06.27.2017 23:03
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

«Av­to­mo­bil nəq­liy­ya­tı haq­qın­da» Azər­bay­can Res­pub­li­ka­sı­ Qanununun tət­biq edil­mə­si ba­rə­də Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin Fər­ma­nı

 

«Av­to­mo­bil nəq­liy­ya­tı haq­qın­da» Azər­bay­can Res­pub­li­ka­sı Qa­nu­nu­nun qüv­və­yə min­mə­si ilə əla­qə­dar hə­min Qa­nu­nun tət­biq edil­mə­si­ni tə­min et­mək məq­sə­di ilə qə­ra­ra alı­ram:

1. Azər­bay­can Res­pub­li­ka­sı­nın Na­zir­lər Ka­bi­ne­ti­nə tap­şı­rıl­sın ki, üç ay müd­də­tin­də:

1.1. qüv­və­də olan qa­nun­ve­ri­ci­lik akt­la­rı­nın «Av­to­mo­bil nəq­liy­ya­tı haq­qın­da» Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nu­na uy­ğun­laş­dı­rıl­ma­sı ba­rə­də tək­lif­lə­ri­ni ha­zır­la­yıb Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti­nə təq­dim et­sin;

1.2. Azər­bay­can Res­pub­li­ka­sı Na­zir­lər Ka­bi­ne­ti­nin və mü­va­fiq mər­kə­zi ic­ra ha­ki­miy­yə­ti or­qan­la­rı­nın nor­ma­tiv-hü­qu­qi akt­la­rı­nın hə­min Qa­nu­na uy­ğun­laş­dı­rıl­ma­sı­nı tə­min et­sin və bu ba­rə­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti­nə mə­lu­mat ver­sin;

1.3. «Av­to­mo­bil nəq­liy­ya­tı haq­qın­da» Azər­bay­can Res­pub­li­ka­sı Qa­nu­nu­nun po­zul­ma­sı­na gö­rə mə­su­liy­yət növ­lə­ri­ni müəy­yən edən qa­nun­ve­ri­ci­lik ak­tı­nın la­yi­hə­si­ni ha­zır­la­yıb Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti­nə təq­dim et­sin;

1.4. hə­min Qa­nu­nun 7.7-ci mad­də­sin­də nə­zər­də tu­tul­muş «Av­to­vağ­zal və av­tos­tan­si­ya haq­qın­da Əsas­na­mə»ni təs­diq et­sin və bu ba­rə­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti­nə mə­lu­mat ver­sin;

1.5. hə­min Qa­nu­nun 15.5-ci mad­də­si­nin ikin­ci cüm­lə­sin­də nə­zər­də tu­tul­muş sər­ni­şin və yük da­şı­ma­la­rı üçün av­to­nəq­liy­yat va­si­tə­si­nə li­sen­zi­ya kar­tı ve­ri­lər­kən, ha­be­lə li­sen­zi­ya kar­tı ve­ril­dik­dən son­ra rüb­də bir də­fə hə­min av­to­nəq­liy­yat va­si­tə­si­nin tex­ni­ki, is­tis­mar, təh­lü­kə­siz­lik və eko­lo­ji tə­ləb­lə­rə uy­ğun­lu­ğu­nun yox­la­nıl­ma­sı və hə­min yox­la­ma­nın apa­rıl­ma­sı qay­da­sı­nı müəy­yən et­sin və bu ba­rə­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti­nə mə­lu­mat ver­sin;

1.6. hə­min Qa­nu­nun 18-ci mad­də­sin­də nə­zər­də tu­tul­muş «Av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və ba­qaj da­şın­ma­sı Qay­da­la­rı»nı və «Av­to­mo­bil nəq­liy­ya­tı ilə yük­lə­rin da­şın­ma­sı Qay­da­la­rı»nı təs­diq et­sin və bu ba­rə­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti­nə mə­lu­mat ver­sin;

1.7. hə­min Qa­nu­nun 21.7-ci mad­də­sin­də nə­zər­də tu­tul­muş av­to­mo­bil nəq­liy­ya­tı ilə mün­tə­zəm şə­hər­da­xi­li (ra­yon­da­xi­li), şə­hər­lə­ra­ra­sı (ra­yon­la­ra­ra­sı) və bey­nəl­xalq marş­rut­lar üz­rə sər­ni­şin da­şı­ma­la­rı­na da­şı­yı­cı­la­rın cəlb olun­ma­sı­na dair mü­sa­bi­qə­nin ke­çi­ril­mə­si qay­da­sı­nı müəy­yən et­sin və bu ba­rə­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti­nə mə­lu­mat ver­sin;

1.8. hə­min Qa­nu­nun 26.3-cü mad­də­sin­də nə­zər­də tu­tul­muş av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük da­şı­ma­la­rı­nı ye­ri­nə ye­ti­rən da­şı­yı­cı­lar tə­rə­fin­dən sə­rən­ca­mın­da olan av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin tex­ni­ki və­ziy­yə­ti­nin reys­qa­ba­ğı yox­la­nıl­ma­sı, sü­rü­cü­lə­rin reys­qa­ba­ğı tib­bi müa­yi­nə­si­nin ke­çi­ril­mə­si qay­da­sı­nı müəy­yən et­sin və bu ba­rə­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti­nə mə­lu­mat ver­sin;

