04.24.2017 21:07
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

 

 

 

 

Bey­nəl­xalq  nəq­liy­yat  mü­na­si­bət­lə­ri­nin  hü­qu­qi

Tən­zim­lən­mə­sin­də  BMT-nin  ix­ti­sas­laş­dı­rıl­mış

qu­rum­la­rı­nın  fəa­liy­yəti

(BMAT    BDT  tim­sa­lın­da)

 

Əli­yev E.Ə., Bey­nəl­xalq

Nəq­liy­yat Aka­de­mi­ya­sı­nın

hə­qi­qi üz­vü, hü­quq elm­lə­ri

na­mi­zə­di.

 

 

Mə­qa­lə­də bey­nəl­xalq nəq­liy­yat mü­na­si­bət­lə­ri­nin hü­qu­qi tən­zim­lən­mə­sin­də BMT-nin ix­ti­sas­laş­dı­rıl­mış qu­rum­la­rı­nın - Bey­nəl­xalq Mül­ki Avia­si­ya Təş­ki­la­tı və Bey­nəl­xalq Də­niz Təş­ki­la­tı tim­sa­lın­da fəa­liy­yə­ti nə­zər­dən ke­çi­ri­lir.

Qeyd olu­nur ki, müa­sir dövr­də bu təş­ki­lat­lar (BMAT və BDT) nəq­liy­yat sa­hə­sin­də bey­nəl­xalq əmək­daş­lı­ğa və bey­nəl­xalq nəq­liy­yat mü­na­si­bət­lə­ri­nin hü­qu­qi tən­zim­lən­mə­si­nə fəal və ef­fekt­li tə­sir gös­tə­rir.

 

Bu gün BMT sis­te­mi­nin bir sı­ra ix­ti­sas­laş­dı­rıl­mış qu­rum­la­rı­nın, xü­su­si­lə, BƏT, YU­NES­CO, ÜST, BVF və b. döv­lət­lə­rin bey­nəl­xalq nəq­liy­yat fəa­liy­yə­ti­nə bi­la­va­si­tə ai­diy­ya­tı var. La­kin həm nəq­liy­yat sa­hə­sin­də bey­nəl­xalq əmək­daş­lı­ğa, həm də bey­nəl­xalq nəq­liy­yat mü­na­si­bət­lə­ri­nin tən­zim­lən­mə­si sa­hə­sin­də di­gər pro­ses­lə­rə Bey­nəl­xalq Mül­ki Avia­si­ya Təş­ki­la­tı­nın (BMAT) [1] və Bey­nəl­xalq Də­niz Təş­ki­la­tı­nın (BDT) [2] fəa­liy­yə­ti ən bö­yük tə­sir gös­tə­rir. Bey­nəl­xalq iq­ti­sa­di təş­ki­lat­la­rın təs­ni­fa­tı­nın tə­fər­rüat­la­rı və xü­su­siy­yət­lə­ri­nə (ya­ra­dıl­ma me­yar­la­rı­na, fəa­liy­yət prin­sip­lə­ri­nə və i. a.) o qə­dər də var­ma­dan diq­qə­ti bey­nəl­xalq ha­va və də­niz da­şı­ma­la­rı mü­na­si­bət­lə­ri­nin tən­zim­lən­mə­sin­də BMAT və BDT-nin oy­na­dıq­la­rı rol üzə­rin­də cəm­ləş­dir­mə­yi müm­kün və məq­sə­dəuy­ğun sa­yı­rıq.

Ad­la­rı çə­ki­lən təş­ki­lat­la­rın fəa­liy­yə­ti müəy­yən məq­səd gü­dür - ha­va və də­niz nəq­liy­ya­tı­nın, ilk növ­bə­də, döv­lət­lə­ra­ra­sı ti­ca­rət və di­gər xa­ri­ci iq­ti­sa­di əla­qə­lə­ri tə­min edən eti­bar­lı bey­nəl­xalq fəa­liy­yə­ti üçün zə­ru­ri şə­rait ya­ra­dıl­ma­sı. Bu qu­rum­la­rın sə­la­hiy­yə­ti, adə­tən, ümu­mi sə­ciy­yə da­şı­ya­raq, nəq­liy­yat va­si­tə­lə­ri­nin konk­ret nö­vü­nə aid olan bey­nəl­xalq ha­va hü­qu­qu və bey­nəl­xalq də­niz hü­qu­qu mə­sə­lə­lə­ri­nin ge­niş dai­rə­si­ni əha­tə edir. Hə­min qu­rum­lar ki­fa­yət qə­dər nü­fuz­lu­dur və xey­li say­da üzv-döv­lət­lə­ri bir­ləş­di­rir; on­lar öz nor­ma­tiv-hü­qu­qi qə­rar­la­rı­nı prak­tik şə­kil­də ger­çək­ləş­dir­mək və hə­min döv­lət­lə­rin nəq­liy­yat fəa­liy­yə­ti­ni tən­zim­lə­mək üçün bö­yük im­kan­la­ra ma­lik­dir. Bu qu­rum­la­rın qə­rar­la­rı heç də hə­mi­şə məc­bu­ri xa­rak­ter da­şı­ma­sa da, nəq­liy­yat va­si­tə­lə­ri­nin bey­nəl­xalq fəa­liy­yə­ti­nin tək­mil­ləş­di­ril­mə­si­nə əhə­miy­yət­li tə­sir gös­tə­rir.

Ad­la­rı çə­ki­lən təş­ki­lat­la­rın əsas fəa­liy­yət is­ti­qa­mət­lə­ri­ni da­ha ət­raf­lı şə­kil­də nə­zər­dən ke­çi­rək.

Bey­nəl­xalq Mül­ki Avia­si­ya Təş­ki­la­tı­nın fəa­liy­yə­ti. Möv cud ol­du­ğu bü­tün müd­dət ər­zin­də bu təş­ki­lat ni­zam­na­mə­sin­də­ki məq­səd­lə­ri əl­də rəh­bər tut­muş­dur ki, on­lar­dan baş­lı­ca­sı aşa­ğı­da­kı­lar­dır: a) təh­lü­kə­siz­li­yin tə­min edil­mə­si və bey­nəl­xalq mül­ki avia­si­ya­nın ni­zam­lı in­ki­şa­fı­nın pla­ne­tar miq­yas­da tə­min olun­ma­sı; b) mül­ki avia­si­ya­nın fəa­liy­yə­ti­nin, sə­mə­rə­li və qə­naət­cil bey­nəl­xalq ha­va da­şı­ma­la­rı da da­xil ol­maq­la, bü­tün mə­sə­lə­lə­ri üz­rə bey­nəl­xalq əmək­daş­lı­ğın təş­ki­li və əla­qə­lən­di­ril­mə­si.

Təş­ki­la­tın di­gər mü­hüm və­zi­fə­lə­ri­nə da­xil­dir: in­ki­şaf et­mək­də olan döv­lət­lə­rə mül­ki avia­si­ya­nın in­ki­şa­fı sa­hə­sin­də ha­va nəq­liy­ya­tı­nın is­tis­ma­rı sis­tem­lə­ri­nin ya­ra­dıl­ma­sı və ya tək­mil­ləş­di­ril­mə­si va­si­tə­si­lə yar­dım­çı ol­maq; bey­nəl­xalq ha­va hü­qu­qu sa­hə­sin­də kon­ven­si­ya la­yi­hə­lə­ri­nin ha­zır­lan­ma­sı və s. So­nun­cu is­ti­qa­mət­lə Hu­quq Ko­mi­tə­si məş­ğul olur. Ko­mi­tə BMAT-ın dip­lo­ma­tik konf­rans­la­rın­da ba­xı­lan çox­tə­rəf­li mü­qa­vi­lə­lə­rin və bu sa­hə­də di­gər sə­nəd­lə­rin la­yi­hə­lə­ri­nin iş­lə­nib ha­zır­lan­ma­sın­da da bö­yük rol oy­na­yır. Onu da qeyd et­mək la­zım­dır ki, Təş­ki­la­tın fəa­liy­yə­ti­nin bu as­pek­ti bey­nəl­xalq ha­va hü­qu­qu­nun mü­tə­rəq­qi in­ki­şa­fı­na və ko­di­fi­ka­si­ya pro­se­si­nə, bey­nəl­xalq nəq­liy­yat mü­na­si­bət­lə­ri­nin in­ki­şa­fı­na əhə­miy­yət­li də­rə­cə­də im­kan ya­rat­mış­dır.

Elə bu sə­bəb və cə­hət­lər son il­lər BMAT çər­çi­və­sin­də ha­va hə­rə­kə­ti­nin, avia­si­ya da­şı­ma­la­rı­nın ida­rə olun­ma­sı­nın həm mül­ki, həm də döv­lət ha­va gə­mi­lə­ri­nin uçuş­la­rı­nı tə­min edən qlo­bal ida­rəet­mə sis­te­mi­nin in­ten­siv şə­kil­də iş­lə­nib ha­zır­lan­ma­sı­na da əhə­miy­yət­li də­rə­cə­də şə­rait do­ğur­muş­dur. Bu pro­se­sin baş­lan­ğı­cı ATƏM çər­si­və­sin­də ke­çi­ri­lən eti­mad təd­bir­lə­ri üz­rə Stok­holm Konf­ran­sı­nın (1986-cı il) sə­nəd­lə­ri­lə müəy­yən edil­miş­dir. Bu sə­nəd­lər «ha­va eti­ma­dı» ad­lan­dı­rı­lan təd­bir­lər komp­lek­si­ni, o cüm­lə­dən ha­va nə­za­rət-təf­ti­şi­nin hə­ya­ta ke­çi­ril­mə­si­ni nə­zər­də tu­tur­du. 1992-ci il­də BMAT-ın fəal iş­ti­ra­kı ilə be­lə təf­tiş­lə­rin ke­çi­ril­mə­si­ni req­la­ment­ləş­di­rən Açıq sə­ma haq­qın­da Mü­qa­vi­lə im­za­lan­mış­dır.

Gö­rün­dü­yü ki­mi, döv­lət­lə­rin müa­sir avia­si­ya fəa­liy­yə­ti get­dik­cə qlo­bal məz­mun­la da­ha çox sə­ciy­yə­lə­nir ki, bu da özü­nü, ilk növ­bə­də, avia­şir­kət­lə­rin və on­la­rın ha­va li­man­la­rı­na və na­vi­qa­si­ya xid­mət­lə­ri­nə xid­mət gös­tə­rən tə­rəf­daş­la­rı­nın fəa­liy­yə­tin­də bü­ru­zə ve­rir. Bu sub­yekt­lə­rin fəa­liy­yə­ti­nə uzun sü­rən iq­ti­sa­di tə­nəz­zül, çox­say­lı si­lah­lı mü­na­qi­şə­lər, bey­nəl­xalq ter­ro­riz­min fəal­laş­ma­sı və bir sı­ra di­gər amil­lər mən­fi tə­sir gös­tə­rir.

Be­lə bir şə­rait­də BMAT-ın hi­ma­yə­si al­tın­da döv­lət­lə­rin ha­va nəq­liy­ya­tı fəa­liy­yə­ti­nin ak­tual prob­lem­lə­ri­nə dair Bey­nəl­xalq Konf­ran­sın [3] ça­ğı­rıl­ma­sı zə­ru­rə­ti kəs­kin şə­kil­də özü­nü bü­ru­zə ver­di ki, bu da 2003-cü ilin mart ayın­da Mon­real­da hə­ya­ta ke­çi­ril­di. Hə­min Konf­ran­sın əsas möv­zu­la­rı ki­mi aşa­ğı­da­kı­lar müəy­yən­ləş­di­ril­miş­dir:

– avia­nəq­liy­yat sa­hə­sin­də li­be­ral­laş­dır­ma­nın in­ki­şaf pro­se­si­nin prob­lem­lə­ri və im­kan­la­rı­nın mü­za­ki­rə­si;

– döv­lət­lə­rin səy­lə­ri­nin bu və­zi­fə­nin hə­ya­ta ke­çi­ril­mə­si üçün prak­tik is­ti­qa­mət­lə­rin iş­lə­nib ha­zır­lan­ma­sı üzə­rin­də cəm­ləş­di­ril­mə­si.

