05.22.2017 19:24
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Avtovağzal və avtostansiya haqqında Əsasnamə

I. Ümumi müddəalar

 

1.1. «Avtovağzal və avtostansiya haq­qında» Əsasnamə (bundan  sonra - Əsas­namə) «Avtomobil nəqliyyatı haq­qında» Azərbaycan Res­pub­li­ka­sı­nın Qanununa, habelə Azərbaycan Res­publikasının digər normativ hüquqi akt­larına uyğun olaraq hazırlanmışdır.

Bu Əsasnamə mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq, av­to­vağ­zallara (avtostansiyalara) dair tə­ləb­ləri, onların fəaliyyətinin əsaslarını və xüsusiyyətlərini, funksiyalarını və və­zifələrini, iş rejimini və texnoloji iş pro­sesini müəyyən edir.

1.2. Avtovağzalların (av­to­stan­si­ya­la­rın) fəaliyyəti ilə əlaqədar yaranan və bu Əsasnamə ilə əhatə olunmayan mü­nasibətlər Azərbaycan Res­pub­li­ka­sı­nın digər normativ hüquqi aktları ilə tən­zimlənir.

1.3. Bu Əsasnamənin məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşa­ğıdakılardır:

1.3.1. avtovağzal – yaşayış mən­tə­qə­lərində sərnişinlərə xidmət gös­tə­ril­mə­si üçün nəzərdə tutulmuş və 75-dən artıq sərnişin tutan gözləmə zalı, bi­let kassaları, ana və uşaq otağı, ba­qaj­ların saxlama kameraları, iaşə, mə­də­ni-məişət və sanitar-gigiyenik tə­yi­nat­lı sahələri, tibbi yardım və polis mən­təqələri, inzibati binası və ya xid­mə­ti otaqları, sürücülərin istirahət ota­ğı, sərnişinlərin minib-düşməsi üçün per­ronu, avtobusların reyslərarası da­yan­ması üçün meydançası və tə­miz­lə­mə postları, habelə şəhər nəqliyyatının və taksi minik avtomobillərinin da­yan­ma­sı üçün vağzalyanı sahəsi olan bina və qurğular kompleksi; 

1.3.2. avtostansiya – yaşayış mən­tə­qə­lərində sərnişinlərə xidmət gös­tə­ril­mə­si üçün nəzərdə tutulmuş, 75-dək sər­nişin tutan gözləmə zalı, ən azı bir xid­məti otağı, bilet kassası, sanitar-gi­gi­yenik təyinatlı sahəsi, sərnişinlərin mi­nib-düşməsi üçün perronu olan qur­ğu;

1.3.3. perron – avtovağzallarda (av­to­stansiyalarda), dayanacaq mən­tə­qə­lə­rində sərnişinlərin sərbəst hərəkət et­məsi, gözləməsi, minib-düşməsi üçün nəzərdə tutulmuş, müəyyən hün­dür­lüyə malik və platformalara çıxışı olan (platformalar olduqda) meydança;

1.3.4. platforma – avtovağzallarda (av­tostansiyalarda), dayanacaq mən­tə­qə­lərində avtonəqliyyat vasitələrinə sər­nişinlərin minib-düşməsi və bi­la­va­si­tə  avtonəqliyyat vasitəsinin yan alıb da­yanması üçün nəzərdə tutulmuş, mü­əyyən hündürlüyə malik və per­ron­la əlaqəsi olan yer;

1.3.5. sərnişin axını - müəyyən is­ti­qa­mətdə və zaman vahidi ərzində fak­ti­ki daşınan sərnişinlərin sayı.

 

II. Avtovağzalın (avtostansiyanın) pas­portu

 

2.1. Avtovağzallar (avtostansiyalar) şə­hərlərarası (rayonlararası) və bey­nəl­xalq marşrutlar üzrə müntəzəm sər­ni­şin daşınmasını yerinə yetirən da­şı­yı­cılara və sərnişinlərə xidmət gös­tə­ril­məsi məqsədi ilə ayrı-ayrı şə­hər­lər­də və rayonların inzibati mər­kəz­lə­rin­də, habelə sərnişin axını intensiv olan iri nəqliyyat qovşaqlarında təşkil olu­nur.

2.2. Hər bir avtovağzalın (av­to­stan­si­yanın) onun kateqoriyasına uyğun pas­portu olmalıdır. Pasport av­to­vağ­za­lın (avtostansiyanın) fəaliyyət gös­tər­mə­si üçün rəsmi sənəd hesab edilir. Av­tovağzalı (avtostansiyanı) təşkil edən təsərrüfat subyekti pasport almaq üçün Azərbaycan Respublikasının Nəq­liyyat Nazirliyinə bu Əsasnamənin 1 nömrəli əlavəsinə uyğun formada əri­zə təqdim etməlidir. Ərizəyə aşa­ğı­da­kı sənədlər əlavə olunur:

2.2.1. hüquqi şəxslər üçün dövlət qey­diyyatı haqqında şəhadətnamənin su­rəti, fiziki şəxslər üçün şəxsiyyətini təs­diq edən sənədin və vergi or­qa­nın­da uçota alınması barədə şə­ha­dət­na­mə­nin surəti;

2.2.2. avtovağzalın (avtostansiyanın) plan­ları;

2.2.3. xidməti otaqların planları;

2.2.4. minik meydançalarının ümumi planı;

2.2.5. avtovağzalın (avtostansiyanın) qısa xarakteristikası (bu Əsasnamənin 2 nömrəli əlavəsinə uyğun formada).

2.3. Azərbaycan Respublikasının Nəq­liyyat Nazirliyi müvafiq ərizə da­xil olduğu gündən 15 gün müddətində bu Əsasnamənin 3 nömrəli əlavəsinə uy­ğun formada pasportun verilməsi mə­sələsinə baxır .

2.4. Ərizəçi bu Əsasnamənin 2.2-ci bən­dində göstərilən sənədləri təqdim et­mədikdə, yaxud avtovağzalın (av­to­stan­siyanın) ərizədə göstərilən ka­te­qo­ri­yası bu Əsasnamənin 4 nömrəli əla­və­sində müəyyən edilən müvafiq ka­te­qo­riya üçün minimal tələblərə uyğun gəl­mədikdə, pasport verilməsindən im­tina edilir. Digər səbəblərə görə im­ti­naya yol verilmir.

