05.26.2017 02:03
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi zəruri addımdır

 

 

Ölkəmizdəki sürətli iqtisadi inkişafın əhalinin rifahının yüksəlməsinə göstərdiyi təsirin bariz təzahürlərindən biri də nəqliyyat vasitələrinin sayının чoxalmasıdır. Ancaq avtomobil insanların həyatına təkcə rahatlıq deyil, həm də təhlükə və həyəcan gətirir. Bu, ilk növbədə yol hərəkəti qaydalarının pozulması halları ilə əlaqədardır. Azərbaycan Prezidenti cənab Ilhам Əliyев Nazirlər Kabinetinin cari ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasında belə hallara qarşı mübarizənin daha da sərtləşdirilməsi, xüsusən avtoxuliqanlara qarşı təsirli tədbirlərin görülməsi barədə polis orqanlarına göstərişlər verib. Bundan başqa, dövlətimizin başчısının qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə qanun qəbul olunub. Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətinin təşkili, yol hərəkəti ilə bağlı insanların həyat və sağlamlığının qorunması, yol-nəqliyyat hadisələrinin qarşısının alınması sahəsində görülən tədbirləri gücləndirməyə imkan yaradacaqdır. Azərbaycan Respublikası Daxili Işləр Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov bu barədə məlumat verərkən demişdir:

– Ölkəmizin yol-nəqliyyat şəbəkəsinin genişləndirilməsinə və müasirləşdirilməsinə, həmчinin yol hərəkətinin təşkilinin və yol polisinin işinin təkmilləşdirilməsinə hərtərəfli dövlət qayğısı göstərilir. Möhtərəm Prezidentimiz cənab Ilhам Əliyев Nazirlər Kabinetinin cari ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasında da bu məsələlərə öz münasibətini bildirmiş, xüsusən yol hərəkəti qaydalarını pozanlara qarşı mübarizənin gücləndirilməsi barədə konkret tapşırıqlar vermişdir. Dövlətimizin başчısının qanunvericilik təşəbbüsü əsasında bəzi qanunvericilik aktlarına Milli Məclisin bu günlərdə etdiyi əlavə və dəyişikliklər də mühüm əhəmiyyətə malikdir. Əlavə və dəyişikliklər «Yol hərəkəti haqqında» qanuna və Inzibati Xətalar Məcəlləsinə edilmişdir.

Belə ki, Inzibati Xətalar Məcəlləsinə ictimai qaydanın və əhalinin dincliyinin pozulmasına, bir чox hallarda yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan avtoxuliqanlıq əməlinə görə məsuliyyət nəzərdə tutan yeni maddə əlavə edilmişdir. Eyni zamanda, məcəllədə sanksiyaların ümumi hədləri artırılmaqla, yol hərəkəti qaydalarının pozulmasına, xüsusilə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə və ya idarəetmə hüququ olmadan idarə edilməsinə, nəqliyyat vasitələrinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin чəkilməsinə, müvafiq icazə olmadan nəqliyyat vasitələrinin xüsusi səs və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsinə görə məsuliyyət gücləndirilmiş, idarəetmə hüququ olmayan şəxslərə nəqliyyat vasitələrinin verilməsinə görə fiziki şəxslərlə yanaşı, vəzifəli şəxslərin və hüquqi şəxslərin də məsuliyyəti müəyyən edilmişdir. Bununla yanaşı, yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsi qaydası təkmilləşdirilmişdir.

-Cənab general, cəzaların sərtləşdirilməsi hansı amillərə əsaslanır və bu tədbir yol hərəkətində qayda-qanunun təmininə sizcə, necə təsir göstərəcək? Dəyişikliklərdən sonra cərimələrin konkret məbləği nə qədər olacaqdır?

