06.28.2017 18:08
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

DÖVLƏTLƏRİN SUVERENLIYİ BEYNƏLXALQ-HÜQUQİ NƏZƏRİYYƏLƏRDƏ

ƏLIYEV ELNUR RAHİB oğlu,

BDU-nun dissertantı.

Dövlətlərin suverenliyi dünən də, bu cün də və sabah da aktual olaraq qalacaqdır. Tarixi 1648-ci ildən cələn bu anlayış əslində bütöv bir millətlərin və xalqların tarixi ilə bağlıdır. Əgər biz beynəlxalq hüquq subyektlərinin beynəlxalq hüquq normalarının (və fərdi rəislərin) yaradılmasına yönəlmiş iradələrini qəbul etsək beynəlxalq hüquq yaradıcılığının analizi tam olmazdı. Qeyd etdiyimiz kimi, beynəlxalq hüquq subyektlərinin iradələrinin ifadəsi sosial planda dövlət iradəsinin ifadəsinə (dövlət quruluşu formalaşdırmaqda olan dövlətə bənzər qurum və ya xalq) və ya həmin planda dövlətlərin iradəsinin ifadəsinə əsaslanır (əgər beynəlxalq təşkilat nəzərdə tutulmuşdursa). Öz növbəsində bu cür iradə ifadələrinin arxasında dövlət iradəsi əsasında formalaşan psixoloji planda individlərin iradələri durur. Dövlət iradəsinin ifadəsi bu iradənin bu və ya digər səviyyədə formalaşmasından başlayır. Ancaq dövlət iradəsinin özünün formalaşması bundan əvvəl baş verməlidir. (4, s. 29-30). Bu fikir şərti anlayış olsa da əsaslandırılmalıdır. Olmayan bir fikri ifadə etmək olmaz. Artıq qeyd edilmişdir ki, dövlətin ifadə olunmamış iradəsinin arxasında, psixoloji planda fərdi iradə konqlomeratı durur. Onların iradəsi sosial əhəmiyyətli xarakterə malikdirsə və dövlət iradəsinin ifadəsindən əmələ gəlirsə, axırıncının iradəsinin ifadəsi kimi qəbul olunurlar. Belə ki, onlar bura müəyyən sosial və hüquqi effekt verirlər. Bu fərdi iradələrin dövlət iradəsinin formalaşmasına və ifadəsinə təsiri müxtəlifdir. Qeyd etmək lazımdır ki, ifadə olunacaq fərdi iradələr dövlət iradəsinin formalaşmasına və meydana çıxmasına gətirirlər və heç də səbəbsiz yaranmırlar. Onlar müxtəlif sosial şərtlərin təsiri altında yaranırlar. Hası şərtlərin ilkin və ikinci maddi və ya mənəvi olduğunu müzakirə etmədən verilmiş prosesdə təsadüf elementinin mövcudluğuna diqqət etmək vacibdir. Təsadüf elementi bu prosesi sosial determinasiyadan məhrum edərək onu fərdiləşdirir və onun labüd dəqiqliyini istisna edir (22, c.34-37).

Fərdi iradənin formalaşmasının psixoloji aspektlərinə toxunmayaraq, onun formalaşmasında həlledici rol oynayan faktorlar içərisində müvafiq şəxslərin tələbat və maraqlarını ayırmaq olar. Sovet dövründə bu iki anlayışa münasibətdə daha çox fəlsəfi və ümumnəzəri hüquqi işlərə yer verilmişdir, beynəlxalq hüquqa münasibətdə isə bu çox az olmuşdur. Təbii ki, bunların hamısı hüququn marksist nəzəriyyəsinə əsaslanırdı (1, c.34-35).

Əgər onların ideoloji istiqamətindən uzaqlaşan və nəzərə alsaq ki, marksizmin heç də bütün müddəalarının unudulmağa və ya düzəlişə ehtiyacı yoxdur (xüsusilə də Stalin və ya poststalin dövlətlərində bayağılaşdırılan və ya təhrif edilən müddəalar), etiraf etmək lazımdır ki, göstərilən işlərin müəllifləri tərəfindən deyilən bir sıra fikirlər əsaslı xarakterə malikdir və heç də etiraz doğurmamalıdır.

