05.26.2017 02:04
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Bakı-Tbilisi-Qars  dəmir  yolu  Çox böyük

regional  qüvvə  olan  Azərbaycan-

Gürcüstan-Türkiyə  birliyini  daha  da

Möhkəmləndirəcəkdir

 

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

 

 

 

 

– Hörmətli cənab prezidentlər!

Hörmətli dostlar, xanımlar və cə­nab­­lar!

İlk növbədə, məni bu gözəl mə­ra­si­­mə dəvət etdiyinə görə əziz qar­da­şım, Gür­cüstan Prezidenti Mixail Saa­­kaş­vi­li­yə təşəkkürümü bildirmək is­təyirəm. Mən böyük məm­nu­niy­yət­lə bu dəvəti qə­bul etdim və bu gün biz birlikdə növ­bəti tarixi addımı atı­rıq. Bu gün üç öl­kə – Gürcüstan, Tür­ki­yə və Azər­bay­can bölgə üçün, dün­ya üçün çox böyük əhə­miyyət kəsb edən yeni layihənin tə­məlini qo­yur.

Bizim əməkdaşlığımızın çox bö­yük ta­rixi var. Xalqlarımız əsrlər bo­yu bir­lik­də yaşamışlar, yaratmışlar. Gür­­cüs­tan və Azərbaycan dövlət müs­­tə­qil­li­yi­ni bərpa etdikdən sonra bi­zə ilk yar­dım edən, ilk kömək gös­tə­rən Türkiyə döv­ləti olmuşdur. Biz bu­nu unutmuruq və heç vaxt unut­ma­ya­cağıq. Bu gün Gür­cüstan və Azər­bay­can güc­lən­dik­cə, öz müs­tə­qil­li­yi­ni möh­kəm­lən­dir­dik­cə və dünya iq­ti­sa­diyyatına in­teq­ra­si­ya etdikcə, əl­bət­tə ki, bizimlə Tür­ki­yə arasında olan münasibətlər yeni sə­viy­yəyə qal­xır. Biz artıq qarşılıqlı fəa­liy­yətlə bir-birimizi gücləndiririk, dəs­tək­lə­yi­rik və bizim tərəfimizdən, bi­zim tə­şəb­büsümüzlə bölgədə həyata ke­çi­ri­lən layihələr təkcə xalqlarımız üçün de­yil, bütün dünya üçün çox bö­yük əhə­miyyət kəsb edir.

Şübhəsiz, Bakı-Tbilisi-Qars dəmir yo­­lunun tikintisi tarixi hadisədir. Bu la­­yihə uzun illərdir ki, müzakirə olu­nur­du, yəni mövcud idi, ancaq la­yi­hə­nin gələcəyi qeyri-müəyyən idi. Uzun il­lər ərzində müxtəlif beynəl­xalq ma­liy­yə qurumları ilə, beynəl­xalq təş­ki­lat­larla apardığımız da­nı­şıq­lar, əfsuslar ol­sun ki, heç bir nə­ti­cə verməmişdi. An­caq bu gün bizim öl­kələrimiz öz ira­dəsini ortaya qo­ya­raq, bu layihəni özü­müz həll edirik. Bü­tün maliyyə mə­sələləri öz həllini ta­pıbdır, texniki mə­sələlər öz həllini ta­pıbdır, texniki-iq­tisadi əsaslandırma ha­zırdır və bu gün biz yolun ti­kin­ti­si­nə başlayacağıq. Ar­tıq burada de­yil­di ki, bu yolun ti­kin­ti­si bütün böl­gə üçün, dünya üçün çox bö­yük əhə­miy­yət kəsb edir və mən əmi­nəm ki, Ba­kı-Tbilisi-Qars dəmir yo­lunun işə düş­məsi bölgəyə daha da çox təh­lü­kə­sizlik, daha da çox əmək­daş­lıq gə­ti­rəcək və bu imkanlardan is­ti­fadə edən ölkələr, əlbəttə ki, re­gi­o­nal əmək­daşlıq baxımından da bir-bi­ri­nə ya­xın olacaqlar.

Mən çox şadam ki, Gürcüstan, Tür­­ki­yə və Azərbaycan tərəfindən böl­­gə­də başlanmış layihələrin hamısı uğur­la ic­ra olunur. Deyə bilərəm ki, bu la­yi­hə­nin Bakı-Tbilisi-Qars dəmir yo­lunun ti­kintisinin başlanmasında, əl­bəttə, bi­zim aramızda, üç ölkə ara­sın­da möv­cud olan əməkdaşlıq is­ti­qa­mətləri, pa­ra­metrləri də öz rolunu oy­namışdır.

