06.28.2017 18:12
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə digər beynəlxalq qurumlar arasında insan meyarı üzrə əməkdaşlıq

Sə­di Cə­fərov,

Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın Fəl­sə­fə, So­sio­lo­gi­ya və Hü­quq İns­ti­tu­tu­nun as­pi­ran­tı.

 

Av­ro­pa­da Təh­lü­kə­siz­lik və Əmək­daş­lıq Mü­şa­vi­rə­si (ATƏM) bey­nəl­xalq konf­rans­dan bey­nəl­xalq təş­ki­lat - Av­ro­pa­da Təh­lü­kə­siz­lik və Əmək­daş­lıq Təş­ki­la­tı­na (ATƏT) qə­dər in­ki­şaf yo­lu keç­miş­dir (5, s.118). ATƏT-in fəa­liy­yə­ti­nin əsa­sı­nı ATƏM-in Hel­sin­ki Ye­kun Ak­tı, elə­cə də onun qə­bul edil­mə­sin­dən son­ra ATƏM-in iş­ti­rak­çı döv­lət­lə­ri tə­rə­fin­dən qə­bul edil­miş sə­nəd­lər top­lu­su təş­kil edir. ATƏT in­san hü­quq­la­rı­nı təh­lü­kə­siz­li­yin tər­kib his­sə­si ki­mi ta­nı­yan ilk bey­nəl­xalq təh­lü­kə­siz­lik təş­ki­lat­la­rın­dan bi­ri­dir (9, s.19).

ATƏM pro­se­si, da­ha son­ra isə ATƏT çər­çi­və­sin­də in­san hü­quq­la­rı üz­rə qə­bul edil­miş sə­nəd­lər bey­nəl­xalq mü­qa­vi­lə xa­rak­te­ri da­şı­mır. Bu ba­xım­dan ora­da əks edil­miş öh­də­lik­lər iş­ti­rak­çı döv­lət­lər üçün məc­bu­ri de­yil. Bu­nun­la be­lə, döv­lət­lə­rin ra­zı­laş­dı­rıl­mılş ira­də­lə­ri­ni ifa­də et­mə­lə­ri­nə gö­rə ATƏM/ATƏT sə­nəd­lə­ri­ni bey­nəl­xalq hü­qu­qun mən­bə­yi qis­min­də nə­zər­dən ke­çir­mək zə­ru­ri­dir.

ATƏT-in in­san hü­quq­la­rı və əsas azad­lıq­la­rı sa­hə­sin­də fəa­liy­yə­ti­nin əsas is­ti­qa­mət­lə­rin­dən bi­ri­ni məhz mü­va­fiq sa­hə­də di­gər bey­nəl­xalq təş­ki­lat və qu­rum­lar­la əmək­daş­lıq təş­kil edir. Be­lə ki, «di­gər təş­ki­lat­lar... şəxs­lə­ri ATƏT-in si­ya­si fəa­liy­yə­tin­dən kə­na­ra çı­xan hü­qu­qi va­si­tə­lər­lə tə­min edə bi­lir­lər» (9, s.103).

H.Hen­sel qeyd edir ki, bir təş­ki­la­tın di­gər təş­ki­lat­la­rın sə­mə­rə­li­li­yi­nə xə­ləl gə­ti­rə bi­lə­cək tək­rar­çı­lıq ef­fek­ti­nin möv­cud­lu­ğun­dan çə­kin­mək va­cib ol­du­ğu ki­mi hə­min təş­ki­lat­la­rın bir-bi­ri­ni ta­mam­la­yan tə­biə­tə ma­lik ol­ma­la­rı­nı və müx­tə­lif təş­ki­lat­la­rın bir-bi­ri­ni güc­lən­dir­mə eh­ti­ma­lı­nı müəy­yən­ləş­dir­mək la­zım­dır (8, s.211).

ATƏT in­san hü­quq­la­rı sa­hə­sin­də bey­nəl­xalq mü­qa­vi­lə­lə­rə əsa­sən möv­cud olan di­gər va­cib me­xa­nizm­lə­ri möh­kəm­lən­di­rir və bü­tün iş­ti­rak­çı döv­lət­lə­ri möv­cud im­kan­lar­dan is­ti­fa­də et­mə­yə və di­gər bey­nəl­xalq təş­ki­lat­lar tə­rə­fin­dən müəy­yən edil­miş stan­dart­la­ra ria­yət et­mə­yə ça­ğı­rır (6, s.20).

1970-80-ci il­lər­də ATƏM-in di­gər bey­nəl­xalq təş­ki­lat­lar­la əla­qə­lə­ri məh­dud xa­rak­ter da­şı­mış­dır. Hər şey­dən əv­vəl özün­də təş­ki­lat de­yil, pro­se­si eh­ti­va edən ATƏM, işin­də bey­nəl­xalq re­gio­nal və qey­ri-hö­ku­mət təş­ki­lat­la­rı­nın iş­ti­rak edə bi­lə­cə­yi fo­rum ro­lu­nu oy­na­mış­dır. Bu­nun­la be­lə, ATƏM çox na­dir hal­lar­da di­gər təş­ki­lat­lar­la əla­qə qu­rul­ma­sı tə­şəb­bü­sü ilə çı­xış et­miş­dir. So­yuq mü­ha­ri­bə­nin ba­şa çat­ma­sın­dan son­ra isə ATƏT-in öz xa­ri­ci əla­qə­lə­ri­ni və əmək­daş­lı­ğı­nı ge­niş­lən­dir­mə­si və də­rin­ləş­dir­mə­si üz­rə meyl for­ma­laş­mış­dır. ATƏT Av­ro­pa­da təh­lü­kə­siz­lik mə­sə­lə­lə­ri, in­san hü­quq­la­rı, elə­cə də iq­ti­sa­di prob­lem­lər­lə məş­ğul olan, bir-bi­ri­ni ta­mam­la­yan tə­si­sat­lar şə­bə­kə­si­nin ay­rıl­maz tər­kib his­sə­si­dir (11, s.110).