Tələb və maraqlar öz miqyası, səviyyəsi, əhəmiyyəti və sairəyə görə müxtəlif olurlar. Bu terminlərin mənası haqda bir çox mübahisələr etmək olar. Bizim diqqətimiz ən əvvəl bu anlayışlar arasında prisipial əlaqənin olduğunu aydınlaşdırmağa və sosial əhəmiyyətli tələb və maraqların müəyyən edilməsinə yönəlməlidir. Bunlar ancaq sosial əhəmiyyətli olmalı və beynəlxalq hüquq yaradıcı porosesdə iştirak etməlidir.

Bəzi müəlliflərin söylədiyi bir fikirlə razılaşmaq olar ki, həm tələb, həm də maraqlar obyektiv və subyektiv məzmuna malik anlayışlardır (24, c. 61).

Birliyin tələbatı fərdi səviyyələrdə başa düşüldükdən və birlik tələbat kimi xülasə edildikdən sonra onun təmin edilməi məsələsi ortaya çıxır. Buraya bu məsələnin həm təmin edilməsinin mümkünlüyü, həm də hansı yolla mümkün olması daxildir. Yuxarıda adları çəkilən müəllfilər marağı tələbatın həyata keçirilməsinin mümkünlüyü kimi nəzərdən keçirirlər.

Tələbatda olduğu kimi bu imkanın da həm obyektiv, həm də subyektiv tərəfləri vardır. Həqiqətən də elə tələbatlar var ki, onlar obyektiv olaraq təmin edilə bilər (tam və ya hissə-hissə). Elələri də var ki, tam əksinə. Tələbatın təmin edilməsinin mümkünlüyü başa düşülməlidir. Ancaq bu halda tələbat və onun əsasında yaranan maraq həyata keçirə bilər (30, p.124-126).

«Maraq» terminin bu cür təfsiri mümkündür və daha münasibdir. Ancaq nəzərə almaq lazımdır ki, bu termin çoxmənalıdır. Marağı nə hazırki vaxtda, nə də gələcəkdə real olaraq həyata keçirilə bilinməyən bir şeyə nail olmaq istəyi kimi də şərh etmək olar. Belə ki, bu istək digər tələbatlarla əlaqəli olmadan meydana gələ bilər. Belə ki, biz hüquqyaradıcı fəaliyyəti, xüsusən də beynəlxalq hüquqyaradıcı prosesi öyrəndiyimizdən sosial əhəmiyyətli iradə, tələbat və maraqlarla əhəmiyyət veririk. Bu konteksdə maraq anlayışına yuxarıda verilən tərif ilə razılaşmaq olar.

Qeyd etmək lazımdır ki, birliyin tələbatının başa düşülməsi kimi birliyin marağı da başa düşülənən ən əvvəl fərdi səviyyədə baş verir.

Ancaq bundan sonra birliyin liderləri bu marağı birliyin marağı kimi göstərirlər. Daha sonra növbə birliyin iradəsinə gəlir,yəni radə ifadəsilə. Bununla da aşağıdakı sxemi təsəvvür etmək olar: tələbatın əmələ gəlməsi - onun fərdi səviyyədə xülasə edilməsi - tələbatın təmin edilməsinin mümkünlüyü, yəni mövcudlüğu - marağın fərdi səviyyədə başa düşülməsi - birlik səviyyəsində marağın «başa düşülməsi, onun ifadə edilməsi - iradənin birlik səviyyəsində iradənin ifa edilməsi». Bu, həmçinin spesifik birlik sayılan dövlətə də aiddir. Təbii ki, göstərilənlər həqiqətdə baş verənləri sadələşdirir. Məhz buna görə də biz bunu sxem adlandırmışıq (4, c.56-57).

