12.12.2017 03:01
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

 

Ətraf  mühit  problemləri  üzrə  universal

Beynəlxalq  müqavilələrin  ümumi

xarakteristikası

 

Məhərrəmov Anar Abel oğlu,

BDU «Beynəlxalq ümumi hüquq» ka­fed­rasının dosent əvəzi, hüquq elmləri na­mizədi.

 

Mə­qa­lə­də ət­raf mü­hit prob­lem­lə­ri üz­rə uni­ver­sal bey­nəl­xalq mü­qa­vi­lə­lə­rin əsas müd­dəa­la­rı bey­nəl­xalq prak­ti­ka əsa­sın­da təh­lil edi­lir. Son nə­ti­cə­də be­lə qə­naə­tə gə­li­nir ki, ət­raf mü­hi­tin mü­ha­fi­zə­si sa­hə­sin­də uni­ver­sal bey­nəl­xalq mü­qa­vi­lə­lər ət­raf mü­hi­tin qo­run­ma­sı­nın ay­rı-ay­rı as­pekt­lə­ri­ni ge­niş şə­kil­də əha­tə edir. Hə­min bey­nəl­xalq mü­qa­vi­lə­lər re­gio­nal və di­gər xa­rak­ter­li bey­nəl­xalq nor­ma­la­rın ya­ra­dıl­ma­sı­nın mü­hüm ba­za­sı ki­mi çı­xış edir­lər. Ey­ni za­man­da, gə­lə­cək­də bə­zi «yum­şaq» xa­rak­ter­li nor­ma­la­rın he­sa­bı­na hə­min uni­ver­sal bey­nəl­xalq mü­qa­vi­lə sis­te­mi­nin ge­niş­lən­mə­si özü də ət­raf mü­hit prob­lem­lə­ri­nin həl­lin­də və eko­lo­ji təh­lü­kə­siz­li­yin tə­mi­nin­də mü­hüm rol oy­na­ya­caq­dır.

 

 

Ət­raf mü­hit sa­hə­sin­də prob­lem­lə­rin həl­li bi­la­va­si­tə döv­lət­lə­rin əmək­daş­lı­ğı­nı tə­ləb edir ki, bu da özün­də bir sı­ra is­ti­qa­mət­lə­ri bir­ləş­di­rir. Mə­sə­lən, ət­raf mü­hit prob­lem­lə­ri üz­rə uni­ver­sal xa­rak­ter­li mü­hüm bey­nəl­xalq mü­qa­vi­lə­lə­rin qə­bul edil­mə­si; ət­raf mü­hit prob­lem­lə­ri üz­rə re­gio­nal xa­rak­ter­li mü­qa­vi­lə­lə­rin im­za­lan­ma­sı; ət­raf mü­hit sa­hə­sin­də mü­hüm bey­nəl­xalq təş­ki­lat­la­rın ya­ra­dıl­ma­sı və fəa­liy­yə­ti­nin tən­zim­lən­mə­si; ət­raf mü­hit sa­hə­sin­də bey­nəl­xalq təd­bir­lə­rin ke­çi­ril­mə­si və s.

Bey­nəl­xalq eko­lo­ji stan­dart­la­rın ən yax­şı və ən sə­mə­rə­li ifa­də for­ma­sı bey­nəl­xalq mü­qa­vi­lə­lər­dir. Hal-ha­zır­da ət­raf mü­hi­tin mü­ha­fi­zə­si­nin müx­tə­lif as­pekt­lə­ri­nə dair 500-dən çox bey­nəl­xalq sa­ziş möv­cud­dur. On­la­rın içə­ri­sin­də re­gio­nal və uni­ver­sal sa­ziş­lər, ət­raf mü­hi­tin qo­run­ma­sı­nın mü­hüm mə­sə­lə­lə­ri­nə və ay­rı-ay­rı eko­lo­ji sis­tem­lə­rin – də­niz mü­hi­ti­nin, at­mos­fe­rin, ye­rət­ra­fı kos­mik fə­za­nin mü­ha­fi­zə­si­nə həsr olun­muş mü­qa­vi­lə­lər var­dır. La­kin bu sa­hə­də bu gü­nə qə­dər va­hid mə­cəl­lə­ləş­di­ril­miş akt iş­lə­nib ha­zır­lan­ma­mış­dır. Uni­ver­sal mü­qa­vi­lə­lə­rə mi­sal ola­raq aşa­ğı­da­kı akt­la­rı göstr­mək olar: Də­ni­zin tul­lan­tı­lar­la və di­gər ma­te­rial­lar­la çirk­lən­mə­si­nin qar­şı­sı­nın alın­ma­sı haq­qın­da 1972-ci il Kon­ven­si­ya­sı; Gə­mi­lər­dən çirk­lən­mə­nin qar­şı­sı­nın alın­ma­sı­na dair 1973-cü il Bey­nəl­xalq Kon­ven­si­ya­sı; Vəh­şi fau­na və flo­ra­nın yox ol­maq təh­lü­kə­sin­də olan növ­lə­ri­nin bey­nəl­xalq ti­ca­rə­ti haq­qın­da 1973-cü il Kon­ven­si­ya­sı; Ət­raf mü­hi­ti də­yi­şik­li­yə uğ­ra­dan va­si­tə­lər­dən hər­bi və ya is­tə­ni­lən di­gər düş­mən məq­səd­lər­lə is­ti­fa­də olun­ma­sı­nın qa­da­ğan edil­mə­si haq­qın­da 1976-cı il Kon­ven­si­ya­sı; Də­niz hü­qu­qu üz­rə 1982-ci il BMT Kon­ven­si­ya­sı; Ozon qa­tı­nın mü­ha­fi­zə­si haq­qın­da 1985-ci il Vya­na Kon­ven­si­ya­sı və bu Kon­ven­si­ya­ya əla­və olun­muş 1987-ci il Mon­real pro­to­ko­lu; Bio­lo­ji müx­təi­lif­lik haq­qın­da 1992-ci il Kon­ven­si­ya­sı və s.

