kib his­sə­si­dir və Kon­ven­si­ya­ya edi­lən is­tə­ni­lən is­ti­nad onun Əla­və­si­nə də is­ti­na­dı nə­zər­də tu­tur.

2-ci fəs­lin 2-ci mad­də­sin­də isə qeyd edi­lir ki, GƏŞ hü­quq qa­bi­liy­yə­ti­nə ma­lik­dir və onun hü­quq qa­bi­liy­yə­ti özü­nü aşa­ğı­da gös­tə­ri­lən­lər­də əks et­di­rir:

– sa­ziş bağ­la­maq;

– da­şı­nar və da­şın­maz əm­lak əl­də et­mək və gö­tür­mək;

– məh­kə­mə tə­qi­bi ba­rə­də mə­sə­lə qal­dır­maq.

Bu mə­sə­lə­lər­də Baş Ka­tib GƏŞ adın­dan fəa­liy­yət gös­tə­rir.

Kon­ven­si­ya­nın 3-cü mad­də­si­nin 3-cü his­sə­si­nə gö­rə, GƏŞ, onun mül­kiy­yə­ti və ak­tiv­lə­ri ha­ra­da və kim­də ol­ma­sın­dan ası­lı ol­ma­ya­raq, hü­qu­qi tə­qi­bet­mə­dən (məh­kə­mə tə­qi­bin­dən) im­mu­ni­te­tə ma­lik­dir. 3-cü mad­də­nin 9-cu his­sə­si­nə əsa­sən bir qay­da ola­raq, GƏŞ da­şı­nar əm­la­kın sa­tış qiy­mə­ti üçün ak­siz və ya ver­gi­lər­dən azad olun­ma­nı tə­ləb et­mir.

GƏŞ-in ya­ra­dıl­ma­sı haq­qın­da Kon­ven­si­ya­nın 4-cü mad­də­si az əl­ve­riş­li ol­ma­yan re­jim və sen­zu­ra­nın tət­biq edil­mə­si­nə həsr olun­muş­dur. Be­lə ki, 4-cü mad­də­nin X his­sə­si­nə əsa­sən, ra­bi­tə va­si­tə­lə­rin­dən is­ti­fa­də edər­kən, GƏŞ-ə az əl­ve­riş­li ol­ma­yan re­jim tət­biq olu­nur. Bu re­jim poçt və müx­tə­lif növ te­leq­ram­la­rın gön­də­ril­mə­sin­də, te­le­fon və di­gər bağ­lan­tı­lar­da ta­rif və yı­ğım­la­ra, elə­cə də çap və ra­dio va­si­tə­si­lə mə­lu­mat çat­dı­rıl­ma­sı üz­rə ta­rif­lə­rə mü­na­si­bət­də bü­tün hö­ku­mət­lə­rə, on­la­rın dip­lo­ma­tik nü­ma­yən­də­lə­ri­nə tət­biq olu­nur (4-cü mad­də­nin 10-cu his­sə­si). 4-cü mad­də­nin 11-ci his­sə­si GƏŞ-in rəs­mi ya­zış­ma­la­rı və di­gər rəs­mi əla­qə­lə­ri­nə sen­zu­ra tət­biq olun­ma­sı­nı nə­zər­də tu­tur.[14]

GƏŞ-in ya­ra­dıl­ma­sı haq­qın­da Kon­ven­si­ya­nın GƏŞ üzv­lə­ri üçün mü­hüm əhə­miy­yət kəsb edən di­gər bir müd­dəa­sı im­mu­ni­tet və im­ti­yaz­lar­la əla­qə­dar­dır. 5-ci mad­də­nin 12-ci his­sə­sin­də GƏŞ-in üzv­lə­ri­nin nü­ma­yən­də­lə­ri­nin öz funk­si­ya­la­rı­nı ye­ri­nə ye­ti­rər­kən is­ti­fa­də et­dik­lə­ri im­mu­ni­tet və im­ti­yaz­lar nə­zər­də tu­tu­lur:

– şəx­si ba­qa­jın sax­lan­ma­sı və yox­la­nıl­ma­sın­dan, elə­cə də səs­lən­dir­dik­lə­ri və ya yaz­dıq­la­rı söz­lə­rə və is­tə­ni­lən rəs­mi fəa­liy­yət­lə­ri­nə mü­na­si­bət­də im­mu­ni­tet; hər cür məh­kə­mə tə­qi­bin­dən im­mu­ni­tet;

– bü­tün ma­te­rial və sə­nəd­lə­ri­nin to­xu­nul­maz­lı­ğı;

