10.20.2017 03:43
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Beynəlxalq nəqliyyat hüququ fənninin tədris proqramı

Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsi

Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrası

 

Bakalavr təhsil pilləsi üçün

 

BEYNƏLXALQ  NƏQLİYYAT

HÜQUQU

fənninin

 

TƏDRİS PROQRAMI

 

İxtisas: 12.00.10. – «Beynəlxalq hüquq»

 

Azərbaycan Respublikası Təhsil Na­zir­li­yinin " 20 " iyun 2008-ci il  tarixli 795  nöm­rəli əmri ilə təsdiq edilmişdir.

 

Proqram Bakı Dövlət Universitetinin "Bey­nəlxalq hüquq və beynəlxalq mü­na­si­bət­lər" fakültəsinin "Beynəlxalq xüsusi hü­quq və Avropa hüququ"  kafedrasında ha­zır­lanmışdır.

 

Tərtib edənlər: Əliyev Əmir İbrahim oğ­lu, BDU "Beynəlxalq münasibətlər və bey­nəlxalq hüquq" fakültəsinin elmi  işlər üz­rə dekan müavini, hüquq elmləri dok­to­ru, dosent;

Əliyev Etibar Əli oğlu, BDU "Bey­nəl­xalq xüsusi hüquq və Avropa hüququ" ka­fed­rasının müəllimi, hüquq elmləri na­mi­zə­di;

Əliyeva Fatimə Etibar qızı, BDU "Bey­nəlxalq xüsusi hüquq və Avropa hü­qu­qu" kafedrasının baş laborantı, hü­quq­şü­nas.

Elmi redaktor: Məmmədov Rüstəm Fəx­rəddin oğlu, BDU "Beynəlxalq ümu­mi hüquq" kafedrasının müdiri, hüquq elm­ləri doktoru, dosent.

Rəyçilər: Quliyev İ.O., Milli Aviasiya Aka­demiyasının "Hüquqşünaslıq" ka­fed­ra­sı­nın müdiri, hüquq elmləri doktoru, pro­fes­sor;

Hüseynov L.H., AR MM Aparatının Döv­lət quruculuğu üzrə qanunvericilik şö­bə­sinin müdiri, hüquq elmləri doktoru, pro­fessor;

İmanov R.C., Azərbaycan Dövlət Də­niz Akademiyası "Humanitar fənlər" ka­fed­rasının müdiri, tarix elmləri namizədi, do­sent.

 

«Beynəlxalq nəqliyyat hüququ» fənninin məzmununa dair

izahat vərəqi

 

"Beynəlxalq nəqliyyat hüququ" Bakı Döv­lət Universitetində tədris edilən fən­lər­dən biridir. Fənn kursunun tədrisinə 40 saat (26 saat mühazirə, 14 saat seminar məş­ğələ) ayrılmışdır və proqram özündə 12 mövzunu əks etdirir.

Fənnin tədris edilməsində məqsəd bey­nəlxalq nəqliyyat hüququ elmi, onun an­layışı, predmeti, prinsipləri, metod və sis­temi, mənbələri, nəqliyyat-hüquq mü­na­sibətləri və onların subyektləri, bey­nəl­xalq nəqliyyat daşımaları zamanı mə­su­liy­yət, sığorta və nəqliyyat təh­lü­kə­siz­li­yi­nin təmin olunması, habelə beynəlxalq nəq­liyyat konvensiya və sazişlərinin, milli (döv­lətdaxili) nəqliyyat qanunvericilik akt­larının müddəaları barədə müvafiq bi­lik­lərin tələbələrə öyrədilməsindən və bu sa­hədə yüksək ixtisaslı mütəxəssislərin ha­zırlanmasından ibarətdir. Fənnin öy­rə­dil­məsi prosesində həmçinin proqramda töv­siyə olunan elmi ədəbiyyat və mən­bə­lə­rin tələbələr tərəfindən dərindən mə­nim­sənilməsi nəzərdə tutulur.

Beynəlxalq yük, sərnişin və baqaj da­şı­ma qaydaları, neyt, qaz və digər məh­sul­la­rın boru kəməri nəqliyyatı vasitəsilə nəql edilməsi zamanı yaranan nəqliyyat-da­şıma münasibətləri məhz beynəlxalq nəq­liyyat hüquqi ilə tənzimlənir.

Müxtəlif növ nəqliyyat vasitələri ilə bey­­nəlxalq yük, sərnişin və baqaj da­şın­ma­sı, həmçinin beynəlxalq nəqliyyat pro­se­si iştirakçıları (daşıyıcılar, yük­gön­də­rən­lər, yükalanlar, sərnişinlər, sığortaçılar və b.) arasındakı qarşılıqlı münasibətlər sa­hə­sin­də dövlətlərin münasibətlərini tən­zim­lə­yən müqavilə və hüquqi adət nor­ma­la­rı­nın məcmusu beynəlxalq nəqliyyat hü­qu­qu­dur. Beynəlxalq nəqliyyat hüququ ümu­mi və xüsusi hissələrə malik deyil, lakin nəq­liyyat-hüquq münasibətlərinin tən­zim­lən­məsində həm beynəlxalq hüququn, həm də beynəlxalq xüsusi hüququn nor­ma, prinsip və strukturundan istifadə edir. Mə­sələn, beynəlxalq nəqliyyat da­şı­ma­la­rı­nın təşkili, beynəlxalq nəqliyyat xi­d­mət­lə­ri bazarına çıxış, beynəlxalq nəqliyyat dəh­lizlərindən və kommunikasiyalarından is­tifadə olunması üzrə dövlətlərarası mü­na­sibətlərin tənzimlənməsində beynəlxalq hü­ququn, beynəlxalq daşımalar zamanı nəq­liyyat prosesi iştirakçıları (daşıyıcılar, müş­tərilər və s.) arasında münasibətlərin ni­zamlanmasında isə beynəlxalq xüsusi hü­ququn norma və müddəalarından is­ti­fa­də olunur. Bu baxımdan beynəlxalq hü­quq, beynəlxalq xüsusi hüquq və digər hü­quq fənləri ilə yanaşı beynəlxalq nəq­liy­yat hüququnu dərindən öyrənmədən ka­mil və hərtərəfli hüquqşünas kimi ye­tiş­mək qeyri-mümkündür.

Beynəlxalq nəqliyyat hüququnu də­rin­dən mənimsəməklə dünyada baş verən qlo­ballaşma, iqtisadi inteqrasiya və bazar iq­tisadiyyatı şəraitində beynəlxalq nəq­liy­yat daşımaları ilə bağlı meydana çıxan çox­saylı problemləri həll etmək olar. Eyni za­manda, müasir dövrdə beynəlxalq nəq­liy­yat daşıma prosesi iştirakçılarının hü­quq və vəzifələrinin həyata keçirilməsini tə­min edən qaydaların ümumi nor­ma­la­rı­nın müəyyən edilməsi və bu normaları bil­mək bu sferada çalışan hər bir hü­quq­şü­nas, təcrübi işçi və mütəxəssislər üçün ol­duqca vacibdir.

MÖVZU 1. Beynəlxalq nəqliyyat hü­qu­qu anlayışı, predmeti, me­tod, prinsip və mən­bə­ləri, onun hüquq sis­te­min­də mövqeyi.

 

Beynəlxalq nəqliyyat hüququ anlayışı, onun predmeti, məqsəd və vəzifələri. Müa­sir dövrdə dövlətlərarası münasibətlər xa­rici iqtisadi-ticarət əlaqələrinin ge­niş­lən­məsi ilə səciyyələnir. Beynəlxalq nəq­liy­yat beynəlxalq əmək bölgüsü əsasında döv­lətlər arasında yaranmış əlaqələrin tə­min edilməsində mühüm rol oynayır. Yük, sərnişin və baqaj daşınmasında əmə­lə gələn münasibətlər hüquqi tən­zim­lən­mə­ni tələb edir. Beynəlxalq nəqliyyat hü­qu­qu dedikdə müxtəlif nəqliyyat növləri ilə beynəlxalq yük, sərnişin və baqaj da­şın­ması sahəsində dövlətlər arasında əmə­lə gələn münasibətləri, həmçinin bey­nəl­xalq nəqliyyat prosesi iştirakçıları (da­şı­yı­cı, yükgöndərən, yükalan, sərnişin və b.) ara­sında qarşılıqlı münasibətləri tən­zim­lə­yən müqavilə və adi hüquq normalarının məc­musu başa düşülür.

Beynəlxalq nəqliyyat hüququnun əsas ele­menti, əmələ gəlmə əlaməti yük və sər­nişinlərin beynəlxalq daşınması, nəql olun­masıdır. Beynəlxalq nəqliyyat hü­qu­qu­nun predmeti dedikdə onun nizama sal­dı­ğı nəqliyyat -hüquq münasibətləri başa dü­şülür. Belə münasibətlərin tən­zim­lən­mə­sində tətbiq edilən hüquqi forma və me­xanizmlər beynəlxalq nəqliyyat hü­qu­qu­nun metodudur.

Beynəlxalq nəqliyyat hüququnun prin­sip­ləri: ümumi prinsiplər (beynəlxalq nəq­liy­yat münasibətlərində dövlətlərin su­ve­ren bərabərliyi, dövlətlərin qarşılıqlı əmək­daşlıq prinsipi, dövlətlərin öz üzə­ri­nə götürdükləri öhdəliklərin vicdanla ye­ri­nə yetirilməsi prinsipi və s.), xüsusi prin­siplər (beynəlxalq nəqliyyat da­şı­ma­la­rın­da nəqliyyat təhlükəsizliyinin təmin olun­ması, nəqliyyat standartlaşdırılması və s.).

Beynəlxalq nəqliyyat hüququnun məz­mu­nu və tərkib hissələri: beynəlxalq də­mir yolu hüququ, beynəlxalq dəniz hü­qu­qu, beynəlxalq hava hüququ, beynəlxalq av­tomobil hüququ, beynəlxalq su (çay) hü­ququ, beynəlxalq boru kəməri hüququ və müəyyən hissədə milli (dövlətdaxili) nəq­liyyat hüququ.

Beynəlxalq nəqliyyat hüququnun mən­bə­ləri: beynəlxalq müqavilələr (kon­ven­si­ya, saziş, razılaşma və s.), milli qa­nun­ve­ri­cilik aktları (qanun, məcəllə, nizamnamə və s.) və digərləri.

Beynəlxalq daşımalar anlayışı, xü­su­siy­yət­ləri və növləri. Beynəlxalq nəqliyyat da­şımaları dedikdə beynəlxalq mü­qa­vi­lə­lər­lə müəyyən edilmiş şərtlərə uyğun ola­raq, iki və ya bir neçə dövlətin ərazisində hə­yata keçirilən daşımalar başa düşülür.