Dövlətlərin tələbat, maraq və iradələri haqqında bütün deyilənlər nəinki beynəlxalq hüquq yaradıcılığına, həm də hüquq tətbiqinə də aiddir. Beynəlxalq hüquq yaradıcılığı bizim diqqət mərkəzimizdə olduğundan bütün digər məsələləri biz ilk növbədə bu rakursdan nəzərdən keçiririk. Beynəlxalq hüquq yaradıcılığının əsasında beynəlxalq birlik üzvlərinin ümumi tələbat və maraqları durur. Bunlar da öz növbəsində ümumi tələbat və maraqlar nəticəsində ifadə olunur. Öz növbəsində ümumi tələbat və maraqlar heç də həmişə dövlətlərarası münasibətlərin iştirakçılarını beynəlxalq hüquq yaradıcılığına təhrik etmirlər.

Praktika göstərir ki, ümumi tələb və maraqlar, birincisi, heç də həmişə başa düşülmür, ikincisi, dövlətlərin qarşılıqlı əlaqəsinin inkişafı şəraitində heç də həmişə mövcud olmur.Bir sıra hallarda dövlətlər əvvəlki kimi öz siyasi maraqlarını güdərək digər dövlətlərin maraqlarına əhəmiyyət vermir və ya onların əksinə gedir. Bununla ümumi tələb və maraqlar olmadıqda (onlar qlobal deyil, regional miqyasda da mövcüd ola bilər) kompromis variantlar axtarmağa, belə desək, öz eqoist məqsədlərinə çatmaq üçün güzəştlərə getməyə məcburdurlar (2,c.77). Onlar kompromis variantların konfrantasiyasından əlverişli olduğunu görürlər. Məhz belə kompromislər tarix boyu və hal-hazırda da beynəlxalq hüquqi formada həyata keçiririlir. Çətin ki, burada hansısa ümumi tələb və maraqlar var və onları hansısa diapazonda uyğunlaşdırmaq olar. Tipik misal kimi silahlı münaqişə barədə hüquq yaradan normaları göstərmək olar. Beynəlxalq hüquq normalarında həyata keçirilən güzəştlər bəzən beynəlxalq birliyin digər üzvləri tərəfindən dövlətə qəbul etdirilir. Burada beynəlxalq hüquq tərəfindən qanuni təsdiqlənən hüquqauyğun məcburetmənin nəticəsi başa düşülür. Bununla əlaqədar 1947-ci ildə keçmiş Hitler Almaniyasının müttəfiqləri ilə bağlanmış sülh müqaviləsi normalarına istinad etmək kifayətdir (33, p.122-127).

Belə bir sual meydana çıxır, ümumbəşəri tələb və maraq olduğu halda, nəyə görə ümumbəşəri hüquqyaradıcı iradə yoxdur? Nədən dövlətarası birlikləri yaradan dövlətlər müyyən kateqoriya beynəlxalq hüquq normalarında (məsələn, ətraf mühitin mühafizəsi və s.) ümumbəşəri «irədəni» ifadə edə bilmirlər? Bəşəriyyətin bu cür iradə ifadəsi dünya dövlətlərinin böyük əksəriyyətinin daxil olduğu universal beynəlxalq təşkilatların yaradılması yolu ilə mümkündür. Belə halda görünür, beynəlxalq hüquqda öz əksini tapan dövlətlərin ümumi iradə ifadəsinin qeyri-mümkünlüyü haqqında nəticəni inkar etməli olacağıq.

Birinci, bəşəriyyətin konsolidasiyası o səviyyəyə çatmamışdır ki, onun haqqında sosial münasibətlərin subyekti kimi danışılsın. İkinci, bəşəriyyət hüquq subyekti sayılmır. Bəşəri cəmiyyəti idarə edən, ümumdünya dövləti, vahid hakimiyyət yoxdur (39, p.338).