2.5. Ərizəçi Azərbaycan Res­pub­li­ka­sı Nəqliyyat Nazirliyinin əsas­lan­dı­rıl­mış imtinasında göstərilən nöq­san­la­rı aradan qaldırdıqdan sonra pasport al­maq üçün müvafiq sənədləri tək­ra­rən təqdim etmək hüququna malikdir.

2.6. Avtovağzala (avtostansiyaya) bu Əsas­namənin 3 nömrəli əlavəsi ilə mü­əyyən edilmiş nümunədə verilən pas­port 2 nüsxədə tərtib edilərək təs­diq olunur, onlardan biri avtovağzalda (av­tostansiyada), digəri isə Azər­bay­can Respublikasının Nəqliyyat Na­zir­li­yin­də saxlanılır.

2.7. Avtovağzalın (avtostansiyanın) pas­portda göstərilən  xarak- te­ris­ti­ka­sın­da dəyişiklik olduğu hallarda yeni pas­port verilir. Bu halda yeni pasport alın­ması üçün əvvəl verilmiş pasport və avtovağzalın (avtostansiyanın) mü­va­fiq xarakteristikasında dəyişikliyi təs­diq edən digər sənədlər əlavə olun­maq­la, Azərbaycan Respublikasının Nəq­liyyat Nazirliyinə ərizə təqdim edi­lir. Yeni pasportun verilməsi bu Əsas­namə ilə müəyyən edilmiş qay­da­da həyata keçirilir.

 

III. Avtovağzalların (av­to­stan­si­ya­la­­rın) kateqoriyalarının me­yar­ları və struk­turu

 

3.1. Avtovağzallar I və II ka­te­qo­ri­ya­ya, avtostansiyalar I, II və III ka­te­qo­riyaya bölünürlər. Avtovağzalların (av­tostansiyaların) kateqoriyalarının mü­əyyən edilməsi meyarları aşa­ğı­da­kı­lar­dır:

3.1.1. gün ərzində eyni vaxtda mü­va­fiq xidmətlər göstərilə bilən sər­ni­şin­lərin sayı;

3.1.2. binaların, tikililərin, istehsalat ərazisinin, texnoloji avadanlıqların mövcudluğu.

3.2. Avtovağzalların (av­to­stan­si­ya­la­rın) strukturu (kateqoriyaya uyğun) aşa­ğıdakılardan ibarətdir:

3.2.1. sərnişinlərin gözləməsi üçün nə­zərdə tutulan bina və tikililər, kassa za­lı (bilet kassası), ana və uşaq otaq­la­rı, sürücülərin istirahət otaqları, in­zi­ba­ti otaqlar, əl yükünün saxlama ka­me­raları, tibbi yardım və polis mən­tə­qə­ləri, sərnişinlərin təhlükəsizliyinin tə­min edilməsi məqsədi ilə monitor va­sitəsilə müşahidə aparmaq üçün tex­no­loji avadanlıqlar olan xidməti otaq­lar (I kateqoriya aid olan av­to­vağ­zal­lar­da təşkil edilir), iaşə, mədəni-məi­şət, o cümlədən universal rabitə xid­mət­lərinin göstərilməsi üçün yerlər, ha­belə sanitar-gigiyenik təyinatlı otaq­lar;

3.2.2. sərnişinlərin minməsi və düş­mə­si üçün perronlar, sərnişinlərin av­to­busa minməsi üçün perronlarda plat­for­malar (I kateqoriya aid olan av­to­vağ­zallarda mütləq qaydada təşkil edi­lir), avtobusların reysarası dayanma sa­hə­ləri və avtobusların salonlarının tə­miz­lənməsi postları;

3.2.3. şəhər nəqliyyatının, o cüm­lə­dən taksi minik avtomobillərinin da­yan­ması üçün sahələri olan vağzalyanı mey­dan;

3.2.4. avtovağzalın (avtostansiyanın) əra­zisi ilə əlil arabalarının hərəkəti üçün yollar və əlillərin araba ilə min­mə­si və düşməsi üçün təchiz olunmuş yer­ləri olan minmə (düşmə) perronları.

3.3. Avtovağzalların (av­to­stan­si­ya­la­rın) kateqoriyalarının meyarları bu Əsas­namənin 4 nömrəli əlavəsinə mü­va­fiq olaraq müəyyən edilir.

3.4. Avtovağzallar (avtostansiyalar) və daşıyıcılar arasında qarşılıqlı mü­na­si­bətlər müqavilə əsasında qurulur.

3.5. Avtovağzallar (avtostansiyalar) tə­rəfindən bu Əsasnaməyə uyğun ola­raq göstərilən xidmətlərə görə ödə­niş­lər kateqoriyasından asılı olaraq, qa­nun­vericilikdə nəzərdə tutulmuş qay­da­da müəyyən edilir.

 

IV. Avtovağzalların (avtostansiya­la­rın) funksiyaları

 

4.1. Avtovağzalların (av­to­stan­si­ya­la­rın) funksiyaları aşağıdakılardır:

4.1.1. avtobusların avtovağzal, av­to­stan­siya üzrə hərəkət cədvəllərinə ria­yət edilməsi, hər bir avtobusun sər­ni­şin tutumundan səmərəli istifadə edil­mə­si, dispetçer xidmətinin təşkili və tə­min olunması, sərnişin daşınmasının təh­lükəsizliyi qaydalarına və nor­ma­la­rı­na riayət edilməsi, avtobusların hə­rə­kə­tinin tənzimlənməsi, yol və dis­pet­çer sənədlərinin rəsmiləşdirilməsi, av­to­busların lazımi sanitar vəziyyətdə sax­lanılmasına və tələb olunan sə­viy­yə­də təchiz edilməsinə, sərnişinlərdə bi­letlərin olmasına, gedişə və baqajın da­şınmasına görə ödənişin düz­gün­lü­yü­nə nəzarətin həyata keçirilməsi;

4.1.2. avtovağzallardan (av­to­stan­si­ya­lardan) istifadə edilməsi və av­to­bus­da gedişlə əlaqədar məsələlər üzrə sər­nişinlərə vaxtında və dolğun mə­lu­mat verilməsi, yeni açılmış marşrutlar, av­tobusların hərəkət cədvəllərinə edil­miş dəyişikliklər, göstərilən xid­mət­lə­rin yeni növləri haqqında əhalinin mə­lu­matlandırılması (yerli mətbuat, radio, te­leviziya və s. vasitəsilə), av­to­bus­la­rın hərəkətinə dair elan məzmunlu cəd­vəllərin müvafiq yaşayış mən­tə­qə­si­nin ərazisində yayılması;