Beynəlxalq nəqliyyat daşımalarının Azər­­baycan Respublikasının sosial-iq­ti­sa­di durumuna və onun inkişafına təsiri.

Beynəlxalq nəqliyyat hüququnun nor­ma­ları: iştirakçıların dairəsinə görə - uni­ver­sal və partikulyar, hüquqi tənzimetmə üsu­luna görə – dispozitiv və imperativ. Bey­nəlxalq nəqliyyat-hüquq mü­na­si­bət­lə­ri­nin tənzimlənməsində kollizion nor­ma­la­rın rolu.

Beynəlxalq nəqliyyat hüququnun hüquq sis­temində tutduğu yer. Beynəlxalq nəq­liy­yat hüququ beynəlxalq ümumi hüququn və beynəlxalq xüsusi hüququn kompleks sa­həsi kimi - kompleks hüquq institutudur.

 

MÖVZU 2. Beynəlxalq daşıma mü­qa­vi­ləsi

 

Beynəlxalq daşıma müqaviləsi anlayışı və onun hüquqi xüsusiyyətləri. Bey­nəl­xalq daşıma prosesinin və nəqliyyat əmə­liy­yatlarının əsas məqsədi yük və sər­ni­şin­ləri müəyyən bir yerdən başqa yerə (tə­yinat yerinə) çatdırmaqdan ibarətdir. Bu məqsədə məhz beynəlxalq daşıma mü­qa­viləsi çərçivəsində nail olunur.

Beynəlxalq daşıma müqaviləsi bey­nəl­xalq nəqliyyat hüququnun əsas institutu ki­mi. Beynəlxalq daşıma müqaviləsini da­xi­li daşıma müqaviləsindən fərqləndirən əsas xüsusiyyət – onun xarici elementə ma­lik olması.

Beynəlxalq daşıma müqaviləsinin növ­lə­ri: beynəlxalq yük daşınması mü­qa­vi­lə­si, beynəlxalq sərnişin daşınması mü­qa­vi­lə­si, beynəlxalq baqaj daşınması mü­qa­vi­lə­si.

Beynəlxalq yük daşınması müqaviləsi an­layışı, onun elementləri, hüquqi təbiəti və predmeti. Beynəlxalq yük daşınması mü­qaviləsinə görə, daşıyıcı yükgöndərən tə­rəfindən ona tapşırılan yükü xaricdə olan təyinat yerinə çatdırmağı və yükü al­ma­ğa səlahiyyəti olan şəxsə (yükalana) ver­məyi, yükgöndərən isə yükün da­şın­ma­sı üçün müəyyən edilmiş haqqı ödə­mə­yi öhdəsinə götürür. Öz hüquqi təbiətinə gö­rə beynəlxalq yük daşınması müqaviləsi əvəz­li, ikitərəfli və real müqavilədir.

Beynəlxalq yük daşınması mü­qa­vi­lə­sin­də tərəflər, müqavilənin subyektləri, for­ma­sı və yerinə yetirdiyi funksiyalar. Bey­nəl­xalq yük daşıma sənədləri: qaimə, ko­no­soment, çarter.

Beynəlxalq sərnişin daşınması mü­qa­vi­lə­si anlayışı, onun elementləri, əsas xü­su­siy­yətləri, subyekt tərkibi və forması. Bey­nəlxalq sərnişin daşınması müqaviləsi tə­rəf­lərdən biri xarici şəxs olan və döv­lət­lər arasında həyata keçirilən sərnişin da­şın­masını rəsmiləşdirən elə bir mü­qa­vi­lə­dir ki, bu müqaviləyə görə, daşıyıcı sər­ni­şi­ni təyinat yerinə çatdırmağı, sərnişin isə müəy­yən olunmuş minik haqqını ödəməyi öh­dəsinə götürür. Beynəlxalq sərnişin da­şın­ması müqaviləsi öz hüquqi təbiətinə gö­rə konsensual, əvəzli və ikitərəfli mü­qa­vilədir.

Sərnişin bileti beynəlxalq sərnişin da­şı­ma­larını rəsmiləşdirən əsas nəqliyyat sə­nə­didir. Biletin sübutedici funksiyası. Sər­ni­şin biletinin növləri: adlı sərnişin bileti, ad­sız sərnişin bileti. Sərnişin bileti, adə­tən, fərdi qaydada verilir. Bununla belə, sər­nişinlərə kollektiv bilet də verilə bilər. Tu­rist daşımaları zamanı, bir qayda ola­raq, kollektiv sərnişin biletlərindən is­ti­fa­də olunur.

Beynəlxalq baqaj daşınması müqaviləsi an­layışı, onun elementləri, hüquqi xa­rak­te­ri və rəsmiləşdirilmə forması. Bey­nəl­xalq baqaj daşınması müqaviləsinə görə, da­şıyıcı sərnişinin ona verdiyi baqajı tə­yi­nat yerinə çatdırmağı və baqajı almağa sə­la­hiyyəti olan şəxsə verməyi, sərnişin isə ba­qajın daşınma haqqını ödəməyi öh­də­si­nə götürür. Beynəlxalq baqaj daşınması mü­qaviləsi öz hüquqi xarakterinə görə re­al, ikitərəfli və əvəzli müqavilədir.

Beynəlxalq baqaj daşınması müqaviləsi sər­nişin daşınması müqaviləsinə görə və ona münasibətdə əlavə (aksessor), habelə ası­lı və törəmə müqavilə hesab edilir.

Baqaj qəbzi beynəlxalq baqaj daşınması mü­qaviləsinin mövcudluğunu və bağ­la­n­ma faktını təsdiqləyən sənəd kimi mü­qa­vi­lənin sadə yazılı formasını ifadə edir. Bun­dan əlavə, baqaj qəbzi sübutedici funk­siyanı da yerinə yetirir.

 

MÖVZU 3. Beynəlxalq dəmir yolu da­şımaları.

 

Beynəlxalq dəmir yolu ilə daşıma an­la­yı­şı, onun təşkili və xüsusiyyətləri. Dəmir yo­lu ilə beynəlxalq daşıma dedikdə döv­lət­lərarası (beynəlxalq) saziş əsasında iki və daha çox dövlətlər arasında həyata ke­çi­rilən dəmir yolu daşınması başa düşülür.

Beynəlxalq dəmir yolu daşımalarının növ­­ləri. Nəqliyyat əməliyyatının ob­yek­ti­nə görə: yük daşıma, sərnişin daşıma, ba­qaj daşıma, yük baqajı (mal maqajı) da­şı­ma. Qonşu xarici dövlətlərin ərazisində ba­şa çatmasına görə: qonşu daşıma, tranzit da­şıma. Daşımanın bir və ya bir neçə nəq­liy­yat (daşıma) sənədi ilə həyata ke­çi­ril­mə­sinə görə: birbaşa daşıma, birbaşa ol­ma­yan daşıma. Sərhəd dəmir yolu stan­si­ya­sında yükün verilmə qaydasına görə: yük­ləməklə daşıma, yükvurmasız daşıma. Bey­nəlxalq dəmir yolu daşımalarının xü­su­si növü – yenidən göndərməklə yük da­şı­ma.

Beynəlxalq dəmir yolu daşımaları sa­hə­sin­də beynəlxalq çoxtərəfli müqavilələr. Bern Konvensiyası beynəlxalq dəmir yolu da­şımaları barədə çoxtərəfli universal sa­ziş kimi. KOTİF Sazişi (1990-cı il). KOTİF-ə "A" əlavəsi – dəmir yolu ilə bey­nəlxalq sərnişin daşıma şərtlərini, "B" əla­vəsi isə beynəlxalq dəmir yolu ilə yük da­şımalarının şərtlərini müəyyən edir. KOTİF Qərbi, Mərkəzi və Cənubi Avropa öl­kələrində beynəlxalq dəmir yolu ilə da­şı­ma müqaviləsini tənzimləyir. Dəmir yo­lu ilə beynəlxalq yük daşımaları haqqında Sa­ziş (1950-ci il). Bu Saziş Azərbaycan Res­publikasında, habelə MDB ölkələrində də­mir yolu ilə beynəlxalq yük da­şı­ma­la­rı­nı tənzimləyən əsas beynəlxalq hüquqi akt­dır. Sazişin tənzim etdiyi məsələlər: yük daşıma şərtləri, daşıma haqqı (ödəniş) üz­rə münasibətlər, daşıma sənədinin for­ma­sı və onun tərtib edilmə qaydası, da­şı­yı­cının (dəmir yolunun) məsuliyyəti və s. Də­mir yolu ilə beynəlxalq sərnişin və ba­qaj daşınması və onun şərtləri.

Beynəlxalq dəmir yolu daşımalarının təş­kilinə aid sazişlər. Bu sazişlər öz qu­ru­lu­şuna və məzmununa görə müxtəlif qrup­lara bölünür: sərhəd dəmir yolu da-şı­ma­sına aid olan sazişlər, xidməti tə­li­mat­lar, vaqonlardan və digər daşıma vasitə-lə­rindən qarlışıqlı istifadə barədə sazişlər, qar­şılıqlı hesablaşmalar barədə sazişlər.

MDB və Yaxın Şərq ölkələrində dəmir yo­lu nəqliyyatı ilə beynəlxalq daşımaların hü­quqi tənzimlənməsi. Avropa Birliyi re­gi­onunda beynəlxalq dəmir yolu da­şı­ma­la­rı­nın xüsusiyyətləri.

Beynəlxalq dəmir yolu daşımaları sa­hə­sin­də beynəlxalq təşkilatlar və onların fəa­liyyətinin əsas istiqamətləri. Bey­nəl­xalq dəmir yolu daşımalarının inkişafında aşa­ğıda göstərilən xüsusiləşdirilmiş təş­ki­lat­ların mühüm rolu vardır: Dəmir Yolu Kon­qreslərinin Beynəlxalq Assosiasiyası (1884-cü il), Sərnişin və baqaj vaqonları üz­rə Beynəlxalq İttifaq (1889-cu il), Bey­nəl­xalq Dəmir Yolu Nəqliyyatı Komitəsi (1902-ci il), Beynəlxalq Dəmir Yolu İt­ti­fa­qı (1922-ci il), Avropa Dəmir Yolu Da­şı­maları İttifaqı (1953-cü il), Sərnişin ta­rif­ləri üzrə Avropa Konfransı (1975-ci il) və b.

Beynəlxalq dəmir yolu daşımaları haq­qın­da müqavilə. Müqavilənin şərtləri və məz­munu. Müqavilə üzrə tərəflərin hü­quq və vəzifələri, mülki-hüquqi mə­su­liy­yət, pretenziya və iddialar.