Bu za­man qeyd edil­miş­dir ki, «avia­si­ya» li­be­ral­laş­dı­rıl­ma­sı Ümu­mi Da­xi­li Məh­sul­dan (ÜDM) da­ha sü­rət­lə in­ki­şaf et­sə də, bu­nun­la ya­na­şı, sər­ma­yə qo­yu­luş­la­rı­nın özü­nü ödə­mə­si əm­sa­lı ba­xı­mın­dan hə­mi­şə so­nun­cu ye­ri tu­tan avia­si­ya sə­na­ye­si qar­şı­sın­da du­ran da­ha va­cib prob­lem­lə­rin həl­li­nə ma­ne ol­ma­ma­lı, ya­xud lən­git­mə­mə­li­dir.

Qa­nu­nauy­ğun hal­dır ki, ha­va da­şı­ma­la­rı­nın müx­tə­lif as­pekt­lə­ri­nə xü­su­si diq­qət ye­ti­ril­miş­dir. Bu da­şı­ma­lar isə, mə­lum ol­du­ğu ki­mi, onil­lik­lər bo­yu döv­lət tən­zim­lə­mə­si­nin pa­yı­nın üs­tün­lük təş­kil et­di­yi sa­hə olub və ol­maq­da­dır. Onu da nə­zə­rə al­maq çox əhə­miy­yət­li­dir ki, mi­ni­mal təh­lü­kə­siz­lik stan­dart­la­rı BMAT tə­rə­fin­dən Bey­nəl­xalq Mül­ki Avia­si­ya haq­qın­da Kon­ven­si­ya­ya Əla­və­lər­də müəy­yən­ləş­di­ril­miş­dir.

Avia­si­ya şir­kət­lə­ri­nin «avia­si­ya» ba­za­rı­na çı­xı­şı və ye­ni ba­zar­la­ra qo­şul­ma im­ka­nı, qiy­mət­ya­rat­ma və da­şı­ma qa­bi­liy­yə­ti ha­va da­şı­ma­la­rı haq­qın­da, təx­mi­nən, üç min iki­tə­rəf­li döv­lət­lə­ra­ra­sı sa­ziş­lə tən­zim­lə­nir. Son vaxt­la­ra qə­dər bu sa­ziş­lə­rin ək­sə­riy­yə­ti­nin əsa­sın­da ba­zar­la­ra çı­xı­şa və da­şı­ma qa­bi­liy­yə­ti­nə xey­li də­rə­cə­də pro­tek­sio­nist ya­naş­ma du­rur­du ki, bu da mil­li avia­si­ya şir­kət­lə­ri­nin fəa­liy­yət qa­bi­liy­yə­ti­nin qo­ru­nub sax­lan­ma­sı­na yö­nəl­dil­miş­di. Bu sa­hə­də BMAT, əsa­sən, «qa­nun­ve­ri­ci» de­yil, məs­lə­hət­çi-töv­si­yəe­di­ci ro­lu­nu oy­na­yır. İst­nəi­lən hal­da, bu rol son də­rə­cə önəm­li­dir, çün­ki BMAT ümum­dün­ya fo­ru­mu ol­du­ğun­dan, bey­nəl­xalq avia­si­ya bir­li­yi­nin kol­lek­tiv nöq­te­yi-nə­zə­ri­ni ifa­də edir.

Fik­ri­miz­cə, di­gər bir xü­su­siy­yət on­dan iba­rət­dir ki, müa­sir dün­ya iq­ti­sa­diy­ya­tı­nın bü­tün sa­hə və sek­tor­la­rı­nı əha­tə edən qlo­bal­laş­ma və li­be­ral­laş­ma ki­mi hər­tə­rəf­li amil­lər bey­nəl­xalq ha­va nəq­liy­ya­tı­na və döv­lət­lə­rin bey­nəl­xalq nəq­liy­yat fəa­liy­yə­ti­nə də qa­çıl­maz şə­kil­də to­xu­nub. La­kin avia­nəq­liy­ya­tın, əs­lin­də, mil­li sa­hə ol­ma­sı və ba­za­ra iki­tə­rəf­li tən­zim­lə­yi­ci tə­sir gös­tər­mə­si fak­tı da­ha bö­yük aş­kar­lı­ğa nail olun­ma­sı pro­se­sin­də ins­tu­ti­sio­nal və tən­zim­lə­nən məh­dud­laş­dı­rı­cı ro­lu­nu oy­na­yıb.

BMAT-ın 1994-cü il­də li­be­ral­laş­dır­ma və tən­zim­lə­mə qay­da­la­rı­nın də­yiş­di­ril­mə­si­nin mü­za­ki­rə­si üz­rə ke­çi­ril­miş Konf­ran­sı­nın işi­nin da­vam et­di­ril­mə­siy­lə bağ­lı «Döv­lət­lə­rin ha­va nəq­liy­yat fəa­liy­yə­ti­nin ak­tual prob­lem­lə­ri haq­qın­da» (2003-cü il) Konf­ran­sı da elə məhz be­lə bir şə­rait­də öz işi­nə baş­la­dı. La­kin əv­vəl­ki Konf­rans­dan fərq­li ola­raq, bu so­nun­cu­da əsas mə­sə­lə «döv­lət­lə­rin ha­va fəa­liy­yə­tin­də li­be­ral­laş­dır­ma­nı hə­ya­ta ke­çir­mə­yə də­yər­mi?» sua­lı de­yil, «bu­nu ne­cə et­mə­li?» sua­lı idi. Diq­qə­tə­la­yiq hal­dır ki, əv­vəl­ki Konf­ran­sın ke­çi­ril­mə­sin­dən son­ra­kı müd­dət ər­zin­də bu li­be­ral­laş­dır­ma in­ki­şaf et­miş ba­zar­la­ra və ha­va da­şı­ma­la­rı sə­na­ye­si­nə ma­lik bir ne­çə sə­na­ye döv­lə­ti­nin hü­dud­la­rı­nı aşa­raq, ümum­dün­ya mey­li­nə çev­ril­miş­dir.

Bu­nun­la ya­na­şı, son onil­lik ər­zin­də «açıq sə­ma» haq­qın­da sa­ziş­lə­rə, təx­mi­nən, 70 döv­lət qo­şul­muş­dur. Bir çox­la­rı iki­tə­rəf­li, re­gio­nal və sub­re­gio­nal sa­ziş­lə­rin bağ­lan­ma­sı­na da­ha li­be­ral ya­naş­ma­lar tət­biq et­mə­yə baş­la­ya­raq, da­ha sü­rət­lə və məq­səd­yön­lü şə­kil­də irə­li­lə­mək is­tə­yən döv­lət­lər üçün həd­dən ar­tıq ləng, ək­si­nə, onun qa­baq­ca­dan nə­zər­də tu­tul­ma­sı müm­kün­süz olan nə­ti­cə­lə­rin­dən təş­vi­şə dü­şən bir çox di­gər, ilk növ­bə­də, in­ki­şaf et­mək­də olan döv­lət­lər üçün həd­dən ar­tıq lü­zum­suz in­ten­siv müx­tə­lif tər­kib­li bir pro­ses ya­rat­dı­lar. Bu dü­şün­cə­lər li­be­ral­laş­dır­ma proq­ra­mı­nın hə­ya­ta ke­çi­ril­mə­si­nin ən məq­bul üsul­la­rı­na dair rəh­bər gös­tə­riş və töv­si­yə­lər­lə bağ­lı BMAT-a mü­ra­ciət et­mək üçün əsas ve­rir­di ki, məq­səd da­ha açıq, la­kin ki­fa­yət qə­dər mü­ha­fi­zə olu­nan tən­zim­lə­mə sis­te­mi ya­rat­maq idi. Bu prob­lem hə­lə də nəq­liy­yat xid­mət­lə­ri­nin həl­le­di­ci sa­hə­si ki­mi qal­maq­da olan ha­va da­şı­ma­la­rı ilə xü­su­si əla­qə­lən­di­ri­lir­di.

Mü­za­ki­rə­lər nə­ti­cə­sin­də ge­niş sə­nəd­lər pa­ke­ti qə­bul edil­di ki, bu­ra, xü­su­sən, Bey­nəl­xalq ha­va nəq­liy­ya­tı­nın li­be­ral­laş­dı­rıl­ma­sı­nın qlo­bal prin­sip­lə­ri haq­qın­da Bə­yan­na­mə, ha­va da­şı­ma­la­rı­nın təş­ki­li ba­rə­də sa­ziş­lər tər­tib edər­kən döv­lət­lə­rin müm­kün is­ti­fa­də­si üçün bir sı­ra nü­mu­nə­vi müd­dəa, iki töv­si­yə və gün­də­li­yin bü­tün bənd­lə­ri­ni eh­ti­va edən 67 qə­rar da­xil ol­du [4].

Bə­yan­na­mə səs­ver­mə­siz, yek­dil­lik­lə bə­yən­mə əsa­sın­da, bü­tün di­gər qə­rar­lar isə kon­sen­sus əsa­sın­da qə­bul edil­di. Məc­mu ha­lın­da, bü­tün bu sə­nəd­lər, zə­ru­rət ya­ran­dı­ğı hal­da, BMAT-ın üz­vü olan bü­tün döv­lət­lə­rin is­ti­fa­də edə bi­lə­cək­lə­ri mü­va­fiq prin­sip­lər, si­ya­si gös­tə­riş­lər, ori­yen­tir­lər və prak­tik töv­si­yə­lər eh­ti­va edir.

Ye­kun sə­nəd­lə­ri ilə əha­tə edi­lən əsas mə­sə­lə­lər sı­ra­sın­da aşa­ğı­da­kı­la­rı fərq­lən­dir­mək olar:

– ha­va da­şı­ma­la­rı haq­qın­da sa­ziş­lər çər­çi­və­sin­də avia­şir­kət-da­şı­yı­cı­nın müəy­yən­ləş­di­ril­mə­si­nin da­ha li­be­ral for­mu­lu;

– yük­lə­rin ema­lı­nın li­be­ral­laş­dı­rıl­ma­sı­nın sü­rət­lən­di­ril­mə­si;

– təh­lü­kə­siz­li­yin tə­min olun­ma­sı­na dair tə­ləb­lə­rin for­mu­lə edil­mə­si;

– mü­ba­hi­sə­li mə­sə­lə­lə­rin tən­zim­lən­mə­si;

– in­ki­şaf və əmək­daş­lı­ğın sa­bit­li­yi­nə nail olun­ma­sı üz­rə, la­zım gəl­dik­də, ha­va da­şı­ma­la­rı­na dair sa­ziş­lə­rin bağ­lan­ma­sı za­ma­nı is­ti­fa­də üçün nə­zər­də tu­tu­lan müd­dəa­lar;

– Konf­ran­sın şəf­faf­lıq, məh­su­lun sa­tı­şı və is­teh­lak­çı­la­rın ma­raq­la­rı­nın mü­da­fiə­si prob­lem­lə­ri üz­rə möv­qe­lə­ri.

