12.12.2017 03:03
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

«Avtomobil nəqliyyatı haqqında» Azərbaycan Respublikasının Qanunu

Bu Qa­nun Azər­bay­can Res­pub­li­ka­sı­nın əra­zi­sin­də av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük da­şı­ma­la­rı­nın hü­qu­qi, təş­ki­la­ti və iq­ti­sa­di əsas­la­rı­nı müəy­yən edir, bu sa­hə­də döv­lət or­qan­la­rı, da­şı­yı­cı­lar və av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük da­şı­ma­la­rı üz­rə xid­mət­lə­rin is­teh­lak­çı­la­rı ara­sın­da ya­ra­nan mü­na­si­bət­lə­ri tən­zim­lə­yir.

 

I fə­sil

Ümu­mi müd­dəa­lar

 

Mad­də 1. Əsas an­la­yış­lar

1.0. Bu Qa­nun­da is­ti­fa­də olu­nan əsas an­la­yış­lar aşa­ğı­da­kı­lar­dır:

1.0.1. av­to­nəq­liy­yat va­si­tə­si – sər­ni­şin, yük və ya xü­su­si ava­dan­lı­ğın av­to­mo­bil yol­la­rı ilə da­şın­ma­sı üçün nə­zər­də tu­tul­muş mü­hər­rik­lə hə­rə­kə­tə gə­ti­ri­lən nəq­liy­yat va­si­tə­si (bir və ya bir ne­çə nəq­liy­yat va­si­tə­sin­dən iba­rət);

1.0.2. av­to­mo­bil nəq­liy­ya­tı – av­to­nəq­liy­yat va­si­tə­lə­rin­dən və av­to­mo­bil nəq­liy­ya­tı­nın inf­rast­ruk­tu­run­dan is­ti­fa­də edil­mək­lə, sər­ni­şin və yük da­şı­ma­la­rı­nın ye­ri­nə ye­ti­ril­di­yi nəq­liy­yat nö­vü;

1.0.3. av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­rın təş­ki­lat­çı­sı – özü­nün və ya si­fa­riş­çi­nin adın­dan sər­ni­şin­lə­rin və ya yük­lə­rin da­şın­ma­sı, həm­çi­nin av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­rın təş­ki­li ilə əla­qə­dar mü­qa­vi­lə­lər bağ­la­yan hü­qu­qi və ya fi­zi­ki şəxs;

1.0.4. av­to­mo­bil nəq­liy­ya­tı ilə kom­mer­si­ya məq­səd­li da­şı­ma­lar – sər­ni­şin və ya yük da­şın­ma­sı mü­qa­vi­lə­si, ya­xud di­gər qa­nu­ni əsas­lar­la, da­şın­ma haq­qı ödə­nil­mək­lə ye­ri­nə ye­ti­ri­lən da­şı­ma­lar;

1.0.5. av­to­mo­bil nəq­liy­ya­tı ilə tə­sər­rü­fat eh­ti­yac­la­rı üçün da­şı­ma­lar – hü­qu­qi şəxs­lər və fər­di sa­hib­kar­lar tə­rə­fin­dən sə­rən­cam­la­rın­da olan av­to­nəq­liy­yat va­si­tə­lə­ri ilə iş­çi­lə­ri­nin və ya yük­lə­ri­nin da­şın­ma­sı məq­sə­di­lə və öz he­sa­bı­na ye­ri­nə ye­ti­ri­lən da­şı­ma­lar. Bu cür da­şı­ma­lar üçün is­ti­fa­də olu­nan av­to­nəq­liy­yat va­si­tə­lə­ri hə­min hü­qu­qi şəxs­lə­rin və ya fər­di sa­hib­kar­la­rın iş­çi­lə­ri tə­rə­fin­dən ida­rə olun­ma­lı­dır;

1.0.6. av­to­mo­bil nəq­liy­ya­tı­nın inf­rast­ruk­tu­ru – av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük da­şı­ma­la­rı üçün is­ti­fa­də olu­nan av­to­mo­bil yol­la­rı, av­to­vağ­zal­lar (av­tos­tan­si­ya­lar), da­ya­na­caq mən­tə­qə­lə­ri, av­to­mo­bil du­ra­caq­la­rı, ter­mi­nal­lar və di­gər qur­ğu­lar, ha­be­lə av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nə tə­mi­nat­lı tex­ni­ki xid­mət gös­tə­rən tex­ni­ki-tə­mir sa­hə­lə­ri və tex­ni­ki-tə­mir stan­si­ya­la­rı, ya­na­caq­dol­dur­ma mən­tə­qə­lə­ri;

1.0.7. av­to­bus – sü­rü­cü­nün otu­ra­caq ye­ri da­xil ol­maq­la, otu­ra­caq yer­lə­ri­nin sa­yı doq­quz­dan çox olan, sər­ni­şin da­şı­ma­la­rı üçün nə­zər­də tu­tul­muş av­to­nəq­liy­yat va­si­tə­si;

1.0.8. ba­qaj – da­şın­maq üçün qab­laş­dı­rıl­mış, sər­ni­şin tə­rə­fin­dən av­to­nəq­liy­yat va­si­tə­si­lə gön­də­ri­lən və ya sə­fər bo­yu mü­şa­yiət edi­lən, qa­ba­ri­ti, çə­ki­si və xü­su­siy­yə­tin­dən ası­lı ola­raq da­şın­ma­sı­na ica­zə ve­ri­lən yük;

1.0.9. da­şı­yı­cı – da­şın­ma mü­qa­vi­lə­si və ya di­gər qa­nu­ni əsas­lar­la sər­ni­şin və yük da­şı­ma­la­rı­nı ye­ri­nə ye­ti­rən hü­qu­qi şəxs və ya fər­di sa­hib­kar;

1.0.10. əl yü­kü – sər­ni­şi­nə məx­sus və öz xü­su­siy­yət­lə­ri­nə, öl­çü­lə­ri­nə, çə­ki­si­nə gö­rə sər­ni­şin av­to­nəq­liy­yat va­si­tə­si­nin sa­lo­nun­da da­şın­ma­sı­na ica­zə ve­ri­lən əş­ya­lar;

1.0.11. ge­diş sə­nə­di (bi­let) – sər­ni­şi­nin av­to­bus­da ge­diş hü­qu­qu­nu, sər­ni­şin və da­şı­yı­cı ara­sın­da da­şın­ma mü­qa­vi­lə­si­nin bağ­lan­ma­sı­nı təs­diq edən və müəy­yən edil­miş for­ma­da rəs­mi­ləş­di­ri­lən sə­nəd;

1.0.12. sər­ni­şin av­to­nəq­liy­yat va­si­tə­si – konst­ruk­si­ya­sı­na və təc­hiz edil­miş ava­dan­lı­ğı­na gö­rə in­san­la­rın və ba­qa­jın da­şın­ma­sı üçün nə­zər­də tu­tul­muş nəq­liy­yat va­si­tə­si;

1.0.13. sər­ni­şin – av­to­nəq­liy­yat va­si­tə­sin­də ge­diş hü­qu­qu ve­rən sə­nəd (bi­let) və ya di­gər qa­nu­ni əsas­lar­la da­şı­nan fi­zi­ki şəxs;

1.0.14. sər­ni­şin da­şın­ma­sı – sər­ni­şin­lə­rin av­to­nəq­liy­yat va­si­tə­si­lə yo­la­düş­mə mən­tə­qə­sin­dən tə­yi­nat mən­tə­qə­si­nə çat­dı­rıl­ma­sı;

1.0.15. si­fa­riş – av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və ya yük da­şı­ma­la­rı­nın si­fa­riş­çi­si ilə da­şı­yı­cı ara­sın­da mü­na­si­bət­lə­ri tən­zim­lə­yən mü­qa­vi­lə;

1.0.16. si­fa­riş­çi – sər­ni­şin və ya yük da­şı­ma­la­rı­nın ye­ri­nə ye­ti­ril­mə­si ba­rə­də mü­va­fiq qay­da­da mü­qa­vi­lə bağ­la­mış or­qan, ya­xud onun tə­rə­fin­dən tə­yin edil­miş sə­la­hiy­yət­li hü­qu­qi şəxs, ha­be­lə sər­ni­şin və ya yük da­şı­ma­la­rı ba­rə­də da­şı­yı­cı ilə mü­qa­vi­lə bağ­la­yan hü­qu­qi və ya fi­zi­ki şəxs;

1.0.17. sü­rü­cü – av­to­nəq­liy­yat va­si­tə­si­ni ida­rə et­mək hü­qu­qu olan, da­şı­ma­lar pro­se­sin­də bir­ba­şa iş­ti­rak edən, ha­be­lə mü­va­fiq hal­lar­da da­şı­yı­cı­nı təm­sil edən şəxs;

1.0.18. tak­si mi­nik av­to­mo­bi­li – xü­su­si ta­nın­ma ni­şan­la­rı və tak­so­metr­lə təc­hiz olun­muş, sü­rü­cü­nün otu­ra­caq ye­ri da­xil ol­maq­la, otu­ra­caq yer­lə­ri­nin sa­yı doq­quz­dan çox ol­ma­yan av­to­nəq­liy­yat va­si­tə­si;

1.0.19. ümu­mi is­ti­fa­də­də olan av­to­mo­bil nəq­liy­ya­tı – tən­zim­lə­nən və ya elan edil­miş ta­rif­lər tət­biq edil­mək­lə, mü­qa­vi­lə ilə ra­zı­laş­dı­rıl­mış qiy­mət­lər üz­rə hü­qu­qi və ya fi­zi­ki şəxs­lə­rin mü­ra­ciə­ti əsa­sın­da ye­ri­nə ye­ti­ri­lən sər­ni­şin və yük da­şı­ma­la­rın­da is­ti­fa­də olu­nan nəq­liy­yat va­si­tə­si;

1.0.20. yük – av­to­mo­bil da­şı­yı­cı­sı tə­rə­fin­dən tə­yi­nat mən­tə­qə­si­nə çat­dı­rıl­maq üçün qə­bul edil­miş əm­təə və ya qey­ri-əm­təə tə­yi­nat­lı mal;

1.0.21. yük av­to­nəq­liy­yat va­si­tə­si – konst­ruk­si­ya­sı­na və təc­hiz edil­miş ava­dan­lı­ğı­na gö­rə yük da­şın­ma­sı üçün nə­zər­də tu­tul­muş nəq­liy­yat va­si­tə­si;

1.0.22. yük­gön­də­rən – adın­dan yük gön­də­ril­mə­si rəs­mi­ləş­di­ri­lən hü­qu­qi və ya fi­zi­ki şəxs;

1.0.23. yü­ka­lan – av­to­mo­bil nəq­liy­ya­tı ilə yük da­şın­ma­sı mü­qa­vi­lə­si­nə və ya di­gər mü­va­fiq sə­nəd­lə­rə əsa­sən yü­kü al­maq sə­la­hiy­yə­ti olan hü­qu­qi və ya fi­zi­ki şəxs.

 

Mad­də 2. Av­to­mo­bil nəq­liy­ya­tı haq­qın­da qa­nun­ve­ri­ci­lik

 

Av­to­mo­bil nəq­liy­ya­tı haq­qın­da Azər­bay­can Res­pub­li­ka­sı­nın qa­nun­ve­ri­ci­li­yi Azər­bay­can Res­pub­li­ka­sı­nın Kons­ti­tu­si­ya­sın­dan, Azər­bay­can Res­pub­li­ka­sı­nın Mül­ki Mə­cəl­lə­sin­dən, «Nəq­liy­yat haq­qın­da» Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nun­dan, bu Qa­nun­dan, ha­be­lə hə­min sa­hə­ni tən­zim­lə­yən di­gər nor­ma­tiv hü­qu­qi akt­lar­dan və Azər­bay­can Res­pub­li­ka­sı­nın tə­rəf­dar çıx­dı­ğı bey­nəl­xalq mü­qa­vi­lə­lər­dən iba­rət­dir.

 

Mad­də 3. Qa­nu­nun tət­biq dai­rə­si

 

3.1. Bu Qa­nun av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük da­şın­ma­sı xid­mət­lə­ri­nin gös­tə­ril­mə­si, həm­çi­nin av­to­mo­bil nəq­liy­ya­tı­nın inf­rast­ruk­tur ob­yekt­lə­ri ilə əla­qə­dar döv­lət or­qan­la­rı, da­şı­yı­cı­lar, inf­rast­ruk­tur ob­yekt­lə­ri­nin sa­hib­lə­ri və nəq­liy­yat xid­mət­lə­ri­nin is­teh­lak­çı­la­rı ara­sın­da ya­ra­nan hü­qu­qi və iq­ti­sa­di mü­na­si­bət­lə­rə tət­biq olu­nur.

3.2. Bu Qa­nu­nun müd­dəa­la­rı aşa­ğı­da­kı­la­ra şa­mil edil­mir:

3.2.1. kom­mu­nal və tə­ci­li tib­bi yar­dım xid­mət­lə­rə məx­sus, həm­çi­nin mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı tə­rə­fin­dən tə­xi­rə­sa­lın­maz tə­ci­li xid­mət­lə­rə aid edil­miş av­to­nəq­liy­yat va­si­tə­lə­ri ilə ye­ri­nə ye­ti­ri­lən da­şı­ma­la­ra;

3.2.2. mü­da­fiə, ic­ti­mai asa­yi­şin qo­run­ma­sı və föv­qə­la­də hal­la­rın ara­dan qal­dı­rıl­ma­sı ilə əla­qə­dar olan av­to­mo­bil da­şı­ma­la­rı­na;

3.2.3. döv­lət ha­ki­miy­yə­ti or­qan­la­rı­nın, büd­cə təş­ki­lat­la­rı­nın və yer­li özü­nüi­da­rəet­mə or­qan­la­rı­nın, Azər­bay­can Res­pub­li­ka­sı Mil­li Ban­kı­nın, büd­cə­dən­ka­nar döv­lət fond­la­rı­nın, xa­ri­ci öl­kə­lə­rin dip­lo­ma­tik və kon­sul­luq nü­ma­yən­də­lik­lə­ri­nin, bey­nəl­xalq təş­ki­lat­la­rın nü­ma­yən­də­lik­lə­ri­nin rəs­mi və xid­mə­ti is­ti­fa­də­si üçün nə­zər­də tu­tul­muş av­to­nəq­liy­yat va­si­tə­lə­ri ilə ye­ri­nə ye­ti­ri­lən da­şı­ma­la­ra;

3.2.4. hü­qu­qi şəxs­lə­rin və fər­di sa­hib­kar­la­rın xid­mə­ti is­ti­fa­də­si üçün nə­zər­də tu­tul­muş mi­nik av­to­mo­bil­lə­ri ilə ye­ri­nə ye­ti­ri­lən da­şı­ma­la­ra;

3.2.5. hü­qu­qi şəxs­lə­rin və fər­di sa­hib­kar­la­rın ümu­mi is­ti­fa­də­də olan av­to­mo­bil yol­la­rı­na çıx­ma­dan ye­ri­nə ye­tir­di­yi tex­no­lo­ji və tə­sər­rü­fat­da­xi­li (müəs­si­sə­lə­rin, ob­yekt­lə­rin da­xi­lin­də) av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­rı­na;

3.2.6. fi­zi­ki şəxs­lə­rin mül­kiy­yə­tin­də, ya­xud is­ti­fa­də­sin­də olan av­to­nəq­liy­yat va­si­tə­lə­ri ilə şəx­si eh­ti­yac­lar üçün ye­ri­nə ye­tir­dik­lə­ri da­şı­ma­la­ra.

 

Mad­də 4. Av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­rın növ­lə­ri

 

4.0. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük da­şı­ma­la­rı tə­yi­na­tı­na gö­rə aşa­ğı­da­kı növ­lə­rə bö­lü­nür:

4.0.1. şə­hər­da­xi­li (ra­yon­da­xi­li) sər­ni­şin da­şı­ma­la­rı – şə­hə­rin (ra­yo­nun) in­zi­ba­ti-əra­zi hü­dud­la­rı da­xi­lin­də ye­ri­nə ye­ti­ri­lən sər­ni­şin da­şı­ma­la­rı;

4.0.2. şə­hər­lə­ra­ra­sı (ra­yon­la­ra­ra­sı) sər­ni­şin da­şı­ma­la­rı – ay­rı-ay­rı şə­hər­lə­rin (ra­yon­la­rın) in­zi­ba­ti əra­zi­sin­də yer­lə­şən ya­şa­yış mən­tə­qə­lə­ri ara­sın­da ye­ri­nə ye­ti­ri­lən sər­ni­şin da­şı­ma­la­rı;

4.0.3. mün­tə­zəm sər­ni­şin da­şı­ma­la­rı – işin baş­lan­ma­sı və ba­şa çat­ma­sı vaxt­la­rı, sər­ni­şin­lə­rin av­to­mo­bil nəq­liy­ya­tı­na min­mə­si və on­dan düş­mə­si yer­lə­ri, ha­be­lə ta­rif­lər müəy­yən edil­mək­lə, mü­va­fiq cəd­vəl (hə­rə­kət in­ter­va­lı) və marş­rut üz­rə ye­ri­nə ye­ti­ri­lən sər­ni­şin da­şı­ma­la­rı;

4.0.4. qey­ri-mün­tə­zəm sər­ni­şin da­şı­ma­la­rı – si­fa­riş­çi ilə bağ­lan­mış mü­qa­vi­lə (si­fa­riş) əsa­sın­da da­şı­yı­cı tə­rə­fin­dən ye­ri­nə ye­ti­ri­lən və mün­tə­zəm da­şı­ma­la­ra aid ol­ma­yan sər­ni­şin da­şı­ma­la­rı;

4.0.5. öl­kə­da­xi­li yük da­şı­ma­la­rı – Azər­bay­can Res­pub­li­ka­sı­nın hü­dud­la­rı da­xi­lin­də ye­ri­nə ye­ti­ri­lən yük da­şı­ma­la­rı;

4.0.6. bey­nəl­xalq da­şı­ma­lar – av­to­nəq­liy­yat va­si­tə­lə­ri ilə Azər­bay­can Res­pub­li­ka­sı­nın əra­zi­sin­dən di­gər döv­lət­lə­rə və ya di­gər döv­lət­lər­dən Azər­bay­can Res­pub­li­ka­sı­nın əra­zi­si­nə, ha­be­lə Azər­bay­can Res­pub­li­ka­sı­nın əra­zi­sin­dən tran­zit­lə keç­mək­lə ye­ri­nə ye­ti­ri­lən sər­ni­şin və ya yük da­şı­ma­la­rı.