Ət­raf mü­hi­tin mü­ha­fi­zə­si və ət­raf mü­hi­tə vu­ru­lan zə­rə­rin ödə­nil­mə­si ilə bağ­lı bir sı­ra mü­hüm nor­ma­lar bey­nəl­xalq adət hü­qu­qu­na da­xil­dir [1, s.302].

Bey­nəl­xalq eko­lo­gi­ya hü­qu­qun­da töv­si­yə xa­rak­ter­li akt­lar da əhə­miy­yət­li rol oy­na­yır. Müx­tə­lif xa­rak­ter­li eko­lo­ji tə­ləb­lər ilk əv­vəl töv­si­yə ki­mi qət­na­mə­lər­də, bə­yan­na­mə­lər­də, proq­ram­lar­da və s. əks olu­nur (be­lə nor­ma­la­ra bey­nəl­xalq hü­quq­da «yum­şaq hü­quq» da de­yir­lər), müəy­yən müd­dət keç­dik­dən son­ra isə bu stan­dart­la­rın bə­zi­lə­ri ya mü­qa­vi­lə qay­da­sın­da, ya da bey­nəl­xalq adət şək­lin­də məc­bu­ri hü­quq nor­ma­la­rı ki­mi ta­nı­nır. Töv­siy­yə xa­rak­ter­li akt­la­ra mi­sal ola­raq, yu­xa­rı­da ad­la­rı çə­kil­miş Stok­holm və Rio-De Ja­ney­ro bə­yan­na­mə­lə­ri­ni, 1982-ci il Ümum­dün­ya Tə­biə­ti Mü­ha­fi­zə Xar­ti­ya­sı­nı gös­tər­mək olar. Mə­sə­lən, Rio-De Ja­ney­ro Bə­yan­na­mə­sin­də döv­lət­lə­rin aşa­ğı­da­kı və­zi­fə­lə­ri müəy­yən edil­miş­dir: ət­raf mü­hi­tin mü­ha­fi­zə­si sa­hə­sin­də hər bir döv­lət tə­rə­fin­dən sə­mə­rə­li qa­nun­la­rın qə­bul edil­mə­si; ət­raf mü­hi­tin çirk­lən­di­ril­mə­sin­də gö­rə döv­lət­lə­rin mə­su­liy­yə­ti; ət­raf mü­hi­tə və in­sa­na zə­rər vu­ran çirk­lən­di­ri­ci­lə­rin di­gər döv­lət­lər­də yer­ləş­di­ril­mə­si­nə yol ve­ril­mə­mə­si; ət­raf mü­hit üçün ne­qa­tiv nə­ti­cə­lər ve­rə bi­lə­cək təd­bir­lər haq­qın­da döv­lət­lə­rin bir-bi­ri­nə mə­lu­mat ver­mə­si; Ye­rin eko­sis­tem­lə­ri­ni qo­ru­maq məq­sə­di­lə döv­lət­lə­rin qlo­bal əmək­daş­lı­ğı; plan­laş­dı­rı­lan fəa­liy­yə­tin eko­lo­ji nə­ti­cə­lə­ri­nin qa­baq­ca­dan qiy­mət­lən­di­ril­mə­si; ət­raf mü­hi­tin və­ziy­yə­ti­nin pis­ləş­mə­si hal­la­rı­nın qar­şı­sı­nın alın­ma­sı üz­rə bü­tün zə­ru­ri təd­bir­lə­rin gö­rül­mə­si; hər­bi mü­na­qi­şə­lər döv­rün­də ət­raf mü­hi­tin mü­ha­fi­zə­si­nin tə­min edil­mə­si və s.

Be­lə­lik­lə, ət­raf mü­hit prob­lem­lə­ri­nin həl­lin­də mü­hüm rol bey­nəl­xalq mü­qa­vi­lə­lə­rə məx­sus­dur. Bu müd­dəa ək­sər bey­nəl­xalq hü­quq­şü­nas­lar tə­rə­fin­dən də dəs­tək­lə­nir. Bu sa­hə­ni təd­qiq edən V.A. Çiç­va­rin mü­qa­vi­lə tən­zim­lən­mə­si­nə mü­hüm əhə­miy­yət ve­rir [2, s.12-13]. Ət­raf mü­hit sa­hə­sin­də bey­nəl­xalq hü­qu­qun for­ma­laş­ma­sın­da mü­qa­vi­lə­nin üs­tün­lü­yü O.S.Kol­ba­sov tə­rə­fin­dən də əsas­lan­dı­rı­lır [3, s.215]. Qərb alim­lə­ri içə­ri­sin­də A.Ç.Kiss ət­raf mü­hi­tin bey­nəl­xalq hü­qu­qi mü­ha­fi­zə­sin­də bey­nəl­xalq mü­qa­vi­lə­lə­rin baş­lı­ca ro­lu­nu qeyd edir.