Qeyd et­mək la­zım­dır ki, bü­tün ye­kun sə­nəd­lə­rin­də döv­lət­lə­rin bey­nəl­xalq ha­va nəq­liy­ya­tı fəa­liy­yə­ti­nin iq­ti­sa­di tən­zim­lən­mə­si və ya li­be­ral­laş­dı­rıl­ma­sı pro­se­si­nin özü­nə aid olan hər şey­də eti­bar­lı­lıq və təh­lü­kə­siz­li­yin tə­min edil­mə­si­nin bi­rin­ci də­rə­cə­li önə­mə ma­lik ol­du­ğu­nun eti­raf edil­mə­si ana xətt ki­mi ke­çib ge­dir. Eti­bar­lı­lıq, təh­lü­kə­siz­lik və li­be­ral­laş­dır­ma ki­mi amil­lə­rin qar­şı­lıq­lı əla­qə­si tək­cə bu sa­hə­də de­yil, Təş­ki­la­tın özü­nün gün­də­lik fəa­liy­yə­tin­də də mər­kə­zi ye­ri tu­tur. Adı çə­ki­lən Konf­ran­sın əhə­miy­yə­ti on­da­dır ki, onun nə­ti­cə­lə­ri real­laş­ma­sı nə­zər­də tu­tu­lan və li­be­ral­laş­dır­ma­nın özü­nün hə­ya­ta ke­çi­ril­mə­si­nə dəs­tək olan is­la­hat­la­rın əsa­sı­nı təş­kil et­di.

Be­lə bir fakt da diq­qə­ti cəlb edir ki, töv­si­yə­lər­dən bi­rin­də bu is­ti­qa­mət­də BMAT-ın ro­lu, həm­çi­nin onun Ümum­dün­ya Ti­ca­rət Təş­ki­la­tı (ÜTT) ilə əmək­daş­lı­ğı açıq­la­nır. Mə­lum ol­du­ğu ki­mi, ÜTT Xid­mət­lər­lə ti­ca­rə­tə dair Baş Sa­ziş (XTBS) va­si­tə­si­lə bey­nəl­xalq ha­va xət­lə­rin­də ti­ca­rət re­ji­mi­ni qis­mən nə­za­rət­də sax­la­yır.

Konf­rans­da bey­nəl­xalq ha­va da­şı­ma­la­rı­nın hü­qu­qi tən­zim­lən­mə­si mə­sə­lə­lə­rin­də BMAT-ın apa­rı­cı ro­lu təs­diq edil­di və gə­lə­cək­də nəq­liy­yat mü­na­si­bət­lə­ri­nin li­be­ral­laş­dı­rıl­ma­sı­nın təb­li­ği­nin onun fəa­liy­yət mər­kə­zin­də da­yan­ma­lı ol­du­ğu qə­ra­ra alın­dı.

Bu­nun­la ya­na­şı, Konf­rans tə­rə­fin­dən dəs­tək­lə­nən uzun­müd­dət­li plan da qeyd edil­mə­li­dir. Bu pla­na gö­rə, BMAT ha­va da­şı­ma­la­rı ba­zar­la­rı­na qo­şul­ma haq­qın­da da­nı­şıq­la­rın ümum­dün­ya mər­kə­zi­nə çev­ril­mə­li­dir. Gö­rün­dü­yü ki­mi, BMAT bu ide­ya­nı onun ic­ra­sı­nın müm­kün­lü­yü­nü və müx­tə­lif prak­tik nə­ti­cə­lə­ri hər­tə­rəf­li araş­dır­dıq­dan son­ra hə­ya­ta ke­çir­mə­yə baş­la­dı. Bu­nun­la əla­qə­dar qə­bul olu­nan Bə­yan­na­mə [5]. ilk də­fə döv­lət­lə­rə on­la­rın öz­lə­ri və tə­rəfdaş­la­rı üçün iq­ti­sa­di tən­zim­lə­mə mə­sə­lə­lə­rin­də ya­xın pers­pek­tiv­də ori­yen­tir ola bi­lən prin­sip və möv­qe­lə­rin ge­niş (çər­çi­və) bir əsa­sı­nı təq­dim et­di. Bu sə­nə­din mü­za­ki­rə­si za­ma­nı kon­sen­sus əl­də edil­mə­si mül­ki avia­si­ya­nın si­ya­si sa­hə­də fəa­liy­yə­tin­də­ki müəy­yən uğur­lar sa­yə­sin­də müm­kün ol­du və Konf­rans iş­ti­rak­çı­la­rı­nın dün­ya­nın in­ki­şa­fı­nın nai­liy­yət­lə­ri­ni əl­də rəh­bər tut­duq­la­rı­nı əks et­dir­di.

Mül­ki avia­si­ya­nın bey­nəl­xalq fəa­liy­yə­ti­nin req­la­ment­ləş­di­ril­mə­si­nə mü­na­si­bət­də kon­ser­va­tiv və pro­tek­sio­nist ba­xış­lar­dan if­rat li­be­ral ba­xış­la­ra qə­dər, ge­niş ba­xış­lar sis­te­mi möv­cud­dur. Bu­nun­la be­lə, Konf­rans­da tam əha­tə­li və konst­ruk­tiv qə­rar­lar pa­ke­ti iş­lə­yib ha­zır­la­maq müm­kün ol­du ki, bu qə­rar­lar tən­zim­lə­mə­nin nə­zər­də tu­tu­lan is­la­ha­tı­nın sü­rət­lə ger­çək­ləş­di­ril­mə­si üçün əl­ve­riş­li tə­məl ki­mi nə­zər­dən ke­çi­ri­lə bi­lər. Bu­na iş­ti­rak­çı­la­rın be­lə fak­tı ay­dın dərk et­mə­lə­ri də də­la­lət edir ki, Çi­ka­qo Kon­ven­si­ya­sı­nın prin­sip, nor­ma və müd­dəa­la­rı­na mü­va­fiq ola­raq, bir tə­rəf­dən, da­ha açıq re­ji­min ya­ra­dıl­ma­sı­na yar­dım­çı ol­maq, di­gər tə­rəf­dən, döv­lət­lə­rə və sər­ni­şin­lə­rə eti­bar­lı, təh­lü­kə­siz, ey­ni za­man­da, sə­mə­rə­li və iq­ti­sa­di ha­va nəq­liy­ya­tı sis­te­mi təq­dim et­mək üçün tən­zim­lə­mə sa­hə­sin­də is­la­hat prio­ri­tet önə­mə ma­lik ol­ma­lı və ön plan­da dur­ma­lı­dır.

Konf­rans­da vur­ğu­lan­dı­ğı ki­mi, məq­səd özü-öz­lü­yün­də li­be­ral­laş­dır­ma de­yil, onun ver­di­yi üs­tün­lük­lər­dən is­ti­fa­də edil­mə­si­dir. Bu, döv­lət­lə­ri ha­va nəq­liy­ya­tın­da li­be­ral­laş­dır­ma­nı və onun ver­di­yi im­kan­la­rı tək­cə on­la­rın öz mil­li avia­si­ya­la­rı­nın ma­raq­la­rı ba­xı­mın­dan de­yil, so­sial və iq­ti­sa­di in­ki­şa­fın da­ha ge­niş və­zi­fə­lə­ri­ni nə­zə­rə al­maq­la təh­lil et­mə­yə təh­rik edə­cək. O həm də bu sa­hə­də dai­mi kom­mer­si­ya və əmə­liy­yat də­yi­şik­lik­lə­ri­nə uy­ğun­laş­ma­ğa ha­zır ol­ma­ğı tə­ləb edə­cək. Müa­sir bey­nəl­xalq mü­na­si­bət­lər­də müx­tə­lif prob­lem və mü­rək­kəb­lik­lə­rə bax­ma­ya­raq, döv­lət­lə­rin ha­va əla­qə­lə­ri, zəif də ol­sa, fəa­liy­yət qa­bi­liy­yə­ti­nə ma­lik olan bir sa­hə­dir.

Ana­lo­ji məq­səd və mü­la­hi­zə­lər dün­ya­nın di­gər re­gion­la­rı üçün də xa­rak­te­rik­dir [6]. Bu re­gion­da­kı döv­lət­lər və bey­nəl­xalq təş­ki­lat­lar əmək­daş­lı­ğın in­ki­şaf et­di­ril­mə­si yo­lu ilə ge­də­rək mül­ki avia­si­ya sa­hə­sin­də in­teq­ra­si­ya pro­ses­lə­ri­nin sü­rət­lən­di­ril­mə­si üz­rə hö­ku­mət­lər tə­rə­fin­dən mü­va­fiq təd­bir­lə­rin gö­rül­mə­si tə­şəb­bü­sü ilə çı­xış edir­lər. Be­lə təd­bir­lər ara­sın­da, mə­sə­lən, Af­ri­ka Mül­ki Avia­si­ya Ko­mis­si­ya­sı­nı [7] (AF­MAK) qeyd et­mək olar. O, avia­nəq­liy­yat ba­za­rı­nın təd­ri­cən və nə­za­rət al­tın­da li­be­ral­laş­dı­rıl­ma­sı ba­rə­də qə­rar qə­bul et­miş və onun Af­ri­ka da­şı­yı­cı­la­rı­nın bir­gə is­ti­fa­də məq­səd­lə­ri (kod­la­rı) üçün nə­zər­dən ke­çi­ril­mə­si tək­li­fi­ni irə­li sür­müş­dür. Ərəb Mül­ki Avia­si­ya Ko­mis­si­ya­sı [8]. (ƏMAK) üzv-döv­lət­lər­də kom­mer­si­ya hü­quq­la­rı­nın təd­ri­cən li­be­ral­laş­dı­rıl­ma­sı proq­ra­mı­nın hə­ya­ta ke­çi­ril­mə­si, mül­kiy­yət və nə­za­rət for­ma­la­rı­na dair mil­li me­yar­la­rın də­yiş­di­ril­mə­si­nin müm­kün­lü­yü, Ərəb avia­da­şı­yı­cı­la­rı­nın kom­mer­si­ya bir­lik­lə­ri­nin ya­ra­dıl­ma­sı pro­se­si­nin və əmək­daş­lıq sa­hə­sin­də di­gər təd­bir­lə­rin dəs­tək­lən­mə­si üçün səy­lər gös­tə­rir. Cə­nub-Şər­qi Asi­ya­da Vyet­nam, Kam­bo­ca, Laos və Myan­ma ki­mi döv­lət­lər ha­va da­şı­ma­la­rı­nın bu böl­gə hü­dud­la­rın­da təd­ri­cən li­be­ral­laş­dı­rıl­ma­sı məq­sə­di­lə sub­re­gio­nal əmək­­daş­lıq proq­ra­mı haq­qın­da mə­sə­lə üz­rə ra­zı­laş­ma­ya gəl­miş­lər [9].

Avia­si­ya si­ya­sə­ti­nin əsas is­ti­qa­mət­lə­ri­nin, xü­su­sən də ən əhə­miy­yət­li, daim mey­da­na çı­xan hü­qu­qi tən­zim­lə­mə mə­sə­lə­lə­ri­nin iş­lən­mə­si­ni da­vam et­dir­mək üçün gə­lə­cək­də BMAT-a mü­va­fiq re­surs­lar və sa­zi­şi im­za­la­yan döv­lət­lə­rin dəs­tə­yi la­zım gə­lə­cək. Be­lə ki, prio­ri­tet is­ti­qa­mət­lər ai­va­şir­kət-da­şı­yı­cı­nın me­yar­la­rı­nın (şərt­lə­ri­nin), ha­va hə­rə­kə­ti­nin sa­bit­li­yi­nin və təh­lü­kə­siz­li­yi­nin və s. müəy­yən­ləş­di­ril­mə­si­dir.