-Apardığımız təhlillərə görə, qəzaların baş verməsinin əsas səbəbi yol hərəkəti qaydalarının pozulmasıdır. 2006-cı ildə əməkdaşlarımız 750 min qayda pozuntusu aşkar etmişdilər. Cari ilin doqquz ayında qeydə alınan qayda pozuntu hallarının sayı da təxminən, bu qədərdir. Göründüyü kimi, yol hərəkəti qaydalarının pozulması hallarının aşkar edilməsi чoxalmış, intizamsız sürücülərin sayı artmışdır. Deməli, tətbiq olunan inzibati cəza tədbirlərinin qaydaları pozan sürücülərə lazımi təsir etmir. Sürücülər cərimələri asanlıqla ödəyir və yol hərəkəti qaydalarını yenə pozurlar. Cəzaların sərtləşdirilməsi pozuntu hallarının qarşısının alınmasında чəkindirici amil olmaqla yanaşı, həm də inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanır. Dünya təcrübəsi də göstərir ki, qayda-qanunları pozanların islah edilməsində cəzaların ağırlığı mühüm rol oynayır.

Cərimələrin məbləğinə gəldikdə isə indi yüngül qayda pozuntlarına görə, şərti maliyyə vahidinin ən azı 15 misli miqdarında cərimə nəzərdə tutulmuşdur. Məsələn, hərəkət sürətinin yol verilən həddən saatda 10-30 kilometr чox olması, yol nişanlarının tələblərinə riayət edilməməsi, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşdirilməsi, piyada keчidlərinin keчilməsi, ara məsafəsinin saxlanmaması, dayanma və durma qaydalarının pozulması zamanı belə cərimə sanksiyası tətbiq ediləcəkdir. Ağırlaşdırıcı hallarda isə hüquqi və fiziki şəxslərə beş-altı min manatdək məbləğdə cərimə tətbiq edilə bilər. Məncə, bu məbləğdə cəzalandırılan şəxs bir daha pozuntuya yol verməz.

Bütün bunlarla əlaqə

dar ilk növbədə, bizim əsas məqsədimiz qanunvericilikdə edilən dəyişikliklərlə bağlı əhalini maarifləndirməkdir. Vətəndaşlarımız cəzaların sərtləşdirildiyini bilməlidirlər ki, yol hərəkəti qaydalarını pozmaqdan чəkinsinlər. Onu da deyim ki, bu tədbirlər geniş ictimai müzakirədən də keчmişdir və vətəndaşlarımızın əksəriyyəti də razılaşır ki, yol hərəkəti qaydalarını pozanlara qarşı sərt tədbirlər görülməlidir.

-Ramiz müəllim, Nazirlər Kabinetinin bu ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasında Prezident Ilhам Əliyевin avtoxuliqanlıq hallarına qarşı mübarizənin gücləndirilməsi, xüsusən bəzi avtomaşınların şüşələrindəki qara plyonkaların sökülməsi barədə verdiyi göstərişin icrasının nəticələri barədə də məlumat verməyinizi xahiş edirik…

-Avtoxuliqanlıq hallarına qarşı mübarizə bizim gündəlik fəaliyyətimizin əsas istiqamətərindəndir. Cənab Prezidentin bu məsələyə diqqət yetirməsi, belə hallara yol verənlərə və onların himayədarlarına ciddi xəbərdarlıq etməsi, əlbəttə, yol polisinin öz xidməti vəzifəsini daha yaxşı yerinə yetirməsinə imkan verir. Sözün düzü, bəzi adamlar bizim qayda pozuntularına qarşı apardığımız mübarizəni heч cür qəbul etmək istəmirdilər. Cənab Prezidentin göstərişindən sonra belələri avtomaşınlarının şüşələrinə vurduqları plyonkaları sökməyə məcbur oldular. Bu ilin 9 ayı ərzində 23 mindən artıq avtomaşının şüşələrindən qara plyonkalar sökülüb. Ümumiyyətlə, cənab Prezidentin yol polisinin fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatının gücləndirilməsinə daim göstərdiyi böyük diqqət və qayğı bizim işimizi asanlaşdırmaqla yanaşı, məsuliyyətimizi də artırır.

-Respublikamızın avtomobil yollarında geniş vüsət almış tikinti-bərpa işləri, paytaxtımızda yeni körpülərin, yol qovşaqlarının və piyada keчidlərinin inşa edilməsi yol hərəkətinin tənzimlənməsində hansı keyfiyyət dəyişiklikləri yaradır?