Ət­raf mü­hit sa­hə­sin­də bey­nəl­xalq mü­qa­vi­lə­lə­rə üs­tün­lük ve­ril­mə­si bu sa­hə­də bir sı­ra ins­ti­tut­la­rın an­caq bey­nəl­xalq mü­qa­vi­lə ilə təs­bilt edi­lə bil­mə­si ilə izah edil­mə­li­dir. Be­lə ki, an­caq bey­nəl­xalq mü­qa­vi­lə ilə vu­rul­muş zi­ya­nın həc­mi­nin mü­əy­yən edil­mə­si və ödə­nil­mə­si tən­zim edi­lə bi­lər. Bun­dan baş­qa, ət­raf mü­hi­tin ay­rı-ay­rı sa­hə­lə­rin­də bey­nəl­xalq-hü­qu­qi tən­zi­met­mə­nin ən yax­şı üsu­lu ki­mi bey­nəl­xalq mü­qa­vi­lə­lər çı­xış edir. Bu mə­sə­lə­ni təd­qiq edən S.V.Mo­lodt­sov ya­zır ki, mü­rək­kəb­ləş­miş bey­nəl­xalq prak­ti­ka sü­but edi­lir ki, açıq də­niz­də ba­lıq­çı­lıq mü­na­si­bət­lə­ri­nin tən­zim­lən­mə­si üz­rə ən yax­şı va­si­tə ma­raq­lı döv­lət­lə­rin bey­nəl­xalq sa­ziş­lə­ri­dir [4, s.194].

Tə­rəf­lə­rin sa­yı­na gö­rə ət­raf mü­hit sa­hə­sin­də bağ­lan­mış mü­qa­vi­lə­lər iki­tə­rəf­li və çox­tə­rəf­li mü­qa­vi­lə­lə­rə bö­lü­nür. Be­lə ki, bu sa­hə­də ümu­mi çox­tə­rəf­li mü­qa­vi­lə­lər fərq­lən­di­ri­lir ki, bun­lar da bü­tün döv­lət­lə­rin iş­ti­ra­kı­nı nə­zər­də tu­tan və bey­nəl­xalq hü­qu­qun ümum­ta­nın­mış nor­ma­la­rı­nı­nın ya­ra­dıl­ma­sı­nı nə­zər­də tu­tan, o cüm­lə­dən bü­tün döv­lət­lə­rin ma­raq­la­rın bü­töv­lük­də əks et­di­rən çox­tə­rəf­li mü­qa­vi­lə­lə­ri­dir. Ay­dın­dır ki, ət­raf mü­hi­tin mü­ha­fi­zə­si­nin qlo­bal prob­lem­lə­ri uni­ver­sal əhə­miy­yə­tə ma­lik­dir. Bu za­man qeyd et­mək la­zım­dır ki, ümu­mi çox­tə­rəf­li mü­qa­vi­lə ət­raf mü­hi­tin bey­nəl­xalq hü­qu­qi mü­ha­fi­zə­si­nin ümum­ta­nın­mış nor­ma­la­rı­nın hü­qu­qi təs­bit olun­ma­sın­da mü­hüm rol oy­na­yır.

Müəy­yən əra­zi fəa­liy­yət sfe­ra­sı­na gö­rə ət­raf mü­hit sa­hə­sin­də bağ­lan­mış mü­qa­vi­lə­lər lo­kal, re­gion­lar­a­ra­sı, re­gio­nal və qlo­bal mü­qa­vi­lə­lə­rə bö­lü­nür. Yu­xa­rı­da gös­tə­ri­lən hər han­sı mü­qa­vi­lə­lər­dən bi­ri­nin se­çil­mə­si bu sa­hə­də mü­na­si­bət­lə­rin dai­rə­si ilə müəy­yən edi­lir. Mü­na­si­bət­lər isə ət­raf mü­hit sa­hə­sin­də konk­ret və­zi­fə­lər­lə müəy­yən edi­lir. Be­lə­lik­lə, mü­qa­vi­lə­lər müəy­yən lo­kal prob­lem­lə­rin həll edil­mə­si­nə (sər­həd ra­yon­la­rı­nın mü­ha­fi­zə­si), sub­re­gio­nal (ay­rı-ay­rı su­tu­tar­la­rı­nın, eko­sis­tem­lə­rin mü­ha­fi­zə­si), re­gio­nal (də­ni­zin re­gio­nal mü­ha­fi­zə­si), qlo­bal (bit­ki və hey­van­la­rın ay­rı-ay­rı növ­lə­ri­nin mü­ha­fi­zə­si, ye­rin ozon qa­tı­nın, dün­ya okea­nı­nın mü­ha­fi­zə­si) yö­nəlt­mək­lə, ət­raf mü­hi­tin ay­rı-ay­rı sa­hə­lə­ri üz­rə döv­lət­lə­rin əmək­da­şı­ğı­nı tən­zim­lə­yir.

Ədə­biy­yat­da ət­raf mü­hi­tin hü­qu­qi mü­ha­fi­zə­si sa­hə­sin­də nor­ma­la­rın müəy­yən edil­mə­si kri­te­ri­ya­sı­na gö­rə ət­raf mü­hi­tin bey­nəl­xalq hü­qu­qi mü­ha­fi­zə­si sa­hə­sin­də­ki mü­qa­vi­lə­lər aşa­ğı­da­kı növ­lə­rə bö­lü­nür: fau­na­dan is­ti­fa­də­nin tən­zi­mi və mü­ha­fi­zə­si üz­rə mü­qa­vi­lə­lər; tə­biə­tin re­gio­nal komp­leks mü­ha­fi­zə­si üz­rə mü­qa­vi­lə­lər; su eh­ti­yat­la­rın­dan is­ti­fa­də­nin tən­zim edl­mə­si üz­rə mü­qa­vi­lə­lər; can­lı tə­biə­tin xəs­tə­lik­lər­dən və məh­ve­di­ci­lər­dən, me­şə­lə­lə­ri yan­ğın­dan qo­ru­yan mü­qa­vi­lə­lər; bü­tün tə­biə­ti çirk­lən­mə­dən qo­ru­yan mü­qa­vi­lə­lər [5, s.68].