Hə­lə 1992-ci il­də ATƏM çər­çi­və­sin­də ke­çi­ril­miş yük­sək sə­viy­yə­li Hel­sin­ki gö­rü­şü­nün sə­nə­din­də qeyd olun­muş­dur ki, «ATƏM qar­şı­sın­da da­ya­nan ye­ni və­zi­fə­lər bey­nəl­xalq təş­ki­lat­lar­la, xü­su­si­lə Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı... ilə da­ha ay­dın mü­na­si­bət və da­ha sıx əla­qə­lər tə­ləb edir». 1994-cü il­də ke­çi­ril­miş yük­sək sə­viy­yə­li Bu­da­peşt gö­rü­şü isə ATƏT çər­çi­və­sin­də qə­bul edil­miş prin­sip və öh­də­lik­lər əsa­sın­da XXI əsr­də Av­ro­pa üçün ümu­mi və hər­tə­rəf­li təh­lü­kə­siz­lik mo­de­li­nin mü­za­ki­rə­si üçün baş­lan­ğıc ro­lu­nu oy­na­mış­dır. 1996-cı il­də ke­çi­ril­miş yük­sək sə­viy­yə­li Lis­sa­bon gö­rü­şü­nün sə­nə­din­də «ATƏT çər­çi­və­sin­də və di­gər bey­nəl­xalq təş­ki­lat­lar­la tə­rəf­daş­lıq» et­mək­lə təh­did­lə­rə qar­şı mü­ba­ri­zə apar­maq öh­də­li­yi əks olun­muş­dur. 1999-cu il­də ke­çi­ril­miş yük­sək sə­viy­yə­li İs­tan­bul gö­rü­şü­nün sə­nə­di­nin tər­kib his­sə­si olan Av­ro­pa Təh­lü­kə­siz­lik Xar­ti­ya­sın­da isə ATƏT iş­ti­rak­çı döv­lət­lə­ri­nin döv­lət və hö­ku­mət baş­çı­la­rı ATƏT və di­gər bey­nəl­xalq təş­ki­lat və ins­ti­tut­lar ara­sın­da əmək­daş­lı­ğı möh­kəm­lən­dir­mək və be­lə­lik­lə bey­nəl­xalq bir­li­yin eh­ti­yat­la­rın­dan da­ha yax­şı is­ti­fa­də edil­mə­si­ni tə­min et­mək üçün əmək­daş­lı­ğa əsas­la­nan Plat­for­ma­nın qə­bul edil­mə­si ba­rə­də ra­zı­lı­ğa gəl­miş­lər. Plat­for­ma­nın məq­sə­di ATƏT re­gio­nun­da hər­tə­rəf­li təh­lü­kə­siz­li­yin möh­kəm­lən­di­ril­mə­sin­də ma­raq­lı olan təş­ki­lat və ins­ti­tut­lar ara­sın­da mü­na­si­bət­lə­rin qar­şı­lıq­lı möh­kəm­lən­di­ri­ci xa­rak­te­ri­nin güc­lən­di­ril­mə­sin­dən iba­rət­dir (11, s.105). Sö­zü­ge­dən Plat­for­ma Av­ro­pa Təh­lü­kə­siz­lik Xar­ti­ya­sı­nın ope­ra­tiv sə­nə­di ki­mi ATƏT-in bey­nəl­xalq təş­ki­lat­lar və ins­ti­tut­lar­la əmək­daş­lı­ğı üçün əsas ro­lu­nu oy­na­yır (12).

Plat­for­ma­ya əsa­sən, ATƏT, üzv­lə­ri BMT Ni­zam­na­mə­si­nin prin­sip­lə­ri və ATƏT çər­çi­və­sin­də prin­sip və öh­də­lik­lə­rə sa­diq olan və üzv­lük­lə­ri aş­kar­lıq və kö­nül­lü­lü­yə əsas­la­nan təş­ki­lat və ins­ti­tut­lar­la əmək­daş­lıq edə­cək­dir (7, 188).

Av­ro­pa Təh­lü­kə­siz­lik Xar­ti­ya­sın­da həm­çi­nin əmək­daş­lı­ğa əsas­la­nan Plat­for­ma­nın qə­bul edil­mə­si ilə ATƏT və di­gər mü­va­fiq bey­nəl­xalq or­qan, təş­ki­lat və ins­ti­tut­lar ara­sın­da yer­lər­də fəa­liy­yət­lə əla­qə­dar ha­zır­kı əmək­daş­lı­ğı on­la­rın man­dat­la­rı­na uy­ğun ola­raq da­ha da in­ki­şaf et­dir­mək və möh­kəm­lən­dir­mə­yin zə­ru­ri­li­yi qeyd edil­miş­dir. Bu cür əmək­daş­lı­ğın təş­ki­la­ti şərt­lə­ri­nə aşa­ğı­da­kı­lar aid edi­lə bi­lər: mün­tə­zəm mə­lu­mat mü­ba­di­lə­si və gö­rüş­lər, bir­gə mis­si­ya­lar, di­gər təş­ki­lat­la­rın eks­pert­lə­ri­nin ATƏT-ə ezam edil­mə­si, əla­qə üz­rə əmək­daş­la­rın tə­yin edil­mə­si, bir­gə la­yi­hə­lə­rin iş­lən­mə­si və yer­lər­də fəa­liy­yə­tin in­ki­şa­fı, elə­cə də kadr ha­zır­lı­ğı üz­rə bir­gə səy­lər (1). Bu­nun­la əla­qə­dar qeyd et­mək olar ki, müa­sir dövr­də ATƏT-in qeyd edi­lən is­ti­qa­mət­də fəa­liy­yə­ti in­ten­siv şə­kil­də hə­ya­ta ke­çi­ril­mək­də­dir.