Bu­nun­la ya­na­şı, tən­zim­lə­mə sa­hə­sin­də sü­rət­li də­yi­şik­lik­lər ba­rə­də ça­ğı­rış­la­ra bax­ma­ya­raq, bey­nəl­xalq ha­va da­şı­ma­la­rı sa­hə­sin­də qlo­bal is­la­hat eti­bar­lı­lıq və təh­lü­kə­siz­li­yin üs­tün ol­ma­sı­nı nə­zər­də tu­tan ra­zı­laş­dı­rıl­mış möv­qe­nin əl­də edil­mə­si və adap­ta­si­ya üçün vaxt tə­ləb edən uzun­müd­dət­li pro­ses­dir. Bu­nun­la əla­qə­dar BMAT gə­lə­cək­də də nor­ma­ya­rat­ma funk­si­ya­sı­nı ye­ri­nə ye­tir­mə­li, həm­çi­nin müa­sir döv­lət­lə­rin ha­va fəa­liy­yə­tin­də nəq­liy­yat mü­na­si­bət­lə­ri­nin hü­qu­qi tən­zim­lə­mə­si is­la­ha­tı­nın və li­be­ral­laş­dır­ma pro­se­si­nin mər­kə­zi və ka­ta­li­za­to­ru ola­raq qal­ma­lı­dır.

Bey­nəl­xalq Də­niz Təş­ki­la­tı­nın fəa­liy­yə­ti. Müa­sir bey­nəl­xalq iq­ti­sa­di mü­na­si­bət­lə­rin in­ten­siv in­ki­şa­fı, dün­ya tə­sər­rü­fa­tı­nın qlo­bal­laş­ma­sı, tə­sər­rü­fat hə­ya­tı­nın bey­nəl­mi­ləl­ləş­mə­si və döv­lət­lə­rin art­maq­da olan iq­ti­sa­di in­teq­ra­si­ya­sı şə­rai­tin­də BDT döv­lət­lə­rin də­niz fəa­liy­yə­ti sa­hə­sin­də funk­si­ya­la­rı­nı ye­ri­nə ye­ti­rən əsas bey­nəl­xalq təş­ki­lat ola­raq qal­maq­da­dır. Ke­çən onil­lik­lər ər­zin­də də­niz nəq­liy­ya­tı kök­lü də­yi­şik­lik­lə­rə mə­ruz qal­sa da, dün­ya iq­ti­sa­diy­ya­tı və xa­ri­ci ti­ca­rət­də öz ro­lu­nu qo­ru­yub sax­la­mış­dır. Tək­cə tə­sər­rü­fat əla­qə­lə­ri­nin in­ki­şaf et­di­ril­mə­si­ni de­yil, döv­lət­lə­rin də­niz iq­ti­sa­di fəa­liy­yət mə­ka­nı sa­hə­si­nin ge­niş­lən­di­ril­mə­si­ni də məhz də­niz nəq­liy­ya­tı bir çox cə­hət­dən tə­min et­miş və et­mək­də­dir [10].

İlk də­fə Hö­ku­mət­lə­ra­ra­sı Də­niz Məs­lə­hət Təş­ki­la­tı­nın [11] ya­ra­dıl­ma­sı haq­qın­da Kon­ven­si­ya BMT-nin tə­şəb­bü­sü ilə ça­ğı­rı­lan Bey­nəl­xalq Də­niz Konf­ran­sın­da (Ce­nev­rə, 1948-ci il) im­za­lan­mış­dı. La­kin Kon­ven­si­ya­nın qüv­və­yə min­mə­si üçün zə­ru­ri olan şərt­lər ye­ri­nə ye­ti­ri­lə­nə qə­dər on il keç­di­yin­dən, Bey­nəl­xalq Də­niz Təş­ki­la­tı yal­nız 1958-ci il­dən fəa­liy­yət gös­tər­mə­yə baş­la­dı.

Fak­ti­ki, BDT-nin Ni­zam­na­mə­si olan Kon­ven­si­ya­nın 1-ci mad­də­sin­də onun məq­səd­lə­ri ki­mi aşa­ğı­da­kı­lar gös­tə­ri­lir:

– bey­nəl­xalq də­niz gə­mi­çi­li­yi­nə dair is­tə­ni­lən qə­bil­dən olan tex­ni­ki mə­sə­lə­lə­rin döv­lət tən­zim­lən­mə­si və prak­ti­ka­sı sa­hə­sin­də əmək­daş­lıq me­xa­niz­mi­nin tə­min edil­mə­si, də­niz­də təh­lü­kə­siz­lik, gə­mi­çi­li­yin sə­mə­rə­li­li­yi­nə dair prak­ti­ki ba­xım­dan müm­kün mak­si­mal nor­ma­la­rın ha­mı tə­rə­fin­dən qə­bu­lu­nun dəs­tək­lən­mə­si və bu­na yar­dım gös­tə­ril­mə­si, də­ni­zin gə­mi­lər tə­rə­fin­dən çirk­lən­di­ril­mə­si­nin qar­şı­sı­nın alın­ma­sı və bu­nun­la mü­ba­ri­zə, həm­çi­nin BDT-nin məq­səd­ lə­ri­lə bağ­lı olan in­zi­ba­ti və hü­qu­qi mə­sə­lə­lə­rə ba­xıl­ma­sı;

– dün­ya ti­ca­rə­tin­də gə­mi­çi­li­yin xid­mət­lə­rin­dən is­ti­fa­də za­ma­nı ay­rı-seç­ki­li­yə yol ve­ril­mə­mə­si üçün hö­ku­mət­lər tə­rə­fin­dən bey­nəl­xalq də­niz gə­mi­çi­li­yi­nə aid disk­ri­mi­na­si­ya do­ğu­ran təd­bir­lə­rin və lü­zum­suz məh­du­diy­yət-lə­rin ara­dan qal­dı­rıl­ma­sı­nın hə­vəs­lən­di­ril­mə­si, hö­ku­mət­lə­rin öz mil­li gə­mi­çi­lik-lə­ri­nin in­ki­şaf et­di­ril­mə­si üz­rə səy­lə­ri­nin dəs­tək­lən­mə­si və təş­viq edil­mə­si;

– Təş­ki­lat tə­rə­fin­dən gə­mi­çi­lik şir­kət­lə­ri­nin əda­lət­siz məh­du­diy­yət­lə­ri­lə bağ­lı mə­sə­lə­lə­rə ba­xıl­ma­sı­nın tə­min edil­mə­si;

– Təş­ki­lat tə­rə­fin­dən gə­mi­çi­li­yə və gə­mi­çi­li­yin də­niz mü­hi­ti­nə tə­si­ri ba­rə­də, ona BMT-nin is­tə­ni­lən or­qa­nı və ya ix­ti­sas­laş­dı­rıl­mış qu­ru­mu tə­rə­fin­dən təq­dim olu­nan hər han­sı bir mə­sə­lə­nin ba­xıl­ma­sı­nın tə­min edil­mə­si;

– döv­lət­lər ara­sın­da Təş­ki­la­tın nə­zər­dən ke­çir­di­yi is­tə­ni­lən mə­sə­lə üz­rə in­for­mas­yia mü­ba­di­lə­si­nin tə­min edil­mə­si [12].

Be­lə­lik­lə, BDT-nin fəa­liy­yə­tin­də prio­ri­tet is­ti­qa­mət­lər gə­mi­çi­lik və üz­gü­çü­lü­yün, xü­su­sən, aşa­ğı­da gös­tə­ri­lən tex­ni­ki mə­sə­lə­lə­ri­dir:

a) də­niz­də (okean­da) üz­mə şə­rai­tin­də gə­mi­nin təh­lü­kə­siz­li­yi­nin tə­min edil­mə­si;

b) gə­mi­də iş­lə­yən və onun xid­mət­lə­rin­dən is­ti­fa­də edən in­san­la­rın (sər­ni­şin­lə­rin) hə­ya­tı­nın mü­ha­fi­zə­si;

c) da­şı­nan yük­lə­rin qo­run­ma­sı­nın tə­min edil­mə­si.

Bu­nun­la əla­qə­dar, gə­mi­lə­rin bat­ma­ma­sı, siq­nal­lar, müx­tə­lif qə­bil­dən olan yük­lə­rin da­şın­ma­sı üçün gə­mi­lə­rin konst­ruk­si­ya­la­rı, gə­mi­lə­rin yan­ğın­dan mü­ha­fi­zə­si, ba­lıq­çı gə­mi­lə­ri­nin lə­pə­yə da­vam­lı­lı­ğı və b. bu ki­mi prob­lem­lər üzə­rin­də dai­ma iş apa­rı­lır.

BDT-nin möv­cud­lu­ğu və onun fəa­liy­yət prak­ti­ka­sı gös­tə­rir ki, bu məq­səd­lə­rə nail ol­maq üçün Təş­ki­lat öz sə­la­hiy­yə­ti­nə aid olan bü­tün mə­sə­lə­lə­ri nə­zər­dən ke­çi­rir və on­la­ra dair mü­va­fiq töv­si­yə­lər ve­rir. O, kon­ven­si­ya, sa­ziş və di­gər sə­nəd­lə­rin la­yi­hə­lə­ri­nin də iş­lə­nib ha­zır­lan­ma­sı­nı tə­min edir, on­la­rı hö­ku­mət­lə­rə və hö­ku­mət­lə­ra­ra­sı təş­ki­lat­la­ra töv­si­yə edir; bey­nəl­xalq konf­rans­ların ça­ğı­rıl­ma­sı da onun sə­la­hiy­yə­ti­lə­ri­nə aid­dir. BDT üzv-öl­kə­lər ara­sın­da məs­lə­hət­ləş­mə­lər, döv­lət­lə­rin də­niz fəa­liy­yə­ti, də­niz mü­hi­ti­nin mü­ha­fi­zə­si, tex­ni­ki əmək­daş­lıq mə­sə­lə­lə­ri üz­rə in­for­ma­si­ya mü­ba­di­lə­si me­xa­niz­mi­ni də tə­min edir. 1967-ci il­də «To­ri Kan­yon» tan­ke­ri­nin qə­za­sın­dan son­ra BDT də­ni­zin neft­lə çirk­lən­di­ril­mə­si­nə gö­rə gə­mi sa­hib­lə­ri­nin və döv­lət­lə­rin mə­su­liy­yə­ti ki­mi hü­qu­qi mə­sə­lə­lər­lə də fəal məş­ğul ol­ma­ğa baş­la­mış­dır.

Bu mə­sə­lə­lə­rin həl­lin­də müa­sir bey­nəl­xalq də­niz hü­qu­qu­nun ko­di­fi­ka­si­ya­sı əhə­miy­yət­li rol oy­na­yır. Bu pro­se­sə də­niz hü­qu­qu­na dair 1958-ci il­də qə­bul olun­muş bir sı­ra kon­ven­si­ya ilə [13] rə­vac ve­ril­miş və o, Dün­ya okea­nın­da müa­sir qay­da­la­rın uni­ver­sal mü­qa­vi­lə əsa­sı olan BMT-nin Də­niz hü­qu­qu­na dair 1982-ci il Kon­ven­si­ya­sı [14] ilə ta­mam­lan­mış­dır [15].

Məhz 1982-ci il Kon­ven­si­ya­sı BDT-yə bir sı­ra mü­hüm funk­si­ya hə­va­lə edir ki, o, bun­la­rı «sə­la­hiy­yət­li bey­nəl­xalq təş­ki­lat» qis­min­də ic­ra edir. BDT-nin uni­ver­sal man­da­tı­nın bey­nəl­xalq hü­qu­qa mü­va­fiq ola­raq, si­ya­si və hü­qu­qi ba­xım­dan ge­niş ta­nın­ma­sı ha­zır­da döv­lət­lə­rin ək­sə­riy­yə­ti­nin bu Təş­ki­la­ta üzv ol­ma­sı ilə əsas­la­nır.