1.9. hə­min Qa­nu­nun 48.2-ci mad­də­sin­də nə­zər­də tu­tul­muş Azər­bay­can Res­pub­li­ka­sı­nın ümu­mi is­ti­fa­də­də olan av­to­mo­bil yol­la­rı ilə iri­qa­ba­rit­li və ağır­çə­ki­li nəq­liy­yat va­si­tə­lə­ri­nin hə­rə­kət et­mə­si və on­la­rın hə­rə­kə­ti­nə xü­su­si ica­zə­nin ve­ril­mə­si qay­da­sı­nı, ha­be­lə iri­qa­ba­rit­li və ağır­çə­ki­li av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin hə­rə­kət et­mə­si­nə gö­rə ödə­niş­lə­rin də­rə­cə­lə­ri­ni və ümu­mi is­ti­fa­də­də olan av­to­mo­bil yol­la­rı ilə hə­rə­kət edən av­to­nəq­liy­yat va­si­tə­lə­ri­nin ica­zə ve­ri­lən qa­ba­rit və çə­ki pa­ra­metr­lə­ri­ni müəy­yən et­sin və bu ba­rə­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti­nə mə­lu­mat ver­sin;

1.10. bu fər­ma­nın 3-cü bən­di ilə ya­ra­dı­lan Azər­bay­can Res­pub­li­ka­sı Nəq­liy­yat Na­zir­li­yi­nin Döv­lət Av­to­mo­bil Nəq­liy­ya­tı Xid­mə­ti­nin Əsas­na­mə­si­nin la­yi­hə­si­ni, ha­be­lə st­ruk­tu­ru və iş­çi­lə­rin say həd­di­nə və fəa­liy­yə­ti­nin ma­liy­yə­ləş­di­ril­mə­si və tə­mi­na­tı ilə bağ­lı mə­sə­lə­lə­rə dair tək­lif­lə­ri­ni Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti­nə təq­dim et­sin;

1.11. Azər­bay­can Res­pub­li­ka­sın­da av­to­mo­bil nəq­liy­ya­tı sis­te­mi­nin in­ki­şa­fı­na dair Təd­bir­lər Pla­nı­nın la­yi­hə­si­ni ha­zır­la­yıb Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti­nə təq­dim et­sin;

1.12. öz sə­la­hiy­yət­lə­ri da­xi­lin­də «Av­to­mo­bil nəq­liy­ya­tı haq­qın­da» Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nun­dan irə­li gə­lən mə­sə­lə­lə­ri həll et­sin.

2. Müəy­yən edil­sin ki:

2.1. «Av­to­mo­bil nəq­liy­ya­tı haq­qın­da» Azər­bay­can Res­pub­li­ka­sı Qa­nu­nu­nun 7.7-ci mad­də­sin­də, 15.5-ci mad­də­si­nin ikin­ci cüm­lə­sin­də, 18-ci, 21.7-ci, 26.3-cü və 48.2-ci mad­də­lə­rin­də nə­zər­də tu­tul­muş «mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı»nın sə­la­hiy­yət­lə­ri­ni Azər­bay­can Res­pub­li­ka­sı­nın Na­zir­lər Ka­bi­ne­ti hə­ya­ta ke­çi­rir;

2.2. hə­min Qa­nu­nun 3.2.1-ci, 6.5-ci və 7.5-ci mad­də­lə­rin­də, 7.6-cı mad­də­si­nin bi­rin­ci və ikin­ci cüm­lə­lə­rin­də, 13.7-ci, 14.2.1-ci və 14.3-cü mad­də­sin­də, 15.5-ci mad­də­si­nin bi­rin­ci cüm­lə­sin­də, 15.7-ci mad­də­si­nin bi­rin­ci və ikin­ci cüm­lə­lə­rin­də, 21.1-ci, 27.3-cü, 48.1-ci, 50.2-ci, 50.3-cü, 50.5-ci və 59-cu mad­də­lə­rin­də nə­zər­də tu­tul­muş «mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı»nın sə­la­hiy­yət­lə­ri­ni Azər­bay­can Res­pub­li­ka­sı­nın Nəq­liy­yat Na­zir­li­yi hə­ya­ta ke­çi­rir.

3. Azər­bay­can Res­pub­li­ka­sın­da av­to­mo­bil nəq­liy­ya­tı sa­hə­sin­də ida­rəet­mə­ni və döv­lət nə­za­rət sis­te­mi­ni tək­mil­ləş­di­ril­mək məq­sə­di ilə Azər­bay­can Res­pub­li­ka­sı­nın Nəq­liy­yat Na­zir­li­yi tə­rə­fin­dən tə­sis edil­miş «Av­to­nəq­liy­yat­ser­vis» Məh­dud Mə­su­liy­yət­li Cə­miy­yə­ti­nin əsa­sın­da Azər­bay­can Res­pub­li­ka­sı Nəq­liy­yat Na­zir­li­yi­nin Döv­lət Av­to­mo­bil Nəq­liy­ya­tı Xid­mə­ti ya­ra­dıl­sın.

4. Azər­bay­can Res­pub­li­ka­sı­nın Nəq­liy­yat Na­zir­li­yi­nə tap­şı­rıl­sın ki, «Av­to­nəq­liy­yat­ser­vis» Məh­dud Mə­su­liy­yət­li Cə­miy­yə­ti­nin ləğv edil­mə­si ilə əla­qə­dar qa­nun­ve­ri­ci­lik­lə nə­zər­də tu­tul­muş təd­bir­lə­ri hə­ya­ta ke­çir­sin.

5. Bu fər­man dərc edil­di­yi gün­dən qüv­və­yə mi­nir.

 

 

İl­ham ƏLİ­YEV,

Azər­bay­can Res­pub­li­ka­sı­nın

Pre­zi­den­ti

Ba­kı şə­hə­ri, 4 iyul 2008-ci il

MÜNDƏRİCAT

Ибрагим Кулиев, Азад Ибрагимли. Конституционность полномочий Президента Азербайджанской Республики и его взаимодействие с Конституционным Судом
Rəsmi sənədlər
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.