ATƏT Ara­lıq də­ni­zi və Asi­ya tə­rəf­daş­la­rı ilə, BMT, Av­ro­pa İt­ti­fa­qı, Av­ro­pa Şu­ra­sı və NA­TO ki­mi tə­rəf­daş təş­ki­lat­lar, elə­cə də bir çox di­gər bey­nəl­xalq, re­gio­nal və sub-re­gio­nal təş­ki­lat­lar­la mün­tə­zəm dia­loq sax­la­yır və əmək­daş­lıq edir. Baş Ka­ti­bin İda­rə­si­nin bir his­sə­si olan, ATƏT Ka­tib­li­yi­nin nəz­din­də fəa­liy­yət gös­tə­rən Xa­ri­ci əmək­daş­lıq şö­bə­si ATƏT-in xa­ri­ci tə­rəf­daş­la­rı ilə əsas əla­qə mən­tə­qə­si­dir. Dai­mi Şu­ra­nın 29 iyun 2000-ci il ta­rix­li qə­ra­rı­na (PC.DEC/364) əsa­sən, Xa­ri­ci əla­qə­lər şö­bə­si Ka­tib­li­yin nəz­din­də­ki di­gər şö­bə­lər­lə bir­lik­də əmək­daş­lı­ğa əsas­la­nan Plat­for­ma­ya uy­ğun ola­raq əmək­daş­lıq üsul­la­rı­nın hə­ya­ta ke­çi­ril­mə­si­nə mə­sul­dur.

ATƏT-in di­gər təş­ki­lat­lar­la əla­qə­lə­ri və hə­ya­ta ke­çi­ri­lən əmək­daş­lıq da­ha çox təh­lü­kə­siz­li­yin hər­bi-si­ya­si as­pekt­lə­ri­nə yö­nəl­sə də, hər­tə­rəf­li təh­lü­kə­siz­lik kon­sep­si­ya­sı çər­çi­və­sin­də «in­san me­ya­rı»na dair mə­sə­lə­lər də ATƏT-in di­gər bey­nəl­xalq təş­ki­lat­lar­la əla­qə­lə­ri­nin bir­ba­şa pred­me­ti he­sab edi­lir. Mi­sal üçün, BMT və ATƏT-in bir­gə gün­də­li­yi­nə həm­çi­nin de­mok­ra­tik­ləş­dir­mə və in­san hü­quq­la­rı mə­sə­lə­lə­ri də da­xil­dir (12).

He­sab edi­rik ki, ATƏT-in əmək­daş­lıq et­di­yi mü­hüm bey­nəl­xalq təş­ki­lat­lar­la əla­qə­lə­ri­nin (xü­su­si­lə in­san me­ya­rı sa­hə­sin­də) da­ha əha­tə­li şə­kil­də nə­zər­dən ke­çi­ril­mə­si məq­sə­dəuy­ğun olar­dı.

ATƏT-in ən ya­xın tə­rəf­daş­la­rın­dan bi­ri BMT-dir. Ar­tıq qeyd edil­di­yi ki­mi, iş­ti­rak­çı döv­lət­lər Hel­sin­ki Ye­kun Ak­tı­na əsa­sən «... hü­quq və azad­lıq­la­ra ar­dı­cıl ola­raq hör­mət edə­cək­lər və BMT ilə əmək­daş­lıq da da­xil ol­maq­la bir­gə və ay­rı­ca şə­kil­də on­la­ra uni­ver­sal və sə­mə­rə­li şə­kil­də hör­mət edil­mə­si­ni təş­viq edə­cək­lər.».

İş­ti­rak­çı döv­lət­lər 1992-ci il­də ke­çi­ril­miş yük­sək sə­viy­yə­li Hel­sin­ki gö­rü­şün­də bə­yan et­miş­lər ki, ATƏT BMT Ni­zam­na­mə­si­nin VIII böl­mə­sin­də nə­zər­də tu­tu­lan re­gio­nal ra­zı­laş­ma­dır. 1993-cü il­də BMT Ka­tib­li­yi və ATƏM ara­sın­da əmək­daş­lıq və fəa­liy­yə­tin əla­qə­lən­di­ril­mə­si haq­qın­da Çər­çi­və sa­zi­şi bağ­lan­mış­dır. Hə­min vaxt­dan eti­ba­rən ATƏT və BMT ara­sın­da əmək­daş­lıq mə­sə­lə­si BMT Baş As­samb­le­ya­sı­nın gün­də­li­yin­də yer al­mış və BMT Baş ka­ti­bi tə­rə­fin­dən təq­dim edi­lən il­lik mə­ru­zə­lə­rin pred­me­ti­nə çev­ril­miş­dir. Öz növ­bə­sin­də ATƏT-in Baş ka­ti­bi BMT Baş As­samb­le­ya­sı­nın il­lik ses­si­ya­la­rın­da mə­ru­zə ilə çı­xış edir, BMT Baş ka­ti­bi isə ATƏT-in yük­sək sə­viy­yə­li gö­rüş­lə­rin­də iş­ti­rak edir. 1993-cü il­də ATƏM BMT Baş As­samb­le­ya­sın­da mü­şa­hi­də­çi sta­tu­su al­mış­dır (10, s.387).