-Yol hərəkətinin təhlükəsizliyi məsələsi bütün dünyada qlobal problem kimi gündəmdədir. Nəqliyyat vasitələrinin sayının чox olduğu, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə bu problem daha kəskindir. Dövlət müstəqilliyinin bərpasından sonra ulu öndər Heydər Əliyевin iqtisadi inkişaf strategiyasının uğurla həyata keчirilməsi və möhtərəm Prezidentimiz cənab Ilhам Əliyевin rəhbərliyi ilə bu inkişafın daha da sürətləndirilməsi Azərbaycanda da xalqın rifahının yüksəlməsinə, o cümlədən nəqliyyat vasitələrinin sayının artmasına əlverişli imkanlar yaratmışdır. Təbii ki, belə sürətli artım yol hərəkətində böyük problemlərə gətirib чıxarar. Bu problemlərin həllinə nail olmaq üчün möhtərəm Prezidentimizin təşəbbüsü və rəhbərliyi ilə yol-nəqliyyat infrastrukturunun genişləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni yol qovşaqları, körpülər, piyada keчidləri tikilir. Əlbəttə, bütün bu işlər böyük vəsait hesabına başa gəlir və ölkəmizin iqtisadi qüdrətinin göstəricisi olmaqla yol hərəkətinin təşkilində də ciddi keyfiyyət dəyişikliklərinə rəvac verir. Lakin təkcə yeni yolların чəkilməsi və ya yol polisinin fəaliyyətinin gücləndirilməsi ilə bu qlobal problemin həllinə nail olmaq чətindir. Yol-nəqliyyat infrastrukturunun günün tələbləri səviyyəsinə qaldırılması ilə yanaşı, bütün hərəkət iştirakчılarının qayda-qanunlara dəqiq riayət etməsi, nəqliyyat vasitələrinin müasirləşdirilməsi, şəhərsalmada hərəkətin təşkili məsələlərinə xüsusi diqqət yetirilməsi və s. problemin həllində vacib amillərdir. Bu yaxınlarda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində 37 ölkənin nümayəndələrinin iştirakı ilə keчirilən «Həyat təhlükəsizliyi naminə yollarda təhlükəsizlik» adlı beynəlxalq konqresdə iştirak edərkən bir daha əmin oldum ki, yol-nəqliyyat problemləri qlobal bir məsələ kimi bütün dünyada narahatlıq doğurur və bunların həlli üчün beynəlxalq birliyin səylərinin birləşdirilməsi istiqamətində addımlar atılır.

Konkret olaraq, sizin sualınıza qayıdaraq deyim ki, yeni körpülərin, yol qovşaqlarının tikilib istifadəyə verilməsi, əlbəttə, istər hərəkətin təşkilinə, istərsə də qəzaların qarşısının alınmasına müsbət təsir göstərir. Əgər bir neчə il əvvəl Bakıda piyadaların avtomaşınla vurulması ümumilikdə yol-nəqliyyat hadisələrinin 60 faizini təşkil edirdisə, bu il həmin göstərici 50 faizdən aşağıdır. Respublika üzrə isə bu göstərici 47 faizdir. Bakı şəhərində küчə və yollarda ayırıcı zolağın salınması, küчələrin işıqlandırılması sisteminin müasirləşdirilməsi, körpülərin tikilməsi və nəqliyyatla piyadaların təmasının azalması nəticəsində piyadaların vurulması halları xeyli azalmışdır.

-Köhnə, texniki cəhətdən nasaz avtomobillərin istismarı da yol hərəkətində ciddi təhlükə mənbəyidir. Belə avtomobillərin istismardan чıxarılması, onlardan istifadə olunmasına görə inzibati cəza tədbirlərinin gücləndirilməsi üчün hansı tədbirlər görülür?

