12.12.2017 02:59
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Azərbaycan  qazı  Avropa

İttifaqı  bazarına  Çatdırıldı

 

Türkiyə-Yunanıstan qaz kəmərinin açılış mərasimində

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

 

– Hörmətli Baş nazirlər!

Hörmətli nazirlər!

Hörmətli xanımlar və cənablar!

Mən sizin hamınızı ürəkdən sa­lam­la­yı­ram və bu tarixi hadisə mü­na­si­bə­ti­lə ürək­dən təbrik etmək istəyirəm.

Bu gün Türkiyə və Yunanıstan ara­sın­­da qaz xətlərinin birləşməsi böl­gə­yə ye­nilik gətiribdir, yeni əməkdaşlıq im­kan­ları gətiribdir. Enerji sahəsində möv­­cud olan əməkdaşlığın yeni for­ma­tı yaranıb və mən əminəm ki, bu baş­lan­ğıc çox uğurlu olacaqdır. Bu, bi­rin­ci ad­dımdır. Mən şübhə etmirəm ki, bun­dan sonra yeni addımlar atılacaq və böl­­gədə sabitliyin, bölgədə əmək­daş­lı­ğın, təhlükəsizliyin, o cümlədən enerji təh­­lükəsizliyinin təmin olunması üçün bü­­tün lazımi tədbirlər görüləcəkdir.

Mən çox şadam ki, bu gün Azər­bay­can qazı ilk dəfə olaraq, Avropa İt­ti­fa­qı bazarına çatdırılır. Azərbaycan qə­dim neft ölkəsidir. İlk dəfə dünyada sə­­naye üsulu ilə neft XIX əsrin or­ta­la­rın­­da Azərbaycanda hasil edilibdir. Ey­ni zamanda, dənizin dibindən də ilk də­­fə olaraq nefti məhz Azərbaycan neft­­çiləri XX əsrin ortalarında hasil et­miş­­lər. Yəni, Azərbaycanın neft tarixi çox zəngindir. Ancaq qaz ölkəsi kimi Azər­­baycan təzə-təzə özünü dünyaya təq­­dim edir. Biz o ölkəyik ki, hələ ke­çən il xaricdən 4,5 milyard kubmetr qaz idxal edirdik. Amma Azər­bay­can­da apa­rılan böyük işlərin nəticəsində, neft stra­tegiyasının icrası nəticəsində, Azər­bay­canda böyük qaz yataqlarının kəş­fi və işlənilməsi nəticəsində bu gün Azər­baycan artıq qaz idxal etmir, ək­si­nə, öz qazını qonşu ölkələrin ba­zar­la­rı­na ixrac edir. İndi Azərbaycan üç öl­kə­yə – Gürcüstana, Türkiyəyə və bu gün­dən Yunanıstana qazın ixracı ilə məş­ğul­dur. Azərbaycan qazı bundan son­ra baş­qa ölkələrə ixrac ediləcəkdir və be­lə­liklə, həm bizim maraqlarımız, həm tran­zit ölkələrin maraqları təmin olu­na­caq və əlbəttə ki, həm də is­teh­lak­çı­la­rın maraqları təmin ediləcəkdir. Bu gün üç ölkənin əməkdaşlığı məhz bu for­mat­da müşahidə olunur: isteh­sal­çı, tran­zit ölkə və qazı istehlak edən tə­rəf. Üç tərəf vahid formatda öz səy­lə­­rini bir­ləşdirir. Üç tərəfin maraqları tam şə­kil­də təmin olunur və əminəm ki, bu, bü­tün başqa bölgələr üçün nü­mu­nə ola bi­lər. Bizim əmək­daş­lı­ğı­mı­zın baş­lan­ğı­cı çox uğurludur və mən əmi­nəm ki, gə­ləcəyi də uğurlu ola­caq­dır.

1994-cü ildə Azərbaycan xarici neft şir­­kətlərini ölkəyə dəvət etməklə Xə­zər dənizinin neft-qaz yataqlarını dün­ya bazarına açdı. Bugünkü hadisə də öz başlanğıcını məhz 1994-cü ildən gö­tü­rür. Daha doğrusu, Azərbaycanın öz döv­lət müstəqilliyini bərpa etdiyi və öz tə­bii sərvətlərinə sahib olduğu 1991-ci il­dən.