BMT və ATƏT ara­sın­da əmək­daş­lıq mə­sə­lə­si­ni nə­zər­dən ke­çi­rər­kən 1996-cı il­də BMT-nin Baş ka­ti­bi tə­rə­fin­dən ha­zır­lan­mış və BMT Baş As­samb­le­ya­sı­nın 51-ci ses­si­ya­sın­da təq­dim edil­miş «BMT və ATƏT ara­sın­da əmək­daş­lıq» ad­lı mə­ru­zə­yə (3) is­ti­nad et­mək məq­sə­dəuy­ğun olar­dı. 18 de­kabr 1995-ci il ta­ri­xin­də BMT Baş As­samb­le­ya­sı «Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı və Av­ro­pa­da Təh­lü­kə­siz­lik və Əmək­daş­lıq Təş­ki­la­tı ara­sın­da əmək­daş­lıq» ad­lı qət­na­mə (50/87) qə­bul et­miş­dir. Baş As­samb­le­ya hə­min qət­na­mə ilə ATƏT re­gio­nun­da onun er­kən xə­bər­dar­lıq, pre­ven­tiv dip­lo­ma­ti­ya, böh­ran­la­rın tən­zim­lən­mə­si, si­lah­la­ra nə­za­rət və tərk­si­lah və böh­ran­dan son­ra sa­bit­ləş­dir­mə və bər­pa təd­bir­lə­ri va­si­tə­si­lə bey­nəl­xalq sülh və təh­lü­kə­siz­li­yin ya­ra­dıl­ma­sı və qo­ru­nub sax­lan­ma­sı­na ATƏT-in ar­tan töh­fə­si­ni nə­zə­rə ala­raq, BMT və ATƏT ara­sın­da in­ten­siv əmək­daş­lıq və əla­qə­lən­dir­mə­ni al­qış­la­mış­dır. Yu­xa­rı­da qeyd olu­nan mə­ru­zə də məhz hə­min qət­na­mə­yə uy­ğun ola­raq, onun hə­ya­ta ke­çi­ril­mə­si­ni özün­də əks et­di­rir.

Mə­ru­zə­də BMT və ATƏT-in bir­gə səy­lə­ri əsa­sın­da təh­lü­kə­siz­lik, o cüm­lə­dən təh­lü­kə­siz­li­yə hər­tə­rəf­li ya­naş­ma kon­sep­si­ya­sı çər­çi­və­sin­də in­san me­ya­rı sa­hə­sin­də hə­ya­ta ke­çi­ril­miş bir sı­ra təd­bir­lər ba­rə­də mə­lu­mat ve­ril­miş­dir. Bu­nun­la ya­na­şı, mə­ru­zə­də BMT-nin Qaç­qın­lar üz­rə Ali Ko­mis­sa­rı­nın ATƏT-in Mil­li az­lıq­lar üz­rə Ali Ko­mis­sa­rı ilə əmək­daş­lıq et­di­yi qeyd edil­miş­dir. Həm­çi­nin, ay­rı-ay­rı döv­lət­lər­də in­san hü­quq­la­rı­nın mü­da­fiə­si ilə əla­qə­dar BMT və ATƏT-in, ha­be­lə mü­va­fiq ola­raq BMT-nin İn­san hü­quq­la­rı üz­rə Ali Ko­mis­sa­rı və ATƏT-in De­mok­ra­tik Tə­si­sat­lar və İn­san Hü­quq­la­rı Bü­ro­su­nun (DTİHB) iş­ti­ra­kı ilə hə­ya­ta ke­çi­ril­miş bir­gə təd­bir­lər ba­rə­də mə­lu­mat əks olun­muş­dur.

İki təş­ki­lat yük­sək sə­viy­yə­li dia­loq, elə­cə də he­yət sə­viy­yə­sin­də əla­qə­lən­dir­mə və mə­lu­mat mü­ba­di­lə­si me­xa­nizm­lə­ri va­si­tə­si­lə sıx əla­qə sax­la­yır­lar. 1993-cü il­dən eti­ba­rən hər il ATƏT və Av­ro­pa Şu­ra­sı­nın, elə­cə də BMT-nin Ce­nev­rə şə­hə­rin­də yer­lə­şən böl­mə­si­nin yük­sək və­zi­fə­li şəxs­lə­ri ara­sın­da üç­tə­rəf­li gö­rüş­lər ke­çi­ri­lir. 1996-cı il­dən eti­ba­rən isə bu cür gö­rüş­lər ATƏT-in Mil­li az­lıq­lar üz­rə Ali Ko­mis­sa­rı, DTİHB-nin Di­rek­to­ru, BMT-nin Qaç­qın­lar üz­rə Ali Ko­mis­sa­rı, BMT-nin İn­san hü­quq­la­rı üz­rə Ali Ko­mis­sa­rı, Av­ro­pa İq­ti­sa­di Ko­mis­si­ya­sı­nın İc­ra­çı Di­rek­to­ru, BMT Baş ka­ti­bi­nin si­ya­si mə­sə­lə­lər üz­rə kö­mək­çi­si, elə­cə də Bey­nəl­xalq Qı­zıl Xaç Ko­mi­tə­si və Bey­nəl­xalq Miq­ra­si­ya Təş­ki­la­tı­nın nü­ma­yən­də­lə­ri­nin iş­ti­ra­kı ilə ge­niş­lən­di­ril­miş for­mat­da ke­çi­ri­lir.