4.1.3. yola düşən avtobuslarda boş və boşalacaq yerlər, yol şəraitində də­yi­şikliklər və avtobusların hərəkət cəd­vəllərindən kənaraçıxmalar barədə av­tovağzalların (avtostansiyaların) qar­şı­lıqlı məlumatlandırılması;

4.1.4. gediş və baqaj daşınması bi­let­lərinin satışından, poçt gön­də­riş­lə­ri­nin qəbulu və reysə çıxan avtobuslarda gön­dərilməsindən, sərnişinlərdən ay­rı­lıq­da daşınması üçün (baqaj av­to­mo­bil­lərinin hərəkəti təşkil edilən mar­şrut­larda) baqajın qəbulu və rəs­mi­ləş­di­rilməsindən əldə olunan gəlirin yı­ğıl­ması, satılmış biletlərə və göstərilən xid­mətlərə görə (biletlərin əvvəlcədən sa­tışı, biletlərin evə çatdırılması, ba­qa­jın saxlanması və s. üzrə xidmətlər) da­şıyıcılarla vaxtlı-vaxtında qarşılıqlı he­sablaşmaların aparılması;

4.1.5. sərnişinlərə məişət xid­mət­lə­ri­nin göstərilməsi, avtovağzalda (av­to­stan­siyada) olduqları müddətdə sər­ni­şin­lərin məişət tələbatlarının təmin edil­məsi məqsədi ilə tədbirlərin gö­rül­mə­si və sərnişinlərə mədəni-məişət və sanitar-gigiyenik xidmətlərinin gös­tə­rilməsi üçün nəzərdə tutulan yer­lər­də yüksək mədəni xidmət gös­tə­ril­mə­si­nin təmin edilməsi;

4.1.6. sürücülər üçün məişət və is­ti­ra­hətin, o cümlədən qısamüddətli (işin­də reysarası fasilə 4 saatdan az olan sürücülər üçün) və uzunmüddətli (işin­də fasilə 4 saatdan çox və is­ti­ra­hət­li iş rejimi olan sürücülər üçün) is­ti­rahət üçün zəruri avadanlıqla təchiz olun­muş otaqların təşkil edilməsi, sü­rü­cülərin qidalanmaları və duş qəbul et­mələri üçün zəruri şəraitin ya­ra­dıl­ma­sı;

4.1.7. avtobusların salonlarının tə­miz­lənməsi və avtobusların mü­ha­fi­zə­si;

4.1.8. marşrutlar üzrə hərəkət cəd­vəl­lərinə dəyişikliklərin edilməsi, bu və ya digər marşrutda reyslərin sayının ar­tırılması, avtobusların növü və ya mar­kasının dəyişdirilməsi, tranzit av­to­busların dayanma vaxtının artırılması və ya qısaldılması, reysin yerinə ye­ti­ril­məsi vaxtının artırılması və ya qı­sal­dıl­ması, marşrutlar və reyslər üzrə ge­cik­mələr və kənaraçıxmalar barədə mə­lumatların sərnişinlərə və av­to­vağ­zal (avtostansiya) xidmətlərinin digər is­tehlakçılarına vaxtlı-vaxtında çat­dı­rıl­ma­sı;

4.1.9. vağzalyanı ərazinin abadlığı ilə əlaqədar işlərin, tikililərin, per­ron­la­rın keyfiyyətli və vaxtında təmiri, yan­ğın təhlükəsizliyi üzrə kompleks təd­birlərin görülməsi, avtovağzalın (av­tostansiyanın) mövcud sanitariya-gi­giyenik tələblərə uyğun vəziyyətdə sax­lanılmasının təmin edilməsi.

 

V. Avtovağzalların (avtostan­si­ya­la­­rın) işçi heyəti, işinin tex­no­lo­ji pro­se­si və rejimi

 

5.1. Avtovağzalların (av­to­stan­si­ya­la­rın) işçi heyəti və strukturu av­to­vağ­za­lın (avtostansiyanın) kateqoriyasından ası­lı olaraq müəyyən edilir.

5.2. Avtovağzalın (avtostansiyanın) iş­çi heyəti üçün Azərbaycan Res­pub­li­ka­sının Nəqliyyat Nazirliyi tərəfindən ay­rı-ayrı vəzifələr üzrə vəzifə tə­li­mat­la­rı təsdiq edilir.

5.3. Xidməti vəzifələrini yerinə ye­ti­rən avtovağzal (avtostansiya) iş­çi­si­nin üzərində onun şəxsiyyətini və tut­du­ğu vəzifəsini təsdiq edən döş nişanı ol­malıdır.

5.4. Avtovağzallar (avtostansiyalar) üçün iş gününün başlanması və başa çat­ması vaxtı avtobusların hərəkət cəd­vəlinə uyğun olaraq, av­to­vağ­zal­la­rın (avtostansiyaların) rəhbərliyi tə­rə­findən müəyyən edilir.

5.5. Sərnişinlərin avtovağzalın (av­to­stansiyanın) binasına daxil olmasının tə­min edilməsi üçün avtovağzaldan (av­tostansiyadan) birinci avtobusun yo­la düşməsinə və ya birinci av­to­bu­sun avtovağzala (avtostansiyaya) gəl­mə­sinə ən azı 30 dəqiqə qalmış açıl­ma­lı və gündəlik hərəkət cədvəli üzrə axı­rıncı avtobus gəldikdən (yola düş­dük­dən) ən azı 30 dəqiqə keçdikdən son­ra bağlanmalıdır.

5.6. Avtovağzalın (avtostansiyanın) na­har fasiləsi ilə əlaqədar və ya tə­miz­lik işlərinin aparılması üçün bağ­lan­masına yol verilmir. Gözləmə zalı, ana və uşaq otağı və tibb məntəqəsi av­tovağzalın (avtostansiyanın) mü­əy­yən edilmiş bütün iş günü ərzində sər­ni­şinlər üçün açıq olmalıdır.

5.7. Biletlərin cari satışını həyata ke­çirən kassaların iş vaxtı avtobusların hə­rəkət cədvəli ilə müəyyən edilən av­tovağzalın (avtostansiyanın) iş re­ji­mi­nə uyğun şəkildə qurularaq, bi­let­lə­rin bütün reyslər üzrə tam və vaxtında sa­tıl­masını təmin etməlidir.