– şif­rə­lər­dən is­ti­fa­də, ma­te­rial­la­rın əl­də edil­mə­si və kur­yer və ya çap va­liz­lə­rin­də ya­zış­ma­la­rın əl­də edil­mə­si hü­qu­qu;

– özü­nün və ar­va­dı­nın (əri­nin) im­miq­ra­si­ya məh­du­diy­yət­lə­rin­dən və ya öz funk­si­ya­la­rı­nı hə­ya­ta ke­çi­rə­cə­yi döv­lət­də qey­diy­yat­dan azad olun­ma­sı;

– mü­vəq­qə­ti rəs­mi tap­şı­rıq­la­rı ye­ri­nə ye­ti­rən xa­ri­ci hö­ku­mət nü­ma­yən­də­lə­ri­nə təq­dim olu­nan val­yu­ta və ya mü­ba­di­lə məh­du­diy­yət­lə­ri­nin ləğv olun­ma­sı re­ji­min­dən is­ti­fa­də;

– ey­ni də­rə­cə­li dip­lo­ma­tik mis­si­ya­la­rın üzv­lə­ri­nə təq­dim olu­nan şəx­si ba­qa­ja mü­na­si­bət­də im­mu­ni­tet­lər­dən və re­jim­dən is­ti­fa­də.[18]

GƏŞ-in ic­las­la­rı və fəa­liy­yə­ti çər­çi­və­sin­də nü­ma­yən­də­lə­rə təq­dim olu­nan im­mu­ni­tet və im­ti­yaz­lar funk­sio­nal im­mu­ni­tet və im­ti­yaz­lar ol­du­ğun­dan (yə­ni, yal­nız funk­si­ya­la­rın ye­ri­nə ye­ti­ril­mə­si za­ma­nı is­ti­fa­də olun­du­ğun­dan) dip­lo­ma­tik im­mu­ni­tet və im­ti­yaz­lar­dan ta­ma­mi­lə fərq­lə­nir­lər.

Bun­lar­la ya­na­şı, ÜGT-nin fəa­liy­yə­ti aşa­ğı­da­kı­lar­da da özü­nü gös­tə­rir. Be­lə ki, Göm­rük ta­rif­lə­rin­də mal­la­rın təs­ni­fa­tı üçün no­menk­la­tu­ra haq­qın­da Kon­ven­si­ya­nın müd­dəa­la­rı­nın ye­ri­nə ye­ti­ril­mə­si­nə nə­za­rət edil­mə­si məq­sə­di­lə Əm­təə no­menk­la­tu­ra­sı üz­rə Ko­mi­tə ya­ra­dıl­mış­dır. Kon­ven­si­ya­da mil­li göm­rük ta­rif­lə­rin­də mal­la­rı təs­nif et­mək üçün ümu­mi əsas iş­lə­nib ha­zır­lan­mış, göm­rük rü­süm­la­rı­nın mü­qa­yi­sə­si və da­nı­şıq­la­rın apa­rıl­ma­sı sa­də­ləş­di­ril­miş, mal­la­rın va­hid təs­ni­fa­tı tə­min olun­muş­dur. Bu Ko­mi­tə Kon­ven­si­ya­nın iş­ti­rak­çı-döv­lət­lə­ri­nin nü­ma­yən­də­lə­rin­dən təş­kil olu­nur və adə­tən il­də 2 də­fə ça­ğı­rı­lır. Ko­mi­tə­nin no­menk­la­tu­ra üz­rə və­zi­fə­si mil­li or­qan­lar­da və bey­nəl­xalq təş­ki­lat­lar­da prob­lem ya­ra­dan mə­sə­lə­lər üz­rə qə­rar­lar ha­zır­la­maq, no­menk­la­tu­ra­nın şərh və tət­biq edil­mə­sin­də ey­ni­li­yi tə­min et­mək­dən, göm­rük or­qan­la­rı­nın möv­qe­lə­ri­ni uy­ğun­laş­dır­maq­dan iba­rət­dir. Bu məq­səd­lə Ko­mi­tə no­menk­la­tu­ra­nın tət­bi­qi ba­rə­sin­də in­for­ma­si­ya­nı ya­yır, göm­rük məq­səd­lə­ri­lə mal­la­rın təs­ni­fa­tı­nın mil­li me­to­di­ka və prak­ti­ka­sı­nı öy­rə­nir, no­menk­la­tu­ra­nın şərh və tət­biq edil­mə­sin­də uy­ğun­lu­ğun sax­la­nıl­ma­sı üz­rə iş­ti­rak­çı-döv­lət­lə­rə töv­si­yə­lər ve­rir, Göm­rük no­menk­la­tu­ra­sı üz­rə kon­ven­si­ya­ya dü­zə­liş­lə­rin la­yi­hə­si­ni ha­zır­la­yır. 1988-ci il­də Mal­la­rın təs­vi­ri və kod­laş­dı­rıl­ma­sı­nın har­mo­ni­za­si­ya edil­miş sis­te­mi haq­qın­da Bey­nəl­xalq Kon­ven­si­ya qüv­və­yə min­miş­dir. Onun ha­zır­lan­ma­sı üçün 59 öl­kə­nin nü­ma­yən­də­si­nin da­xil ol­du­ğu iş­çi qru­pu­nu tə­sis edən ko­mi­tə - Har­mo­ni­za­si­ya edil­miş Sis­tem üz­rə Ko­mi­tə ya­ra­dıl­mış­dı. İş­çi qru­pu­na da­xil olan bü­tün öl­kə­lər No­menk­la­tu­ra üz­rə Ko­mi­tə­yə ta­be ol­muş və Kon­ven­si­ya ya­ra­dıl­dıq­dan son­ra bu­ra­xıl­mış­dır. No­menk­la­tu­ra üz­rə Ko­mi­tə­nin və­zi­fə­lə­ri aşa­ğı­da­kı­lar ki­mi müəy­yən edil­miş­dir:

