08.21.2017 16:11
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

DƏNİZ HÜQUQUNA DAİR 1982-ci İL BMT KONVENSİYASI BEYNƏLXALQ MƏCƏLLƏLƏŞDİRMƏ SƏNƏDİ KİMİ

Rüstəm MƏMMƏDOV,

BDU «Beynəlxalq ümumi hüquq»

kafedrasının müdiri, hüquq elmləri doktoru;

Kamran SALMANLI,

AMEA-nın Fəlsəfə, Sosialogiya və

Hüquq İnstitununun dissertantı.

BMT-nin Dəniz hüququna dair 1982-ci il konversiyasının qəbul edilməsi beynəlxalq dəniz hüququn mütərəqqi inkişafının, onun məcəllələşdirilməsinin və yeni hüquqi qaydaların yaranmasının yeni bir mərhələsi oldu. Konvensiya bir sıra mübahisələr, ziddiyyətlər yaradan çoxlu sayda məsələləri həll etməyə nail oldu və yeni prinsiplərin formula edilməsini, beynəlxalq dəniz hüququnda yeni institutların yaranmasını təmin etdi. Bu məsələlərə misal olaraq balıqçılıq zonalarının müəyyən edilməsini, ərazi dənizinin hüdudlarının delimitasiyasını, müstəsna iqtisadi zonaları, kontinental şelfi göstərmək olar. Konvensiya mümkün ola bilən konfliktlərin qarşısını almaq üçün təkcə onların həll olunma yollarını yox, həm də onlara baxılmaq üçün tətbiq ediləcək mexanizmlərini də müəyyən edir. Bunu da qeyd etmək lazımdır ki, konvensiya öz preambulasında göstərikliyi kimi, inkişaf etməkdə olan ölkələrin də maraqlarına cavab verir. Beynəlxalq dəniz hüququnun bir sıra özünəməxsus, beynəlxalq tanınmış prinsipləri 1982-ci il Dəniz hüququna dair BMT konvensiyasında zamanın tələblərinə, yəni beynəlxalq dəniz hüququnun mütərəqqi inkişafına və elmi-texniki tərəqqiyə əsaslanaraq yeni formada formulə edilmişdir. Bu prinsiplərdən on əsası açıq dənizin azadlığı prinsipidir. Belə ki, bu prinsipin 1982-ci il konvensiyasındakı ifadə tərzi aşağıdakı kimidir:

a) azad gəmiçilik;

b) azad uçuş;

c) sualtı boru kəmərləri və kabelləri çəkmək azadlığı;

d) süni adalar və qurğular tikmək azadlığı;

e) balıqçılıq azadlığı;

f) elmi tədqiqatlar həyata keçirmək azadlığı.

Açıq dənizin azadlığı prinsipinin tərkib hissələri olan, yuxarıda qeyd etdiklərimiz 1982-ci il konvensiyasında olduğu kimi göstərilmişdir. Bir məqamı da diqqətə çatdırmaq lazımdır ki, 1958-ci il Cenevrə konvensiyasında prinsip tərkib hissələrindən yalnız 4-ü var idi.

Elmi-texniki tərəqqi nəticəsində dünya okeanında insanın fəaliyyət istiqamətləri genişləndikcə bir sıra fəaliyyət növləri meydana çıxdı. Beləliklə 1982-ci il konvensiyasında bu hüquqlara 2-də əlavə edildi ki, bunlar da elmi tədqiqatlar həyata keçirmək və süni adalar və qurğular tikmək azadlıqları idi. Beynəlxalq dəniz hüququnun digər bir prinsipi olan dünya okeanından dinc məqsədlə istifadə 1982-ci il konvensiyasında çox əhatəli və yeni formada şərh olunmuşdur. Konvensiyanın «Ümumi müddəalar» adlı XVI bölməsinin 301-ci maddəsinin ümumi adı «Dənizin dinc məqsədlərlə istifadəsi»dir. Bu maddə ona dəlalət edir ki, bu ümumi müddə konvensiyanın bütün bölmələrinə, orada göstərilən bütün dəniz sahələrinə və dövlətlərin bütöv fəaliyyətlərinə şamil olunur. Bu baxımdan təsadüfi deyil ki, bu konvensiya da daxil olmaqla, bütün beynəlxalq sazişlərdə «dinc məqsədlərlə», «dinc məqsədlər istisna olmaqla» ifadələri işlənir. Dinc məqsədlə istifadə ifadəsi 1982-ci il konvensiyasında əhəmiyyətli dərəcədə konkretləşdirilir və vurğulanır. Buna müvafiq olaraq konvensiyanın 141, 143, 147-ci maddələrində deyilir ki, beynəlxalq dəniz dibi rayonunun kəşfiyyatı və istismarı yalnız dinc məqsədlərlə həyata keçirilir. Bundan başqa konvensiyanın açıq dənizlə bağlı olan hissələrində «dinc məqsədlə» ifadəsi vurğulanır. Bu o deməkdir ki, açıq dəniz dinc məqsədlər üçün ehtiyatda saxlanılır, yəni açıq dəniz zor tətbiq etmə hədələmə və aqressiv məqsədlərlə istifadə oluna bilməz. Yuxarıda qeyd etdiyimiz açıq dənizin azadlığı və dünya okeanının dinc məqsədlərlə istifadəsi prinsipləri əsas prinsipləridir. Bunlarla bərabər beynəlxalq dəniz hüququnun 1982-ci il konvensiyasında qeyd olunmuş bir sıra törəmə prinsipləri də mövcuddur.

Gəmiçilik azadlığı hüququndan yaranan açıq dənizdəki gəmi üzərində bayraq dövlətinin müstəsna yurisdiksiyası prinsipi buna misaldır. 1982-ci il konvensiyasında bu prinsip 92-ci maddədə belə şərh olunub. Gəmi yalnız bir dövlətin bayrağı altında üzə bilər və bu konvensiyada və digər beynəlxalq müqavilələrin göstərişləri istisna olmaqla açıq dənizdə gəmi üzərində bayraq dövlətin müstəsna yurisdiksiyası mövcuddur. Ərazi suları üzərində sahilyanı dövlətin suvereniteti prinsipi də 1982-ci il konvensiyasında təsbit edilmişdir. Bununla yanaşı konvensiyada o da. qeyd olunmuşdur ki, bu suverenitet konvensiyaya və beynəlxalq hüququn digər normalarına uyğun olaraq həyata keçirilməlidir. Eyni zamanda konvensiyada ərazi sularından bütün əcnəbi dövlətlərin gəmilərinin dinc keçid hüququ da təsbit olunmuşdur. Dəniz mühitinin qorunması prinsipi isə konvensiyanın 192-ci maddəsində göstərilib və orada deyilir ki, dövlətlər dəniz mühitin qorumalı və mühafizə etməlidirlər. 1982-ci il konvensiyasında bir sıra formalaşmaqda olan prinsiplər ayırd etmək mümkündür. Bu prinsiplərdən biri «bəşəriyyətin ümumi mirası»-na əsaslanan, beynəlxalq dəniz dibi rayonu və onun resurslarının bəşəriyyətinin ümumi mirası olması prinsipidir. Bu prinsipin əsas elementləri konvensiyada aşağıdakı kimi göstərilmişdir.

1) Heç bir dövlət Rayonun hər hansı bir hissəsi üzərində və resursları üzərində öz suverenliyinin və ya suveren hüquqlarının olduğunu iddia edə bilməz.

2) Bütün dövlətlər Rayon və onun resurslarının bərabərhüquqlu, ümumi istifadəsini bu konvensiyada göstərilmiş hüquqi rejimə əsasən həyata keçirirlər.

3) Rayonun istifadəsi müstəsna olaraq dinc məqsədlərlə və bütün bəşəriyyətin xeyrinə olaraq həyata keçirilir.

Konvensiyanın ən əsas xüsusiyyətlərindən biri onun kompleks, bir məcəllə xarakteri daşımasıdır. Konvensiya XVI bölmədən, 320 maddədən və konvensiyanın ayrılmaz hissələri kimi hesab olunan 9 əlavədən ibarətdir. Konvensiyanın digər mühüm xüsusiyyəti ondan ibarətdir ki, məcəllə xarakteri daşıyan bu konvensiya dəniz hüququna dair mübahisələrin baxılması və həlli üçün mexanizmlər də yaratmışdır. Konvensiyada göstərilən bu mexanizmlər, bu konvensiyanın yaranmasına səbəb olan konfransın iştirakçı dövlətlərinin uzun illər nəticəsində gəldikləri kompromis əsasında yaranmışdır. Məlumdur ki, bir çox beynəlxalq konvensiyalarda mübahisələrin həlli üçün dəqiq işlənmiş norma və proseduralar yoxdur. BMT-nin dəniz hüququna dair III konfransında dünyanın bütün hüquqi sistemlərinə aid olan dövlətləri iştirak edirdi və burada birmənalı nəticəyə gəlmək çox çətin idi. Lakin bu mümkün oldu, belə ki, mübahisələrin tənzim olunmasının sisteminə müxtəlif baxışların kompromisi əsasında nail olundu. Bir tərəfdən 1982-ci il konvensiyası özündə mübahisələrin həllinə dair qeyri-adi geniş imperativ normalar komplektini əks etdirir. Digər tərəfdən isə konfrans işin həlledici mərhələsində ciddi konfrontasiya şəraitində keçən real halı nəzərə almaya bilməzdi. Ərsər dövlətlər, hansılar ki, prinsip etibarilə, konfransda bütün münasibətləri əhatə edən kompromis qəbul etmişdilər, konvensiyada mübahisələrin həlli probleminin həll olunmasını qeyri-qənaət bəxş hesab edərək konvensiyaya qoşulmadılar. Buna görə də konvensiyada mübahisələrin həlli mexanizmi barədə olan normalar arasında elələri vardır ki, mübahisə edən tərəflərin üzərinə üçüncü tərəfi bu mübahisəyə cəlb etməklə mübahisənin həlli prosedurasını həyata keçirmək öhdəliyi qoyur, eləsi də vardır ki, bu daha çox həll olunması çox vacib olan mübahisələr üçün nəzərdə tutulmuşdur. Bu normalar isə tərəflər üzərinə çox ciddi həll edilmə prosedurası həyata keçirmək öhdəliyi qoyur. Ümumi prinsiplər bunu ifadə edir ki, dövlətlər öz aralarında olan mübahisələri danışıqlar yolu ilə və ya bu konvensiyanın göstərişlərinə uyğun olaraq və yaxud da BMT-nin Nizamnaməsində göstərilən danışıqlar, müayinə, vasitəçilik, barışdırma, arbitraj, məhkəməyə verilmə kimi dinc vasitələrdən istifadə edərək həll etməlidirlər. Bu həll edilmə üsullarından birinci yerdə tərəflərin özlərinin seçdikləri vasitələr durur. Konvensiyada qeyd olunan prosedura anlayışının mahiyyəti ondan ibarətdir ki, bu prosedura mübahisənin dinc vasitələrlə həll edilməsi mümkün olmadıqda və ya tərəflər bir-biri ilə qarşılıqlı razılaşmaya gələ bilmədikdə tətbiq olunur.