5.8. Biletlərin əvvəlcədən satışını hə­yata keçirən kassaların iş rejimi yer­li şəraitə uyğun sərnişinlərin rahatlığı nə­zərə alınmaqla, avtobusların hərəkət cəd­vəlinə uyğunlaşdırılmadan mü­əy­yən edilir.

5.9. Növbətçilik, hesabatların qə­bu­lu, həmçinin mədaxilin inkassasi- yası ilə əlaqədar olan şəxsi heyətin iş vaxtı və istirahət günləri avtovağzalın (av­to­stan­siyanın) texnoloji iş prosesi nəzərə alın­maqla, əmək qanun- vericiliyi ilə nə­zərdə tutulmuş qaydada müəyyən edi­lir.

5.10. Avtovağzalın (avtostansiyanın) rəh­bərinin, onun müavinlərinin və bö­yük dispetçerin iş rejimi (qrafiki) av­to­nəq­liyyat vasitələrinin hərəkət in­ten­siv­liyindən və sərnişin axınının də­yiş­mə­sindən asılı olaraq, əmək qa­nun­ve­ri­ciliyində nəzərdə tutulmuş qaydada mü­əyyən edilir.

5.11. Avtovağzalın (avtostansiyanın) işi­nin texnoloji prosesi onların xid­mət­lə­rinin səmərəli təşkili, habelə sər­ni­şin­lərə xidmət göstərilməsi və gün­də­lik olaraq avtobusların qəbulu və yola sa­lınması üzrə əməliyyatların qarşılıqlı və ardıcıl surətdə yerinə yetirilməsi əsa­sında qurulur.

5.12. Avtovağzalda (avtostansiyada)  av­tobusların hərəkət sxemi  avtovağzal (av­tostansiya) zonasına avtobusların da­xil olması, orada yerdəyişməsi və ora­dan çıxması istiqamətlərini mü­əy­yən edir.

5.13. Avtovağzalda (avtostansiyada) av­tobusların hərəkət sxeminin işlənib ha­zırlanması aşağıdakılar nəzərə alın­maq­la həyata keçirilir:

5.13.1. avtovağzala (avtostansiya) da­xil olarkən və ya oradan çıxarkən  av­tonəqliyyat vasitələrinin yalnız sağ tə­rəfə dönməsi;

5.13.2. avtovağzala (avtostansiyaya) bi­tişik küçələrdə avtonəqliyyat va­si­tə­lə­rinin əks istiqamətdə hərəkət etməsi üçün döngələrin olması;

5.13.3. sərnişinlərin minib düş­mə­lə­ri­nin avtonəqliyyat vasitələrinin sağ tə­rəfindən (hərəkət istiqaməti üzrə) plat­forma vasitəsilə həyata ke­çi­ril­mə­si;

5.13.4. avtonəqliyyat vasitələrinin min­mə və düşmə platformalarına sağ tə­rəf istiqamətində yanaşması;

5.13.5. avtonəqliyyat vasitələrinin sər­nişinlərin minməsi üçün verilməsi və yola düşməsi zamanı minimal say­da hərəkət əməliyyatlarının etməsi;

5.13.6. avtonəqliyyat vasitələrinin hə­rəkət xətlərinin sərnişin axını xət­lə­ri ilə kəsişməməsi.

5.14. Avtovağzalın (avtostansiyanın) sər­nişinlərin hərəkət sxemini əks et­di­rən planında aşağıdakıların yerləşməsi təs­vir edilməlidir:

5.14.1. xidməti, köməkçi, habelə sər­nişinlər üçün nəzərdə tutulmuş otaq­lar, onların təyinatı və nöm­rə­lən­mə­si;

5.14.2. giriş və çıxış qapıları və on­la­rın təyinatı;

5.14.3. sərnişinlər üçün nəzərdə tu­tul­muş məlumatların əsas elementləri (av­tobusun yola düşməsi və gəlməsi, bi­letlərin qiyməti barədə cədvəllər, şə­hərlərarası əlaqə xətlərinin sxemi).

5.15. Planda tikili və qurğulardan baş­qa aşağıdakılar göstərilməlidir:

5.15.1. avtonəqliyyat vasitələrinin gi­riş və çıxışı üçün, habelə sər­ni­şin­lə­rin şəhərə çıxışı üçün istiqamət gös­tə­ri­cilərinin quraşdırıldığı məntəqələr;

5.15.2. avtonəqliyyat vasitələrinin reys­lərarası dayanması üçün ayrılmış yer­lərin (postların) cizgiləri;

5.15.3. avtonəqliyyat vasitələrinin da­yanacaq yerlərinin (postlarının) nöm­rələri göstərilməklə, plat­for­ma­la­rın təyinatı üzrə (gəlmə, yola düşmə, tran­zit perronların) müəy­yən­ləş­di­ril­mə­si;

5.15.4. avtonəqliyyat vasitələrinin yu­yulması və onların texniki sazlığının yox­lanılması üçün ehtiyat mən­tə­qə­lə­ri­nin cizgiləri;

5.15.5. taksi minik avtomobillərin və digər avtomobillərin dayanacaq yer­lərinin göstəriciləri və cizgiləri.

5.16. Dispetçer rabitəsinin daxili və xa­rici vasitələrinin sxemi mövcud olan ra­bitə vasitələrinin və siqnalizasiyanın (te­lefon, radiostansiya, elektron rabitə və s.) avtovağzalda (avtostansiyada) hə­qiqi yerlərini və onların iş vaxtını mü­əyyənləşdirir.

5.17. Məlumat və xəbərdarlıq sxemi av­tovağzalın (avtostansiyanın) əra­zi­sin­də, habelə avtovağzallar (av­to­stan­si­yalar) arasındakı avtomobil yol­la­rın­da iqlim şəraiti və yol şəraiti haqqında mə­lumatların təxirəsalınmaz və ope­ra­tiv ötürülməsinin təyinatını, qaydasını və vaxtını müəyyən edir.

5.18. Yanğın və fövqəladə hallar za­ma­nı avtovağzalın (avtostansiyanın) iş­çi heyətinin və sərnişinlərin təxliyyə edil­məsi planı insanların və mal-ma­te­ri­al qiymətlilərin avtovağzalın (av­to­stan­siyanın) binasından evakuasiya edil­məsi qaydasını və yollarını mü­əy­yən edir.

