12.11.2017 04:33
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

SİLAHLI QÜVVƏLƏRİN İSTİFADƏSİ İLƏ BAĞLI OLMAYAN MƏCBURİYYƏT TƏDBİRLƏRİ

ZAMİK RƏHMANOV,

BDU-nun aspirantı.

1956-cı ilin oktaybr ayının sonlarında İsrail, Fransa və Böyük Britaniya Misirə hücum etdi. Lakin, bir neçə gün ərzində bu dövlətlər atəşkəs haqqında razılığa gəldilər və Baş Məclis düşmənçiliyə son qoyulmasını təmin etmək və ona nəzarət etmək məqsədilə 1956-cı ilin noyabrın 5-də Birləşmiş Millətlər Fövqəladə Qüvvələrini (UNEF) təsis etdi. İsrail, Fransa və Böyük Britaniya öz qoşunlarını geri çəkdikdən sonra UNEF 1949-cu il sülh sazişinin vicdanla yerinə yetirilməsinə dəstək vermək məqsədilə İsrail -Misir cəbhə xəttində patrul həyat keçirməyə göndərildi.

UNEF, dövlətlərlə Baş Katib arasında bağlanan sazişlər əsasında ayrılan milli orduların kontingentlərindən təşkil olunmuşdu. Baş Məclis Qüvvələrin Komandanını təyin etmişdi və Baş Katibə səlahiyyət vermişdi ki, burada xidmət edən qaydalar qəbul etsin. Qüvvələrin xərcləri BMT tərəfindən ödənilidi və o, bütün əmrləri yalnız Baş Məclisdən və Baş Katibdən alırdı. Hələ də bəzi məsələlər dövlətlər tərəfindən həll olunsa da, UNEF Koreyadakı qüvvələrə nisbətən sözün əsl mənasında BMT Qüvvələri idi.

Qüvvələrin təsis edilməsi, əsasən, razılıq prinsipinə əsaslanırdı. Heç bir dövlət razılığını bildirməyənə qədər kontingentlə təmin etməyə borclu deyildi. Qüvvələr dövlətin özünün razılığı olmadan onun ərazisinə daxil ola bilməzdi. Buna görə də, UNEF təkcə Misirin ərazində fəaliyyət göstərirdi və İsrail razılıq vermədiyinə görə onun ərazisində fəaliyyət göstərmirdi.

Qüvvələr özünü müdafiə etmək üçün döyüşə bilərdi və onun cəbhə xətti boyu geniş miqyaslı hücumlara müqavimət göstərməsi nəzərdətutulmurdu. Bir faktı qeyd etmək lazımdır ki, bu Qüvvələrin sayı heç vaxt 6000 nəfəri keçməmişdi. Onun funksiysı atəşkəs xəttini qanunsuz keçənləri saxlayır və onları Misir polisinə təhvil verilmərdən ibarət idi. Fəaliyyət göstərdiyi 10 ildən çox bir müddətdə UNEF bölgədə sülh atmosferinin formalaşmasına kömək etdi.

UNEF yaradılmasının hüquqi əsasları qeyri-müəyyən idi. Qüvvələrin yaradılması zamanı keçirilən səsvermədə bitərəf qalan kommunist ölkələri deyir-dilər ki, Birləşmiş Millətlər tərəfindən istənilən qüvvənin istifadəsi məcburiyyət tədbirini təşkil edir və bu yalnız TŞ tərəfindən həyata keçirilə bilər. Xərclər haqqında işdə Beynəlxalq Ədalət Məhkəməsi belə bir qərara gəldi ki, UNEF-in əməliyyatları məcburiyyət təbdirləri demək deyildir, çünki onlar dövlətin razılığı olmadan həmin dövlətin əleyhinə həyata keçirilmir. Lakin, Nizamnamədə Qüvvələrin yaradılmasını qadağan edən müddəanın olmamasını demək bir şeydir, onun yaradılmasına səlahiyyət verən müddəanı tapmaq isə tamam başqa şeydir. Beynəlxalq Məhkəmə güman edirdi ki, Qüvvələri yaradılması Nizamnamənin 11-ci maddəsinə və ya 14-cü maddəsinə əsaslana bilər. Lakin, burada problem oradadır ki, bu maddələr Baş Məclisə yalnız başqaları tərəfindən tədbirlər görməyi tövsiyyə etmək səlahiyyət verir. Onlar Baş Məclisdə bu tədbirləri həyata keçirmək səlahiyyəti vermir. Lakin Baş Məclisin praktikası belə bir nərticə çıçxarmağa əsas verir ki, Baş Məclisin yalnız tövsiyələr verə bilməsi faktı, bu tövsiyələrin həyata keçirilməsi yardımçı orqanlar yaratmaqda Baş Məclisə maneə ola bilməz, bir şərtlə ki, müvafiq dövlətlərin razılığı mövcudur [1].