Təş­ki­la­tın xü­su­siy­yət­lə­rin­dən bi­ri də on­dan iba­rət­dir ki, onun bü­tün üzv­lə­ri təh­lü­kə­siz­li­yin və də­niz mü­hi­ti­nin çirk­lən­di­ril­mə­si­nin qar­şı­sı­nın alın­ma­sı­na dair, adə­tən, kon­sen­sus yo­lu ilə qə­bul olu­nan töv­si­yə­lə­rin iş­lə­nib ha­zır­lan­ma­sın­da iş­ti­rak et­mək hü­qu­qu­na ma­lik­dir.

BDT or­qan­la­rı ara­sın­da Hü­quq Ko­mi­tə­si­nə xü­su­si yer ay­rıl­mış­dır. Onun sə­la­hiy­yət­lə­ri­nə, xü­su­sən, Neft­lə çirk­lən­dir­mə­dən zə­rə­rə gö­rə mül­ki mə­su­liy­yət haq­qın­da Bey­nəl­xalq Kon­ven­si­ya (1969-cu il) [16] ilə nə­zər­də tu­tu­lan mə­su­liy­yət həd­lə­ri­nin də­yiş­di­ril­mə­si ba­rə­də dü­zə­liş­lə­rin qə­bu­lu aid­dir. Də­niz tə­ləb­lə­ri üz­rə mə­su­liy­yə­tin məh­dud­laş­dı­rıl­ma­sı haq­qın­da Kon­ven­si­ya­ya (1976-cı il) 1996-cı il Pro­to­ku­lu [17] və Sər­ni­şin­lə­rin və ba­qa­jın də­niz­lə da­şın­ma­sı haq­qın­da Afi­na Kon­ven­si­ya­sı­na (1974-cü il) 2002-ci il Pro­to­ko­lu [18] qüv­və­yə min­dik­dən son­ra Hü­quq Ko­mi­tə­si hə­min kon­ven­si­ya­lar­da nə­zər­də tu­tu­lan mə­su­liy­yət həd­lə­ri­nə də bax­maq sə­la­hiy­yə­ti əl­də et­miş­dir.

BDT-nin qə­rar­la­rı (qət­na­mə­lə­ri), baş­lı­ca ola­raq, As­samb­le­ya, Şu­ra, ko­mi­tə­lər tə­rə­fin­dən töv­si­yə və stan­dart­lar şək­lin­də qə­bul edi­lir ki, bun­la­rın əsas məq­sə­di hü­quq nor­ma­la­rı­nın düz­gün təf­si­ri­nə və ey­ni qay­da­da tət­bi­qi­nə dəs­tək ol­maq­dır.

Bey­nəl­xalq təş­ki­lat­la­rın, o cüm­lə­dən də BDT-nin qə­rar­la­rı­nın hü­qu­qi təf­si­ri mə­sə­lə­si ar­tıq uzun müd­dət­dir ki, xü­su­sən, dis­kus­si­ya­lar do­ğur­maq­da­dır. Mə­sə­lən, Q.V.İq­na­ten­ko qa­nu­nauy­ğun ola­raq, be­lə bir müd­dəa­dan çı­xış edir ki, «döv­lət­lə­rin bey­nəl­xalq təş­ki­la­tın ni­zam­na­mə­si­nə mü­va­fiq şə­kil­də hə­rə­kət edə­rək, təş­ki­la­tın or­qan­la­rı­nın qət­na­mə­lə­rin­dən nor­ma­ya­rat­ma for­ma­sı ki­mi is­ti­fa­də et­mək sə­la­hiy­yə­ti var­dır» [19]. Ana­lo­ji fi­kir­də olan T.N.Ne­şa­ta­ye­va BMT sis­te­mi­nin hö­ku­mət­lə­ra­ra­sı təş­ki­lat­la­rı­nın ay­rı-ay­rı qət­na­mə­lə­ri­nin, mü­ba­hi­sə­siz şə­kil­də, bey­nəl­xalq ümu­mi hü­qu­qun mən­bə­lə­ri ol­du­ğu­nu he­sab et­mək­lə ya­na­şı, onu da qeyd edir ki, «bu qə­bil­dən olan qət­na­mə­lər üçün, bi­rin­ci, on­la­rın tə­sis sə­nəd­lə­ri (ni­zam­na­mə­lər) əsa­sın­da qə­bul olun­ma­sı, ikin­ci, döv­lət­lə­rin hü­qu­qi ba­xım­dan məc­bu­ri xa­rak­te­rə ma­lik dav­ra­nış qay­da­la­rı­nı təs­bit et­mə­lə­ri xa­rak­te­rik­dir» [20].

Gü­man edi­rik ki, BDT-nin yu­xa­rı­da gös­tə­ri­lən qət­na­mə­lə­ri, bü­töv­lük­də, bey­nəl­xalq hü­qu­qun mən­bə­lə­ri sə­ciy­yə­si­nə ma­lik de­yil, çün­ki on­la­rın qə­bu­lu za­ma­nı təş­ki­la­ta üzv döv­lət­lə­rin ira­də­lə­ri­nin bi­la­va­si­tə ra­zı­laş­dı­rıl­ma­sı baş ver­mir və on­lar, ma­hiy­yət eti­ba­ri­lə, təş­ki­la­tın ira­də­si­nin bir­tə­rəf­li açıq­lan­ma­sın­dan iba­rət­dir. Bə­zən töv­si­yə­lər ay­rı-ay­rı hal­lar­da, xü­su­sən də, gə­mi­çi­lik təh­lü­kə­siz­li­yi­nin konk­ret hü­qu­qi nor­ma­lar­la tən­zim­lən­mə­yən mə­sə­lə­lə­ri­nə aid ol­duq­da, BDT-nin be­lə töv­si­yə­lə­ri məc­bu­ri xa­rak­ter da­şı­ma­lı­dır.

Di­gər bir xü­su­siy­yət on­dan iba­rət­dir ki, bü­tün bey­nəl­xalq də­niz təş­ki­lat­la­rı ara­sın­da bey­nəl­xalq sə­viy­yə­də yal­nız BDT-nin prak­ti­ka­da nor­ma­tiv gös­tə­riş­lər qüv­və­si­nə ma­lik töv­si­yə­lər müəy­yən­ləş­dir­mək hü­qu­qu var­dır. Be­lə töv­si­yə­lər, xü­su­sən, gə­mi­lə­rin bey­nəl­xalq bo­ğaz­lar­da hə­rə­kət yol­la­rı və bö­lüş­dü­rül­mə­si sxem­lə­ri­nə, Dün­ya okea­nı­nın bu və ya di­gər ra­yo­nun­da üz­mək üçün məs­lə­hət gö­rü­lən yol­la­ra, su­ya də­rin otu­ru­ma ma­lik olan xü­su­si xa­rak­te­ris­ti­ka­lı gə­mi­lər üçün məs­lə­hət gö­rü­lən marş­rut­la­ra və s. aid­dir. Be­lə nor­ma və prin­sip­lər­dən Də­niz­də in­san hə­ya­tı­nın mü­ha­fi­zə­si­nə dair 1974-cü il Bey­nəl­xalq Kon­ven­si­ya­sın­da (SO­LAS) [21] söh­bət ge­dir.

Təq­di­rə­la­yiq­dir ki, ha­zır­da BDT gə­mi­lə­rin hə­rə­kə­ti­nin bö­lüş­dü­rül­mə­si üz­rə 100-dən ar­tıq sxem təs­diq edib və on­la­ra ria­yət olun­ma­sı­nı döv­lət­lə­rə məs­lə­hət gö­rüb. Əra­zi də­ni­zi və ona bi­ti­şik zo­na haq­qın­da 1958-ci il Kon­ven­si­ya­sı­nın 17-ci mad­də­si­nə və Də­niz hü­qu­qu­na dair 1982-ci il BMT Kon­ven­si­ya­sı­nın 41-ci mad­də­si­nə mü­va­fiq ola­raq, döv­lət­lər BDT-nın töv­si­yə­lə­ri əsa­sın­da üz­mə marş­rut­la­rı və gə­mi­lə­rin hə­rə­kə­ti­nin böl­gü­sü üz­rə sxem­lər haq­qın­da mü­va­fiq mil­li qa­nun və qay­da­lar qə­bul edib­lər.

Sö­zü ge­dən 41-ci mad­də­də, xü­su­sən, aşa­ğı­da­kı­lar təs­bit olu­nub: «bo­ğaz­la­rın sa­hil­ya­nı döv­lət­lə­ri gə­mi­lə­rin hə­rə­kət zo­laq­la­rı­nı tə­yin edə və bo­ğaz­lar­da gə­mi­lə­rin əv­vəl­cə bey­nəl­xalq təş­ki­lat tə­rə­fin­dən təs­diq olu­nan ay­rı hə­rə­kət sxem­lə­ri­ni müəy­yən­ləş­di­rə bi­lər»; «tran­zit ke­çid za­ma­nı gə­mi­lər tət­biq olu­nan də­niz dəh­liz­lə­ri­nə və hə­rə­kə­tin bu mad­də ilə müəy­yən­ləş­di­ri­lən böl­gü­sü sxem­lə­ri­nə ria­yət edir­lər» [22].

Bu ona də­la­lət edir ki, hə­min Kon­ven­si­ya qüv­və­yə min­dik­dən son­ra, ha­mı tə­rə­fin­dən ta­nı­nan bey­nəl­xalq-hü­qu­qi nor­ma öz for­mal təs­bi­ti­ni tap­mış­dır. Bu nor­ma­ya gö­rə, sa­hil­ya­nı döv­lət­lər bey­nəl­xalq bo­ğaz­lar­da BDT-nin ra­zı­lı­ğı ilə hə­rə­kə­tin bö­lün­mə­si üz­rə marş­rut və sxem­lə­ri müəy­yən­ləş­di­rir. Prak­ti­ki plan­da bu o de­mək­dir ki, (mə­sə­lən, gə­mi ka­pi­tan­la­rı və gə­mi sa­hib­lə­ri üçün), BDT-nin töv­si­yə­lə­ri­nin po­zul­ma­sı bey­nəl­xalq-hü­qu­qi nor­ma­la­rın po­zul­ma­sı za­ma­nı mey­da­na çı­xan ey­ni hü­qu­qi nə­ti­cə­lər do­ğu­rur. Də­niz ar­bit­raj ko­mis­si­ya­la­rı da hə­min töv­si­yə­lə­rin po­zul­ma­sı­na, fak­ti­ki

 

 

 

 

 

 

 

 

 

 

ın ça­ğı­rıl­ma­sı da onun sə­la­hiy­yə­ti­lə­ri­nə aid­dir. BDT üzv-öl­kə­lər ara­sın­da məs­lə­hət­ləş­mə­lər, döv­lət­lə­rin də­niz fəa­liy­yə­ti, də­niz mü­hi­ti­nin mü­ha­fi­zə­si, tex­ni­ki əmək­daş­lıq mə­sə­lə­lə­ri üz­rə in­for­ma­si­ya mü­ba­di­lə­si me­xa­niz­mi­ni də tə­min edir. 1967-ci il­də «To­ri Kan­yon» tan­ke­ri­nin qə­za­sın­dan son­ra BDT də­ni­zin neft­lə çirk­lən­di­ril­mə­si­nə gö­rə gə­mi sa­hib­lə­ri­nin və döv­lət­lə­rin mə­su­liy­yə­ti ki­mi hü­qu­qi mə­sə­lə­lər­lə də fəal məş­ğul ol­ma­ğa baş­la­mış­dır.