Ət­raf mü­hit sa­hə­sin­də bey­nəl­xalq mü­qa­vi­lə­lə­rin təs­ni­fa­tı - bu sa­hə­də­ki mü­qa­vi­lə­lə­rin müəy­yən bir qay­da­da bir­ləş­dirl­mə­si­ni nə­zər­də tu­tur. Ümu­miy­yət­lə, qeyd et­mək la­zım­dır ki, ət­raf mü­hit sa­hə­sin­də bey­nəl­xalq mü­qa­vi­lə­lər əsa­sən ət­raf mü­hi­tin ümu­mi və­ziy­yə­ti­nə tə­sir edən mən­fi nə­ti­cə­lə­rin qa­rı­şı­sı­nı al­ma­ğa yö­nəl­miş­dir. Bu bey­nəl­xalq mü­qa­vi­lə­lə­rin konk­ret xa­rak­te­rin­dən ası­lı ol­ma­ya­raq, on­lar son nə­ti­cə­də eko­lo­ji ba­lan­sı po­zan və eko­lo­ji kri­zis­lə­rə gə­ti­rib çı­xa­ran mü­na­si­bət­lə­rin qar­şı­sı­nı al­ma­ğa yö­nə­lir və nə­ha­yət, bu sa­hə­də döv­lət­lə­rin əmək­daş­lı­ğı­nı nə­zər­də tu­tur [6, s.95].

Be­lə­lik­lə, ət­raf mü­hit prob­lem­lə­ri­nin həl­lin­də bey­nəl­xalq mü­qa­vi­lə­lə­rin ro­lu da­nıl­maz­dır. Məhz bey­nəl­xalq mü­qa­vi­lə­lər va­si­tə­si­lə mü­hüm bey­nəl­xalq or­qan­lar ya­ra­dı­lır ki, bun­lar da ət­raf mü­hi­tin bey­nəl­xalq hü­quq mü­ha­fi­zə­si­nə bey­nəl­xalq nə­za­rə­ti ope­ra­tiv hə­ya­ta ke­çi­rə bi­lər. Be­lə bir or­qan­lar­dan bi­ri də YU­NEP-dir.

Ey­ni za­man­da qeyd et­mək la­zım­dır ki, ümum­dünya ekoloji şərait­də tə­­şək­kül tapmış bey­nəlxalq-hüquqi tən­zimet­mənin ətraf mühitin mü­ha­fi­­zəsi ilə əla­qədar başlıca vasi­tə­ləri döv­­lət­lərin bu sa­hə­də maksimum ge­niş iştirakını təmin edən universal müqavi­lə­lərdir. Be­lə yanaşma də­niz ekvatoriyası, kosmik məkan, at­mosfer, yerin ozon qatı, canlı mü­hit kimi ekoloji sa­hə­lərin qlobal əhə­miy­yəti ilə müəy­yən edilir. Ət­raf mühitin mühafi­zəsi qlobal əhə­miy­­yətli bir mə­sə­lə olduğu üçün bu sa­­hə­də standartla­rın universal sə­viy­­yə­də qəbul olunma­sı daha sə­mə­­rəlidir. Elə buna gö­rə də ətraf mü­hitin mühafi­zəsi sa­hə­sin­­də çoxlu say­da universal bey­nəl­xalq müqavi­lə­­lər bağlan­mış­dır. Bu cür müqavi­lə­­lər ətraf mühitin mü­ha­fi­zəsi sa­hə­sin­­də bir çox mə­sə­lə­lə­­rə həsr olun­muş­­dur.

Be­lə əsas universal bey­nəl­xalq mü­qavi­lə­lər­dən biri kimi Bioloji müx­­təliflik haq­qında 5 iyun 1992-ci il ta­rix­li Rio-de-Janeyro Kon­ven­si­ya­­­sı çı­xış edir. Konvensiya pream­bu­­­la və 42 mad­də­dən iba­rətdir. Azər­­baycan Respublika­sı 14 mart 2000-ci il ta­rix­dən bu Konvensiya­nın iş­ti­rak­çı­dır.

Konvensiya­nın məq­sədi bioloji müx­təlifliyi qorumaqdan, onun kom­ponent­lərin­dən davam­lı istifa­də et­­­mək­dən və genetik resursla­rın is­ti­fa­dəsi, o cüm­lə­dən genetik re­surs­la­­rın la­zımi də­rə­cə­də öy­rənil­məsi­nə imkan yaratmaq yolu ilə istifa­də­si nəti­cəsin­də əda­lət və bəra­bərlilik əsa­sında bir­gə fayda gö­tür­mək­dən iba­rətdir. Kon­ven­si­ya­­nın 2-ci mad­dəsi­nə əsa­sən «bio­lo­ji müx­­­təliftlik» dedik­də, bü­tün mən­­bə­­­lər­də əmə­lə gə­lən can­lı or­qa­nizm­­­lərin rənga­rəngliyi, o cüm­lə­­dən onla­rın bir his­səsi olduqla­rı ye­­rüs­tü, dəniz və di­gər ekosistem­lər və ekoloji kompleks­lər və s. ba­şa dü­şü­lür.