1960-cı ilin iyunun 30-da Belçika Konqoya (Belçika Konqosuna) müstəqillik verdi. Lakin, Konqonu müstəqilliyə hazırlamaq üçün çox az iş görülmüşdü və müstəqillikdən demək olar ki, dərhal sonra Konqo ordusu qiyam etdi və Konqoda məskunlaşmış avropalılara hücum etməyə başladı. Konqoda hərbi bazalara malik olan Belçika oraya qoşunlar göndərdi (avropalıları qorumaq üçün) və Konqo höküməti «Belçika təcavüzü» nə qarşı kömək üçün BMT-yə müraciət etdi. 1960-cı ilin iyulun 14-də TŞ Konqonu hərbi yardımla təmin etmək üçün BMT-yə müraciət etdi. 1960-cı ilin iyulun 14-də TŞ Konqonu hərbi yardımla təmin etmək üçün Baş Katibə səlahiyyət verdi [2]. Baş Katib əvvəlcədən bəyan etdi ki, o bu qətnaməni UNEF modelinə əsaslanan qüvvə yaratmaq üçün gördüyü tədbirlər səkkiz gün sonra TŞ tərəfindən yekdilliklə bəyənildi [3]/. Qüvvələrin formalaşdırdığı şəraitə baxmayaraq, onun Belçika qoşunlarına qarşı hərbi əməliyyatlaraparması nəzərdə tutulmamışdı. Onun funksiyası hüquq və ictimai qaydanı qorumaqda Konqo hökümətinə kömək etmək və bununla da elə şərait yaratmaq idi ki, Belçika höküməti avropalıların Konqoda müdafiəsi üçün Belçika qoşunlarına ehtiyac olmadığını anlasın. Qüvvələr UNEF nümunəsində yaradılsa da tezliklə bir sıra fərqliliklər meydana çıxmağa başladı.

Birincisi, TŞ-nın Baş Katibə göstərişləri verməsinin qarşısı veto ilə alınırdı və nəticədə UNEF halında Baş Məclis tərəfindən qəbul olunan bütün növ qəraarlar indi Baş Katib tərəfindən qəbul olunmalı oldu (məsələn, qüvvələrin Komandanının təyin olunması).

İkincisi, bu Qüvəvlərin Konqo hökümətinin razılığı ilə fəaliyyətt göstərməsi nəzərdə tutulsa da, Konqo hökuməti müharibə edən qruplara parçalandıqdan sonra bu prinsipə əməl olunması çətinləşdi. Razılıq prinsipindən digər bir yayınma halı TŞ-nın 1960-cı il avqustun 9-da qəbul etdiyi qətnamədən görünür. Bu qətnamədə Karqo ilə bağlı əvvə lki qətnamələrə istinad olunur və üzv dövlətlərə xatırladır ki, onlar Nizamnamənin 25-ci maddəsinə əsasən TŞ-nın qərarlarını qəbul etməyə və həyata keçirməyə hüquqi cəhətdən məcburdurlar (Yearbook of the United Nations, 1968). 1960-cı il 9 avqust tarixli qətnamədə istinad olunan əvvəlki qətnamələrdən biri olan 1960-cı ili 22 iyul tarixli qətnamə, inter alia, bütün dövlətləri hüquq və qaydanın bərpasına mane olan istənilən hərəkətdən çəkinməyi və həmçinin Konqonun ərazi bütövlüyü və siyasi müstəqilliyini üfuzdan ala biləcək hərəkətlərə yol verməməyi xahiş edirdi. 1960-cı il 9 avqust tarixli qətnamədə tələblə əvəz olunan bu xahiş Katanqada Moise Tşombenin sesnssionist hərəkatına yardım edən bəzi Qərb maliyyə dairələri və Prezident Kasambuya qarşı mübarizədə Baş Nazir Patrik Lumumbanı dəstəkləyən SSRİ tərəfindən etinasızlıqla yanaşılırdı.

Üçüncüsü, baxmayaraq ki, ilkin olaraq qüvvələrin yalnız özünü müdafiə məqsədilə döyüşməsi nəzərdə tutulmuşdu, o sonralar digər şəraitlərdə-vətəndaş müharibəsinin qarşısını almaq, xarici muzdluları qovmaq üçün döyüşməyə səlahiyyətləndirildi. Axırda qüvvələr Katanqada sesessionist hərəkəta qarşı geniş hərbi əməliyyatlara cəlb olundu. ONUC-un tezis edilməsinin hüquqi əsasları qeyri-müəyyən və mübahisəyə açıq idi. Sovet İtifaqı iddia edirdi ki, bu qüvvələrin yaradılması bir sıra səbəblərə görə qanunsuzdur. Məsələn, Qüvvələr TŞ-nın nəzarəti altında olmaq əvəzinə faktiki olaraq Baş Katibin nəzarəti altındadır. Lakin, TŞ-nın öz səlahiyyətlərini 98-ci maddəyə əsaəsn Baş Katibə verməməsi üçün heç bir səbəb yoxdur. Nizamnamənin 98-ci maddəsi nəzər də tutur ki, SSRİ qüvvələrin yaradılmasını nəzərdə tutan qətnamələrin lehinə səs vermişdir.

Xərclər haqqında işdə Beynəlxalq Ədalət Məhkəməsi hesab etmişdir ki, əməliyyatlar məcburiyyət tədbirlərini təşkil etmir. Lakin, Qüvvələrə dair qətnamələrdən biri hüquqi cəhətdən məcburi idi; bəzi şərhçilər qeyd edirlər ki, Qüvvələrin yaradılması 40-cı maddənin mənasına görə «Müvəqqəti tədbirləri» təşkil edir və bu fikir BMT Katibliyindən də dəstək aldı.