– Har­mo­ni­za­si­ya edil­miş sis­tem haq­qın­da Kon­ven­si­ya­nın ye­ri­nə ye­ti­ril­mə­si­nə nə­za­rə­ti hə­ya­ta ke­çir­mək;

– Kon­ven­si­ya­ya də­yi­şik­lik­lər və əla­və­lə­rin müx­tə­lif la­yi­hə­lə­ri­ni tək­lif et­mək və on­la­rı nə­zər­dən ke­çir­mək;

– Kon­ven­si­ya­nın va­hid şərh və tət­bi­qi­nin tə­min edil­mə­si məq­sə­di­lə töv­si­yə və iza­hat­lar ha­zır­la­maq;

– Kon­ven­si­ya haq­qın­da in­for­ma­si­ya­nı top­la­maq və yay­maq;

– Har­mo­ni­za­si­ya edil­miş sis­tem­də mal­la­rın təs­ni­fa­tı üz­rə mə­lu­mat­lar və məs­lə­hət­lər ver­mək.[15]

Bun­dan əla­və, mal qrup­la­rı­nın la­zı­mi de­tal­laş­dı­rıl­ma də­rə­cə­si­ni - göm­rük or­qan­la­rı­nın tə­ləb­lə­ri­nə, həm­çi­nin hö­ku­mət­lər və ti­ca­rət ida­rə­lə­ri tə­rə­fin­dən sta­tis­ti­ka­ya qo­yu­lan tə­ləb­lə­rə ca­vab ve­rən də­rə­cə­ni ar­tıq tə­min edə bil­mə­yən, 1950-ci il de­kab­rın 15-də Brüs­sel­də bağ­la­nan Göm­rük ta­rif­lə­rin­də mal­la­rın təs­ni­fa­tı üçün no­menk­la­tu­ra haq­qın­da Kon­ven­si­ya­da mü­hüm də­yi­şik­lə­rin edil­mə­si­nin zə­ru­ri­li­yin bey­nəl­xalq ti­ca­rət­də tex­no­lo­ji tə­rəq­qi və də­yi­şik­lər­lə şərt­lən­mə­si­lə əla­qə­dar ola­raq GƏŞ-in rəh­bər­li­yi al­tın­da Mal­la­rın təs­vi­ri və kod­laş­dı­rıl­ma­sı­nın har­mo­ni­za­si­ya edil­miş sis­te­mi haq­qın­da Bey­nəl­xalq Kon­ven­si­ya iş­lə­nib ha­zır­lan­dı. Mal­la­rın təs­vi­ri və kod­laş­dı­rıl­ma­sı­nın har­mo­ni­za­si­ya edil­miş sis­te­mi de­dik­də, əm­təə möv­qe­lə­ri­ni, sub­möv­qe­lə­ri­ni, on­la­ra aid olan rə­qəm­li kod­la­rı, böl­mə­lə­rə, qrup­la­ra və sub­möv­qe­lə­rə edi­lən irad­la­rı, həm­çi­nin har­mo­ni­za­si­ya edil­miş sis­te­min şər­hi üçün Kon­ven­si­ya­nın Əla­və­sin­də gös­tə­ril­miş əsas təs­ni­fat qay­da­la­rı­nı özün­də bir­ləş­di­rən no­menk­la­tu­ra ba­şa dü­şü­lür. Mal­la­rın təs­vi­ri və kod­laş­dı­rıl­ma­sı­nın əsas məq­səd­lə­ri: bey­nəl­xalq ti­ca­rə­tə yar­dım; bey­nəl­xalq ti­ca­rə­tə aid sta­tis­tik mə­lu­mat­la­rın top­lan­ma­sı­nın, mü­qa­yi­sə­si­nin və təh­li­li­nin sa­də­ləş­di­ril­mə­si; bey­nəl­xalq ti­ca­rət pro­se­sin­də bir təs­ni­fat sis­te­min­dən di­gə­ri­nə ke­çid za­ma­nı mal­la­rın tək­rar təs­vi­ri, təs­ni­fa­tı və kod­laş­dı­rıl­ma­sı ilə bağ­lı xərc­lər­dən çə­kin­mə; har­mo­ni­za­si­ya edil­miş sis­tem­dən nəq­liy­yat ta­rif­lə­ri və müx­tə­lif nəq­liy­yat növ­lə­ri­lə yük da­şı­ma­la­rı­nın sta­tis­ti­ka­sı üçün is­ti­fa­də olun­ma­sı; mal­la­rın is­teh­sa­lı­nın tex­no­lo­gi­ya­sın­da və bey­nəl­xalq ti­ca­rət st­ruk­tu­run­da də­yi­şik­lə­rin nə­zə­rə alın­ma­sı; di­gər məq­səd­lər. [10, 35]