Mübahisənin həlli konvensiyaya müvafiq olaraq aşağıdakı formada həyata keçirilməlidir.

1) Konvensiyanın müddəalarının təfsiri və ya tətbiq olunması ilə əlaqəli mübahisə ortaya çıxarkən tərəflər gecikdirmədən bir-birləri ilə mübahisənin danışıqlar və ya digər dinc vasitələrlə həllə dair fikir mübadiləsi aparmalıdırlar.

2) Mübahisə tərəfi olan dövlət digər dövlətə bu mübahisənin qarşılıqlı saziş prosedurasında həll edilməsini təklif edə bilər. Bu prosedura tərəflərin seçdiyi istənilən prosedura forması ola bilər. Onlar xüsusilə bu konvensiyanın I əlavələr hissəsində göstərilən proseduraları seçə bilərlər, hansı ki, o prosedura aşağıdakıları əhatə edir:

Tərəflərdən biri BMT-nin baş katibini xəbərdar etməklə dövlətlər siyahısından 2 vasitəsi seçir və bu haqda digər tərəfi xəbərdar edir ki, bu mübahisə barəsində iş qaldırılmışdır. Mübahisənin digər tərəfi də dövlətlər siyahısından 2 vasitəçi seçir. Əgər bu vasitəçilər müəyyən edilmiş müddətdə bir iş görə bilmirsə, o işi qaldıran tərəf BMT-nin qaldıran tərəf BMT-nin baş katibinə onun ya bir qərar verməsi ya di işi xitam etməsi barədə müraciət edir.

Beşinci vasitəsini isə tərəflərin özləri seçir bir şərtlə ki, bu vasitəçinin işə cəlb edilməsinə BMT-nin baş katibi razılıq versin. Bu zaman BMT tərəfindən yaradılan komissiya tərəfləri dinləyir, onların iddialarına və etirazlarına baxır və 12 ay ərzində bu mübahisə haqqında məruzə elan edir. Bu məruzədə danışıqlar nəticəsində əldə edilmiş bütün razılıqlar, bütün faktlara və hüquqlara əsaslanaraq komissiyanın qəbul etdiyi rəylər və həm də komissiyanın fikrincə mübahisənin məqsədyönlü və dinc vasitələrlə həllərinə müvafiq olan tövsiyələr göstərilir. Qarşılıqlı razılıq əsasında qaldırılan iş o zaman xitam olunur ki, mübahisə həll edilir, tərəflər məruzədə göstərilənləri tətbiq edirlər ya da tərəflərdən biri məruzədə göstərilənlərdən imtina etsin. Əgər razılaşma prosedurasının göstərdiklərinə tərəflər əməl etmirlərsə, və ya razılaşma prosedurası vasitəsilə mübahisənin həllinə nail olunmursa, onda bu prosedura qəti olaraq bitmiş sayılır və mübahisə tərəflərdən hər hansı birinin tələbi ilə özündə məcburi həll edilmə yollarmı əks etdirən məcburi prosedura formasında həll edilir.

Konvensiyada aşağıdakı dörd məcburiyyət prosedurası göstərilmişdir:

a) Dəniz hüququna dair beynəlxalq tribunal;

b) Beynəlxalq məhkəmə;

c) Arbitraj;

d) Xüsusi Arbitraj.

Dövlət, yazılı müraciət etməklə yuxarıda göstərilmiş proseduralardan hər hansı birini və ya bir neçəsini seçə bilər. Əgər mübahisənin hər hansı bir tərəfi konkret prosedurası seçmirsə onda, bu belə qəbul olunur ki, həmin tərəf arbitraj prosedurasını seçmişdir. Əgər tərəflər mübahisənin həll edilməsi üçün göstərilən proseduralardan heç birini qəbul etmirlərsə, onda bu mübahisə konvensiyanın VII əlavəsində göstərilənlərə uyğun olaraq həll edilə bilər. Lakin burada da bir istisnaya yol verilmişdir, belə ki, müraciətin olub-olmamasından asılı olmayaraq dəniz dibinə aid bütün mübahisələrə Dəniz hüququ üzrə beynəlxalq tribunalarının dəniz dibi üzrə mübahisələrə dair kamerası çərçivəsində baxılır. Bu normanın müəyyən olunması onunla əlaqəlidir ki, lap əvvəldən nəzərə tutulmuşdu ki, dəniz dibində kəşfiyyat və istismarla bağlı yaranan mübahisələr üzrə həll olunma prosedurasını həyata keçirən dəniz hüququ üzrə beynəlxalq tribunal adlı xüsusi orqan yaradılsın. Dəniz hüququ üzrə BMT-nin III konfransının 6-cı sessiyasında belə bir kompromis əldə olunmuşdu ki, dəniz dibi üzrə mübahisələr üçün kamerası olan Tribunal yaradılsın, lakin dəniz dibi üzrə mübahisələrə dair kameranın yurisdiksiyası müstəsnalıq daşısın. Bunun arxasında inkişaf etməkdə olan dövlətlər dururdular, çünki onlar belə hesab edirdilər ki, kameranın müstəsna yurisdiksiyası inkişaf etmiş ölkələrin normalara məhəl qoymamasını əngəlləyən bir növ zəmanətdir. Bu konfransın gəldiyi əsas nəticə bundan ibarət oldu ki, dəniz hüququ üzrə beynəlxalq tribunal bu konvensiyanın müddəalarına uyğun olaraq yaradılmalı idi.

Tribunalın iqamətgahı Hamburq şəhərindədir. Tribunal 21 üzvdən ibarətdir və onun üzvləri içərisində bir dövlətdən 2 vətəndaş ola bilməz. Tribunalın üzvləri 9 il müddətinə seçilirlər və onlar yenidən də seçilə bilərlər. Mübahisələr ya Tribunalın özündə həll olunur, burada qeyd etmək lazımdır ki, Tribunalın 21 üzvündən 11-nin səs çoxluğu əsas götürülür, ya da ki, əgər tərəflər mübahisənin onun kamerasında həll edilməsinə tərəfdardırlarsa, onda Tribunal üzvlərindən ən azı 3-cü, konkret mübahisəyə baxmaq üzrə ixtisaslaşmış üzlər seçilir. Bu kameranın heyəti Tribunal tərəfindən tərəflərin bəyənməsinə əsasən seçilir. Baxmayaraq ki, Beynəlxalq tribunalın statunda onun heyətinin formalaşdırılmasının dəqiq qaydası müəyyən edilir. Bəzi hallarda, o hallarda ki, mübahisəyə tribunalın xüsusi kameralarında baxılır, Tribunalın heyyətində elə şəxslər ola bilər ki, onlar statusda göstərilmiş qayda üzrə seçilməmişlər. Əgər Tribunalda konkret bir mübahisəyə baxılarkən tərəflərdən birinin vətəndaşı olan tribunal üzvü bu baxılmada iştirak edirsə, digər tərəf Tribunal üzvü qismində istənilən şəxsi seçə bilər. Bu vaxt Tribunalın katibi, Tribunala müəyyən edilmiş qayda üzrə seçilən üzrə müraciət edərək, ona öz yerini mübahisə tərəfinin seçdiyi şəxsə verməsini xahiş edir.

Tribunalın işlərə baxmasını sürətləndirmək məqsədilə hər il onun seçilmiş üzvlərindən beşindən ibarət kamera yaradılır, hansı ki, mübahisələrə sadələşdirilmiş icraat qaydasında baxır. Dəniz dibi üzrə mübahisələrə baxmaq üçün yaradılmış kameranın heyətinə Tribunal üzvlərindən seçilmiş 11 üzv daxildir. Bu zaman işə baxılması üçün lazım olan yetərsay Tribunalın seçilmiş 7 üzvünün orada iştirak etməsidir. Belə mübahisələrə həm də, heyəti 3 Tribunal üzvündən ibarət olan ad hoc kamerasında da baxıla bilər. Ad hoc kameranın üzvləri mübahisədə iştirak edən tərəflərdən hər hansı birinin vətəndaşıdırsa, onda həmin üzvlər bu işdə tərəflərə xidmət göstərə bilməzlər. Dəniz hüququ üzrə beynəlxalq tribunala digər müqavilələrdə və ya konvensiyalarda və yaxud da BMT-nin dəniz hüququna aid konvensiyasında göstərilənlərin təfsiri və tətbiqi ilə bağlı istənilən mübahisə baxılmaq üçün verilə bilər. Lakin belə mübahisələrin Tribunalın icraatına verilməsi yalnız bu sazişlərin bütün iştirakçılarının razılığı ilə mümkündür. Mübahisələri Arbitraja tənzimlənməsi üçün o yalnız o zaman verilir ki, mübahisənin bütün tərəfləri yalnız bu proseduranı seçsinlər. İştirakçı dövlətlər BMT-nin Baş katibini xəbərdar etməklə dövlətlər siyahısından 4 hakim seçə bilərlər. Adətən Arbitraj 5 üzvdən ibarət olur. Mübahisədə iştirak edən tərəflərin hər birinə bu 5 üzvdən biri xidmət edir. Digər üç hakim isə tərəfləri öz aralarındakı razılaşmaya əsasən seçir. Əgər tərəflər göstərilmiş müəyyən etmə ilə razılaşmırlarsa, onda onlar dəniz hüququ üzrə beynəlxalq tribunalın sədrinə müraciət edirlər. Arbitrajda qərar səs çoxluğu ilə qəbul olunur. Əgər mübahisədə iştirak edən tərəflər əvvəlcədən şikayət etmə prosedurası haqqında sazişə dəlmirlərsə, şikayət qəbul olunmur. Tribunal kimi Arbitraj da konvensiyanın məqsədləri ilə əlaqəli olan digər beynəlxalq sazişlərin təfsiri və tətbiqi ilə bağlı mübahisələrə baxmaq və səlahiyyətlərinə malikdir. Xüsusi Arbitraj isə nisbətən dar kateqoriyalı mübahisələr baxılması üçün təşkil edilmişdir. Bu mübahisələrə aşağıdakılar aiddir.

1) balıqçılığa aid mübahisələr;

2) dəniz mühitinin qorunması və mühafizəsi ilə bağlı mübahisələr;

3) dənizdə elmi tədqiqatla bağlı mübahisələr;

4) gəmiçilik tərəfindən çirklənmə ilə bağlı mübahisələr.

Göstərilən hərb bir kateqoriyalara uyğun ekspertlər müvafiq olaraq BMT-nin ərzaq və kənd təsərrüfatı ixtisaslaşmış təşkilatından, BMT-nin ətraf mühit üzrə proqramından, Beynəlxalq okeanoqrafik komissiyadan və Beynəlxalq dəniz təşkilatlarından seçilir. Hər bir iştirakçı dövlətin hər sahədə 2 ekspertlə təmsil olunmaq hüququ vardır. Xüsusi Arbitraj 5 üzvdən ibarətdir. İşi qaldıran tərəf 2 üzvlə, və digər tərəfdə 2 üzvlə təmsil olunur. Xüsusi Arbitrajın sədri mübahisə tərəflərinin razılığı əsasında müəyyən olunur. Əgər ikinci tərəf iki üzvü göstərilən müddətdə müəyyən etmirsə və ya sədrin namizədliyi barədə heç bir razılığa gələ bilmirlərsə, seçimi BMT-nin baş katibi müəyyən edin.