Konqo işində 40-cı maddəyə istinad olunması o deməkdir ki, Konqodakı vəziyyətə ən azı beynəlxalq sülhə təhlükəyə bərabər olmalı idi. Baxmayaraq ki, Konqo ilə bağlı qəbul olunmuş ilkin qətnamələrdə TŞ tərəfindən bu qeyd olunmamışdı, bu aydındır ki, Konqodakı vətəndaş müharibəsi təhlükəsi Rodaziyada olduğu kimi beynəlxalq m\sülhə təhlükə idi. Həqiqətən də, Konqoda mövcud idi ki, Sovet İtifaqı və ABŞ vətəndaş müharibəsinə cəlb olunsunlar. BMT-nin fəaliyyətt bütövlükdə bu supergüc Vyetnamda olduğu kimi müharibəyə cəlb olunmadılar. Hər bir superdövlət özlüyündə razı qaldı ki, BMT Konqodakı vakumu doldurdu və Konqonun digər superdövlətin nəzəti altına düşməsinə imkan vermədi.

Orta Şərqdə və Konqoda Birləşmiş Millətlər qüvvələri yaradılarkən Baş Məclis qərara aldı ki, üzv dövlətlər qüvvələrin xərclərini ödəməyə hüquqi cəhətdən məcburdurlar. Lakin, bu qüvvələr adi büdcədən deyil, ayrıca hesablardan maliyyələşdirilirdi və müxtəlif ödəmə cədvəlləri istifadə olunurdu ki, bu da ən kasıb üzv dövlətlər tərəfindən ödəniləcək məbləği azaldırdı. Bu faktlar bəzi üzv dövlətələ belə bir iddia irəli sürməyə imkan verdi ki, qüvvələrin xərcləri Birləşmiş Millətlərin adi xərclərdən çox fərqlənir və üzv dövlətlər bu qüvvələrin xərclərini ödəmək öhdəliyini daşımırlar. Kommunist dövlətləri həmçinin belə bir arqument irəli sürürdülər ki, bu qüvvələr qanunsuz yaradıldığını görə onların xərclərini ödəmək vəzifəsi mövcud deyildir. Tezliklə aydın oldu ki, BMT böyük maliyyə böhranı ilə qarşı-qarşıyadır və maliyyə vəsaiti çatışmamazlığı səbəbindən BMT 1963-cü ildə Konqodakı qüvvələrini azaltmağa və 1964-cü ioldə isə bütövlükdə çıxmağa məcbur oldu.

Nəticədə, Baş Məclis Beynəlxalq Ədalət Məhkəməsindən xahiş etdi ki, 17.2.-ci maddənin mənasına görə bu iki qüvvənin xərclərinin BMT-nin xərcləri olub-olmaması barədə məşvərətçi rəy versin. Nizamnamənin 17.2-ci maddəsinə görə təşkilat xərcləri Baş Məclis tərəfindən müəyyən edilən qaydada üzv dövlətlər tərəfindən çəkilir. 1962-ci ilin iyul ayının 20-də Məhkəmə bu suala müsbət cavab verdi (səslər: 9 lehinə, 5 əleyhinə). Məhkəmənin qarşısındakı sual birbaşa qüvvələrin yaradılmasının qanuniliyi ilə bağlı deyildi və qüvvələrin yaradılmasının qanuniliyi ilə bağlı Məhkəmənin qısa qeydləri müəyyən dərəcədə qeyri-qətidir. Məhkəmə yalnız qüvvələrin yaradılmasının «yəqin ki», qanuni olmasını qeyd etməklə və onların qanunsuz olmasını iddia edən arqumentləri rədd etməklə kifayətləndi. Lakin, Məhkəmə Nizamnaməsinin konkret hansı maddəsinin bu qüvvələrin yaradılmasının hüquqi əsası olmasını qeyd etmədi.

Məhkəmənin bu məşvərətçi rəyi məcburi deyildi. Baxmayaraq ki, bəzi dövlətələr Məhəkəmənin bu rəyindən sonra xərcləri ödəməyə başladılar. Sovet bloku və Fransa ödəməyi rədd etməkdə israrlı idilər. ABŞ və onun müttəfiqləri Nizamnamənin 19-cu maddəsinə istinad edəcəkləri ilə onları hədələyirdilər. 19-cu maddə aşağıdakıları nəzərdə tutur. Təşkilata öz üzvülük haqını ödəməkdə öorcu olan üzv dövlət, əgər onun borcunun miqdarı iki il bundan əvvəlki bütöv il üçün ödəməli olduğu üzvülük haqqına bərabərdirsə və ya ondan çoxdursa, Baş Məclisdə səsvermə hüququndan məhrum edilir. Lakin, Baş Məclis, üzvlük haqqının üzv dövlətdən asılı olmayan hallara görə ödənilmədiyi qənaətinə gəlirsə, həmin üzv dövlətin səsvermədə iştirak etməsinə icazə verə bilər. Sovet İttifaqı bildirdi ki, əgər o Baş Məclisdə səsvermə hüququndan məhrum edilərsə, onda təşkilatı tərk edəcəkdir. Sonda 1965-ci ilin avqustunda ABŞ və onun müttəfiqləri güzəştə getməyi və 19-cu maddəyə istinad etməməyə çalışırdılar, əvəzində isə Sovet İttifaqı bu iki qüvvənin xərclərinin ödənməsi üçün könüllü ianələr verməyə razılaşdı.