Göm­rük məq­səd­lə­ri­lə Mal­la­rın qiy­mət­lən­di­ril­mə­si üz­rə Ko­mi­tə Mal­la­rın qiy­mət­lən­di­ril­mə­si üz­rə Kon­ven­si­ya­nın ye­ri­nə ye­ti­ril­mə­si­nə nə­za­rət et­mək­lə məş­ğul olur. Bu Kon­ven­si­ya­nın ən mü­hüm məq­səd­lə­ri mal­la­rın qiy­mət­lən­di­ril­mə­sin­də mak­si­mum uy­ğun­lu­ğun əl­də edil­mə­sin­dən, göm­rük ta­rif­lə­ri üz­rə da­nı­şıq­la­rın apa­rıl­ma­sı­nın sa­də­ləş­di­ril­mə­sin­dən iba­rət­dir. Bu Ko­mi­tə­nin di­gər və­zi­fə­si dün­ya ti­ca­rə­tin­də tə­da­vül­də olan mal­la­rın də­yə­ri­nin müəy­yən­ləş­di­ril­mə­si­nə dair prin­sip­lə­rin şərh olun­ma­sı və tət­bi­qi­nin uy­ğun­lu­ğu­nun tə­min edil­mə­si­dir. Ko­mi­tə mal­la­rın Kon­ven­si­ya tə­rəf­lə­ri va­si­tə­si­lə qiy­mət­lən­di­ril­mə­si me­tod­la­rı­na dair in­for­ma­si­ya­nı yay­ma­lı, mal­la­rın qiy­mət­lən­di­ril­mə­si ba­rə­də Kon­ven­si­ya­nın iş­ti­rak­çı-döv­lət­lə­ri­nin mil­li qay­da­la­rı­nı, pro­se­du­ra­la­rı­nı və prak­ti­ka­sı­nı öy­rən­mə­li­dir. Bu Ko­mi­tə həm də göm­rük qiy­mət­lən­di­ril­mə­si me­tod­la­rı sa­hə­sin­də iş­ti­rak­çı-öl­kə­lə­rin qa­nun­la­rı­nı nə­zər­dən ke­çi­rir, göm­rük məq­səd­lə­ri üçün müəy­yən ter­min və an­la­yış­la­rın müəy­yən edil­mə­si ilə məş­ğul olur.

Son dövr­lər dün­ya­nın göm­rük xid­mət­lə­ri­nin fəa­liy­yə­ti­nin sə­mə­rə­li­yi­nin ar­tı­rıl­ma­sı­na bö­yük diq­qət ye­ti­ri­lir. Bu məq­səd­lə on­la­rın müa­sir­ləş­di­ril­mə­si­nin ümu­mi st­ra­te­gi­ya­sı qə­bul edil­miş­dir. Bu st­ra­te­gi­ya müx­tə­lif döv­lət­lə­rin göm­rük xid­mət­lə­ri üçün ümu­mi ox­şar bir sis­te­min ya­ra­dıl­ma­sı­nı nə­zər­də tu­tur. Bu, özü­nü ÜGT tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lən müx­tə­lif müa­sir­ləş­dir­mə proq­ram­la­rın­da gös­tə­rir. Bu­nun­la, göm­rük fəa­liy­yə­ti­nin tək­mil­ləş­di­ril­mə­si üçün əsas müəy­yən edi­lir və müx­tə­lif döv­lət­lə­rin konk­ret xü­su­siy­yət­lə­ri ümu­mi st­ra­te­gi­ya­nın müəy­yən edil­mə­si za­ma­nı nə­zə­rə alı­nır.

