06.27.2017 22:57
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

«Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 oktyabr 2004-cü il tarixli qərarının yerinə yetirilməsi gedişi barədə

Plenumunun 2006-cı il 31 may tarixli 4 №-li qərarı

 

Yol hərəkəti və ya nəqliyyat va­si­tə­lərinin istismarı qay­da­larının po­zul­ma­sına dair işlər üzrə məhkəmə təc­rü­bə­sinin tək­rar ümumiləşdirmə nə­ti­cə­lə­rini müzakirə edərək Ali Məh­kə­mə­nin Plenumu qeyd edir ki, res­pub­li­ka­nın məh­kə­mə­ləri tərəfindən bu növ ci­nayət işləri əsasən qa­nun­ve­ri­ci­li­yin və Ali Məhkəmənin Plenumunun 7 ok­tyabr 2004-cü il ta­rixli qərarının tə­ləb­lərinə uyğun həll edilir.

Bununla yanaşı, ümumiləşdirmə gös­tərir ki, bu qəbildən olan işlər üzrə məh­kəmələrin fəaliyyətində, xüsusilə cə­­za­nın təyin edilməsi məsələsində hə­lə də ciddi nöqsanlar möv­cuddur.

Bu növ işlər üzrə şəxsin təqsirlilik mə­sələsi həll edi­lər­kən yekun məh­kə­mə qərarlarında təqsirkarın «Yol hə­rə­kə­ti haq­qında» Qanunun məhz hansı nor­malarının tələblərini poz­ması, bu po­zuntunun konkret olaraq nədə ifadə olun­­ma­sı, onun əməli ilə baş vermiş nə­ticə arasında səbəbli əla­qə­nin olub-ol­maması ətraflı şərh olunmur, şəxsin ha­disənin qar­şısını almağa imkanının ol­masına dair avto-texniki eks­per­ti­za­nın rəyinə istinad edilməklə ki­fa­yət­lə­ni­lir.

Ayrı-ayrı məhkəmələr tərəfindən Ali Məhkəmənin Ple­nu­munun «Yol hə­­rəkəti və nəqliyyat vasitələrinin is­tis­marı qay­dalarının pozulmasına dair ci­nayət işləri üzrə məhkəmə təc­rübəsi haq­qında» 7 oktyabr 2004-cü il tarixli qə­rarının 6-cı bəndindəki tövsiyələrə zidd olaraq konkret bir hadisədə yol hə­rəkəti və nəqliyyat vasitələrinin is­tis­marı qaydalarının po­zulmasına görə CM-in 263.1, 263.2 və 263.3-cü mad­də­­lə­rin­də nəzərdə tutulmuş nə­ti­cə­lər­dən bir neçəsi baş verdiyi hal­larda təq­sir­li şəxslərin əməlini cinayət qa­nu­nu­nun bu nə­ti­cələrdən daha ağırına görə mə­suliyyət nəzərdə tutan mad­də­si ilə töv­sif etmək əvəzinə səhvən həmin mad­dələrdə nə­zər­də tutulmuş bir neçə nə­ticəyə görə ayrılıqda tövsif edilir. Bu halda cəzalar cinayətlərin məc­mu­su üzrə toplanılmalı ol­du­ğundan (CM-in 66.3-cü mad.) belə tövsif etmə təq­sir­­lən­di­rilən şəxsin vəziyyətinin qa­nun­suz olaraq pisləşməsinə sə­bəb olur.

Bəzi məhkəmələr tərəfindən cəza tə­yin etmənin ümumi əsas­larından və şər­ti məhkum etmədən bəhs edən Azər­­bay­can Respublikası CM-in 58 və 70-ci maddələrinin tələbləri po­zularaq tö­rədilmiş cinayətin xarakteri və ic­ti­mai təh­lü­kə­li­lik dərəcəsi, təqsirkarın şəx­siyyəti, cəzanı yüngülləşdirən və ağır­laşdıran hallar nəzərə alınmadan ci­nayət nəticəsində və­təndaşların sağ­lam­lağına ağır zərər vuran, onların ölü­­mü­nə səbəb olan hallarda belə təq­sir­ləndirilən şəxslərə açıq-ay­dın yün­gül cəza təyin edilməsinə yol verilir. Bir sıra hal­lar­da isə qanunun tələbi po­zularaq əsas cəza ilə yanaşı, əla­və cə­zalar da şərti hesab edilir. Kifayət qə­dər əsaslar ol­ma­dan, habelə hansı hal­ların müstəsna hal hesab edilməsi hökm və ya digər yekun məhkəmə qə­ra­rında göstərilmədən CM-in 62-ci mad­dəsi tətbiq olunaraq təq­sir­lən­di­ri­lən şəxs­lə­rə cinayətə görə müəyyən edil­miş cəzadan daha yüngül cə­za tə­yin edilməsi hallarına təsadüf olunur.