Azərbaycan Respublikasının beynəlxalq də­mir yolu daşımaları sahəsində müqavilə prak­tikası, normativ hüquqi aktları və on­la­rın beynəlxalq nəqliyyat hüququnun in­ki­şafında rolu.

 

MÖVZU 4. Beynəlxalq dəniz da­şı­ma­la­rı.

 

Beynəlxalq dəniz daşımaları anlayışı, onun xüsusiyyətləri və təşkilati-hüquqi for­ması. Beynəlxalq dəniz daşımalarının növ­ləri: tramp gəmiçiliyi, xətt gəmiçiliyi. Tramp gəmiçiliyi qeyri-müntəzəm da­şı­ma­ları həyata keçirir və ona çox vaxt qey­ri-müntəzəm gəmiçilik deyilir. Xətt gə­mi­çi­liyi isə, bir qayda olaraq, müntəzəm da­şı­maları həyata keçirir və buna görə də də­niz gəmiçiliyinin bu formasına mün­tə­zəm gəmiçilik də deyilir.

Beynəlxalq dəniz daşımaları sahəsində bey­nəlxalq çoxtərəfli müqavilələr. Bey­nəl­xalq nəqliyyat konvensiyaları (sa­ziş­lə­ri) beynəlxalq dəniz daşımalarını hüquqi tən­zimetmənin əsas növlərindən biridir. "Də­niz hüququ barədə" 1982-ci il BMT Kon­vensiyası dəniz hüququ sahəsində ən mü­hüm konvensiyalardan biri hesab olu­nur.

Ticarət gəmiçiliyinin, əsasən, üç sa­hə­si­nə aid olan beynəlxalq sazişlər daha əhə­miyyətlidir: beynəlxalq dəniz da­şı­ma­la­rının təşkilinə aid olan sazişlər, dəniz gə­miçiliyinin təhlükəsizliyinə aid olan sa­ziş­lər, gəmi sahiblərinin məsuliyyətini tən­zimləyən sazişlər.

Dəniz adətləri: beynəlxalq-hüquqi adət­lər, milli dəniz adətləri. Ümumi qəzalığın bö­lüşdürülməsi. 1974-cü il York-An­tver­pen qaydaları.

Dəniz daşımaları sahəsində beynəlxalq təş­kilatlar və onların əsas fəaliyyət is­ti­qa­mət­ləri. Dəniz daşımaları sahəsində bey­nəl­xalq hüquq normalarının for­ma­laş­ma­sın­da aşağıdakı təşkilatlar mühüm rol oy­na­yır: Beynəlxalq Dəniz Sığorta İttifaqı (1874-cü il), Beynəlxalq Dəniz Komitəsi (1897-ci il), Baltik və Beynəlxalq Dəniz Ko­mitəsi (1905-ci il), Beynəlxalq Gə­mi­çi­lik Palatası (1948-ci il), Beynəlxalq Də­niz Təşkilatı (1958-ci il), Beynəlxalq Gə­mi Sahibləri Assosiasiyası (1970-ci il), Bey­nəlxalq Dəniz Sputnik Əlaqələri Təş­ki­latıİNMARSAT (1976-cı il), Gə­mi­çi­lik üzrə Komitə – YUNKTAD (1965-ci il) və b.

Beynəlxalq dəniz çarter daşımalarının hü­quqi tənzimlənməsi. Çarter anlayışı və onun əhəmiyyəti. Çarterin növləri. Çarter fraxt­etmə müqaviləsi kimi. Standart çarter for­maları. Çarterin məzmunu.

Beynəlxalq gəmiçilikdə konosament da­şımalarının hüquqi tənzimlənməsi. 1924-cü il Brüssel Konvensiyasının əsas cə­hətləri, 1968-ci il Brüssel Protokolu, Də­nizlə yük daşınması haqqında BMT Kon­vensiyası (Hamburq qaydaları). Ko­no­sa­mentin hüquqi təbiəti və məzmunu. Ko­no­samentin növləri və proformaları. Ko­no­sament proformalarına qeyd-şərtlərin da­xil edilməsi.

Beynəlxalq xətt daşımalarının təşkili və şərt­ləri. Xətt konfransları xətt da­şı­ma­la­rı­nın həyata keçirilməsinin əsas təşkilati for­ması kimi. Xətt konfranslarının Dav­ra­nış Məcəlləsi (1974-cü il). Məcəllə BMT çər­çivəsində bağlanan mühüm beynəlxalq sa­zişdir.

Dənizlə beynəlxalq sərnişin da­şın­ma­sı­nın hüquqi tənzimlənməsi və xü­su­siy­yət­lə­ri. 1961-ci il Brüssel Konvensiyası, 1967-ci il Brüssel Konvensiyası, 1974-cü il Afina Konvensiyası.

Beynəlxalq dəniz daşıma müqavilələri üz­rə tərəflərin hüquq və vəzifələri, mə­su­liy­yətin əsasları və həddi.

Azərbaycan Respublikasının Ticarət Gə­miçiliyi Məcəlləsi. Azərbaycan Res­pub­likasının Dövlət Dəniz Ad­mi­nis­tra­si­ya­sı. Beynəlxalq dəniz daşımaları sa­hə­sin­də Azərbaycan Respublikasının müqavilə təc­rübəsi, milli (daxili) dəniz hüququnun bey­nəlxalq nəqliyyat hüququnun in­ki­şa­fın­da rolu.

 

MÖVZU 5. Beynəlxalq hava da­şı­ma­la­rı.

 

Beynəlxalq hava daşımaları anlayışı və onun növləri. Beynəlxalq hava daşımaları de­dikdə elə daşımalar başa düşülür ki, hə­min daşımalar zamanı, heç olmasa, yerə en­mə məntəqələrindən biri başqa dövlətin əra­zisində olsun. Müntəzəm daşımalar, qey­ri-müntəzəm daşımalar və kabotaj da­şı­maları. Beynəlxalq hava nəqliyyatı və da­şımaların təşkili.

Beynəlxalq hava daşımaları sahəsində bey­nəlxalq çoxtərəfli müqavilələr. Bey­nəl­xalq hava daşımalarının təşkilində "Bey­nəlxalq mülki aviasiya haqqında" 1944-cü il Çikaqo Konvensiyasının rolu və əhə­miyyəti.

Aviaşirkətlərin kommersiya hüquqları. "Ha­va azadlıqları": başqa dövlətin ərazisi üzə­rindən yerə enmədən uçub keçmək hü­ququ, xarici dövlətin ərizəsində qeyri-kom­mersiya məqsədləri üçün yerə enmək hü­ququ, öz ölkəsində hava gəmisinə gö­tür­düyü yükü başqa dövlətin ərazisində bo­şaltmaq hüququ, öz ölkəsinin ərizəsinə gön­dərilən yükü başqa dövlətin ərazisində ha­va gəmisinə götürmək hüququ, is­tə­ni­lən üçüncü ölkəyə ünvanlanan yükü hava gə­misinə götürmək və belə üçüncü öl­kə­lər­dən göndərilən yükü boşaltmaq hü­qu­qu. İki əlavə "hava azadlığı".

Hava nəqliyyatı sahəsində beynəlxalq təş­kilatlar: Beynəlxalq Mülki Avia-siya Təş­kilatı (1944-cü il), Beynəlxalq Hava Nəq­liyyatı Assosiasiyası (1945-ci il), Av­ro­pa Mülki Aviasiya Konfransı (1954-cü il), Avropa Hava Naviqasiya Təhlükə-siz­li­yi Təşkilatı – Avronəzarət (1960-cı il), Bey­­nəlxalq Mülki Aeroportlar Asso-si­a­si­ya­sı (1962-ci il), Beynəlxalq Hava Da­şı­ma­ları Assosiasiyası (1971-ci il) və b.

Beynəlxalq hava daşımalarının hüquqi tən­zimlənməsi. Tənzimlənmə sistemi – "Var­şava sistemi". "Beynəlxalq hava da­şı­ma­larına aid bəzi qaydaların unifikasiyası üçün" Konvensiya - 1929-cu il Varşava Kon­vensiyası və onun tətbiq sferası. 1929-cu il Varşava Konvensiyasını ta­mam­layan Əlavə Protokollar:  1955-ci il Haa­qa Protokolu, 1966-cı il Monreal Sa­zi­şi, 1971-ci il Qvatemala Protokolu, 4 nöm­rəli Monreal Protokolu. 1999-cu il Mon­real Konvensiyası.

Beynəlxalq hava daşımaları haqqında qay­dalar. İATA-nın beynəlxalq daşıma şərt­ləri. Hava gəmilərinin fraxt edilməsi və çarter aviadaşımaları. Hava çarter mü­qa­viləsi və onun hüquqi təbiəti. Avia­çar­ter müqaviləsinə görə, bir tərəf (kirayəyə ve­rən) sərnişin, yük, baqaj daşınması və ya digər məqsədlər üçün hava gəmisinin tu­tumunu haqqı ödənilməklə, tamamilə və ya qismən bir və ya bir neçə reys üçün di­gər tərəfə (kirayəçiyə) verməyi öhdəsinə gö­türür. "Müqavilə üzrə daşıyıcı olmayan şəxs­lərin həyata keçirdikləri beynəlxalq ha­va daşımalarına aid bəzi qaydaların in­fi­kasiyası üçün Varşava Konvensiyasına" Əla­və Konvensiya - Qvadalaxara Kon­ven­si­ya­sı (1961-ci il). Faktiki daşıyıcı an­la­yışı. Faktiki daşıyıcı dedikdə müqavilə üz­rə daşıyıcı olmayan, lakin daşımanı həyata ke­çirməyə hüququ olan şəxs başa düşülür.

Beynəlxalq hava daşımaları haqqında mü­qavilə üzrə tərəflərin hüquqları, və­zi­fə­ləri və məsuliyyəti. Pretenziya və id­dia­lar.

Azərbaycan Respublikasının beynəlxalq ha­va daşımaları sahəsində qanunvericiliyi və müqavilə praktikası. "Aviasiya haq­qın­da" Azərbaycan Respublikasının Qanunu. Azər­baycan Respublikasının Dövlət Mülki Avi­asiya Administrasiyası. Milli (daxili) ha­va hüququnun beynəlxalq nəqliyyat hü­qu­qunun inkişafında rolu və əhəmiyyəti.

 

MÖVZU 6. Beynəlxalq avtomobil da­şı­maları.

 

Beynəlxalq avtomobil daşımaları an­la­yı­şı. Beynəlxalq avtomobil daşımaları hə­ya­ta keçirilən zaman avtonəqliyyat va­si­tə­lə­ri dövlət sərhədlərini keçərək başqa döv­lətin avtomobil yolları ilə hərəkət edir. Daşımaların təşkili, xüsusiyyətləri və növ­ləri. Müntəzəm daşımalar və qeyri-mün­təzəm daşımalar. "Məkik daşımalar" – xü­susi xarakterli beynəlxalq daşımadır.