 

Mad­də 5. Av­to­mo­bil nəq­liy­ya­tı sa­hə­sin­də fəa­liy­yə­tin əsas prin­sip­lə­ri

 

5.0. Av­to­mo­bil nəq­liy­ya­tı sa­hə­sin­də iş­lə­rin gö­rül­mə­si və xid­mət­lə­rin gös­tə­ril­mə­si aşa­ğı­da­kı prin­sip­lə­rə əsas­la­nır:

5.0.1. av­to­mo­bil nəq­liy­ya­tı sa­hə­sin­də fəa­liy­yət gös­tə­rən, bü­tün sub­yekt­lə­rin mül­kiy­yət nö­vün­dən ası­lı ol­ma­ya­raq hü­quq bə­ra­bər­li­yi;

5.0.2. av­to­mo­bil nəq­liy­ya­tı sa­hə­sin­də fəa­liy­yə­tin döv­lət tən­zim­lən­mə­si­nin so­sial yö­nüm­lü­yü və ic­ti­mai ma­raq­la­rın üs­tün­lü­yü­nün tə­min olun­ma­sı;

5.0.3. av­to­mo­bil nəq­liy­ya­tı xid­mət­lə­ri­nin is­teh­lak­çı­la­rı tə­rə­fin­dən da­şı­yı­cı­nın azad se­çil­mə­si;

5.0.4. av­to­mo­bil nəq­liy­ya­tı sa­hə­sin­də fəa­liy­yə­tin təh­lü­kə­siz­li­yi­nin va­hid nor­ma, stan­dart və qay­da­lar əsa­sın­da tə­min olun­ma­sı.

 

Mad­də 6. Av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nə və av­to­mo­bil nəq­liy­ya­tı­nın inf­rast­ruk­tu­ru­na dair ümu­­mi tə­ləb­lər

 

6.1. Av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin küt­lə, qa­ba­rit öl­çü­lə­ri və di­gər tex­ni­ki gös­tə­ri­ci­lə­ri hə­rə­kə­tin təh­lü­kə­siz­li­yi, əmə­yin və ət­raf mü­hi­tin mü­ha­fi­zə­si­nə dair Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq nor­ma­tiv hü­qu­qi akt­la­rı­nın tə­ləb­lə­ri­nə uy­ğun ol­ma­lı­dır.

6.2. Av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin əla­və ava­dan­lıq­la, o cüm­lə­dən müx­tə­lif tə­yi­nat­lı nə­za­rət ci­haz­la­rı ilə təc­hiz edil­mə­si­nə dair tə­ləb­lər Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq nor­ma­tiv hü­qu­qi akt­la­rı ilə müəy­yən olu­nur.

6.3. Ümu­mi is­ti­fa­də­də olan sər­ni­şin av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nə, ha­be­lə ümu­mi is­ti­fa­də­də olan sər­ni­şin av­to­mo­bil nəq­liy­ya­tı üçün da­ya­na­caq­la­ra dair ümu­mi tə­ləb­lər «Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və ba­qaj da­şın­ma­sı Qay­da­la­rı» ilə müəy­yən olu­nur.

6.4. Av­to­mo­bil nəq­liy­ya­tı­nın inf­rast­ruk­tu­ru sər­ni­şin və yük da­şı­ma­la­rı­nın ye­ri­nə ye­ti­ril­mə­si­nə, yol hə­rə­kə­ti­nin təh­lü­kə­siz­li­yi­nə, ət­raf mü­hi­tin mü­ha­fi­zə­si­nə dair, ha­be­lə Azər­bay­can Res­pub­li­ka­sı­nın nor­ma­tiv hü­qu­qi akt­la­rı ilə müəy­yən olun­muş di­gər tə­ləb­lə­rə ca­vab ver­mə­li­dir.

6.5. Av­to­mo­bil nəq­liy­ya­tı­nın inf­rast­ruk­tur ob­yekt­lə­ri­nin, o cüm­lə­dən av­to­vağ­zal­la­rın (av­tos­tan­si­ya­la­rın), da­ya­na­caq mən­tə­qə­lə­ri­nin, av­to­mo­bil du­ra­caq­la­rı­nın, ter­mi­nal­la­rın və di­gər qur­ğu­la­rın, ha­be­lə av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nə tə­mi­nat­lı tex­ni­ki xid­mət gös­tə­rən tex­ni­ki-tə­mir stan­si­ya­la­rı­nın, ya­na­caq­dol­dur­ma mən­tə­qə­lə­ri­nin yer­ləş­di­ril­mə­si ya­xud ye­ni­dən qu­rul­ma­sı sər­ni­şin və yük axı­nı­nın həc­mi­nə, həm­çi­nin nəq­liy­yat xid­mət­lə­ri is­teh­lak­çı­la­rı­nın tə­lə­ba­tı­na uy­ğun ola­raq, Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı­nın rə­yi nə­zə­rə alın­maq­la qa­nun­ve­ri­ci­lik­lə nə­zər­də tu­tul­muş qay­da­da hə­ya­ta ke­çi­ri­lir.

Mad­də 7. Av­to­vağ­zal­la­ra (av­tos­tan­si­ya­la­ra) dair tə­ləb­lər

 

7.1. Av­to­vağ­zal­lar (av­tos­tan­si­ya­lar) şə­hər­lə­ra­ra­sı (ra­yon­la­ra­ra­sı) və bey­nəl­xalq marş­rut­lar üz­rə mün­tə­zəm sər­ni­şin da­şın­ma­sı­nı ye­ri­nə ye­ti­rən da­şı­yı­cı­la­ra və sər­ni­şin­lə­rə xid­mət gös­tə­ril­mə­si məq­sə­di­lə ay­rı-ay­rı şə­hər­lər­də və ra­yon­la­rın in­zi­ba­ti mər­kəz­lə­rin­də, ha­be­lə sər­ni­şin axı­nı in­ten­siv olan iri nəq­liy­yat qov­şaq­la­rın­da təş­kil olu­nur.

7.2. Av­to­vağ­zal­da 75-dən ar­tıq sər­ni­şin tu­tan göz­lə­mə za­lı, ən azı in­zi­ba­ti bi­na və ya xid­mə­ti ota­ğı, bir ne­cə bi­let kas­sa­sı, ana və uşaq ota­ğı, ba­qaj sax­la­ma ka­me­ra­sı, ia­şə, mə­də­ni-məi­şət və sa­ni­tar-gi­gi­ye­nik tə­yi­nat­lı sa­hə­lər, tib­bi yar­dım və po­lis mən­tə­qə­lə­ri, sü­rü­cü­lə­rin is­ti­ra­hət ota­ğı, sər­ni­şin­lə­rin mi­nib-düş­mə­si üçün per­ron, av­to­bus­la­rın reys­lə­ra­ra­sı da­yan­ma­sı üçün mey­dan­ça və tə­miz­lə­mə pos­tu, ha­be­lə şə­hər nəq­liy­ya­tı­nın və tak­si mi­nik av­to­mo­bil­lə­ri­nin da­yan­ma­sı üçün vağ­zal­ya­nı sa­hə ol­ma­lı­dır.

7.3. Av­tos­tan­si­ya­da 75-dək sər­ni­şin tu­tan göz­lə­mə za­lı, ən azı bir xid­mə­ti ota­ğı, bi­let kas­sa­sı, sa­ni­tar-gi­gi­ye­nik tə­yi­nat­lı sa­hə, sər­ni­şin­lə­rin mi­nib-düş­mə­si üçün per­ron ol­ma­lı­dır.

7.4. Av­to­vağ­zal­lar­da (av­tos­tan­si­ya­lar­da) aşa­ğı­da­kı növ xid­mət­lər gös­tə­ri­lir:

7.4.1. ge­diş sə­nəd­lə­ri­nin (bi­let­lə­rin) sa­tı­şı;

7.4.2. sər­ni­şin av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin gəl­mə­si­nin və yo­la düş­mə­si­nin ida­rə olun­ma­sı;

7.4.3. sər­ni­şin av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin sa­ni­tar-gi­gi­ye­nik və­ziy­yə­ti­nə, mü­va­fiq ava­dan­lıq və lə­va­zi­mat­lar­la təc­hiz olun­ma­sı­na nə­za­rət;

7.4.4. ti­ca­rət və məi­şət xid­mət­lə­ri;

7.4.5. sər­ni­şin­lər və da­şı­yı­cı­lar tə­rə­fin­dən av­to­nəq­liy­yat va­si­tə­si­lə sər­ni­şin və ba­qaj da­şın­ma­sı qay­da­la­rı­na ria­yət olun­ma­sı­na nə­za­rət.

7.5. Gün ər­zin­də ey­ni vaxt­da mü­va­fiq xid­mət­lər gös­tə­ri­lə bi­lən sər­ni­şin­lə­rin sa­yın­dan, bi­na­la­rın, ti­ki­li­lə­rin, tex­no­lo­ji ava­dan­lıq­la təc­hi­za­tın­dan, həm­çi­nin gös­tə­ri­lən xid­mət­lə­rin çe­şi­din­dən və sə­viy­yə­sin­dən ası­lı ola­raq mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı tə­rə­fin­dən hər bir av­to­vağ­za­la (av­tos­tan­si­ya­ya) ka­te­qo­ri­ya­sı­na uy­ğun ola­raq pas­port ve­ri­lir. Pas­port av­to­vağ­za­lın (av­tos­tan­si­ya­nın) fəa­liy­yət gös­tər­mə­si üçün rəs­mi sə­nəd he­sab edi­lir. Pas­port ol­ma­dan av­to­vağ­za­lın (av­tos­tan­si­ya­nın) fəa­liy­yət gös­tər­mə­si­nə, ha­be­lə av­to­vağ­za­lın (av­tos­tan­si­ya­nın) fəa­liy­yə­ti­nin mü­va­fiq ka­te­qo­ri­ya­ya uy­ğun tex­no­lo­ji pro­se­si­nin po­zul­ma­sı­na gö­rə təq­sir­kar şəxs­lər Azər­bay­can Res­pub­li­ka­sı­nın qa­nun­ve­ri­ci­li­yi ilə müəy­yən edil­miş qay­da­da mə­su­liy­yət da­şı­yır­lar.

7.6. Av­to­vağ­zal­la­rın (av­tos­tan­si­ya­la­rın) gös­tər­di­yi xid­mət­lə­rin on­la­ra ve­ril­miş pas­por­ta uy­ğun­lu­ğu­na nə­za­rət mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lir. Av­to­vağ­za­lın (av­tos­tan­si­ya­nın) gös­tər­di­yi xid­mət­lə­rin sə­viy­yə­si ona ve­ril­miş pas­port­da qeyd edil­miş ka­te­qo­ri­ya­dan aşa­ğı ol­duq­da, mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı pas­por­tun qüv­və­si­ni da­yan­dı­ra və ya pas­port­la müəy­yən olun­muş ka­te­qo­ri­ya­nı aşa­ğı sa­la bi­lər.

7.7. Av­to­vağ­zal­la­rın (av­tos­tan­si­ya­la­rın) və­zi­fə və funk­si­ya­la­rı, fəa­liy­yə­ti­nin xü­su­siy­yət­lə­ri və tex­no­lo­ji pro­se­si, həm­çi­nin av­to­vağ­zal­la­ra (av­tos­tan­si­ya­la­ra) pas­por­tun ve­ril­mə­si və on­la­rın mü­va­fiq ka­te­qo­ri­ya­la­ra aid edil­mə­si qay­da­sı Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı tə­rə­fin­dən təs­diq edi­lən «Av­to­vağ­zal və av­tos­tan­si­ya haq­qın­da Əsas­na­mə»yə uy­ğun ola­raq müəy­yən edi­lir.

 

Mad­də 8. Av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin qey­diy­ya­tı

 

8.1. Sər­ni­şin və yük da­şı­ma­la­rı üçün is­ti­fa­də olu­nan av­to­nəq­liy­yat va­si­tə­si Azər­bay­can Res­pub­li­ka­sı­nın qa­nun­ve­ri­ci­li­yi ilə müəy­yən olun­muş qay­da­da döv­lət qey­diy­ya­tı­na alın­ma­lı­dır. Hə­min av­to­nəq­liy­yat va­si­tə­si yal­nız bir döv­lət­də qey­diy­ya­ta alı­na bi­lər.

8.2. Av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin döv­lət qey­diy­ya­tı­nın apa­rıl­ma­sı qay­da­sı Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq qa­nun­ve­ri­ci­li­yi ilə müəy­yən olu­nur.

8.3. Döv­lət qey­diy­ya­tı­na alın­ma­mış av­to­nəq­liy­yat va­si­tə­sin­dən is­ti­fa­də olun­ma­sı qa­da­ğan­dır.

 

Mad­də 9. Av­to­mo­bil nəq­liy­ya­tın­da əmək mü­na­si­bət­lə­ri­nin tən­­zim­lən­mə­si

 

9.1. Av­to­mo­bil nəq­liy­ya­tı sa­hə­sin­də əmək mü­na­si­bət­lə­ri Azər­bay­can Res­pub­li­ka­sı­nın əmək qa­nun­ve­ri­ci­li­yi və di­gər mü­va­fiq nor­ma­tiv hü­qu­qi akt­la­rı ilə tən­zim­lə­nir.

9.2. Av­to­mo­bil nəq­liy­ya­tı iş­çi­lə­ri­nin ay­rı-ay­rı ka­te­qo­ri­ya­la­rı­nın iş və is­ti­ra­hət re­ji­mi, iş şə­rai­ti­nin xü­su­siy­yət­lə­ri Azər­bay­can Res­pu­li­ka­sı­nın mü­va­fiq nor­ma­tiv hü­qu­qi akt­la­rı ilə müəy­yən olu­nur.

 

II fə­sil

 

Av­to­mo­bil nəq­liy­ya­tı sa­hə­sin­də döv­lət tən­zim­lən­mə­si və ida­rəet­mə­si

 

Mad­də 10. Av­to­mo­bil nəq­liy­ya­tı sa­hə­sin­də döv­lət ida­rəet­mə­si­nin və tən­zim­lən­mə­si­nin əsas və­zi­fə­lə­ri

 

10.1. Av­to­mo­bil nəq­liy­ya­tı sa­hə­sin­də döv­lət ida­rəet­mə­si­nin əsas və­zi­fə­lə­ri aşa­ğı­da­kı­lar­dır:

10.1.1. va­hid döv­lət si­ya­sə­ti­nin hə­ya­ta ke­çi­ril­mə­si;

10.1.2. Azər­bay­can Res­pub­li­ka­sı­nın nor­ma­tiv hü­qu­qi akt­la­rı ilə nə­zər­də tu­tul­muş qay­da və tə­ləb­lə­rə ria­yət olun­ma­sı­na nə­za­rət edil­mə­si;

10.1.3. av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­rın ye­ri­nə ye­ti­ril­mə­si za­ma­nı tex­no­lo­ji və eko­lo­ji təh­lü­kə­siz­li­yin tə­min olun­ma­sı üçün şə­rait ya­ra­dıl­ma­sı.

10.2. Av­to­mo­bil nəq­liy­ya­tı sa­hə­sin­də döv­lət tən­zim­lən­mə­si­nin əsas və­zi­fə­lə­ri aşa­ğı­da­kı­lar­dır:

10.2.1. iq­ti­sa­diy­ya­tın və əha­li­nin av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­ra, həm­çi­nin di­gər nəq­liy­yat xid­mət­lə­ri­nə olan eh­ti­yac­la­rı­nın tə­min olun­ma­sı­na şə­rait ya­ra­dıl­ma­sı;

10.2.2. av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük da­şı­ma­la­rı sa­hə­sin­də sa­hib­kar­lı­ğın sti­mul­laş­dı­rıl­ma­sı, da­şı­yı­cı­lar ara­sın­da azad rə­qa­bə­tin tə­min olun­ma­sı, ha­be­lə av­to­mo­bil nəq­liy­ya­tı xid­mət­lə­rin­dən is­ti­fa­də edən hü­qu­qi və fi­zi­ki şəxs­lə­rin qa­nu­ni ma­raq­la­rı­nın döv­lət tə­rə­fin­dən qo­run­ma­sı;

10.2.3. Azər­bay­can Res­pub­li­ka­sı­nın av­to­mo­bil da­şı­yı­cı­la­rı­nın bey­nəl­xalq da­şı­malar ba­za­rın­da rə­qa­bət qa­bi­liy­yə­ti­nin ar­tı­rılma­sı üçün əl­ve­riş­li şə­rai­tin ya­ra­dıl­ma­sı;

10.2.4. av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük da­şı­yı­cı­la­rı­nın öl­kə­da­xi­li və bey­nəl­xalq av­to­mo­bil da­şı­ma­la­rı ba­za­rı­na çı­xı­şı­nın tən­zim­lən­mə­si;

10.2.5. av­to­mo­bil nəq­liy­ya­tı xid­mət­lə­ri­nin ix­ra­cı­nın sti­mul­laş­dı­rıl­ma­sı;

10.2.6. av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­rın va­hid nor­ma və qay­da­lar əsa­sın­da təh­lü­kə­siz ye­ri­nə ye­ti­ril­mə­si üçün şə­rait ya­ra­dıl­ma­sı;

10.2.7. av­to­mo­bil nəq­liy­ya­tı ilə öl­kə­da­xi­li da­şı­ma­lar ba­za­rı­nın qo­run­ma­sı;

10.2.8. av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­lar ba­za­rın­da in­hi­sar­çı­lı­ğın qar­şı­sı­nın alın­ma­sı və azad rə­qa­bət mü­hi­ti­nin in­ki­şaf et­di­ril­mə­si;

10.2.9. ümu­mi is­ti­fa­də­də olan av­to­mo­bil nəq­liy­ya­tın­da ta­rif si­ya­sə­ti­nin for­ma­laş­dı­rıl­ma­sı;

10.2.10. av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­lar ye­ri­nə ye­ti­ri­lər­kən ət­raf mü­hi­tin qo­run­ma­sı.

 

Mad­də 11. Av­to­mo­bil nəq­liy­ya­tı xid­mət­lə­ri­nin ta­rif­lə­ri

 

11.1. Av­to­mo­bil nəq­liy­ya­tı xid­mət­lə­ri­ni­nin ta­rif­lə­ri Azər­bay­can Res­pub­li­ka­sı­nın nor­ma­tiv hü­qu­qi akt­la­rı ilə nə­zər­də tu­tul­muş qay­da­da müəy­yən olu­nur.

11.2. Ümu­mi is­ti­fa­də­də olan av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şın­ma ta­rif­lə­ri­nin yu­xa­rı həd­di Azər­bay­can Res­pub­li­ka­sı­nın nor­ma­tiv hü­qu­qi akt­la­rı­na uy­ğun ola­raq müəy­yən edi­lir.

 

Mad­də 12. Av­to­mo­bil nəq­liy­ya­tın­da sə­fər­bər­lik ha­zır­lı­ğı­nın tə­min olun­ma­sı və av­to­mo­bil da­şı­yı­cı­la­rı­nın föv­qə­la­də hal­la­rın nə­ti­cə­lə­ri­nin ara­dan qal­dı­rıl­ma­sı­na cəlb edil­mə­si

 

12.1. Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq döv­lət or­qan­la­rı av­to­mo­bil nəq­liy­ya­tı­nın sə­fər­bər­lik ha­zır­lı­ğı­nın zə­ru­ri sə­viy­yə­də sax­lan­ma­sı­nı tə­min et­mə­li­dir­lər.