-Əlbəttə, bu da yol hərəkətinin təhlükəsizliyini təmin etmək baxımından чox vacib bir məsələdir. Hazırda respublikamızda istismarda olan nəqliyyat vasitələrinin yarıdan чoxu texniki baxımdan köhnəlmişdir. Onlar istismar müddətini başa vurmuşdur, yollarda manevr imkanları məhduddur, tormoz sistemi, mühərriki müasir tələblərə cavab vermir. Sürücülərin sükan arxasında rahatlığı üчün lazımi servislə təchiz olunmamışlar.

Köhnəlmiş, nasaz vəziyyətə düşmüş nəqliyyat vasitələrinin idarə olunmasına görə cəza sərtləşdirilmişdir. Mövcud qanunvericiliyə edilmiş və hazırda qüvvəyə minmək ərəfəsində olan dəyişiklik və əlavələr bu məsələni əhatə edir.

-Yollarda sürət həddinə əməl edilməsi üzərində nəzarəti gücləndirmək məqsədilə görülən tədbirlər, xüsusən radar qurğularından istifadə edilməsi gözlənilən nəticəni verirmi?

-Hazırda respublikamızın avtomobil yollarında həm stasionar, həm də səyyar radar qurğularından istifadə edilir və yaxın günlərdə onların sayının artırılması nəzərdə tutulur. Bu tədbirlər ölkə başчısı cənab Ilhам Əliyевin sərəncamı ilə təsdiq edilmiş «Polisin fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı»nın tərkib hissəsi kimi həyata keчirilmişdir. Əlbəttə, radarlardan istifadə edilməsi sürücülərlə yol polisi əməkdaşları arasında yaranan mübahisələrin həllinə əhəmiyyətli təsir göstərir. Əvvəllər sürücülərin yüksək sürətlə hərəkət etməsi faktının təsdiqlənməsində müəyyən чətinliklər vardı. Sürücülərin belə faktları inkar etməsi mübahisəli situasiyaların yaranmasına gətirib чıxarırdı. Indi isə qaydanı pozan sürücünün özünün də, avtomaşının da şəkli kompüterin yaddaşına yazılır, onun sürət həddini aşması faktı texniki cəhətdən sübuta yetirilir və mübahisəyə də yer qalmır.

-Cənab general, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı vəziyyətin təhlili qəza hallarının artmasının qarşısının alınması üчün daha nə kimi tədbirlərin görülməsini tələb edir?

-Yol hərəkətinin təhlükəsizliyinin təmini sahəsində vəziyyət barədə danışarkən, əvvəlcə, cari ilin doqquz ayının statistikasını diqqətə чatdırmaq istərdim. Bu müddətdə 2138 yol-nəqliyyat hadisəsi qeydə alınmışdır ki, həmin hadisələr zamanı da 755 nəfər həlak olmuş, 2362 nəfər yaralanmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 98 fakt, yaralıların sayı 189 nəfər azalmış, amma ölənlərin sayı 45 nəfər artmışdır. Müqayisə üчün deyim ki, respublikamızda yol-nəqliyyat hadisələrinin mövcud dinamikası 1990-92-ci illərin dinamikasına yaxındır. Amma həmin illərdə nəqliyyat vasitələrinin sayı indiki vaxtla müqayisədə чox az idi. Təkcə son üч ildə ölkəmizə bütövlükdə həmin illərdə mövcud olan qədər nəqliyyat vasitələri alınıb gətirilmişdir. Deməli, bəzi «ekspertlər»in yol-nəqliyyat hadisələrinin «katastrofik hədd»ə чatması barədə irəli sürdükləri fərziyyələrin heч bir əsası yoxdur.

Əlbəttə, yol-nəqliyyat qəzaları və onların faciəli nəticələrinə dair rəqəmlər ciddi narahatlıq doğurur. Dövlət yol polisinin şəxsi heyəti hərəkətin təhlükəsizliyinin təmini sahəsində üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirməyə чalışaraq, qəzaların qarşısını almaq üчün qanunvericilikdə nəzərdə tutulan bütün tədbirləri görürlər. Lakin yol hərəkətinin hər bir iştirakчısı bilməlidir ki, yalnız mövcud qaydalara dürüst riayət etməklə həm özünün, həm də başqalarının həyatını qorumuş olur. Odur ki, yol-nəqliyyat qəzalarında ölənlərin sayının artmasına görə məsuliyyətin təkcə yol polisinin üzərinə qoyulması ədalətsizlik olardı.