1990-cı illərin ortalarında Azər­bay­­can­da başlanmış böyük enerji la­yi­­hə­lə­ri yəqin ki, bu dəmir yolunun ya­­ran­ma­sında da az rol oy­na­ma­mış­dır. Bi­zim əməkdaşlığımızın artıq çox böyük ta­rixi var. Bakı-Tbilisi-Qars layihəsi Azər­baycanın böyük neft-qaz ya­taq­la­rı­nın işlənilməsi nə­ticəsində həyata ke­çirilən neft-qaz kə­mərləri la­yi­hə­lə­ri­nin – Azər­bay­ca­nı Gürcüstan və Tür­ki­yə ilə bir­ləş­di­rən Bakı-Supsa, ondan son­ra Bakı-Tbi­lisi-Ceyhan, ondan son­ra Bakı-Tbi­lisi-Ərzurum layihələrinin mən­ti­qi nəticəsidir. Mən əminəm ki, əv­vəl­ki layihələr nə qədər uğurlu idi­sə, Ba­kı-Tbilisi-Qars da bir o qədər uğur­­lu olacaqdır. Bu, bir daha onu gös­­tərir ki, əgər bizim ölkələrimiz öz si­yasi iradəsini, öz dostluq əla­qə­lə­rini, əmək­daşlıq prinsiplərini or­ta­ya qo­yur­lar­sa, istənilən layihə öz həl­lini tapar. Ən böyük şübhələr do­ğu­ran layihələr də öz həllini tapıbdır. Ha­mı bilir ki, həm Bakı-Tbilisi-Cey­han, həm Bakı-Tbi­lisi-Ərzurum la­yi­hə­ləri bəzi dai­rə­lər tərəfindən real la­yihələr kimi qə­bul edilmirdi. Bun­la­ra çox böyük şüb­hə­lərlə ya­na­şır­dı­lar. Hətta deyilirdi ki, Azər­baycanda Ba­kı-Tbilisi-Ceyhan neft kəmərini dol­durmaq üçün kifayət qə­dər neft yox­dur. Gələn il Bakı-Tbi­li­si-Ceyhan tam gücü ilə işləyəcək, 50 mil­yon ton neft nəql edəcəkdir. Bu 50 mil­yon tonun hamısı da Azərbaycan nef­ti olacaqdır. Vaxtilə belə bir fikir də var idi ki, Bakı-Tbilisi-Ərzurum qaz kə­mərinin tikintisinə ehtiyac yox­dur, çün­ki Azərbaycanda yetərincə qaz eh­tiyatı yoxdur. Amma bu gün Azər­bay­can o ölkədir ki, keçən il xa­ric­dən 4,5 milyard kubmetr həcmində qaz alırdı, indi isə idxal yoxdur, Azər­­bay­can artıq üç ölkəyə öz qazını nəql edir. Azərbaycan qazı Gür­cüs­tan və Tür­kiyə, iki gün bundan əvvəl isə Tür­ki­yə ərazisi ilə Yunanıstan ba­zarına da çıx­mışdır. Yəni, bu o de­mək­dir ki, Azər­baycan qazı artıq Av­ro­pa İt­ti­fa­qı­nın bazarındadır.