Həmçinin Ra­zılaşan Tə­rəf­lər özü­nün konkret şərait və imkanla­rına uyğun olaraq bioloji müx­tə­lif­li­yin qorunma­sı və davam­lı istifa­də­sinin milli strategiyala­rı­nı, plan­la­­rı­nı iş­ləyib ha­zırla­yır (mad­də 6), bioloji müx­təlifliyin qorunma­sı və davam­lı istifa­dəsi üçün bö­yük əhəmiy­yətli olan komponent­lərini müəy­yən­ləşdirir (mad­də 7), bu sa­hə­də kadrla­rın elmi-texniki təlimi və ha­zır­lı­ğı praqramla­rı tərtib edir, elmi tədqiqatla­rın keçiril­məsini stimullaş­dı­rır (mad­də 12), bioloji müx­təlifliyin qorunma­sı ilə bağ­lı ictimaiy­yətin maarif­ləndiril­məsi və məlumat­lı­lı­ğın ar­tı­rılma­sı ilə bağ­lı gö­rü­lən tədbir­ləri həyata keçirir (mad­də 13), bioloji müx­təlifliyin qorunma­sına ciddi su­rət­də mənfi təsir gös­tə­rən layi­hə­lərin bu cür nəti­cə­lə­rə yol veril­məsi və onla­rın minimuma endiril­məsi məq­sədi­lə müvafiq prosedurlar tətbiq edir (mad­də 14), genetik resursla­rın öy­rənil­məsi prosesini həyata keçirir (mad­də 15), tex­nologiya­nın öy­rənil­məsi və ötü­rül­məsini (mad­də 16) və informasiya mübadi­ləsini (mad­də 17) həyata keçirir, bu sa­hə­də elmi-texniki əməkdaş­lıq apa­rır (mad­də 18) və s.

Be­lə əsas universal müqavi­lə­lər­dən biri Kö­kü­nün kəsil­məsi təh­lü­kəsi olan vəhşi flora və fauna növ­lərinin bey­nəlxalq tica­rəti haq­qında 3 mart 1973-cü il Vaşinqton Kon­ven­siya­sı çı­xış edir. Azərbaycan Res­publika­sı 23 iyun 1998-ci il ta­rix­­dən bu Konvensiya­nın iş­ti­rak­çı­dır.

Konvensiya­nın ha­zırda 118 üz­vü var. Konvensiya preambula və 25 mad­­də­dən iba­rətdir.Konvensiyaya əsa­­sən tica­rəti tənzim olunan vəhşi fau­na və flora növ­ləri konvensiyaya qə­bul edilmiş üç əla­və və də­yi­şik­lik­­də öz əksini tap­mış­dır. I Əla­və­də kö­­kü kəsil­mək təh­lü­kəsi al­tında olan flora və fauna növ­lərinin siya­hı­sı veril­miş­dir. II Əla­və­də indiki dövr­­də bilavas­tə kö­kü kəsil­mək təh­­lü­kəsi al­tında olmayan, lakin on­lar­la tica­rətin ciddi tənzim­lən­mə­yə­cə­yi təqdir­də be­lə vəziy­yə­tə dü­şə bi­­lən növ­lər və be­lə növ­lərin tica­rə­tini nəza­rət al­tında saxla­nılma­sı məq­­sədi­lə nəza­rət predmeti olan növ­lər aiddir. III Əla­və­yə isə hər han­sı tə­rəfin fikrin­cə istisma­rı­nın məhdudlaş­dı­rılma­sı və ya qadağan olunma­sı məq­sədi­lə tənzim­lən­məsi vacib olan və tica­rətinin tənzim­lən­məsin­də di­gər tə­rəf­lərin də iştira­kına ehtiyac duyulan növ­lər daxildir [7, s.461-462].

Konvensiya bu əla­və­lər­də gös­təri­lən növ­lərin tica­rəti üçün nəza­rət mexanizim­ləri müəy­yən edir və bu nəza­rətin həyata keçiril­məsini təmin et­mək üçün tədbir­lər gö­rül­məsi öh­dəliyini döv­lət­lərin üzəri­nə qoyur. Konvensiya­nın 8-ci mad­dəsin­də gös­tərilmişdir ki, Tə­rəf­lər konvensiya­nın müd­dəala­rı­nı həyata keçir­mək üçün və konvensiya­nın müd­dəala­rına zidd olaraq növ­lərin tica­rətinin qadağan olunma­sı üçün tədbir­lər gör­məlidir­lər.

Növ­bə­ti uni­ver­sal bey­nəl­xalq sə­nəd BMT-nin iqlim dəyişiklik­ləri haq­qında 9 may 1992-ci il ta­rix­li Çərçi­və Konvensiya­sı­dır. Pream­bu­la və 26 mad­də­dən iba­rət olan kon­ven­siya­nı Azərbaycan Respublika­sı 10 yanvar 1995-ci il tarix­də ra­ti­fi­ka­­si­ya et­miş­dir.

Konvensiyaya əsa­sən tə­rəf­lər Monreal Protokolu ilə tənzim­lən­mə­yən mən­bə­lər­dən antropogen tullan­tıla­rın milli kadast­rı­nı ha­zırla­yır, dərc edir və tə­rəf­lərin konfran­sına çat­dı­rır; parnik qəzala­rı­nın an­tro­pogen tullan­tıla­rı­nın iqlim də­yi­şil­­mə­lərinin nəti­cə­lərini yum­şalt­maq üçün milli və regional proq­ram­lar ha­zırla­yır,dərc edir; parnik qə­zala­rı­nın antropogen tullan­tıla­rı­nın azalma­sı, məhdudlaş­dı­rılma­sı və ya aradan qal­dı­rılma­sı üçün me­tod­la­rın iş­lənib ha­zırlanma­sı, elmi tex­niki tədqiqatla­rın apa­rılma­sı sa­hə­sin­də əməkdaş­lıq edir; iqlim də­yi­şik­ləri­nə adaptasiya olunmaq üçün xə­bərdar­lıq edir [7, s.574].

