10.18.2017 15:07
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Mülki və eksperimental hava gəmilərində daşınmasına icazə verilə bilən hərbi avadanlığın (ləvazimatların) siyahısı

1. Ümumi müddəa

 

"Aviasiya haqqında" Azərbaycan Res­­pub­likası Qanununun 44.1-ci mad­­də­sinin ikin­ci hissəsinin və Bey­­nəl­xalq Mülki Avi­asiya haq­qın­da Kon­ven­siyanın (7 de­kabr 1944-cü il tarixli Çi­kaqo kon­ven­si­ya­sı) 18-ci Əlavəsinin tə­ləblərinin icrası məq­­sədi ilə ha­zır­lan­mış bu siyahı mül­ki və eks­pe­ri­men­tal hava gə­mi­lə­rində da­şın­ma­sına ica­zə verilən hər­bi avadanlıüın (lə­­va­zi­mat­ların), ma­terialların, kom­po­nent­­lə­rin və di­gər xüsusi vasitələrin əsas növ­­lə­ri­ni və onların daşınma (zəruri hal­lar­­da – Azərbaycan Respublikasının əra­­zi­si­nə və Azərbaycan Res­pub­li­ka­­sın­dan kə­na­ra) qaydasını mü­əy­yən edir.

 

2. Mülki və eksperimental avi­a­si­­ya­sı ha­va gəmilərinin hərbi ava­­danlığın (lə­vazimatların) da­­şın­ması üçün is­ti­fadə edil­mə­si

 

Mülki və eksperimental avi­a­si­ya­sı ha­va gə­milərinin hərbi ava­dan­lı­ğın (lə­­va­zi­mat­la­rın) daşınması üçün is­­ti­fa­də­si Azər­bay­can Respublikası Döv­lət Mül­ki Aviasiya Ad­mi­nis­tra­si­yasının (bun­dan sonra – DMAA) ra­zılığı ilə hə­yata keçirilir.

 

3. Hərbi avadanlığın (lə­va­zi­mat­­la­rın) daşınma üzün qə­bul edil­mə­si və qorunub sax­la­­nıl­ma­sı­nın təmin olunması

 

3.1. Hərbi avadanlığın (lə­va­zi­mat­­la­rın), ma­terialların, kom­po­nent­lərin və di­gər xü­su­si vasitələrin da­şın­ma üçün qə­bulu, on­la­rın mo­ni­to­rin­qi, yola düş­mə ae­ro­por­tun­da mül­ki və eks­pe­ri­men­tal aviasiyası ha­va gə­milərinə çat­dı­rılması və tə­yi­nat ae­ro­por­tunda təh­vil verilməsi, ha­belə müvafiq sə­­nəd­lə­rin rəs­mi­ləş­dirilməsi qeyd edilən ae­­ro­port­la­rın aviasiya təhlükəsizlik xid­mət­­lə­ri­nin səlahiyyətli əməkdaşlarının nə­­za­rəti altında həyata keçirilir.

3.2. Yuxarıda güstərilən ava­dan­lı­ğın (lə­­vazimatların) hava gəmiləri ilə da­şın­ma­sına nəzarət və müvafiq sə­­nəd­lə­rin rəs­miləşdirilməsi Azər­bay­can Res­pub­li­ka­sı­nın aidiyyəti mər­kəzi icra ha­kimiyyəti or­qanları tə­rəfindən hə­ya­ta keçirilir.

3.3. Hərbi avadanlığın (lə­va­zi­mat­­la­rın) təh­lükəsiz daşınmasına və tə­yinat ha­va li­ma­nında səlahiyyətli yük­alana təh­vil ve­ril­məsinə görə ha­va gə­mi­si­nin kapitanı tə­rə­findən tə­yin edilən kon­kret ekipaj üzvü mə­­suliyyət da­şı­yır.

 

4. Hərbi avadanlığın (lə­va­zi­mat­­la­rın) əsas siyahısı

 

4.1. Hərbi avadanlığın (lə­va­zi­mat­­la­rın) əsas siyahısı aşa­ğı­da­kı­lar­dan iba­rət­dir:

4.1.1. müxtəlif silahların, o cüm­lə­­dən çat­dırma vasitələri kom­po­nent­­lə­ri­nin dö­yüş zamanı tətbiqi va­si­tələri, ni­şan­alma, işə­salma, ida­rə­et­mə sis­tem­lə­ri, habelə si­lah­lı qüv­və­lərin təchizatı üçün nəzərdə tu­tul­­muş digər xüsusi tex­niki va­si­tə­lər, müx­təlif kom­po­nent­lər, ehtiyat his­sələri, ci­hazlar və on­la­rın kom­plekt­ləşdirici mə­mu­latları, tə­lim si­la­hı (maketlər, tre­na­jor­lar və müx­tə­lif silahların və hərbi tex­ni­ka­nın imi­­tatorları);