Bakı-Tbilisi-Qars layihəsinə də şüb­­hə ilə yanaşanlar, buna mü­qa­vi­mət gös­tərənlər var idi və biz bilirik, on­ları ta­nıyırıq. Amma buna rəğmən bi­zim öl­kələrimizin iradəsi əsas rol oy­­na­mış­dır. Bu, çox böyük məna da­şı­yan bir ha­disədir. Bu, sadəcə ola­raq, bir nəq­liy­yat layihəsi, yaxud da üç ölkəni bir­ləş­dirən layihə deyil, hal­buki, bu ba­xım­dan da çox böyük əhə­miyyəti var. Bu layihə onu gös­tə­rir ki, bizim öl­kə­lə­rimiz bölgədə həm böyük əmək­daş­lı­ğa təkan ve­rə­cək layihələrin tə­şəb­büs­karıdır, həm bun­ları ma­liy­yə­ləş­di­rir, həm də bun­la­rı icra edirlər. Ol­kə­lə­rimizin müş­tə­rək, ortaq iradəsi böl­gə­nin in­ki­şa­fı­na öz müsbət təsirini gös­tərir. Mən bu­nu xüsusilə vur­ğu­la­maq istəyirəm – bi­zim başladığımız və uğur­la icra et­diyimiz bütün layihələr əmək­daş­lıq, dostluq amillərini möh­kəm­lən­di­rən layihələrdir. Bu layihələr heç ki­mə qarşı yönəldilməyib, sadəcə ola­raq, dostluğa, əməkdaşlığa yö­nəl­dil­miş­dir. Biz dostuq, qardaş ölkələrik, qar­­daş xalqlarıq və tam haqqımız var ki, xalqlarımızın milli maraqlarını tə­min etmək üçün istənilən layihəni ic­ra edək və biz bunu edirik. Ona gö­rə mən bu layihəyə bu prizmadan ya­­na­şı­ram. Mən çox şadam ki, biz bu gün bu bö­yük işləri birlikdə görürük. Gə­­lə­cək­də bu layihə, əlbəttə ki, xalq­­la­rı­mı­zın rifah halının yax­şı­laş­ma­sına, böl­gədə gedən əməkdaşlıq me­yil­lə­ri­nin güclənməsinə gətirib çı­xa­racaqdır. Mən şübhə etmirəm ki, bu layihə başa ça­tandan sonra ona qo­şulan tərəflər və öl­kələr kifayət qə­dər çox olacaqdır. Ne­cə ki, bizim bü­tün enerji la­yi­hə­lə­ri­mi­zə indi baş­qa ölkələr də qoşulmaq is­təyir və biz də bunu alqışlayırıq. Biz bu yolu açı­rıq, biz Şərq-Qərb enerji dəh­lizini aç­dıq. İlk dəfə olaraq, Xəzər də­ni­zi­nin zəngin neft-qaz yataqlarını dün­ya ba­zarlarına təqdim etdik. Biz ener­ji təh­lükəsizliyi məsələləri ilə çox cid­di məşğuluq və indi hamı bilir ki, dün­­yada və xüsusilə Avropada enerji təh­­lükəsizliyi məsələləri ən birinci yer tu­tur. Demək olar ki, ölkələrin təh­­lü­kə­sizliyi xeyli dərəcədə enerji təh­­lü­kə­siz­liyindən asılıdır. Biz öz ener­ji təh­lü­kəsizliyimizi təmin et­mi­şik. Nəyin he­sabına? Birgə işlər he­sa­bına, dostluq he­sabına, qardaşlıq he­sabına, üə öl­kə­nin birləşməsi he­sa­bı­na. Bu gün bizim öl­kələrimiz Av­ro­panın enerji təh­lü­kə­siz­liyində öz ro­lunu oynayır. Azər­bay­can­da çı­xa­rı­lan qaz Gürcüstan, Tür­ki­yə ərazisi ilə Avropa İttifaqına nəql edi­lir. Bi­zim ölkələrimiz şaxələndirmə mə­sə­lə­lərində çox önəmli rol oynayır və bu rol gələcəkdə artacaqdır. Əgər baş­­qa ölkələr bizim mövcud olan ener­­ji infrastrukturlarına qoşularsa, əl­bəttə ki, regional əməkdaşlıq yeni for­­ma­lar­la zənginləşəcəkdir.

Mən hesab edirəm ki, bu layihə böl­­gə­də nəqliyyat təhlükəsizliyinə də öz müs­bət təsirini göstərəcəkdir. Bu gün ener­ji məsələlərinin ön plana çıx­ması nə­ticəsində daha çox enerji təh­­lü­kə­siz­li­yi haqqında danışılır. An­caq nəq­liy­yat təhlükəsizliyi ondan az əhə­miyyət da­şımır. Biz bu yolun ya­ra­dılması ilə nəq­liyyat təhlükəsizliyi mə­sələsinə öz töh­fəmizi veririk. Əmi­nəm ki, bu gün bu layihəyə o qə­dər də səmimi mü­na­si­­bət gös­tər­mə­yən tərəflər, ölkələr, ya­xud bey­nəl­xalq maliyyə qurumları, bir gün gə­ləcək və bəlkə də, yaxın za­man­lar­da bu layihəyə qoşulmaq üçün bi­zim­lə əməkdaşlığa başlayacaqlar. Biz də bu əməkdaşlığa hazırıq. Biz gör­­düyümüz bütün işləri müsbət nə­ti­­cə­lərə – əməkdaşlığa, bölgədə təh­lü­­kə­sizliyin təmin olunmasına, asa­yi­şin qo­runmasına, iqtisadi və siyasi ma­­raq­la­rın birləşməsinə yönəldirik və bizim ma­raqlarımız üst-üstə dü­şür. Gür­cüs­tan-Türkiyə-Azərbaycan çox böyük re­gi­onal qüvvədir. Bizdə həm təbii sər­vət­lər, həm tranzit im­kan­ları, həm bö­yük infrastruktur, həm böyük sənaye po­tensialı və həm də, ən önəmlisi, üç öl­kə arasında dost­luq, qardaşlıq mü­na­si­bətləri var. Bu, çox qiymətlidir və biz əlbəttə ki, bü­tün səylərimizi bun­dan sonra da bu istiqamətə yö­nəl­də­cə­yik. Mən əmi­nəm ki, Bakı-Tbilisi-Qars dəmir yo­lunun tikintisi nə­ti­cə­sin­də bizim ara­mızdakı dostluq, əmək­daş­lıq mü­na­sibətləri daha da də­rin­lə­şə­cək və bu, bölgəyə xeyir gə­ti­rə­cək­dir.

Əziz dostlar, sizin hamınızı bu gö­zəl ta­rixi hadisə münasibətilə bir da­ha ürək­dən təbrik edirəm, bütün xalq­­la­rı­mı­za – gürcü, türk, Azər­bay­can xalq­la­rı­na rifah, çiçəklənmə və qə­ləbə ar­zu­la­yıram. Sağ olun.

 

 

MÜNDƏRİCAT

Rəsmi sənədlər
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.