Beynəlxalq avtomobil daşımalarının hü­qu­qi tənzimlənməsi. Beynəlxalq av­to­da­şı­ma­lar sahəsində əsas beynəlxalq çox­tə­rəf­li müqavilələr. Beynəlxalq yük daşınması mü­qaviləsi (BYDM) haqqında Kon­ven­si­ya (1956-cı il). Konvensiyanın əsas cə­hət­lə­ri və tətbiq sahəsi. Beynəlxalq yük da­şın­ması müqaviləsinin elementləri və mü­qa­vilənin məzmunu.

Avtomobil nəqliyyatı ilə beynəlxalq yük­daşıma sahəsində Gömrük Konven-si­ya­sı (1959-cu il). Konvensiyanın predmeti və əsas xüsusiyyətləri. BYD kitabçası və onun tətbiq qaydaları.

Beynəlxalq avtomobil daşımaları sa­hə­sin­də digər çoxtərəfli sazişlər: vergi pro­se­dur və qaydalarını tənzimləyən bey­nəl­xalq sazişlər [Beynəlxalq yük daşınması üçün istifadə olunan avtomobil nəqliyyat va­sitələrinə görə vergi ödənilməsi haq­qın­da Konvensiya (1956-cı il) və b.], yol hə­rə­kətinin təşkilinə aid olan beynəlxalq sa­ziş­lər [Yol hərəkəti haqqında Konvensiya (1968-cı il), Yol nişanları və işarələri haq­qın­da Protokol (1949-cu il) və b.], bəzi spe­sifik kateqoriyalı yüklərin daşınmasına aid olan beynəlxalq sazişlər [Təhlükəli yük­lərin quru yollar ilə beynəlxalq da­şı­ma­ları haqqında Avropa Sazişi (1975-ci il) və b.], sürücülərin iş və istirahət rejimini mü­əyyən edən beynəlxalq sazişlər [Bey­nəl­xalq avtomobil daşımalarını həyata ke­çi­rən nəqliyyat vasitələri heyətinin işinə aid Avropa Sazişi (1970-ci il) və b.].

Beynəlxalq avtomobil daşımaları sa­hə­sin­də ikitərəfli hökumətlərarası sazişlər. İca­zə sistemi və onun xüsusiyyətləri.

Beynəlxalq avtomobil daşımaları sa­hə­sin­də beynəlxalq təşkilatlar: Beynəlxalq Av­tomobil Nəqliyyatı İttifaqı (1948-ci il), Bey­nəlxalq Avtonəqliyyat Federasiyası (1948-ci il), Uzaq Reys Yük Av­to­mo­bil­lə­ri Sürücülərinin Beynəlxalq İttifaqı (1957-ci il), BMT AİK Daxili Nəqliyyat Ko­mi­tə­si, AİBNK, Beynəlxalq Ekspeditor As­so­siasiyaları Federasiyası (1926-cı il), Bey­nəlxalq Yol Polis və Nəqliyyat Təş­ki­la­tı və b. Beynəlxalq avtomobil nəq­liy­ya­tı­nın inkişafında  BANİ-nin rolu və fəa­liy­yət istiqamətləri.

Avtomobil nəqliyyatı ilə beynəlxalq sər­nişin daşımaları. Bu sahənin tən­zim­lən­məsi üçün xüsusi qəbul edilmiş sa­ziş­lər: "Beynəlxalq avtomobil sərnişin və ba­qaj daşımaları müqaviləsi haqqında" Kon­ven­siya (1973-cü il), "Sərnişinlərin və ba­qa­jın beynəlxalq avtomobil daşımaları haq­qında" Bişkek Konvensiyası (1997-ci il).

Beynəlxalq avtomobil daşımaları haq­qın­da müqavilə üzrə tərəflərin hüquq və və­zifələri, məsuliyyətin əsasları və həd­lə­ri. Üçüncü şəxslərə zərər vurulması ilə bağ­lı təminat. Pretenziya və iddialar.

Beynəlxalq avtomobil daşımalarına dair Azər­baycan Respublikasının qa­nun­ve­ri­ci­li­yi və müqavilə praktikası. "Avtomobil nəq­liyyatı haqqında" Azər-baycan Res­pub­likasının Qanunu. Azərbaycan Bey­nəl­xalq Avtomobil Daşıyıcıları Assosiasiyası. Mil­li (dövlətdaxili) avtomobil hüququnun bey­nəlxalq nəqliyyat hüququnun in­ki­şa­fı­na təsiri.

MÖVZU 7. Beynəlxalq su (çay) da­şı­ma­ları.

 

Beynəlxalq su (çay) daşımaları anlayışı, onun xüsusiyyətləri, rolu və əhəmiyyəti.

Beynəlxalq su (çay) nəqliyyatının spe­si­fik cəhətləri. Beynəlxalq çaylar və su yol­ları. Açıq çaylar. Beynəlxalq çaylar də­niz­lə bağlı olan elə çaylardır ki, onlar iki və ya daha çox dövlətin ərazisindən axıb ke­çir və ya onların ərazisini bölür. Belə çay­lar çayətrafı dövlətlərin ticarət gə­mi­lə­ri­nin naviqasiyası üçün açıq olur. Onlar di­gər dövlətlərin ticarət gəmilərinin na­vi­qa­siyası üçün də açıq olduqda belə çaylara açıq çaylar deyilir.

Su (çay) nəqliyyatı ilə beynəlxalq xa­ri­ci ticarət daşımalarının növləri: ixrac da­şı­ma­sı, idxal daşıması, tranzit daşıma, xarici frak­tedənlərin yüklərinin daşınması.

Su (çay) nəqliyyatı ilə beynəlxalq da­şı­ma­ların hüquqi tənzimlənməsi.  Bu sa­hə­də beynəlxalq çoxtərəfli müqavilələr. Reyn üzrə gəmiçilik haqqında Konvensiya (1868-ci il), Dunayda gəmiçiliyin rejimi haq­qında Konvensiya (1948-ci il).

Daxili su (çay) nəqliyyat hüquq sis­te­min­də əsas hüquq institutları: daxili su (çay) yollarının hüquqi rejimi, gəminin hü­quqi statusu, gəminin təhlükəsizliyi, gə­milərin toqquşmasından dəyən zərərin ödə­nilməsi, batmış əmlakın hüquqi rejimi, su (çay) limanlarının hüquqi rejimi, gə­mi­lə­rin icarəsi, gəmi heyətinin hüquqi və­ziy­yəti, yük daşımalarının normativ hü­qu­qi tənzimlənməsi, sərnişin daşımalarının, ba­qaj və poçt göndərişlərinin hüquqi tən­zim­lənməsi, gəmilərin və digər əmlakın xi­las edilməsi, ümumi qəza və b.

Beynəlxalq miqayasda həyata keçirilən su (çay) daşımaları beynəlxalq su (çay) hü­quqi ilə tənzimlənir. Beynəlxalq su (çay) hüququ dedikdə beynəlxalq çayların, göl­lərin, qeyri-dəniz kanallarının və digər bey­nəlxalq əhəmiyyətli daxili su yol­la­rı­nın istifadəsilə bağlı dövlətlər arasındakı mü­nasibətləri tənzimləyən hüquq nor­ma­la­rının məcmusu başa düşülür.

Su (çay) daşımaları sahəsində bey­nəl­xalq və regional təşkilatlar. Beynəlxalq su (çay) daşımalarının inkişafında onların ro­lu və əhəmiyyəti. Bu qəbildən olan təş­ki­lat­lar sırasında aşağıdakıları, xüsusilə, fərq­ləndirmək lazımdır:

– 1) sahənin ayrıca aspektləri ilə məş­ğul olan ümumi xarakterli beynəlxalq hö­ku­mətlərarası və qeyri-hökumət təş­ki­lat­la­rı [BMT və onun orqanları (EKOSOS və onun köməkçi orqanı - Təbii Ehtiyatlar üz­rə Komitə və s.); AİK və onun or­qan­la­rı – Su Ehtiyatları Problemləri üzrə Ko­mi­tə və s.];

– 2) konkret beynəlxalq çayların bü­töv­lük­də istifadəsi üzrə hökumətlərarası təş­ki­latlar. Bu təşkilatlar ikitərəfli və çox­tə­rəf­li əsasda yaradılmış və onlar məcmu şək­lində beynəlxalq su (çay) komissiyaları ad­lanır: məsələn, Seneral çayının istifadə edil­məsi üzrə dövlətlərarası Komitə, Du­nay Komissiyası, Reyn üzrə Mərkəzi Gə­mi­çilik Komissiyası, ABŞ və Qvatemala ara­sında sərhəd və su ehtiyatları mə­sə­lə­lə­ri üzrə Beynəlxalq Komissiya və s.

Beynəlxalq su (çay) nəqliyyatı ilə da­şı­ma müqavilələri. Müqavilə üzrə tərəflərin hü­quq və vəzifələri, məsuliyyət və onun əsas­ları.

Azərbaycan Respublikasında su (çay) nəq­liyyatı ölkənin nəqliyyat sisteminin tər­kib hissəsi kimi və onun inkişaf et­di­ril­mə­si perspektivləri.

 

MÖVZU 8. Beynəlxalq boru kəməri da­şımaları.

 

Beynəlxalq boru kəməri daşımaları an­la­yışı və xüsusiyyətləri. Boru kəməri nəq­liy­yatı nəqletmə prosesi əməliyyatlarının yük­sək mexanikləşdirmə və av­to­mat­laş­dır­ma dərəcəsi ilə xarakterizə olunur və bir sıra xüsusiyyətləri ilə digər nəqliyyat növ­lərindən fərqlənir: boru kəməri nəq­liy­yatında daşıma vasitələrindən istifadə olun­mur, iş rejimi iqlim şəraitindən asılı de­yildir, daşımanın idarəolunma rejimi sa­də və asandır, məhsulun (neft, qaz və neft məh­sullarının) nəql edilmə prosesi me­xa­nik­ləşdirilmiş və avtomatlaşdırılmış şə­kil­də həyata keçirilir, boru kəmərinin is­tis­ma­rı sadədir, nəqletmə və yükvurma-yük­bo­şaltma əməliyyətları vahid proses ha­lın­da birləşir və s.

Nəqliyyat sistemində boru kəməri nəq­liy­yatının tutduğu yer və onun əhə­miy­yə­ti. "Nəqliyyat haqqında" Azərbaycan Res­pub­likasının Qanununa (1999-cu il) mü­va­fiq olaraq, Azərbaycan Respublikasının əra­zisində yerləşən magistral boru kə­mər­lə­ri nəqliyyat anlayışının məna yükü al­tı­na düşür. Boru kəməri nəqliyyatının növ­lə­ri (neft kəməri, qaz kəməri) və hüquqi xa­rakteristikası. Boru kəməri nəqliyyatı ümu­mi istifadədə olan qeyri-universal, ma­gistral nəqliyyat növünə aiddir və bə­zən ona ixtisaslaşmış nəqliyyat da deyilir.