Di­gər bir uni­ver­sal bey­nəl­xalq sə­nəd əsa­sən su quşla­rı­nın yaşama yer­ləri kimi bey­nəlxalq əhəmiy­yətli olan sulu bataq­lıq yer­ləri haq­qında 2 fevral 1971-ci il ta­rix­li Kon­ven­si­ya­­dır. Azərbaycan Respublika­sı 18 iyul 2000-ci il­dən bu Kon­ven­si­ya­ya və ona dəyişiklik­lər haq­qında Pro­to­­kola və ona edilmiş 1987-ci il 28 may tarixli dü­zəliş­lə­rə qoşulmuşdur.

Konvensiya iştirak­çı­sı olan hər bir tə­rəf su bataq­lıq sa­hə­lərinin və su quşla­rı­nın mühafi­zəsini təşkil et­mək üçün həmin yer­lər­də təbii qoruqlar yaratma­lı və onlar üzərin­də lazimi nəza­rəti təmin et­məlidir. Konvensiyaya daxil olan döv­lət­lər öz ərazisin­də yer­lə­şən bey­nəlxalq əhəmiy­yətli sulu-bataq­lıqlar siya­hı­sına daxil olan sulu-bataq­lıqla­rı mü­əy­yən edir­lər. Həmin siya­hıya daxil olan sulu-bataq­lıqlar ekologiya, botanika, zoologiya və do­gər sa­hə­lər üz­rə seçil­məlidir. Konvensiya iştirak­çıla­rı ehtiyac duyulduqda su-bataq­lıq yer­ləri və su quşla­rı­nın mü­hafi­zəsi­nə dair konfrans ça­ğı­rır­lar. Qeyd edək ki, həmin konfrans bir qayda olaraq məs­lə­hətçi xarakter da­şı­yır. Eyni zamanda, Tə­rəf­lər təbii eh­ti­yatla­rın yara­dılma­sı yolu ilə su quşla­rı­nın və sulu-bataq­lıqla­rın mühafi­zəsi­nə kö­mək edir, su quş­la­rı­nın sa­yı­nın çoxalma­sına ça­lı­şır, sulu-bataq­lıqla­rın mühafi­zəsi ilə bağ­­lı tədqiqatla­rı və informasiya mü­badi­ləsinin apa­rılma­sı­nı dəs­tək­lə­yir.

Növ­bə­ti uni­ver­sal xa­rak­ter­li bey­nəl­xalq sə­nəd ki­mi Ozon qa­tı­nın mühafi­zəsi haq­qında 22 mart 1985-ci il ta­rix­li Vyana Konvensiya­sı və ona Ozon qa­tı­nı da­ğıdan mad­də­lər üz­rə 1987-ci il ta­rix­li Monreal Pro­to­kolu çı­xış edir. Azərbaycan Res­pub­lika­sı bu Konvensiya­nın iştiraş­çı­sı olmaqla yana­şı, həm də Mon­re­al Protokolunun iştirak­çı­sı­dır. Kon­ven­siya­nın məq­sədi ozon qa­tında də­yişikli­yə sə­bəb olan insan fəaliy­yə­tinin mənfi nəti­cə­lərin­dən insan­la­­rı və ətraf mühiti qorumaq­dır. Bu məq­­səd­lə tə­rəf­lər ozon qa­tına insan fəa­liy­yətinin təsirini qiy­mət­ləndir­mək üçün informasiya mübadi­ləsi apa­­rır, ozon qa­tına mənfi təsir gös­tə­­rən fəaliy­yətin azal­dılma­sı, ara­dan qal­dı­rılma­sı və ya məhdudlaş­dı­­rılma­sı üçün qanunverici və inzibati tədbir­lər gö­rür, konvensiya­nın müd­dəala­rı­nın yeri­nə yetiril­məsini təmin et­mək üçün di­gər iştirak­çı­sı döv­lət­lər­lə və bey­nəlxalq təşkilatlarla əməkdaş­lıq edir.

Bu sa­hə­də növ­bə­ti uni­ver­sal bey­nəl­xalq sə­nəd Ətraf mühit ilə bağ­lı mə­sə­lə­lər­də məluma­tın əl­də edil­məsi, ctimaiy­ya­tın qərar qəbul edil­məsin­də iştira­kı və əda­lət mühaki­məsinin açıq keçiril­məsi haq­qında BMT-nin 25 iyun 1998-ci il ta­rix­li Orxus Konvensiya­sı­dır. Konvensiya preambula və 22 mad­də­dən iba­rətdir. Azərbaycan Respublika­sı bu Konvensiya­nı 11 sentiyabr 1999-cu il­də ratifikasiya etmişdir.

Konvensiya iştirak­çı­sı olan hər bir tə­rəf indiki və gə­lə­cək nəslin sağlam­lı­ğı üçün əlverişli olan ətraf mühit­də yaşamaq hüququnun qo­run­ma­sına kö­mək et­mək məq­sədi­lə ət­raf mühit ilə bağ­lı mə­sə­lə­lər­də məluma­tın əl­də edil­məsi, ictimaiy­ya­­tın qərar qəbul edil­məsin­də iş­ti­ra­kı və əda­lət mühaki­məsinin açıq ke­çiril­məsini təmin et­məlidir. Kon­ven­siya müd­dəala­rı­nın həyata ke­çi­ril­­məsini təmin et­mək üçün tə­rəf­lər la­­zımi qanunverici və di­gər tədbir­ləri gör­məlidir və qanunvericilik­lə­ri­ni bu konvensiyaya uyğunlaş­dır­ma­­lı­dırlar. Konvensiyaya əsa­sən ic­timaiy­ya­tın ətraf mühi­tə ciddi zə­rər vura bi­lən konkret fəaliy­yət növ­lərinin həyata keçiril­məsi­nə ica­zə veril­məsi ilə bağ­lı qərarla­rın qəbul edil­məsin­də iştira­kı təmin olunma­lı­dır.