1960-cı ildə Kipr müstəqillik qazandıqdan sonra onun türkdilli azlığın hüquqlarını qoruyan mürəkkəb bir konstitusiyası var idi. 1960-cı il Zəmanət haqqında Müqavilədə Kipr Konstitusiyasınnı mühüm müddəalarını dəyişməməyə razılaşdı və müqavilənin hər bir tərəfinə (Yunanıstan, Türkiyə və Böyük Britaniya) konstitusiyanı qorumaq üçün birtərəfli hərəkət etmək hüququ verirdi. 1963-cü ildə Prezident Makarios elan etdi ki, konstitusiya işləmir və dəyişdiriləcək. Bu hadisə Kiprin yunan və türk icmaları arasında toqquşmalara səbəb oldu və Britaniya qoşunları iki icma arasında sülhü bərpa etmək üçün bütn maraqlı tərəflərin razılığı ilə adaya gəldilər. Sülhü qorumaq Britaniyalıların gözlədiyindən də çətin bir vəzifə oldu və onlar BMT-dən xahiş etdilər ki, adaya sülhməramlı qüvvələr göndərsin [4].

Belə bir təhlükə mövcud idi ki, Kiprin yunan və türk icmaları arasında toqquşmalar Yunanıstan və Türkiyə arasında müharibə gətirib çıxaracaq. Buna görə də, TŞ 1964-cü ilin martın 4-də Kiprin iki icması arasında qarşıdurmaların qarşısının alınması üçün Birləşmiş Millətlər qüvvələrinin yaradılması barədə yekdil qərar qəbul etdi.

Qüvvələr bəzi mühüm fərqliklər istis na olmaqla əsasən UNEF modelinə əsaslanırdı. Birincisi, o könüllü ianələr hesabına maliyyələşdirilirdi. İkincisi, Konqodaskı qüvvələrdə olduğu kimi qüvvələrin tərkibi və sayı Baş Katib tərəfindən müəyyən olunurdu və Komandan onun tərəfindən təyin edilirdi. Digər tərəfdən Baş Katibə olan inamsızlıq özünü onda göstərirdi ki, qüvvələr yalnız üç aylığa yaradılmışdı. Baş Katib TŞ-na müraciət edərək onun müddətini növbəti üç aylıq müddətlərə uzadılmasını xahiş etməli idi.

Baş Katib qüvvələrə göstəriş vermişdi ki, qərəzsiz olsunlar və yalnız özlərini müdafiə etmək üçün döyüşsünlər. Bu məhdudiyyətlər qüvvələrin faydalılığına heç də mənfi təsir göstərmirdi. Qüvvələr düşmən icmaları ayıran xəttdə patrul həyata keçirir və bir icmanın nümayəndələrini digər icmaya məxsus ərazilərdən keçərkən müşayiət edir. Bu funksiyaları həyata keçirərkən atəşə məruz qaldığı təqdirdə onun özünü müdafiə məqsədilə cavab atəşi açmaq hüququ var. O, həmçinin döyüşlər başladıqda təhqiqat aparır və məruzə edir və tərəfləri atəşkəsə riayət etməyə inandırır bununla belə, o tərəflərə siyasi həll variantını qəbul etdirmək üçün nəzərdə tutulmamışdır. Bu qüvvələr həmçinin geniş miqyaslı hərbi əməliyyatlarda iştirak etmək üçün deyildir və buna görə də 19741-cü ildə Türkiyə Kiprə müdaxilə edəndə müqavimət göstərməyə heç cəhd də etmədi. 1974-cü ilin may ayında İsrail Suriya ilə yeni razılaşma əldə etdi. Bu razılaşlmaya uyğun olaraq, İsrail 1967 və 1973-cü illərdə işğal etdiyi Suriyaya məxsus bəzi ərazilərdən geri çəkilirdi və TŞ Atəşkəsi müşahidə qüvvələri (UNDOF) yaratdı. Bu qüvvələrin funksiyaları UNEF II-nin həyata keçirdiyi funksiyalarla yeni olsa da say baxımından onlar arasında fərq mövcud idi(müvafiq olaraq 1250 və 7000 nəfər).

Fələstin terrorçularının Liviya ərazisindən İsrailə basqınlar etməsinə cavab olaraq 1978-ci ilin mart ayında İsrail Liviyaya müdaxilə etdi. TŞ İsraili öz qüvvələrini geri çəkilməsini təsdiq etmək, beynəlxalq sülh və təhlükəsizliyi bərpa etmək və müvafiq ərazidə Liviya hökümətinin effekt hakimiyyətinin bərpa etməsinə yardım göstərmək məqsə dilə Cənubi Livan üçün birləşmiş Millətlər Aralıq Qüvvələri (UNİFİL) yaratmağa qərar verdi. UNİFİL-in ərazisində mövcudluğuna baxmayaraq, cənubi Livanda sağ təmayüllü xoristianlar (İsrail silahlandırılır və maliyyələşdirilirdi) və onların fələstinli və ya şiə rəqibləri arasında döyüşlər davam edirdi. Elə vaxtlar olurdu ki, bu qüvvələrəin hər biri UNİFİL-ə hücum edirdilər.