12.2. Tə­bii və ya tex­no­gen xa­rak­ter­li föv­qə­la­də ha­di­sə­lər baş ver­dik­də av­to­mo­bil da­şı­yı­cı­la­rı on­la­rın nə­ti­cə­lə­ri­nin ara­dan qal­dı­rıl­ma­sı­nı ida­rə edən döv­lət or­qan­la­rı­nın qa­nu­ni tə­ləb­lə­ri­ni ye­ri­nə ye­tir­mə­yə borc­lu­dur­lar.

12.3. Föv­qə­la­də hal­la­rın nə­ti­cə­lə­ri­nin ara­dan qal­dı­rıl­ma­sı­na cəlb olun­muş av­to­mo­bil da­şı­yı­cı­la­rı­nın qə­za-xi­la­set­mə təd­bir­lə­ri­nin hə­ya­ta ke­çi­ril­mə­si za­ma­nı çək­di­yi xərc­lə­rin və ya on­la­ra dəy­miş zə­rə­rin əvə­zi Azər­bay­can Res­pub­li­ka­sı­nın qa­nun­ve­ri­ci­li­yi ilə məy­yən olun­muş qay­da­da ödə­ni­lir.

12.4. Av­to­mo­bil nəq­liy­ya­tı­nın sə­fər­bər­lik ha­zır­lı­ğı və av­to­mo­bil da­şı­yı­cı­la­rı­nın föv­qə­la­də hal­la­rın nə­ti­cə­lə­ri­nin ara­dan qal­dı­rıl­ma­sı­na cəlb olun­ma­sı qay­da­sı Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq nor­ma­tiv hü­qu­qi akt­la­rı ilə məy­yən olu­nur.

 

Mad­də 13. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük da­şı­ma­la­rı­nın li­sen­zi­ya­laş­dı­rıl­ma­sı

 

13.1. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük da­şı­ma­la­rı xid­mət­lə­ri­nin is­teh­lak­çı­la­rı­nın qa­nu­ni ma­raq­la­rı­nın qo­run­ma­sı, bu sa­hə­də in­hi­sar­çı­lı­ğın qar­şı­sı­nın alın­ma­sı, da­şı­ma­la­rın təh­lü­kə­siz­li­yi­nin, ət­raf mü­hi­tin və əmə­yin mü­ha­fi­zə­si­nin tə­min olun­ma­sı məq­sə­di­lə bu fəa­liy­yət növ­lə­ri ilə məş­ğul olan hü­qu­qi şəxs­lə­rin və fər­di sa­hib­kar­la­rın fəa­liy­yə­ti li­sen­zi­ya­laş­dı­rı­lır.

13.2. Bu Qa­nun­la müəy­yən edil­miş hal­lar is­tis­na edil­mək­lə, xü­su­si ra­zı­lıq (li­sen­zi­ya) ol­ma­dan və ya di­gər şəxs­lə­rə məx­sus xü­su­si ra­zı­lıq (li­sen­zi­ya) əsa­sın­da sər­ni­şin və yük da­şı­ma­la­rı­nın ye­ri­nə ye­ti­ril­mə­si­nə yol ve­ril­mir.

13.3. Xü­su­si ra­zı­lıq (li­sen­zi­ya) av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük da­şı­ma­la­rı­nın aşa­ğı­da­kı növ­lə­ri­nin ye­ri­nə ye­ti­ril­mə­si üçün ve­ri­lir:

13.3.1. şə­hər­da­xi­li (ra­yon­da­xi­li) sər­ni­şin da­şı­ma­la­rı­na;

13.3.2. şə­hər­lə­ra­ra­sı (ra­yon­la­ra­ra­sı) sər­ni­şin da­şı­ma­la­rı­na;

13.3.3. bey­nəl­xalq sər­ni­şin da­şı­ma­la­rı­na;

13.3.4. tak­si mi­nik av­to­mo­bil­lə­ri ilə sər­ni­şin da­şı­ma­la­rı­na;

13.3.5. öl­kə­da­xi­li yük da­şı­ma­la­rı­na;

13.3.6. bey­nəl­xalq yük da­şı­ma­la­rı­na.

13.4. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük da­şın­ma­sı sa­hə­sin­də fəa­liy­yət üçün bu Qa­nu­nun 13.3-cü mad­də­sin­də nə­zər­də tu­tul­muş hər bir da­şı­ma nö­vü üz­rə ay­rı­ca xü­su­si ra­zı­lıq (li­sen­zi­ya) tə­ləb olu­nur.

13.5. Av­to­mo­bil nəq­liy­ya­tı ilə bey­nəl­xalq yük da­şın­ma­sı­na ve­ril­miş xü­su­si ra­zı­lıq (li­sen­zi­ya) əsa­sın­da yük da­şı­yı­cı­sı öl­kə­da­xi­li yük da­şı­ma­la­rı­nı ye­ri­nə ye­tir­mək hü­qu­qu­na ma­lik­dir.

13.6. Hü­qu­qi şəxs­lər və ya fər­di sa­hib­kar­lar tə­rə­fin­dən sə­rən­cam­la­rın­da olan av­to­nəq­liy­yat va­si­tə­lə­ri ilə tə­sər­rü­fat eh­ti­yac­la­rı üçün öz iş­çi­lə­ri­nin və ya yük­lə­ri­nin da­şın­ma­sı­na xü­su­si ra­zı­lıq (li­sen­zi­ya) tə­ləb olun­mur.

13.7. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük da­şın­ma­sı­na xü­su­si ra­zı­lıq (li­sen­zi­ya) qa­nun­ve­ri­ci­lik­lə nə­zər­də tu­tul­muş qay­da­da Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı tə­rə­fin­dən 5 il müd­də­ti­nə ve­ri­lir.

 

Mad­də 14. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük da­şı­ma­la­rı­na xü­su­si ra­zı­lıq (li­sen­zi­ya) ve­ril­mə­si­nin şərt­lə­ri

 

14.1. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük da­şı­ma­la­rı­nın ye­ri­nə ye­ti­ril­mə­si­nə xü­su­si ra­zı­lıq (li­sen­zi­ya) aşa­ğı­da­kı şərt­lər­lə ve­ri­lir:

14.1.1. hü­qu­qi şəx­sin və ya fər­di sa­hib­ka­rın ver­gi or­qan­la­rın­da qey­diy­yat­da ol­ma­sı;

14.1.2. hü­qu­qi şəx­sin və ya fər­di sa­hib­ka­rın mül­kiy­yət hü­qu­qu və ya di­gər qa­nu­ni əsas­lar­la tə­yi­na­tı­na, konst­ruk­si­ya­sı­na, ha­be­lə da­xi­li və xa­ri­ci ava­dan­lıq­la təc­hi­za­tı­na gö­rə yük və sər­ni­şin da­şı­ma­la­rı­nın ye­ri­nə ye­ti­ril­mə­si üçün nə­zər­də tu­tul­muş və qa­nun­ve­ri­ci­lik­lə müəy­yən edil­miş qay­da­da yol hə­rə­kə­ti­nə bu­ra­xıl­mış av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nə ma­lik ol­ma­sı;

14.1.3. hü­qu­qi şəx­sin və ya fər­di sa­hib­ka­rın müəy­yən edil­miş tə­ləb­lə­rə ca­vab ve­rən və bu Qa­nu­nun 27.3-cü və 50.5-ci mad­də­lə­ri ilə nə­zər­də tu­tul­muş xü­su­si ha­zır­lıq keç­miş av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin sü­rü­cü­lə­ri ilə əmək mü­qa­vi­lə­si­nin ol­ma­sı;

14.1.4. hü­qu­qi şəx­sin və ya fər­di sa­hib­ka­rın mül­ki mə­su­liy­yə­tin ic­ba­ri sı­ğor­ta­sı.

14.2. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük da­şı­ma­la­rı­na xü­su­si ra­zı­lıq (li­sen­zi­ya) al­maq üçün hü­qu­qi şəxs və ya fər­di sa­hib­kar tə­rə­fin­dən li­sen­zi­ya ve­rən döv­lət or­qa­nı­na aşa­ğı­da­kı sə­nəd­lər və mə­lu­mat­lar təq­dim edi­lir:

14.2.1. mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı­nın təs­diq et­di­yi for­ma­da əri­zə;

14.2.2. hü­qu­qi şəx­sin döv­lət qey­diy­ya­tı haq­qın­da şə­ha­dət­na­mə­si­nin və ya hü­qu­qi şəxs­lə­rin döv­lət re­yest­rin­dən çı­xa­rı­şın su­rə­ti;

14.2.3. əri­zə­çi­nin ver­gi or­qan­la­rı tə­rə­fin­dən qey­diy­ya­ta alın­ma­sı haq­qın­da mü­va­fiq sə­nə­din su­rə­ti;

14.2.4. mül­kiy­yə­tin­də və di­gər qa­nu­ni əsas­lar­la sə­rən­ca­mın­da olan av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin ümu­mi və növ­lər üz­rə sa­yı haq­qın­da mə­lu­mat;

14.2.5. sər­ni­şin və ya yük da­şı­ma­la­rı üçün is­ti­fa­də olun­ma­sı nə­zər­də tu­tul­muş av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin hər bi­ri üçün mü­va­fiq hü­qu­qi şəx­sin və ya fər­di sa­hib­ka­rın mül­kiy­yət və di­gər qa­nu­ni əsas­lar­la is­ti­fa­də (ica­rə, eti­bar­na­mə və s.) hü­qu­qu­nu təs­diq edən sə­nəd­lə­rin, ha­be­lə hə­min av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin tex­ni­ki ba­xış­dan keç­di­yi haq­da mə­lu­ma­tın gös­tə­ril­di­yi döv­lət qey­diy­ya­tı şə­ha­dət­na­mə­si­nin su­rə­ti;

14.2.6. sü­rü­cü­lə­rin mü­va­fiq ka­te­qo­ri­ya­lı sü­rü­cü­lük və­si­qə­si­nin və qa­nun­ve­ri­ci­lik­lə nə­zər­də tu­tul­muş hal­lar­da zə­ru­ri iş sta­jı və ya sü­rü­cü­lük təc­rü­bə­si ba­rə­də təs­di­qe­di­ci sə­nəd­lə­rin su­rə­ti;

14.2.7. ümu­mi is­ti­fa­də­də olan sər­ni­şin av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin, ha­be­lə bey­nəl­xalq yük da­şı­ma­la­rın­da is­ti­fa­də edi­lən av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin sü­rü­cü­lə­ri­nin xü­su­si ha­zır­lıq keç­mə­si­ni təs­diq edən sə­nəd­lə­rin su­rət­lə­ri;

14.2.8. av­to­nəq­liy­yat va­si­tə­si sa­hi­bi­nin mül­ki mə­su­liy­yə­ti­nin ic­ba­ri sı­ğor­ta şə­ha­dət­na­mə­si­nin su­rə­ti;

14.2.9. li­sen­zi­ya al­maq üçün döv­lət rü­su­mu­nun ödə­nil­di­yi­ni təs­diq edən sə­nəd (bu mad­də ilə nə­zər­də tu­tul­muş di­gər sə­nəd­lər­də ça­tış­maz­lıq­lar müəy­yən edil­mə­dik­də təq­dim olu­nur).

14.3. Xü­su­si ra­zı­lıq (li­sen­zi­ya) ve­rən mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük da­şı­ma­la­rı­na xü­su­si ra­zı­lıq (li­sen­zi­ya) ve­rər­kən bu Qa­nu­nun 15.5-ci mad­də­sin­də nə­zər­də tu­tul­muş qay­da­da av­to­nəq­liy­yat va­si­tə­si­nin müəy­yən olun­muş tə­ləb­lə­rə uy­ğun­lu­ğu­nu nə­zə­rə al­ma­lı­dır.

14.4. Sər­ni­şin və yük da­şı­ma­la­rı­na xü­su­si ra­zı­lıq (li­sen­zi­ya) al­maq üçün hü­qu­qi şəxs və ya fər­di sa­hib­kar tə­rə­fin­dən təq­dim edil­miş sə­nəd­lər­də­ki mə­lu­mat­la­rın düz­gün­lü­yü­nə gö­rə hə­min şəxs­lər mə­su­liy­yət da­şı­yır.

 

Mad­də 15. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük da­şı­ma­la­rı­nın li­sen­zi­ya­laş­dı­rıl­ma­sı­nın xü­su­siy­yət­lə­ri

 

15.1. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük da­şı­ma­la­rı­na ve­ri­lən xü­su­si ra­zı­lı­ğa (li­sen­zi­ya­ya) onu al­mış da­şı­yı­cı­nın sə­rən­ca­mın­da olan av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin sa­yı­na uy­ğun ola­raq li­sen­zi­ya kart­la­rı əla­və edi­lir.

15.2. Li­sen­zi­ya kar­tın­da aşa­ğı­da­kı­lar gös­tə­ri­lir:

15.2.1. li­sen­zi­ya kar­tı­nın nöm­rə­si və ve­ril­mə ta­ri­xi;

15.2.2. xü­su­si ra­zı­lı­ğın (li­sen­zi­ya­nın) qey­diy­yat nöm­rə­si, ta­ri­xi və qüv­və­də ol­ma müd­də­ti;

15.2.3. xü­su­si ra­zı­lıq (li­sen­zi­ya) sa­hi­bi­nin adı və ün­va­nı;

15.2.4. av­to­nəq­liy­yat va­si­tə­si­nin mar­ka­sı, nö­vü və döv­lət qey­diy­yat ni­şa­nı ba­rə­də mə­lu­mat­lar;

15.2.5. da­şı­ma­la­rın nö­vü (mün­tə­zəm sər­ni­şin da­şı­ma­la­rın­da mü­va­fiq mün­tə­zəm marş­ru­tun­nöm­rə­si gös­tə­ril­mək­lə);

15.2.6. av­to­nəq­liy­yat va­si­tə­si­nin rüb­lük tex­ni­ki yox­la­ma­dan keç­mə­si ba­rə­də qeyd­lər;

15.2.7. li­sen­zi­ya kar­tı­nı ver­miş sə­la­hiy­yət­li or­qa­nın mö­hü­rü və və­zi­fə­li şəx­si­nin im­za­sı;

15.2.8. li­sen­zi­ya kar­tı­nın eti­bar­lı­lıq müd­də­ti.

15.3. Li­sen­zi­ya kar­tı­nın eti­bar­lı­lıq müd­də­ti xü­su­si ra­zı­lı­ğın (li­sen­zi­ya­nın) qüv­və­də ol­ma müd­də­ti ilə ey­ni­dir. Av­to­nəq­liy­yat va­si­tə­sin­dən ica­rə və ya eti­bar­na­mə əsa­sın­da is­ti­fa­də edil­dik­də, li­sen­zi­ya kar­tı­nın eti­bar­lı­lıq müd­də­ti xü­su­si ra­zı­lı­ğın (li­sen­zi­ya­nın) qüv­və­də ol­ma müd­də­tin­dən ar­tıq ol­ma­maq­la, ica­rə mü­qa­vi­lə­si­nin, ya­xud eti­bar­na­mə­nin qüv­və­də ol­ma müd­də­ti ilə müəy­yən edi­lir.

15.4. Sə­rən­ca­mın­da olan av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin sa­yı də­yiş­dik­də ya­xud av­to­nəq­liy­yat va­si­tə­si baş­qa­sı ilə əvəz olun­duq­da, hü­qu­qi şəxs və ya fər­di sa­hib­kar sər­ni­şin və yük da­şın­ma­sı­na xü­su­si ra­zı­lıq (li­sen­zi­ya) ver­miş or­qa­na əla­və li­sen­zi­ya kart­la­rı­nın ve­ril­mə­si haq­qın­da əri­zə ilə mü­ra­ciət et­mə­li­dir. Əri­zə­yə bu Qa­nu­nun 14.2.4-cü, 14.2.5-ci, 14.2.6-cı və 14.2.7-ci mad­də­lə­rin­də müəy­yən edil­miş sə­nəd­lər əla­və olun­ma­lı­dır. Əla­və li­sen­zi­ya kart­la­rı­nın ve­ril­mə­si haq­qın­da əri­zə­yə 10 gün müd­də­tin­də ba­xı­lır və nə­ti­cə­si ba­rə­də mü­ra­ciət edən şəx­sə ya­zı­lı for­ma­da bil­di­ri­lir.

15.5. Sər­ni­şin və yük da­şı­ma­la­rı üçün av­to­nəq­liy­yat va­si­tə­si­nə li­sen­zi­ya kar­tı ve­ri­lər­kən, ha­be­lə li­sen­zi­ya kar­tı ve­ril­dik­dən son­ra rüb­də bir də­fə hə­min av­to­nəq­liy­yat va­si­tə­si­nin tex­ni­ki, is­tis­mar, təh­lü­kə­siz­lik və eko­lo­ji tə­ləb­lə­rə uy­ğun­lu­ğu Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı tə­rə­fin­dən yox­la­nı­lır. Hə­min yox­la­ma­nın apa­rıl­ma­sı qay­da­sı mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı tə­rə­fin­dən müəy­yən edi­lir.

15.6. Sər­ni­şin və yük da­şın­ma­sı­na ve­ril­miş xü­su­si ra­zı­lıq (li­sen­zi­ya) ləğv edil­dik­də, qüv­və­si da­yan­dı­rıl­dıq­da və ya da­şı­ma­lar­da is­ti­fa­də edi­lən sər­ni­şin və ya yük av­to­nəq­liy­yat va­si­tə­si rüb­lük tex­ni­ki yox­la­ma­dan keç­mə­dik­də, li­sen­zi­ya kart­la­rı da­şı­yı­cı­dan ge­ri alı­nır.

15.7. Nəq­liy­yat xid­mət­lə­ri­nin sə­mə­rə­li­li­yi­nin və key­fiy­yə­ti­nin ar­tı­rıl­ma­sı məq­sə­di­lə Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı tə­rə­fin­dən av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­rın və ya av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin müəy­yən növ­lə­ri üçün xü­su­si ra­zı­lı­ğın (li­sen­zi­ya­nın) ya­xud li­sen­zi­ya kart­la­rı­nın sa­yı­na məh­du­diy­yət­lər tət­biq edi­lə bi­lər. Mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı məh­du­diy­yət­lə­ri təd­biq et­məz­dən 60 gün əv­vəl küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­rin­də mə­lu­mat ve­rir.