Xüsusi Arbitrajda mübahisəyə baxılma və qərar çıxarılma prosedurası Arbitrajda olduğu kimidir. Arbitrajın adətən yerinə yetirdiyi funksiyalardan əlavə olaraq, xüsusi arbitraja əgər tərəflər bu barədə razılığa gəlmişlərsə, onların istəyinə görə bu mübahisənin yaranmasına dair təhqiqat apara və faktları nəzərdən keçirə bilər. Faktlara xüsusi arbitraj əgər tərəflər razılığa gələ bilmirlərsə qəti olaraq baxır. Tərəflərin istəyinə görə xüsusi arbitraj mübahisə barədə məcburi qüvvəsi olmayan, yalnız tərəflərin baxışı əsasında tövsiyyələr formulə edə bilər. Balıqçılığa dair mübahisələrin həlli, əgər sahilyanı dövlətin müstəsna iqtisadi zonada və ya bu baxımdan digər səlahiyyəti çatan zonalarda canlı resurslarla bağlı suveren hüquqlarının pozulması ilə nəticələnirsə, onda sahilyanı dövlət xüsusi arbitraj tərəfindən qəbul edilən bu tənzimləmə ilə razılaşmaya bilər. Sahilyanı dövlətin bu konvensiyada göstərilən müddəaları təfsir və tətbiq etməklə öz hüquq və yurisdiksiyasını həyata keçirərkən aşağıdakı hallarda qeyd edilə bilər ki, o, yəni sahilboyu dövlət bu konvensiyanı pozmuşdur.

a) Nə vaxt ki, müəyyən olunur ki, sahilyanı dövlət azad gəmiçilik və uçuşla bağlı azadlıqları pozmuşdur.

b) Nə vaxt ki, müəyyən olur ki, sahilyanı dövlət dəniz mühitinin mühafizəsi və qorunması ilə bağlı konkret beynəlxalq norma və standartları pozmuşdur. Konvensiyanın son müddəalarında dəniz dibinin kəşfiyyatı və istismarı ilə bağlı mübahisələrin spesifikası üzərində dayanılır. Dəniz dibi üzrə kameranın səlahiyyətləri konvensiyanın XI hissəsində verilir. Belə ki, dəniz

dibi üzrə kamera:

a) Konvensiyanın XI hissəsinin təsiri və tətbiqi ilə bağlı iştirakçı dövlətlərin mübahisələrinə baxa bilər;

b) İştirakçı dövlətlərlə Dəniz dibi üzrə beynəlxalq orqan arasında baş verən mübahisələrə baxa bilər və s.

Bu konvensiya demək olar ki, mövcud olan bütün dəniz məkanlarına tətbiq olunur. Bunlara ardıcıl olaraq diqqət yetirək. Daxili sular (daxili dəniz suları) haqqında, BMT-nin Dəniz hüququ üzrə 1982-ci il Konvensiyanın 8-ci maddəsində verilir. Daxili sular (daxili dəniz suları), sahil xətti ilə ərazi dənizinin enini hesablamaq üçün götürülən başlanğıc xətlər arasında yerləşən su məkanı başa düşülür.

Dəniz sahili olan hər bir dövlətin ərazisi tərkibinə daxili sular (daxili dəniz suları) daxildir. Müxtəlif dövlətlərin milli qanunvericiliyi və beynəlxalq müqavilələr daxili sulara (daxili dəniz sularına) dövlətin sahili ilə ərazi dənizinin enini hesablamaq üçün götürülən düz çıxış xətləri arasındakı su sahəsini aid edir. daxili sular (daxili dəniz suları) sahilyanı dövlətin tam suverenliyi altındadır. Sahilyanı dövlətin daxili sularına (daxili dəniz suları) aşağıdakılar daxildir:

a) limanların daimi hidrotexniki qurğularının dənizə doğru ən uzaq nöqtəsindən keçən xətlə məhdudlaşdırılmış liman suları. Bu xətt ən irəli çıxan hidrotexniki liman qurğularmı birləşdirir;

b) tyni bir dövlətin quru ərazisi ilə tamamilə əhatə olunmuş dəniz, habelə bütün sahili bir dövlətə məxsus olan dəniz. Bu zaman həmin dənizin sahilləri və bura təbii girişin hər iki sahili eyni bir dövlətə mənsub olur. Belə dənizlərə misal olaraq Ağ dənizi göstərmək olar;

c) sahilləri eyni dövlətə məxsus olan və eni 24 dəniz milindən artıq olmayan buxtalar, limanlar və körfəzlər. Əgər buxta, liman və ya körfəzin təbii girişinin eni 24 dəniz milindən artıqdırsa, dəniz sularının sahilini hesablamaq üçün körfəzi buxta və ya limanın daxilində 24 dəniz mili uzunluğunda düz başlanğıc xətt çəkilir. Bu düzünə başlanğıc xətt bir sahildən digər sahilə elə formada çəkilir ki, həmin xətt mümkün qədər çox su sahəsini məhdudlaşdırsın;

d) tarixi körfəzlərdə və ya limanlarda, ad buxta, körfəz və ya limanlarda tətbiq olunan daxili suların (daxili dəniz sular) hesablanma qaydası işləmir. Çünki bu körfəz, liman və ya buxtalar öz təbii girişindən asılı olmayaraq, sahilyanı dövlətin mövcud tarixi adət və ənənəsinə əsasən onun daxili suları (daxili dəniz suları) sayılır. Bu körfəzlərə misal olaraq Rusiyadakı Böyük Pyotr körfəzini (102) Kanadada Hudzon körfəzini (giriş eni 50 dəniz mili), Norveçdə Vrangerford körfəzini (giriş eni 30 dəniz mili) və s. göstərmək olar.

«Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» 9 dekabr 1991-ci il tarixli Qanuna əsasən (20 iyun 1995-ci il tarixli dəyişikliklər və əlaqələrlə). Azərbaycan Respublikasının daxili dəniz sularına aşağıdakılar aiddir:

1) Azərbaycan Respublikası limanlarının hidrotexniki və başqa qurğularının dənizə doğru ən uzaq nöqtələrindən keçən xətlə məhdudlaşmış liman suları;

2) Sahilləri tamamilə Azərbaycan Respublikasına məxsus olan körfəzlərin, buxtaların sulan (maddə 6).

Daxili suların (daxili dəniz sularının) hüquqi rejimi sahilyanı dövlət tərəfindən onun öz mülahizəsinə əsasən müəyyən edilir. O, cümlədən daxili sularda gəmiçilik və balıqçılıq, habelə elmi və kəşfiyyat xarakterli fəaliyyət yalnız sahilyanı dövlətin qanunları və qaydaları ilə tənzim olunur. Bu sularda dövlətin icarəsi olmadan hər hansı təsərrüfat fəaliyyəti ilə məşğul olmaq və tədqiqatlar aparmaq əcnəbilərə qadağandır. Daxili sulara (daxili dəniz sahil dövlətinin icarəsi ilə daxil ola bilərlər. Bəzi hallarda məs: təbii fəlakət ucbatından gəmilərin daxili sulara icarəsiz, məcburi girməsi istisna olunur. Əcnəbi gəmiləri daxili sulara (daxili dəniz sularına) sahilyanı dövlətin müvafiq icarəsindən sonra daxil ola bilər. Sahil dövlətinin açıq elan etdiyi limanlara əcnəbi qeyri-hərbi gəmiləri sərbəst surətdə girə bilər. Hərbi gəmilər isə yalnız sahil dövlətinin qabaqcadan icarəsi və ya dəvəti ilə girə bilər. Yuxarıda qeyd edildiyi kimi, bir sıra fövqəladə hallar mövcuddur ki, bunlara misal olaraq bədbəxt hadisəni, qəzanı, kortəbii hadisəni, təcili tibbi yardım göstərmək zərurəti və s. göstərmək olar, gəmilərin daxili suları (daxili dəniz sularına) sahil dövlətinin xüsusi icarəsi olmadan da girməsinə icarə verilir. Dəniz limanları sahil dövlətinin daxili sularının (daxili dəniz sularının) bir hissəsi olduğu üçün, sahilyanı dövlət digər dövlətlərin gəmilərinin onun limanlarına daxil olması, habelə arada olmaları qayda-qanunlarmı özü müəyyən edir. Eyni zamanda sahil dövləti göstərilən su ərazisi üzərində suverenliyə malik olduğu üçün bu və ya digər limanlarmı əcnəbi gəmilər üçün açıb-açmamaq məsələsini özü həll edir. Limana girən bütün əcnəbi gəmilər sahil dövlətinin öz qayda-qanunları çərçivəsində sərhəd, sanitar və gömrük yoxlanışını keçməlidir. Bu ondan irəli gəlir ki, daxili sularda (daxili dəniz sularında) olan hər bir əcnəbi qeyri-hərbi gəmiləri sahilyanı dövlətin yurisdiksiyası altına düşür.

«Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» Qanunun 16-cı maddəsində deyilir ki, Azərbaycan Respublikasının ərazi və daxili sularında xarici qeyri-hərbi və hərbi gəmilərin ovçuluq, tədqiqat və axtarış fəaliyyəti qadağan edilir: bu fəaliyyətin Azərbaycan Respublikası səlahiyyətli orqanlarının icarəsi ilə, yaxud Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri əsasında həyata keçirildiyi hallar istisna təşkil edir.

Əcnəbi qeyri-hərbi gəmiləri sahil dövlətinin daxili sularında (daxili dəniz sularında) olarkən, bu gəmilərdə baş vermiş cinayət işləri üzrə istintaq və məhkəmədə baxılma sahilyanı dövlətin səlahiyyətli orqanları tərəfindən həyata keçirilə bilər. Bu prosedura bu şərtlə həyata keçirilə bilər ki.

a) Əcnəbi qeyri-hərbi gəmidə baş vermiş cinayət ağır xarakterli olub, sahil dövlətinin və onun vətəndaşlarının mənafeyinə ciddi surətdə toxunur.

b) Əcnəbi qeyri-hərbi gəmidə baş vermiş cinayət sahil dövlətinin ictimai asayişini və ictimai qaydasını pozur və onun təhlükəsizliyinə ziyan vurur.

c) Əcnəbi qeyri-hərbi gəmidə baş vermiş cinayət gəmi ekipajına daxil olmayan şəxslərin maraqlarına ciddi surətdə toxunur.

Konvensiyada «Ərazi dənizi» məsələsinə geniş toxunur. Orada, 2-ci maddədə qeyd olunur ki, ərazi dənizi (və ya ərazi suları) sahilyanı dövlətin quru ərazisinə və daxili sularına bitişik olan və onun tam suverenliyi altında olan dəniz dağıdır. BMT-nin Dəniz hüququ üzrə 1982-ci il konvensiyasında ərazi dənizi (və ya ərazi suları), konvensiyanın 2-32 maddələrini əhatə edir. BMT konvensiyasının II bölməsinin 1-ci fəslində ərazi dənizi (və ya ərazi suları) haqqında ümumi müddəalar qeyd olunmuşdur. Bu fəslin 2-ci maddəsində deyilir ki, sahilyanı dövlətin suverenliyi ərazi dənizi (və ya ərazi suları) üzərindəki hava məkanına, habelə ərazi dənizinin (və ya ərazi suları) səthinə və dibinə şamil olunur. Bu fəslin 2-ci maddəsində bu da göstərilir ki, ərazi dənizi (ərazi suları) üzərindəki suverenitet bu konvensiyanın və beynəlxalq hüququn digər normalarına riayət edilməklə həyata keçirilir. Buna görə də, hər bir sahilyanı dövlət öz ərazi dənizinin hüquqi rejimini öz qanunvericiliyi il müəyyən edir. Lakin bu rejim yuxarıda qeyd olunduğu kimi, bu konvensiyaya və beynəlxalq hüququn digər normalarına zidd olmamalıdır.