UNEF II, UNDOF və UNİFİL-in bir çox ümumi cəhətləri var idi. Onlar TŞ tərəfindən yaradılmışdılar, lakin müvafiq qətnamələr və ya müzakirələr Nizamnamənin hansı maddəsinin Qüvvələrin yaradılması üçün hüquqi əsas olduğunu göstərmir. Bir variant budur ki, Qüvvələr Nizamnamənin 40-cı maddəsinə əsaslanırdı, başqa bir ehtimal isə onların Nizamnaməsinin VI fəsli əsasında yaradılmasıdır. Amma, bir şey aydındır ki, qeyd olunan hər üç Qüvvə sülhməramlı (sülhü qoruma) qüvvələr kimi nəzərdə tutulmuşdular. Onlar yalnız özlərini müdafiə etmək üçün döyüşməyə səlahiyyətli idilər və buna görə də 1982-ci ildə İsrail ikinci dəfə Liviyapya hücum edərkən UNİFİL müqavimət göstərməyə cəhd etmədi. Qüvvələrin hər biri ilkin olaraq altı ay müdətinə yaradılmışdı və onların mandatı TŞ tərəfindən sonralar növbəti 3 və ya 12 aylıq müddətlərə artırılırdı. 1979-cu ilin iyul ayında UNEF II-nin mandatı sona yetəndə TŞ mandatı uzatmadı, çünki, Sovet İtifaqı belə bir cəhdə veto qoyacağı ilə hədələmişdi. Baş Katib TŞ-nın razılığı ilə hər bir Qüvvə üçün Komandan təyin edirdi və TŞ-ilə məsləhətləşməklə kontingenti (onu təmin etmək arzunda olan dövlətlərdən) seçirdi. Baş Məclis qərara almışdı ki, qüvvələrin xərclərini ödəmək Birləşmiş Millətlərin hüquqi öhdəliyidir. Lakin,üzvlərin ödəməli olduğu məbləğlər adi bücdə üçün istifadə olunan şkala ilə deyil, xüsusi şkala ilə müəyyənləşdirilirdi. Bu şkalaya əsasən, TŞ-nın daimi üzvlərinin ödəməli olduğu məbləğ 15% artırdı, İnkişaf etməkdə olan ölkələrin ödəməli olduğu mə bləğ isə 80-90% azalırdı. Buna baxmayaraq, bəzi dövlətlər ianələrti ödəməkadən imtina edirdilər. İmtina edən dövlətlərdən biri olan Çin 1981-ci ilin sonunda bəyan etdi ki, o qüvvələrin xərclərini ödəyəcəyik. (Yearbook of United Nations, 1981).

Beynəlxalq mübahisələrin dinc yolla həll edilməsi üçün effektiv mexanizmlərin yaradılması sülhə doğru ən uyğun və ümumi prosedur ola bilər. Bu beynəlxalq münasibətlərin iştirakçıları tərəfindən zəruri hesab olunur və bütün beynəlxalq təşkilatların konstitusiyalarını daxil edilmişdir [5].

Bu prosedur mahiyyətcə belə bir fərziyyəyə söykənir ki, dövlətlər arasında mübahisələrin dinc yolla həll edilməsi güc işlətməyin və müharibə aparmağın əvəzidir (alternativdir). Əgər beynləxlaq ictimaiyyət mübahisələrin həllinin effektiv mexanizminə nail olarsa, onda müharibə dövlətlərin zəruri milli maraqlarının təmin edilməsi vasitəsi kimi öz əhəmiyyətini itirəcəkdir. Baxmayaraq ki, bufərziyyə ( mülahizə) beynəlxalq təşkilatların konstitusiyaları tapmamışdır, beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanması vasitəsi kimi beynəlxalq mübahisələrin sülh yolu ilə həll edilməsinə ehtiyac olduğunu vurğulayırlar. Bundan əlavə, BMT Nizamnaməsinə uyğun olaraq, dövlətlər milli maraqların müdafiəsi naminə güc işlətməyə səlahiyyətli olmadıqlarından, sülh yolu ilə həll bu maraqların təmin edilməsinin yeganə vasitəsi kimi çıxış edir.

1965-ci ilin noyabrın 11-də Brtaniya müstəmləkəsi olan Rodeziyanın ağdərili sakinləri Böyük Britaniyanın və Rodeziya əhalisinin 64%-ni təşkil edən afrikalıların iradəsinin əksinə olaraq birtərəfli qaydada Rodeziyanı müstəqil elan etdilər. 1966-cı ilin dekabrını 16-da Təhlükəsizlik Şurası belə bir qərar qəbul etdi ki, «hazırda Rodeziyada mövcud olan vəziyyət beynəlxalq sülhə təhlükə təşkil edir» və üzv dövlətlərə göstəriş verdi ki, Rodeziya ilə müəyyən əmtəələrin icarətini dayandırsınlar.

Böyük Britaniyada bəzi sağ təmayüllü siyasətçilər isə Rodeziyada mövcud olan vəziyyətin beynəlxalq sülhə təhlükə törətməsini inkar edirdilər. Lakin, 39-cu maddə çülhə təhlükəni müəyyən etməkdə Təhlükəsizlik Şurasına diskresyon səlahiyyət verir və üzv dövlətlər onun qərarlarına riayət etməyə borcludurlar. Həmçinin heç də iddia etmək olmaz ki, Təhlükəsizlik Şurasının qərarı tamamilə əvəzsiz idi. (bəzi mili hüquq sistemlərində inzibati qurumun qərarı tamamilə əsasssız olduqda və ya onun diskresyon səlahiyyətlərinin aşılması nəticəsində qəbul edildikdə etibarsız hesab olunur; lakin, beynəlxalq hüququn oxşar qaydasının Təhlükəsizlik Şurasına tətbiq olunması mübahisəli məsələdir).