 

Mad­də 16. Av­to­mo­bil nəq­liy­ya­tı­nın stan­dart­laş­dı­rıl­ma­sı, met­ro­lo­ji tə­mi­na­tı və ser­ti­fi­kat­laş­dı­rıl­ma­sı

 

16.1. Av­to­mo­bil nəq­liy­ya­tın­da stan­dart­laş­dır­ma, met­ro­lo­ji tə­mi­nat və ser­ti­fi­kat­laş­dır­ma Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq nor­ma­tiv hü­qu­qi akt­la­rı ilə müəy­yən olun­muş qay­da­da ye­ri­nə ye­ti­ri­lir.

16.2. Av­to­mo­bil nəq­liy­ya­tın­da döv­lət met­ro­lo­ji nə­za­rət Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq nor­ma­tiv hü­qu­qi akt­la­rı­na uy­ğun ola­raq apa­rı­lır.

16.3. Av­to­mo­bil nəq­liy­ya­tı sa­hə­sin­də fəa­liy­yət, yol hə­rə­kə­ti­nin və da­şı­ma­la­rın təh­lü­kə­siz­li­yi, in­san­la­rın hə­yat və sağ­lam­lı­ğı, ət­raf mü­hi­tin mü­ha­fi­zə­si, ha­be­lə di­gər nor­ma və tə­ləb­lə­rə uy­ğun ol­ma­lı­dır.

 

III fə­sil

Av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­rın ye­ri­nə ye­ti­ril­mə­si­nin ümu­mi əsas­la­rı

 

Mad­də 17. Av­to­mo­bil nəq­liy­ya­tı ilə kom­mer­si­ya məq­səd­li da­şı­ma­la­rın ye­ri­nə ye­ti­ril­mə­si­nin hü­qu­qi əsas­la­rı

 

17.1. Av­to­mo­bil nəq­liy­ya­tı ilə kom­mer­si­ya məq­səd­li da­şı­ma­lar sər­ni­şin və yük da­şı­ma­la­rı haq­qın­da mü­qa­vi­lə, sər­ni­şin və yük da­şı­ma­la­rı­nın təş­kil olun­ma­sı haq­qın­da mü­qa­vi­lə, ica­rə (ki­ra­yə) mü­qa­vi­lə­si, ha­be­lə av­to­mo­bil da­şı­yı­cı­la­rı ilə av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­rın si­fa­riş­çi­lə­ri (sər­ni­şin­lər, yük­gön­də­rən­lər, sər­ni­şin və yük av­to­mo­bil da­şı­ma­la­rı­nın təş­ki­lat­çı­la­rı) ara­sın­da bağ­la­nan di­gər mü­qa­vi­lə­lər əsa­sın­da ye­ri­nə ye­ti­ri­lir.

17.2. Ən azı iki nəq­liy­yat nö­vün­dən is­ti­fa­də edil­mək­lə ye­ri­nə ye­ti­ri­lən sər­ni­şin və yük da­şı­ma­la­rı (qa­rı­şıq da­şı­ma­lar) da­şı­yı­cı­lar­la da­şı­ma­la­rın si­fa­riş­çi­lə­ri (təş­ki­lat­çı­la­rı) ara­sın­da bağ­la­nı­lan mü­qa­vi­lə­lər əsa­sın­da ye­ri­nə ye­ti­ri­lir.

 

Mad­də 18. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin, ba­qaj və yük da­şın­ma­sı qay­da­la­rı

 

Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin­lə­rin və yük­lə­rin da­şın­ma­sı­nın təş­ki­li və ye­ri­nə ye­ti­ril­mə­si qay­da­sı mü­va­fiq ola­raq «Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və ba­qaj da­şın­ma­sı Qay­da­la­rı» və «Av­to­mo­bil nəq­liy­ya­tı ilə yük­lə­rin da­şın­ma­sı Qay­da­la­rı» ilə müəy­yən edi­lir və mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı tə­rə­fin­dən təs­diq olu­nur.

 

Mad­də 19. Ümu­mi is­ti­fa­də­də olan av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­lar

 

19.1. Da­şı­yı­cı­nın hər han­sı hü­qu­qi və ya fi­zi­ki şəx­sin si­fa­ri­şi (mü­ra­ciə­ti) ilə tən­zim­lə­nən və ya elan edil­miş ta­rif­lər üz­rə da­şı­ma­la­rı ye­ri­nə ye­tir­mək öh­də­li­yi, ümu­mi is­ti­fa­də­də olan av­to­mo­bil nəq­liy­ya­tı ilə kom­mer­si­ya məq­səd­li da­şın­ma he­sab edi­lir.

19.2. Ümu­mi is­ti­fa­də­də olan av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük da­şı­ma­la­rı­nı ye­ri­nə ye­ti­rən da­şı­yı­cı da­şı­ma­la­rın şərt­lə­ri­nin, o cüm­lə­dən ta­rif­lər ba­rə­də mə­lu­mat­la­rın şəf­faf­lı­ğı­nı tə­min et­mə­li­dir.

 

Mad­də 20. Tak­si mi­nik av­to­mo­bil­lə­ri ilə sər­ni­şin da­şı­ma­la­rı

 

20.1. Tak­si mi­nik av­to­mo­bil­lə­ri ilə sər­ni­şin da­şı­ma­la­rı xü­su­si ra­zı­lı­ğa (li­sen­zi­ya­ya) ma­lik olan da­şı­yı­cı­lar tə­rə­fin­dən met­ro­lo­ji yox­la­ma­dan keç­miş tak­so­met­rin gös­tə­ri­ci­lə­ri üz­rə, ödə­niş əsa­sın­da ye­ri­nə ye­ti­ri­lir.

20.2. Tak­si mi­nik av­to­mo­bil­lə­ri ilə sər­ni­şin da­şı­ma­la­rı müəy­yən edil­miş əra­zi hü­dud­la­rı da­xi­lin­də hər han­sı şəx­sin si­fa­ri­şi əsa­sın­da qey­ri-mün­tə­zəm marş­rut üz­rə ye­ri­nə ye­ti­ri­lir.

20.3. Tak­si mi­nik av­to­mo­bil­lə­ri ilə sər­ni­şin da­şı­ma­la­rı­nı ye­ri­nə ye­ti­rən da­şı­yı­cı si­fa­riş göz­lə­yər­kən yal­nız av­to­nəq­liy­yat va­si­tə­lə­ri üçün müəy­yən olun­muş da­ya­na­caq­lar­dan is­ti­fa­də et­mə­li­dir.

20.4. Tak­si mi­nik av­to­mo­bil­lə­ri ilə sər­ni­şin da­şı­ma­la­rı­nın xü­su­siy­yət­lə­ri «Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və ba­qaj da­şın­ma­sı Qay­da­la­rı» ilə müəy­yən olu­nur.

 

Mad­də 21. Av­to­mo­bil nəq­liy­ya­tı ilə mün­tə­zəm sər­ni­şin da­şı­ma­la­rı­nın si­fa­ri­şi

 

21.1. Av­to­mo­bil nəq­liy­ya­tı ilə mün­tə­zəm bey­nəl­xalq, şə­hər­lə­ra­ra­sı (ra­yon­la­ra­ra­sı) və şə­hər­da­xi­li (ra­yon­da­xi­li) sər­ni­şin da­şı­ma­la­rı­nın tə­min olun­ma­sı məq­sə­di­lə Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı tə­rə­fin­dən marş­rut şə­bə­kə­si müəy­yən­ləş­di­ri­lir və döv­lət si­fa­ri­şi for­ma­laş­dı­rı­lır.

21.2. Da­şı­yı­cı­lar av­to­mo­bil nəq­liy­ya­tı ilə mün­tə­zəm bey­nəl­xalq, şə­hər­lə­ra­ra­sı (ra­yon­la­ra­ra­sı) və şə­hər­da­xi­li (ra­yon­da­xi­li) sər­ni­şin da­şı­ma­la­rı­nın ye­ri­nə ye­ti­ril­mə­si­nə si­fa­riş­çi­nin ke­çir­di­yi mü­sa­bi­qə əsa­sın­da cəlb olu­nur­lar.

21.3. Si­fa­riş­çi mü­sa­bi­qə­yə mün­tə­zəm av­to­bus marş­rut­la­rı­nı və ya da­şı­ma­la­rın in­ten­siv­li­yi­ni, həm­çi­nin ren­ta­bel­li­yi­ni nə­zə­rə ala­raq marş­rut­la­rın mü­va­fiq reys­lə­ri­ni çı­xa­rır.

21.4. Mü­sa­bi­qə­nin qa­lib­lə­ri mün­tə­zəm marş­rut­lar və ya marş­rut­la­rın müəy­yən reys­lə­ri üz­rə sər­ni­şin­da­şı­ma xid­mət­lə­ri gös­tər­mək hü­qu­qu­nu əl­də edir­lər.

21.5. Si­fa­riş­çi mü­sa­bi­qə­nin qa­li­bi­nin mad­di-tex­ni­ki ba­za­sı­nı nə­zə­rə ala­raq hər bir şə­hər­da­xi­li (ra­yon­da­xi­li), şə­hər­lə­ra­ra­sı (ra­yon­la­ra­ra­sı) marş­ru­ta dair 5 ilə­dək, la­kin 3 il­dən az ol­ma­yan müd­də­tə, bey­nəl­xalq marş­ru­ta dair isə 3 ilə­dək, la­kin 1 il­dən az ol­ma­yan müd­də­tə mü­va­fiq marş­rut üz­rə sər­ni­şin da­şın­ma­sı (sər­ni­şin da­şın­ma­sı­nın təş­ki­li) haq­qın­da mü­qa­vi­lə bağ­la­yır. Mü­sa­bi­qə­nin qa­li­bi olan da­şı­yı­cı döv­lət si­fa­ri­şi əsa­sın­da sər­ni­şin da­şı­ma­la­rı­nı ye­ri­nə ye­ti­rə bil­mə­dik­də, ya­xud la­zı­mi qay­da­da ye­ri­nə ye­tir­mə­dik­də və ya onun­la bağ­lan­mış mü­qa­vi­lə­nin di­gər şərt­lə­ri­ni poz­duq­da si­fa­riş­çi hə­min mü­qa­vi­lə­ni bir­tə­rəf­li qay­da­da vax­tın­dan əv­vəl ləğv et­mək hü­qu­qu­na ma­lik­dir.

21.6. Müəy­yən marş­rut üz­rə mü­sa­bi­qə­də yal­nız bir id­dia­çı olan da­şı­yı­cı iş­ti­rak et­dik­də, mü­va­fiq mü­qa­vi­lə yal­nız hə­min da­şı­yı­cı­nın mü­sa­bi­qə­nin bü­tün tə­ləb­lə­ri­nə uy­ğun ol­du­ğu hal­da bağ­la­nı­lır.

21.7. Av­to­mo­bil nəq­liy­ya­tı ilə mün­tə­zəm şə­hər­da­xi­li (ra­yon­da­xi­li), şə­hər­lə­ra­ra­sı (ra­yon­la­ra­ra­sı) və bey­nəl­xalq marş­rut­lar üz­rə sər­ni­şin da­şı­ma­la­rı­na da­şı­yı­cı­la­rın cəlb olun­ma­sı­na dair mü­sa­bi­qə­nin ke­çi­ril­mə­si qay­da­sı Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı tə­rə­fin­dən müəy­yən edi­lir.

 

Mad­də 22. Nəq­liy­yat sə­nəd­lə­ri

 

22.1. Sər­ni­şin və ya yük da­şı­ma­la­rı­nın ye­ri­nə ye­ti­ril­mə­si üçün tə­ləb edi­lən sə­nəd­lə­rin for­ma­sı və rəs­mi­ləş­di­ril­mə­si qay­da­sı mü­va­fiq ola­raq «Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və ba­qaj da­şın­ma­sı Qay­da­la­rı» və «Av­to­mo­bil nəq­liy­ya­tı ilə yük­lə­rin da­şın­ma­sı Qay­da­la­rı» ilə müəy­yən olu­nur.

22.2. Sər­ni­şin və ya yük da­şın­ma­sı məq­sə­di­lə av­to­nəq­liy­yat va­si­tə­sin­dən is­ti­fa­də edil­mə­si mü­va­fiq for­ma­da tər­tib edi­lən yol və­rə­qə­si ilə rəs­mi­ləş­di­ri­lir.

22.3. Mün­tə­zəm marş­rut üz­rə sər­ni­şin da­şı­ma­la­rı ye­ri­nə ye­ti­ri­lər­kən hər bir sər­ni­şin ge­diş sə­nə­di­nə (bi­le­tə), ba­qaj ödə­niş əsa­sın­da da­şın­dıq­da isə, həm­çi­nin onun da­şın­ma haq­qı­nın ödə­nil­di­yi­ni təs­diq edən sə­nə­də (ba­qaj qəb­zi­nə) ma­lik ol­ma­lı­dır. Mü­va­fiq ge­diş sə­nə­di­nin (bi­le­tin) sa­tı­şı­nı və sər­ni­şi­nin ba­qa­jı­nın da­şın­ma haq­qı­nın ödə­nil­di­yi­ni təs­diq edən sə­nə­din ve­ril­mə­si­ni da­şı­yı­cı və ya av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­rın təş­ki­lat­çı­sı tə­min et­mə­li­dir.

22.4. Qey­ri-mün­tə­zəm sər­ni­şin da­şın­ma­sı mü­va­fiq for­ma­da tər­tib edi­lən for­mul­yar (sər­ni­şin­lə­rin si­ya­hı­sı) ilə rəs­mi­ləş­di­ri­lə bi­lər.

22.5. Av­to­mo­bil nəq­liy­ya­tı ilə yük­lə­rin da­şın­ma­sı əm­təə-nəq­liy­yat qai­mə­si və ya si­fa­riş-tap­şı­rıq ilə rəs­mi­ləş­di­ri­lir. Hə­min sə­nəd yü­kün da­şın­dı­ğı müd­dət ər­zin­də sü­rü­cü­də sax­la­nıl­ma­lı­dır.

 

Mad­də 23. Av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­rın marş­ru­tu

 

23.1. Av­to­mo­bil da­şı­yı­cı­sı sər­ni­şin­lə­ri və ya yü­kü mü­va­fiq av­to­nəq­liy­yat va­si­tə­si üçün da­şı­ma­nın si­fa­riş­çi­si tə­rə­fin­dən müəy­yən olun­muş marş­rut üz­rə da­şı­ma­lı­dır. Marş­rut müəy­yən edil­mə­dik­də av­to­mo­bil da­şı­yı­cı­sı sər­ni­şin­lə­ri və ya yü­kü ən qı­sa marş­rut üz­rə da­şı­ma­lı­dır.

23.2. Da­şın­ma­nın da­ha uzun marş­rut­la ye­ri­nə ye­ti­ril­mə­si məq­sə­dəuy­ğun ol­duq­da, av­to­mo­bil da­şı­yı­cı­sı hə­min marş­ru­tu da­şın­ma­nın si­fa­riş­çi­si ilə əv­vəl­cə­dən ra­zı­laş­dır­ma­lı­dır.

23.3. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin da­şı­ma­la­rı üz­rə mün­tə­zəm marş­rut­la­rın müəy­yən edil­mə­si və rəs­mi­ləş­di­ril­mə­si qay­da­sı «Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və ba­qaj da­şın­ma­sı Qay­da­la­rı» ilə müəy­yən olu­nur.

 

Mad­də 24. Av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin da­şın­ma­nın si­fa­riş­çi­si­nə təq­dim olun­ma­sı

 

24.1. Da­şı­yı­cı sər­ni­şin və ya yük da­şı­ma­la­rı­nın ye­ri­nə ye­ti­ril­mə­si üçün ya­rar­lı və saz və­ziy­yət­də olan av­to­nəq­liy­yat va­si­tə­si­ni si­fa­riş­çi­yə təq­dim et­mə­li­dir.

24.2. Av­to­nəq­liy­yat va­si­tə­si­nin av­to­mo­bil da­şın­ma­sı­nın si­fa­riş­çi­si­nə təq­dim edil­mə­si vax­tı av­to­nəq­liy­yat va­si­tə­si­nin si­fa­riş­çi­nin müəy­yən et­di­yi mən­tə­qə­yə gəl­di­yi və sü­rü­cü tə­rə­fin­dən da­şın­ma­nın ye­ri­nə ye­ti­ril­mə­si üçün tə­ləb edi­lən sə­nəd­lə­rin təq­dim olun­du­ğu vaxt­dan he­sab­la­nır.

24.3. Av­to­mo­bil da­şın­ma­sı­nın si­fa­riş­çi­si mü­qa­vi­lə şərt­lə­ri­nə uy­ğun ol­ma­yan və ya mü­va­fiq av­to­mo­bil da­şın­ma­sı­nın ye­ri­nə ye­ti­ril­mə­si üçün ya­rar­sız he­sab et­di­yi av­to­nəq­liy­yat va­si­tə­sin­dən im­ti­na et­mək hü­qu­qu­na ma­lik­dir. Bu hal­da av­to­nəq­liy­yat va­si­tə­si si­fa­riş­çi­yə təq­dim olun­ma­mış he­sab edi­lir.

 

Mad­də 25. Av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­rın sı­ğor­ta­lan­ma­sı

 

25.1. Av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­lar ye­ri­nə ye­ti­ri­lər­kən ic­ba­ri və ya kö­nül­lü sı­ğor­ta tət­biq olu­nur.

25.2. Av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­nan sər­ni­şin­lər «Sər­ni­şin­lə­rin ic­ba­ri sı­ğor­ta­sı haq­qın­da» Azər­bay­can Res­pub­li­ka­sı Qa­nu­nu ilə müəy­yən olun­muş qay­da­da ic­ba­ri sı­ğor­ta olun­ma­lı­dır­lar.

25.3. Yol-nəq­liy­yat ha­di­sə­lə­ri nə­ti­cə­sin­də şəxs­lə­rin sağ­lam­lı­ğı­na və əm­la­kı­na vu­rul­muş zə­rə­rə gö­rə av­to­nəq­liy­yat va­si­tə­lə­ri sa­hib­lə­ri­nin mül­ki mə­su­liy­yə­ti­nin ic­ba­ri sı­ğor­ta­sı «Azər­bay­can Res­pub­li­ka­sın­da nəq­liy­yat va­si­tə­lə­ri sa­hib­lə­ri­nin mül­ki mə­su­liy­yə­ti­nin ic­ba­ri sı­ğor­ta­sı haq­qın­da» Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nu­na uy­ğun ola­raq apa­rı­lır.

25.4. Sər­ni­şin­lə­rin, av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­rın ye­ri­nə ye­ti­ril­mə­si ilə əla­qə­dar olan he­yət üzv­lə­ri­nin hə­ya­tı­nın, sağ­lam­lı­ğı­nın və əm­la­kı­nın, ba­qa­jın, yü­kün, av­to­nəq­liy­yat va­si­tə­si­nin və kom­mer­si­ya risk­lə­ri­nin, ha­be­lə da­şı­yı­cı­nın mə­su­liy­yə­ti­nin sı­ğor­ta­lan­ma­sı mü­va­fiq sı­ğor­ta mü­qa­vi­lə­lə­ri əsa­sın­da hə­ya­ta ke­çi­ri­lir.