Əgər belə dövlət yaransaydı hüquq subyekti kimi bəşəriyət deyil, o çıxış edərdi. İndiki vəziyyətdə ümumbəşəri tələblər, əsasən, dövlətlər tərəfindən təmin edilə və maraqla müdafiə olan bilər. Bəşəriyyətin «iradəsi» beynəlxalq yaradıcılığda, beynəlxalq hüquqda tələb olunan qaydada dövlət iradəsi vasitəsilə həyata keçirilir. Müasir şəraitdə ümumbəşəri iradə ifadəsindən söhbət gedə bilməz. Çünki elə bir ümumdünya hakimiyyəti yoxdur ki, onun adından bu iradə ifadəsi olunsun. Dövlətlər tərəfindən yaradılan və beynəlxalq hüquq subyektliliyinə malik olan beynəlxalq təşkilatların iradə ifadəsi dövlətlərin iradəsindən törəmə sayılır. Ümumbəşəri tələbatların təmin edilməsi və maraqlarının müdafiəsi bu və ya digər dərəcədə bu cür təşkilatların qərarları vasitəsilə həyata keçirilə bilər. Belə qərarlar ümumbəşəri iradənin təcəssümü deyil, bu və ya digər təşkilatın iradə ifadəsinin nəticəsidir. Bunlar onları yaradan dövlətlərin iradəsindən fərqli olsalar da, onlardan törəmədirlər.Əsas göstəricilər dövlətlər arasında beynəlxalq müqavilə bağlayaraq bəşəriyyətin tələbatlarını təmin edə bilərsə, maraqlarını müdafiə edə bilərsə, onlar eyni şeyi özlərinin yaratdıqları beynəlxalq təşkilat vasitəsilə də edə bilərlər (26, c.55-59).

Qeyd edək ki, hökumətlərarası təşkilatlar beynəlxalq müqavilənin nəticəsidir. Göstərilən təşkilatların nisbi sərbəstliyi heç də onları bəşəriyyəti təmsil edən hakimiyyətə çevirmir. Onlara bu cür sərbəstlik dövlətlərarası münasibətlərdə öz adından çıxış etmək üçün verilir və özlərində dövlətlərarası əməkdaşlığın formasını təcəssüm etdirirlər.

Dövlətin və ya digər birliklərin iradəsini şərti adlandırmaqla, hüquqi mənada həm dövlətin, həm də digər beynəlxalq hüquq subyektlərinin iradəsinin yalnız göstərilmiş halda praktiki əhəmiyyətli olduğunu hesab etməklə, iradəni həqiqi mənada psixoloji fenomen, yəni fərdi iradə hesab etməklə axrıncını çox da şişirtmiş kimi də xüsusi hüquqyaradıcı prosesdə meydana çıxan beynəlxalq hüquq subyektlərinin iradəsini fiksiyaya uğramaya çeviririkmi? Biz artıq qeyd etmişdik ki, sosial və ya hüquqi mənada birliyin iradəsi müxtəlif səbəblər üzündən müxtəlif «çəkili» olan fərdi iradələrin qarşılıqlı əlaqəsidir (9, c.101-102). Göstərilən hal iradələri «əvəzləyici» adlandırmağa imkan verir. Dövlətin iradəsi dövlətdə və ya cəmiyyətdə vəzifə tutmuş konkret şəxslərin hərəkətlərində ifadə olunur. Onlar bu və ya digər dərəcədə dövlətin adından çıxış edirlər. Bəlkə də I Dugi Dövlət Aktını müvafiq fərdin aktı adlandırmaqla (dövlət başçısı, nazir) heç də yanılmamışdır (7, c.139). Bu fikirdə həqiqətin olduğunu inkar etmək olmaz. Ancaq buna digər dövlətlərdə olan səviyyədə yol verilə bilər (7, c.140-143).