BMT konvensiyasının II bölməsinin 2-ci fəslində ərazi dənizinin (ərazi suları) sərhədləri və ya hüdudları məsələsinə aydınlıq gətirilir. Bu fəslin 3-cü maddəsində ərazi dənizinin (ərazi suları) eni göstərilir və orada deyilir ki, hər bir dövlət öz ərazi dənizinin (ərazi suları) enini özünün müəyyən etdiyi başlanğıc xətlərdən hesablanmaqla 12 dəniz milindən çox olmayan həddə qədər təyin etmək hüququna malikdir. Buradan belə bir nəticə hasil olur ki, ərazi dənizinin eni 12 dəniz milindən artıq olmamalıdır. Ərazi dənizinin enini ölçmək üçün normal başlanğıc xətt olaraq sahil boyu on artıq çəkilmə xətti götürülür. Əgər sahil xətti dərindən kəsilirsə və dolanbacdırsa, habelə sahil boyunda və ya onun bilavasitə yaxınlığında adalar silsiləsi mövcuddursa, onda başlanğıc xətti çəkmək üçün müvafiq nöqtələri birləşdirən düz başlanğıc xətlər üsulundan istifadə olunur.

Ərazi dənizinin (ərazi suları) xarici sərhədi dedikdə elə bir xətt başa düşülür ki, bu xəttin hər bir nöqtəsi başlanğıc xəttin ən yaxın nöqtəsi yaxınlığında yerləşir və bu nöqtələrdən sahilə olan uzaqlıq ərazi dənizinin eninə bərabərdir. Ərazi dənizinin enini ölçmək üçün normal başlanğıc xətt kimi götürülən sahil boyu ən artıq çəkilmə xətti sahilyanı dövlətin rəsmi tanınmış böyük miqyaslı dəniz xəritəsində göstərilmiş olmalıdır. Başlanğıc xətlər çəkilərkən sahilyanı dövlət başlanğıc düz xətlər sistemini elə tətbiq etməlidir ki, digər dövlətin ərazi dənizi (ərazi suları) açıq dənizdən və yaxud da müstəsna iqtisadi zonadan ayrı düşməsin. Bütün bunlardan başqa konvensiyada düzünə başlanğıc xətlər haqqında belə bir qeyd vardır ki, başlanğıc xətlər çəkilərkən sahilin ümumi istiqamətindən gözəçarpacaq qədər uzaqlaşmaya yol verilməməlidir. Müasir dövrdə dünya dəniz dövlətlərinin əksəriyyətinin ərazi dənizinin eni 12 dəniz mili həddindədir. Bu dövlətlərin sayı təxminən 130-a qədərdir.

Ərazi dənizini (ərazi sularını) daxili dəniz sularından ayıran çox mühüm bir xüsusiyyət mövcuddur: Belə ki, Dəniz hüququ üzrə 1982-ci il konvensiyasının 17-ci maddəsində qeyd olunur ki, kommersiyanın göstərişlərinə müvafiq olaraq bütün dövlətlərin gəmilərinin, habelə dənizə çıxışı olmayan dövlətlərin gəmilərinin sahil dövlətinin ərazi dənizindən (ərazi sularından) dinc ötüb keçmək hüququ var. Bu zaman sahilyanı dövlətin qabaqcadan icarəsini almaq tələb olunmur.

BMT-nin Dəniz hüququ üzrə 1982-ci il konvensiyanın 18-ci maddəsində o sahil dövlətinin ərazi dənizindən (ərazi sularından) üzüb keçmənin anlayışı verilir. Orada deyilir ki, ərazi dənizindən üzüb keçmə dedikdə gəmilərin aşağıdakı məqsədlə üzməsi başa düşülür:

a) Daxili sulara girmədən, habelə daxili suların hüdudları arxasındakı

reyddə və ya liman qurğusu yanında dayanmadan bu suları üzüb keçmə.

b) Daxili sulara girməsi və ya oradan çıxması, yaxud da daxili suların hüdudları arxasındakı reyddə və ya liman qurğusu yanında dayanması.

18-ci maddənin II hissəsində qeyd olunur ki, üzüb keçmə fasiləsiz və tez olmalıdır. Lakin o bu qayda fövqəladə hallarda yəni bədbətlik, qəza. Gəmilərdə və düşən uçan aparatlardakı şəxslərə tibbi yardım göstərməsi hallarında istisna olunur. Belə ki, bu zaman üzüb keçmədə dayanma hallarına yol verilir. Konvensiyanın 20-ci maddəsində qeyd olunur ki, ərazi dənizində ərazi sularında sualtı gəmilər və digər sualtı üzən qurğular suyun üzü ilə və öz bayraqlarını qaldıraraq keçməlidirlər. Konvensiyanın 19-cu maddəsində dinc üzüb keçmənin anlayışı verilir və dinc üzüb keçmə sayılmayan hərəkətlər sadalanır. Bu maddədə göstərilir ki, Dinc üzüb keçmə o deməkdir ki, sahilyanı dövlətin dincliyi, əmin-amanlığı və təhlükəsizliyi pozulmasın. Üzüb keçmə bu konvensiyanın müddəalarına və beynəlxalq hüququn digər normalarına uyğun olmalıdır.

19-cu maddənin 2-ci hissəsində qeyd olunur ki, əcnəbi gəmilərin aşağıda göstərilən hərəkətləri edərək üzüb keçməsi sahilyanı dövlətin dincliyini, əmin-amanlığını və təhlükəsizliyini pozur və buna görə də bu hərəkətlər dinc üzüb keçmə hesab olunmur:

a) Üzüb keçən gəmi sahilyanı dövlətin ərazi bütövlüyünə, suverenliyinə və siyasi müstəqilliyinə qarşı zor işlətdikdə, və ya zor işlətməklə hədələdikdə və ya hər hansı bir formada beynəlxalq hüququn prinsiplərini pozduqda və ya Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində əks olunmuş prinsipləri pozduqda;

b) Üzüb keçən gəmi hər hansı bir silahla manevr və ya təlim həyata keçirdikdə;

c) Üzüb keçən gəmi sahilyanı dövlətin müdafiəsinə və ya təhlükəsizliyinə toxunmaq məqsədi ilə istənilən akt həyat keçirdikdə;

d) Üzüb keçən gəmi öz bortunda hərbi uçuş aparatlarının qalxmasını və enməsini həyata keçirdikdə;

c) Üzüb keçən gəmi sahilyanı dövlətin gömrük, fiskal, immiqrasiya və ya sanitar qanun və qaydalarının əksinə olaraq istənilən yükün və ya valyutanın yüklənməsini və ya boşaldırmasını, işlənilən şəxslərin gəmiyə qaldırılması və endirilməsini həyata keçirdikdə;

f) Üzüb keçən gəmi bu konvensiyaya zidd olan, bilərəkdən edilən və ciddi surətdə pozuntu yaradan istənilən hərəkət həyata keçirdikdə;

ğ) Üzüb keçən gəmi dinc üzüb keçmə ilə əlaqəsi olmayan istənilən balıqçılıq fəaliyyəti həyata keçirdikdə;

h) Üzüb keçən gəmi dinc üzüb keçmə ilə əlaqəsi olmayan istənilən tədqiqat və hidroqrafik fəaliyyətlə məşğul olduqda;

i) Üzüb keçən gəmi dinc üzüb keçmə ilə əlaqəsi olmayan istənilən hərəkətlər etdikdə.

Konvensiyanın 21-ci maddəsində göstərilir ki, sahilyanı dövlət bu Konvensiyaya və beynəlxalq hüququn digər normalarına uyğun olaraq ərazi dənizindən dinc ötüb keçmə ilə əlaqəli aşağıda göstərilənlərin hamısına və ya onlardan bir neçəsinə münasibətdə qanun və qaydalar müəyyən edə bilər:

a) Gəmi nəqliyyatının təhlükəsizliyinə və gəmilərin hərəkətinin tənzim olunmasına aid;

b) Naviqasiya vasitələrinin və avadanlıqlarının qorunmasına və digər tikili və qurğuların qorunmasına aid;

c) Kabellərin və boru xətlərinin qorunmasına aid;

d) Dənizdə canlı resursların mühafizəsinə aid;

c) Sahilyanı dövlətin balıqçılıq qayda və qanunlarının pozulmasının qarşısının alınmasına aid;

f) Dənizdə elmi tədqiqatların və hidroqrafik şəkilçəkmənin aparılmasına aid;

ğ) Sahilyanı dövlətin gömrük, fislal, immiqrasiya və sanitar qanun və qaydalarının pozulmasının qarşısının alınmasına aid.

Bu maddənin 2-ci hissəsində deyilir ki, bu qanun və qaydalar əcnəbi gəmilərinin ekipajının layihələşdirilməsin, quruluşuna, və komplektləşdirilməsin və habelə bu gəmilərin avadanlıqlarına şamil olunmur. Bir şərtlə ki, onlar beynəlxalq norma və standartlara uyğun gəlsinlər. Eyni maddənin 4-cü hissəsində deyilir ki, əcnəbi gəmilər dinc üzüb keçmə hüquqlarını həyata keçirərkən bütün qanun və qaydalara və beynəlxalq hüququn ümumqəbul olunmuş qaydalarına riayət etməlidirlər. Bu maddənin 3-cü hissəsində o da qeyd olunur ki, sahilyanı dövlət belə qanun və qaydaları hər hansı bir formada elan etməlidir. Yuxarıda qeyd olunan bütün qanun qaydalar ümumi məqsədə xidmət etmək və üzmə təhlükəsizliyinə xələl gətirməməlidir.

Sahilyanı dövlət zərurət yarandıqda və ya gəmiçiliyin təhlükəsizliyini nəzərə almaqla, onun ərazi dənizindən dinc ötüb keçmə hüququnu həyata keçirən əcnəbi gəmilərdən onun təyin etdiyi dəniz dəhlizlərindən istifadə etməyi tələb edə bilər. Lakin belə tələb səlahiyyətli beynəlxalq təşkilatların tövsiyələrini nəzərə almaqla həyata keçirilməlidir. Belə tələb xüsusilə tankerlərə, nüvə mühərriki olan gəmilərə, yaxud da zəhərli və ya təhlükəli maddələr və materiallar daşıyan gəmilər barəsində irəli sürülə bilər. Dəniz dəhlizlərini müəyyən edərkən və onların ayrılmış hərəkət sxemlərini tərtib edərkən sahilyanı dövlət aşağıdakıları nəzərə almalıdır:

a) Səlahiyyətli beynəlxalq təşkilatların tövsiyyələrini;

b) Beynəlxalq gəmi nəqliyyatının adətən istifadə etdiyi istənilən yolu;

c) Konkret gəmilərin və yolların xüsusi xarakteristikasını;

d) Gəmilərin hərəkətinin intensivliyini.