 

Mad­də 26. Av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­rın təh­lü­kə­siz­li­yi­nin və ət­raf mü­hi­tin mü­ha­fi­zə­si­nin tə­min olun­ma­sı

 

26.1. Av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­rın təh­lü­kə­siz­li­yi­nin tə­min olun­ma­sı aşa­ğı­da­kı is­ti­qa­mət­lər üz­rə təd­bir­lə­rin ke­çi­ril­mə­si­ni nə­zər­də tu­tur:

26.1.1. av­to­mo­bil nəq­liy­ya­tı­nın təh­lü­kə­siz və da­vam­lı fəa­liy­yə­ti­nin, ha­be­lə ət­raf mü­hi­tin mü­ha­fi­zə­si­nin tə­min olun­ma­sı­na yö­nəl­miş nə­za­rət, ida­rəet­mə və hü­qu­qi tən­zim­lə­mə;

26.1.2. yol hə­rə­kə­ti təh­lü­kə­siz­li­yi­nin tə­min olun­ma­sı­na yö­nəl­miş proq­ram­la­rın ha­zır­lan­ma­sı və ic­ra­sı.

26.2. Sər­ni­şin və yük da­şı­ma­la­rı ilə məş­ğul olan hü­qu­qi və fi­zi­ki şəxs­lər da­şı­ma­la­rın təh­lü­kə­siz ye­ri­nə ye­ti­ril­mə­si­nə, ət­raf mü­hi­tin mü­ha­fi­zə­si­nə dair Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq nor­ma­tiv hü­qu­qi akt­la­rı­nın tə­ləb­lə­ri­nə ria­yət et­mə­li­dir­lər.

26.3. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük daş­ma­la­rı­nı ye­ri­nə ye­ti­rən da­şı­yı­cı­lar sə­rən­cam­la­rın­da olan av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin tex­ni­ki və­ziy­yə­ti­nin reys­qa­ba­ğı yox­la­nıl­ma­sı­nı, sü­rü­cü­lə­ri­nin reys­qa­ba­ğı tib­bi müa­yi­nə­si­ni mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı tə­rə­fin­dən müəy­yən edil­miş qay­da­da təş­kil et­mə­li­dir­lər.

26.4. Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı möv­cud nor­ma­tiv hü­qu­qi akt­lar, tex­ni­ki qay­da­lar və tə­li­mat­lar əsa­sın­da av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük daş­ma­la­rı­nın təh­lü­kə­siz­li­yi­nə, ha­be­lə bu da­şı­ma­lar­da is­ti­fa­də edi­lən av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin is­tis­ma­rı­na və sax­la­nıl­ma­sı­na nə­za­rə­ti tə­min edir.

 

IV fə­sil

Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin

və ba­qaj da­şın­ma­sı

 

Mad­də 27. Sər­ni­şin av­to­mo­bil nəq­liy­ya­tı va­si­tə­lə­ri­nin sü­rü­cü­lə­ri­nə dair tə­ləb­lər

 

27.1. Av­to­bus­lar­la sər­ni­şin da­şı­ma­la­rı­na «D» ka­te­qo­ri­ya­sı üz­rə nəq­liy­yat va­si­tə­lə­ri­ni ida­rə et­mək hü­qu­qu­nu təs­diq edən sü­rü­cü­lük və­si­qə­si olan, ya­şı 21-dən və av­to­nəq­liy­yat va­si­tə­lə­ri­ni ida­rə et­mək sa­hə­sin­də təc­rü­bə­si üç il­dən az ol­ma­yan sü­rü­cü­lər bu­ra­xı­lır.

27.2. Tak­si mi­nik av­to­mo­bil­lə­ri ilə sər­ni­şin da­şı­ma­la­rı­na «B» ka­te­qo­ri­ya­sı üz­rə nəq­liy­yat va­si­tə­lə­ri­ni ida­rə et­mək hü­qu­qu­nu təs­diq edən sü­rü­cü­lük və­si­qə­si olan, ya­şı 19-dan və av­to­nəq­liy­yat va­si­tə­lə­ri­ni ida­rə et­mək sa­hə­sin­də təc­rü­bə­si bir il­dən az ol­ma­yan sü­rü­cü­lər bu­ra­xı­lır.

27.3. Ümu­mi is­ti­fa­də­də olan sər­ni­şin av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin, o cüm­lə­dən tak­si mi­nik av­to­mo­bil­lə­ri­nin sü­rü­cü­lə­ri Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı tə­rə­fin­dən pe­şə fəa­liy­yə­ti­nə və dav­ra­nı­şı­na dair təs­diq olun­muş xü­su­si proq­ram üz­rə ha­zır­lıq keç­mə­li, ha­be­lə av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin da­şı­ma­la­rı­nı tən­zim­lə­yən nor­ma­tiv hü­qu­qi akt­lar ba­rə­də zə­ru­ri bi­lik­lə­rə ma­lik ol­ma­lı­dır­lar.

 

Mad­də 28. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin da­şın­ma­sı mü­qa­vi­lə­si

 

28.1. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin da­şın­ma­sı mü­qa­vi­lə­si­nə gö­rə da­şı­yı­cı, sər­ni­şi­ni və onun ba­qa­jı­nı yo­la düş­mə ye­rin­dən tə­yi­nat mən­tə­qə­si­nə çat­dır­ma­ğı, sər­ni­şin isə da­şın­ma haq­qı­nı ödə­mə­yi öh­də­si­nə gö­tü­rür.

28.2. Mün­tə­zəm marş­rut­lar üz­rə av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin da­şın­ma­sı mü­qa­vi­lə­si­nin bağ­lan­ma­sı sər­ni­şi­nə ve­ril­miş bi­let və ba­qaj qəb­zi ilə təs­diq olu­nur.

28.3. Ge­diş sə­nəd­lə­ri­nin (bi­let­lə­rin) sər­ni­şin­lə­rə sa­tı­şı da­şı­yı­cı və ya av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­rın təş­ki­lat­çı­sı tə­rə­fin­dən təş­kil edi­lə bi­lər.

28.4. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin da­şın­ma­sı mü­qa­vi­lə­si­nin bağ­lan­ma­sı qay­da­sı Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq nor­ma­tiv hü­qu­qi akt­la­rı ilə müəy­yən edi­lir.

 

Mad­də 29. Sər­ni­şin av­to­nəq­liy­yat va­si­tə­si­nin ica­rə­si (frax­tet­mə) mü­qa­vi­lə­si

 

29.1. Sər­ni­şin da­şın­ma­sı ica­rə (frax­tet­mə) mü­qa­vi­lə­si əsa­sın­da ye­ri­nə ye­ti­ril­dik­də, da­şı­yı­cı hü­qu­qi və ya fi­zi­ki şəxs­lə­rin si­fa­ri­şi­nə əsa­sən bir və ya bir ne­çə av­to­nəq­liy­yat va­si­tə­si­ni haq­qı si­fa­riş­çi tə­rə­fin­dən ödə­nil­mək şər­ti ilə bir və ya bir ne­çə reys üçün on­la­ra təq­dim et­mək öh­də­li­yi­ni üzə­ri­nə gö­tü­rür.

29.2. Sər­ni­şin av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin ica­rə­si (frax­tet­mə) mü­qa­vi­lə­si­nin bağ­lan­ma­sı qay­da­sı Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq nor­ma­tiv hü­qu­qi akt­la­rı ilə müəy­yən edi­lir.

 

Mad­də 30. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin da­şın­ma­sı­nın təş­ki­li haq­qın­da mü­qa­vi­lə

 

30.1. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin da­şın­ma­sı­nın təş­ki­li haq­qın­da mü­qa­vi­lə əsa­sın­da da­şı­ma­nın təş­ki­lat­çı­sı si­fa­riş­çi­nin tap­şı­rı­ğı ilə və onun he­sa­bı­na sər­ni­şi­nin və onun ba­qa­jı­nın özü tə­rə­fin­dən və ya üçün­cü şəxs­lər (av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­yı­cı­lar) va­si­tə­si­lə tə­yi­nat mən­tə­qə­si­nə çat­dı­rıl­ma­sı­nı təş­kil edir.

30.2. Mün­tə­zəm və qey­ri-mün­tə­zəm marş­rut­lar­da av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin da­şı­ma­la­rı­nın ye­ri­nə ye­ti­ril­mə­si üçün hü­qu­qi və fi­zi­ki şəxs (da­şın­ma­nın si­fa­riş­çi­si) da­şı­yı­cı və ya da­şın­ma­nın təş­ki­lat­çı­sı ilə sər­ni­şin da­şın­ma­sı­nın təş­ki­li haq­qın­da mü­qa­vi­lə bağ­la­ya bi­lər.

30.3. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin da­şın­ma­sı­nın təş­ki­li haq­qın­da mü­qa­vi­lə­də da­şın­ma­nın marş­ru­tu, qra­fi­ki və cəd­və­li, is­ti­fa­də olu­na­caq av­to­nəq­liy­yat va­si­tə­si­nin nö­vü və ona dair tə­ləb­lər, da­şın­ma xid­mət­lə­ri­nin si­ya­hı­sı, ge­diş haq­qı­nın məb­lə­ği və onun ödə­nil­mə­si qay­da­sı, av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­rın həc­mi və bu­na gö­rə he­sab­laş­ma qay­da­sı və di­gər şərt­lər müəy­yən edi­lə bi­lər.

30.4. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin da­şın­ma­sı­nın təş­ki­li haq­qın­da mü­qa­vi­lə­nin əsa­sın­da sər­ni­şin da­şın­ma­sı mü­qa­vi­lə­si bağ­la­nı­la bi­lər.

30.5. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin da­şın­ma­sı­nın təş­ki­li haq­qın­da mü­qa­vi­lə­də di­gər qay­da nə­zər­də tu­tul­ma­mış­dır­sa, ge­diş haq­qı sər­ni­şin tə­rə­fin­dən müəy­yən olun­muş ta­rif­lər üz­rə ödə­ni­lir.

 

Mad­də 31. Sər­ni­şi­nin əsas hü­quq­la­rı

 

31.0. Sər­ni­şin aşa­ğı­da­kı əsas hü­quq­la­ra ma­lik­dir:

31.0.1. marş­rut üz­rə ge­diş bi­le­ti əl­də et­mək, av­to­nəq­liy­yat va­si­tə­si­nin sa­lo­nun­da bi­let­də gös­tə­ril­miş ye­ri, bi­let­də yer gös­tə­ril­mə­dik­də isə boş ye­ri tut­maq və ge­di­şi hə­ya­ta ke­çir­mək;

31.0.2. mün­tə­zəm av­to­bus marş­rut­la­rın­da ay­rı­ca yer tut­ma­dan, ge­diş haq­qı ödə­mə­dən 5 ya­şı­na qə­dər bir uşa­ğı özü ilə apar­maq;

31.0.3. mü­va­fiq nor­ma­lar həd­din­də özü ilə ödə­niş­siz əl yü­kü­nü apar­maq;

31.0.4. çə­ki­si və öl­çü­lə­ri müəy­yən edil­miş nor­ma­lar­dan ar­tıq ol­ma­yan ba­qaj apar­maq;

31.0.5. real də­yə­rin­dən yük­sək ol­ma­maq­la ba­qa­jın qiy­mə­ti­ni elan et­mək;

31.0.6. da­şın­ma üçün təq­dim olu­nan av­to­nəq­liy­yat va­si­tə­si­lə ge­diş ta­ri­fi alın­mış ge­diş sə­nə­di­nin (bi­le­tin) qiy­mə­tin­dən yük­sək olar­sa, ge­di­şi əv­vəl əl­də olun­muş ge­diş bi­le­ti ilə əla­və pul ödə­mə­dən hə­ya­ta ke­çir­mək;

31.0.7. da­şı­yı­cı da­şın­ma haq­qı sər­ni­şi­nin al­dı­ğı ge­diş sə­nə­di­nin (bi­le­tin) qiy­mə­ti­nə nis­bə­tən aşa­ğı olan av­to­nəq­liy­yat va­si­tə­si is­ti­fa­də edər­sə, ge­diş sə­nə­di­ni (bi­le­ti) qay­tar­maq və ya ge­diş üçün fak­ti­ki ödə­di­yi məb­ləğ­lə bu hal­da ödə­nil­mə­li məb­ləğ ara­sın­da­kı fər­qi ge­ri ala­raq ge­di­şi hə­ya­ta ke­çir­mək;

31.0.8. «Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və ba­qaj da­şın­ma­sı Qay­da­la­rı» ilə müəy­yən olun­muş qay­da­da ge­diş sə­nə­di­ni (bi­le­ti) ge­ri qay­tar­maq və ödə­nil­miş pu­lun tam məb­lə­ği­ni və ya mü­va­fiq his­sə­si­ni ge­ri al­maq;

31.0.9. da­şı­yı­cı­nın təq­si­ri üzün­dən vu­rul­muş zə­rə­rə və zi­ya­na gö­rə kom­pen­sa­si­ya al­maq.

 

Mad­də 32. Sər­ni­şi­nin əsas və­zi­fə­lə­ri

 

32.0. Sər­ni­şi­nin əsas və­zi­fə­lə­ri aşa­ğı­da­kı­lar­dır:

32.0.1. «Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və ba­qaj da­şın­ma­sı Qay­da­la­rı»na, ha­be­lə sər­ni­şin da­şı­ma­la­rı­nı tən­zim­lə­yən di­gər nor­ma­tiv hü­qu­qi akt­la­rın tə­ləb­lə­ri­nə ria­yət et­mək, da­şı­yı­cı ilə bağ­lan­mış mü­qa­vi­lə­nin şərt­lə­ri­ni ye­ri­nə ye­tir­mək;

32.0.2. öz təq­si­ri üzün­dən da­şı­yı­cı­ya və di­gər şəxs­lə­rə vu­rul­muş zə­rə­rin əvə­zi­ni ödə­mək;

32.0.3. ge­diş sə­nə­di­ni (bi­le­ti) al­maq, ge­diş haq­qı­nı vax­tın­da və tam həcm­də ödə­mək və ge­diş müd­də­tin­də ge­di­şə hü­quq ve­rən mü­va­fiq sə­nəd­lə­rə ma­lik ol­maq;

32.0.4. müəy­yən edil­miş hal­lar­da ba­qaj və əl yü­kü­nün da­şın­ma­sı­na gö­rə da­şın­ma haq­qı­nı ödə­mək.

 

Mad­də 33. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin da­şı­ma­la­rı­nın ye­ri­nə ye­ti­ril­mə­si ilə əla­qə­dar da­şı­yı­cı­nın əsas hü­quq­la­rı

 

33.0. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin da­şın­ma­sı­nı ye­ri­nə ye­ti­rən da­şı­yı­cı aşa­ğı­da­kı əsas hü­quq­la­ra ma­lik­dir:

33.0.1. «Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və ba­qaj da­şın­ma­sı Qay­da­la­rı»nın, ha­be­lə Azər­bay­can Res­pub­li­ka­sı­nın di­gər nor­ma­tiv hü­qu­qi akt­la­rı­nın tə­ləb­lə­ri­nə və da­şın­ma mü­qa­vi­lə­si­nin şərt­lə­ri­nə ria­yət edil­mə­si­ni sər­ni­şin­dən tə­ləb et­mək;

33.0.2. av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin da­şın­ma­sı­na gö­rə da­şın­ma haq­qı­nı al­maq;

33.0.3. qa­nun­ve­ri­ci­lik­lə nə­zər­də tu­tul­muş hal­lar is­tis­na ol­maq­la, da­şın­ma haq­qı­nı tə­yin et­mək;

33.0.4. sər­ni­şi­nin təq­si­ri üzün­dən vu­rul­muş zə­rə­rin ödə­nil­mə­si­ni Azər­bay­can Res­pub­li­ka­sı­nın nor­ma­tiv hü­qu­qi akt­la­rı­na və mü­qa­vi­lə şərt­lə­ri­nə uy­ğun ola­raq on­dan tə­ləb et­mək;

33.0.5. bu Qa­nu­nun 36-cı mad­də­sin­də nə­zər­də tu­tul­muş hal­lar­da sər­ni­şin da­şın­ma­sı üz­rə mü­qa­vi­lə öh­də­lik­lə­ri­nin ye­ri­nə ye­ti­ril­mə­sin­dən im­ti­na et­mək;

33.0.6. «Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və ba­qaj da­şın­ma­sı Qay­da­la­rı» ilə nə­zər­də tu­tul­muş di­gər hü­quq­la­ra ma­lik ol­maq.

 

Mad­də 34. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin da­şı­ma­la­rı­nı ye­ri­nə ye­ti­rən da­şı­yı­cı­nın əsas və­zi­fə­lə­ri

 

34.0. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin da­şı­ma­la­rı­nın ye­ri­nə ye­ti­ril­mə­si ilə əla­qə­dar da­şı­yı­cı­nın əsas və­zi­fə­lə­ri aşa­ğı­da­kı­lar­dır:

34.0.1. sər­ni­şin və ba­qaj da­şı­ma­la­rı­nı «Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və ba­qaj da­şın­ma­sı Qay­da­la­rı»na, ha­be­lə Azər­bay­can Res­pub­li­ka­sı­nın di­gər nor­ma­tiv hü­qu­qi akt­la­rı­nın tə­ləb­lə­ri­nə uy­ğun ola­raq ye­ri­nə ye­tir­mək;

34.0.2. sər­ni­şin­lə­rin hü­quq­la­rı­nın tə­min olun­ma­sı­nı və Azər­bay­can Res­pub­li­ka­sı­nın nor­ma­tiv hü­qu­qi akt­la­rı ilə nə­zər­də tu­tul­muş hal­lar­da və qay­da­da sər­ni­şin­lə­rin ic­ba­ri sı­ğor­ta­lan­ma­sı­nı təş­kil et­mək;

34.0.3. da­şın­ma­nın şərt­lə­ri və ye­ri­nə ye­ti­ril­mə­si qay­da­la­rı haq­qın­da sər­ni­şin­lə­rə zə­ru­ri mə­lu­mat­lar ver­mək;

34.0.4. yol hə­rə­kə­ti­nin və da­şı­ma­la­rın təh­lü­kə­siz­li­yi­ni tə­min et­mək, eko­lo­ji və sa­ni­tar nor­ma­la­ra ria­yət et­mək;

34.0.5. da­şın­ma üz­rə öh­də­lik­lə­ri ic­ra et­mə­dik­də və ya la­zı­mi qay­da­da ic­ra et­mə­dik­də Azər­bay­can Res­pub­li­ka­sı­nın nor­ma­tiv hü­qu­qi akt­la­rı­na uy­ğun ola­raq sər­ni­şin­lə­rə vu­rul­muş zi­ya­nın əvə­zi­ni və zə­rə­ri ödə­mək;

34.0.6. tex­ni­ki və ya di­gər sə­bəb­lər­dən, o cüm­lə­dən, öz təq­si­ri üzün­dən da­şın­ma da­yan­dı­rıl­dıq­da, öz he­sa­bı­na sər­ni­şin­lə­rin tə­yi­nat mən­tə­qə­si­nə çat­dı­rıl­ma­sı­nı tə­min et­mək.