5.19. Avtovağzalın (avtostansiyanın) işi­nin texnoloji prosesi aşağıdakılardan iba­rətdir:

5.19.1. hərəkətin təşkil edilməsi və sər­nişinlərə mədəni-məişət xid­mət­lə­ri­nin göstərilməsi;

5.19.2. informasiya xidmətinin təşkil edil­məsi;

5.19.3. bilet satışının təşkil edilməsi;

5.19.4. sərnişinlərə məxsus baqajın və əl yüklərinin saxlanmasının təşkil edil­məsi;

5.19.5. dispetçer xidmətinin təşkil edil­məsi;

5.19.6. avtovağzalın (av­to­stan­si­ya­nın) saxlanılması.

5.20. Avtovağzalın (avtostansiyanın) tex­noloji iş prosesi qaydasına aşa­ğı­da­kı­lar əlavə olunur:

5.20.1. hər bir platforma üzrə av­to­bus­ların gəlmə və yola düşmə cədvəli;

5.20.2. marşrutların siyahısı, il ər­zin­də avtobusların hərəkətinin dispetçer cəd­vəli;

5.20.3. avtobusların gəlməsi və yola düş­məsi barədə görünən yerdə asılmış hə­rəkət cədvəli.

 

VI. Avtovağzalda (avtostansiyada) sər­nişinlərə mədəni-məişət xid­mətlərinin göstərilməsi və av­tonəqliyyat vasitələrinin hə­rə­kətinin səmərəli təşkili

 

6.1. Avtobusların gəlməsini və yola düş­məsini gözləyən sərnişinlər üçün nə­zərdə tutulan gözləmə zalı, ana və uşaq, mədəni-məişət otaqları və tibbi yar­dım məntəqəsi rahat mebellə və ava­danlıqla təchiz olunmalı, habelə is­ti­lik, kondisioner və ventilyasiya sis­te­mi ilə təmin edilməlidir.

6.2. Gözləmə zalında köşklər, ha­be­lə qəzetlərin, suların və digər analoji mal­ların satışı üçün avtomatlar yer­ləş­di­rilə bilər.

6.3. Ana və uşaq otağı azyaşlı uşaq­la­rı (10 yaşına qədər) və əlil uşaqları olan sərnişinlərə, həmçinin hamilə qa­dın­lara xidmət göstərilməsi üçün nə­zər­də tutulur. Ana və uşaq otağının, ha­belə tibbi yardım məntəqəsinin ava­dan­lığı sanitariya-gigiyenik tələblərə uy­ğun olmalıdır.

6.4. Azyaşlı uşaqları və əlil uşaqları olan sərnişinlər ana və uşaq otağı üzrə növ­bətçinin vasitəsilə növbədənkənar qay­dada gediş sənədləri ilə təmin olu­nur­lar.

6.5. Sürücülər üçün nəzərdə tu­tul­muş uzunmüddətli istirahət otaq­la­rın­dan  gediş sənədlərini və pasportlarını təq­dim etmiş tranzitlə hərəkət edən sər­nişinlər də ödənişli əsaslarla is­ti­fa­də edə bilərlər.

6.6. I kateqoriyalı avtovağzalda sər­ni­şinlər tərəfindən dini ayinlərin ke­çi­ril­məsi üçün xüsusi ibadət otağı ol­ma­lı­dır.

6.7. Avtovağzalın (avtostansiyanın) əra­zisində sərnişinlərin hərəkəti üçün nə­zərdə tutulan yollar qısa olmalı və di­gər axınlarla kəsişməməlidir. Bey­nəl­xalq və şəhərlərarası (ra­yon­lar­ara­sı) istiqamətlərdə hərəkət edən sər­ni­şin­lər üçün nəzərdə tutulan yollar bir-bi­rindən ayrı olmalıdır.

6.8. Yola düşmə platformaları is­ti­qa­mə­tində sərnişinlərin hərəkəti sə­mə­rə­li şəkildə təşkil edilməli və  binadan av­tobuslara keçid təhlükəsiz olmalıdır.

 

VII. Avtovağzallarda (av­to­stan­si­ya­­lar­da) sorğu-məlumat xid­mə­tinin təşkili

 

7.1. Avtovağzallarda (av­to­stan­si­ya­lar­da) təşkil edilən sorğu-məlumat xid­məti avtobusların hərəkətinə dair mə­lumatların sərnişinlərə operativ və də­qiq çatdırılmasını təmin etməlidir.

7.2. Sərnişinlərin mə­lu­mat­lan­dı­rıl­ma­sı aşağıdakı qaydada həyata keçirilə bi­lər:

7.2.1. avtovağzalın (avtostansiyanın) bi­nasında sxem, cədvəl və telemonitor for­masında yerləşdirilmiş məlumat löv­hələri vasitəsilə;

7.2.2. ikitərəfli rabitə əlaqəsi (ra­dio­ra­bitə) vasitəsilə sualları ca­vab­lan­dır­maq­la;

7.2.3. avtomatik məlumat qurğusu va­sitəsilə;

7.2.4. şəhər telefon şəbəkəsi va­si­tə­si­lə məlumatı çatdırmaqla;

7.2.5. radiotranslyasiya şəbəkəsi va­si­təsilə elanları etməklə;

7.2.6. məlumat bürosunun işçiləri tə­rəfindən sərnişinlərin suallarına (sor­ğu­larına) şəxsən cavab verməklə.

7.3. Bütün məlumatlar sərnişinlərə ödə­nişsiz çatdırılır.

7.4. Məlumat lövhəsi vasitəsilə mə­lu­matın çatdırılmasında məqsəd sər­ni­şin­lərin müstəqil olaraq, məlumat bü­ro­sunun işçi heyətinə müraciət et­mə­dən, zəruri məlumatı əldə etmək im­ka­nının yaradılmasından ibarətdir.