Göm­rük xid­mət­lə­ri və or­qan­la­rı üz­rə is­la­hat apa­rıl­ma­sı və on­la­rın müa­sir­ləş­di­ril­mə­si üz­rə ÜGT Proq­ra­mı bir ne­çə his­sə­dən iba­rət­dir: - Ba­zar iq­ti­sa­diy­ya­tın­da göm­rü­yün ro­lu ba­rə­də təş­ki­la­ti Proq­ra­mı; - Göm­rük xid­mə­ti­nin diaq­nos­ti­ka­sı; - Kadr­la­rın xü­su­si ha­zır­lan­ma­sın­da tre­ninq sis­tem­lə­ri­nin in­ki­şa­fı; – Müx­tə­lif də­rə­cə­li göm­rük xid­mə­ti rəh­bər­lə­ri­nin fəa­liy­yə­ti­nin qiy­mət­lən­di­ril­mə­si və s. Proq­ram ÜGT üzv-döv­lət­lə­ri­nə aşa­ğı­da­kı mə­sə­lə­lə­rin həl­lin­də kə­mək­lik edir:

– Göm­rük xid­mət­lə­rin­də də­yi­şik­lik edil­mə­si və is­la­hat apa­rıl­ma­sı zə­ru­rə­ti;

– Xa­ri­ci və da­xi­li eh­ti­yat­la­rın ra­sio­nal şə­kil­də is­ti­fa­də edil­mə­si;

– Plan­laş­dır­ma və müa­sir­ləş­dir­mə.

 Göm­rük xid­mət­lə­ri­nin müa­sir­ləş­di­ril­mə­si proq­ram-məq­səd­li ya­naş­ma­nı tək­lif edir. Həm­çi­nin, göm­rük xid­mət­lə­ri­nin fəa­liy­yə­ti­nin nə­ti­cə­lə­ri­nin ef­fek­tiv­li­yi­ni ar­tır­maq üçün proq­ram­lar pa­ke­ti ha­zır­lan­mış­dır. Bü­tün bu məq­səd­li proq­ram­lar ümu­mi bir sis­tem­də bir­ləş­di­ril­miş­dir. Bu­nun­la ya­na­şı, hər bir sis­tem özü-öz­lü­yün­də ay­rı­ca ola­raq tət­biq edi­lə bi­lər, la­kin bu proq­ram­lar komp­leks şə­kil­də tət­biq edil­di­yi za­man da­ha ef­fek­tiv olur. Be­lə ki, proq­ram­lar aşa­ğı­da­kı ar­dı­cıl­lıq­la tət­biq edil­di­yi za­man da­ha məq­sə­dəuy­ğun he­sab edil­mə­li­dir. [7, 65-66]

Məq­səd­li proq­ram­la­rı özün­də əks et­dir­mək is­tə­yi­ni bil­di­rən döv­lət öz göm­rük xid­mət­lə­ri­nin sə­mə­rə­li­yi­ni ar­tır­maq üçün ilk ola­raq bi­rin­ci proq­ram­dan - Ba­zar iq­ti­sa­diy­ya­tın­da göm­rü­yün ro­lu ba­rə­də Təş­ki­la­ti Proq­ram­dan is­ti­fa­də et­mə­li­dir. Bu Proq­ra­mın əsas məq­sə­di­ni döv­lə­tin ali və­zi­fə­li şəxs­lə­ri­nin göm­rü­yün əhə­miy­yə­ti­nə diq­qə­ti­nin ar­tı­rıl­ma­sı təş­kil edir. Və gə­lə­cək­də bu, göm­rük xid­mə­ti­nin tək­mil­ləş­di­ril­mə­sin­də on­la­rın ma­raq­la­rı­nın ar­tı­rıl­ma­sı­na və di­gər proq­ram­la­rın da­xil edil­mə­si­nə kö­mək edə­cək­dir.

İkin­ci proq­ram Göm­rük xid­mə­ti­nin diaq­nos­ti­ka­sı Proq­ra­mı­dır. Bu Proq­ram göm­rü­yün real və­ziy­yə­ti­ni xa­rak­te­ri­zə edir, onun «zəif» nöq­tə­lə­ri­ni müəy­yən et­mə­yə, da­xi­li (mil­li) və xa­ri­ci (bey­nəl­xalq) amil­lər nə­zə­rə alın­maq­la göm­rük xid­mə­ti­nin komp­leks in­ki­şa­fı sis­te­mi­ni iş­lə­yib ha­zır­la­ma­ğa kö­mək­lik gös­tə­rir.