Beynəlxalq boru kəməri daşımalarının hü­quqi tənzimlənməsi. Beynəlxalq boru kə­məri nəqliyyatı infrastrukturunun əsa­sı­nı təşkil edən beynəlxalq hüquqi aktlar: Av­ropa Enerji Xartiyası (1991-ci il), Ener­ji Xartiyasına Müqavilə  (1994-cü il), Av­ro­pa-Qafqaz-Asiya dəhlizinin inkişafına dair beynəlxalq nəqliyyat haqqında Əsas Çox­tərəfli Saziş (1998-ci il), Döv­lət­lər­ara­sı neft və qaz nəqli sistemlərinin ya­ra­dıl­ması üçün təşkilati prinsiplərə dair Çər­çi­və Sazişi (1999-cu il), GUAM İttifaqı haq­qında Saziş (1997-ci il) və b.

Beynəlxalq boru kəməri daşımalarının hə­yata keçirilməsi qaydaları, bu sahədə əmək­daşlıq və tərəfdaşlığın prinsipləri.

Azərbaycan Respublikasının regional bo­ru kəməri daşımalarında iştirakı, mü­qa­vi­lə praktikası və onun inkişaf pers­pek­tiv­lə­ri: Boru kəmərləri magistralları ilə neft və neft məhsullarının tranziti sahəsində ra­zılaşdırılmış siyasətin aparılması haq­qın­da Saziş (1996-cı il), Xam neftin Azər­bay­can Respublikası, Gürcüstan və Tür­ki­yə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbi­lisi-Ceyhan Əsas İxrac Boru Kəməri va­sitəsi ilə nəql edilməsinə dair Azər­bay­can Respublikası, Gürcüstan və Türkiyə Cüm­huriyyəti arasında Saziş (1999-cu il), Tə­bii qazın Azərbaycan Respublikası və Gür­cüstan ərazilərində və bu ərazilərin hü­dudlarından kənarda Cənubi Qafqaz Bo­ru kəməri sistemi vasitəsi ilə tranziti, nəql edilməsi və satışına dair Azərbaycan Res­publikası və Gürcüstan arasında Saziş (2001-ci il), Azərbaycan Respublikası ilə Qa­zaxıstan Respublikası arasında neftin bey­nəlxalq bazarlara nəql olunmasında əmək­daşlıq haqqında Memorandum (1997-ci il), Azərbaycan Respublikası Hö­ku­məti və Yunanıstan Respublikası Hö­ku­mə­ti arasında təbii qaz və neft sahəsində əmək­daşlıq haqqında Memorandum (2007-ci il) və b. BTC və BTƏ boru kə­mər­ləri sistemi. "Əsrin müqaviləsi" ümum­milli lider Heydər Əliyevin şah əsə­ri­dir.

Beynəlxalq boru kəməri daşımalarının bey­nəlxalq nəqliyyat hüququnun for­ma­laş­masında rolu. Beynəlxalq boru kəməri nəq­liyyatı qloballaşma dövründə ölkələrin dün­ya iqtisadiyyatına inteqrasiya pro­se­si­nə və müasir beynəlxalq nəqliyyat-hüquq mü­nasibətlərinin davamlı və stabil in­ki­şa­fı­na mühüm təsir göstərir.

 

MÖVZU 9. Beynəlxalq qarışıq (in­ter­mo­dal) daşımalar.

 

Beynəlxalq qarışıq (intermodal) daşıma an­layışı, onun əsas xüsusiyyətləri, şərtləri və təşkili. Beynəlxalq qarışıq daşıma de­dik­də iki dövlət arasında həyata keçirilən, yük­göndərmə və təyinat yeri iki müxtəlif öl­kə ərazisində olan və vahid daşıma sə­nə­di əsasında operator tərəfindən bir neçə nəq­liyyat növünün iştirakı ilə yerinə ye­ti­ri­lən daşıma başa düşülür. Ona intermodal da­şıma və ya multimodal daşıma da de­yi­lir.

Beynəlxalq qarışıq (intermodal) da­şı­ma­ların beynəlxalq hüquqi tən­zim­lən­mə­si. Bu sahədə beynəlxalq nəqliyyat mü­qa­vi­lələri. Beynəlxalq qarışıq yük daşımaları haq­qında BMT Konvensiyası (1980-ci il). Kon­vensiyanın qəbul edilməsini şərt­lən­di­rən başlıca amillər: malların (yüklərin) tə­yi­nat yerinə çatdırılması prosedurunun sa­də­ləşdirilməsi, nəqliyyat (daşıma) xidməti va­sitəsilə beynəlxalq ticarətin inkişaf et­di­ril­məsi. Konvensiyanın əsas məqsədi - "qa­rışıq daşıma operatoru" kimi bey­nəl­xalq hüquq institutunun yaradılması.

Beynəlxalq qarışıq (intermodal) da­şı­ma­larda operator və onun rolu. Qarışıq da­şı­ma operatorunun hüquqi statusu üç əsas əla­mətlə müəyyən edilir: birinci, operator öz adından və ya onun adından hərəkət edən başqa şəxsin vasitəsilə qarışıq da­şı­ma müqaviləsi bağlayan şəxsdir; ikinci, ope­rator qarışıq daşıma müqaviləsinin tə­rəf­lərindən biridir; üçüncü, operator qa­rı­şıq daşıma müqaviləsinin icra olunması üçün öz üzərinə öhdəlik (məsuliyyət) gö­tü­rən şəxsdir.

Qarışıq daşıma müqaviləsinə görə, ope­ra­tor beynəlxalq qarışıq daşımanın (in­ter­mo­dal daşımanın) həyata keçirilməsinin tə­min edilməsini haqq əvəzində öhdəsinə gö­türür. Qarışıq daşıma operatoru dedikdə şəx­s­ən öz adından və ya onun adından hə­rə­kət edən başqa şəxsin vasitəsilə qarışıq da­şıma müqaviləsi bağlayan, müqavilə tə­rə­fi kimi çıxış edən və müqavilənin icra edil­məsi məsuliyyətini   öz üzərinə gö­tü­rən şəxs başa düşülür. Operatorlar bir ne­çə qrupa bölünür: a) konteyner ope­ra­to­ru, kon­vensional operator; b) faktiki operator, mü­qavilə operatoru; c) daşımanın təş­ki­lin­də istifadə olunan nəqliyyat vasitələrinin nö­vünə görə operatorlar; d) intermodal xid­mət göstərdikləri ərazi baxımından - öl­kələr üzrə operatorlar, regionlar üzrə ope­ratorlar, ayrı-ayrı istiqamətlər üzrə ope­ratorlar, ayrı-ayrı nəqliyyat dəhlizləri üz­rə operatorlar və s. Operatorun mə­su­liy­yə­ti. Operatorun məsuliyyət dövrü yükün da­şınma üçün operator tərəfindən qəbul olun­duğu andan təhvil verildiyi anadək olan vaxt dövrünü əhatə edir. Operator iki əsas hala görə mülki-hüquqi məsuliyyət da­şıyır: 1) yükün salamat qalmaması; 2) yü­kün təyinat yerinə çatdırılma müd­də­ti­nin pozulması. Təqsirə görə məsuliyyət prin­sipi. Təqsir prezumpsiyası. Məhdud mə­suliyyət prinsipi. Pretenziya və id­di­a­lar, iddia müddəti.

Beynəlxalq qarışıq daşıma sənədləri və on­ların tipləri. Dövriyyə və qeyri-döv­riy­yə sənədləri.

Konosament əsasında beynəlxalq qa­rı­şıq daşımaların həyata keçirilməsi. İn­ter­mo­dal (multimodal) daşıma konosamenti. Kon­teyner daşımaları konosamenti.

Beynəlxalq qarışıq (intermodal) da­şı­ma­ların inkişaf etdirilməsinin və tək­mil­ləş­dirilməsinin beynəlxalq nəqliyyat-hü­quq münasibətlərinə göstərdiyi təsir.

 

MÖVZU 10. Beynəlxalq nəqliyyat da­şımalarında mülki-hü­quqi məsuliyyət və sı­ğor­taetmə.

 

Beynəlxalq nəqliyyat daşımalarında mül­ki-hüquqi məsuliyyət anlayışı. Nəq­liy­yat daşıma prosesi iştirakçılarının mülki-hü­quqi (əmlak) məsuliyyət daşımaları bey­nəlxalq daşıma müqaviləsindən irəli gə­lir. Belə ki, beynəlxalq daşıma mü­qa­vi­lə­si daşıma öhdəliyinin yaranmasının hü­qu­qi əsasıdır. Bu öhdəlik daşıyıcı ilə yük sa­hibi (və ya müştəri) arasında əmələ gə­lir. Beynəlxalq daşıma zamanı daşıma mü­qa­viləsinin bütün iştirakçıları öz müqavilə öh­dəliyini lazımi qaydada icra etməməyə gö­rə məsuliyyət daşıyırlar. Digər tə­rəf­dən, beynəlxalq daşıma müqaviləsi iş­ti­rak­çılarının öz öhdəliklərini lazımi qay­da­da yerinə yetirməmələri onların mülki-hü­qu­qi məsuliyyət daşımalarının əsası sa­yı­lır.

Beynəlxalq nəqliyyat-hüquq mü­na­si­bət­lə­rində məsuliyyət institutu, onun hüquqi tən­zimlənməsi sahəsində beynəlxalq nəq­liy­yat müqavilələri.

Daşıyıcının məsuliyyətinin yaranması hal­ları: daşıma predmetinin təyinat yerinə sa­lamat çatdırılmaması, təyinat yerinə çatdı­rılma müddətinin pozulması, daşıma mü­qaviləsinin digər şərtlərinin po­zul­ması.

Beynəlxalq daşıma müqaviləsi üzrə da­şı­yıcının məsuliyyəti. Məsuliyyətin əsası, şərt­ləri və həddi. Daşıyıcının məsuliyyət döv­rü. Qarışıq məsuliyyət və onun ya­ran­ma əsasları.

Daşıyıcının məsuliyyətdən azad olu­n­ma­sına səbəb olan hallar: yükgöndərənin və ya yükalanın düzgün olmayan hə­rə­kət­lə­ri, yükgöndərən və ya yükalan tə­rə­fin­dən daşıyıcıya verilən qeyri-dəqiq tə­li­mat­lar və ya belə təlimatların olmaması, yü­kün itirilməsi, zədələnməsi və ya xarab ol­ması halının yükün xüsusi təbii xassələri nə­ticəsində baş verməsi, daşıyıcının görə bil­mədiyi və qarşısını ala bilmədiyi fors-ma­jor halları və s.