Rodeziyanın müstəqilliyinin birtərəfli qaydadad elan olunmasının əsas məqsədi əhalinin 6%-ni təşkil edən ağların əhalinin yerdə qalan hissəsini təşkil edən qərarlar üzərində siyasi və iqtisadi hökmranlığının qrunması idi. Belə bir təhlükə mövcud idi ki, Rodeziyanın qaradərili əhalisi gec-tez bu vəziyyətə kəskin reaksiya verəcəklər və qaradərili əhali ilə ağ recim arasındakı qarşıdurma qonşu ölkələrin ərazisinə də yayılacaq. Həqiqətən də, bu isklər 1970-ci illərdə reallıqda baş verdi. Əgər vəziyyətin bu cür nəticələrə səbəb olacağı güman edilirsə, onda həmin vəziyyəti beynəlxalq sülhə təhlükə kimi qiymətləndirmək əsassız deyildir.

Bir çoxları Təhlükəsizlik Şurasının Rodeziya ilə bağlı qərarını belə bir arqumentə əsaslanaraq, tənqid edirdi ki, Rodeziya dövlət deyildi və heç bir beynəlxalq hüquq pozuntusu törətmişdi. (Bu iki arqument bir-biri ilə bağlıdır, çünki Rodeziya dövlət olmadığına görə heç bir beynəlxalq hüquqi öhdəliyi yox idi və onu pozmamışdı). Lakin, Nizamnamənin heç bir müdəası sülhə təhlükənin yalnız pozulması nəticəsində baş verməsini nəzərdə tutmur. 39-cu maddəyə əsasən Təhlükəsizlik Şurasının funksiyası beynəlxalq hüquq pozuntularını görə cəzalandırmaq yox, beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və bərpa etməkdir. Elə situasiyalar təsvir etmək olar ki, beynəlxalq sülh dövlətlər və ya beynəlxalq hüququn subyektləri tərəfindən deyil, digər qurumlar, məsələn, terroris tlər, köçəri tayfalar və hətta yadplanetlilər tərəfindən təhlüukəyə məruz qala bilər. Rodeziya höküməti müstəqilliyin birtərəfli elan olunmasını ləğv etmədikdən və qaradərili çoxluğun hakimiyyəti prinsipini qəbul etdikdən sonra 1979-cu ildə Təhlükəsizlik Şurası Rodeziya ilə bağlı öz qətnamələrini ləğv etdi.

BMT Nizamnaməsinin 40-cı maddəsi aşağıdakıları nəzərdə tutur: Situasiyanın pisləşməsinin qarşısını almaq məqsədilə, Təhlükəsizlik Şurası, tövsiyələr verməzdən və yaxud 39-cu maddədə nəzərdə tutulmuş tədbirlər haqqında qərar qəbul etməzdən qabaq maraqlı tərəflərdən tələb edə bilər ki, onun zəruri və ya arzuolunan hesab etdiyi müvəqqəti tədbirləri yerinə yetirsinlər. Bu cür müvəqəti tədbirlər maraqlı tərəflərin hüquqlarına, iddialarını və mövqelərinə xələl gətirməməlidir. Təhlükəsizlik Şurası bu müvəqqəti tədbirlərin yerinə yetirilməməsini lazımi qaydada nəzərə alır. Atəşkəs haqqında qətnamə sadə bir misal ola bilər. «Tələb edə bilər» sözləri (to call upon) təfsirdə tövsiyə sözünün sinonimi kimi işlənirlər, lakin üzv dövlətlər bu sözü «tələb» mənasında başa düşməkdə razılaşmış kimi görünürlər. 40-cı maddəni 25-ci maddənin kontekstində nəzərdən keçirdikdə bu cür təvsir daha əsaslı görünür. Məsələn, 1948-ci ilin iyulun 15-də Təhlükəsizlik Şurası ərəblər və yəhudilər atəşkəsə riayət edilməli hüquqi öhdəlik yaradırdı.

Ümumilikdə isə Təhlükəsizlik Şurası 40-cı maddə əsasında öz səlahiyyətlərindən çox az istifadə etmişdir. Əksər atəşkəs qətnamələri tələb yox, tövsiyə kimi ifadə olunmuşdur. Səbəblərdən biri də odur ki, Təhlükəsizlik Şurasının üzvləri onların tələbinə riayət etməyən dövlətlərə qarşı məcburiyyət tədbirləri görməyi özlərinə mənəvi öorc hesab edəcəklər və buna görə də öz müttəfiqlərinə qarşı hər hansı qəti tədbirlər görməyə elə də həvəslə deyillər. Hətta tövsiyə kimi ifadə olunsa da atəşkəs haqqında qətnamələr bir çox hallarda döyüşləri dayandırmağa müvəffəq olub, çünki dövlətlər böyük dövlətlərin və dünya ictimaiyyətinin iradəsi ziddinə olaraq döyüşləri davam etdirməyə risk etmişlər. Məcburiyyət tədbirləri, strioto sensu, (yəni, sülhə təhlükə sülhün pozulması və ya təcavüz aktı ilə bağlı tədbirlər) iki formada ola bilər: 41-ci maddəyə əsasən qeyri-hərbi xarakterli məcburiyyət tədbirləri və 42-ci maddəyə əsasən hərbi xarakterli məcburiyyət tədbirləriNizamnamənin 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur:

«Təhlükəsizlik Şurası öz qərarlarının həyata keçirilməsi məqsədi ilə silahlı qüvvələrin istifadəsi ilə bağlı olmayan tədbirlərin tətbiq olunması barədə qərar qəbul edə bilər və BMT-nin üzvlərindən bu tədbirlərin tətbiq olunmasını tələb edə bilər. Həmin tədbirlər iqtisadi münasibətlərin və dəmiryol, dəniz, hava, poçt, teleqraf, radio və digər rabitə vasitələrinin tamailə və ya qismən dayandırılmasını və diplomatik münasibətlərin kəsilməsini özünə daxil edə bilər».