Növ­bə­ti bir proq­ram ki­mi Kadr­la­rın xü­su­si ha­zır­lan­ma­sın­da trey­ninq sis­tem­lə­ri­nin in­ki­şa­fı Proq­ra­mı­nı gös­tər­mək olar. Bu Proq­ram bü­tün ka­te­qo­ri­ya­ya aid kadr­la­rın, xü­su­si­lə rəh­bər şəxs­lə­rin xü­su­si ola­raq se­çil­mə­si, ha­zır­lan­ma­sı, pe­şə tə­li­mi­nin hə­ya­ta ke­çi­ril­mə­si me­to­di­ka­sı­nı nə­zər­də tu­tur.

Müx­tə­lif də­rə­cə­li göm­rük xid­mə­ti rəh­bər­lə­ri­nin fəa­liy­yə­ti­nin qiy­mət­lən­di­ril­mə­si Proq­ra­mı isə göm­rük rəh­bər­lə­ri­nin işi­nin sə­mə­rə­li­yi­nin, həm­çi­nin tre­ninq tə­li­mi­nin ef­fek­tiv­li­yi­nin qiy­mət­lən­di­ril­mə­si me­to­di­ka­sı­nı nə­zər­də tu­tur.

Proq­ram­lar sis­te­min­də Kor­rup­si­ya və «çirk­li pul­la­rın» yu­yul­ma­sı ilə mü­ba­ri­zə üz­rə Proq­ram da mü­hüm yer tu­tur. O, nəin­ki yal­nız göm­rük xid­mə­ti da­xi­lin­də ge­dən pro­ses­lə­rin təd­qiq edil­mə­si­ni tək­lif edir, həm­çi­nin onun di­gər xid­mət­lər­lə (ver­gi sis­te­mi, po­lis, bank və s.) qar­şı­lıq­lı əla­qə­si­ni də nə­zər­də tu­tur.

Bun­dan əla­və, ma­raq­lı döv­lət­lə­rə göm­rük xid­mət­lə­ri­nin ÜGT-nin elekt­ron ve­ri­lən­lər ba­za­sı­na da­xil edil­mə­si­ni də tək­lif edə bi­lər.

Müa­sir dövr­də göm­rük xid­mət­lə­ri mü­rək­kəb prob­lem­lər­lə üz­ləş­di­yin­dən bu­ra­da qlo­bal də­yi­şik­lik­lər baş ver­mək­də­dir. Bu­na bax­ma­ya­raq, müa­sir dövr­də hö­ku­mət­lər və bey­nəl­xalq ma­liy­yə təş­ki­lat­la­rı ti­ca­rət­də yar­dı­mın gös­tə­ril­mə­si, gə­lir­lə­rin əl­də edil­mə­si və cə­miy­yə­tin ma­raq­la­rı­nın mü­da­fiə edil­mə­si ilə bağ­lı göm­rük xid­mə­ti­nin işi­nin sə­mə­rə­li­yi­nin əhə­miy­yə­ti­ni da­ha yax­şı an­la­yır. Bu Proq­ram göm­rük xid­mət­lə­ri­nin müa­sir­ləş­di­ril­mə­si və is­la­hat­la­rın apa­rıl­ma­sın­da ma­raq­lı olan döv­lət­lə­rin göm­rük xid­mət­lə­ri­nin rəh­bər­lə­ri tə­rə­fin­dən ge­niş şə­kil­də dəs­tək­lən­miş­dir.

İs­la­hat­la­rın apa­rıl­ma­sı və müa­sir­ləş­di­ril­mə­si eh­ti­yat­la­rın sə­mə­rə­li is­ti­fa­də edil­mə­si, göm­rük pro­se­si, sis­tem və st­ruk­tur­la­rı ilə rəh­bər şəxs­lə­rin fəa­liy­yə­ti­nin güc­lən­di­ril­mə­si, göm­rük işi­nin sə­mə­rə­li­yi­nin ar­tı­rıl­ma­sı məq­sə­di­lə Təş­ki­la­tın üzv­lə­ri­nə mü­na­si­bət­də nə­zər­də tu­tu­lur. Bu­ra­da ümu­mi st­ra­te­gi­ya is­la­hat­la­rın apa­rıl­ma­sı və müa­sir­ləş­dir­mə­yə komp­leks və qlo­bal ya­naş­ma­nın tə­min edil­mə­si­nə yö­nəl­miş­dir, be­lə ki, yar­dım də­qiq müəy­yən edil­miş tə­ləb və məq­səd­lər­lə əla­qə­lən­mə­li və ona əsas­lan­ma­lı­dır.

