08.24.2017 08:55
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Yorulmaz elm fədailərimiz

 

Ab­bas­bəy­li Ağa­lar Nə­ri­man oğ­lu 1942-ci il de­kab­rın 31-də Ba­kı şə­hə­rin­də ana­dan ol­muş, 1958-ci il­də or­ta mək­tə­bi bi­tir­miş­dir.

Son­ra o, M.V.Lo­mo­no­sov adı­na MDU-nun tə­lə­bə­si, as­pi­ran­tı, sta­jo­ru və dok­to­ran­tı ol­muş­dur. Ta­rix elm­lə­ri dok­to­ru el­mi də­rə­cə­si və iki is­ti­qa­mət üz­rə el­mi adı var: ta­rix və bey­nəl­xalq mü­na­si­bət­lər is­ti­qa­mət­lə­ri üz­rə pro­fes­sor.

Prof. A.N.Ab­bas­bəy­li 1962-ci il­dən bu gü­nə ki­mi el­mi fəa­liy­yət­lə məş­ğul ol­muş, zən­gin ya­ra­dı­cı­lıq yo­lu keç­miş­dir. Gös­tə­ri­lən dövr ər­zin­də onun 500-dək el­mi əsə­ri işıq üzü gör­müş­dür, bun­lar­dan 50-si mo­­noq­ra­fi­ya və dərs­lik­lər­dir.

El­mi-pe­da­qo­ji fəa­liy­yət döv­rün­də 25 alim – elm­lər na­mi­zə­di və elm­lər dok­to­ru ha­zır­la­mış, o cüm­lə­dən Azər­bay­can Res­pub­li­ka­sın­da ilk də­fə si­ya­si elm­lər is­ti­qa­mə­tin­də 10 si­ya­si elm­lər na­mi­zə­di və 3 elm­lər dok­to­ru­nun el­mi rəh­bə­ri və məs­lə­hət­çi­si ol­muş, «Bey­nəl­xalq mü­na­si­bət­lər» ix­ti­sa­sı üz­rə 50 nə­fər ma­gist­rın ər­sə­yə gəl­mə­sin­də mü­hüm rol oy­na­mış, 100-dən yu­xa­rı el­mi-nə­zə­ri konf­rans­da, o cüm­lə­dən xa­ri­ci öl­kə­də ke­çi­ri­lən 30 konf­rans­da iş­ti­rak et­miş­dir. 1991-ci il­dən bu gü­nə ki­mi BDU-nun «Bey­nəl­xalq mü­na­si­bət­lər» ka­fed­ra­sı­na rəh­bər­lik edir. Onun el­mi rəh­bər­li­yi al­tın­da Res­pub­li­ka­da si­ya­si elm­lər mək­tə­bi ya­ra­nıb.

Rus, in­gi­lis, por­tu­qal, serb və is­pan dil­lə­ri­ndən sər­bəst is­ti­fa­də edən prof. A.Ab­bas­bəy­li­nin qə­lə­min­dən çı­xan «Hey­dər Əli­yev və dün­ya si­ya­sə­ti», «Azər­bay­can mə­nim ürə­yim­dir» (Hey­dər Əli­ye­vin si­ya­si tər­cü­me­yi-ha­lın­dan sə­hi­fə­lər), «Azər­bay­ca­nın gə­lə­cə­yi na­mi­nə», «Azər­bay­can müa­sir dövr­də», «Azər­bay­can bey­nəl­xalq və re­gio­nal təş­ki­lat­lar sis­te­min­də», «XXI əs­rin as­ta­na­sın­da Ru­si­ya­nın Qaf­qaz si­ya­sə­ti», «XXI əsr­də Ru­si­ya Fe­de­ra­si­ya­sı­nın xa­ri­ci si­ya­sə­ti», «XXI əs­rin geost­ra­te­gi­ya­sı», «Qlo­bal­laş­ma və müa­sir bey­nəl­xalq mü­na­si­bət­lər sis­te­mi», «Qaf­qaz müa­sir geost­ra­te­gi­ya­da», «Konf­lik­to­lo­gi­ya», «Bey­nəl­xalq mü­na­qi­şə­lər: nə­zə­ri və kon­sep­tual ya­naş­ma­lar», «Bey­nəl­xalq mü­na­si­bət­lə­rin proq­noz­laş­dı­rıl­ma­sı nə­zə­riy­yə­si­nin bə­zi prob­lem­lə­ri», «Dip­lo­ma­tik pro­to­kol», «Dip­lo­ma­ti­ya ter­min­lə­ri lü­ğə­ti» və s. əsər­lə­ri el­mi ic­ti­maiy­yət tə­rə­fin­dən müs­bət qar­şı­lan­mış və təd­ris pro­se­sin­də is­ti­fa­də olu­nur.