 

Mad­də 35. Av­to­mo­bil nəq­liy­ya­tı ilə ba­qaj da­şın­ma­sı

 

35.1. Da­şı­yı­cı da­şın­ma üçün qə­bul edil­miş ba­qa­ja gö­rə sər­ni­şi­nə ba­qaj qəb­zi ver­mə­li­dir.

35.2. Da­şı­ma ba­şa çat­dıq­dan son­ra ba­qaj sər­ni­şi­nə və ya ba­qa­jı al­maq sə­la­hiy­yə­ti olan şəx­sə ba­qaj qəb­zi təq­dim edil­dik­də ve­ri­lir.

35.3. Tə­ləb olun­ma­mış ba­qaj da­şı­yı­cı­da sax­la­nı­lır. 30 gün keç­dik­dən son­ra tə­ləb olun­ma­mış ba­qaj «Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və ba­qaj da­şın­ma­sı Qay­da­la­rı» ilə müəy­yən olun­muş qay­da­da sa­tı­la bi­lər.

35.4. Ba­qa­jın sa­tıl­ma­sın­dan son­ra­kı al­tı ay ər­zin­də sər­ni­şin və ya ba­qaj qəb­zi­ni təq­dim edən şəxs onun sa­tı­şı ilə əla­qə­dar çə­kil­miş xərc­lər çı­xıl­maq­la, ba­qa­jın sa­tıl­ma­sın­dan da­şı­yı­cı­nın əl­də et­di­yi məb­lə­ği al­maq hü­qu­qu­na ma­lik­dir.

 

Mad­də 36. Da­şı­yı­cı­nın av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin da­şı­ma­sın­dan im­ti­na et­mə­si

 

36.0. Aşa­ğı­da­kı hal­lar­da av­to­mo­bil da­şı­yı­cı­sı­nın sər­ni­şin­lə­ri da­şı­maq­dan im­ti­na et­mək hü­qu­qu var­dır:

36.0.1. sər­ni­şin av­to­nəq­liy­yat va­si­tə­sin­də boş yer ol­ma­dıq­da;

36.0.2. sər­ni­şin ic­ti­mai asa­yiş qay­da­la­rı­nı poz­duq­da;

36.0.3. sər­ni­şi­nin xəs­tə və ya sər­xoş və­ziy­yət­də ol­ma­sı di­gər sər­ni­şin­lər üçün na­ra­hat­lıq ya­rat­dıq­da;

36.0.4. sər­ni­şin da­şın­ma­sı qa­da­ğan edil­miş əş­ya­la­rın və mad­də­lə­rin ol­du­ğu ba­qa­jı və ya əl yü­kü­nü apar­maq niy­yə­tin­də ol­duq­da;

36.0.5. sər­ni­şin ba­qa­jın da­şın­ma­sı­na gö­rə haq­qı ödə­mə­dik­də;

36.0.6. sər­ni­şin­də olan ge­diş sə­nə­di­nin (bi­le­tin) ye­ri­nə ye­ti­ri­lən av­to­mo­bil da­şın­ma­sı­na uy­ğun­suz­lu­ğu aş­kar edil­dik­də;

36.0.7. «Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və ba­qaj da­şın­ma­sı Qay­da­la­rı» ilə ge­diş haq­qı­nın bi­la­va­si­tə da­şın­ma pro­se­sin­də ödə­nil­mə­si nə­zər­də tu­tul­du­ğu hal­lar­da sər­ni­şin ge­diş haq­qı­nı ödə­mə­dik­də və ya tam ödə­mə­dik­də;

36.0.8. sər­ni­şin «Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və ba­qaj da­şın­ma­sı Qay­da­la­rı»na əməl olun­ma­sı ba­rə­də sü­rü­cü­nün və ya di­gər sə­la­hiy­yət­li şəx­sin qa­nu­ni tə­ləblə­ri­ni ye­ri­nə ye­tir­mək­dən im­ti­na et­dik­də.

 

V fə­sil

 

Av­to­mo­bil nəq­liy­ya­tı ilə

yük da­şın­ma­sı

 

Mad­də 37. Av­to­mo­bil nəq­liy­ya­tı ilə yük da­şın­ma­sı mü­qa­vi­lə­si

 

37.1. Av­to­mo­bil nəq­liy­ya­tı ilə yük da­şın­ma­sı mü­qa­vi­lə­si­nə gö­rə av­to­mo­bil da­şı­yı­cı­sı yük­gön­də­rən tə­rə­fin­dən ona tap­şı­rıl­mış yü­kü tə­yi­nat mən­tə­qə­si­nə çat­dır­ma­ğı və onu yü­ka­la­na və ya yü­kü al­ma­ğa sə­la­hiy­yə­ti olan şəx­sə təh­vil ver­mə­yi, yük­gön­də­rən isə, mü­qa­vi­lə­də baş­qa hal nə­zər­də tu­tul­ma­mış­dır­sa, yü­kün da­şın­ma­sı­na gö­rə müəy­yən olun­muş da­şın­ma haq­qı­nı ödə­mə­yi öh­də­si­nə gö­tü­rür.

37.2. Av­to­mo­bil nəq­liy­ya­tı ilə yük da­şın­ma­sı mü­qa­vi­lə­si­nin bağ­lan­ma­sı qay­da­sı Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq nor­ma­tiv hü­qu­qi akt­la­rı ilə müəy­yən edi­lir.

 

Mad­də 38. Yük da­şın­ma­sı üçün av­to­nəq­liy­yat va­si­tə­si­nin ica­rə­si (frax­tet­mə) mü­qa­vi­lə­si

 

38.1. Yük da­şın­ma­sı üçün av­to­nəq­liy­yat va­si­tə­si­nin ica­rə­si (frax­tet­mə) mü­qa­vi­lə­si­nə gö­rə da­şı­yı­cı hü­qu­qi və ya fi­zi­ki şəxs­lə­rin (da­şın­ma­nın si­fa­riş­çi­si­nin) si­fa­ri­şi ilə haq­qı ödə­nil­mək­lə yük da­şın­ma­sı üçün ya­rar­lı olan bir və ya bir ne­çə av­to­nəq­liy­yat va­si­tə­si­nin tu­tu­mu­nu bü­töv­lük­də və ya qis­mən bir və ya bir ne­çə reys üçün di­gər tə­rə­fə ver­mək öh­də­li­yi­ni üzə­ri­nə gö­tü­rür.

38.2. Yük da­şın­ma­sı üçün nə­zər­də tu­tul­muş av­to­nəq­liy­yat va­si­tə­si­nin ica­rə­si haq­qın­da mü­qa­vi­lə­nin bağ­lan­ma­sı qay­da­sı Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq norma­tiv hü­qu­qi akt­la­rı ilə müəy­yən edi­lir.

 

Mad­də 39. Av­to­mo­bil nəq­liy­ya­tı ilə yük da­şın­ma­sı­nın təş­ki­li haq­qın­da mü­qa­vi­lə

 

39.1. Av­to­mo­bil nəq­liy­ya­tı ilə mü­tə­ma­di yük da­şın­ma­sı­nın ye­ri­nə ye­ti­ril­mə­si zə­ru­rə­ti ya­ran­dıq­da, da­şın­ma­nın si­fa­riş­çi­si (yük­gön­də­rən, av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­rın təş­ki­lat­çı­sı) yük da­şın­ma­sı­nın təş­ki­li haq­qın­da da­şı­yı­cı ilə uzun­müd­dət­li mü­qa­vi­lə bağ­la­ya bi­lər.

39.2. Av­to­mo­bil nəq­liy­ya­tı ilə yük da­şın­ma­sı­nın təş­ki­li haq­qın­da mü­qa­vi­lə­yə əsa­sən da­şı­yı­cı yü­kü müəy­yən olun­muş müd­dət­də qə­bul et­mə­li, yük­gön­də­rən isə şərt­ləş­di­ril­miş həcm­də yü­kü da­şın­maq üçün təq­dim et­mə­li­dir.

39.3. Av­to­mo­bil nəq­liy­ya­tı ilə yük da­şın­ma­sı­nın təş­ki­li haq­qın­da mü­qa­vi­lə­də da­şı­ma­la­rın həc­mi, müd­də­ti, marş­ru­tu, qra­fi­ki, is­ti­fa­də olu­na­caq av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin nö­vü, da­şın­ma ilə əla­qə­dar di­gər xid­mət­lə­rin si­ya­hı­sı, yük da­şın­ma­sı üçün av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin və yü­kün da­şı­yı­cı­ya təq­dim edil­mə­si­nin şərt­lə­ri, he­sab­laş­ma­la­rın qay­da­sı, tə­rəf­lə­rin mə­su­liy­yə­ti, yük da­şın­ma­sı­nın təş­ki­li­nin di­gər şərt­lə­ri müəy­yən edi­lir.

39.4. Av­to­mo­bil nəq­liy­ya­tı ilə yük da­şın­ma­sı­nın təş­ki­li haq­qın­da mü­qa­vi­lə yük­gön­də­rən və yük da­şın­ma­sı­nın təş­ki­lat­çı­sı ara­sın­da bağ­la­na bi­lər.

39.5. Av­to­mo­bil nəq­liy­ya­tı ilə yük da­şın­ma­sı­nın təş­ki­li haq­qın­da mü­qa­vi­lə yük da­şın­ma­sı mü­qa­vi­lə­si­nin və ica­rə (frax­tet­mə) mü­qa­vi­lə­si­nin bağ­lan­ma­sı zə­ru­ri­li­yi­ni is­tis­na et­mir.

 

Mad­də 40. Av­to­mo­bil nəq­liy­ya­tı ilə yük da­şın­ma­sı­nın rəs­mi­ləş­di­ril­mə­si

 

40.1. Av­to­mo­bil nəq­liy­ya­tı ilə əm­təə tə­yi­nat­lı yük­lə­rin da­şın­ma­sı əm­təə-nəq­liy­yat qai­mə­si ilə rəs­mi­ləş­di­ri­lir. Əm­təə-nəq­liy­yat qai­mə­si ilə rəs­mi­ləş­di­ril­mə­miş əm­təə tə­yi­nat­lı yük­lər da­şın­ma üçün qə­bul edi­lə bil­məz.

40.2. Əm­təə-nəq­liy­yat qai­mə­si Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq nor­ma­tiv hü­qu­qi akt­la­rı ilə müəy­yən olun­muş for­ma­da tər­tib edi­lir. Yük da­şı­ma mü­qa­vi­lə­sin­də baş­qa qay­da nə­zər­də tu­tul­ma­mış­dır­sa, əm­təə-nəq­liy­yat qai­mə­si yük­gön­də­rən tə­rə­fin­dən tər­tib edi­lir.

40.3. Əm­təə-nəq­liy­yat qai­mə­sin­də aşa­ğı­da­kı­lar gös­tə­ri­lir:

40.3.1. yük ala­nın ün­va­nı;

40.3.2. yü­kün çat­dı­rıl­ma ye­ri;

40.3.3. yük yer­lə­ri­nin miq­da­rı, qa­bı, tər­ki­bi və brut­to çə­ki­si;

40.3.4. yü­kün gön­də­ril­mə vax­tı və av­to­nəq­liy­yat va­si­tə­si­nin nö­vü;

40.3.5. yük qiy­mət­li ob­yekt ol­duq­da – onun də­yə­ri;

40.3.6. xü­su­si təh­lü­kə­li və po­ten­sial təh­lü­kə­li yük ol­duq­da – təh­lü­kə­nin konk­ret nö­vü və be­lə hal­lar­da ye­ri­nə ye­ti­ril­mə­li eh­ti­yat təd­bir­lə­ri;

40.3.7. qai­mə­nin tər­tib edil­di­yi yer və ta­rix;

40.3.8. yük­gön­də­rə­nin adı və ün­va­nı;

40.3.9. da­şı­yı­cı­nın adı və ün­va­nı;

40.3.10. yük­lə­mə­nin ye­ri və ta­ri­xi;

40.3.11. yük yer­lə­ri­nin adı və nöm­rə­lə­ri;

40.3.12. da­şı­ma­nın qiy­mə­ti (yük da­şın­ma­sı üçün haqq, əla­və xərc­lər);

40.3.13. zə­ru­rət ol­duq­da, da­şı­ma­nın şərt­lə­ri ba­rə­sin­də yük­gön­də­rə­nin xü­su­si gös­tə­riş­lə­ri.

40.4. Zə­ru­ri hal­lar­da əm­təə-nəq­liy­yat qai­mə­sin­də aşa­ğı­da­kı mə­lu­mat­lar gös­tə­ri­lə bi­lər:

40.4.1. yü­kün bo­şal­dı­lıb baş­qa nəq­liy­yat va­si­tə­lə­ri­nə yük­lən­mə­si­nin qa­da­ğan edil­mə­si;

40.4.2. tə­rəf­lə­rin öz üzə­ri­nə gö­tür­dük­lə­ri və ya bir-bi­ri­nə ver­di­yi avan­sın məb­ləğ­lə­ri;

40.4.3. yük ala­nın da­şı­yı­cı­ya ödə­di­yi məb­ləğ;

40.4.4. yü­kün də­yə­ri;

40.4.5. yü­kün sı­ğor­ta­lan­ma­sı­na dair yük­gön­də­rə­nin gös­tə­ri­şi;

40.4.6. yü­kün da­şın­ma­sı üçün şərt­ləş­di­ril­miş müd­dət­lər;

40.4.7. da­şı­yı­cı­ya yük­lə bir­lik­də ve­ril­miş sə­nəd­lə­rin si­ya­hı­sı.

40.5. Yük da­şın­ma­sı mü­qa­vi­lə­si­nin tə­rəf­lə­ri zə­ru­ri he­sab et­dik­lə­ri di­gər mə­lu­mat­la­rı əm­təə-nəq­liy­yat qai­mə­si­nə da­xil edə bi­lər­lər.

40.6. Bey­nəl­xalq av­to­mo­bil yük da­şı­ma­la­rı ye­ri­nə ye­ti­ri­lər­kən bey­nəl­xalq nü­mu­nə­li əm­təə-nəq­liy­yat qai­mə­si tər­tib olu­nur.

40.7. Qey­ri-əm­təə tə­yi­nat­lı yük­lə­rin, o cüm­lə­dən tor­paq və qar küt­lə­si­nin, məi­şət və di­gər tul­lan­tı­la­rın da­şın­ma­sı ölç­mə ak­tı və ya tə­rə­zi­də çək­mə ak­tı ilə rəs­mi­ləş­di­ri­lə bi­lər. Bu cür akt­la­rın tər­tib edil­mə­si, ha­be­lə qey­ri-əm­təə tə­yi­nat­lı yük­lə­rin qə­bul edil­mə­si və təh­vil ve­ril­mə­si qay­da­sı «Av­to­mo­bil nəq­liy­ya­tı ilə yük­lə­rin da­şın­ma­sı Qay­da­la­rı» ilə müəy­yən edi­lir.

40.8. Av­to­mo­bil nəq­liy­ya­tı ilə əha­li­nin yük­lə­ri­nin da­şın­ma­sı əm­təə-nəq­liy­yat qai­mə­si və ya si­fa­riş-tap­şı­rıq­la rəs­mi­ləş­di­ri­lə bi­lər. Av­to­mo­bil nəq­liy­ya­tı ilə əha­li­nin yük­lə­ri­nin da­şın­ma­sı «Av­to­mo­bil nəq­liy­ya­tı ilə yük­lə­rin da­şın­ma­sı Qay­da­la­rı»na əsa­sən təş­kil olu­nur və ye­ri­nə ye­ti­ri­lir.

 

Mad­də 41. Yük mü­şa­yiə­te­di­ci di­gər sə­nəd­lər

 

41.1. Azər­bay­can Res­pub­li­ka­sı­nın nor­ma­tiv hü­qu­qi akt­la­rı ilə müəy­yən olun­muş yük mü­şa­yiə­te­di­ci di­gər sə­nəd­lər tə­ləb olun­du­ğu hal­lar­da (uy­ğun­luq ser­ti­fi­ka­tı, bay­tar­lıq və fi­to­sa­ni­tar ser­ti­fi­ka­tı, ma­lın mən­şə ser­ti­fi­ka­tı) əv­vəl­cə­dən rəs­mi­ləş­di­ri­lə­rək yük­gön­də­rən tə­rə­fin­dən əm­təə-nəq­liy­yat qai­mə­si­nə əla­və olun­ma­lı­dır.

41.2. Da­şı­yı­cı yük mü­şa­yiə­te­di­ci əla­və sə­nəd­lə­rin düz­gün­lü­yü­nü yox­la­maq və­zi­fə­si­ni da­şı­mır.

41.3. Yük mü­şa­yiə­te­di­ci əla­və sə­nəd­lər­dən la­zı­mi qay­da­da is­ti­fa­də et­mə­dik­də və ya hə­min sə­nəd­lər iti­ril­dik­də əm­lak mə­su­liy­yə­ti da­şı­yı­cı­nın üzə­ri­nə qo­yu­lur.

 

Mad­də 42. Yü­kün da­şın­ma üçün ha­zır­lan­ma­sı və təq­dim edil­mə­si

 

42.1. Av­to­nəq­liy­yat va­si­tə­si da­şı­yı­cı və ya da­şı­ma­nın təş­ki­lat­çı­sı tə­rə­fin­dən təq­dim edi­lə­nə­dək yük­gön­də­rən yü­kü yük­lən­mək üçün ha­zır­la­ma­lı və müəy­yən olun­muş tə­ləb­lə­rə uy­ğun ola­raq onu da­şın­ma üçün təq­dim et­mə­li­dir.

42.2. «Av­to­mo­bil nəq­liy­ya­tı ilə yük­lə­rin da­şın­ma­sı Qay­da­la­rı»nın tə­ləb­lə­ri və av­to­mo­bil da­şın­ma­sı mü­qa­vi­lə­si­nin şərt­lə­ri po­zul­maq­la da­şın­ma üçün təq­dim edil­miş yük təq­dim edil­mə­miş he­sab olu­nur. Bu hal­da yük­gön­də­rən yük da­şın­ma­sı mü­qa­vi­lə­si­nə və Azər­bay­can Res­pub­li­ka­sı­nın nor­ma­tiv hü­qu­qi akt­la­rı­na uy­ğun ola­raq av­to­nəq­liy­yat va­si­tə­si­nin yük­lən­mək üçün təq­dim edil­mə­si ilə bağ­lı da­şı­yı­cı­ya vu­rul­muş zə­rə­ri ödə­mə­li­dir.

42.3. Yük­gön­də­rə­nin yü­kü onun hə­qi­qi də­yə­rin­dən ar­tıq ol­ma­yan məb­ləğ­də elan olun­muş qiy­mət­lə da­şın­maq üçün təq­dim et­mək hü­qu­qu var­dır.