Biz ardıcıl olaraq, artıq 13 ildir ki, neft-qaz siyasətimizi elə aparırıq ki, öl­kə­nin bütün maraqları təmin edilsin və bi­zim üçün dost, qonşu ölkələrin ma­raq­ları da təmin olunsun. 1994-cü il­də əgər "Əsrin müqaviləsi" im­za­lan­ma­say­dı, təbii ki, Bakı-Tbilisi-Ceyhan neft kə­məri inşa olunmazdı. Əgər o ol­ma­say­dı, Bakı-Tbilisi-Ərzurum qaz kə­mə­ri inşa olunmazdı və bu gün biz "Şah­­də­niz" yatağından qaz hasilatına nail ola bilməzdik. Yəni, bütün bu mə­sə­lə­lər bir-biri ilə bağlıdır. "Şahdəniz" qaz ya­tağından çıxarılan böyük həcm­də qaz uzun illər ərzində həm Azər­bay­can xal­qına, həm də qardaş, dost öl­kələrin xal­q­larına xidmət edəcəkdir.

Azərbaycanda neft-qaz ehtiyatları çox böyük həcmdədir. Təkcə "Şah­də­niz" qaz yatağından biz 1 trilyon 200 mil­­yard kubmetr qaz hasil etmək fik­rin­­dəyik, yəni, son hesablamalar bunu gös­­tərir. Azərbaycandakı digər qaz ya­taq­­larında da kifayət qədər ehtiyatlar var­­dır və bu günə ancaq təsdiq edilmiş rə­­qəm təxminən 2 trilyon kubmetrdir. An­­caq biz keçmiş təcrübədən bilirik ki, iş­lər getdikcə, yeni quyular qa­zıl­dıq­ca, əl­bəttə ki, bu həcmlər daha da ar­tır. Yə­ni, bundan sonra uzun illər ər­zin­də Azər­baycan həm öz enerji təh­lü­kə­siz­li­yi­ni tam şəkildə təmin edəcək, həm də tə­rəfdaşlarımızın enerji təh­lü­kə­siz­li­yi­nə öz töhfəsini verəcəkdir.

Mən bugünkü hadisəni, eyni za­man­da, Azərbaycan-Avropa İttifaqı əmək­daş­­lığı çərçivəsində mühüm hadisə ki­mi qiymətləndirirəm. Bir il bundan əv­vəl Avropa İttifaqı ilə Azərbaycan ara­sın­da enerji məsələləri üzrə strateji tə­rəf­daşlığa dair anlaşma me­mo­ran­du­mu im­zalanmışdır və artıq bir ildir biz bu me­morandumun icrası ilə məş­ğu­luq.

Türkiyə-Azərbaycan münasibətləri çox­­şaxəlidir. Bizim münasibətlərimizi qar­­daşlıq münasibətləri kimi sə­ciy­yə­lən­­dirmək mümkündür. Biz bütün sa­hə­­lərdə, o cümlədən enerji sahəsində uğur­­la əməkdaşlıq edirik. 10 ildən ar­tıq­­dır ki, bu sahədə çox böyük işlər gö­rü­lübdür, "Azəri-Çıraq-Günəşli" ya­taq­la­rından çıxarılan neft Bakı-Tbilisi-Cey­­han kəməri ilə ixrac olunur. Cey­han limanında böyük terminal tikilibdir və gələcəkdə böyük işlərin görülməsi nə­­zərdə tutulur. "Şahdəniz" ya­ta­ğın­dan çı­xarılan qazı biz Türkiyə ərazisi ilə dün­ya bazarlarına çatdırırıq. Yəni, bu mü­nasibətlərin artıq böyük tarixi var.

Avropa İttifaqı ilə Azərbaycan ara­sın­­da enerji sahəsində əməkdaşlıq yeni ya­­ranır və bunda Yunanıstanın rolu çox önəm­lidir. Yunanıstan Avropa İtti­fa­qı­nın ilk ölkəsidir ki, bu sahədə bi­zim­lə əmək­daşlıq edir və biz bu əmək­daş­lıq­dan çox razıyıq, çox məm­nu­nuq. Əmi­nəm ki, Yunanıstanla Azər­baycan ara­sın­da mövcud olan dost­luq mü­na­si­bət­lə­ri, o cümlədən ener­ji sahəsində əmək­daşlıq daha da ge­nişlənəcək və bü­tövlükdə bölgədə ye­ni bir əmək­daş­lıq formatı ya­ra­dı­la­caq­dır.