Bu mə­sə­lə­lə­rin həl­lin­də müa­sir bey­nəl­xalq də­niz hü­qu­qu­nun ko­di­fi­ka­si­ya­sı əhə­miy­yət­li rol oy­na­yır. Bu pro­se­sə də­niz hü­qu­qu­na dair 1958-ci il­də qə­bul olun­muş bir sı­ra kon­ven­si­ya ilə [13] rə­vac ve­ril­miş və o, Dün­ya okea­nın­da müa­sir qay­da­la­rın uni­ver­sal mü­qa­vi­lə əsa­sı olan BMT-nin Də­niz hü­qu­qu­na dair 1982-ci il Kon­ven­si­ya­sı [14] ilə ta­mam­lan­mış­dır [15].

Məhz 1982-ci il Kon­ven­si­ya­sı BDT-yə bir sı­ra mü­hüm funk­si­ya hə­va­lə edir ki, o, bun­la­rı «sə­la­hiy­yət­li bey­nəl­xalq təş­ki­lat» qis­min­də ic­ra edir. BDT-nin uni­ver­sal man­da­tı­nın bey­nəl­xalq hü­qu­qa mü­va­fiq ola­raq, si­ya­si və hü­qu­qi ba­xım­dan ge­niş ta­nın­ma­sı ha­zır­da döv­lət­lə­rin ək­sə­riy­yə­ti­nin bu Təş­ki­la­ta üzv ol­ma­sı ilə əsas­la­nır.

Təş­ki­la­tın xü­su­siy­yət­lə­rin­dən bi­ri də on­dan iba­rət­dir ki, onun bü­tün üzv­lə­ri təh­lü­kə­siz­li­yin və də­niz mü­hi­ti­nin çirk­lən­di­ril­mə­si­nin qar­şı­sı­nın alın­ma­sı­na dair, adə­tən, kon­sen­sus yo­lu ilə qə­bul olu­nan töv­si­yə­lə­rin iş­lə­nib ha­zır­lan­ma­sın­da iş­ti­rak et­mək hü­qu­qu­na ma­lik­dir.

BDT or­qan­la­rı ara­sın­da Hü­quq Ko­mi­tə­si­nə xü­su­si yer ay­rıl­mış­dır. Onun sə­la­hiy­yət­lə­ri­nə, xü­su­sən, Neft­lə çirk­lən­dir­mə­dən zə­rə­rə gö­rə mül­ki mə­su­liy­yət haq­qın­da Bey­nəl­xalq Kon­ven­si­ya (1969-cu il) [16] ilə nə­zər­də tu­tu­lan mə­su­liy­yət həd­lə­ri­nin də­yiş­di­ril­mə­si ba­rə­də dü­zə­liş­lə­rin qə­bu­lu aid­dir. Də­niz tə­ləb­lə­ri üz­rə mə­su­liy­yə­tin məh­dud­laş­dı­rıl­ma­sı haq­qın­da Kon­ven­si­ya­ya (1976-cı il) 1996-cı il Pro­to­ku­lu [17] və Sər­ni­şin­lə­rin və ba­qa­jın də­niz­lə da­şın­ma­sı haq­qın­da Afi­na Kon­ven­si­ya­sı­na (1974-cü il) 2002-ci il Pro­to­ko­lu [18] qüv­və­yə min­dik­dən son­ra Hü­quq Ko­mi­tə­si hə­min kon­ven­si­ya­lar­da nə­zər­də tu­tu­lan mə­su­liy­yət həd­lə­ri­nə də bax­maq sə­la­hiy­yə­ti əl­də et­miş­dir.

BDT-nin qə­rar­la­rı (qət­na­mə­lə­ri), baş­lı­ca ola­raq, As­samb­le­ya, Şu­ra, ko­mi­tə­lər tə­rə­fin­dən töv­si­yə və stan­dart­lar şək­lin­də qə­bul edi­lir ki, bun­la­rın əsas məq­sə­di hü­quq nor­ma­la­rı­nın düz­gün təf­si­ri­nə və ey­ni qay­da­da tət­bi­qi­nə dəs­tək ol­maq­dır.

Bey­nəl­xalq təş­ki­lat­la­rın, o cüm­lə­dən də BDT-nin qə­rar­la­rı­nın hü­qu­qi təf­si­ri mə­sə­lə­si ar­tıq uzun müd­dət­dir ki, xü­su­sən, dis­kus­si­ya­lar do­ğur­maq­da­dır. Mə­sə­lən, Q.V.İq­na­ten­ko qa­nu­nauy­ğun ola­raq, be­lə bir müd­dəa­dan çı­xış edir ki, «döv­lət­lə­rin bey­nəl­xalq təş­ki­la­tın ni­zam­na­mə­si­nə mü­va­fiq şə­kil­də hə­rə­kət edə­rək, təş­ki­la­tın or­qan­la­rı­nın qət­na­mə­lə­rin­dən nor­ma­ya­rat­ma for­ma­sı ki­mi is­ti­fa­də et­mək sə­la­hiy­yə­ti var­dır» [19]. Ana­lo­ji fi­kir­də olan T.N.Ne­şa­ta­ye­va BMT sis­te­mi­nin hö­ku­mət­lə­ra­ra­sı təş­ki­lat­la­rı­nın ay­rı-ay­rı qət­na­mə­lə­ri­nin, mü­ba­hi­sə­siz şə­kil­də, bey­nəl­xalq ümu­mi hü­qu­qun mən­bə­lə­ri ol­du­ğu­nu he­sab et­mək­lə ya­na­şı, onu da qeyd edir ki, «bu qə­bil­dən olan qət­na­mə­lər üçün, bi­rin­ci, on­la­rın tə­sis sə­nəd­lə­ri (ni­zam­na­mə­lər) əsa­sın­da qə­bul olun­ma­sı, ikin­ci, döv­lət­lə­rin hü­qu­qi ba­xım­dan məc­bu­ri xa­rak­te­rə ma­lik dav­ra­nış qay­da­la­rı­nı təs­bit et­mə­lə­ri xa­rak­te­rik­dir» [20].

Gü­man edi­rik ki, BDT-nin yu­xa­rı­da gös­tə­ri­lən qət­na­mə­lə­ri, bü­töv­lük­də, bey­nəl­xalq hü­qu­qun mən­bə­lə­ri sə­ciy­yə­si­nə ma­lik de­yil, çün­ki on­la­rın qə­bu­lu za­ma­nı təş­ki­la­ta üzv döv­lət­lə­rin ira­də­lə­ri­nin bi­la­va­si­tə ra­zı­laş­dı­rıl­ma­sı baş ver­mir və on­lar, ma­hiy­yət eti­ba­ri­lə, təş­ki­la­tın ira­də­si­nin bir­tə­rəf­li açıq­lan­ma­sın­dan iba­rət­dir. Bə­zən töv­si­yə­lər ay­rı-ay­rı hal­lar­da, xü­su­sən də, gə­mi­çi­lik təh­lü­kə­siz­li­yi­nin konk­ret hü­qu­qi nor­ma­lar­la tən­zim­lən­mə­yən mə­sə­lə­lə­ri­nə aid ol­duq­da, BDT-nin be­lə töv­si­yə­lə­ri məc­bu­ri xa­rak­ter da­şı­ma­lı­dır.

Di­gər bir xü­su­siy­yət on­dan iba­rət­dir ki, bü­tün bey­nəl­xalq də­niz təş­ki­lat­la­rı ara­sın­da bey­nəl­xalq sə­viy­yə­də yal­nız BDT-nin prak­ti­ka­da nor­ma­tiv gös­tə­riş­lər qüv­və­si­nə

 

ma­lik töv­si­yə­lər müəy­yən­ləş­dir­mək hü­qu­qu var­dır. Be­lə töv­si­yə­lər, xü­su­sən, gə­mi­lə­rin bey­nəl­xalq bo­ğaz­lar­da hə­rə­kət yol­la­rı və bö­lüş­dü­rül­mə­si sxem­lə­ri­nə, Dün­ya okea­nı­nın bu və ya di­gər ra­yo­nun­da üz­mək üçün məs­lə­hət gö­rü­lən yol­la­ra, su­ya də­rin otu­ru­ma ma­lik olan xü­su­si xa­rak­te­ris­ti­ka­lı gə­mi­lər üçün məs­lə­hət gö­rü­lən marş­rut­la­ra və s. aid­dir. Be­lə nor­ma və prin­sip­lər­dən Də­niz­də in­san hə­ya­tı­nın mü­ha­fi­zə­si­nə dair 1974-cü il Bey­nəl­xalq Kon­ven­si­ya­sın­da (SO­LAS) [21] söh­bət ge­dir.

Təq­di­rə­la­yiq­dir ki, ha­zır­da BDT gə­mi­lə­rin hə­rə­kə­ti­nin bö­lüş­dü­rül­mə­si üz­rə 100-dən ar­tıq sxem təs­diq edib və on­la­ra ria­yət olun­ma­sı­nı döv­lət­lə­rə məs­lə­hət gö­rüb. Əra­zi də­ni­zi və ona bi­ti­şik zo­na haq­qın­da 1958-ci il Kon­ven­si­ya­sı­nın 17-ci mad­də­si­nə və Də­niz hü­qu­qu­na dair 1982-ci il BMT Kon­ven­si­ya­sı­nın 41-ci mad­də­si­nə mü­va­fiq ola­raq, döv­lət­lər BDT-nın töv­si­yə­lə­ri əsa­sın­da üz­mə marş­rut­la­rı və gə­mi­lə­rin hə­rə­kə­ti­nin böl­gü­sü üz­rə sxem­lər haq­qın­da mü­va­fiq mil­li qa­nun və qay­da­lar qə­bul edib­lər.

Sö­zü ge­dən 41-ci mad­də­də, xü­su­sən, aşa­ğı­da­kı­lar təs­bit olu­nub: «bo­ğaz­la­rın sa­hil­ya­nı döv­lət­lə­ri gə­mi­lə­rin hə­rə­kət zo­laq­la­rı­nı tə­yin edə və bo­ğaz­lar­da gə­mi­lə­rin əv­vəl­cə bey­nəl­xalq təş­ki­lat tə­rə­fin­dən təs­diq olu­nan ay­rı hə­rə­kət sxem­lə­ri­ni müəy­yən­ləş­di­rə bi­lər»; «tran­zit ke­çid za­ma­nı gə­mi­lər tət­biq olu­nan də­niz dəh­liz­lə­ri­nə və hə­rə­kə­tin bu mad­də ilə müəy­yən­ləş­di­ri­lən böl­gü­sü sxem­lə­ri­nə ria­yət edir­lər» [22].

Bu ona də­la­lət edir ki, hə­min Kon­ven­si­ya qüv­və­yə min­dik­dən son­ra, ha­mı tə­rə­fin­dən ta­nı­nan bey­nəl­xalq-hü­qu­qi nor­ma öz for­mal təs­bi­ti­ni tap­mış­dır. Bu nor­ma­ya gö­rə, sa­hil­ya­nı döv­lət­lər bey­nəl­xalq bo­ğaz­lar­da BDT-nin ra­zı­lı­ğı ilə hə­rə­kə­tin bö­lün­mə­si üz­rə marş­rut və sxem­lə­ri müəy­yən­ləş­di­rir. Prak­ti­ki plan­da bu o de­mək­dir ki, (mə­sə­lən, gə­mi ka­pi­tan­la­rı və gə­mi sa­hib­lə­ri üçün), BDT-nin töv­si­yə­lə­ri­nin po­zul­ma­sı bey­nəl­xalq-hü­qu­qi nor­ma­la­rın po­zul­ma­sı za­ma­nı mey­da­na çı­xan ey­ni hü­qu­qi nə­ti­cə­lər do­ğu­rur. Də­niz ar­bit­raj ko­mis­si­ya­la­rı da hə­min töv­si­yə­lə­rin po­zul­ma­sı­na, fak­ti­ki ola­raq, bey­nəl­xalq nor­ma­la­rın po­zul­ma­sı ki­mi ba­xır.