ATƏT-in «in­san me­ya­rı» sa­hə­sin­də fəa­liy­yə­ti ilə əla­qə­dar Av­ro­pa Şu­ra­sı ilə əmək­daş­lıq et­mə­si mü­hüm əhə­miy­yət kəsb edir. Be­lə ki, Av­ro­pa Şu­ra­sı­na «da­xil ol­maq is­tə­yən döv­lət üçün... üç baş­lı­ca şərt gös­tə­ril­miş­dir: plü­ra­list de­mok­ra­ti­ya, in­san hü­quq­la­rı­nın tə­min edil­mə­si və qa­nu­nun ali­li­yi» (4, s.150).

ATƏM-in in­san me­ya­rı üz­rə Ko­pen­ha­gen gö­rü­şü­nün 1990-cı il ta­rix­li sə­nə­din­də ATƏM iş­ti­rak­çı döv­lət­lə­ri­nin Av­ro­pa Şu­ra­sı­nın in­san hü­quq­la­rı və əsas azad­lıq­la­rı sa­hə­sin­də mü­hüm təc­rü­bə­si­ni ta­nı­ma­la­rı və Av­ro­pa Şu­ra­sı­nın ATƏM-in in­san me­ya­rı­na töh­fə ver­mə­si­nə şə­rait ya­ra­da­caq üsul və va­si­tə­lə­ri araş­dır­maq ba­rə­də ra­zı­lı­ğa gəl­mə­lə­ri qeyd olun­muş­dur.

1993-cü il­dən eti­ba­rən hər il ATƏT və Av­ro­pa Şu­ra­sı­nın mü­va­fiq ola­raq sədr və baş ka­tib­lə­ri­nin iş­ti­ra­kı ilə yük­sək sə­viy­yə­də iki­tə­rəf­li gö­rüş­lər ke­çi­ri­lir. Mil­li az­lıq­lar üz­rə Ali Ko­mis­sar və DTİHB-nin Di­rek­to­ru da adə­tən hə­min gö­rüş­lər­də iş­ti­rak edir­lər. ATƏT və Av­ro­pa Şu­ra­sı bir­lik­də vax­ta­şı­rı ola­raq mü­na­qi­şə və­ziy­yə­tin­də küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin ro­lu, və­tən­daş cə­miy­yə­ti­nin in­ki­şa­fın­da təh­si­lin ro­lu, seç­ki­lə­rə nə­za­rət ki­mi sa­hə­lər­də müx­tə­lif gö­rüş­lər, se­mi­nar­lar və konf­rans­lar təş­kil edir­lər.

16-17 may 2005-ci il ta­rix­lə­rin­də Var­şa­va şə­hə­rin­də ke­çi­ril­miş Av­ro­pa Şu­ra­sı döv­lət və hö­ku­mət baş­çı­la­rı­nın üçün­cü Sam­mi­ti za­ma­nı ATƏT və Av­ro­pa Şu­ra­sı ara­sın­da əmək­daş­lıq haq­qın­da Bə­yan­na­mə qə­bul edil­miş­dir. 2004-cü ilin de­kabr ayın­da ATƏT/Av­ro­pa Şu­ra­sı Əla­qə­lən­dir­mə qru­pu ya­ra­dıl­mış­dır. Onun məq­sə­di əmək­daş­lıq sa­hə­lə­ri­nin müəy­yən edil­mə­si və mü­va­fiq əla­qə­lən­di­ri­ci­lə­rin tə­yin edil­mə­sin­dən iba­rət­dir. Av­ro­pa Şu­ra­sı­nın Baş Ka­ti­bi ATƏT-in Dai­mi Şu­ra­sı­nın ic­las­la­rın­da, ATƏT-in Baş Ka­ti­bi isə Av­ro­pa Şu­ra­sı Na­zir­lər Ko­mi­tə­si­nin ic­las­la­rın­da iş­ti­rak edir.

ATƏT və Av­ro­pa Şu­ra­sı ara­sın­da ins­ti­tu­sio­nal əla­qə­lə­rin ümu­mi st­ruk­tu­ru 2000-ci il­də ATƏT və Av­ro­pa Şu­ra­sı­nın baş ka­tib­lə­ri tə­rə­fin­dən im­za­lan­mış Əmək­daş­lıq üsul­la­rı­nın ümu­mi ka­ta­lo­qun­da təs­bit edil­miş­dir.

Ka­ta­loq­da yük­sək sə­viy­yə­li gö­rüş­lər (il­də bir və ya iki də­fə), yük­sək və­zi­fə­li şəxs­lər sə­viy­yə­sin­də gö­rüş­lər (hər ilin bi­rin­ci ya­rı­sı­nın so­nun­da) və iki təş­ki­la­tın or­qan­la­rı və st­ruk­tur­la­rı ara­sın­da bir sı­ra di­gər gö­rüş­lə­rin ke­çi­ril­mə­si nə­zər­də tu­tul­muş­dur.