Sahilyanı dövlətin əcnəbi gəmilərin onun ərazi dənizindən dinc ötüb keçməsinə münasibətdə bir sıra vəzifələri də mövcuddur. Belə ki, sahilyanı dövlət bu konvensiya ilə müəyyən olunmuş bir sıra hallar istisna olmaqla əcnəbi gəmilərin onun ərazi dənizindən dinc ötüb keçməsinə maneçilik törətməməlidir. Sahilyanı dövlət xüsusilə bu konvensiyada müəyyən olunmuş qayda və qanunlara münasibətdə aşağıdakı hərəkətləri etməkdən çəkinməlidir:

a) Əcnəbi gəmilərə qarşı tələblər irəli sürməkdən, hansı ki, o tələblər praktikada həmin əcnəbi gəmilərin dinc üzüb keçməsi hüququna maneçilik törədir və ya bu hüququ pozur;

b) Əcnəbi gəmilərə qarşı hər hansı bir formada diskriminasiyaya və ya müəyyən dövlətə münasibətdə və ya müəyyən gəmiyə münasibətdə, habelə istənilən dövlətin daşınan yükünə münasibətdə heç bir ayrı seçkiliyə yol verməkdən.

Lakin sahilyanı dövlətin yuxarıda qeyd edilən mühüm vəzifələri ilə birlikdə onun müdafiə hüququ da mövcuddur. Bu müdafiə hüquqları konvensiyanın 25-cı maddəsində qeyd olunmuşdur. Burada deyilir ki, sahilyanı dövlət öz ərazi dənizində dinc olmayan üzüb keçməyə qarşı lazımı təhlükəsizlik tədbirləri həyata keçirə bilər. Əcnəbi gəmilərə münasibətdə hansılar ki, sahilyanı dövlətin daxili dəniz sularına istiqamət götürüb və sahilyanı dövlətin daxili dəniz suları çərçivəsində olan liman qurğularından istifadə edir, sahilyanı dövlətin müəyyən etdiyi qayda-qanunları və ya müqaviləni pozursa, onda sahilyanı dövlətin edilən hər hansı bir pozuntuya görə lazımi təhlükəsizlik tədbirləri həyata keçirmək hüququ mövcuddur və o bu hüququ istənilən zaman həyata keçirə bilər. Sahilyanı dövlət həmçinin əcnəbi gəmilər arasında heç bir ayrıseçkiliyə yol vermədən öz ərazi dənizinin müəyyən rayonunda əcnəbi gəmilərin üzüb keçmək hüququnun həyata keçirilməsini müvəqqəti olaraq dayandıra bilər və bu o, zaman mümkündür ki, bu cür dayandırma silahdan istifadə edilməklə təlimlərin keçirilməsi do daxil olmaqla onun təhlükəsizliyinin mühafizəsi üçün mühüm əhəmiyyət kəsb etmək olsun.

«Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» Qanunun 13-cü maddəsi Azərbaycan Respublikasının ərazi sularından dinc məqsədlə keçid məsələlərinə həsr olunmuşdur. 13-cü maddədə deyilir ki: «Azərbaycan Respublikasının ərazi sularından dinc məramlı keçid Azərbaycan Respublikasının daxili sularına girmədən ərazi sularından keçmək və ya Azərbaycan Respublikasının daxili sularına və limanlarına girmək, yaxud bunlardan açıq dənizə sıxmaq məqsədi daşıyır.

Xarici qeyri hərbi gəmilər Azərbaycan Respublikasının ərazi sularından dinc məqsədlə keçmək hüququndan Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə müvafiq surətdə istifadə edirlər.

Xarici qeyri-hərbi gəmilər dinc məqsədlə keçib zamanı adi naviqasiya səmtində və ya Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən tövsiyə edilən səmtdə, habelə dəniz dəhlizləri ilə yaxud hərəkətin ayrılması sxemlərinə uyğun səmtdə üzməlidirlər.

Dinc keçid qaydalarmı pozan xarici qeyri hərbi gəminin kapitanı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

Xarici hərbi gəmilər, habelə sualtı qaydalar dinc məqsədlə Azərbaycan Respublikasının ərazi sularından Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada keçirlər. Bu zaman sualtı qayıqlar, digər sualtı nəqliyyat vasitələri suyun üstü ilə öz bayraqları altında üzməlidirlər.

BMT-nin Dəniz hüququ üzrə 1982-ci il konvensiyasının 26-cı maddəsində əcnəbi gəmilərdən alman vergilər barədə müəyyən göstərişlər mövcuddur. Orada deyilir ki, əcnəbi gəmilərdən yalnız ərazi dənizindən keçməyə görə vergi alına bilməz. Ərazi dənizindən keçən əcnəbi gəmilərdən vergi yalnız sahilyanı dövlətin həmin gəmilərə göstərdiyi konkret xidmətə görə alınır. Bu vergilər tam diskriminasiyasız şəraitdə alınır.

BMT-nin Dəniz hüququ üzrə 1982-ci il Konvensiyasının 27-ci maddəsi ticarət gəmiləri və kommersiya məqsədi ilə istismar edilən xarici dövlət gəmiləri barəsində cinayət yurisdiksiyanın hədlərini və şərtlərini müəyyən edir. Bu maddənin 1-ci bəndində deyilir ki, sahilyanı dövlətin cinayət yurisdiksiyası onun ərazi dənizindən üzüb keçən əcnəbi gəmilərin içindən hər hansı bir şəxsi həbs etmək üçün və ya gəmi üzüb keçərkən onun içində baş vermiş istənilən cinayətlə əlaqədar təhqiqat aparmaq üçün tətbiq edilmir. Buna görə də aşağıdakı hallar istisna ola bilər.

a) Əgər cinayətin nəticələri sahil dövlətinə şamil olunursa;

b) Əgər törədilmiş cinayət ölkədə sakitliyi və ya ərazi dənizində qaydanı pozursa;

c) Əgər gəminin kapitanı, dövlətin diplomatik agenti və ya konsulluq məmuru yerli hakimiyyətə yardım haqqında xahişə müraciət edirsə.

Yuxarıda qeyd edilmiş müddəalar sahilyanı dövlətinin əcnəbi gəminin daxili suları tərk etdikdən sonra ərazi dənizindən keçib gedən bu gəminin içində həbs, yaxud təhqiqat üçün onun qanunları ilə icazə verilən istənilən hərəkəti etmək hüququna toxunmur. Konvensiyanın 27-ci maddəsinin 3-cü bəndində qeyd olunur ki, 1-ci və 2-ci bəndlərdə göstərilən vəziyyətlərdə sahilyanı dövlət əcnəbi gəmi kapitanın xahişi ilə bayraq dövlətinin diplomatik agentinə və ya vəzifəli konsul şəxsə hər hansı bir tədbir görülənə qədər xəbərdarlıq edir və göstərilən agent və ya vəzifəli konsul şəxslə gəminin ekipajı arasında əlaqə yaradılmasına imkan yaradır. Son dərəcə təcili hallarda bu xəbərdarlıq göstərilən tədbirlər tətbiq olunarkən edilə bilər. Həbsi ümumiyyətlə və ya hər hansı bir formada həyata keçirmək məsələsini həll edərkən yerli hakimiyyət gəmi nəqliyyatının maraqlarmı öyrənərək onları nəzərə almalıdır. XII bölmədə göstərilən istisna hallar zamanı və ya V bölmədə göstərilən qanun və qaydaların pozulması hallarından başqa digər vəziyyətlərdə Sahilyanı dövlət onun ərazi dənizindən keçən əcnəbi gəminin bortuna daxil ola bilməz, əcnəbi gəmidə sahilyanı dövlətin ərazi dənizinə daxil olana qədər baş vermiş cinayətlə bağlı təhqiqat aparmaq və ya hər hansı bir formada hansısa şəxsi həbs etmək kimi tədbirlər həyata keçirə bilməz. Əgər əcnəbi gəmi xarici limandan izlənilirsə bu gəmininərazi dənizindən üzüb keçməsi məhdudlaşdırılır və bu məhdudlaşdırma həmin gəminin sahilyanı dövlətin daxili dəniz sularma girməsino imkan verməməlidir.

1982-ci il Konvensiyasının 28-ci maddəsində ticarət gəmiləri və kommersiya məqsədilə istismar edilən dövlət gəmiləri barəsində mülki yurisdiksiya barəsində söhbət açılır. Bu maddədə göstərilir ki, sahilyanı dövlət onun ərazi dənizindən keçən əcnəbi gəmini onun bortundakı şəxslərə əlaqədar olaraq öz mülki yurisdiksiyasını həyata keçirmək məqsədilə gəmini saxlaya və ya onun kursunu dəyişdirə bilməz. Sahilyanı dövlət hər hansı mülki iş üzrə məsuliyyət tədbirlərini və ya həbsi yalnız həmin gəminin üzüb keçmə zamanı ortaya çıxmış konkret öhdəliklərə görə həyata keçirə bilər. Lakin yuxarıda göstərilən maddə sahilyanı dövlətin öz qanunvericiliyinə uyğun olaraq əcnəbi gəmi barəsində hər hansı mülki işə görə tədbiri və ya həbsi həmin gəminin ərazi dənizindəki dayanacaqda yerləşdiyi və ya daxili sulardan çıxdıqdan sonra ərazi dənizindən üzüb keçdiyi zaman həyata keçirməyi istisna etmir. Yəni sahil dövləti daxili sulan tərk etdikdən sonra ərazi dənizindən ötüb keçən əcnəbi gəmi barəsində mülki yurisdiksiyanı həyata keçirə bilər.

Konvensiyanın 29-33 maddələri hərbi gəmilər və qeyri-kommersiya məqsədi ilə istismar edilən dövlət gəmiləri barəsində sahilyanı dövlətin yurisdiksiyası problemindən bəhs edir. Burada əcnəbi hərbi gəmilərin ərazi dənizindən dinc üzüb keçməsi nəzərdə tutulur. Həm də burada dinc üzüb keçmənin dəqiq şərtləri verilir. Ərazi dənizində hərbi gəmilər sahil dövlətinin hakimiyyətinin hərəkətlərinə qarşı immunitetlərdən istifadə edir.