Dövlət iradəsi və ya bəşəriyyətin iradəsi şərti anlayışdır. Bəşəriyyətin iradəsi dövlət iradəsindən daha böyük anlayışdı. Ancaq onları psixoloji mənada işlədilən iradə ilə yeniləşdirmək lazım deyil. Onlar bu mənada şərtidirlər. «İradə» termini bir-biri ilə əlaqəli olan müxtəlif halların müəyyən edilməsi üçün istifadə olunur. O, şərtidir, çünki dövlət və ya digər sosial qrupa münasibətdə tətbiq olunan, psixoloji qaydanın müəyyən olunması üçün istifadə olunan termin başqa şeyi ifadə edir. Bununla yanaşı burada ictimai rəydən, kütləvi şüurdan, kollektiv istəkdən və s. söhbət gedir. Bizim məqsədimiz bu ifadələrdən hər birinin mənasını nəzərdən keçirmək deyil (27, c. 44-46). Şübhəsiz ki, qrup halında olan psixologiya anlayışı da mövcuddur (milli, kasta sinfi və s.) Hansı qrup cəmiyyətin həyatında mühüm rol oyanayarsa, onun psixologiyası daha sosial əhəmiyyətli sayılır. Deyirlər ki, fayda əldə etmək yolları və ümiumiyyətlə düzgün olan və olmayan davranışlar haqqında fərdi anlayışlar cəm halında, müəyyən şəraitdə qrup psixologiyası yaradır, bütöv onu təşkil edən elementlərdən fərqlənir.

Qrup psixologiyasının formalaşmasını, onun komponentlərini müəyyən edən faktların tədqiq edilməsi bizim vəzifəmizə daxil deyil. Bu ümumiyyətlə hüquqi tədqiqat mövzusu deyil (26, c.29-30).

Qrup psixologiyası onu başa düşməyə imkan verən səviyyədə bizim diqqəti-mizdədir. Bu da beynəlxalq hüquq yaradıcılığı prosesində iştirak edən dövlətin İra-dəsini bilavasitə qabaqlayır. Dövlətin tələb və maraqları obyektiv olaraq əmələ gəlir, daha sonra isə dövlət tərəfindən «dərk edilir». Dövlətin iradəsi ifadə olunmamışdan qabaq cəmiyyətin və ya onun qabaqcıl təbəqələrinin müəyyən səviyyədə həvəsi vacibdir. Bu, dövlətləri hüquqyaradıcı iradə ifadəsinə, onun bildirilməsi isə bu cür «həvəsə» təhrik etməlidir. «Həvəs», əgər belə demək mümkündürsə, fərdi «həvəs» (meyl) meydana çıxmadan qabaq dövlət iradəsinin «ilkin» ifadəsidir.

Beynəlxalq hüquq yaradıcılığında iştirakdan söhbət getdiyi bir vaxtda göstərilmiş «həvəs» nəyi ifadə edir? Əslində bu, cəmiyyətin hüquq düşüncəsinin mühüm komponentidir. Cəmiyyətin dərk edilmiş tələb və maraqları verilmiş halda düşüncəsinin ön hissəsi sayılır. Bundan əlavə cəmiyyətdə yaranmış hüquq düşüncəsi isə onların dərk edilməsi prosesinə təsir edir. Çox dərinə getməyərək qeyd edək ki, hüquq düşüncəsi cəmiyyət və dövlətin həm daxili, həm də xarici həyatına aiddir. Bununla yanaşı o, nəinki hüquqyaratma, həm də hüquqtətbiqetmə prosesində öz rolunu oynayır.

Hüquq düşüncəsi çoxtərəflidir. O, həm fərdi, qrup halında, prosessual, həm də hakim olan və olmayan və s. formada ola bilər. Bura ictimai münasibətlərin hansı sahəsinin hüquqi tənzim etməyə ehtiyacının olması, onun hansı yolla tənzim edilməsi, fəaliyyətdə olan hüquq normalarının qiymətləndirilməsi, onların tətbiqinin effektliliyi, hüququn inkişaf perspektivləri daxildir. Hüquq düşüncəsi elementlərinin tam siyahısını vermək çətindir. O, insanların hüquqa münasibətinin emosional tərəfini əhatə edir. Hüquq düşüncəsinin müxtəlif elementləri, hədləri, səviyyələri, fərdlərin və müxtəlif qrupların hüquq düşüncəsi kombinasiyaları hüquq yaradıcılığının başlanğıc material və stimulyatoru sayılan cəmiyyətin hüquqi düşüncəsində təzahür edir (7, c. 115-116).