BDT-nin stan­dart­la­rı [23] da müəy­yən nə­zə­ri və da­ha çox, prak­ti­ki ma­raq do­ğu­rur. Bu stan­dart­lar Təş­ki­la­tın in­zi­ba­ti, req­la­ment­ləş­di­ri­ci akt­la­rı­nın mü­va­fiq for­ma­sı və ya onun, xü­su­sən, gə­mi­çi­li­yin ef­fekt­li­li­yi və təh­lü­kə­siz­li­yi mə­sə­lə­lə­ri üz­rə qə­bul edi­lən və Təş­ki­la­tın ira­də­si­nin açıq­lan­ma­sı­nın nə­ti­cə­si olan bir­tə­rəf­li akt­lar ki­mi nə­zər­dən ke­çi­ri­lir [24].

BDT həm BMT və onun ix­ti­sas­laş­dı­rıl­mış qu­rum­la­rı, həm də di­gər bey­nəl­xalq təş­ki­lat­lar­la xü­su­si sa­ziş­lər bağ­la­maq va­si­tə­si­lə ak­tiv şə­kil­də əmək­daş­lıq edir. Be­lə sa­ziş­lər əsa­sın­da tə­rəf­lər:

1) qar­şı­lıq­lı ma­raq do­ğu­ran prob­lem­lər üz­rə bir-bi­ri­nə məs­lə­hət­lər ve­rir;

2) əsas və yar­dım­çı or­qan­la­rın ses­si­ya­la­rın­da səs hü­qu­qu ol­ma­dan iş­ti­rak edir;

3) mü­va­fiq və­zi­fə­lə­rin həl­li üçün bir­gə ko­mi­tə­lər, iş­çi qrup­lar tə­sis edir;

4) zə­ru­ri in­for­ma­si­ya və sə­nəd mü­ba­di­lə­si apa­rır­lar [25].

BDT bey­nəl­xalq də­niz stan­dart­la­rı iş­lə­nib ha­zır­la­nar­kən, adə­tən, bö­yük həcm­də ha­zır­lıq iş­lə­ri gö­rən qey­ri-hö­ku­mət də­niz təş­ki­lat­la­rı [26] ilə də ey­ni də­rə­cə­də fəal əmək­daş­lıq edir.

BDT həm­çi­nin BMT-nin ix­ti­sas­laş­dı­rıl­mış qu­rum­la­rı­nın si­ya­sət və fəa­liy­yə­ti­nin əla­qə­lən­di­ril­mə­sin­də əmək­daş­lı­ğı, ha­be­lə EKO­SOS-un be­lə əla­qə­lən­dir­mə­ni asan­laş­dır­maq üçün ya­ra­da­ca­ğı is­tə­ni­lən or­qa­nın işin­də iş­ti­rak et­mə­yi öh­də­si­nə gö­tü­rür. Mə­lum ol­du­ğu ki­mi, BMT-nin ix­ti­sas­laş­dı­rıl­mış qu­rum­lar­la Sa­zi­şi­nin (yan­var 1959-cu il) IX mad­də­sin­də müəy­yən­ləş­di­ril­miş­dir ki, «Baş As­samb­le­ya BDT-nın BMT və ya di­gər ix­ti­sas­laş­dı­rıl­mış qu­rum­lar­la qar­şı­lıq­lı mü­na­si­bət­lə­rə dair mə­sə­lə­lər is­tis­na ol­maq­la, BDT-yə Bey­nəl­xalq Məh­kə­mə­nin məs­lə­hət­çi rəy­lə­ri­ni tə­ləb et­mə­yə ica­zə ve­rir». BDT EKO­SOS-u bağ­la­dı­ğı sa­zi­şin pred­me­ti ba­rə­də mə­lu­mat­lan­dır­ma­ğı, Təş­ki­lat­la is­tə­ni­lən ix­ti­sas­laş­dı­rıl­mış qu­rum, hö­ku­mət­lə­ra­ra­sı və ya qey­ri-hö­ku­mət bey­nəl­xalq təş­ki­lat­la­rı ara­sın­da hər han­sı bir sa­ziş bağ­lan­ma­sı ba­rə­də xə­bər­dar et­mə­yi öh­də­si­nə gö­tü­rür.

Müa­sir döv­lət­lə­rin də­niz fəa­liy­yə­ti­nin in­ten­siv in­ki­şa­fı nor­ma və stan­dart­la­rın daim tə­zə­lən­mə­si­ni tə­ləb edir ki, bu da mü­va­fiq kon­ven­si­ya­la­ra də­yi­şik­lik və dü­zə­liş­lər edil­mə­si­nə gə­ti­rib çı­xa­rır. BDT-nin hi­ma­yə­si al­tın­da qə­bul olu­nan bir çox kon­ven­si­ya­da tex­ni­ki müd­dəa­la­ra də­yi­şik­lik­lər edil­mə­si və on­la­rın qüv­və­yə min­mə­si­nin «din­məz qə­bul» prin­si­pi­nə (ac­quies­cen­ce) əsas­la­nan po­se­du­ru nə­zər­də tu­tu­lur [27].

BDT haq­qın­da Kon­ven­si­ya­nın müd­dəa­la­rı­na mu­va­fiq ola­raq, Təş­ki­lat hö­ku­mət­lə­rin müəy­yən sa­hə­lər­də əmək­daş­lı­ğı me­xa­niz­mi­ni, bey­nəl­xalq kon­ven­si­ya­la­rın la­yi­hə­lə­ri­nin iş­lə­nib ha­zır­lan­ma­sı­nı tə­min edir, on­la­rın araş­dı­rıl­ma­sı və qə­bu­lu üçün konf­rans­lar ça­ğı­rır. Be­lə kon­ven­si­ya­la­ra üzv olan döv­lət­lər öz üzər­lə­ri­nə ora­da­kı nor­ma və stan­dart­la­rın ye­ri­nə ye­ti­ril­mə­si öh­də­li­yi­ni gö­tü­rür­lər. On­la­rın ef­fekt­li­li­yi, xü­su­sən də, gə­mi­çi­li­yin təh­lü­kə­siz­li­yi və çirk­lən­dir­mə­nin qar­şı­sı­nın alın­ma­sı mə­sə­lə­lə­rin­də, ilk növ­bə­də, on­la­rın tə­ləb­lə­ri­nə bay­raq döv­lə­ti­nin vic­dan­la və dü­rüst əməl et­mə­sin­dən ası­lı­dır.

Di­gər bir xü­su­siy­yət on­dan iba­rət­dir ki, BDT-nin töv­si­yə­lə­ri ümum­ta­nın­mış də­niz prak­ti­ka­sı­na əsas­lan­dı­ğın­dan və ona gö­rə də bey­nəl­xalq hü­qu­qun adi nor­ma­la­rı ol­du­ğun­dan, həm üzv-döv­lət­lər, həm də üzv ol­ma­yan döv­lət­lər tə­rə­fin­dən ic­ra edil­mə­li­dir. Be­lə ya­naş­ma­nın məc­bu­ri­li­yi göz önün­də­dir, çün­ki də­niz­də müx­tə­lif fəa­liy­yət növ­lə­ri­nin hə­ya­ta ke­çi­ril­mə­si za­ma­nı töv­si­yə­lə­rin po­zul­ma­sı cid­di nə­ti­cə­lər do­ğu­ra bi­lər.

Bu­nun­la ya­na­şı, döv­lət­lə­rin BDT-nin töv­si­yə və stan­dart­la­rı­na əməl et­mək öh­də­lik­lə­ri, ək­sər hal­lar­da, çox­tə­rəf­li bey­nəl­xalq mü­qa­vi­lə­lər­də təs­bit edi­lir. Mə­sə­lən, BDT-nin də­niz mü­hi­ti­nin gə­mi­lər­dən çirk­lən­di­ril­mə­si­nin qar­şı­sı­nın alın­ma­sı, azal­dıl­ma­sı və nə­za­rət­də sax­la­nıl­ma­sı­na dair stan­dart­la­rı­nın məc­bu­ri­li­yi BMT-nin Də­niz hü­qu­qu­na dair Kon­ven­si­ya­sı­nın 217-ci mad­də­sin­də təs­bit olu­nub, Gə­mi­lə­rin təh­lü­kə­siz is­tis­ma­rı­nın ida­rə olun­ma­sı­na və çirk­lən­dir­mə­nin qar­şı­sı­nın alın­ma­sı­na dair Bey­nəl­xalq Mə­cəl­lə­nin (1993-cü il) məc­bu­ri­li­yi Bey­nəl­xalq SO­LAS Kon­ven­si­ya­sı­nın IX fəs­lin­də qeyd edi­lib və s. Gös­tə­ri­lən nü­mu­nə­lər təs­diq edir ki, döv­lət­lə­rin BDT-nin be­lə stan­dart­la­rı­na ria­yət edil­mə­si­nin tə­min olun­ma­sı ilə bağ­lı öh­də­lik­lə­ri on­la­rın hü­qu­qi qüv­və­sin­dən de­yil (çün­ki töv­si­yə­lər be­lə qüv­və­yə ma­lik ol­mur), ümu­mi xa­rak­ter­li mü­qa­vi­lə­lə­rin gös­tə­riş­lə­rin­dən irə­li gə­lir.

Bu mə­na­da, gə­mi­çi­li­yin, də­niz nəq­liy­ya­tı da­şı­ma­la­rı­nın dün­ya miq­ya­sın­da hü­qu­qi tən­zim­lən­mə­si­nin və in­ki­şa­fı­nın ni­za­ma sa­lın­ma­sı­na yö­nəl­di­lən sə­nəd­lə­rin, mə­sə­lən, «Təş­ki­la­tın 6 il­lik dövr (2004-2010-cu il­lər) üçün st­ra­te­ji Pla­nı»nın [28] ro­lu əhə­miy­yət­li də­rə­cə­də ar­tır.

Nə­zər­dən ke­çir­di­yi­miz ya­naş­ma­lar BMAT və BDT-nin fəa­liy­yə­tin­də mü­hüm rol oy­na­yır, bey­nəl­xalq ha­va və bey­nəl­xalq də­niz nəq­liy­yat mü­na­si­bət­lə­ri­nin tən­zim­lən­mə­si­nin tək­mil­ləş­di­ril­mə­si mə­sə­lə­lə­rin­də prin­si­pial əhə­miy­yət kəsb edir.

 

 

 

İstifadə olunmuş ədəbiyyat siyahısı:

 

1. Onun fəaliyyəti barədə daha ətraflı bax: Верещагин А.Н. Международное воздушное право. М., 1966; Малеев Ю.Н. Международное воздушное право. М., 1986; Бордунов В.Д. Правовой механизм деятельности международных авиационных организаций. М., 1989 və b.

2. Daha ətraflı bax: Курс международного права в шести томах. Т. 5. М.: Наука, 1969, с. 143-145; Современное международное морское право / Отв. ред. М.И. Лазарев. М.: Наука, 1974; Молодцов С.В. Международное морское право. М.: Наука, 1987; Международное морское право / Отв. ред. И.П. Блищенко. М.: УДН, 1988; Мировой океан и международное право / Отв. ред. А.П. Мовчан, А. Янков. М.: Наука, 1986 г.; Международное морское право / Отв. ред. С.А. Гуреев. М.: Юридическая литература, 2003; Ковалёв А.А. Современное международное морское право и практика его применения. М.: Научная книга, 2003 və b.