Prof. A.Ab­bas­bəy­li­nin hə­ya­tı res­pub­li­ka­mı­zın elm, təh­sil sis­te­mi və ic­ti­mai si­ya­si hə­ya­tı ilə sıx bağ­lı­dır. O, müx­tə­lif il­lər­də Azər­bay­can Döv­lət Neft Aka­de­mi­ya­sın­da «Bey­nəl­xalq əla­qə­lər» ka­fed­ra­sı­nın ya­ra­dı­cı­sı və mü­di­ri ol­muş, müx­tə­lif döv­lət və par­ti­ya və­zi­fə­lə­rin­də ça­lış­mış, xa­ri­ci öl­kə­lər­də So­vet sə­fir­li­yin­də mü­şa­vir, uzun müd­dət SS­Rİ Sülh Fon­du­nun sədr müa­vi­ni və AR Sülh Fon­du­nun səd­ri olub, Azər­bay­can KP Ba­kı şə­hər Par­ti­ya Ko­mi­tə­si­nin ka­ti­bi, Azər­bay­can Res­pub­li­ka­sı­nın Təh­sil Na­zi­ri, Azər­bay­can KP Təş­vi­qat Ko­mis­si­ya­sı­nın sədr müa­vi­ni və sədr əvə­zi, MSK-nın üz­vü və s. və­zi­fə­lər­də ça­lış­mış­dır. Uzun müd­dət Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da AAK Dis­ser­ta­si­ya Şu­ra­sı­nın üz­vü, də­fə­lər­lə Bir­də­fə­lik El­mi Mü­da­fi­yə Şu­ra­la­rın səd­ri ol­muş, beş el­mi jur­na­lın re­dak­si­ya he­yə­ti­nin, BDU-nun El­mi Şu­ra­sı­nın və AMEA - İn­san Hü­quq­la­rı İns­ti­tu­tu­nun üz­vü­dür.

Özü­nü pe­şə­kar mü­tə­xəs­sis, tə­fək­kür­lü və ya­ra­dı­cı bir in­san ki­mi ta­nı­dan Ağa­lar müəl­li­min 65 ya­şı ta­mam olur. Onun hə­yat səl­na­mə­si­ni ka­mil­lik, müd­rik­lik ki­mi cə­hət­lər zən­gin­ləş­di­rir. Ağa­lar müəl­lim ça­lış­dı­ğı kol­lek­tiv­də və el­mi ic­ti­maiy­yət­də bö­yük hör­mət və nü­fuz qa­zan­mış­dır.

Biz də «Nəq­liy­yat hü­qu­qu» el­mi-nə­zə­ri, təc­rü­bi jur­na­lı re­dak­si­ya he­yə­ti­nin adın­dan zəh­mət­keş alim, xe­yir­xah in­san, ta­rix elm­lə­ri dok­to­ru, jur­na­lın Re­dak­si­ya Şu­ra­sı­nın üz­vü, hör­mət­li pro­fes­sor Ağa­lar Ab­bas­bəy­li­ni 65 ya­şı mü­na­si­bə­ti­lə təb­rik edir, ona can sağ­lı­ğı, el­mi ya­ra­dı­cı­lı­ğın­da ye­ni-ye­ni nai­liy­yət­lər ar­zu­la­yı­rıq.

 

 

Hör­mət­lə,

 

            Kol­lek­tiv adın­dan,

            Baş re­dak­tor, f.e.d., do­sent 

            Əli­ye­va İ.M.

MÜNDƏRİCAT

Rəsmi sənədlər
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.