Bizi cəmiyyət psixologiyasnın beynəlxalq hüquq yaradıcılığına aid olan hüquq düşüncəsi hissəsi maraqlandırır. Dövlət özünün hüquqyaradıcı xarakterli iradəsini ifadə edərək ondan istifadə edir. Cəmiyyətdə hüquq düşüncəsinin yaranmasından daxili sferada dövlətin hüquqyaradıcı iradə ifadəsinə qədər olan yol heç də hamar keçilmir.

İradə ifadəsi onu planlaşdıran şəxslərin ilkin fikrindən fərqlənə bilər. Qeyd etmək lazımdır ki, burada cəmiyyət və onun adından çıxış edən dövlətlərin özlərinin tələb və maraqlarının dövlətlərarası səviyyədə təmin və müdafiə edilməsi tələbatı başa düşülür. Biz burada dövlətlərarası münasibətlər sferasına yönəlmiş hüquqyaradıcı orientasiya ilə toqquşuruq. Hüquqi orientasiya müxtəlif ola bilər. Hüquq ədəbiyyatında bu terminlə yanaşı «hüquqi göstəriş» terminindən də istifadə olunur (27, c c.31-32). Göstərilən halda bizi həm fərdi, həm qrup şəklində olan, həmçinin hüquq tətbiq edilən sahəyə aid olan hüquqyaradıcı orientasiya maraqlandırmır. Bir daha qeyd edək ki, cəmiyyətin hüquqaraydıcı orientasiyası onun adından çıxış edən dövlət başçılarının fərdi hüquq yaradıcı orientasiyasından asılıdır. Beynəlxalq birlik bir-biri ilə qarşılıqlı əlaqədə olan dövlətlərin və onlar tərəfindən yaradılmış dövlətlərarası əməkdaşlıq mexanizminin kompleksidir.

Dövlətlər hələ ki, vahid, bütöv cəmiyyət deyil, müxtəlif cəmiyyətlər (iqtisadi inkişaf, mədəniyyət, ideologiya səviyyəsinə və s. görə) təşkil edirlər. Onların qarşılıqlı əlaqəsi bütöv hüquqi, həmçinin hüquqyaradıcı orientasiyasının yarada biləcəyi konsolidasiyası, tamlığı formasında o dərəcədə də baş vermir. Əsasən, müxtəlif birliklərin hüquqyaradıcı orientasiyasının uyğunlaşması mümkündür. Bu da beynəlxalq hüquq yaradıcılığı prosesində dövlətlərin iradələrinin uyğunlaşmasına gətirib çıxarar. İnteqrasiya prosesləri bəzi birliklərin birləşməsi və bəzi dövlətlərin birləşərək yeni, vahid dövlət «orqanizmi» yaratması ilə nəticələnə bilər. Bu halda inteqrasiya nəticəsində yaranmış cəmiyyət hüquqyaradıcı orientasiya qabiliyyəti əldə edir. İnteqrasiya tədrici və uzun olan bir prosesdir (38, p. 34-36). Onun gedişində müəyyən hallarda olan hüquqyaradıcı orientasiyasının ümumi elementləri onun başa çatmasından sonra bütöv də ola bilər. İnteqrasiya prosesinin gedişində beynəlxalq hüquqi və yaranma mərhələsində olan dövlətdaxili hüquqi tənzimləmənin özünəməxsus birləşməsini müşahidə etmək olar. Bu da Avropa İttifaqına xas olan bir xüsusiyyətdir (37, p. 88-90).