Beynəlxalq nəqliyyat daşımaları zamanı sı­ğortaetmə və onun hüquqi tən­zim­lən­mə­si. Nəqliyyat sığortası dedikdə daşıma pro­sesi həyata keçirilən zaman həmin pro­ses­də iştirak edən şəxslərin onların nə­za­rət edə bilmədikləri halların nəticəsində düş­dükləri müxtəlif növ zərərlərin əvəzini ödə­məyə imkan verən sığortaların məc­mu­su başa düşülür. Nəqliyyat sığortasının üç əsas növü fərqləndirilir: 1) nəqliyyat va­sitələrinin sığortası; 2) yüklə bağlı olan müx­təlif zərərlərdən sığorta; 3) mə­su­liy­yət sığortası.

Sığortaetmənin əsas müddəaları və prin­sipləri. Sığorta sənədləri və onların sı­ğor­taetmədə rolu.

Avtonəqliyyat vasitələri sahiblərinin mül­ki məsuliyyətinin icbari sığortası haq­qın­da Avropa Sazişi (1959-cu il). Bey­nəl­xalq avtomobil sığorta sistemi: yaşıl kart sis­temi, mavi kart sistemi. Həm "yaşıl kart" sığorta polisi, həm də "mavi kart" sı­ğor­ta sertifikatı sadə yazılı formada mülki mə­suliyyətin sığorta müqaviləsinin bağ­lan­masını ifadə edir. Sığorta polisi (sığorta ser­tifikatı) müqavilə sənədidir. Həmin mü­qaviləyə görə, sığorta hadisəsinin baş ver­diyi ölkənin sığortaçısı belə hadisə baş ve­rən zaman sığortalanmış nəqliyyat va­si­tə­sinin istismarı nəticəsində vurulan zə­rə­rə görə zərərçəkənə sığorta ödənişi ver­mə­yi öhdəsinə götürür. Sığorta hadisəsi de­dikdə üçüncü şəxsə məxsus əmlakın zə­dələnməsi və ya məhv olması, üçüncü şəx­sin ölməsi və ya şikəst olması başa dü­şü­lür.

Beynəlxalq nəqliyyat daşımaları ilə bağ­lı sığortaetmə sahəsində Azərbaycan Res­publikasının qanunvericiliyi.

 

MÖVZU 11. ­Beynəlxalq nəqliyyat da­şımalarında nəqliyyat təh­lükəsizliyi.

 

Beynəlxalq nəqliyyat daşımalarında nəq­liyyat təhlükəsizliyi anlayışı və onun əsas xüsusiyyətləri. Nəqliyyat təh­lü­kə­siz­li­yi nəqliyyat (daşıma) prosesinin elə bir və­ziyyətidir ki, bu vəziyyət həmin pro­ses­də iştirak edən şəxslərin nəqliyyat ha­di­sə­sin­dən və onun nəticələrindən müdafiə olun­ması dərəcəsini əks etdirir.

Nəqliyyat təhlükəsizliyinin təmin edil­mə­sinin əsas prinsipləri. Bu prinsiplər sı­ra­sına aşağıdakıları aid etmək olar:

– nəqliyyat (daşıma) prosesində iştirak edən insanların həyat və sağlamlığının tə­sər­rufat fəaliyyətinin iqtisadi nə­ti­cə­lə­rin­dən üstünlüyü;

– nəqliyyat təhlükəsizliyinin təmin edil­məsinə görə dövlət məsuliyyətinin nəq­liyyat (daşıma) prosesində iştirak edən şəxs­lərin məsuliyyətindən üstünlüyü;

– nəqliyyat təhlükəsizliyinin təmin edil­məsi zamanı insanların, cəmiyyətin və döv­lətin mənafelərinə əməl olunması və s.

Nəqliyyat daşımalarının təhlükəsizliyi prin­sipini beynəlxalq nəqliyyat hü­qu­qu­nun ümumi prinsiplərindən törəmə xa­rak­te­ri daşımasına baxmayaraq, təh­lü-kə­siz­li­yin təminatı məsələlərində həlledici möv­qe­yə malik imperativ beynəlxalq-hüquqi nor­maların tələblərinə uyğundur. Nəq­liy­yat təhlükəsizliyi prinsipi sərnişin və yük da­şımaları üzrə subyektlərin nəqliyyat fəa­liyyətində mühüm əhəmiyyət kəsb edir.

Beynəlxalq nəqliyyat daşımalarında nəq­liyyat təhlükəsizliyinin hüquqi tən­zim­lən­məsi. Nəqliyyat təhlükəsizliyinin tə­min olunması sahəsində beynəlxalq hü­qu­qi sənədlər (konvensiyalar, sazişlər və b.). Bey­nəlxalq nəqliyyat daşımaları zamanı nəq­liyyat təhlükəsizliyinin təmin olun­ma­sı sferasında beynəlxalq əməkdaşlıq və onun institusional bazası. Nəqliyyat (da­şı­ma) təhlükəsizliyi sahəsində beynəlxalq əmək­daşlıq dövlətlərarası, hö­ku­mət­lər­ara­sı, idarələrarası müqavilələr, habelə qa­nun­vericiliyə uyğun olaraq, nəqliyyat müəs­sisələri və daşıyıcıların xarici hüquqi və fiziki şəxslərlə birbaşa bağladıqları mü­qavilələr əsasında həyata keçirilir.

Beynəlxalq nəqliyyat təhlükəsizliyi sa­hə­sində əməkdaşlıq və tərəfdaşlığın əsas is­tiqamətləri: vahid təhlükəsizlik stan­dart­la­rının işlənib hazırlanması və effektli tət­bi­qi, ekoloji nəzarətin həyata keçirilməsi və s.

Nəqliyyat təhlükəsizliyinin təmin olun­ma­sı sahəsində Azərbaycan Res­pub­li­ka­sı­nın milli (daxili) nəqliyyat qanunvericiliyi və beynəlxalq müqavilə praktikası.

Beynəlxalq nəqliyyat daşımalarında nəq­­liyyat təhlükəsizliyinin təmin olun­ma­sın­da beynəlxalq nəqliyyat hüququnun əla­qələndirici rolu və onun inkişaf pers­pek­tivləri. Nəqliyyat təhlükəsizliyinin eti­bar­lı şəkildə təmin olunması məqsədilə bey­nəlxalq nəqliyyat təhlükəsizliyi sis­te­mi­nin yaradılması zəruridir. Gələcəkdə döv­lətlərin və digər subyektlərin intensiv və sıx əməkdaşlığı sayəsində, həmçinin mü­vafiq beynəlxalq təşkilatların səyləri nə­ticəsində beynəlxalq nəqliyyat hüququ çər­çivəsində vahid nəqliyyat təh­lü­kə­siz­li­yi konsensiyasının (beynəlxalq kon­ven­si­ya­sının) qəbul edilməsi müasir dövrün ak­tu­al məsələlərindən biridir.

 

MÖVZU 12. Azərbaycan Res­pub­li­ka­sı­nın nəqliyyat hüququ.

 

Nəqliyyat hüququ anlayışı və onun pred­meti. Nəqliyyat hüququ dedikdə da­şı­yı­cı (nəqliyyat müəssisəsi) ilə müştəri ara­sında daşıma prosesinin həyata ke­çi­ril­mə­si üçün nəqliyyat vasitələrindən is­ti­fa­də edərək, xidmət göstərilməsi ilə əla­qə­dar yaranan əmlak-dəyər xarakterli nəq­liy­yat münasibətlərini tənzim edən hüquq nor­malarının sistemi və məcmusu başa dü­şülür.

Nəqliyyat hüququnun predmetini nəq­liy­yat müəssisəsinin (daşıyıcının) müş­tə­ri­yə sərnişin, yük və baqaj daşımaları üzrə və digər nəqliyyat xidmətləri göstərilməsi ilə bağlı olaraq yaranan ictimai mü­na­si­bət­lər – nəqliyyat münasibətləri təşkil edir.

Nəqliyyat hüququnun mənbələri. Milli nəq­­liyyat qanunvericiliyi, hüquqi adətlər, bey­nəlxalq sənədlər nəqliyyat hüququnun mən­bəyi kimi. Nəqliyyat hüququnun di­gər mənbələri: normativ hüquqi aktlar, əm­lak dövriyyə adətləri, Konstitusiya Məh­kəməsinin qərarları, yerli özünüidarə or­qanlarının normativ xarakterli aktları, yer­li icra hakimiyyəti orqanlarının nor­ma­tiv xarakterli qərarları və sairə.

Azərbaycan Respublikasının nəqliyyat hü­ququnun milli hüquq sistemində tut­du­ğu yer. Azərbaycan Respublikasının nəq­liy­yat hüququ sahələrarası (qarışıq) hüquq ins­titutu və vacib mülki hüquq institutu ki­mi.

Mülki hüququn nəqliyyat hüququnda is­ti­fadə olunan əsas prinsipləri: subyektlərin hü­quq bərabərliyi prinsipi, müqavilə azad­lı­ğı prinsipi, təqsirə görə məsuliyyət prin­si­pi, məhdud məsuliyyət prinsipi, po­zul­muş hüquqların bərpasının təmin edilməsi prin­sipi, təqsirə görə məsuliyyət prinsipi, məh­dud məsuliyyət prinsipi, pozulmuş hü­quqların bərpasının təmin edilməsi prin­sipi, mülki hüquqların məhkəmə mü­da­fiəsi prinsipi, hüquqdan sui-istifadəyə yol verilməməsi prinsipi və s.

Nəqliyyat qanunvericiliyi, onun tərkibi və sistemi. Nəqliyyat qanun-vericiliyi de­dik­də nəqliyyat fəaliyyəti ilə bağlı olaraq əmə­lə gələn ictimai münasibətləri tən­zim­ləyən hüquq normalarının zahirən ifa­də olunduğu ayrı-ayrı qanunların, qanun qüv­vəli aktların və digər normativ hüquqi akt­ların məcmusu başa düşülür.

Nəqliyyat hüququnun subyektləri. Da­şı­yı­cılar və müştərilər nəqliyyat hüququnun sub­yektləri qismində.

Nəqliyyat və daşıma öhdəlikləri. Nəq­liy­yat öhdəliyi dedikdə elə bir mülki hü­quq münasibəti başa düşülür ki, bu mü­na­si­bətə görə nəqliyyat müəssisəsi müş­tə­ri­yə daşıma və digər növ nəqliyyat xidməti gös­tərir, müştəri isə bu xidmətin əvəzində mü­əyyən haqq ödəyir. Daşıma öhdəliyi isə elə bir hüquqi münasibətdir ki, bu mü­na­sibətə görə, daşıyıcı yükü, sərnişini və ya baqajı təyinat yerinə çatdırır, müştəri isə bunun müqabilində ona daşıma haqqı ödə­yir. Nəqliyyat daşıma müqavilələri, on­ların növləri və sistemi.