Növ­bə­ti uni­ver­sal bey­nəl­xalq sə­nəd Bitki mühafi­zəsi haq­qında 6 dekabr 1991-ci il ta­rix­li Roma Kon­ven­siya­sı­dır. Azərbaycan Res­pub­li­ka­­sı bu Konvensiya­nı 14 mart 2000-ci il ta­rix­də ratifikasiya et­miş­dir. Konvensiya preambula və 15 mad­­də­dən iba­rətdir.

Konvensiya­nın məq­sədi bitki və bitkiçilik məhsulla­rı­nın xəs­təlik və ziyanverici­lərinin gətiril­məsi və ya­yıl­ma­sı­nın qar­şı­sı­nı almaqdan öt­rü bir­­gə və sə­mə­rə­li fəaliy­yəti təmin et­­mək və bununla mübari­zə tədbir­lə­ri­nə kö­mək et­mək­dən iba­rətdir. Kon­vensiya­nın 8-ci mad­dəsin­də əsa­­sən Ra­zı­lı­ğa gə­lən Döv­lət­lər mü­vafiq rayonlarda bitki mühafi­zə­si üz­rə regional təşkilatla­rın yara­dıl­ma­sı məq­sədi­lə bir-biri ilə əmək­daş­lıq et­məyi öh­də­ləri­nə gö­tü­­rür­lər. Bitki mühafi­zəsi üz­rə re­gi­o­nal təşkilatlar Konvensiya­nın məq­­səd­lərinin həyata keçiril­məsi üçün öz səlahiy­yətin­də olan rayonlarda əla­qə­ləndirici rol oyna­yır və müx­təlif tədbir­lər­də iştirak edir­lər.

Növ­bə­ti uni­ver­sal bey­nəl­xalq mü­qa­vi­lə ki­mi Təh­lü­kəli tullan­tıla­rın sər­həd­lərara­sı da­şınma­sı və kə­nar­laş­dı­rılma­sına nəza­rət haq­qında 22 mart 1989-ci il ta­rix­li BMT Kon­vensiya­sı çı­xış edir. Azər­bay­can Respublika­sı bu Konvensiyaya 16 fevral 2001-ci il ta­rix­də qoşul­muş­dur.

Konvensiya preambula və 29 mad­­də­dən iba­rətdir. Konvensiya­nın tənzim etdiyi da­şı­nan təh­lü­kəli tullan­tıla­rın siya­hı­sı Konvensiya­nın I və II Əla­və­lərin­də əks olunmuşdur. Konvensiya­nın Əla­və­lərin­də gös­­təril­mə­yən, lakin hər han­sı tə­rə­fin milli qanunvericiliyi­nə gö­rə təh­lü­­kəli sa­yılan tullan­tılar ba­rə­də Kon­vensiya­nın katibliyi­nə məlumat ve­ril­məlidir.

Konvensiyaya müvafiq olaraq hər bir tə­rəf öz öl­kə­ləri­nə təh­lü­kəli tullan­tıla­rın idxa­lı­nı qadağan edə bi­lər. Di­gər tə­rəf­dən öz növ­bəsin­də idxa­lı qadağan edən döv­lət­lə­rə be­lə tullan­tıla­rı ixrac et­məyi qadağan edir və ya ica­zə vermir. Kon­ven­si­ya döv­lət­lərin üzəri­nə bir sıra mü­him öh­dəlik­lər qoyur. Be­lə ki, tə­rəf­­lər öz ərazi­lərin­də təh­lü­kəli tul­lan­­tıla­rın istehsa­lı­nı və onla­rın trans­­sər­həd da­şıma­sı­nı minumum həd­də endiril­məsi­nə ça­lı­şır, öz öl­kə­lərin­də təh­lü­kəli tullan­tıla­rın məhv edil­məsi üz­rə obyekt­lərin mövcudluğunu təmin edir. Kon­ven­si­ya­nın müd­dəala­rına uyğun olaraq hər bir tə­rəf təh­lü­kəli tullan­tıla­rın trans­­sər­həd da­şınma­sı və ya məhv edil­­məsi zama­nı baş ve­rən qəzalar haq­­qında maraq­lı döv­lət­ləri mə­lu­mat­lan­dı­rır.

Di­gər mü­hüm uni­ver­sal bir sə­nəd ki­mi Dənizin tullan­tılarla və di­gər mad­də­lər­lə çirk­lən­məsinin qar­şı­sı­nın alınma­sı haq­qında 29 dekabr 1972-ci il ta­rix­li Konvensiya çı­xış edir. Konvensiya preambula və 22 mad­də­dən iba­rətdir. Azərbaycan Respublika­sı Konvensiya­nı 13 may 2003-cü il­də ratifikasiya edib.