Ümumbəşəri tələb və maraqların artması, cəmiyyət və dövlətlərin qarşılıqlı əlaqələri ümumbəşəri hüquq düşüncəsi elemetlərinin və hüquqi orientasiyanın yaradılmasına gətirib çıxarır. Ancaq bunlar özünə hüquqyaradıcı orientasiyanı daxil edən ümumbəşəri hüquq düşüncəsinin elementləridir. Onlar ancaq göstərilən mənada beynəlxalqdırlar. Onları dövlətlərarası hüquq düşüncəsinin elmentləri adlandırmaq olmaz. Hüquq düşüncəsi dövlətə deyil, cəmiyyətə məxsus olan elementdir. dövlət Hüquq düşüncəsini hüquqda həyata keçirmək üçün dövlət onu «maddiləşdirən» bir alətdir. Regional inqteqrasiyanın gedişində ümumi hüquqi orientasiya elmentlərinin əmələ gəlməsini də ümumbəşəri hüquq düşüncəsinin elementlərinin yaranması kimi nəzərdən keçirmək olar. Ancaq regional səviyyədə inteqrasiya başa çatdıqdan sonra inteqrasiya edən cəmiyyətlər çərçivəsində beynəlxalq hüquq yaradıcılığı başa çatır. Buna uyğun olaraq hüquqyaradıcı orientasiyasının xarakteri də dəyişir. Yenidən yaranmış cəmiyyətin tərkibində bu orientasiya beynəlxalq hüquq normalarının yaranmasına yönəlir. Əgər vahid ümumdünya cəmiyyəti və dövləti yaranmasa, təsəvvür edilən belə cəmiyyətin hüquqyaradıcı orientasiyası, müstəsna olaraq, dövlətaxili sferaya yönəlmiş olar.

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

1. Алексидзе.Л.А. Некоторые вопросы

теории международного права. Императивные нормы (jus cogens). Тбилиси, 1982.

2. Броунли Я. Международное право. В 2-х книга. М., Прогресс, 1979.

3. Василенко В.А. Ответственность государства за международные правонарушения. Киев, 1976.

4. Горшенев В.М. Нетипичные нормативные предписания в праве // Советское государство и право. 1978, № 3.

5. Даниленко Г. М. Обычай в современном международном праве. М.: Наука, 1988.

6. Крылов Н.Б. Правотворческая деятельность международных организаций. М.: Наука, 1988.

7. Лукашук И.И. Международное право. Общая часть. М.: БЕК, 1996. с. 139.

8. Лукащук И.И. Международно-правовое регулирование международных отношений. М., Межд.отношения, 1975.

9. Касьян Н.Ф. Консенсус в современных международных отношениях. М., 1983.

10. Международное публичное право /Под.ред. К.А.Бекяшева, 2001.

11. Международное право. Курс в 7-ми томах. М., 1986-1989.

12. Международное право. М., 1999.

13. Международное право / Под. Ю.Колосова. М., 2000.

14. Миронов Н.В. Международное право: нормы и их юридическая сила. М., Юрид. лит., 1980.

15. Талалаев А.Н. Права международных договоров. М., Межд. отношения, 1985.

16. Тункин Г.И. Теория международного права. М., 2001.

17. Тиунов О.И. Принцип соблюдения договоров в международном праве. Перть, 1986.

18. Фещенко А.С. Наднациональность в деятельности международных организаций. М., Изд-во ДА, 1989.

19. Усенко Е.Т. Формы регулирования международного разделения труда. М.: Международные отношения, 1965.

20. Ушаков А.А. Проблемы теории международного права. М., 1996.

21. Щербакова Н.В. Проблемы правовой установки личности. Ярославль, 1993, с. 31.

22. Fusher R. International law: A toolbax for the statesman. N.Y. 1989.

23. Kearney R.D. International legislution: The International law process. L., 1993.

24. Lass well H.D. The promise of the world order modelling movement. W., 1997.

25. Marquartolt and Severeiguty in the European Union / Ford - ham International law Journal. 1994. Vol 18. N 2.

26. Sinclair I M., Principles of International law concerning friendly relations and cooperation amond. States. Leiden, 1991.

27. Sohn L.B. The effectiveness of International law. Leiden, 1989.

28. Tammes A.J. International law: Some Hemes of discussion. V., 1990.

29. Tunkin G. Politics, lan and Force in the interstate system. L., 1989.

30. Natson J.S. A realistic jurisprudence of International law / Y.B.W.A., 1980. Vol. 34.

31. Ziccandi P. Regles d"organization et regles de conduite en droit International Rec. Des Cours. 1996, Vol. 152. N 4.

32. Права человека. Сборник международных договоров. М., 1997.

33. Doc. UN. A/Kes. 87/30.

MÜNDƏRİCAT

 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.