DTİHB he­yə­ti­nin üzv­lə­ri Av­ro­pa Şu­ra­sın­dan olan həm­kar­la­rı ilə mün­tə­zəm əla­qə sax­la­yır­lar. On­la­rın bir­gə məq­sə­di me­tod və fəa­liy­yət­lə­rin­də bir-bi­ri­ni ta­mam­la­ma üçün real yol­la­rın ax­ta­rıl­ma­sı, möv­cud re­surs­lar­dan mak­si­mum sə­mə­rə­li is­ti­fa­də edil­mə­si ilə bir-bi­ri­nin fəa­liy­yə­ti­nin tək­rar­lan­ma­sı­na yol ve­ril­mə­mə­si və fi­kir ay­rı­lıq­la­rı­nın ya­ran­ma im­ka­nı­nın azal­dıl­ma­sın­dan iba­rət­dir (7, s.190). DTIHB və Av­ro­pa Şu­ra­sı­nın Ka­tib­li­yi əmək­daş­lıq proq­ra­mı­nın hə­ya­ta ke­çi­ril­mə­si üzə­rin­də nə­za­rət üz­rə il­də iki də­fə gö­rüş­lər ke­çi­rir və in­san hü­quq­la­rı mə­sə­lə­lə­ri üz­rə bir­gə eks­pert­lər mis­si­ya­sı va­si­tə­si­lə seç­ki­lə­rin mü­şa­hi­də­si pro­se­sin­də, elə­cə də hü­qu­qi ha­zır­lıq proq­ram­la­rı­nın hə­ya­ta ke­çi­ril­mə­sin­də ya­xın­dan əmək­daş­lıq edir­lər.

ATƏT və Av­ro­pa Şu­ra­sı ara­sın­da Əmək­daş­lıq üsul­la­rı­nın ümu­mi ka­ta­lo­qu­na əsa­sən, «ATƏT və Av­ro­pa Şu­ra­sı ara­sın­da mü­na­si­bət­lər de­mok­ra­ti­ya, in­san hü­quq­la­rı və hü­qu­qun ali­li­yi və təş­ki­lat­la­rın üzv­lü­yü­nün və iş qay­da­sı­nın fərq­lə­ri nə­zə­rə alın­maq­la hə­ya­ta ke­çi­ri­lən qar­şı­lıq­lı fəa­liy­yə­tə bağ­lı­lıq­la­rı­na əsas­la­nır».

ATƏT və Av­ro­pa Şu­ra­sı öz man­dat­la­rı­na uy­ğun ola­raq de­mok­ra­ti­ya, hü­qu­qun ali­li­yi və in­san hü­quq­la­rı­na hör­mət əsa­sın­da Av­ro­pa­da sa­bit­lik və təh­lü­kə­siz­li­yin təş­viq edil­mə­si is­ti­qa­mə­tin­də fəa­liy­yət gös­tə­rir­lər. Av­ro­pa Şu­ra­sı­nın hü­qu­qa əsas­la­nan, nor­ma­ya­ra­dı­cı fəa­liy­yə­ti ATƏT-in da­ha çox si­ya­si fəa­liy­yə­ti ilə ta­mam­la­nır. ATƏT və Av­ro­pa Şu­ra­sı əsa­sən in­san hü­quq­la­rı, ter­ro­riz­mə və in­san al­ve­ri­nə qar­şı mü­ba­ri­zə, dö­züm­lü­lük, ay­rı-seç­ki­li­yə yol ve­ril­mə­mə­si, mil­li az­lıq­la­rın hü­quq­la­rı ilə əla­qə­dar mə­sə­lə­lər, elə­cə də de­mok­ra­tik­ləş­dir­mə, seç­ki­lə­rin mü­şa­hi­də­si, qa­nun­ve­ri­ci­lik sa­hə­sin­də is­la­hat­lar, yer­li ha­ki­miy­yət or­qan­la­rı ilə bağ­lı mə­sə­lə­lər sa­hə­lə­sin­də əmək­daş­lıq edir­lər (12).

DTİHB Av­ro­pa Şu­ra­sı Par­la­ment As­samb­le­ya­sı və Qa­nun va­si­tə­si­lə de­mok­ra­ti­ya üçün Av­ro­pa Ko­mis­si­ya­sı (Ve­ne­si­ya Ko­mis­si­ya­sı, Av­ro­pa Şu­ra­sı) ilə seç­ki­lə­rin mü­şa­hi­də­si və qa­nun­ve­ri­ci­lik sa­hə­sin­də ya­xın­dan əmək­daş­lıq edir.

DTİHB və Av­ro­pa Şu­ra­sı Ve­ne­si­ya Ko­mis­si­ya­sı tə­rə­fin­dən bir sı­ra döv­lət­lər­də in­san me­ya­rı sa­hə­sin­də müx­tə­lif mə­sə­lə­lə­rə dair araş­dır­ma apa­rıl­mış və şərh və töv­si­yə­lə­rin əks olun­du­ğu rəy­lər ha­zır­lan­mış­dır. Mi­sal üçün, Azər­bay­can Res­pub­li­ka­sı­nın 2003-cü il­də qə­bul edil­miş Seç­ki Mə­cəl­lə­si­nə dair bir­gə ye­kun rəy ha­zır­lan­mış­dır (214/2002 say­lı rəy).