Təhlükəsizlik Şurası 40-cı maddəyə nisbətən 41-ci m addə əsasında öz səlahiyyətlərindən daha az istifadə etmişdir. Məsələn, 1965-ci ildə birtərəfli qaydada müstəqilliyin elan olunmasından sonra Rodeziya ilə bağlı qəbul olunmuş ilk qətnamə əslində ü zv dövlətlərə tövsiyə edirdi ki, Rodeziya ilə bəzi əmtəələrin ticarətini dayandırsınlar. Yalnız 1966-cı ilin dekabrında «sanksiyalar» məcburi xarakterizə malik oldu. Əslində, Rodeziya ilə bağlı 1966-cı ildə qəbul olunmuş qətnamə Təhlükəsizlik Şurasının 41-ci maddəsi əsasında üzv dövlətlərdən müəyyən tədbir görməyi tələb etdiyi ilk haldır. Rodeziyadan başqa 41-ci maddə əsasında yalnız bir halda tələb irəli sürülmüşdür. 1977-ci ildə Təhlükəsizlik Şurası Cənubi Afrikaya silah ixracına məcburi qadağa qoymuşdur. Tehranda girov saxlanılan İran diplomatlarını azad etmək üçün İrana təzyiq etmək məqsədilə 1980-cı ildə 41-ci maddənin tətbiq edilməsi cəhdinin qarşısı SSRİ-nin vetosu ilə alınmışdır.

Cənubi Rodeziyadakı böhrana cavab olaraq, 1968-ci ildə TŞ Nizamnaməsinin VII fəslinə uyğun olaraq ilk dəfə iqtisadi sanksiyalar proqramı tətbiq etdi. TŞ-nın bu hərəkatının səbəbi 1965-ci ilin noyabrın 11-də Baş Nazir Yan Smit tərəfindən qanunsuz olaraq və birtərəfli qaydada Rodeziyanın müstəqilliyinin elan olunması idi. Britaniya Birliynin (Comenwealth) adından hərəkət edən Birləşmiş Krallıq Yan Smit hökümətinə təzyiq etmək və ölkədə çoxluq təşkil edən qara əhalinin siyasi həyatda iştirakı təmin etmək məqsədilə dərhal Cənubi Rodeziyaya qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq etdi. 1966-cı ilin əvvələlrində artıq bu sanksiyalara Cənubi Rodeziyaya ixracın və oradan idxalın tamamilə qadağan olunması, Birləşmiş Krallıqdakı Rodeziya hesablarının dondurulması daxil idi. Fransa və ABŞ da daxil olmaqla digər ölkələr də sanksiya proqramları həyata keçirdilər və Afrika Birliyi Təşkilatı bütöv iqtisadi boykot elan etdi. TŞ 1965-ci ilin noyabrında qəbul etdiyi 217 saylı qətnamədə bütün üzv dövlətlərə tövsiyyə etdi ki, cənubi Rodeziya ilə bütün iqtisadi əlaqələrini kəssinlər.

Bu sanksiyaların gözlənilən nəticə verəcəyini məlum olduqda, TŞ VII fəslə əsasən məcburi sanksiyalar proqramına əl atdı. 1966-cı ilin dekabrında TŞ qərara aldı ki, üzv dövlətlər Smit Hökümətinə qarşı Rodeziyaya neft, silah-sursat, nəqliyyat vasitələri, təyyarələrin ixracına və Rodeziya kənd təsərrüfatı mallarının və minerallarının idxalına qadağa da daxil olmaqla bir sıra məcburi sanksiyalar həyata keçirdi. Bu sanksiyalar «Rodeziya qiyamına» son qoymadı və Smit recimini irqçi siyasətdən əl çəkməyə məcbur edə bilmədi. TŞ-nın 1968-ci il may ayında qəbul etdiyi 253 saylı qətnaməsi ilə Rodeziyaya bütün ixraca və idxala, Rodeziyada bütün ixraca və idxala, Rodeziyada investisiyalar üçün fondların transferinə qadağan qoyuldu, Rodeziya pasportları ləğv edildi və ölkə ilə hava əlaqələri kəsildi. Rodeziyaya yalnız humanitar məqsədlər üçün məhdud sayda ərzaq malların və təbii ləvazimatların ixracına icazə verilirdi. Bu qətnamə açıq şəkildə VII fəslə əsasən qəbul olunduğuna görə bütün üzv dövlətlər üçün məcburi idi. 253 saylı qətnaməyə əsasən, üzv dövlətlərin bu sanksiyalara riayət etmələrini yoxlamaq məqsədilə xüsusi Sanksiyalar Komitəsi yaradılmışdı. BMT-nin bu məcburi sanksiyaları 11 il davam etdi. Hakimiy-yətin konstitusion yollarla afrikalı çoxluğa ötürülməsini və müstəqil Zimbabvenin yaradılmasını nəzərdə tutan Lancaster House sazişinin imzalanma-sından sonra 1979-cu ildə TŞ iqtisadi sanksiyaları ləğv etdi. Məcburi sanksiyalar proqramı kağız üzərində olsa da kifayət qədər hərtərəfli idi.