Bununla yanaşı, bir sıra işlər üzrə işin bütün faktik hal­la­rı­nın araş­dı­rıl­ma­sı­na lazımı diqqət yetirilmir, təq­sir­lən­di­rilən şəxs­lərdən başqa, yol hə­rə­kə­ti­nin digər iştirakçılarının da hə­rə­kət­lə­ri­nin cinayətin baş verməsinə səbəb ol­ması halları, yə­ni qarşılıqlı təqsirin möv­cudluğu nəzərə alınmadan təq­sir­ka­­ra ağır cəzalar verilir.

Nəqliyyat vasitələrini idarə etmək hü­ququndan məhrum et­mə növündə əla­və cazanın təyin olunması qanunda bir­başa nə­zərdə tutulmasına bax­ma­ya­raq, bəzi məhkəmələr tə­rə­fin­dən sə­bə­bi əsaslandırılmadan və CM-in 62-ci maddəsinə is­ti­nad edilmədən həmin növ əlavə cəzaların təyin olun­ma­ma­sı hal­larına rast gəlinir.

Məhkəmələr bu qəbildən olan iş­lə­rə baxarkən hələ də yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qay­­da­la­rı­nın pozulması ilə əlaqədar ci­na­yətlərin baş verməsinə sə­bəb olmuş hal­ların və şəraitin ətraflı ay­dın­laş­dı­rıl­masına la­zı­mi diqqət yetirmir, bu sa­hə­də olan nöqsan və ça­tış­maz­lıq­la­rın ara­dan qaldırılması məqsədilə nadir hal­larda xüsusi qə­rar­lar çıxarırlar.

Azərbaycan Respublikası Ali Məh­kə­məsinin Plenumu

 

qərara alır:

 

1. Məhkəmələrin diqqəti yol hə­rə­kə­ti və ya nəqliyyat va­sitələrinin is­tis­ma­rı qaydalarının pozulması ilə bağlı ci­­na­yət işlərinə baxılarkən qa­nun­ve­ri­ci­liyin tələblərinə və Azər­bay­can Res­pub­likası Ali Məhkəməsi Plenumunun 7 oktyabr 2004-cü il tarixli qərarında ve­rilən tövsiyələrə əməl et­mə­lə­ri zə­ru­rə­tinə cəlb edilsin.

2. İzah olunsun ki, məhkəmələr yol hə­rəkəti və ya nəq­liyyat vasitələrinin is­tismarı qaydalarının pozulması ilə bağ­­lı cinayət işləri üzrə şəxslərin təq­sir­lilik məsələsini həll edər­kən işin hal­larının hərtərəfli, tam və obyektiv araş­­dı­rıl­ma­sı üçün bütün tədbirləri gör­məli, təqsirləndirilən şəxs­lə­rin əmə­linin hüquqi tövsifinin düz­gün­lü­yü­nü və elan olun­muş ittihamın sübuta ye­tirilməsi məsələsini diqqətlə araş­dır­­ma­lıdır.

3. Məhkəmələrin nəzərinə çat­dı­rıl­sın ki, yol hərəkəti və ya nəqliyyat va­si­tələrinin istismarı qaydalarını pozan şəxs­­lər barəsində cəza təyin edilərkən Azər­baycan Res­pub­li­kası CM-in əda­lət prinsipindən, cəzanın məqsədindən və cə­zanın təyin edilməsinin ümumi əsas­larından bəhs edən 8-ci, 41-ci və 58-ci maddələrinin, Azərbaycan Res­pub­likası Ali Məhkəməsi Plenumunun «Məh­kəmələr tərəfindən ci­na­yət cə­za­larının təyin edilməsi təcrübəsi haq­qı­n­da» 2003-cü il 25 iyun tarixli 4 say­lı qərarının tələblərinə ciddi əməl olun­­malıdır.

4. İzah olunsun ki, CM-in 59-cu mad­dəsində nəzərdə tu­tulan cəzanı yün­gülləşdirən halların sayı məh­dud­laş­­dı­rıl­ma­dığından, təqsirləndirilən şəxs­lər barəsində cəza təyini za­manı hə­min maddədə göstərilməyən digər hal­lar da cə­za­nı yüngülləşdirən hal qis­mində nəzərə alına bilər. Lakin be­lə halların cəzanı yüngülləşdirici hal ki­mi qəbul edilməsi hökm­də əsas­lan­dı­rıl­malıdır.

Eyni zamanda, nəzərə almaq la­zım­dır ki, cinayət tər­ki­bi­nin əlaməti kimi qa­nun normasının dispozisiyasında gös­­tə­ril­miş məsuliyyəti azaldan hallara cə­za təyini zamanı cəzanı yün­gül­ləş­di­rən hal kimi təkrarən istinad edilə bil­məz.

5. İzah olunsun ki, Azərbaycan Res­publikası CM-in 61.2-ci mad­də­si­nin tələbinə əsasən cəzanı yün­gül­ləş­di­rən hal­lardan fərqli olaraq, cəzanı ağır­laşdıran halların dairəsi qanunla məh­dudlaşdırılmışdır. Ona görə də kon­kret cinayətə gö­rə cəza təyin edi­lər­kən qanunda nəzərdə tutulmayan hal­­lar cəzanı ağırlaşdıran hal kimi nə­zə­rə alına bilməz.