Biz neft-qaz yataqlarımızın işlə­nil­mə­­sinə başlayanda heç təsəvvür edə bil­­mirdik ki, nə vaxtsa, Azərbaycan qa­zı Avropa bazarına çıxarılacaqdır. Biz o vaxt sadəcə olaraq, zəngin ya­taq­la­rı­mız­dan çıxarılacaq nefti, qazı qon­şu öl­kə­lərin bazarına çatdırmaq fik­rində idik. Hesab edirdik ki, Bakı-Tbi­lisi-Cey­han və Bakı-Tbilisi-Ər­zu­rum neft, qaz kəmərlərinin tikintisi ilə bu sahədə iş­lərimiz artıq ta­mam­la­nıb­dır. Yəni, biz bü­tün istədiyimizə nail ol­muşuq, qar­şı­mız­da duran bütün və­zi­fə­ləri icra et­mi­şik və bundan sonra Azər­baycan xalqı və Azərbaycan döv­lə­ti bu gözəl im­kan­lar­dan uzun illər ər­zində istifadə edə­cək­dir. Ancaq gör­dü­yünüz kimi, 1994-cü ildə Azər­bay­can­da bağlanmış ilk neft müqaviləsi bu gün yeni mə­sə­lə­lə­rin ortaya çıxmasına xid­mət göstərir. Mən əminəm ki, növ­bə­ti illərdə, – bu, bi­zim planlarımızda var, – Avropa-Azər­baycan enerji dia­lo­qu daha da güc­lə­nəcəkdir. Avropa İt­ti­faqının üzvü olan ölkələrlə enerji sa­hə­sində müt­tə­fiq­liyimiz davam et­di­ri­lə­cəkdir. Yeni la­yihələr, yeni mə­sə­lə­lər ortaya çı­xa­caq­dır. Neft, qaz hasil edən ölkə kimi in­di biz bütün la­yi­hə­lər­də fəal iştirak edi­rik və bütün la­yi­hə­ləri öz tə­rəf­daş­la­rımızla birlikdə ic­ra etməyə qadirik.

Mən bugünkü hadisəyə bu geniş priz­­madan yanaşıram. Əminəm ki, bu gün burada, Türkiyə-Yunanıstan sər­hə­din­də yaranan yeni əməkdaşlıq for­ma­tı da­ha da genişlənəcəkdir. Bu for­ma­ta ye­ni ölkələr daxil olacaqdır. Əmək­daş­lı­ğın yeni formaları üzə çı­xa­caq­dır. Be­lə­liklə, həm Xəzər dənizi, Qaf­qaz, Tür­kiyə və Avropada – bu böl­gədə əmək­daşlıq, təhlükəsizlik da­ha da güc­lə­nəcək və xalqlar bir-birinə da­ha da sıx bağlı olacaq və həm də bu la­yi­hə­lər­də iştirak edən bütün xalqlar bun­dan faydalanacaqlar.

Azərbaycan Respublikasının Pre­zi­den­­ti kimi mən bu gün çox şadam ki, Azər­­baycanın enerji siyasəti əmək­daş­lı­­ğın dərinləşməsinə xidmət edir, öl­kə­lə­rin dostluğuna və gələcək əmək­daş­lıq perspektivlərinə xidmət edir.

Bu gözəl hadisə münasibətilə sizin ha­­mınızı bir daha ürəkdən təbrik et­mək is­təyirəm. Məni bu gözəl mə­ra­si­mə də­vət etdiyinə görə əziz qardaşım Rə­cəb Tayyib Ərdoğana öz tə­şək­kü­rü­mü bil­dirmək istəyirəm. Biz dünən Ba­kıda idik, birlikdə Türk dövlət və cə­miy­yət­lə­rinin dostluq, qardaşlıq və əmək­daş­lıq qurultayında iştirak edir­dik. Dünən ax­şam İstanbula gəldik. Bu gün bir­lik­də buraya gəldik və dos­tu­muz, Baş na­zir Karamanlis ilə gö­rüş­dük. Yəni, bu, bir daha onu göstərir ki, bi­zim ara­mız­da olan münasibətlər çox bö­yük təsir gü­cünə malikdir, yeni öl­kə­ləri əhatə edir, yeni məsələlər üzə çı­xır və əmək­daşlıq, dostluq, tə­rəf­daş­lıq güc­lə­nə­cəkdir.

Bir daha sizin hamınızı ürəkdən təb­rik edirəm, xeyirli olsun!

MÜNDƏRİCAT

Rəsmi sənədlər
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.