05.26.2017 02:08
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Ön söz

 

Dünyada baş verən qloballaşma adlı mürəkkəb bir mərhələyə qədəm qoyulduğu, hər bir ölkənin inkişaf səviyyəsinin öz intellektual potensialı ilə ölçüldüyü vaxtda təhsilin və elmin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Təhsil və elm bütün dövrlərdə hər bir xalqın həyatında həlledici amil olmuşdur.
Təhsilimizin müstəqillik dövrünə nəzər salsaq görərik ki, ümummilli liderimiz Heydər Əliyev bu sahəyə xüsusi həssaslıqla yanaşmış, elmdə və təhsildə aparılan islahatların banisi kimi onları daim diqqət mərkəzində saxlamışdır. Dahi öndərin "Elmdə, təhsildə aparılan islahatlar, kadrların hazırlanmasında dəyişikliklər gərək yeni Azərbaycanın yaranmasına xidmət etsin" şüarı dünya təcrübəsinə əsaslanan təhsilimizin inteqrasiyasına əlverişli şərait yaratmışdır. Hazırda həmin siyasət ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Belə bir şəraitdə hüquq elminin, o cümlədən Azərbaycanın hüquq məkanında yeni formalaşmaqda olan nəqliyyat hüququ elminin inkişafı üçün onun nəzəri və təcrübi problemlərinin tədqiq edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə ayrı-ayrı məsələlərin tədqiq edilməsi isə nəinki nəqliyyat hüquq sahəsinin nəzəri baxımını zənginləşdirir, həm də daim təkmilləşməkdə olan nəqliyyat qanunvericiliyinin daha da inkişaf etməsi və yeniləşdirilməsi işinə xidmət edir.
Məhz ölkəmizdə ilk dəfə olaraq, yeni təsis edilmiş "Nəqliyyat hüququ" adlı elmi-nəzəri, praktiki jurnalın əsas məqsədi nəqliyyat hüquq elmi üzrə araşdırmalar aparan tədqiqatçıların elmi yaradıcılıq fəaliyyətini əks etdirməkdən, qloballaşma dövründə beynəlxalq nəqliyyat hüququnun aktual problemləri ilə oxucuları tanış etməkdən, habelə hüquqi maarifləndirmə işini həyata keçirməkdən ibarətdir.
Düşünürük ki, jurnalda dərc ediləcək məqalələr və məlumatlar cəmiyyətdə hüquqi düşüncə və hüquqi mədəniyyətin daha da yüksəldilməsi, ən başlıcası, nəqliyyat hüquq elminin inkişafının daha yüksək səviyyəyə çatması üçün böyük töhfə olacaqdır.
       
       
Lətif Hüseynov,
Azərbaycan Respublikası Milli Məclisi Aparatının
dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri,
hüquq elmləri doktoru

 

MÜNDƏRİCAT

Актуальные вопросы транспортного права
Ali Məhkəmə Plenumunun qərarları
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.