Hel­sin­ki pro­se­si­nin baş­lan­ma­sın­dan eti­ba­rən Av­ro­pa İt­ti­fa­qı ATƏM/ATƏT-in işin­də fəal rol oy­na­mış­dır. Av­ro­pa Ko­mis­si­ya­sı 1975-ci il ta­rix­li Hel­sin­ki Ye­kun Ak­tı­nın ra­zı­laş­dı­rıl­ma­sı üz­rə da­nı­şıq­lar pro­se­sin­də iş­ti­rak et­miş və Akt Av­ro­pa Ko­mis­si­ya­sı­nın adın­dan im­za­lan­mış­dır. ATƏT-lə Av­ro­pa İt­ti­fa­qı ara­sın­da əmək­daş­lı­ğın dai­rə­si Av­ro­pa İt­ti­fa­qı­nın Ümu­mi Xa­ri­ci və Təh­lü­kə­siz­lik Si­ya­sə­ti­nin in­ki­şa­fı ilə da­ha da ge­niş­lən­miş və də­rin­ləş­miş­dir. Ha­zır­da ATƏT-lə Av­ro­pa İt­ti­fa­qı ara­sın­da əsas əmək­daş­lıq sa­hə­lə­ri de­mok­ra­tik­ləş­dir­mə, seç­ki­lər, tə­si­sat qu­ru­cu­lu­ğu və in­san hü­quq­la­rı, küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin in­ki­şa­fı, məh­kə­mə və po­lis is­la­hat­la­rı, ic­ti­mai ida­rəet­mə, kor­rup­si­ya­ya qar­şı təd­bir­lər, ki­çik və or­ta sa­hib­kar­lı­ğın in­ki­şa­fı, sər­həd nə­za­rə­ti və in­san al­ve­ri­nə qar­şı mü­ba­ri­zə sa­hə­lə­ri­dir (12).

BMT, Av­ro­pa Şu­ra­sı, Av­ro­pa İt­ti­fa­qı, NA­TO ki­mi bey­nəl­xalq təş­ki­lat­lar­la xü­su­si mü­na­si­bət­lə­rə əla­və ola­raq ATƏT, bir sı­ra di­gər bey­nəl­xalq təş­ki­lat və ins­ti­tut­lar­la da əmək­daş­lıq edir.

ATƏT, Av­ro­pa Şu­ra­sı və BMT ara­sın­da üç­tə­rəf­li for­mat­da ke­çi­ri­lən gö­rüş­lər­lə bağ­lı qeyd olun­ma­lı­dır ki, be­lə gö­rüş­lə­rin məq­sə­di ATƏT, Av­ro­pa Şu­ra­sı və BMT-nin Ce­nev­rə şə­hə­rin­də yer­lə­şən st­ruk­tur­la­rı­nı (BMT-nin Ce­nev­rə şə­hə­rin­də yer­lə­şən böl­mə­si, BMT-nin Qaç­qın­lar üz­rə Ali Ko­mis­sa­rı, BMT-nin İn­san hü­quq­la­rı üz­rə Ali Ko­mis­sa­rı və BMT/Av­ro­pa üçün İq­ti­sa­di Ko­mis­si­ya) bir ara­ya gə­tir­mək­dən iba­rət­dir. Son il­lər­də BMT üç­tə­rəf­li gö­rüş­lər­də tək Ce­nev­rə şə­hə­rin­də yer­lə­şən böl­mə­lə­ri de­yil, gün­də­lik­də olan mə­sə­lə­lə­rə uy­ğun ola­raq həm­çi­nin di­gər de­par­ta­ment və proq­ram­la­rı ilə təm­sil olu­nur (mi­sal üçün, BMT-nin İn­ki­şaf Proq­ra­mı).

Mə­lu­mat, fi­kir mü­ba­di­lə­si və əla­qə­lən­dir­mə yo­lu ilə ümu­mi mə­su­liy­yət sa­hə­lə­rin­də fəa­liy­yət­lə­rin op­ti­mal­laş­dı­rıl­ma­sı­na yö­nəl­miş üç­tə­rəf­li gö­rüş­lər in­san təh­lü­kə­siz­li­yi­nə qlo­bal və re­gio­nal sə­viy­yə­lər­də əla­qə­lən­di­ril­miş bey­nəl­xalq tə­mi­nat ve­ril­mə­si üçün fo­rum ro­lu­nu oy­na­yır. Adə­tən bu cür gö­rüş­lər­də hü­qu­qun ali­li­yi, XXI əsr­də təh­lü­kə­siz­lik və sa­bit­li­yə hə­də­lər və mü­va­fiq sa­hə­də əmək­daş­lıq, ter­ro­rizm və in­san al­ve­ri­nə qar­şı mü­ba­ri­zə­də əmək­daş­lı­ğın möh­kəm­lən­di­ril­mə­si üçün prak­ti­ki təd­bir­lər, 11 sent­yabr 2001-ci il ha­di­sə­lə­rin­dən son­ra­kı dövr­də ter­ro­riz­mə qar­şı mü­ba­ri­zə­də fəa­liy­yə­tin əla­qə­lən­di­ril­mə­si, cə­nub-şər­qi Av­ro­pa, cə­nu­bi Qaf­qaz və di­gər re­gion­la­ra aid re­gio­nal mə­sə­lə­lər mü­za­ki­rə olu­nur (12).

1999-cu il­dən eti­ba­rən yük­sək sə­viy­yə­li üç­tə­rəf­li gö­rüş­dən əv­vəl­ki gün eks­pert­lər sə­viy­yə­sin­də gö­rüş­lə­rin ke­çi­ril­mə­si adət ha­lı­nı al­mış­dır. Adə­tən iş­ti­rak­çı­lar yük­sək sə­viy­yə­li üç­tə­rəf­li gö­rüş­lə­rin so­nun­da bir­gə bə­ya­nat qə­bul edir­lər.