Nəqliyyat hüququnun subinstitutları: də­mir yolu hüququ, dəniz hüququ, hava hü­ququ, avtomobil hüququ, su (çay) hü­qu­qu, boru kəməri hüququ. Azərbaycanın so­sial-iqtisadi inkişafında nəqliyyat hü­qu­qu­nun rolu və əhəmiyyəti.

Azərbaycan Respublikasının nəqliyyat hü­ququ beynəlxalq nəqliyyat hüququnun tər­kib hissəsi kimi. Milli (daxili) nəqliyyat hü­ququnun beynəlxalq nəqliyyat hü­qu­qu­nun formalaşmasına və inkişafına təsiri.

 

 

MÖVZULARA  DAİR  ƏDƏBİYYAT SİYAHISI:

 

1. Azərbaycan Respublikasının Kons­ti­tu­si­ya­sı. Bakı: Hüquq ədəbiyyatı, 2002, 84 s.

2. Azərbaycan Respublikasının Qa­nun­ve­ri­ci­lik Toplusu. Bakı: Azərbaycan, 1997-2007.

3. Azərbaycan Respublikasının Mülki Mə­cəl­ləsi. Bakı: Qanun, 2005, 616 s.

4. Azərbaycan Respublikasının nəqliyyat qa­nunvericiliyi. I kitab / Buraxılışa məsul – A.Süleymanlı. Bakı: Çaşıoğlu, 2005, 820 s.

5. Allahverdiyev S.S. Nəqliyyat mü­qa­vi­lə­lə­ri (nəqliyyat qanunvericiliyinin elmi-prak­tiki kommentariyası). I hissə. Bakı: Di­gesta, 2005, 336 s.

6. Əliyev E.Ə. Azərbaycan Respublikasının nəq­liyyat hüququ. Dərs vəsaiti. Bakı: Hü­quq ədəbiyyatı, 2005, 544 s.

7. Əliyev E.Ə. Beynəlxalq daşıma mü­qa­vi­lə­si Allahverdiyev S.S. "Azərbaycan Res­pub­likasının beynəlxalq xüsusi (mülki) hü­quq kursu. Dərslik" kitabında. Bakı: Di­gesta, 2007, XII fəsil, s.463-530.

8. Əliyev E.Ə. Beynəlxalq nəqliyyat da­şı­ma­larının konvension təsbiti. Bakı: Hü­quq ədəbiyyatı, 2002, 152 s.

9. Əliyev E.Ə. Qloballaşma dövründə bey­nəl­xalq nəqliyyat daşımaları: hüquqi as­pekt­lər. Bakı: Zərdabi LTD, 2006, 360 s.

10. Əliyev E.Ə. Nəqliyyat hüququnun əsas­la­rı. Dərs vəsaiti. Bakı: Hüquq ədə­biy­ya­tı, 2004, 324 s.

11. Əliyev E.Ə. Beynəlxalq daşımaların hü­qu­qi tənzimlənməsi. Dərs vəsaiti. Bakı: Zər­dabi LTD, 2008, 524 s.

12. Əliyev Ə.İ. Beynəlxalq ümumi hüquq (me­todik vəsait). Bakı: Şirvannəşr, 2004, 208 s.

13. Hüseynov L.H. Beynəlxalq hüquq. Dərs­lik. Bakı: Hüquq ədəbiyyatı, 2000, 408 s.

14. Abuzer Kendigelen, Alican Aydın. Ta­şı­ma hukuku mevzuatı. İstanbul: Beta, 2001, 1011 s.

15. Emine Yazıcıoğlu. Hamburg Ku­ral­la­rı'­na göre taşıyanın sorumluluğu. İstanbul: Be­ta Basım A.Ş., 2000, 228 s.

16. Fahiman Tekil. Deniz hukuku. İstanbul: Al­kim, 2001, 634 s.

17. Rayegin Kender. Türkiye'de hususi sı­gor­ta hukuku. İstanbul: Arikan Ltd, 2005, 283 s.

18. Avçinkin D.V. Mejdunarodnıe pe­re­voz­ki: pravovıe aspektı peremeheniə qru­zov i passajirov. Minsk: Amalfeə, 1999, 304 s.

19. Aliev İ.Q. Kaspiyskaə neftğ Azer­bay­dja­na. M.: İzvestiə, 2003, 712 s.

20. Anüeleviç Q.O., Pokrehuk O.O., Ko­va­levsğka L.I. Mijnarodno-pravova req­la­mentaüiə transportnix perevezenğ. Pid­ruçnik. Kuiv: Zovnişnə torqivlə, 2004, 288 s.

21. Aseev S.V. Transportnoe pravo. Ob­haə çastğ: Uçeb. posobie. N. No­v­qo­rod: İzd-vo FQOU VPO VQAVT, 2005, s. 37.

22. Birökov P.N. Mejdunarodnıe av­to­mo­bilğnıe perevozki. Voronej: VQU, 2005, 191 s.

23. Braqinskiy M.İ., Vitrənskiy V.V. Do­qo­vornoe pravo. Kniqa çetvertaə. Do­qo­vorı o perevozke, buksirovke, trans­port­noy gkspediüii i inıx usluqax v sfe­re transporta. M.: Statut, 2004, 910 s.

24. Brovka S.V., Savçenko M.İ. Mej­du­na­rod­noe transportnoe pravo. Minsk: Ve­dı, 1997, 116 s.

25. Verehaqin A.N. Mejdunarodnoe voz­duş­noe pravo. M.: Mejdu-narodnıe ot­noşeniə, 1966, 199 s.

26. Vitrənskiy V.V. Doqovor perevozki. M.: Statut, 2001, 526 s.

27. Qafarov Z.M., Aliev G.A. Primenenie sov­remennoqo mejdunarod-noqo trans­port­noqo prava v Azerbaydjanskoy Res­publike. Uçebnoe posobie. M.: Ol­ma-press, 2002, 352 s.

28. Qureev S.A., Kopılov M.N. Mej­du­na­rod­noe transportnoe pravo: Sb. mej­du­narodno-pravovıx aktov. M.: UDN, 1987, 80 s.

29. Qureev S.A., Tarasova İ.N. Mej­du­na­rod­noe reçnoe pravo. Uçebnoe po­so­bie. M.: Öridiçeskaə literatura, 2004, 352 s.

30. Quüulək V.N. Mejdunarodnoe morskoe pra­vo (publiçnoe i çastnoe). M.: Üentr morskoqo prava, 2003, 416 s.

31. Deystvuöhee mejdunarodnoe pravo: V 3-x t. T. 1; 3 / Pod red. Ö.M.Kolosova i G.M.Kriv­çikovoy. M.: MNİMP, 1996 - 1997, 860 s.; 826 s.

32. Evropeyskoe pravo. Uçebnik dlə vuzov / Pod obh. red. L.M.Gntina. M.: Nor­ma-İnfra, 2000, 720 s.

33. Evropeyskoe mejdunarodnoe pravo / Otv. red. Kolosov Ö.M., Kriv-çikova G.S., Savasğkov P.V. M.: Mej­du­na­rod­nıe otnoşeniə, 2005, 408 s.

34. Eqiazarov V.A. Transportnoe pravo. Uçeb­nik. M.: ZAO Östiüin-form, 2007, 552 s.

35. Ermolaev V.Q., Sivakov O.V. Morskoe pra­vo. Uçebnoe posobie. M.: İzdanie q-na Tixomirova M.Ö., 2005, 255 s.

36. Erpıleva N.Ö. Mejdunarodnoe çast­noe pravo. Uçebnik. M.: TK Velbi, İzd-vo Prospekt, 2004, 560 s.

37. İvanov A. A. Sovremennoe ev­ro­pey­skoe transportnoe pravo. M.: Gkon-İn­form, 2005, 90 s.

38. Karbanoviç İ.İ. Mejdunarodnıe av­to­mobilğnıe perevozki. Minsk: Trans­port, 1999, 256 s.

39. Koval¸v A.A. Sovremennoe mej­du­na­rod­noe morskoe pravo i praktika eqo pri­meneniə. M.: Nauçnaə kniqa, 2003, 416 s.

40. Maleev Ö.N. Mejdunarodnoe voz­duş­noe pravo. M.: Nauka, 1986, 387 s.

41. Mejdunarodnoe morskoe pravo / Otv. red. İ.P. Blihenko. M.: UDN, 1988, 287 s.

42. Mejdunarodnoe morskoe pravo / Otv. red. S.A. Qureev. M.: Öridiçeskaə li­te­ratura, 2003, 448 s.

43. Miloslavskaə S.V., Plujnikov K.İ. Mulğ­timodalğnıe i intermodalğnıe pe­revozki. M.: Roskonsulğt, 2001, 182 s.

44. Sadikov O.N. Pravovoe requlirovanie mej­dunarodnıx perevozok. M.: Mej­du­narodnıe otnoşeniə, 1981, 286 s.

45. Aliyev E.A. International legal regulation of traffic and national legislation. Textbook. Baku, Huquq edebiyyati, 2003, 256 p.

46. Marek Zylicz. International Air Trans­port Law. Dordrecht /Boston/ London: Martinus Nijhoff Rublishers, 1992, 254 p.

47. The Economic Regulation of Transport In­fra­structure Facilities and Services -- Principles and Issues, 2001//http://www. unescap.org/ttdw/Publications/ TPTS_pubs/pub_2191/econregfullt ext.pdf.

 

 

TÖVSİ  OLUNAN  ƏLAVƏ ƏDƏBİYYAT:

 

1. Atakişiyev M. Azərbaycanın yeni neft si­ya­səti və iqtisadi yüksəliş. Bakı: Azər­bay­can, 2004, 264 s.

2. Avtomobil yolları haqqında Azərbaycan Res­publikasının Qanunu. Bakı: Nurlan, 2000, 32 s.

3. Əliyev E.Ə. Beynəlxalq avtomobil əla­qə­lə­rinin və daşımalarının hüquqi rejimi // Hü­quqi dövlət və qanun, 2001, ¹ 8, s. 32-34.

4. Əliyev E.Ə. Yol hərəkətinin beynəlxalq-hüquqi tənzimlənməsi və milli qa­nun­ve­ri­cilik. Dərs vəsaiti. Bakı: Hüquq ədə­biy­yatı, 2003, 260 s.

5. İqtisadiyyat və neft (Heydər Əliyevin ye­ni neft strategiyasının reallaşmasında İl­ham Əliyevin xidmətləri). Nazim Sü­ley­ma­novun redaktəsi ilə. Bakı: Nurlan, 2003, 234 s.