7.5. Məlumat lövhəsinin əsas ele­ment­ləri aşağıdakılardır:

7.5.1. avtovağzal (avtostansiya) tə­rə­fin­dən xidmət göstərilən avtobus mar­şrut­ları xətlərinin sxemləri, müxtəlif növ avtobusların salonlarında yerlərin nöm­rələnməsi və yerləşdirilməsi sxe­mi;

7.5.2. platforması göstərilməklə, av­to­busların yola düşmə və gəlmə cəd­vəl, həmçinin reyslər üzrə mə­sa­fə­lə­ri­nə (km) dair göstərici;

7.5.3. sərnişin və baqaj daşınması haq­qının məbləğini əks etdirən cəd­vəl;

7.5.4. avtomobil nəqliyyatı ilə sər­ni­şin daşınması qaydalarından çıxarışlar; 

7.5.5. bilet kassalarının, saxlanma ka­meraların və digər xidmətlərin işi, av­tobusların yola düşmə və gəlmə plat­formalarına çıxışlar və s. barədə mə­lumatları nəzərdə tutan göstəricilər və cədvəllər.

7.6. Avtovağzalda (avtostansiyada) sər­nişinləri daha çox maraqlan- dıran mə­sələlərə dair sxemlərin, cədvəllərin və göstəricilərin sərnişinlərin hərəkət is­tiqamətləri nəzərə alınmaqla yer­ləş­di­rilməsi zəruridir.

7.7. Məlumat bürosu zəruri vəsait və məlumat materialları ilə təmin edil­mə­lidir.

7.8. Radioretranslyasiya şəbəkəsi va­sitəsilə sərnişinlərə aşağıdakılar ba­rə­də mütəmadi olaraq məlumat verilir:

7.8.1. avtobusların gəlməsi;

7.8.2. avtobuslara minik başlanması (15 və 10 dəqiqə qalmış) və yola düş­mə­si (5 və 3 dəqiqə qalmış);

7.8.3. əlavə avtobus reyslərinin açıl­ma­sı və onlara bilet satışının baş­lan­ma­sı;

7.8.4. tranzitlə hərəkət edən av­to­bus­ların dayanma vaxtının də­yiş­di­ril­mə­si;

7.8.5. avtobuslarda boş yerlərin ol­ma­sı.

7.9. Avtobusların hərəkət cədvəlinə edi­lən dəyişikliklərlə əlaqədar  av­to­vağ­zala (avtostansiyaya) gəlmiş şəxs­lə­rə aşağıdakı qaydada ra­dio­re­trans­lya­si­ya şəbəkəsi vasitəsilə hökmən mə­lu­mat verilməlidir:

7.9.1. avtobusun gəlmə və ya yola düş­mə vaxtının dəyişdirilməsi haq­qın­da – dərhal məlumat alındıqda və son­ra hər 15 dəqiqədən bir;

7.9.2. reysin təxirə salınması və ya av­tobusun növünün dəyişdirilməsi haq­qında – hərəkət cədvəlində müəy­yən edilmiş vaxtdan 1 saat əvvəl və ya bu barədə məlumat alındıqdan dərhal son­ra hər 15 dəqiqədən bir;

7.9.3. əlavə reysin verilməsi və ya bi­let kassalarının iş qaydasının də­yiş­di­rilməsi haqqında - müəyyən mə­lu­mat alındıqdan dərhal sonra;

7.9.4. beynəlxalq reyslər barədə - Azər­baycan və müvafiq xarici dil­lər­də.

7.10. Nəqliyyatın hərəkəti və bilet kas­salarının işinə dair elanlardan baş­qa, radioretranslyasiya şəbəkəsindən bir­dəfəlik elanların (yetkinlik yaşına çat­mış sərnişinlərdən geri qalmış uşaq­lar, sərnişinlər tərəfindən unudulmuş əş­yalar və tapılmış sənədlər haqqında) ve­rilməsi üçün də istifadə olunur.

 

VIII. Bilet satışı üzrə kassaların işi­nin təşkili

 

8.1. Bilet kassalarının işi sərnişin üçün minimum vaxt itkisi ilə biletlərin gün­dəlik və əvvəlcədən satışını təmin edə­cək səviyyədə təşkil olunmalıdır. Bi­let kassirləri üçün iş yerlərinin təş­ki­li zamanı biletlərin satışı ilə əla­qə­dar  əməliyyatların müddətinin azal­dıl­ma­sına imkan yaradan və kassirlərin əmə­yini yüngülləşdirən şərait ya­ra­dıl­ma­lı, iş yerləri lazımi qaydada işıq­lan­dı­rılmalı, onlar zəruri inventarla, xü­su­si avadanlıqla, habelə məlumat ma­te­ri­al­ları və vəsaitlərlə təchiz edilməlidir.

8.2. Bilet kassaları aşağıda gös­tə­ri­lən üç qrup üzrə təşkil oluna bilər:

8.2.1. biletlərin gündəlik satışı;

8.2.2. biletlərin əvvəlcədən satışı;

8.2.3. biletlərin geri qaytarılması.

8.3.­ Avtovağzallarda biletlərin əv­vəl­cədən satışı və geri qaytarılması üz­rə kassaların gündəlik satış üzrə kas­salarla birləşdirilməsi tövsiyə olun­mur. Avtostansiyalarda biletlərin əv­vəl­cədən satışı və geri qaytarılması üz­rə kassalar biletlərin gündəlik satışı üz­rə kassalarla birləşdirilə bilər.

8.4.  Biletlərin əvvəlcədən satışı üz­rə kassalar məlumat bürosu ilə bir yer­də yerləşdirilə  bilər.

8.5. Biletlərin gündəlik satışı üzrə kas­saların işi «bütün istiqamətlərdə» və «istiqamətlər üzrə» həyata keçirilə bi­lər.

8.6. Bilet kassaları (birdən çox ol­duq­da) nömrələnməli, onların üzə­rin­də (önündə) kassanın iş rejimi (işin baş­lanması və başa çatması, habelə fa­si­lə vaxtı) və kassirin adı, soyadı haq­qın­da məlumat lövhəsi olmalıdır.

8.7. «İstiqamətlər üzrə» kassaların işi­nin təşkili zamanı kassalara təhkim edil­miş reyslər arasında intervallar, ha­be­lə kassaların buraxılış qabiliyyəti nə­zərə alınmaqla, onların hər biri tə­rə­fin­dən satılmış biletlərin sayı he­sab­lan­malıdır ki, avtobusların hərəkət cəd­vəli üzrə reysə (şəhərlərarası və bey­nəlxalq əlaqə üzrə) yola düş­mə­si­nə azı 5 dəqiqə qalmış biletlərin tam sa­tışı və kassa cədvəllərinin tərtib olun­ması təmin edilsin.

8.8. Bilet satışının təşkili qaydası və şərt­ləri «Avtomobil nəqliyyatı ilə sər­ni­şin və baqaj daşınması Qaydaları» ilə müəyyən olunur. 