Ha­zır­kı döv­rə qə­dər 17 üç­tə­rəf­li gö­rüş ke­çi­ril­miş və on­la­rın gün­də­lik­lə­ri ge­niş­lə­nə­rək, əsas hu­ma­ni­tar mə­sə­lə­lər­dən kə­na­ra çı­xa­raq in­san hü­quq­la­rı, mü­na­qi­şə­lə­rin qar­şı­sı­nın alın­ma­sı, tən­zim­lən­mə­si və mü­na­qi­şə­dən son­ra sülh ya­ra­dıl­ma­sı mə­sə­lə­lə­ri­ni əha­tə et­miş­dir. Həm­çi­nin, qeyd olu­nan gö­rüş­lər­də iş­ti­rak edən qu­rum­la­rın sa­yı­nın art­ma­sı ilə əla­qə­dar ola­raq üç­tə­rəf­li gö­rüş­lə­rin ke­çi­ril­mə­si qey­ri-rəs­mi ola­raq «üç­tə­rəf­li-üs­tə­gəl» pro­se­si ad­lan­dı­rı­lır (2).

Av­ro­pa Şu­ra­sı, ATƏT və BMT-nin yük­sək sə­viy­yə­li nü­ma­yən­də­lə­ri­nin «üç­tə­rəf­li-üs­tə­gəl» for­ma­tın­da so­nun­cu gö­rü­şü 7 iyul 2008-ci il ta­ri­xin­də St­ras­burq şə­hə­rin­də ke­çi­ril­miş və gö­rüş nə­ti­cə­sin­də Bir­gə kom­mü­ni­ke qə­bul edil­miş­dir.

Bir­gə kom­mü­ni­ke­yə əsa­sən, gö­rüş iş­ti­rak­çı­la­rı vur­ğu­la­mış­lar ki, uni­ver­sal in­san hü­quq­la­rı, az­lıq hü­quq­la­rı və döv­lət­lə­rin az­lıq­la­ra hör­mət üz­rə sə­mə­rə­li in­teq­ra­si­ya si­ya­sə­ti, de­mok­ra­ti­ya və hü­qu­qun ali­li­yi prin­si­lə­ri­nə əsas­la­nan mə­də­niy­yət­lə­ra­ra­sı dia­lo­qun təş­vi­qi və mə­də­ni müx­tə­lif­li­yin tə­min edil­mə­si təş­ki­lat­la­rın prio­ri­te­ti ola­raq qal­maq­da­dır. Gö­rüş za­ma­nı iş­ti­rak­çı­lar öz ara­la­rın­da mə­də­niy­yət­lə­ra­ra­sı dia­loq sa­hə­sin­də əla­qə­lən­dir­mə və əmək­daş­lı­ğın möh­kəm­lən­di­ril­mə­si­nə qə­rar­lı ol­duq­la­rı­nı bə­yan et­miş və in­san hü­quq­la­rı­nın mü­da­fiə­si, mü­na­qi­şə­nin qar­şı­sı­nın alın­ma­sı və təh­sil sa­hə­sin­də bir­gə fəa­liy­yət üçün əla­və im­kan­la­rı mü­za­ki­rə et­miş­lər.

 

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

 

1. ATƏT-in İstanbul görüşünün sənədi (1999-cu il). http://www.osce.org/docum ents/mcs/1999/11/4050_en.pdf

2. Avropa Şurası, ATƏT, BMT və tə­rəf­daş təşkilatlar arasında illik yüksək sə­viy­yəli üçtərəfli görüşün Birgə kom­mü­nikesi. http://www.osce.org/docu ments /ec/2008 /07/32098_en.pdf

3. BMT və ATƏT arasında əmək­daş­lıq. Baş katibin məruzəsi. 14 oktyabr 1996-cı il. A/51/489. http://www.un.org/do­cu­men ts/ga/docs/51/plenary/a51-489.htm

4. Hüseynov L.H. Beynəlxalq hüquq. Dərs­lik. B., "Hüquq ədəbiyyatı" nəş­riy­yatı, 2002, 420 s.

5. Lukaşuk İ.İ., Şinkareükaə Q.Q. Mej­du­narodnoe pravo. Gle­men­tar­nıy kurs: Uçeb. posobie. M.: Öristğ, 2004, 224 s.

6. Obəzatelğstva OBSE v oblasti çe­lo­ve­çeskoqo izmereniə. Sbornik do­ku­men­tov v tematiçeskom porədke. Opub­li­ko­vana Böro OBSE po de­mok­ra­tiçeskim ins­titutam i pravam çe­lo­veka, Var­şa­va, 2006, 293 s.

7. Spravoçnik OBSE. Publikaüiə Sekre­­tariata Orqanizaüii po bez­opas­nos­ti i sotrudniçestvu v Evrope. Tretğe iz­da­nie, Vena, 2000, 243 s.

8. Howard M. Hensel. Sovereignty and the Global Community: The Quest for Order in the International System. Published by Ashgate Publishing Ltd., 2004, 266 p.

9. Individual Human Rights Complaints. A handbook for OSCE field personnel. Published by the OSCE/ODIHR, War­saw, 2003, 131 p.

10. Ingo Peters. The relations of the OSCE to Other International Or­ga­ni­za­tions. OSCE Yearbook 1995/1996. Ins­titute for Peace Research and Se­cu­rity Policy at the University of Ham­burg. - Baden-Ba­den, 1997, p.385-399

11. Monika Wohlfeld. The OSCE and Re­gi­onal Cooperation in Europe. Re­gio­na­lism in the Post-Cold War World. - GB.Aldershot, 2000, 254 p.

12. www.osce.org

MÜNDƏRİCAT

Ибрагим Кулиев, Азад Ибрагимли. Конституционность полномочий Президента Азербайджанской Республики и его взаимодействие с Конституционным Судом
Rəsmi sənədlər
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.