BMT orqanları vaxtaşırı olaraq sanksiyaların Rodeziya iqtisadiyyatına mümkün təsirini müzakirə edirdilər. 253 saylı qətnaməni qəbul etməzdən qabaq, BMT Baş Katibi neft məhsulları üzərində embarqonun Cənubi Rodeziyaya təsirinə dair məruzə təqdim etdi. Qeyd olunan qətnamənin qəbulu zamanı TŞ-dakı müzakirələrdə bir çox ölkələrin nümayəndələri 232 saylı qətnaməyə əsasən tətbiq olunan seçim xarakterli sanksiyaların Rodeziya iqtisadiyyatına qeyri-müəyyən təsirini qeyd etdilər. TŞ sanksiyaların effektivliyini artırmaq yollarını araşdırmaq üçün Sanksiyalar Komitəsinin mandatını genişləndirdi. Sanksiyalar Komitəsi, sanksiyaları genişləndirmək üçün tədbirlər tövsiyyə edən zaman Rodeziya iqtisadiyyatını da analiz etdi. Lakin, sanksiyaların hərtərəfli olmasına baxmayaraq, Rodeziyaya qarşı onların qüvvədə olduğu 13 il ərzində BMT-də bu sanksiyaların Rodeziya əhalisinə və iqtisadiyyatına zərrəli təsiri barədə heç bir təsəvvür demək olar ki, yox idi. Bunun üç səbəbini göstərmək olar. Birincisi, BMT əsasən üzv dövlətlərin və qeyri-üzv dövlətlərin sanksiyalardan boyun qaçırması faktından qayğılanırdı. Qərbin çoxmillətli kompaniyaları Cənubi Rodeziya ilə həvəslə ticarət edirdilər, bir çox Afrika recimləri öz vətəndaşları ilə Rodeziyanın arasınrda ticarət əlaqələrinə göz yumdular və ABŞ Konqresi Cənubi Rodeziyadan strateci mineral olan xromun idxalına icazə verən Brayd Düzəlişini (1971) qəbul etməklə TŞ-nın məcburi qətnamələrinə saymazdan yanaşdı. Rodeziyanın şərq qonşusu Mozanbiki idarə edən Portuqaliya və regionda güclü dövlət olan Cənubi Afrika BMT-nin sanksiyalar recimini pisləyirdilər və onu açıq şəkildə pozurdular. Sanksiyaların qüvvədə olduğu ilk on il ərzində hər iki hökümət Smit recimini dəstəkləyirdilər və sanksiyaların təsirini azaltmaq üçün fəal səylər göstərdilər. Baş Məclis dəfələrlə TŞ-nı 41-ci maddəyə əsasən sanksiyaların dairəsini yenişləndirməyə çağırmışdır və tələb etmişdir ki, bu sanksiyalar Portukqaliya və Cənubi Afrikaya da şamil olunsun.

Nə BMT-nin, nə də üzv dövlətlərin sanksiya proqramlarının Rodeziya əhalisinə təsirinin nəzərə alınmasının ikinci səbəbi bu sanksiyaların Cənubi Rodeziya iqtisadiyyatnı nəzərə çarpacaq dərəcədə az təsir etməsi idi.

Sanksiyaların tətbiq olunduğu ilk on il ərzində onların demək səmərəsi yox idi. Bu cür reaksiyanı gözləyən Smit höküməti üzunmüddətli kontaktlar bağlamaq yolu ilə sanksiyaların mənfi təsirini azaltmaq üçün hazırlıq işləri görmüşdü. Sanksiyalar başladıqdan sonra Cənubi Rodeziya iqtisadi diverfikasiya və digər təbdirlər vasitəsilə recimin əsasını təşkil edən ağ sakinlərə zərər dəyişməsininin qarşısının alınması yolunda uğurlu addımlar atdı. Ağdərili icma BMT sanksiyalarına qarşı birləşdiyindən onlar arasında mübarizə əzmi həqiqətən də yüksək idi. Tütün və dağ-mədən kimii ənənəvi ixrac sektorunun ilk dövrlərdə ağır zərbə almalarına baxmayaraq, tez bir zaman ərzində Cənubi Rodeziya iqtisadiyyatı öz inkişafını bərpa etdi 1970-ci illərin ortalarında Portuqaliya və Cənubi Afrika öz dəstəyini dayandırdıqdn və 1973-cü ildə OPEC-in neft emborqosundan sonra sanksiyaların iqtisadi təsiri hiss olunmağa başllandı.

Sanksiyaların afrikalı əhaliyə mənfi təsir göstərməsinə dünya ictimaiyyətinin laqeyidliyinin üçüncü mümkün səbəbi də «Üçüncü dünya» iqtisadiyyatına barədə streotip təsəvvürlər ola bilər. Bu streotipə görə, Roedeziyada olan bütün avropalılar modern sektorda ça lışırlar və buna görə də beynəlxalq sanksiyaların təsirinə daha çox əmruz qala bilərlər. Afrikalılar isə qlobal iqtisadiyyata inteqrasiya etməmiş ənənəvi sektorlarda çalışırlar və sanksiyalardan zərrə çəkmirlər. Lakin, Rodeziya iqtisadiyyatı haqqında bu təsəvvürlər reallığa uyğun deyil.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

1. ICC. Pleadinqs, Orad Arguments, Documents: Effect of Awards of Compensation made by the UN Adminstrative Tribunal, 1954.

2. Yearbook of the United Nations, 1960.

3. E.Miller, Legal aspects of the United Nations Action in the Congo, A.J.I.L, 1961, No 1.

4. Michael Akerhust. İntroduction to Modern İnternational law. 1976.

5. L.Goodrich and E.Hambro. Character of the UN: Commentary and documents. 1946.

 

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.