 

IX. Avtovağzallarda (av­to­stan­si­ya­lar­da) baqaj və əl yükünün sax­lanması kameralarının işi­nin təşkili

 

9.1. Kateqoriyalarına uyğun olaraq av­tovağzallarda (avtostansiyalarda), sər­nişinlərin baqajının (əl yükünün) mü­vəqqəti saxlanması üçün saxlanma ka­meraları təşkil edilir.

9.2. Saxlanma kameralarının iş vaxtı av­tovağzalın (avtostansiyanın) iş vax­tı­na uyğun olmalıdır.

9.3. Saxlanma kameraları yanğın təh­lükəsizliyi qaydalarına riayət edil­mək­lə, onların işi üçün zəruri olan in­ven­tar və vəsaitlərlə təchiz edilir.

9.4. Əl yükü saxlanma kameralarına ge­diş biletlərinin olub-olmamasından ası­lı olmayaraq qəbul edilir.

9.5. Baqajın (əl yükünün) saxlanma ka­meralarına saxlanmaya qəbul edil­mə­si avtomobil nəqliyyatı ilə sərnişin da­şınması qaydalarına uyğun olaraq hə­yata keçirilir.

 

X. Dispetçer xidmətinin işinin təş­kili

 

10.1. Avtovağzalın (avtostansiyanın) dis­petçer xidmətinin əsas vəzifələri aşa­ğıdakılardır:

10.1.1. avtobusların hərəkət cəd­və­li­nə riayət olunmasına nəzarət edilməsi;

10.1.2. avtobusların avtovağzala (av­to­stansiyaya) gəlməsi, sərnişinlərin av­tobusa minməyə başlanması vaxtı və avtobusların yola düşməsi, reysdən ge­cikməsi və ya marşrutlar üzrə əlavə reys­lərin açılması, avtobusların nö­vü­nün dəyişdirilməsi barədə sər­ni­şin­lə­rin məlumat- landırılması;

10.1.3. digər avtovağzalların (av­to­stan­siyaların) və sürücülərin hərəkət, yol və meteoroloji şərait haqqında, ha­be­lə avtobuslarda boşalmalı və boş otu­racaq yerlərinin olması barədə mə­lu­matlandırılması;

10.1.4. yol sənədlərinin rəs­mi­ləş­di­ril­məsi, ştamp-saat vasitəsilə sü­rü­cü­lə­rin yol vərəqələrində hərəkət cəd­və­li­nin faktiki icrası ilə əlaqədar qeydlərin edil­məsi və dispetçer jurnalının apa­rıl­ma­sı;

10.1.5. avtobusların cədvəldə gös­tə­ril­miş vaxtdan kənara çıxdığı hallarda  on­ların hərəkətinin müntəzəmliliyinin tə­min edilməsinə dair operativ təd­bir­lə­rin görülməsi.

10.2. Müvafiq kateqoriyalı av­to­stan­si­yada dispetçer vəzifəsi olmadıqda, onun vəzifəsi avtostansiya rəhbərliyi tə­rəfindən bilet kassirinə həvalə oluna bi­lər.

10.3. Avtobus avtovağzala (av­to­stan­si­ya­ya) çatdıqda, sürücü dispetçerə bu barədə məlumat verir. Dispetçer dis­petçer jurnalında və sürücünün yol sə­nədlərində ştamp-saat vasitəsilə av­to­busun gəlməsi barədə qeydlər edir və sənədləri bilet satışı cədvəlini tər­tib etmək üçün kassirə verir.

10.4. Avtobusun minik mey­dan­ça­sı­na verilməsi zamanı növbətçi dispetçer av­tovağzal (avtostansiya) üzrə sə­r­ni­şin­lərin avtobusa minməsinin baş­lan­ma­sı vaxtı, platformanın nömrəsi və av­tobusun yola düşməsi vaxtını elan edir.

10.5. Avtobus minik üçün təqdim edi­lənə (verilənə) qədər avtovağzalın, (av­tostansiyanın) növbətçisi və ya per­ron (bilet) nəzarətçisi tərəfindən  av­to­bu­sun təchizatı və sanitar vəziyyəti, yol sənədlərinin (reys cədvəlinin, mar­şrut sxeminin, biletlərin, biletlərin qey­diyyat vərəqəsinin və həmin və­rə­qə­də biletlərin ilk və son nömrələrinə dair qeydlərin, gediş haqqı cədvəlinin, ba­qaj jetonlarının, yaxud qəbzlərinin) möv­cudluğu və onların vəziyyəti yox­la­nılır.

10.6. Sanitar tələblərə cavab ver­mə­yən və lazımi qaydada təchiz olun­ma­yan avtobus marşrutdan çıxarılır və di­gər avtobusla əvəz olunur.

10.7. Hər bir avtobus reysə tam ha­zır vəziyyətdə minik üçün müəyyən edil­miş vaxtdan gec olmayaraq (şə­hər­lər­arası (rayonlararası) əlaqədə av­to­bu­sun təyinat (başlanğıc və son) da­ya­na­caqlarından yola düşməsinə ən azı 15 dəqiqə, beynəlxalq əlaqədə isə - 1 saat qalmış) həmin reys üçün mü­əy­yən edilmiş platformaya verilir.

10.8. Avtobusa yalnız həmin reysə bi­let almış sərnişinlər buraxılırlar.

10.9. Avtobusun şəhərlərarası (ra­yon­lararası) və beynəlxalq reysə gön­də­rilməsini hərəkət cədvəlinə uyğun ola­raq, avtovağzalın (avtostansiyanın) növ­bətçisi və ya perron nəzarətçisi hə­ya­ta keçirir. Bu halda növbətçi və ya per­ron nəzarətçisi aşağıda göstərilən hə­rəkətləri yerinə yetirir:

10.9.1. avtobusun reysə yola düş­mə­si­nə 5 dəqiqə qalmış (tranzit av­to­bus­la­rın yola düşməsinə 3 dəqiqə qalmış) yo­la düşən sərnişinlərin sayının cəd­vəl­də göstərilən saya uyğunluğunu, yo­la düşən sərnişinlərdə gediş bi­let­lə­ri­nin olub-olmamasını, habelə av­to­bus­da boş yerlərin olub-olmamasını yox­la­yır;

10.9.2. yola düşən sərnişinlərin sa­yı­nı siyahıda qeyd edir və onu sürücüyə ve­rir;

10.9.3. aparılmış yoxlamanı təsdiq edən şəxsi imzasını və ya ştampını qo­yur;

10.9.4. hərəkətin təhlükəsizliyini tə­min etməklə, avtobusun perrondan yo­la düşməsinə icazə verir.