Beynəlxalq boğazlar haqqında konvensiyanın 34-45 maddələrində verilir. Beynəlxalq boğazlar hər hansı bir dənizin hissələri və ya ayrı-ayrı dəniz və okeanları birləşdirən və bütün dövlətlər tərəfindən bərabər əsasda beynəlxalq gəmiçilik və hava nəqliyyatı üçün istifadə edilən təbii dəniz keçidləridir. Boğazların eyni bir dənizin hissələrini bir-birilə və ya ayrı-ayrı dənizləri və okeanları birləşdirməsi onun ən mühüm xüsusiyyəti hesab olunur. BMT-nin Dəniz hüququna dair 1982-ci il konvensiyasının 34-cü maddəsində beynəlxalq boğazların hüququ statusu göstərilir. Həmin maddənin 1-ci bəndində deyilir ki, beynəlxalq gəmiçilik tərəfindən istifadə olunan beynəlxalq boğazlardan bu konvensiyada müəyyən olunmuş keçid rejimi heç bir formada bu boğazı təşkil edən suyun hüquqi statusuna, bu boğazla dövlət sahil boyunda yerləşən dövlətlərin bu boğazı təşkil edən sular üzərində, habelə bu suların üstündə uçuş aparatlarının uçması bu suların üzü və dibi üzərində suverenitet və yurisdiksiyasına toxunmur. Lakin eyni maddənin 2-ci hissəsində bu da qeyd olunur ki, beynəlxalq boğazlarla eyni sahil boyunda yerləşən dövlətlər bu beynəlxalq boğazı təşkil edən sular üzərində bu konvensiyaya və beynəlxalq hüququn digər normalarına riayət etməklə öz suverenliyini və yurisdiksiyasını həyata keçirə bilərlər. Konvensiyada bu da qeyd olunur ki, beynəlxalq boğazla eyni sahil boyunda yerləşən dövlətlərin ərazi dənizi hüdudları daxilindəki habelə müstəsna iqtisadi zona və açıq dənizin hüdudları daxilindəki suların hüquqi statusuna bu konvensiyanın beynəlxalq boğazların hüquqi statusunu və rejimini müəyyən edən 3-cü bölməsi toxunmur. Həm də bununla yanaşı qeyd olunur ki, konvensiyanın beynəlxalq boğazlarla bağlı 3-cü bölməsi hal-hazırda mövcud olan və ya bundan qabaq yaranmış və qüvvədə olan beynəlxalq konvensiyalarla tənzimlənən beynəlxalq boğazlardan keçid qaydalarına, hansılar ki, xüsusi olaraq həmin boğazlar üçün nəzərdə tutulub, həmin bölmə bu boğazların hüquqi rejiminə şamil olunmur. 3-cü bölmədəki qeyd-şərtə görə beynəlxalq gəmiçilik üçün istifadə olunan hər hansı dəniz boğazından açıq dənizdə və ya müstəsna iqtisadi zonada naviqasiya və hidroqrafiya baxımından eynən o cür rahat yol keçərsə həmin dəniz boğazı barəsində bu bölmənin nəzərdə tutduğu müddəalar tətbiq olunmur, lakin bu yollar barəsində gəmiçilik və uçuş azadlığı da daxil olmaqla bu konvensiyada nəzərdə tutulan digər müddəalar tətbiq olunur. Çox vaxt boğazlar bir çox dövlətlərin dəniz və hava əlaqələri üçün zəruri, bəzən isə yeganə mümkün yolu olur. Bu da bu boğaların beynəlxalq münasibətlərdə son dərəcə əhəmiyyətli rolunu göstərir. Dəniz boğazlarının hüquqi rejimi müəyyən edilərkən adətən iki faktor nəzərə alınır ki, bunlar da bu və ya digər dəniz boğazının coğrafi vəziyyəti və onun beynəlxalq gəmiçilik üçün əhəmiyyətidir. Bu faktorlar bir-birilə son dərəcə bağlı olduğu üçün dövlətlər bu məsələyə xüsusi diqqət yetirirlər.

Bu nəticəyə gəlmək olar ki, beynəlxalq gəmiçilik üçün istifadə olunan və onları bir-biri ilə birləşdirən bütün boğazlar dəniz boğazları sayılır. Beynəlxalq boğazlar açıq dənizin və ya müstəsna iqtisadi zonaların hissələrini yaxud da, açıq dənizin və ya müstəsna iqtisadi zonanın hissəsini başqa dövlətin ərazi dənizi ilə birləşdirir. Dünyada hər bir dəniz boğazının bir sıra xarakterik xüsusiyyətləri mövcuddur. Bir sıra dəniz boğazları bütün ölkələrin azad və ya maneəsiz dəniz üzgüçülüyü və hava naviqasiyası üçün açıq olan beynəlxalq dəniz yolu hesab olunur. Bu dəniz boğazlarında tətbiq olunan rejim uzun tarixi dövr ərzində beynəlxalq adətlərin və beynəlxalq sazişlərin əsasında qüvvədə olmuşdur. Belə boğazlara misal olaraq Pa-de-Kale-ni, Sinqapuru, Malakkanı, Cəbəllotariqi və s.-ni göstərmək olar. Konvensiyanın 35-ci maddəsini «c» bəndində qeyd olunur ki, barələrində artıq mövcud olan və qüvvədə olan xüsusi beynəlxalq konvensiyaların olduğu dəniz boğazlarının hüquqi rejiminə bu konvensiyanın üçüncü bölməsi toxunmur. Konvensiyada olan bu göstərişin mahiyyətini daha dərindən anlamaq üçün belə boğazlara mühüm diqqət yetirmək lazımdır. Bu boğazlar üçün yaranan konvensiyalar adətən keçmişdə qapalı və yarımqapalı dənizlərə çıxaran dəniz boğazları o cümlədən, Qara dəniz boğazları olan Bosfor-Mərmərə və Dardanel boğazları və Baltik boğazları olan Böyük Belt, kiçik Belt və Zund boğazları üçün bağlanırdı. Qara dəniz və Baltik dənizi boğazları çox mühüm beynəlxalq əhəmiyyət kəsb etdikləri üçün onlar barəsində geniş söhbət açılacaq. Qara dəniz boğazlan hələ XIX əsrdə Türkiyə ilə Rusiya arasında bağlanmış bir sıra müqavilələrdə göstərilmiş və 1936-cı ildə montroda bağlanmış konvensiyada öz əksini tapan prinsipə görə bütün ölkələrin azad ticarət gəmiçiliyi üçün açıq elan edilmişdir. 1936-cı il Montro konvensiyası hal-hazırda da qüvvədədir. Bu konvensiyanın müddəalarına görə dinc dövrdə Qara dəniz ətrafında olmayan dövlətlərin hərbi gəmilərinin bu dənizin boğazlarından keçməsinə bir sıra məhdudiyyətlər qoyulmuşdur. Lakin bu dövlətlər Qara dəniz boğazlarından yüngül suüstü və yardımçı gəmilərini keçirə bilərlər. Eyni zamanda bu da göstərilir ki, Qara dənizə sahili olmayan dövlətlərin bu boğazlardan keçmək üçün tranzitdə olan hərbi gəmilərinin sayı doqquzdan çox, ümumi su tutumu isə 15 min tondan çox olmamalıdır. Lakin Qara dəniz ölkələrinin hərbi dəniz qüvvələri artırılarsa bu gəmilərin ümumi su tutumu 45 min tondan çox ola bilməz. Qara dənizə sahili olmayan dövlətlər öz hərbi gəmilərini boğazlardan keçirmək üçün 15 sutka öncədən xəbərdarlıq etməli və bu gəmilər Qara dəniz sularında 21 sutkadan artıq qalmamalıdırlar.

Qara dəniz dövlətləri öz dəniz boğazlarından təkcə yüngül hərbi gəmilərini deyil, həm də öz iri hərbi gəmilərini, habelə sualtı qayıqlarını suyun üstü ilə keçirə bilərlər. Lakin bir şərtlə ki bu gəmiləri təklikdə, ikidən çox olmayan minadaşıyan gəminin müşayiəti ilə, habelə sualtı qayıqları suyun üstü ilə keçirə bilərlər. Bu keçid barədə isə 8 sutka öncədən xəbər verilməlidir. Türkiyə müharibədə iştirak edərsə və ya müharibə təhlükəsi onu birbaşa hədələdiyi təqdirdə o, istənilən hərbi gəminin boğazlardan keçməsinə öz mülahizəsinə görə icarə verib-verməyə bilər. Montro konvensiyasının müddəalarında belə bir şərt qoyulmuşdu ki, onun maddələri yalnız diplomatik yolla və ya onun iştirakçılarının nümayəndələrindən ibarət olan konfransda dəyişdirə bilər. Bu zaman qərarlar sazişə gələn tərəflərin yekdil razılığı ilə qəbul edilə bilər. Türkiyə Respublikası körfəzlərdə azad ticarət gəmiçiliyini məhdudlaşdıran gəmiçilik reqlamentini 1994-cü il 1 iyul da birtərəfli qaydada işə saldığı üçün bir sıra dövlətlər o cümlədən Rusiya və Beynəlxalq Dəniz Təşkilatının etirazına səbəb olmuşdur. Bu problem beynəlxalq hüququn ümum qəbul olunmuş prinsiplərinə uyğun olaraq yaxın gələcəkdə yəqin ki öz həllini tapacaqdır. Baltik dənizinin boğazlarının hüquqi rejimi hələ indiyə qədər beynəlxalq hüququn müqavilə normaları, habelə milli qanunlarla tənzim olunur. 1786 və 1800-ci illərdə Rusiyanın təşəbbüsü ilə o zamanlı Pribaltika dövlətlərinin iştirakı ilə silahlı Neytralitet haqqında konvensiyalar bağlanmışdır. Bu sazişlərə görə Baltik dənizi əbədi olaraq «qapalı dəniz» kimi qalmalı lakin dinc dövrlərdə bütün ölkələr üçün azad ticarət gəmiçiliyi rejimi yaradılmalı idi. Baltik dövlətləri nə dənizdə, nə də onun sahillərində hərbi hərəkətlərə və ya zorakılığa yol verməmək hüququna malik idi. Bu sazişlərə görə Baltik boğazları qeyri baltik ölkələrinin hərbi gəmiləri üçün bağlı qalmalı idi. 1924-ci il Dəniz silahlarının məhdudlaşdırılması üzrə Roma konfransında SSRİ nümayəndəsi mövcud rejimi dəstəkləsə də, İngiltərə, Fransa və digər Qərb ölkələri bu ideyanı rədd etdilər. Belə ki, Baltik boğazlarının hüquqi rejimi hələ indiyə qədər qüvvədə olan 1857-ci il Kopenhagen sazişi əsasında nizama salınır. Bu sazişə görə Danimarka boğazlardan keçən gəmilərdən hər hansı bir rüsum almaqdan və onları rüsumun ödənilməsi bəhanəsi ilə saxlamaq hüququndan imtina etdi, lakin bir şərtlə ki, saziş iştirakçıları ora 100 milyon fransız frankı ödəsinlər. Hərbi gəmilərdən əvvəllər də bu rüsumlar alınmırdı. Buna görə də azad ticarət gəmiçiliyi üçün mövcud olan yeganə məhdudiyyətin ortadan götürülməsi, çox səmərəli oldu. Bunun da nəticəsində Böyük və Kiçik Belt və Rund boğazlarından keçən hər hansı bir gəmini hər hansı bir bəhanə ilə olursa olsun saxlamaq və dayandırmaq qadağan edildi. Baltik dənizinin Danimarkaya məxsus olan hissəsindən hərbi hava gəmilərinin uçması «Dinc dövrdə əcnəbi hərbi gəmilərinin və hərbi hava gəmilərinin Danimarka ərazisi hüdudlarına buraxılması haqqında» 1976-ci il tarixli dekretə əsasən qabaqcadan icarə alınmasını tələb edir.

