05.22.2017 19:32
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Hüquq elmləri doktoru Vəliyev İsaxan Veysəl oğlu 1958-ci il noyabrın 15-də Şamaxı şəhərində anadan olmuşdur. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş və həmin ildən Azərbaycan Respublikasının Prokurorluq orqanlarında gənc mütəxəssis kimi müstəntiq vəzifəsində fəaliyyətə başlamışdır. Prokurorluq orqanları sistemində müxtəlif vəzifələrdə işləmiş, uzun müddət Baş Prokurorluğun Ümumi Nəzarət İdarəsinin rəisi və Bakı şəhər prokuroru vəzifələrində çalışmışdır. Gənc mütəxəssis İ.Vəliyevin uğurlarının əsasında onun şəxsi keyfiyyətləri, yüksək intellekti, dövlətə və qanunçuluğa sədaqətliliyi və s. bu kimi dəyərlər durur. O, məhz bu yüksək mənəvi keyfiyyətlər nəzərə alınmaqla 1994-cü ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə Respublika Baş prokurorunun müavini vəzifəsinə təyin edilmişdir. Baş prokurorun müavini işlədiyi dövrdə cinayətkarlığa qarşı apardığı sərt mübarizəyə və göstərdiyi prinsipial mövqeyə görə hətta onun həyatına belə sui qəsd edilmiş, sonradan cinayətkarlar ifşa edilərək məhkum olunmuşlar. Xidməti qulluğunu hərbi prokurorluq sistemində davam etdirən İ.Vəliyev Hərbi Tribunalara Nəzarət Şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş və 2001-ci ilədək həmin vəzifədə çalışmışdır. «Ədliyyə polkovniki» xüsusi rütbəyə malikdir və eyni zamanda ədliyyə müşaviridir. Prokurorluq orqanları sistemində çalışdığı dövrdə İ.V.Vəliyev elmi yaradıcılıq fəaliyyəti ilə də məşğul olmuş, 1992-ci ildə Bakı Dövlət Universitetində «Cinayət hüququ» ixtisası üzrə namizədlik dissertasiya işini uğurla müdafiə etmişdir. 2006-cı ilin aprel ayında Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi Moskva Universitetinin doktoranturasında təhsilini başa vurmuş, «Dövlət hakimiyyəti sistemində prokurorluğun yeri: Rusiya Federasiyası, Azərbaycan Respublikası və Qazaxıstan qanunvericiliyinin müqayisəli təhlili əsasında» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və «hüquq elmləri doktoru» alimlik dərəcəsi almışdır. O, 50-yə qədər elmi əsərin, o cümlədən 3 monoqrafiyanın və 2 dərs vəsaitinin müəllifidir. Bu əsərlərdən 2 monoqrafiya və 20-yə qədər məqalə Moskva şəhərində, bir neçə məqalə isə «Nəqliyyat hüququ» junralında dərc edilmişdir. Zəhmətkeş alim 2002-ci ildən elmi-pedaqoji fəaliyyətlə də məşğul olur. Onun adı «Cinayət hüququ» ixtisası üzrə Rusiya Federasiyasının Biblioqrafik Toplusuna azərbaycanlı hüquqşünas-alim kimi düşmüşdür. İ.Vəliyev peşəkar hüquqşünas və istedadlı alim kimi dövlət siyasətini fəal surətdə dəstəkləyir və bu barədə mütəmadi olaraq kütləvi informasiya vasitələrində öz dəyərli yazıları ilə çıxış edir. Belə ki, «Heydər Əliyev Azərbaycanda hüquq islahatları kursunun banisidir» (2007-ci il), «İnsan hüquq və azadlıqlarının təminatçısı» (2008-ci il) adlı məqalələri diqqəti xüsusilə cəlb edir. Sonuncu məqalədə Prezident İlham Əliyevin fəaliyyətinin əsas cəhətləri ön plana çəkilərək cəmiyyətdə aparılan hüquqi islahatların şərhi verilmişdir. Hüquq elmləri doktoru İsaxan Vəliyev 2007-ci ilin may ayından etibarən Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun «Cinayət hüququ və cinayət prosesi» şöbəsinə rəhbərlik edir. Hüquq elminin inkişafındakı xidmətlərinə görə bir sıra mükafatlara layiq görülmüşdür. AMEA-nın Rəyasət Heyəti İ.Vəliyevi səmərəli elmi-pedaqoji fəaliyyəti və 50 illik yubileyi ilə əlaqədar Fəxri Fərmanla təltif etmişdir. Biz də «Nəqliyyat hüququ» elmi-nəzəri, təcrübi jurnalı kollektivi adından peşəkar hüquqşünas-alim, vətənpərvər ziyalı, hüquq elmləri doktoru İsaxan Veysəl oğlu Vəliyevi şərəfli yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı və elmi yaradıcılıq fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.

Hörmətlə,

«Nəqliyyat hüququ» elmi-nəzəri,

təcrübi jurnalının baş redaktoru, f.e.d. Əliyeva İ.M.

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.