10.10. Perron xidmətinin işçiləri aşa­ğıdakı halların qarşısını al­ma­lı­dır­lar:

10.10.1. zəruri təchizatı olmayan, an­ti­sanitar vəziyyətdə olan avtobusun mi­nik üçün verilməsinin, habelə av­to­bu­sun minik üçün verilməsində ge­cik­mə­lə­rin;

10.10.2. biletsiz və ya etibarsız bi­let­lər olan sərnişinlərin, habelə da­şın­ması rəsmiləşdirilməmiş və ya düzgün rəs­miləşdirilməmiş baqajın avtobusa bu­raxılmasının;

10.10.3. avtobusda daşınma haqqı ödə­nilməmiş (o cümlədən tranzit) və da­şınması  qadağan olunmuş və ya av­to­mobil nəqliyyatı ilə sərnişin da­şın­ma­sı qaydalarında müəyyən ediləndən ar­tıq sayda yer tutan və ya artıq çəkisi olan  baqajın olmasının;

10.10.4. avtobusların reysə həd­din­dən artıq yüklənməsinin, habelə ge­cik­mə ilə yola salınmasının;

10.10.5. sərxoş vəziyyətdə olan sər­ni­şinlərin avtobusa buraxılmasının;

10.10.6. kənar və ya hərəkət cəd­və­li­nə uyğun hərəkət etməyən av­to­bus­la­rın perrona daxil olmasının və sər­ni­şin­lərin həmin avtobuslara min­mə­si­nin.

10.11. Biletlərin əvvəlcədən və ya gün­dəlik satışı cədvəllərindəki qeydlər sər­nişinlərin tutduğu yerlərin sayına uy­ğun gəlmədikdə, bunun sə­bəb­lə­ri­nin aydınlaşdırılması üçün növbətçi dis­petçer tərəfindən tədbirlər görülür. Ar­tıq satılmış biletlər aşkar edildikdə, də­qiqləşdirmənin aparılması üçün cəd­vəl kassirə qaytarılır. Sərnişin gəl­mə­dik­də, perron xidmətinin işçisi cəd­vəl­də bu barədə qeyd edir və öz imzasını qo­yur. Boş yerlərin sayı və nömrələri ba­rədə məlumat dispetçerə çatdırılır. 

 

XI. Avtovağzalların  (av­to­stan­si­ya­la­rın) təchizatı

 

11.1. Şəhərlərdə və ya şəhər tipli qə­səbələrdə yerləşən avtovağzalın (av­tostansiyanın) binasının ön his­sə­sin­də müvafiq olaraq «Avtovağzal» («Av­tostansiya») sözü yazılmış lövhə ol­malıdır. Avtovağzal (avtostansiya) av­tomobil yollarının kənarında, şəhər tip­li qəsəbələrdə, kənd tipli yaşayış mən­təqələrində yerləşdikdə isə qeyd edi­lən lövhədə yaşayış məntəqəsinin adı göstərilir.

11.2. Avtovağzal (avtostansiya) zo­na­sında olan bina və qurğularda on­la­rın təyinatına uyğun yazılar olan löv­hə­lər yerləşdirilməlidir. Avtobusların yo­la düşmə və gəlmə perronlarında (plat­formalarında) onlara təyin edilmiş  nöm­rəni və marşrutların adlarını əks et­dirən göstəricilər quraşdırılmalıdır.

11.3. Küçə və stansiya zonası ilə vağ­zal binasının əlaqəsi üçün istifadə olu­nan bütün bayır qapılarında mü­va­fiq olaraq «Giriş» və «Çıxış» yazıları ol­malıdır.

11.4. Xidməti otaqların bütün qa­pı­la­rının üzərində otaqların təyinatını, ha­belə vəzifəli şəxsin adı, soyadı və tut­duğu vəzifə barədə məlumatları əks et­dirən  lövhəciklər olmalıdır.

Kənar şəxslərin daxil olması qa­da­ğan edilən xidməti otaqların (bilet kas­sa­ları, dispetçer otağı, məlumat bü­ro­su, rabitə aparatlarının yerləşdirildiyi otaq­lar) qapılarına müvafiq xə­bər­dar­lıq yazıları olan lövhəciklər vu­rul­ma­lı­dır.

 

XII. Avtovağzalın (av­to­stan­si­ya­nın) rəhbərliyinin məsuliyyəti

 

12.1. Müvafiq pasport olmadan av­to­vağzalın (avtostansiyanın) fəaliyyət gös­tərməsinə görə avtovağzalın (av­to­stan­siyanın) rəhbərliyi (mülkiyyətçisi) Azər­baycan Respublikasının qa­nun­ve­ri­ciliyi ilə müəyyən edilmiş qaydada mə­suliyyət daşıyır.

12.2. Avtovağzalın (avtostansiyanın) fəa­liyyəti və göstərdiyi xidmətlər on­la­ra verilmiş pasportla müəyyən edil­miş standartlara uyğun olmadıqda, Azər­baycan Respublikasının Nəqliyyat Na­zirliyi tərəfindən qanunvericilikdə nə­zərdə tutulmuş inzibati tənbeh təd­bir­ləri tətbiq edilməklə həmin av­to­vağ­zala (avtostansiya) verilmiş pas­por­tun qüvvəsinin dayandırılması və ya pas­portla müəyyən olunmuş ka­te­qo­ri­ya­nın aşağı salınması məsələsinə ba­xı­lır. 

XIII. Avtovağzalların (av­to­sta­n­si­ya­la­rın) fəaliyyətinə nə­za­rət Av­to­vağ­zal­lar (avtostansiyalar) tərəfindən bu Əsas­namənin tələblərinə riayət edil­mə­sinə nəzarəti qanunvericiliklə mü­əy­yən edilmiş qaydada Azərbaycan Res­publikasının Nəqliyyat Nazirliyi hə­yata keçirir.

MÜNDƏRİCAT

Ибрагим Кулиев, Азад Ибрагимли. Конституционность полномочий Президента Азербайджанской Республики и его взаимодействие с Конституционным Судом
Rəsmi sənədlər
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.