42.4. Müx­tə­lif növ yük­lə­rin da­şın­ma üçün ha­zır­lan­ma­sı və təq­dim edil­mə­si qay­da­sı «Av­to­mo­bil nəq­liy­ya­tı ilə yük­lə­rin da­şın­ma­sı Qay­da­la­rı» və Azər­bay­can Res­pub­li­ka­sı­nın di­gər nor­ma­tiv-hü­qu­qi akt­la­rı ilə müəy­yən edi­lir.

 

Mad­də 43. Yü­kün da­şın­ma üçün qə­bul edil­mə­si

 

43.1. Da­şı­yı­cı yü­kü da­şın­ma üçün qə­bul edər­kən əm­təə-nəq­liy­yat qai­mə­si­nin rəs­mi­ləş­di­ril­mə­si­nin düz­gün­lü­yü­nü, yü­kün xa­ri­ci gö­rü­nü­şü­nü, onun qab­laş­dı­rıl­ma­sı­nı, yü­kün sa­yı­nı və zə­ru­ri hal­lar­da onun tem­pe­ra­tu­ru­nu yox­la­ma­lı­dır.

43.2. Sis­tern və kon­tey­ner­lər­də ya­xud qa­laq və fü­ruş şə­kil­də olan yük­lər da­şın­ma üçün qə­bul edil­dik­də, on­la­rın ümu­mi çə­ki­si müəy­yən edil­mə­li və əm­təə-nəq­liy­yat qai­mə­sin­də gös­tə­ril­mə­li­dir.

43.3. Yü­kün ümu­mi çə­ki­si və yük yer­lə­ri­nin sa­yı yük­gön­də­rən və da­şı­yı­cı tə­rə­fin­dən bir­lik­də müəy­yən edi­lir və yox­la­nı­lır.

43.4. Müx­tə­lif növ yük­lə­rin ümu­mi çə­ki­si­nin müəy­yən edil­mə­si qay­da­sı «Av­to­mo­bil nəq­liy­ya­tı ilə yük­lə­rin da­şın­ma­sı Qay­da­la­rı» ilə müəy­yən edi­lir.

43.5. Sü­rü­cü tə­rə­fin­dən əm­təə-nəq­liy­yat qai­mə­si­nin im­za­lan­mış nüs­xə­si yük­gön­də­rə­nə ve­ril­dik­dən son­ra yük da­şın­ma üçün qə­bul edil­miş he­sab olu­nur.

43.6. Əm­təə-nəq­liy­yat qai­mə­si­nə mü­va­fiq qeyd­lər edil­mə­miş­dir­sə, da­şın­ma üçün qə­bul edil­di­yi an­da yük və onun qab­laş­dı­rıl­ma­sı la­zı­mi və­ziy­yət­də, yü­kün ümu­mi çə­ki­si, yük yer­lə­ri­nin sa­yı və mar­ka­lan­ma­sı isə əm­təə-nəq­liy­yat qai­mə­sin­də olan gös­tə­ri­ci­lə­rə uy­ğun ol­du­ğu ki­mi he­sab edi­lir.

43.7. Yük da­şın­ma­sı mü­qa­vi­lə­sin­də baş­qa hal nə­zər­də tu­tul­ma­mış­dır­sa, yük­lə­mə yük­gön­də­rən tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lir.

43.8. Av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin yük­lən­mə­si üçün müəy­yən edil­miş nor­ma­la­ra ria­yət edil­mə­si, ha­be­lə av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­rın təh­lü­kə­siz­li­yi­nin və yü­kün qo­ru­nub sax­lan­ma­sı­nın tə­min edil­mə­si məq­sə­di ilə da­şı­yı­cı yü­kün düz­gün yer­ləş­di­ril­mə­si­nə və bər­ki­dil­mə­si­nə nə­za­rət et­mə­li­dir.

43.9. Da­şı­yı­cı­nın gös­tə­ri­şi ilə yük­gön­də­rən yü­kün yer­ləş­di­ril­mə­sin­də və bər­ki­dil­mə­sin­də yol ve­ril­miş po­zun­tu­la­rı ara­dan qal­dır­ma­lı­dır.

43.10. Bey­nəl­xalq da­şı­ma­lar is­tis­na ol­maq­la, yük da­şın­ma­sı üçün qa­pa­lı yük yer­lə­ri ilə təc­hiz edil­miş av­to­nəq­liy­yat va­si­tə­lə­ri və ya di­gər nəq­liy­yat ava­dan­lı­ğı is­ti­fa­də edil­dik­də, yü­kün yük­gön­də­rən tə­rə­fin­dən plomb­lan­ma­sı­na yol ve­ri­lir. Bu haq­da əm­təə-nəq­liy­yat qai­mə­sin­də mü­va­fiq qeyd edil­mə­li­dir. Yü­kün plomb­lan­ma­sı qay­da­sı «Av­to­mo­bil nəq­liy­ya­tı ilə yük­lə­rin da­şın­ma­sı Qay­da­la­rı» ilə müəy­yən edi­lir.

43.11. Av­to­mo­bil nəq­liy­ya­tı ilə yü­kün da­şın­ma üçün qə­bul edil­mə­si­nin di­gər şərt­lə­ri Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq nor­ma­tiv hü­qu­qi akt­la­rı ilə müəy­yən edi­lir.

 

Mad­də 44. Yü­kün yü­ka­la­na təh­vil ve­ril­mə­si

 

44.1. Da­şı­yı­cı yü­kü tə­yi­nat mən­tə­qə­sin­də yü­ka­la­na və ya yü­kü al­ma­ğa sə­la­hiy­yə­ti olan şəx­sə yük yer­lə­ri­nin sa­yı­na və (və ya) yü­kün ümu­mi çə­ki­si­nə uy­ğun ola­raq təh­vil ve­rir.

44.2. Qa­laq və ya fü­ruş şə­kil­də, ya­xud av­to­mo­bil sis­ter­nin­də da­şı­nan yük­lər­də ça­tış­maz­lıq əla­mət­lə­ri yox­dur­sa və yü­ka­lan­da bu ça­tış­maz­lı­ğı müəy­yən et­mək üçün la­zı­mi va­si­tə­lər ol­ma­dıq­da, hə­min yük­lər ümu­mi çə­ki­si yox­la­nıl­ma­dan yü­ka­la­na və ya yü­kü al­ma­ğa sə­la­hiy­yə­ti olan şəx­sə təh­vil ve­ri­lir.

44.3. Bey­nəl­xalq da­şı­ma­lar is­tis­na ol­maq­la, qey­ri-əm­təə tə­yi­nat­lı yük da­şın­dıq­da, da­şı­yı­cı onu yü­ka­la­na və ya yü­kü al­ma­ğa sə­la­hiy­yə­ti olan şəx­sə təh­vil ver­mək və­zi­fə­sin­dən yük­gön­də­rən tə­rə­fin­dən azad olu­na bi­lər. Bu hal­da da­şı­yı­cı­nın üzə­ri­nə hə­min yü­kü yük­gön­də­rən tə­rə­fin­dən müəy­yən edil­miş yer­də bo­şalt­maq və­zi­fə­si qo­yu­lur.

44.4. Yü­kün çə­ki­si tə­rə­zi va­si­tə­si­lə müəy­yən edil­dik­də, əm­təə-nəq­liy­yat qai­mə­sin­də gös­tə­ri­lən yü­kün çə­ki­si ilə onun fak­ti­ki çə­ki­si ara­sın­da olan fərq tə­bii azal­ma nor­ma­sı­nı və ya tə­rə­zi­də çə­kil­mə də­qiq­li­yi­ni keç­mir­sə, da­şı­yı­cı yü­kün çə­ki­si­nin fər­qi­nə gö­rə mə­su­liy­yət da­şı­mır.

44.5. Yü­kün təh­vil alın­ma­sı yü­ka­lan tə­rə­fin­dən əm­təə-nəq­liy­yat qai­mə­sin­də im­za edil­mək­lə və yü­ka­lan mö­hü­rə (ştam­pa) ma­lik ol­duq­da, mö­hür (ştamp) vu­rul­maq­la təs­diq olu­nur.

Mad­də 45. Yü­ka­la­nın yü­kü al­maq­dan im­ti­na et­mə­si və ya baş­qa ün­va­na çat­dı­rıl­ma­sı haq­da tə­lə­bi

 

45.1. Yü­kün xa­rab ol­ma­sı və zə­də­lən­mə­si ilə əla­qə­dar xü­su­siy­yət­lə­ri­ni də­yiş­mə­si nə­ti­cə­sin­də on­dan tə­yi­na­tı üz­rə tam və ya qis­mən is­ti­fa­də et­mək müm­kün ol­ma­dıq­da, yü­ka­lan yü­kü al­maq­dan im­ti­na edə bi­lər.

45.2. Yü­ka­lan yü­kü al­maq­dan im­ti­na, ya­xud onun baş­qa ün­va­na çat­dı­rıl­ma­sı­nı tə­ləb et­dik­də, bu haq­da əm­təə-nəq­liy­yat qai­mə­sin­də mü­va­fiq qeyd et­mə­li­dir.

45.3. Yü­ka­lan yü­kü al­maq­dan im­ti­na et­dik­də, mü­qa­vi­lə­də di­gər hal nə­zər­də tu­tul­ma­mış­dır­sa da­şı­yı­cı bu yük ba­rə­sin­də yük­gön­də­rə­nin ya­zı­lı gös­tə­riş­lə­ri­ni al­ma­lı­dır.

45.4. Yü­ka­lan yü­kü al­maq­dan im­ti­na et­dik­də, yü­kün sax­la­nıl­ma­sı, sa­tıl­ma­sı, yük­gön­də­rə­nə ge­ri qay­ta­rıl­ma­sı və ya ye­ni ün­va­na çat­dı­rıl­ma­sı­na gö­rə da­şı­yı­cı­nın çək­di­yi əla­və xərc­lə­ri yük­gön­də­rən ödə­mə­li­dir.

 

Mad­də 46. Yü­kün yük­lən­mə­si, çat­dı­rıl­ma­sı və bo­şal­dıl­ma­sı müd­dət­lə­ri

 

46.1. Av­to­nəq­liy­yat va­si­tə­si­nin yük­lə­mə al­tın­da ol­du­ğu müd­dət onun da­şı­yı­cı tə­rə­fin­dən yük­lən­mək üçün ve­ril­di­yi vaxt­dan he­sab­la­nır.

46.2. Av­to­nəq­liy­yat va­si­tə­si­nin bo­şal­dıl­ma al­tın­da ol­du­ğu müd­dət yü­kün bo­şal­dıl­ma ye­rin­də onun sü­rü­cü­sü tə­rə­fin­dən əm­təə-nəq­liy­yat qai­mə­si­nin yü­ka­la­na təq­dim edil­di­yi vaxt­dan he­sab­la­nır.

46.3. Yük­lə­nən və ya bo­şal­dı­lan yük ba­rə­sin­də la­zı­mi qay­da­da rəs­mi­ləş­di­ril­miş əm­təə-nəq­liy­yat qai­mə­si və bü­tün di­gər zə­ru­ri sə­nəd­lər av­to­nəq­liy­yat va­si­tə­si­nin sü­rü­cü­sü­nə təq­dim edil­dik­də, yük­lə­mə və ya bo­şalt­ma ba­şa çat­mış he­sab olu­nur.

46.4. Av­to­nəq­liy­yat va­si­tə­si­nin yük­lə­mə və bo­şal­dıl­ma yer­lə­ri­nə gəl­mə­si və çıx­ma­sı vax­tı ba­rə­də yük­gön­də­rən və yü­ka­lan əm­təə-nəq­liy­yat qai­mə­sin­də mü­va­fiq qeyd et­mə­li­dir­lər.

46.5. Yük­lə­mə, çat­dı­rıl­ma və bo­şal­dıl­ma müd­dət­lə­ri, o cüm­lə­dən yük­lə­mə və bo­şal­dıl­ma ilə əla­qə­dar di­gər əmə­liy­yat­la­rın ye­ri­nə ye­ti­ril­mə­si müd­də­ti Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq nor­ma­tiv hü­qu­qi akt­la­rı, o cüm­lə­dən «Av­to­mo­bil nəq­liy­ya­tı ilə yük­lə­rin da­şın­ma­sı Qay­da­la­rı», həm­çi­nin av­to­mo­bil nəq­liy­ya­tı ilə yük da­şın­ma­sı mü­qa­vi­lə­si ilə müəy­yən edi­lir.

 

Mad­də 47. Av­to­mo­bil nəq­liy­ya­tı ilə təh­lü­kə­li yük­lə­rin da­şın­ma­sı

 

47.1. Av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­lar za­ma­nı part­la­yı­şa və (və ya) yan­ğı­na, in­san­la­rın və (və ya) hey­van­la­rın tə­lə­fa­tı­na, xəs­tə­lən­mə­si­nə, xə­sa­rət al­ma­sı­na, zə­hər­lən­mə­si­nə, şüa­lan­ma­sı­na sə­bəb ola bi­lən, ha­be­lə nəq­liy­yat va­si­tə­lə­ri­nin, ti­ki­li­lə­rin və di­gər inf­rast­ruk­tur ob­yekt­lə­ri­nin zə­də­lən­mə­si­nə gə­ti­rib çı­xa­ran və (və ya) ət­raf mü­hi­tə zi­yan vur­ma xü­su­siy­yət­lə­ri­nə və güc­lü tə­si­rə ma­lik mad­də­lər, ma­te­rial­lar, məh­sul­lar və tul­lan­tı­lar təh­lü­kə­li yük­lər he­sab edi­lir.

47.2. Bu cür da­şı­ma­lar za­ma­nı yük­gön­də­rən əm­təə-nəq­liy­yat qai­mə­sin­də təh­lü­kə­li yük ba­rə­də mə­lu­mat­la­rı gös­tər­mə­li­dir.

47.3. Təh­lü­kə­li yük­lə­rin da­şın­ma­sı qay­da­sı Azər­bay­can Res­pub­li­ka­sı­nın nor­ma­tiv hü­qu­qi akt­la­rı­nın tə­ləb­lə­ri­nə uy­ğun ola­raq müəy­yən edi­lir.

 

Mad­də 48. Av­to­mo­bil nəq­liy­ya­tı ilə iri­qa­ba­rit­li və ağır­çə­ki­li yük­lə­rin da­şın­ma­sı

 

48.1. Yü­kü­nün qa­ba­rit­lə­ri və çə­ki­si, ya­xud tex­ni­ki gös­tə­ri­ci­lə­ri mü­va­fiq nor­ma­tiv­lər­lə müəy­yən­ləş­di­ril­miş məh­du­diy­yət­lər­dən kə­na­ra çı­xan av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin ümu­mi is­ti­fa­də­də olan yol­lar­la, o cüm­lə­dən ya­şa­yış mən­tə­qə­lə­ri­nin kü­çə­lə­ri ilə hə­rə­kə­ti­nə əv­vəl­cə­dən tə­yin edil­miş xü­su­si marş­rut üz­rə, mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı­nın ica­zə­si əsa­sın­da yol ve­ri­lir.

48.2. Azər­bay­can Res­pub­li­ka­sı­nın ümu­mi is­ti­fa­də­də olan av­to­mo­bil yol­la­rı ilə iri­qa­ba­rit­li və ağır­çə­ki­li nəq­liy­yat va­si­tə­lə­ri­nin hə­rə­kət et­mə­si, on­la­rın hə­rə­kə­ti­nə xü­su­si ica­zə­nin ve­ril­mə­si qay­da­sı, ha­be­lə iri­qa­ba­rit­li və ağır­çə­ki­li av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin hə­rə­kət et­mə­si­nə gö­rə ödə­niş­lə­rin də­rə­cə­lə­ri və ümu­mi is­ti­fa­də­də olan av­to­mo­bil yol­la­rı ilə hə­rə­kət edən av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin ica­zə ve­ri­lən qa­ba­rit və çə­ki pa­ra­metr­lə­ri Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı tə­rə­fin­dən müəy­yən edi­lir.

 

Mad­də 49. Qa­rı­şıq yük da­şı­ma­la­rı­nın ye­ri­nə ye­ti­ril­mə­si

 

49.1. Ən azı iki nəq­liy­yat nö­vün­dən is­ti­fa­də edil­mək­lə, bü­tün hə­rə­kət yo­lu (gön­də­ril­mə mən­tə­qə­sin­dən tə­yi­nat mən­tə­qə­si­nə­dək) üçün tər­tib edil­miş va­hid nəq­liy­yat sə­nə­di əsa­sın­da ye­ri­nə ye­ti­ri­lən sər­ni­şin və yük da­şı­ma­la­rı qa­rı­şıq da­şı­ma­lar he­sab olu­nur.

49.2. Qa­rı­şıq yük da­şın­ma­sı­nın ye­ri­nə ye­ti­ril­mə­si üçün da­şı­yı­cı­lar di­gər nəq­liy­yat növ­lə­ri ilə da­şı­yı­cı­lar­la və ya da­şı­ma­la­rın təş­ki­lat­çı­la­rı ilə Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq nor­ma­tiv hü­qu­qi akt­la­rı­na uy­ğun ola­raq yük da­şı­ma­la­rı­nın tə­min edil­mə­si haq­qın­da mü­qa­vi­lə­lər bağ­la­yır­lar.

 

VI fə­sil

Av­to­mo­bil nəq­liy­ya­tı ilə

bey­nəl­xalq da­şı­ma­lar

 

Mad­də 50. Av­to­mo­bil nəq­liy­ya­tı ilə bey­nəl­xalq da­şı­ma­la­rın təş­ki­li

 

50.1. Av­to­mo­bil nəq­liy­ya­tı ilə bey­nəl­xalq sər­ni­şin və yük da­şı­ma­la­rı, o cüm­lə­dən tran­zit da­şı­ma­la­rı Azər­bay­can Res­pub­li­ka­sı­nın qa­nun­ve­ri­ci­li­yi­nə və Azər­bay­can Res­pub­li­ka­sı­nın tə­rəf­dar çıx­dı­ğı bey­nəl­xalq mü­qa­vi­lə­lə­rə uy­ğun ola­raq ye­ri­nə ye­ti­ri­lir.

50.2. Av­to­mo­bil nəq­liy­ya­tı ilə bey­nəl­xalq sər­ni­şin və yük da­şı­ma­la­rı sa­hə­sin­də Azər­bay­can Res­pub­li­ka­sı­nın tə­rəf­dar çıx­dı­ğı bey­nəl­xalq mü­qa­vi­lə­lə­rin şərt­lə­ri­nin Azər­bay­can Res­pub­li­ka­sı­nın əra­zi­sin­də ye­ri­nə ye­ti­ril­mə­si­ni mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı ai­diy­yə­ti döv­lət or­qan­la­rı ilə bir­lik­də tə­min edir.

