05.26.2017 02:07
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

YORULMAZ ELM FƏDAİLƏRİMİZ
XXI əsrin tanınmış alimi


Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət Mükafatı laureatı, Milli Aviasiya Akademiyasının rektoru, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin anadan olmasının 70 ili tamam olmuşdur. Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Elmlər, Beynəlxalq İnformatizasiya Akademiyalarının akademiki olan Arif Paşayev səmərəli elmi axtarışlar nəticəsində yüksək və ifrat yüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaratmışdır. Onun elmi yaradıcılığının başlıca istiqaməti, əsasən, yarımkeçiricilər fizikası və texnikasıdır. Arif Paşayev 40 ildən artıq bir dövrdə zədəsiz yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi sahəsində böyük səylə çalışmışdır.
Akademik Arif Paşayevin indiyədək 350-yə yazın elmi əsəri dərc olunmuşdur. O, 15-dən artıq kitabın, monoqrafiyanın müəllifidir. Elmi axtarışlarına və səmərəli ixtiralarına görə Arif Mir Cəlal oğluna 50-yə yaxın müəlliflik şəhadətnaməsi verilmiş və o, qızıl, gümüş medallar və diplomlarla təltif olunmuşdur. Bundan əlavə, hörmətli akademik Azərbaycan Respublikasının Dövlət Mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə «SSRİ-nin ixtiraçısı» medalına, Y.Məmmədəliyev adına medala, İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının «Qızıl medal»ına layiq görülmüş, «VEKTOR» Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə «Azərbaycanın tanınmış alimləri» beynəlxalq layihəsinin qalibi olmuş və «XXI əsrin tanınmış alimi» Beynəlxalq diplomu ilə təltif olunmuşdur.
Akademik A.M.Paşayev yüksək elmi-praktik potensiala malik olmaqla yanaşı, yüksək vətəndaşlıq, vətənpərvərlik hissləri ilə yaşayıb-yaradır. O, respublika əhəmiyyətli qlobal problemlərin həllində, xüsusən ölkəmizdə aviasiya sahəsində təhsilin müasir səviyyədə inkişafına yorulmadan gərgin əmək sərf etməkdədir. Alim gənc nəslin təlim-tərbiyə işlərini, onların yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasını daima xüsusi diqqət mərkəzində saxlayır. Arif Paşayev həm də qayğıkeş rəhbər, səmimi insandır, ətrafında olan hər bir yaradıcı əməkdaşın yaxın dostu və silahdaşı, gözəl məsləhətçisi və köməkçisidir
Müstəqil Azərbaycan Respublikasında elmin, təhsilin inkişafında öz dəsti-xətti və yüksək xidmətləri olan akademik Arif Paşayev yubileyi ərəfəsində vətənin daha yüksək mükafatına - «Şöhrət» ordeninə layiq görülmüşdür.
Düşünürük ki, dünyada baş verən qloballaşma dövründə həm Azərbaycanın hüquq məkanında, həm də beynəlxalq arenada tədricən formalaşan nəqliyyat hüququ elminin, nəqliyyatda təhlükəsizlik məsələlərinin həlli istiqamətlərində dünya şöhrətli alim Arif Paşayevin önəmli elmi töhfələri ümumbəşər miqyasında əvəzolunmazdır
Biz də «Nəqliyyat hüququ elmi nəzəri-təcrübi jurnalı redaksiyası» Elmi Şurasının kollektivi adından Şuranın sədri, XXI əsrin tanınmış alimi Arif Mir Cəlal oğlu Paşayevi bu 2004-cü ildə 70 illik yubileyi, həm də layiq görülmüş olduğu yüksək mükafat münasibətilə ürəkdən təbrik edir, ona elmin, aviasiya sahəsində təhsilin inkişafı naminə gördüyü böyük işlərdə və əməli yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
       

Dərin hörmətlə,
Elmi Şuranın kollektivi adından,
«Nəqliyyat hüququ elmi-nəzəri, təcrübi jurnalı redaksiyası»
MMC-nin sədri, baş redaktor,
f.e.n. ƏLİYEVA İ.M.


 

MÜNDƏRİCAT

Актуальные вопросы транспортного права
Ali Məhkəmə Plenumunun qərarları
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.