1982-ci il konvensiyası hüquqi rejimi artıq qüvvədə olan müqavilələrdə təsbit olunmuş Magellan boğazına da şamil olunmur.

Konvensiyanın 38-ci maddəsində tranzit keçid hüququ məsələlərinə toxunulur. Orada deyilir ki, açıq dənizin və ya müstəsna iqtisadi zonanın bir hissəsi ilə açıq dənizin və ya müstəsna iqtisadi zonanın o biri hissəsi arasında beynəlxalq gəmiçilik üçün istifadə olunan və sahil dövlətlərinin ərazi dənizi ilə qapanmış dəniz boğazlarından bütün gəmilər və uçuş aparatları tranzit keçmə hüququndan istifadə edirlər və onlara bu barədə heç bir maneə törədilə bilməz. Bu da qeyd olunur ki, tranzit keçmə rejimi açıq dənizin və ya müstəsna iqtisadi zonanın hissəsi ilə başqa dövlətin ərazi dənizi arasında beynəlxalq gəmiçilik üçün istifadə olunan dəniz boğazları, habelə dəniz boğazı və onun kontinental hissəsi ilə sərhəddə yerləşən dövlətin adasının təşkil etdiyi boğazlar barəsində tətbiq olunmur, bir şərtlə ki, adadan dənizə tərəf açıq dənizdə və ya müstəsna iqtisadi zonada naviqasiya və hidroqrafiya şəraiti baxımından eynən bu cür rahat yol olmuş olsun. Açıq dənizin və ya müstəsna iqtisadi zonanın bir hissəsini açıq dənizin və ya müstəsna iqtisadi zonanın digər hissəsi ilə birləşdirən beynəlxalq gəmiçilikdə istifadə olunan boğazlardan tranzit keçmək hüququ, yalnız gəmiçilik azadlığının və hava gəmilərinin boğazdan fasiləsiz və tez tranzit məqsədi ilə üzüb keçməsi üçün həyata keçirilir. Tranzit keçid zamanı gəmilərin və uçuş aparatlarının üzərinə bir sıra mühüm vəzifələr qoyulur ki, onlar aşağıdakılardır:

a) Gəmilər və uçuş aparatları boğazdan və boğaz üzərindən ləngimədən keçməlidir;

b) Gəmilər və uçuş aparatları boğazdan və boğaz üzərindən keçərkən boğazla eyni sahilboyunda yerləşən dövlətin suverenliyinə, ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə xələl gətirə biləcək güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən habelə beynəlxalq hüququn prinsiplərini və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsindəki göstərişləri pozacaq hər hansı hərəkətdən çəkinməlidirlər;

c) Gəmilər və uçuş aparatları boğazdan və boğaz üzərindən keçərkən fövqəladə hallar və bədbəxt hadisələr istisna olmaqla istənilən hərəkətlərdən, o cümlədən tez və fasiləsiz tranzit keçidin nizam-intizamına xələl gətirəcək hərəkətlərdən çəkinməlidirlər.

Konvensiyada beynəlxalq boğazdan tranzit keçən gəmilər və hava gəmilərinin vəzifələrinə ayrı-ayrılıqda xüsusi diqqət yetirilmişdir. Belə ki, 39-cu maddənin 2-ci hissəsində deyilir. Tranzit keçid zamanı gəmilər Dənizdə toqquşmanın qarşısını almaq üçün beynəlxalq qaydalar da daxil olmaqla ümumtanınmış beynəlxalq qaydalara, proseduralara və praktikaya, hansılar ki, dənizdə təhlükəsizliyə xidmət edir, riayət edirlər.

Dəniz hüququna dair 1982-ci il konvensiyasının 55-75-ci maddələrində müstəsna iqtisadi zona haqqında təfərrüatı ilə məlumat verilir. Müstəsna iqtisadi zona ərazi dənizinin hüdudlarından kənarda yerləşən və ona bitişik olan en 200 dəniz milindən artıq olmayan açıq dəniz rayonudur. Bu zamanın yaradılması fikri XX-ci əsrin sonlarında formalaşmışdır. Belə bir zonanın yaradılmasını irəli sürən bir sıra inkişaf etmiş ölkələrin fikrincə, onların hədsiz böyük texniki və iqtisadi üstünlüyə malik olduqları bir şəraitdə açıq dənizdə balıqçılıq azadlığı və mineral ehtiyatların istismarı azadlığı dünyanın üçüncü dövlətlərinin maraqlarına cavab vermir və yalnız zəruri iqtisadi və texniki imkanlara habelə iri və müasir balıqçılıq donanmasına malik olan dəniz dövlətlərinə sərfəlidir. Bu dövlətlər onu da irəli sürürdülər ki, balıqçılıq və digər dəniz peşəkarlığı növlərinin azadlığının saxlanılması beynəlxalq münasibətlərdə ədalətli və bərabər hüquqlu qayda yaratmaq ideyası ilə bir araya sığmır. Dünyanın iri dəniz dövlətləri uzun sürən görüşlərdən sonra 1974-cü ildə xüsusi iqtisadi zona konsepsiyasını qəbul etdilər. Bundan sonra bu konsepsiya ilə bağlı məsələlər bərabərhüquqlu əsasda həll edildi və bu da özünün bariz əksini 1982-ci il BMT-nin dəniz hüququna dair konvensiyasında tapdı. Müstəsna iqtisadi zona ilk dəfə olaraq dəniz hüququ üzrə 1982-ci il konvensiyası ilə nəzərdə tutulmuş xüsusi hüquqi rejimə malikdir. Bir tərəfdən o açıq dənizin bir hissəsidir, digər tərəfdən isə, sahilyanı dövlət bu zonada bir sıra iqtisadi xarakterli suveren hüquqlar həyata keçirir. «Müstəsna iqtisadi zona» terminindəki müstəsna və ya xüsusi sözü yalnız ona görə işlənmişdir ki, bu sahilyanı dövlətin iqtisadi maraqlarının qorunmasını və s-nın, habelə bu zonanın funksional xarakterini nəzərə çatdırsın. Beynəlxalq hüquqşünas olan Vyetnam Cilimi Nquen Nqok Min tamamilə haqlı olaraq qeyd edir ki, buradakı müstəsna və ya iqtisadi termini habelə bu zonanın funksional xarakteri sahilyanı dövlətin burada yalnız iqtisadi maraqlarının həyata keçirilməsinə xidmət edir. Müstəsna iqtisadi zonada sahil dövlət canlı, eləcə də cansız təbii ehtiyatları kəşf və istismar etmək hüququna, habelə sudan, axından və küləkdən istifadə yolu ilə enerji istehsalı kimi digər fəaliyyət növləri barəsində də müvafiq hüquqlara malikdir. Dəniz hüququ haqqında 1982-ci il konvensiyasının 56-cı maddəsində sahilyanı dövlətin müstəsna iqtisadi zonada olan hüquqları, yurisdiksiyası və vəzifələri birmənalı olaraq qeyd edilmişdir. Bu maddənin 1-ci hissəsində qeyd olunur ki, sahilyanı dövlət müstəsna iqtisadi zonada bu konvensiyanın müəyyən etdiyi hüquqları, yurisdiksiyanı və vəzifələri həyata keçirir. Konvensiyanın 57-ci maddəsindən göstərilir ki, müstəsna iqtisadi zonanın eni ərazi dənizinin enini ölçmək üçün qəbul olunmuş dizinə başlanğıc xətlərdən hesablanır və onun eni 200 dəniz milindən artıq olmamalıdır. Konvensiyada qeyd olunur ki, digər dövlətlər müəyyən şərtlərlə müstəsna iqtisadi zonam canlı ehtiyatlarının istismarında yalnız sahil dövlətinin tarazlığı ilə iştirakmı həyata keçirə bilərlər. Belə ki, müstəsna iqtisadi zonada bütün dövlətlər bu konvensiyanın müddəalarına uyğun olaraq açıq dənizin məlum olan azad gəmiçilik, azad uçuş, kabellər və buralar çəkmək azadlığından, habelə bu azadlıqlara aid edilən digər fəaliyyət növlərindən istifadə edirlər. Müstəsna iqtisadi zonada həyata keçirilən bu azadlıqlar barəsində konvensiyanın 50-ci maddəsinin 1-ci bəndində göstərilmişdir ki, bu zonada 1982-ci konvensiyasının «açıq dəniz» adlandırılmış VII hissəsinin 88-115-ci maddələri bütövlüklə tətbiq edilir. 89-cu maddədə qeyd edilir ki, heç bir dövlət açıq dənizin hansısa bir hissəsini öz suverenitetinə tabe etdirməyə iddia edə bilməz. Bu da onu göstərir ki, müstəsna iqtisadi zona, sahil dövlətə şamil edilən konkret hüquq və vəzifələr istisna olmaqla açıq dənizin bir hissəsi olaraq qalır. Sahil dövlətin süni adalar, tikililər və qurğular yaratmaq və onlardan istifadə etmək, elmi tədqiqatlar aparmaq və dəniz mühitini qorumaq sahəsindəki hüquqları da konvensiya ilə tanınmışdır. Buna əlavə olaraq göstərilmişdir ki, bu zonada iqtisadi məqsədlər üçün elmi tədqiqatlar işini adalar, tikililərin yaradılmasını digər dövlətlər yalnız sahilyanı dövlətin razılığı ilə həyata keçirə bilərlər. Müstəsna iqtisadi zona haqqında konvensiyada qeyd olunan müddəalar güzəşt xarakteri daşıyır. Çünki çox vaxt bu müddəalar nəzəriyyədə və ölkələrin rəsmi nümayəndələri tərəfindən müxtəlif mövqelərdən təfsir edilir. Norveç hüquqşünası Fleyşer qeyd edir ki, müstəsna iqtisadi zonanın hüquqi təbiəti açıq dənizin hüquqi təbiəti ilə üst-üstə düşməsə də, sahilyanı dövlətə bu zona üzərində şamil edilməyən yurisdiksiyadan danışılarkən açıq-aydın ortaya çıxır ki, bu zona açıq dənizin bir hissəsidir və onun əsas prinsiplərinə tabe olmalıdır. Konvensiyada qeyd olunur ki, müstəsna iqtisadi zonaya münasibətdə sahilyanı dövlət gəmilərin tərəfindən çirklənmənin qarşısının alınmasına, azaldılmasına və nəzarət altına götürülməsinə münasibətdə yalnız elə qanun-qaydalar müəyyən edə bilər ki, bunlar ümumtanınmış beynəlxalq norma və standartlara uyğun olsunlar. Sahilyanı dövlətin, onun qayda qanunlarının pozulmasına görə qaynar izlər üzrə təqibetmə hüququ yalnız qayda-qanunu pozan gəminin öz ərazi dənizinə və ya hər hansı bir üçüncü dövlətin ərazi dənizinə girdiyi ana qədər məhdudlaşır. Konvensiyada dənizə çıxışı olmayan və coğrafi əlverişsiz vəziyyətdə yerləşən dövlətlərin müstəsna iqtisadi zona üzərində hüquqları tanınır. Orada göstərilir ki, bu dövlətlərin müstəsna iqtisadi zona üzərində bərabərhüquqlu əsasda bu konvensiya ilə nəzərdə tutulmuş bütün hüquq və azadlıqlardan istifadə etmək hüquqları mövcuddur.