Ha­zır­da ÜGT özü­nün XXI əsr­dəki fəaliy­yətini müəy­yən­ləşdirib və yeni konsepsiyalar, yeni yanaşmalar və texnologiyalar müəy­yən et­mək­lə əv­vəl­cə­dən müəy­yən edi­lə bil­mə­yən dəyişiklik­lərin baş verdiyi və sü­rət­lilik­lə xarakteri­zə olunan bey­nəlxalq mühit­də öz təyina­tı­nı daha sə­mə­rə­li həyata keçir­məyi öz məq­sədi kimi müəy­yən etmişdir və ha­zır­da ÜGT-nin üzv­ləri bey­nəlxalq əm­təə və xid­mət­lər tica­rətinin 95%-dən çoxuna nəza­rət edir­lər.

2005-ci ilin iyununda isə ÜGT Şu­ra­sı tə­rəfin­dən bey­nəlxalq tica­rətin sa­də­ləşdiril­məsi və təh­lü­kəsizliyinin təmin olunma­sı­nın «Çərçi­və» stan­dart­la­­rı qəbul olun­muşdur. Bu sə­nədin qəbul edil­mə­sin­də məq­səd göm­rük prosedurla­rı­nın sa­də­ləşdiril­məsi, bey­nəlxalq tica­rət kanalla­rından terror­çu qrupla­rın və cina­yətkar bir­lik­lə­rin fəa­liy­yə­ti­nə yol ver­mə­mək və ticari-göm­rük mexanizm­lərini şəffaflaş­dırmaq idi. Burada həm də sistemin dünya göm­rük xid­mət­ləri tə­rəfin­dən tətbiq olunacaq əsas prinsip­ləri müəy­yən­ləşdiril­miş­dir. Bunlar avtomatlaş­dı­rıl­mış göm­rük xid­məti­nə keçil­məsi (bu cür xid­mət zama­nı göm­rük orqanla­rı yal­nız şəxs­lər (həm hüquqi, həm də fiziki) tə­rəfin­dən təqdim olunan məlumatlara əsa­sən iş­ləyir­lər, göm­rük nəza­rəti isə yal­nız nəza­rətin «seç­mə» üsuluna uyğun apa­rıla bi­lər), avto­matik qaydada əv­vəl­cə­dən informa­si­ya mübadi­ləsinin həyata keçiril­məsi, nəqliyyat vasi­tə­ləri­ni və kon­tey­ner­lə­rə nəza­rət­də mü­tə­rəqqi texno­lo­giyala­rın tətbiqi və biznes mühiti ilə əməkdaş­lıq münasi­bət­lərinin yara­dılma­sı­dır. ÜGT-nin Baş Katibi Mişel Dane 2006-cı ilin yanvar ayında MDB göm­rük xid­mət­ləri baş­çıla­rı­nın Sankt-Pe­ter­burq­da­kı toplan­tı­sında iştirak edə­rək «Çər­çi­və» stan­dartla­rı­nın reallaş­dı­rıl­ma stra­te­gi­ya­­sı­nı təqdim etmişdir.[17]

1 aprel 2008-ci il­də ÜGT-nin mən­zil qərarga­hında Ekoloji cina­yət­lər­lə bağ­lı Fəaliy­yət Pla­nı imzalan­mış­dır. Bu Plan göm­rük xid­məti orqanla­rı­nın fəaliy­yət sfera­sı­nın priorotet istiqa­mət­ləri­nə ekoloji cina­yət­lər­lə mübari­zənin də daxil edil­məsini nə­zər­də tutur. Bu növ cina­yət­lər­lə mübari­zə üz­rə xüsusi qurumla­rın təsis edil­məsi də nə­zər­də tutulur.[13]

ÜGT-nin fəa­liy­yə­ti haq­qın­da yu­xa­rı­da qeyd et­dik­lə­ri­mi­zi ümu­mi­ləş­di­rə­rək biz aşa­ğı­da­kı nə­ti­cə­lə­rə gə­li­rik:

– ÜGT bey­nəlxalq hüququn sub­yekt­­ləri­nə aid edi­lən və bey­nəlxalq ti­ca­ri-iqtisadi münasi­bət­lər sfera­sında öz xü­susi çəkisi olan höku­mət­lərara­sı bir təş­kilat­dır. Təşkilat öz üzv­lərini ümu­mi göm­rük mə­sə­lə­ləri üz­rə əməkdaş­lıq və qar­şı­lıq­lı yar­dımda əla­qə­lən­di­rir.