3. Konfransda BMAT-ın üzvü olan 145 öl­kə­nin (188-dən), həmçinin müvafiq Mü­qa­vi­lə­ni imzalayan 26 beynəlxalq müşahidəçi təş­ki­latın təmsilçiləri iştirak etmişdir. Bu ba­rə­də daha ətraflı bax: Хроника ООН. Издание ООН. Выпуск XL, № 4, декабрь 2003 г. - февраль 2004 г., с. 15.

4. Хроника ООН. Издание ООН. Выпуск XL, № 4, декабрь 2003 - февраль 2004, с. 15.

5. Bax: yenə orada, s.16.

6. Bu barədə daha ətraflı bax: Фридлянд А.А., Чубукова Т.П., Ван Т.Х. Интеграция в авиатранспортном бизнесе. Механизмы формирования эффективных альянсов. М.: Научно-методический центр "Аэропрогресс", 2003.

7. African Civil Aviation Commission. http:// www.afcac-cafac.sn.

8. Arabe Civil Aviation Commission. http:// www.acac.or[.ma.

9. Bax: Фридлянд А.А., Чубукова Т.П., Ван Т.Х. Интеграция в авиатранспортном бизнесе. Механизмы формирования эффективных альянсов. М.: Научно-методический центр "Аэропрогресс", 2003.

10. Hazırda ümumdünya yük dövriyyəsinin 90%-dən çoxu dəniz nəqliyyatının payına düşür. Bu barədə bax: Морские порты России. 2000, № 1, с. 13.

11. BDT 1982-ci ilin may ayına qədər belə ad­lanırdı; 1959-cu ildən HDMT (İMKO) - BMT-nin ixtisaslaşdırılmış təşkilatı; 2003-cü ilin əvvəlləri üçün BDT tərkibində 160 üzv-dövlət vardı. Bax: Международное морское право / Отв.ред. С.А.Гуреев. М.: Юридическая литература, 2003, с. 407. Təşkilatın yaranması barədə daha ətraflı bax:  Колесник Д.Н. Первая Ассамблея ИМКО. Ленинград: "ЦНИИМФ. Морское право и практика". Информационный сборник. Выпуск 49, 1960, с. 34-39; Савельев А.А., Джавад Ю.Х. Межправительственная морская консультативная организация // Морской флот.  № 1, 1960, с. 7-16; Шибаева Е.А. Международные организации в области транспорта и связи. М.: Международные отношения, 1960.

12. Sitat gətirilib: Сборник действующих договоров, соглашений и конвенций, заключенных СССР с иностранными государствами. Выпуск ХХ. М.: Госполитиздат, 1961, с. 640-658.

13. Конвенция об открытом море (1958) http://www.un.or[/russian/law/ilc/hsea.pdf; Конвенция о континентальном шельфе (1958)http://www.un.or[/russian/law/ilc/conts. pdf; Конвенция о рыболовстве и охране живых ресурсов открытого моря (1958) http://www.un.or[/russian/law/ilc/ fisheries58.pdf; Конвенция о территориальном море и прилежащей зоне (1958) http://www.un.or[/russian/law/ilc/ tsea.pdf.

14. Конвенция ООН по морскому праву (1982) http://www.un.or[/russian/documen/ convents/lawsea.pdf.

15. Bu barədə daha ətraflı bax: Тункин Г.И., Шишкин В.М. О международно-правовых принципах нового международного экономического порядка // Советское государство и право. № 9, 1980, с. 88-96; Захарова Н.В. Новый международный экономический порядок: правовые аспекты. В кн.: Всеобъемлющая система международной безопасности и международное право. М.: Наука, 1987; Эфендиев О.Ф. Новый международный экономический порядок в Мировом океане. М.: МФИ, 1989 вя б.

16. International Convention on Civil Liability for Oil Pollution Dama[e (CLC), 1969 http://www.imo.or[/Conventions/contents.asp?topic_id=256&doc_id=660.

17. Convention on Limitation of Liability for Maritime Claims (LLMC), 1976 http:// www.imo.or[/Conventions/mainframe.asp?topic_id=256&doc_id=664.

18. Athens Convention relatin[ to the Carria[e of Passen[ers and their Lu[[a[e by Sea (PAL), 1974 http://www.imo.or[/Conventions/mainframe.asp?topic_id=256&doc_id=663.

19. Bax: Игнатенко Г.В. Международное право и общественный прогресс. М.: Международные отношения, 1972, с. 28.

20. Bax: Нешатаева Т.Н. Международные организации и право. Новые тенденции в международно-правовом регулировании. М., Дело,  1999, с. 92.

21. International Convention for the Safety of Life at Sea (SOLAS), 1974 http://www.imo. or[/Conventions/ index. asp?topic_id=250.

22. Dəniz hüququna dair BMT Konvensiyası (1982-ci il) http://www.un.or[/russian/documen/convents/lawsea.pdf.

23. Bu termin daha çox 1982-ci il Kon­ven­si­ya­sında istifadə edilir. Bax: mad. 197, 208, 210, 217 və b.

24. Bunlara aiddir: məsələn, Beynəlxalq təh­lü­kəli yük daşıma Məcəlləsi  (1965-ci il), Təh­lükəli kimyəvi yükləri doldurma yolu ilə daşıyan gəmilərin konstruksiyası və təc­hizatı Külliyyatı  (1973-cü il), Bey­nəl­xalq işarələr Külliyyatı  (1965-ci il), Nüvə ti­carət gəmilərinin təhlükəsizliyi Kül­liy­ya­tı (1982-ci il), Beynəlxalq balıılar və ba­lıq­çı gəmilərinin təhlükəsizliyi Məcəlləsi (1974-cü il), Gəmilərin təhlükəsiz idarə olun­ması və çirklənmənin qarşısının alın­ma­sı üzrə Beynəlxalq Məcəllə  (1993-cü il) və b.

25. Bu barədə daha ətraflı bax, məsələn: Бекяшев К.А., Серебряков В.В. Международные морские организации. Ленинград: Гидрометеоиздат, 1979, с. 225-229; Гуцуляк В.Н. Международное морское право (публичное и частное). М.: Центр морского права, 2003, с. 263-276; Международное морское право / Отв. ред. С.А. Гуреев. М.: Юридическая литература, 2003, с. 406-436. BDT-nin qarşılıqlı fəa­liy­yətdə olduğu əsas beynəlxalq hö­ku­mət­lər­arası təşkilatlar:  BƏT (Beynəlxalq Əmək Təşkilatı), ƏKTT (Ərzaq və Kənd Tə­sərrüfatı Təşkilatı), MAQATE (Atom ener­jisi üzrə Beynəlxalq Agentlik) və di­gər­ləri.

26. Məsələn: Beynəlxalq Gəmiçilik Palatası (BGP), Beynəlxalq Dəniz Sığorta İttifaqı (BDSİ), Beynəlxalq Gəmi Sahibləri Fe­de­ra­siyası (BGSF) və bəzi başqaları.

27. Əslində, bu o deməkdir ki, əgər əv­vəl­cə­dən təyin olunan vaxta qədər düzəliş ra­zı­lı­ğa gələn dövlətlərin müəyyən qismi və ya faizi tərəfindən rədd edilməzsə, o, qə­bul olunmuş sayılır;  həm də yenidən ba­xıl­maq üçün xüsusi beynəlxalq konfranslar ça­ğırılmasına ehtiyac yoxdur - forum qis­min­də BDT-nin müvafiq komitələrinin ic­las­ları da çıxış edə bilər. Məsələn, SOLAS Beynəlxalq Konvensiyasının (1974-cü il) VIII maddəsinə görə, dü­zə­liş­lə­rə Dənizdə Təhlükəsizlik Komitəsində ba­xılır və onlar razılığa gələn dövlətlərin üç­dən iki səs çoxluğu ilə qəbul edilir.

28. Bax: Документ ИМО - Стратегический план для Организации на 6-летний период (2004-2010 гг.). Резолюция А. 944 (23), принятая 25 ноября 2003 г.

 

 

 

ДеЯтельность  специализированных  структур  ООН

в  правовом  регулировании  международных

транспортных  отношений

( на примере МОГА  и ММО )

 

 

 

 

Алиев Э.А., действительный член

Международной Транспортной Академии,

кандидат юридических наук.

 

В статье рассматривается деятельность специализированных структур ООН (на примере Международной Организации Гражданской Авиации и Международной Морской Организации) в правовом регулировании международных транспортных отношений.

Отмечается, что в современную эпоху эти организации (МОГА и ММО) активно и эффективно влияют на правовое регулирование международных транспортных отношений и на международное сотрудничество в транспортной сфере.

 

 

 

ACTIVITY  OF  SPECIALIZED  STRUCTURES  OF  THE

UNITED  NATIONS  ORGANIZATION  IN LEGAL  REGULATION

OF  THE  INTERNATIONAL  TRANSPORT  ATTITUDES

 

Aliyev E.A., full member of International

Transport Academy, candidate of law.

 

In article is considered activity of specialized structures of the United Nations (on an example of the International Organization of Civil Aircraft and the International Sea Organization) in legal regulation of the international transport attitudes.

 It is marked, that in present period these organizations actively and effectively influence on legal regulation of the international transport attitudes and on the international cooperation in transport sphere.

Əmək miq­ra­si­ya­sı və əmək­çi-miq­rant­la­rın hü­qu­qi sta­tu­su ilə bağ­lı uni­ver­sal və re­gio­nal sə­viy­yə­də qə­bul edil­miş bey­nəl­xalq-hü­qu­qi akt­lar­da müəy­yən­ləş­di­ril­miş nor­ma və prin­sip­lə­rin mil­li qa­nun­ve­ri­ci­lik va­sil­tə­si­lə hə­ya­ta ke­çi­ril­mə­si so­nun­cu­nun ge­niş təh­li­li, üs­tün­lük və ça­tış­maz­lıq­la­rı­nın üzə çı­xa­rıl­ma­sı­nı zə­ru­ri edir. Bu isə həm müx­tə­lif döv­lət­lə­rin mü­va­fiq qa­nun­ve­ri­ci­lik akt­la­rın­da, həm də on­la­rın tət­bi­qi təc­rü­bə­sin­də özü­nü bi­ru­zə ve­rir.

Əmək miq­ra­si­ya­sı və əmək­çi-miq­rant­la­rın hü­qu­qi sta­tu­su­na dair qə­bul edil­miş ən tək­mil qa­nun­ve­ri­cilk akt­la­rın­dan bi­ri 17 iyun 1998-ci il­də qə­bul edil­miş Be­la­rus Res­pub­li­ka­sı­nın «Əmək miq­ra­si­ya­sı haq­qın­da» Qa­nu­nu­dur. Qa­nun Be­la­rus Res­pub­li­ka­sı və­tən­daş­la­rı­nın əmək fəa­liy­yə­ti ilə məş­ğul ol­maq məq­sə­di­lə xa­ri­cə get­mə­si, öl­kə əra­zi­si­nə əc­nə­bi iş­çi qüv­və­si­nin cəlb edil­mə­si qay­da­la­rı­nı və əmək­çi-miq­rant­la­rın mü­da­fiə­si­nin hü­qu­qi əsas­la­rı­nı müəy­yən edir. Qa­nu­nun 2-ci mad­də­sin­də əsas ter­min­lə­rin (xa­ri­ci əmək miq­ra­si­ya­sı,

 

 

 

 

 

 

 

MÜNDƏRİCAT

Rəsmi sənədlər
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.