50.3. Ba­rə­sin­də ica­zə sis­te­mi tət­biq edi­lən xa­ri­ci döv­lət­lə­rə ye­ri­nə ye­ti­ri­lən bey­nəl­xalq da­şı­ma­lar mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı tə­rə­fin­dən ve­ri­lən «İca­zə» blank­la­rı əsa­sın­da ye­ri­nə ye­ti­ri­lir.

50.4. Azər­bay­can Res­pub­li­ka­sı­nın əra­zi­sin­də xa­ri­ci av­to­mo­bil da­şı­yı­cı­lar tə­rə­fin­dən öl­kə­da­xi­li da­şı­ma­la­rı­nın ye­ri­nə ye­ti­ril­mə­si­nə yol ve­ril­mir.

50.5. Bey­nəl­xalq yük da­şı­ma­la­rın­da is­ti­fa­də edi­lən av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin sü­rü­cü­lə­ri bey­nəl­xalq yük da­şı­ma­la­rı­na dair bey­nəl­xalq kon­ven­si­ya­lar, sa­ziş­lər və di­gər sə­nəd­lər, ha­be­lə bu da­şı­ma­la­rın xü­su­siy­yət­lə­ri ba­rə­də zə­ru­ri bi­lik­lə­rə ma­lik ol­maq üçün mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı tə­rə­fin­dən təs­diq olun­muş proq­ram üz­rə xü­su­si ha­zır­lıq keç­mə­li­dir­lər.

 

Mad­də 51. Av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin, yük­lə­rin və ba­qa­jın (əl yü­kü­nün) Azər­bay­can Res­pub­li­ka­sı­nın göm­rük sər­hə­din­dən keç­mə­si

 

Av­to­nəq­liy­yat va­si­tə­lə­ri, yük­lər və ba­qaj (əl yü­kü) Azər­bay­can es­pub­li­ka­sı­nın göm­rük sər­hə­din­dən göm­rük işi­nə dair və di­gər nor­ma­tiv hü­qu­qi akt­la­rı­na uy­ğun ola­raq ke­çi­ri­lir.

 

VII fə­sil

Av­to­mo­bil nəq­liy­ya­tı­nın fəa­liy­yə­ti

sa­hə­sin­də mə­su­liy­yət

 

Mad­də 52. Av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şın­ma mü­qa­vi­lə­sin­dən irə­li gə­lən öh­də­lik­lə­rə gö­rə mə­su­liy­yət

 

52.1. Av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şın­ma mü­qa­vi­lə­sin­dən və da­şın­ma ilə əla­qə­dar mül­ki qa­nun­ve­ri­ci­lik­lə nə­zər­də tu­tul­muş di­gər mü­qa­vi­lə­lər­dən irə­li gə­lən öh­də­lik­lə­rin ic­ra edil­mə­mə­si­nə və ya la­zı­mi qay­da­da ic­ra edil­mə­mə­si­nə gö­rə mü­qa­vi­lə üz­rə tə­rəf­lər bu Qa­nun­la, Azər­bay­can Res­pub­li­ka­sı­nın di­gər nor­ma­tiv hü­qu­qi akt­la­rı və tə­rəf­lər ara­sın­da bağ­lan­mış mü­qa­vi­lə ilə müəy­yən edil­miş qay­da­da mə­su­liy­yət da­şı­yır­lar.

52.2. Azər­bay­can Res­pub­li­ka­sı­nın qa­nun­ve­ri­ci­li­yi ilə nə­zər­də tu­tul­muş hal­lar is­tis­na ol­maq­la, av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şın­ma mü­qa­vi­lə­si üz­rə qa­nun­ve­ri­ci­lik­lə müəy­yən edil­miş mə­su­liy­yə­tin məh­dud­laş­dı­rıl­ma­sı, ya­xud ara­dan qal­dı­rıl­ma­sı ba­rə­də tə­rəf­lə­rin ra­zı­laş­ma­sı eti­bar­sız­dır.

 

Mad­də 53. Av­to­nəq­liy­yat va­si­tə­si­nin yük­lən­mək üçün ve­ril­mə­mə­si­nə gö­rə da­şı­yı­cı­nın mə­su­liy­yə­ti

 

53.1. Av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şın­ma mü­qa­vi­lə­si­nə uy­ğun ola­raq av­to­nəq­liy­yat va­si­tə­si­nin yük­lən­mək üçün ve­ril­mə­mə­si­nə və ya vaxt­lı-vax­tın­da ve­ril­mə­mə­si­nə gö­rə da­şı­yı­cı Azər­bay­can Res­pub­li­ka­sı­nın qa­nun­ve­ri­ci­li­yi, ha­be­lə tə­rəf­lər ara­sın­da bağ­lan­mış mü­qa­vi­lə ilə müəy­yən edil­miş qay­da­da mə­su­liy­yət da­şı­yır.

53.2. Av­to­nəq­liy­yat va­si­tə­si­nin yük­lən­mək üçün ve­ril­mə­mə­si və ya vaxt­lı-vax­tın­da ve­ril­mə­mə­si qar­şı­sıa­lın­maz qüv­və­nin tə­si­ri və ya sə­la­hiy­yət­li döv­lət or­qan­la­rı tə­rə­fin­dən müəy­yən is­ti­qa­mət­də av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­rın məh­dud­laş­dı­rıl­ma­sı, ya­xud da­yan­dı­rıl­ma­sı nə­ti­cə­sin­də baş ver­dik­də, da­şı­yı­cı mə­su­liy­yət­dən azad olu­nur.

 

Mad­də 54. Yü­kün və ya ba­qa­jın qo­ru­nub sax­la­nıl­ma­ma­sı­na və əl yü­kü­nün zə­də­lən­mə­si­nə gö­rə av­to­mo­bil da­şı­yı­cı­sı­nın mə­su­liy­yə­ti

 

54.1. Yü­kün və ya ba­qa­jın da­şın­ma üçün qə­bul edil­di­yi vaxt­dan yü­ka­la­na, sər­ni­şi­nə və ya di­gər sə­la­hiy­yət­li şəx­sə təh­vil ve­ri­lə­nə­dək iti­ril­mə­si­nin, əs­kik çıx­ma­sı­nın və ya zə­də­lən­mə­si­nin (xa­rab ol­ma­sı­nın) da­şı­yı­cı­nın təq­si­ri ol­ma­dan baş ver­di­yi sü­but edil­mə­dik­də, da­şı­yı­cı mə­su­liy­yət da­şı­yır.

54.2. Da­şı­yı­cı yü­kün və ya ba­qa­jın av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şın­ma­sı za­ma­nı vu­rul­muş zə­rə­ri aşa­ğı­da­kı miq­dar­da ödə­yir:

54.2.1. yük və ya ba­qaj iti­ril­dik­də, ya­xud əs­kik çıx­dıq­da – mü­va­fiq ola­raq iti­ril­miş, ya­xud əs­kik çıx­mış yü­kün və ya ba­qa­jın də­yə­ri miq­da­rın­da;

54.2.2. yük və ya ba­qaj zə­də­lən­dik­də (xa­rab ol­duq­da) – onun də­yə­ri­nin azal­dı­ğı miq­dar­da, zə­də­lən­miş yü­kü bər­pa et­mək müm­kün ol­ma­dıq­da isə, onun tam də­yə­ri miq­da­rın­da;

54.2.3. qiy­mə­ti elan olun­maq­la av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şın­maq üçün təh­vil ve­ril­miş yük və ya ba­qaj iti­ril­dik­də – hə­min yük və ya ba­qa­jın elan olun­muş qiy­mə­ti miq­da­rın­da. Da­şı­yı­cı hə­min yü­kün və ya ba­qa­jın hə­qi­qi də­yə­ri­nin elan olun­muş qiy­mət­dən aşa­ğı ol­du­ğu­nu sü­but et­dik­də isə – yü­kün və ya ba­qa­jın hə­qi­qi də­yə­ri miq­da­rın­da.

54.3. Yü­kün və ya ba­qa­jın hə­qi­qi də­yə­ri­nin müəy­yən edil­mə­si üçün on­la­rın da­şın­ma mü­qa­vi­lə­sin­də ya­xud he­sab­laş­ma sə­nə­din­də gös­tə­ril­miş qiy­mə­ti əsas gö­tü­rü­lür. Da­şın­ma mü­qa­vi­lə­sin­də yü­kün və ya ba­qa­jın qiy­mə­ti müəy­yən edil­mə­dik­də, ya­xud he­sab­laş­ma sə­nə­di ol­ma­dıq­da isə, ana­lo­ji mal­la­rın möv­cud ba­zar qiy­mə­ti əsas ki­mi gö­tü­rü­lür.

54.4. Da­şı­yı­cı yü­kün və ya ba­qa­jın iti­ril­mə­si, əs­kik çıx­ma­sı və ya zə­də­lən­mə­si (xa­rab ol­ma­sı) ilə əla­qə­dar müəy­yən edil­miş zə­rə­ri ödə­mək­lə ya­na­şı, hə­min yü­kün və ya ba­qa­jın da­şın­ma­sı­na gö­rə alın­mış da­şın­ma haq­qı­nı da (da­şın­ma haq­qı yü­kün və ya ba­qa­jın də­yə­ri­nə da­xil ol­ma­dıq­da) yük­gön­də­rə­nə (yü­ka­la­na), sər­ni­şi­nə və ya sə­la­hiy­yə­ti olan di­gər şəx­sə qay­ta­rır.

 

Mad­də 55. Sər­ni­şin av­to­nəq­liy­yat va­si­tə­si­nin yo­la düş­mə­si­nin lən­gi­dil­mə­si və ya tə­yi­nat mən­tə­qə­si­nə çat­ma­sı­nın ge­cik­di­ril­mə­si­nə gö­rə av­to­mo­bil da­şı­yı­cı­sı­nın mə­su­liy­yə­ti

 

55.1. Av­to­bu­sun yo­la düş­mə­si­nin, ya­xud tə­yi­nat mən­tə­qə­si­nə çat­ma­sı­nın ge­cik­di­ril­mə­si­nin (şə­hər­da­xi­li da­şı­ma­lar is­tis­na ol­maq­la) qar­şı­sıa­lın­maz qüv­və­nin tə­si­ri nə­ti­cə­sin­də və ya da­şı­yı­cı­dan ası­lı ol­ma­yan di­gər sə­bəb­lər­dən baş ver­di­yi sü­but olun­ma­dıq­da, da­şı­yı­cı «Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və ba­qaj da­şın­ma­sı Qay­da­la­rı» ilə müəy­yən olun­muş qay­da­da və məb­ləğ­də sər­ni­şi­nə dəb­bə pu­lu­nu ödə­yir.

55.2. Av­to­nəq­liy­yat va­si­tə­si­nin lən­gi­mə­si sə­bə­bin­dən sər­ni­şi­nin da­şı­ma­dan im­ti­na et­di­yi hal­lar­da da­şı­yı­cı (av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­rın təş­ki­lat­çı­sı) da­şın­ma haq­qı­nı tam məb­ləğ­də sər­ni­şi­nə ge­ri qay­tar­ma­lı­dır.

 

Mad­də 56. Sər­ni­şi­nin hə­ya­tı­na və ya sağ­lam­lı­ğı­na vu­rul­muş zə­rə­rə gö­rə av­to­mo­bil da­şı­yı­cı­sı­nın mə­su­liy­yə­ti

 

56.1. Av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­lar ye­ri­nə ye­ti­ri­lər­kən sər­ni­şin­lə­rin hə­ya­tı­na və ya sağ­lam­lı­ğı­na vu­rul­muş zə­rə­rin qar­şı­sıa­lın­maz qüv­və­nin tə­si­ri və ya zə­rər­çə­kə­nin təq­si­ri nə­ti­cə­sin­də baş ver­di­yi­ni sü­but edə bil­mə­dik­də, da­şı­yı­cı vu­rul­muş zə­rə­rə gö­rə Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq qa­nun­ve­ri­ci­li­yi­nə uy­ğun ola­raq mad­di mə­su­liy­yət da­şı­yır.

56.2. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin da­şın­ma­sı mü­qa­vi­lə­lə­rin­də sər­ni­şi­nin hə­ya­tı­na və ya sağ­lam­lı­ğı­na vu­rul­muş zə­rə­rə gö­rə da­şı­yı­cı­nın da­ha yük­sək mad­di mə­su­liy­yə­ti nə­zər­də tu­tu­la bi­lər.

 

Mad­də 57. Av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­rın ye­ri­nə ye­ti­ril­mə­si ilə əla­qə­dar si­fa­riş­çi­nin da­şı­yı­cı qar­şı­sın­da mə­su­liy­yə­ti

 

57.1. Da­şı­ma­nın si­fa­riş­çi­si av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şın­ma mü­qa­vi­lə­si­nin şərt­lə­ri­nin po­zul­ma­sı­na, təq­dim edil­miş av­to­nəq­liy­yat va­si­tə­sin­dən vaxt­lı-vax­tın­da is­ti­fa­də edil­mə­mə­si­nə gö­rə da­şı­yı­cı qar­şı­sın­da mü­va­fiq qa­nun­ve­ri­ci­lik­lə və tə­rəf­lər ara­sın­da bağ­lan­mış mü­qa­vi­lə ilə müəy­yən edil­miş qay­da­da mə­su­liy­yət da­şı­yır.

57.2. Si­fa­riş­çi onun təq­si­ri üzün­dən av­to­mo­bil da­şı­yı­cı­sı­na, ha­be­lə da­şı­yı­cı­nın mə­su­liy­yət da­şı­dı­ğı di­gər şəxs­lə­rin əm­la­kı­na vur­du­ğu zə­rə­rə gö­rə mə­su­liy­yət da­şı­yır.

57.3. Yük mü­şa­yiə­te­di­ci sə­nəd­lər­də gös­tə­ril­miş düz­gün ol­ma­yan, qey­ri-də­qiq, ya­xud dol­ğun ol­ma­yan mə­lu­mat­lar­la əla­qə­dar və ya zə­ru­ri yük mü­şa­yiə­te­di­ci sə­nəd­lə­rin ol­ma­ma­sı sə­bə­bin­dən da­şı­yı­cı­ya və üçün­cü şəxs­lə­rə vu­rul­muş zə­rə­rə gö­rə mə­su­liy­yə­ti yük­gön­də­rən da­şı­yır.

57.4. Av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şın­ma mü­qa­vi­lə­si üz­rə öh­də­lik­lə­rin ic­ra edil­mə­mə­si və ya la­zı­mi qay­da­da ic­ra edil­mə­mə­si qar­şı­sıa­lın­maz qüv­və­nin tə­si­ri, müəy­yən is­ti­qa­mət­lər­də da­şı­ma­la­rın da­yan­dı­rıl­ma­sı, ya­xud məh­dud­laş­dı­rıl­ma­sı sə­bə­bin­dən, ha­be­lə on­dan ası­lı ol­ma­yan di­gər hal­lar­da baş ver­dik­də, si­fa­riş­çi mə­su­liy­yət­dən azad olu­nur.

 

Mad­də 58. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük da­şı­ma­la­rı ilə əla­qə­dar pre­ten­zi­ya və id­dia­lar

 

58.1. Mü­qa­vi­lə­nin tə­rəf­lə­ri av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­lar­la bağ­lı məh­kə­mə­də id­dia qal­dır­maz­dan əv­vəl «Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və ba­qaj da­şın­ma­sı Qay­da­la­rı» və «Av­to­mo­bil nəq­liy­ya­tı ilə yük­lə­rin da­şın­ma­sı Qay­da­la­rı» ilə müəy­yən edil­miş qay­da­da və müd­dət­lər­də pre­ten­zi­ya ver­mə­li­dir­lər.

58.2. Av­to­mo­bil nəq­liy­ya­tı ilə yük da­şın­ma­sı mü­qa­vi­lə­lə­rin­dən irə­li gə­lən tə­ləb­lər üz­rə id­dia müd­də­ti 1 il­dir.

58.3. Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin da­şın­ma­sı mü­qa­vi­lə­lə­rin­dən irə­li gə­lən tə­ləb­lər üz­rə id­dia müd­də­ti 6 ay­dır.

 

VIII fə­sil

Av­to­mo­bil nəq­liy­ya­tı sa­hə­sin­də

döv­lət nə­za­rə­ti

 

Mad­də 59. Av­to­mo­bil nəq­liy­ya­tı ilə da­şı­ma­la­ra dair qay­da və tə­ləb­lə­rə ria­yət edil­mə­si­nə döv­lət nə­za­rə­ti­nin təş­ki­li

 

Av­to­mo­bil nəq­liy­ya­tı ilə bey­nəl­xalq və öl­kə­da­xi­li sər­ni­şin və yük da­şı­ma­la­rı­na dair qay­da və tə­ləb­lə­rə, ha­be­lə bu sa­hə­də Azər­bay­can Res­pub­li­ka­sı­nın nor­ma­tiv hü­qu­qi akt­la­rı­nın və tə­rəf­dar çıx­dı­ğı bey­nəl­xalq mü­qa­vi­lə­lə­rin müd­dəa­la­rı­na ria­yət edil­mə­si­nə nə­za­rət mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lir.

 

IX fə­sil

 

Ye­kun müd­dəa­lar

 

Mad­də 60. Av­to­mo­bil nəq­liy­ya­tı haq­qın­da Azər­bay­can Res­pub­li­ka­sı­nın qa­nun­ve­ri­ci­li­yi­nə ria­yət edil­mə­mə­si­nə gö­rə mə­su­liy­yət

 

Bu Qa­nu­nun və av­to­mo­bil nəq­liy­ya­tı haq­qın­da Azər­bay­can Res­pub­li­ka­sı­nın di­gər nor­ma­tiv hü­qu­qi akt­la­rı­nın tə­ləb­lə­ri­nə ria­yət et­mə­yən av­to­mo­bil da­şı­yı­cı­la­rı, yük­gön­də­rən­lər, yü­ka­lan­lar, da­şı­ma­la­rın təş­ki­lat­çı­la­rı, sər­ni­şin­lər və di­gər şəxs­lər Azər­bay­can Res­pub­li­ka­sı­nın qa­nun­ve­ri­ci­li­yi ilə müəy­yən edil­miş qay­da­da mə­su­liy­yə­tə cəlb olu­nur­lar.

 

Mad­də 61. Qa­nu­nun qüv­və­yə min­mə­si

 

Bu Qa­nun dərc edil­di­yi gün­dən qüv­və­yə mi­nir.

 

 

 

 

İl­ham ƏLİ­YEV,

Azər­bay­can Res­pub­li­ka­sı­nın

Pre­zi­den­ti

Ba­kı şə­hə­ri, 1 ap­rel 2008-ci il.

MÜNDƏRİCAT

Ибрагим Кулиев, Азад Ибрагимли. Конституционность полномочий Президента Азербайджанской Республики и его взаимодействие с Конституционным Судом
Rəsmi sənədlər
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.