– ÜGT or­qan­la­rı­nın fəa­liy­yə­ti­nin hər­tə­rəf­li təh­li­li gös­tə­rir ki, on­lar sıx qar­şı­lıq­lı əla­qə­də fəa­liy­yət gös­tər­mək­lə döv­lət­lə­rin göm­rük işi sfe­ra­sın­da əmək­daş­lı­ğın­da ki­fa­yət qə­dər mü­hüm rol oy­na­mış­lar. ÜGT fəa­liy­yə­ti­nin hər­tə­rəf­li­li­yi və ge­niş­li­yi bu­nu bir da­ha sü­but edir.

– ÜGT-nin fəa­liy­yə­tin­də nor­ma­ya­ra­dı­cı­lıq da mü­hüm əhə­miy­yət kəsb edir. ÜGT göm­rük işi üz­rə döv­lət­lə­rin bey­nəl­xalq əla­qə­lə­ri sfe­ra­sın­da hü­quq­ya­ra­dı­cı və hü­quq­tət­bi­qe­di­ci fəa­liy­yə­tə mü­na­si­bət­də döv­lət­lə­rin və bey­nəl­xalq təş­ki­lat­la­rın əmək­daş­lı­ğı­nın əsas qə­rar­ga­hı­na çev­ril­miş­dir. Ha­zır­da ÜGT bu sa­hə­də möv­cud çox­tə­rəf­li mü­qa­vi­lə­lər (bö­yük his­sə­si məhz GƏŞ-in hi­ma­yə­si al­tın­da qə­bul olun­muş 20-dək mü­qa­vi­lə), 50-dək töv­si­yə və müx­tə­lif göm­rük mə­sə­lə­lə­ri üz­rə on­lar­la tex­ni­ki nor­ma çər­çi­və­sin­də göm­rük xid­mət­lə­ri­nin fəa­liy­yə­ti­ni əla­qə­lən­di­rir.

 

 

 

İSTİFADƏ EDİLMİŞ

ƏDƏBİYYAT:

 

1. Bekəşev K.A., Moiseev E.Q. Ta­mo­jen­noe pravo. M., İzd-vo Prospekt, 2004, (184 s.).

2. Borisov K. Q. Mejdunarodnoe ta­mo­jen­noe pravo.M., RUDN, 1997, (224 s.).

3. Vıstuplenie Qeneralğnoqo sekretarə VTO Şeyvera D. Rossiyskaə tamojnə se­qodnə i zavtra. M., QTK RF, 1996.

4. Qerçikova İ.N. Mejdunarodnıe gko­no­miçeskie orqanizaüii: re­qu­li­ro­va­nie miroxozəystvennıx svəzey i pred­prinimatelğskoy deətelğnosti. M., 2000, (778 s.).

5. Erşov A.D. Mejdunarodnıe ta­mo­jen­nıe otnoşeniə. Uçebnik. SPb., 2000.

6. Zotov Q.M. Sotrudniçestvo VTO s dru­qimi mejdunarodnımi or­qa­ni­za­üiə­mi. Vneşnegkonomiçeskiy böl­le­tenğ, 1988, ¹ 8.

7. Lozbenko L.A. Strateqiə VTO po mo­der­nizaüii tamojennıx slujb mira // v kn.: Aktualğnıe problemı sov­re­men­noy tamojennoy politiki Rossii. M., 1996.

8. Rossiyskaə tamojnə seqodnə i zavtra. M., 1996.

9. Sandrovskiy K.K. Mejdunarodnoe ta­mo­jennoe pravo. Uçebnik. Kiev, 2002.

10. Strelğnik V.A. Uçastie Rossii vo Vse­mirnoy Tamojennoy Or­qa­ni­za­üii i mejdunarodnıx konvenüiəx. Vneş­nogkonomiçeskiy bölletenğ. 1997. ¹ 11

11. Fomiçev V.İ. Mejdunarodnaə tor­qovlə. M., İNFRA-M, 2001, (446 s.).

12. The Customs Co-oreration Counsil. In brief. Brussels, 1988.

13. www.customs.gov.by/ru/news?id= 91501.04.2008.

14. www.fd.uc.pt/CI/CEE/OI/WCO/con­vention_establishing_a_custom_cooperation_council.htm.

15. www.neobio.ru/content/view/300/106/.

16.www.wcoomd.org.

17. www.ru.wikipedia.org/wiki/Vse­mir­naə_tamojennaə_orqanizaüiə.

18. www.worldsecurity-index.com/details. php?id=270.

19. www.wikipedia.org.

MÜNDƏRİCAT

Ибрагим Кулиев, Азад Ибрагимли. Конституционность полномочий Президента Азербайджанской Республики и его взаимодействие с Конституционным Судом
Rəsmi sənədlər
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.