4.1.2. silahlı qüvvələrin şəxsi he­yə­­ti­nin hə­yat fəaliyyətinin təmin edil­­mə­si sis­tem­lə­ri, xüsusi təyinatlı ma­­te­ri­al­lar və onların is­tehsalı üçün xü­susi ava­danlıq, kütləvi qığın si­la­hından kol­lektiv və fərdi mü­da­fiə va­sitələri, küt­ləvi qırğın silahının tət­­bi­qinin qar­şı­sının alınması və nə­ti­­cə­lə­ri­nin ara­dan qaldırılması va­si­tə­ləri, arxa cəb­hə üçün xüsusi ava­dan­lıq, hərbi geyim for­­ması və onun atributları;

4.1.3. rabitə, avtomatlaşdırma, in­for­­ma­si­yanın mühafizəsi sistemləri və va­si­tə­lə­ri, bəzi zirehli müdafiə va­sitələri, ge­yim, əs­g­əri təchizat;

4.1.4. sərhədin mühafizəsinin mü­­hən­dis-texniki vasitələri, optik elek­­tron, aş­kar­edici və işarəverici qur­ğular və onların kom­ponentləri, sər­həd nə­za­rəti, mə­sa­fə­dən nəzarət və vi­deo­mü­şahidənin texniki va­si­tə­ləri, avi­a­si­ya və dəniz vasitələri, ba­­xış ava­dan­lı­ğı, narkotik və part­la­yı­cı mad­də­lə­rin, ha­belə bioloji ob­yekt­lərin mə­sa­fə­dən aş­kar edilməsi v­a­sitələri, ey­ni­ləş­dir­mə va­sitələri;

4.1.5. rabitə kanallarında in­for­ma­­si­ya­nın mühafizəsi, in­for­ma­si­ya­nın, au­dio və vi­deoinformasiyanın axı­nı ka­nal­larının ax­ta­rış vasitələri, kom­püter şə­bəkələrinin mü­hafizəsi, ica­zəsiz gi­riş­dən müdafiə, elek­tron açar­lar, smart-kartlar, mə­lu­mat­la­rın qo­runması və idarə edilməsi, in­for­ma­­si­yanın tə­ci­li surətdə məhv edil­mə­si, an­ti­vi­rus proq­ramları və kom­pü­ter hü­cum­la­rı­nın aş­kar edilməsi, mü­hafizə edilən in­ter­net-tex­no­lo­gi­ya­lar, informasiya mü­ha­fi­zə­si­nin bio­metrik sistemləri, kom­pleks təh­lü­­kəsizlik konsepsiyaları, xü­su­si po­­li­qra­fi­ya və holoqrafiya, digər elek­­tron texnika və avadanlıq.

 

5. Hərbi avadanlığın (lə­va­zi­mat­­la­rın) ta­ra və qab­laş­dı­rıl­ma­sına da­ir tə­ləb­lər

 

5.1. Hava nəqliyyatı ilə daşınan yük­­lər düz­gün taraya və qüvvədə olan stan­dart və texniki şərtlərə uy­ğun qab­laş­dırmaya ma­lik olmalıdır. Ta­ra və qab­laşdırılması ilə bağlı stan­dart və tex­niki şərtlərin mü­əy­yən olunmadığı yük­lər daşınma za­ma­nı mü­hafizəni tə­min edəcək şə­kil­də qab­laş­dı­rılaraq möh­kəm bağ­lan­malıdır. Digər yük­lər, te­x­nika və sair avadanlıq da­şı­yı­cı­nın ra­zılığı ilə qablaşdırılmadan daşına bi­lər.

5.2. Hava nəqliyyatı ilə da­şın­ma­ya təq­dim edilən yüklərin qabı quru və tə­miz ol­malı, yüklər hava gə­mi­si­nin böl­mələrini və oradakı ava­dan­lığı çirk­lən­dirə və ya zə­dələyə bi­ləcək iti uc­la­ra, çıxıntılara və sa­ir malik ol­ma­ma­lı­dır.

5.3. Dəyəri bəyan olunmaqla, da­şı­­ma­ya təq­dim edilən yerlərin tara və ya qa­bı plom­blanmalıdır. Plomb­lar stan­dart ol­ma­lı, onların üzərində rə­qəm və ya hərflərin təs­virləri ay­dın həkk edil­mə­lidir. Yükün plomb­­lanması və gön­də­ri­lən plomb­ların adı yük qaiməsində qeyd edilməlidir.

 

6. Beynəlxalq Mülki Aviasiya Təş­­ki­la­tının (ICAO) tələbləri ilə əla­qə­dar yüklərə tətbiq edi­lən məh­du­diy­yətlər

 

Beynəlxalq mülki aviasiya haq­qın­da kon­­vensiyanın 18-ci Əla­və­sinin 4.3-cü mad­­dəsinin şamil edil­diyi istənilən yü­kün ha­va ilə da­şın­ma­sı (bütöv şəkildə və ya hər hansı ava­danlıq, yaxud lə­va­zi­matın tər­kib his­səsi kimi) qa­da­ğandır.

MÜNDƏRİCAT

Ибрагим Кулиев, Азад Ибрагимли. Конституционность полномочий Президента Азербайджанской Республики и его взаимодействие с Конституционным Судом
Rəsmi sənədlər
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.