Yol polisi əməkdaşlarının öz xidməti vəzifələrini yerinə yetirməsi ilə bağlı bəzən gülünc mülahizələr eşidirik. Məsələn, bir də görürsən deyirlər ki, polis işчiləri böyük sürətlə hərəkət edən avtomaşınları aşkar etmək üчün yol kənarında gizlənirlər. Belələrinə demək lazımdır ki, axı, sənin getdiyin yollarda polis olmaya da bilərdi. Sən niyə böyük sürətlə gedirsən ki, sonra da qəzaya uğrayıb, həyatını itirəsən, başqasına təhlükə yaradasan? Polis səni görüb saxlayırsa, deməli, səni qəzadan qoruyur. Bəzi «ekspertlər» elə bilirlər ki, yollarda təhlükəsizliyin təmini elə xırda məsələdir ki, yalnız yol polisinin fəaliyyətini təkmilləşdirməklə onu həll etmək mümkündür. Bu qlobal bir məsələdir. Yol hərəkəti prosesinin hər bir iştirakчısı bu məsələnin həllində maraqlı olmalıdır. Bəzən belə mülahizələr də irəli sürürlər ki, bir чox qəzalar sürücülərin yol hərəkəti qaydasını bilməməsi nəticəsində baş verir və bu da onların sürücülük vəsiqəsini asan yolla alması ilə əlaqədardır. Bəlkə də kimlərsə, asanlıqla sürücülük vəsiqəsi əldə edir. Amma yol hərəkəti qaydalarının pozulması və qəza hallarının təhlili belə mülahizələri birmənalı qəbul etməyə əsas vermir. Məsələn, ötən il respublikamızda yol-nəqliyyat hadisələrinin 47 faizi nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, 23,1 faizi ötmə və qarşıdan gələn nəqliyyatın yoluna чıxma nəticəsində baş verib.

Gəlin görək hansı sürücü hərəkət sürətini tənzimləyən nişanı tanımır? Hətta uşaqlar da bunu bilir. Nəqliyyat vasitələrinin yaşayış məntəqələrində maksimum sürət həddi 60, respublika əhəmiyyətli yollarda 90 kilometrdir. Bunu hamı bilir. Və yaxud kim bilmir ki, sərxoş vəziyyətdə olan şəxsin nəqliyyat vasitəsini idarə etməsi qadağandır. Amma bu qayda da pozulur. Göründüyü kimi hadisələr əksər hallarda yol hərəkətin qaydalarını bilməməkdən yox, intizamsızlıqdan törədilir. Yol hərəkəti qaydaları əksər hallarda bilərəkdən pozulur. Insanlar özünün və başqalarının təhlükəsizliyini düşünüb, yol hərəkəti qaydalarına əməl etməlidirlər. Cəmiyyətin özü belə hallara qarşı barışmaz olmalıdır. Öz həyatını sürücüyə etibar edirsənsə, onun sükan arxasında özünü necə aparmasına, yol hərəkəti qaydalarını pozub-pozmamasına da biganə qalmamalısan.

Bir daha deməliyəm ki, yol hərəkəti qaydalarını pozanlara qarşı inzibati cəza tədbirlərinin sərtləşdirilməsi günün tələbidir və möhtərəm Prezidentimizin qanunvericilik təşəbbüsü əsasında parlamentdə bu yaxınlarda qəbul edilmiş qanun qüvvəyə mindikdən sonra hərəkətin təhlükəsizliyinin təmini üчün daha təsirli tədbirlər görüləcəkdir.

 

Müsahibəni yazdı:

Möhtərəm RƏCƏBOVA,

«Respublika».

 

MÜNDƏRİCAT

Rəsmi sənədlər
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.