Bundan əlavə, cinayət tərkibinin əla­məti kimi nəzərdə tu­tulmuş cəzanı ağır­laşdıran hal, cəza təyin edilərkən cə­zanı ağır­laşdıran hal kimi təkrar nə­zə­rə alına bilməz.

6. İzah olunsun ki, Azərbaycan Res­pub­likası CM-in 62-ci maddəsi qa­nun­la nəzərdə tutulan hallar mövcud ol­duq­da ci­nayətə görə müəyyən edilmiş cə­zadan daha yüngül cəza tə­yin edil­mə­sinə imkan verir. Bu halda ci­na­yə­tin tö­rə­dil­mə­si zamanı və bundan son­ra təqsirkarın davranışı, yəni onun yol-nəq­liyyat hadisəsindən zərərçəkmiş şəxs­lərə tibbi və di­gər yardım gös­tər­mə­si, yol-nəqliyyat hadisəsi nə­ti­cə­sin­də zə­rərçəkən şəxsə dəymiş maddi və mə­nəvi zərəri könüllü ola­raq ödəməsi, zə­rərçəkmiş şəxslə razılıq əldə et­mə­yə cəhd göstərməsi ilə bağlı müstəsna hal­lar, habelə cinayətin ic­timai təh­lü­kə­liliyini əhəmiyyətli dərəcədə azal­dan başqa hal­lar, o cümlədən zə­rər­çə­kən şəxsin özünün də hadisənin baş ver­məsində qarşılıqlı təsirinin olması və bu kimi sair hal­lar nəzərə alın­ma­lı­dır.

Qanun işin müstəsna halları an­la­yı­şı­­nın nədən ibarət ol­ma­sını mü­əyyən et­­mədiyindən, belə halların möv­cud­luğu məh­kəmə tərəfindən mü­əyyən edil­­məli, onlar kon­kret­ləş­di­ril­məli və müs­­təsna hal kimi qiy­mət­lən­di­ril­mə­si­­nin əsasları hökm­də göstəril­mə­lidir.

7. Məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Res­publikası CM-in 45-ci maddəsinin mənasına görə, nəq­liy­­yat vasitələrini idarə etmə hü­qu­qun­dan məhrum etmə cə­za­sı azadlığın məh­dudlaşdırılması və müəyyən müd­də­tə azad­lıqdan məhrumetmə cə­za­la­rı­na əlavə cəza kimi təyin olu­nur. Bu növ əlavə cəza azadlıqdan məh­rum­et­mə ilə bağlı ol­mayan digər cəzaların Azər­baycan Respublikası CM-in 62-ci maddəsinin əsasları üzrə tətbiq edil­di­yi hallarda, ha­be­lə şərti məhkum et­mə zamanı da təyin oluna bilər. Lakin şər­­ti məhkumetmə əlavə cəzaya şamil edi­lə bilməz.

Nəqliyyat vasitələrini idarə etmə hü­ququndan məh­rum­et­mə­ni əlavə cə­za kimi tətbiq edildiyi hallarda məh­kə­mə hök­mün bu hissədə icrasının Azər­bay­can Respublikası Cə­za­la­rın İcrası Mə­cəlləsinin 154.1, 154.3-cü mad­də­lə­rinə mü­va­fiq surətdə məhkəmə ic­ra­çı­ları tərəfindən həyata ke­çi­ril­mə­si­nə xü­susi diqqət yetirməli, bu barədə Döv­lət Yol Polisi or­qanlarına rəsmi mə­lumat verilməsini və nəqliyyat va­si­­tə­si­ni idarə etməyə hüquq verən və­si­qənin həmin orqanlara gön­də­ril­mə­si­ni təmin etməlidir.

8. İzah olunsun ki, qanuna görə bü­tün hallarda cəza hökm­də elə şəkildə gös­tərilməlidir ki, hökmün icrası za­ma­­nı məhkəmənin təyin etdiyi cəzanın nö­vü və müddəti heç bir anlaşılmazlıq ya­ratmasın. Nəzərə alınmalıdır ki, it­ti­ham hök­münün nəticəvi hissəsində məh­kuma təyin olunan əsas və əlavə cə­zanın növü və müddəti aydın və kon­kret gös­tə­ril­məlidir.

Cinayətlərin və ya hökmlərin məc­mu­su üzrə azadlıqdan məh­rumetmə cə­zasının çəkilməsi qaydası yalnız qəti cə­za təd­biri təyin edildikdən sonra gös­tərilməlidir.

MÜNDƏRİCAT

Ибрагим Кулиев, Азад Ибрагимли. Конституционность полномочий Президента Азербайджанской Республики и его взаимодействие с Конституционным Судом
Rəsmi sənədlər
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.