6. Kovalyov A.A. Müasir beynəlxalq dəniz hü­ququ və onun tətbiq praktikası/ Re­dak­tor, ön sözün müəllifi və azərbaycan di­li­nə tərcümə edənlər: R.Məmmədov, E.Əli­yev və A.Məhərrəmov. Bakı: Qa­nun, 2006, 382 s.

7. Müasir beynəlxalq iqtisadi mü­na­si­bət­lər­də istifadə edilən terminlər. Xarici iq­ti­sa­di biliklərə dair acərbaycanca-rusca-in­giliscə lüğət-məlumat kitabı / Müəllif-tər­tib­çilər: Əfəndiyev O.F., Əliyev E.Ə. Ba­kı: Hüquq ədəbiyyatı, 2005, 676 s.

8. "Nəqliyyat hüququ" elmi-nəzəri, təcrübi jur­nalı. Bakı, 2004 - 2008.

9. Rəcəbli H.M. BMT-nin ixtisaslaşmış qu­rum­ları. Bakı: Azərbaycan, 2003, 256 s.

10. Yol hərəkəti haqqında Azərbaycan Res­pub­likasının Qanunu. Bakı: Hüquq ədə­biy­yatı, 1998, 176 s.

11. Emin Ertürk. Uluslararası iktisadi bir­leş­me­ler. İstanbul: Vipaş A.Ş, 2002, 389 s.

12. Aliev G.A. Mejdunarodnıe trans­port­nıe pravootnoşeniə v gpoxu qlo­ba­lizaüii. M.: 000 "R-stilğ", 2006, 340 s.

13. Aliev G.A. Transport v mej­du­na­rod­noy doqovornoy praktike Azer­bay­djan­skoy Respubliki.M.: 000 "Mono-qraf", 2005, 150 s.

14. Allaxverdov M.A., Saviçev Q.P. Do­qo­vo­rı o perevozkax qruzov. M.: Öri­di­çes­kaə literatura, 1967, 164 s.

15. Anufrieva L.P. Mejdunarodnoe çast­noe pravo. V 3-x t. Obhaə çastğ. T. 1, M.: "Bek", 2000, 656 s.

16. Bikkinin İ.A., Şakirova M.L., Kos­tı­reva V.A. Straxovanie av­to­qraj­dan­skoy otvetstvennosti: sostoənie i pu­ti razvitiə // Transportnoe pravo, 2005, ¹ 2, s. 33 - 38.

17. Blinkova E.V. Pravovoe requlirovanie gner­qetiçeskoqo transpor-ta v Rossii // Transportnoe pravo, 2004, ¹ 3, s. 16 - 19.

18. Boquslavskiy M.M. Mejdunarodnoe çast­noe pravo. M.: Öristc, 2000, 408 s.

19. Boeva V.V. Otvetstvennostğ morskoqo pe­revozçika // Transportnoe pravo, 2004, ¹ 2, s. 2 - 7.

20. Darabadi P. Qeoistoriə Kaspiyskoqo re­qiona i qeopolitika sovremennosti. Ba­ku: Glm, 2002, 191 s.

21. Doklad o torqovle i razvitii. 2005 q. Ob­zor OON. Nğö-York - Jeneva. (do­ku­ment UNCTAD / TDR/ 2005), s.3.

22. Doklad Otdela transporta Ev­ro­pey­skoy gkonomiçeskoy komissii OON. 2001 q.

23. Dokument İMO - Starteqiçeskiy plan dlə Orqanizaüii na    6-letniy period (2004-2010 qq.). Rezolöüiə A. 944 (23), prin­ətaə 25 noəbrə 2003 q.

24. Eqiazarov V.A. Transportnoe za­ko­no­da­telğstvo qosudarstv-uçastnikov SNQ. M.: Norma, 2007, 512 s.

25. Erpıleva N.Ö.. Mejdunarodnoe trans­portnoe pravo: sovremennıe prob­lemı // Transportnoe pravo, 2003, ¹ 1, s. 33 - 38.

26. Karro D., Jöyar P. Mejdunarodnoe gko­nomiçeskoe pravo (perevod s fran­üuzsk. əz.). M.: Mejdunarodnıe ot­no­şe­niə, 2001, 608 s.

27. Kerimov M. Velikiy sın Azer­bay­dja­na - sozdatelğ "Kontrakta veka" vo imə na­roda // "Biznes -İzvestiə", spe­üi­alğ­nıy vıpusk, 2004, sentəbrğ, s.3.

28. Kokin A.S. Mejdunarodnaə morskaə pe­revozka qruza: pravo i praktika. M.: Vol­ters Kluver, 2007, 584 s.

29. Kommönike Sammita QUUAM (22 ap­relə 2005 qoda, q. Kişingu, Moldova). http://www.guam.org.ua/190.448. 0.0.1.0.phtml

30. Konvenüiə Orqanizaüii Obc­e­di­nen­nıx Naüiy o mejdunarodnıx sme­şan­nıx perevozkax qruzov (1980) http://www.un.org/russian/documen/convents /goods.pdf.

31. Konvenüiə OON po morskomu pravu (1982) http://www.un.org/russian /documen/convents/ lawsea.pdf.

32. Krıjanovskiy Q.A. Mejdunarodnıy gks­peditor / Pod red. Semenovoy Q.P. SPb.: Partner VGD, 2002, 162 s.

33. Limonov G.L. Vneşnetorqovıe ope­ra­üii morskoqo transporta i mul­ti­mo­dalğ­nıe perevozki. SPb: Vıbor, 2000, 176 s.

34. Lukaşuk İ.İ. Mejdunarodnoe pravo. Ob­haə çastğ. M.: BGK, 1996, 410 s.

35. Lunü L.A. Kurs mejdunarodnoqo çast­no­qo prava: V 3-x t. T. 2, M.: Spark, 2002, 384 s.

36. Makarov A.D. Mejdunarodnoe trans­port­noe pravo. Teoretiçeskie as­pek­tı. SPb.: Ut, 1995, 140 s.

37. Mejdunarodnoe pravo / Otv. red. Ko­lo­sov Ö.M., Krivçikova G.S. M.: Mej­dunarodnıe otnoşeniə, 2003, 716 s.

38. Mejdunarodnoe transportnoe i ta­mo­jen­noe pravo Rossii. Uçebnoe po­so­bie. Kol. avt. Sank-Peterburq: Pro­fiks, 2007, 160 s.

39. Merejko A.A. Kollizionnoe pravo SŞA. K.: Östiüian, 2003,  136 s.

40. Mirzaev R. Transportnıe kom­mu­ni­ka­üii i qeopolitika v reqione Velikoqo şel­kovoqo puti // Üentralğnaə Aziə i Kav­kaz, 2005, ¹ 2, s. 109 - 119.

41. Pravo Evropeyskoqo Soöza: pravovoe re­qulirovanie torqovoqo oborota / Pod red. V.V. Bezbaxa, A.Ə. Kapustina, V.K. Pu­çinskoqo. M.: ZERÜALO, 1999, 400 s.

42. Rzaev R. Obespeçenie bezopasnosti mo­re­plavaniə v Mirovom okeane i v Kas­piy­skom more (mejdunarodno-pra­vo­vıe voprosı). Baku: Nurlan, 2003, 237 s.

43. Spirin İ.V. Transportnoe pravo: Uçeb. posobie po transport. speüi­a­li­za­üiəm speüialğnosti "Menedjment". M.: Transport, 2001, s. 92, 255 s.

44. Transportnoe pravo. Uçebnoe posobie. Av­tor. koll. M.: Bılina, 2002, 400 s.

45. Transportne pravo Ukrainu. Navçposib. Demsğkiy E.F., Qijevsğkiy V.K., Demsğkiy S.E., Milaşeviç A.V. Kuiv: Örinkom Inter, 2002, 416 s.

46. Transportnıy koridor Evropa - Kav­kaz - Aziə (TRASEKA) http://www.mfa. uz/modules.Php?op=modload&name=Sections&file=index&req=printpage&artid=58

47. Tuleuqaliev Q.İ. İzbrannıe trudı po transportnomu pravu. Almatı: Nİİ çastnoqo prava KazQÖU, 2003, 506 s.

48. Tınelğ A., Funk Ə., Xvaley V. Kurs mej­dunarodnoqo torqovoqo prava. Minsk: Amalfeə, 2000, 500 s.

49. Xolopov K.V. Kommentariy k Kon­ven­üii o doqovore mejdunarodnoy do­roj­noy perevozke qruza. M.: ZAO Biznes-şkola "İntel - Sintez", 2000, 104 s.

50. Şumilov V.M. Mejdunarodnoe gko­no­mi­çeskoe pravo v gpoxu qlobalizaüii. M.: Mejdunarodnıe otnoşeniə, 2003, 272 s.

51. Gkonomika i orqanizaüiə vneş­ne­tor­qo­vıx perevozok. Uçebnik / Pod red. K.V.Xolopova. M.: Öristğ, 2000, 684 s.

52. Gfendiev O.F., Aliev G.A. Vneş­ne­gko­nomiçeskaə deətelğnostğ sov­re­men­noqo Azerbaydjana. Baku: "Zardabi LTD" 000, 2007, 328 s.

53. Gfendiev O.F. Nekotorıe mej­du­na­rod­no-pravovıe aspektı libe-ra­li­za­üii mirovoy torqovli // Beynəlxalq hü­quq, 1998, ¹ 1, s. 47 - 57.

54. Gfendiev O.F. Novıy mej­du­na­rod­nıy gkonomiçeskiy porədok v Mi­rovom okeane. M.: MFİ, 1989, 42 s.

55. Audit Bernard. Droit International Prive. 1991. R. 185.

56. Bentivoglio L. M. Conflicts Problems in the Air Law. Recueil des cours. Tome 119. 1999, 138 p.

57. Carole Blackshaw. Aviation Consultant, Solicitor and Lecturer. " Legal liability - the Warsaw / Montreal regime" http://www.cranfield.ac.uk/soe/cpd/hfat-airlaw.htm

58. Convention on Limitation of Liability for Maritime Claims (LLMC), 1976. http://www.imo.org/Conventions/mainframe.asp?topic_id=256&doc_id=664.

59. European Commission. Transport. http:// ec.europa.eu/transport/ index _en.html.

60. Rregulation in transport: the practice //http://www. unescap.org/ttdw/ Pub­li­ca­tions/TPTS_pubs/pub_2191/econreg_chIV.pdf

MÜNDƏRİCAT

Ибрагим Кулиев, Азад Ибрагимли. Конституционность полномочий Президента Азербайджанской Республики и его взаимодействие с Конституционным Судом
Rəsmi sənədlər
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.