Konvensiya­nın 1-ci mad­dəsi­nə əsa­­sən Tə­rəf­lər dəniz mühitinin çirk­­lən­məsinin bü­tün mən­bə­ləri ilə ef­fektiv mübari­zə üçün təkba­şına və kollektiv şəkil­də səy gös­tərir, üzə­ri­nə insan həya­tı üçün təh­lü­kə ya­radan dəniz­də həyata və can­lı re­surs­lara xə­ləl gəti­rə bi­lən istira­hət zo­nala­rına və dənizin istifa­dəsinin di­­gər qanuni növ­ləri­nə ziyan vura bi­­lən tullan­tılar və di­gər mad­də­lər­lə dənizin çirk­lən­məsinin qar­çı­sı­nı al­maq üçün bü­tün müm­kün tədbir­lər gör­məyi öz üzəri­nə gö­tü­rür. Kon­vensiyaya əsa­sən I Əla­və­də gös­­təri­lən tullan­tıla­rın və di­gər mad­­də­lərin dəni­zə atılma­sı tam qa­da­ğan edilir. I Əla­və­də gös­təri­lən mad­­də­lə­rə xlorun üzvi bir­ləş­mə­ləri, neft, ci­və və onun bir­ləş­mə­ləri və di­gər mad­də­lər aid­dir. II Əla­və­də əks olunan mad­də­lərin dəni­zə atılma­sı üçün qabaqcadan xüsusi ica­­zə tə­ləb olunur. Kon­ven­siya ilə də­niz mühitinin mühafi­zəsinin xü­su­si rejimini nə­zər­də tutan «xü­susi ra­yon»lar ki­mi Ara­lıq, Qara, Baltik, Şi­mal, Karib, Qır­mı­zı dəniz­ləri, Fars kör­fəzi, Antraktida və Şimal Qər­bi Avropa sula­rı aid edilir.Bu ra­yonlarad neft­lə və di­gər zə­hərli mad­­də­lər­lə çirk­lən­mənin qar­şı­sı­nın alın­ma­sı üçün xüsusi metodlar tətbiq olunur [8, s.78].

Bu sa­hə­də di­gər uni­ver­sal bey­nəl­xalq mü­qa­vi­lə­lər də qeyd edi­lə bi­lər. Mə­sə­lən, Nü­və materia­lı­nın fiziki mühafi­zəsi haq­qında 3 mart 1980-cı il ta­rix­li Vyana Kon­ven­si­ya­­sı, Nü­və sila­hı­nın ya­yılmama­sı haq­­qında 12 iyun 1968-cı il ta­rix­li mü­qavi­lə və s [9, s.145].

Qeyd edi­lən­lə­ri nə­zə­rə ala­raq be­lə qə­naə­tə gəl­mək olar ki, ət­raf mü­­hi­tin mü­ha­fi­zə­si sa­hə­sin­də uni­ver­­sal bey­nəl­xalq mü­qa­vi­lə­lər ət­raf mü­­hi­tin qo­run­ma­sı­nın ay­rı-ay­rı as­pekt­lə­ri­ni ge­niş şə­kil­də əha­tə edir. Hə­min bey­nəl­xalq mü­qa­vi­lə­lər re­gio­nal və di­gər xa­rak­ter­li bey­nəl­xalq nor­ma­la­rın ya­ra­dıl­ma­sı­nın mü­hüm ba­za­sı ki­mi çı­xış edir­lər. Ey­ni za­man­da, gə­lə­cək­də bə­zi «yum­şaq» xa­rak­ter­li nor­ma­la­rın he­sa­bı­na hə­­min uni­ver­sal bey­nəl­xalq mü­qa­vi­lə sis­te­mi­nin ge­niş­lən­mə­si özü də ət­raf mü­hit prob­lem­lə­rin həl­lin­də və eko­lo­ji təh­lü­kə­siz­li­yin tə­mi­nin­də mü­hüm rol oy­na­ya­caq­dır.

 

İstifadə olunmuş ədəbiyyat siyahısı:

 

1. Hüseynov L.H. Beynəlxalq hüquq. Bakı, 2001.

2. Лазарев М.И. Научно-технический прогрес и международное право. М., 1977.

3. Колбасов О.С. Международная-правовая охрана окружающей среды. М., 1982.

4. Молодцов С.В. Международно-правовой режим открытого моря и континентального шельфа. М., 1960.

5. Чичварин В.А. Охрана природы и международные отношения. М., 1970.

6. Тимошенко А.С. Формирование и развитие международного права окружающей среды. М., 1986.

7. Международное экологическое право в документах. Баку, 2007.

8. Сперанская Л.В., Третьякова К.В. Международное право окружающей среды. М., 1995.

9. Ерофеев Б.В. Экологическое право России. М., 1996.

 

Общая  характеристика  универсальных

Международных  договоров  по  проблемам окружающей  среды

 

Магеррамов Анар Абель оглы,

и.о.доцента кафедры "Международного

публичного права" БГУ, кандидат юридических наук.

 

В статье анализируются на основе международной практики основные  положения универсальных международных договоров по проблемам окружающей среде. В результате делается окончательный вывод, что универсальные международные договора в области защиты окружающей среды широко охватывают различные аспекты защиты окружающей среды. Данные международные договора выступают как особая база формирования международных норм регионального и прочего характера. В.то же время расширение системы настоящих универсальных  международных договоров за счет некоторых норм "мягкого" характера сама будет играть важную  роль в решении проблем окружающей среды и обеспечении экологической безопасности.

 

 

 

General  characteristics  of  universal  international

contracts  on  environment  problems

 

 

Maharramov Anar Abel,

associate professor deputy,

candidate on juridical  science

of BSU "International general law" School.

 

Main provisions of universal international contracts on environment problems is analyzed on international  practice basis  in the article. At last it comes to a conclusion that universal international contracts in environment protection sphere widely scopes different aspects of environment protection. These international contracts act as significant source of establishing regional and international norms with other character. In the meanwhile expansion of that universal international contract system at the cost of norms of some "soft" characters in future  will play significant role in solution of environment problems and guarantee of ecological safety too.

 

MÜNDƏRİCAT

Rəsmi sənədlər
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.