Konvensiyanın 76-85-ci maddələri kontinental şelfə həsr olunmuşdur. Burada kontinental şelfin hüquqi xarakteri dəqiq tənzimlənir. Kontinental şelf, sahilyanı dövlətin ərazi dənizinin xarici sərhədindən başlamış açıq dənizə doğru, beynəlxalq hüquqla müəyyən olunmuş həddə qədər uzanan dəniz dibi və habelə onun təkidir. Bu ərazi geoloji olaraq qitənin dənizə doğru sualtı davamı hesab olunur. Kontinental şelf ərazisinin getdikcə əhəmiyyətinin yaratması, şelfin dərinliklərində çıxarılmaq üçün yararlı olan mineral xammal ehtiyatlarının olması və onlar üzərində olan hüquqlarla bağlıdır. Kontinental şelf adətən 200 dəniz mili qədər olur. Lakin 1982-ci il konvensiyasına görə kontinental şelfin xarici sərhədi ərazi dənizinin, enini ölçmək üçün qəbul olunmuş başlanğıc xətlərdən hesablanmaqla 350 dəniz milindən artıq olmamalıdır. Kontinental şelf haqqında 1952-ci il konvensiyasında bu zonanın təbii sərvətlərinin, o cümlədən dəniz dibi və təkinin mineral və digər cansız ehtiyatlarının oturaq növdən olan canlı orqanizmlərin kəşfi və istismarı məqsədilə sahil dövlətlərinin bu zona üzərində suveren hüquqları tanınmışdı. Burada kontinental şelfin təbii ehtiyatlarının kəşfi və istismarı zamanı sahil dövlətinin zəruri tikili və qurğular ucaltmaq, habelə onların ətrafında 500 metrlik təhlükəsizlik zonaları yaratmaq hüququ nəzərdə tutulurdu. 1958-ci il konvensiyasında, ərazi dənizi zonası xaricində 200 metr dərinliyə kimi sahilə yaxın və ya bu həddən artıq olsa da, təbii sənətlərdən istifadə etmək imkanı olan sualtı rayonların dəniz dibi sahələri və bu sahələrin təki kontinental şelf hesab olunurdu. Amma bu cür tərif sahil dövlətinə əsas verə bilərdi ki, şelfin ehtiyatlarının istismarı üzrə texniki imkanları artdıqca öz suveren hüquqlarmı qeyri müəyyən dərəcədə genişləndirsin. Molodçov haqlı olaraq qeyd edir ki, kontinental şelfin xarici sərhədinin geomorloji kriteriyalarla müəyyən edilməsi bir sıra qeyri-hüquqi nəticələrin yaranmasını qabaqcadan proqnozlaşdırılır. Sahilyanı dövlət kontinental şelf üzərində təbii sərvətlərin kəşfiyyatı və istismarı məqsədilə suveren hüquqlar həyata keçirir. Bu məqsədlə sahilyanı dövlət şelf üzərində qurğular düzəldə bilər. Bu qurğular üzərində sahilyanı dövlətin yurisdiksiyası mövcuddur. Sahil dövlətin kontinental şelfə olan hüququ şelfi örtən sulara və onun üzərindəki hava sahəsinə şamil edilmir. Buradan belə bir nəticə meydana çıxır ki, kontinental şelfin sahilyanı dövlət tərəfindən kəşfiyyatı və istismarı bu ərazilərin başqa dövlətlər tərəfindən gəmiçilik və uçuşların həyata keçirilməsi məqsədləri ilə istifadəsi üçün maneə törətməməlidir. Kontinental şelfdə bütün dövlətlərin sualtı kabellər və boru xətləri seçmək hüququ vardır. Bu zaman onların çəkiliş yolu sahil dövlətin varlığı ilə müəyyən edilir. Bu zonada elmi tədqiqatların aparılması yalnız sahilyanı dövlətin razılığı ilə mümkündür və bu zonada 200 dəniz milinə qədər olan ərazidə bu tədqiqatlar sahilyanı dövlətin razılığını aldıqdan sonra aparıla bilər. Sahilyanı dövlətlər adətən ətraf şelflərdə təbii ehtiyatların kəşfi və istismarını və elmi fəaliyyəti öz milli qanun və qaydaları ilə apararlar, lakin bu qanunlar beynəlxalq normalara uyğun olmalıdır.

Açıq dəniz haqqında isə konvensiyanın 86-120-ci maddələrində verilir. Açıq dəniz dünya okeanının çox böyük hissəsini tutduğu üçün konvensiyada ona geniş yer verilmişdir. Açıq dəniz dünya okeanının heç bir dövlətin yurisdiksiyasına aid olmayan və bütün dövlətlərin istifadəsi üçün açıq olan su hissəsidir. Buradan aydın olur ki, dəniz və okeanların dibi xüsusi hüquqi statusa malik olduğuna görə açıq dəniz anlayışına daxil edilmir. Açıq dəniz çox böyük sahəni əhatə etdiyinə görə, bu zona haqqında geniş danışılacaq. Əvvəllər açıq dənizin ayrı-ayrı hissələri olan bitişik zonanın, balıqçılıq zonasının, kontinental şelfin və s.-nin müxtəlif hüquqi rejimləri olsa da, onların hamısı eyni hüquqi statusa malik idilər. Yəni onlar heç bir dövlətin suverenliyi altında deyildilər. Dənizdən sərbəst istifadə etmək və ayrı-ayrı dövlətlərin hakimiyyətinin dəniz və okeanları əhatə etməsinə yol verməmək ideyası Holland hüquqşünası və mütəfəkkiri Hüqo Airotsinin «Azad dəniz» (1609) Kitabında möhkəm əsaslara söykənərək göstərilmişdi. Lakin bu prinsip yalnız XIX əsrin əvvəllərində hamılıqla tanınmışdır. Uzun bir dövr ərzində açıq dəniz azadlığı dedikdə ən əvvəl dəniz üzgüçülüyü və dəniz balıqçılığı azadlığı başa düşülürdü. Elmi texniki tərəqqinin güclənməsi ilə dənizdə yeni-yeni fəaliyyət növləri meydana çıxdı və bu da açıq dənizin ənənəvi azadlıqlarının xeyli genişlənməsinə səbəb oldu. Belə ki, sualtı telefon-teleqraf kabellərinin və boru kəmərlərinin çəkilişi azadlığı, habelə açıq dəniz üzərində hava məkanından uçuş azadlığı da açıq dənizin get-gedə genişlənən azadlıqları siyahısına daxil edildi. Amma yeni münasibətlər, yeni inkişaf etməkdə olan dövlətlərin yaranması və dünya okeanının inkişafında elmi texniki tərəqqinin rolunun müstəsna dərəcədə artması nəticəsində dəniz hüququ haqqında kompleks bir konvensiyanın, qəbul olunması zərurəti meydana çıxdı. Bu da, öz ifadəsini dəniz hüququna dair 1982-ci il konvensiyasında tapdı. Konvensiyada açıq dəniz haqqında 86-120 maddələrdə danışılır. 86-cı maddədə açıq dənizin anlayışı verilir. Orada deyilir ki, açıq dəniz heç bir dövlətin müstəsna iqtisadi zonasına, ərazi dənizinə və arxipelaq dövlətin arxipelaq sularına daxil olmayan su hissəsidir. Açıq dəniz bütün dövlətlər üçün o cümlədən sahilyanı dövlətin və dənizə çıxışı olmayan dövlətlərin üzünə acıqdır. Açıq dənizdə azadlıqlar bu konvensiyada göstərilmiş müddəalara və beynəlxalq hüququn digər normalarına uyğun olaraq həyata keçirilir. Bura aşağıdakılar daxildir:

1) Gəmiçilik azadlığı;

2) Uçuş azadlığı;

3) Balıqçılıq azadlığı;

4) Sualtı boru və kabel çəkilişi azadlığı;

5) Elmi tədqiqatlar aparmaq azadlığı;

6) Süni adalar və qurğular yaratmaq azadlığı.

Hər bir dövlət hüquqi olaraq açıq dənizin hər hansı bir hissəsi üzərində öz suverenitetinin olduğunu iddia edə bilməz və açıq dəniz dinc məqsədlər üçün ehtiyatda saxlanılır. Yuxarıda qeyd edilən azadlıqlar beynəlxalq hüquq normalarının tələblərinə və başqa dövlətlərin maraqlarını nəzərə almaqla həyata keçirilir. Açıq dənizdə gəmilər bayrağı altında üzdükləri dövlətin müstəsna yurisdiksiyasına tabedirlər. Lakin bir sıra hallar mövcuddur ki, onlar istisna hesab edilir. Belə ki, ərazi sularından kənarda istənilən dövlətin hərbi gəmisi və ya hərbi uçuş aparatı, eləcədə öz dövləti tərəfindən bu məqsəd üçün səlahiyyət verilmiş digər gəmi və uçuş aparatı quldur gəmisini ələ keçirə, oradakı şəxsləri həbs edə bilər. Bunlardan başqa orada əcnəbi gəminin axtarılması və ya saxlanılması dövlətlər arasında bağlanmış konkret sazişin əsasında baş verə bilər. Dəniz hüququ haqqında BMT konvensiyası həmçinin dəniz gəmilərində qulların daşınmasının, narkotiklə və psixotrop maddələrin qeyri qanuni ticarətinin, habelə beynəlxalq öhdəlikləri pozmaqla açıq dənizdən icarəsiz yayımlanan verilişlərin qarşısını almaq sahəsində dövlətlərin əməkdaşlıq etmək vəzifəsini nəzərdə tutur. Gəminin və ya uçuş aparatının qeyri-qanuni hərəkətlərdə şübhə edilməyə görə saxlanılması və ya axtarılmasına heç bir əsas olmadığı aşkar edilərsə, saxlanılmış gəmiyə vurulmuş istənilən itki və ziyan ödənilməlidir. Konvensiyanın müddəalarına uyğun olaraq sahiluanı dövlət, onun daxili sularında, ərazi dənizində və ya bitişik zonada olarkən onun qanun və qaydalarını pozmuş əcnəbi gəmini açıq dənizdə təqib və ya həbs etməkdə haqlıdır. Belə qətibetmə hüququ izlənən, gəminin öz ərazi dənizinə və ya hər hansı bir başqa dövlətin ərazi dənizinə girdiyi andan bitmiş sayılır. Konvensiyaya görə sahil dövlətin tədqiqetmə hüququ onun kontinental şelf və müstəsna iqtisadi zonaya dair qanun və qaydalarının pozulmasına da şamil edilir. Təqib isti-isti gecikdirilmədən həyata keçirilməlidir. Belə ki, qanun pozuntusuna yol vermiş gəmi hələ sahil dövlətin daxili sularında ərazi dənizində, bitişik zonasında, kontinental şelfi örtən sularda və ya müstəsna iqtisadi zonasında olarkən başlanmalı və vasitəsiz həyata keçirilməlidir. Konvensiyada qeyd olunur ki, bütün dövlətlər açıq dənizdə dəniz piratlığına qarşı mümkün olan ən yüksək səviyyədə əməkdaşlıq edir.

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.