08.24.2017 08:53
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

 

Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 1 fevral tarixli 1255 nömrəli Sərəncamına müvafiq olaraq Bakı şəhərində mövcud olan nəqliyyat problemlərinin həll edilməsi, o cümlədən yolların buraxılış qabiliyyətinin artırılması, yol hərəkətindəki gərginliyin, xüsusilə pik saatlarında şəhərin gündəlik həyat ahənginə mənfi təsir göstərən tıxacların aradan qaldırılması, ümumilikdə paytaxtın nəqliyyat sisteminin inkişafının və səmərəli işinin təşkil edilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, yeni müasir yolların və yol qurğularının, körpülərin, yeraltı və yerüstü keçidlərin tikintisi müəyyən olunmuş müddətlərdə yerinə yetirilərək istismara verilmiş və hazırda bu işlər davam etdirilir.

Bu sahədə əldə olunmuş müsbət nəticələrin effektivliyinin artırılması, nəqliyyatın hərəkətinin tənzimlənməsi, sərnişindaşıma marşrutlarının optimallaşdırılması və idarə olunmasının müasir tələblərə uyğun qurulması, ümumilikdə ən müasir texnologiyalar tətbiq etməklə şəhər nəqliyyat sisteminin təkmilləşdirilməsini təmin edəcək nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması məqsədilə qərara alıram:

1. Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemi yaradılsın.

2. Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması üzrə layihənin həyata keçirilməsinin sifarişçisi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi təyin edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

3.1. Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə birlikdə intellektual idarəetmə mərkəzinin tikintisi üçün Bakı şəhərində müvafiq ərazinin ayrılmasını təmin etsin;

3.2. Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması üzrə işlərin yerinə yetirilməsi üçün maliyyə vəsaitinin ayrılmasını təmin etsin;

3.3. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət qurumları ilə birlikdə bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş sistemin yaradılması üzrə tədbirlərin müəyyən edilməsini və həyata keçirilməsini təmin etsin;

3.4. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması ilə bağlı yerinə yetirilmiş işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2007-ci il

 

 

MÜNDƏRİCAT

Rəsmi sənədlər
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.