04.24.2017 21:06
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Əmək  miqrasiyası    dövlətdaxili  qanunvericilik:

dünya  dövlətlərinin  qanunvericiliyi

 

Əliyev Ə.İ.,

BDU "Beynəlxalq xüsusi hüquq və Av­ropa hüququ"

ka­fed­ra­sı­nın dosenti, hüquq elmləri na­mi­zədi.

Niyazov C.A.,

AMEA Fəlsəfə və Siyasi-Hüquqi

Təd­qi­qatlar İns­ti­tu­tu­nun dissertantı.

 

Mə­qa­lə­də əmək miq­ra­si­ya­sı­nın müx­tə­lif döv­lət­lər tə­rə­fin­dən tən­zim­lən­mə­si, əmək miq­ra­si­ya­sı sa­hə­sin­də iş­çi qüv­və­si ix­rac və id­xal edən öl­kə­lə­rin əmək­çi-miq­rant­la­rın sta­tu­su­nun və əmək miq­ra­si­ya­sı­nın tən­zim­lən­mə­si sa­hə­sin­də qar­şı­lıq­lı mü­na­si­bət­lə­ri, bu sa­hə­də qə­bul edil­miş nor­ma-stan­dart­lar, döv­lət­lər tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lən təd­bir­lər, im­miq­ra­si­ya və ree­miq­ra­si­ya pro­ses­lə­ri­nin sti­mul­laş­dı­rıl­ma­sı­na is­ti­qa­mət­lən­miş döv­lət proq­ram­la­rın qə­bul olun­ma­sı, im­miq­ra­si­ya or­qan­la­rı­nın fəa­liy­yə­ti, əc­nə­bi­lə­rin əmək ba­za­rı­na da­xil ol­ma­sı və bu­nun üzə­rin­də döv­lət nə­za­rə­ti və s. mə­sə­lə­lər ge­niş təh­lil edil­miş­dir.

 

 

Əmək miq­ra­si­ya­sı və əmək­çi-miq­rant­la­rın hü­qu­qi sta­tu­su ilə bağ­lı uni­ver­sal və re­gio­nal sə­viy­yə­də qə­bul edil­miş bey­nəl­xalq-hü­qu­qi akt­lar­da müəy­yən­ləş­di­ril­miş nor­ma və prin­sip­lə­rin mil­li qa­nun­ve­ri­ci­lik va­sil­tə­si­lə hə­ya­ta ke­çi­ril­mə­si so­nun­cu­nun ge­niş təh­li­li, üs­tün­lük və ça­tış­maz­lıq­la­rı­nın üzə çı­xa­rıl­ma­sı­nı zə­ru­ri edir. Bu isə həm müx­tə­lif döv­lət­lə­rin mü­va­fiq qa­nun­ve­ri­ci­lik akt­la­rın­da, həm də on­la­rın tət­bi­qi təc­rü­bə­sin­də özü­nü bi­ru­zə ve­rir.

Əmək miq­ra­si­ya­sı və əmək­çi-miq­rant­la­rın hü­qu­qi sta­tu­su­na dair qə­bul edil­miş ən tək­mil qa­nun­ve­ri­cilk akt­la­rın­dan bi­ri 17 iyun 1998-ci il­də qə­bul edil­miş Be­la­rus Res­pub­li­ka­sı­nın «Əmək miq­ra­si­ya­sı haq­qın­da» Qa­nu­nu­dur. Qa­nun Be­la­rus Res­pub­li­ka­sı və­tən­daş­la­rı­nın əmək fəa­liy­yə­ti ilə məş­ğul ol­maq məq­sə­di­lə xa­ri­cə get­mə­si, öl­kə əra­zi­si­nə əc­nə­bi iş­çi qüv­və­si­nin cəlb edil­mə­si qay­da­la­rı­nı və əmək­çi-miq­rant­la­rın mü­da­fiə­si­nin hü­qu­qi əsas­la­rı­nı müəy­yən edir. Qa­nu­nun 2-ci mad­də­sin­də əsas ter­min­lə­rin (xa­ri­ci əmək miq­ra­si­ya­sı, «rəq­qas­lı» miq­ra­si­ya, əmək­çi-miq­rant, sər­həd­ya­nı əmək­çi, miq­ran­tın tərk et­di­yi döv­lət, işə­dü­zəl­mə döv­lə­ti, ai­lə üzv­lə­ri) an­la­yış­la­rııq­la­nır. Be­lə ki, Qa­nu­na əsa­sən əmək­çi-miq­rant - və­tən­da­şı ol­ma­dı­ğı və dai­mi ya­şa­ma­dı­ğı döv­lə­tin əra­zi­sin­də ödə­niş­li əmək fəa­liy­yə­ti ilə məş­ğul ol­muş, ha­zır­da məş­ğul olan və gə­lə­cək­də məş­ğul ola bi­lə­cək şəxs­dir

Əmək miq­ra­si­ya­sı­nın tən­zim­lən­mə­si­nin prin­sip­lə­ri­nə gəl­dik­də, ilk növ­bə­də, 11-ci mad­də ilə müəy­yən olu­nan bə­ra­bər­lik prin­si­pi qeyd edil­mə­li­dir. Be­lə ki, Be­la­rus və­tən­daş­la­rı­nın xa­ric­də işə dü­zəl­mə­si üz­rə əmək mü­qa­vi­lə­lə­ri­nin bağ­lan­ma­sı və əc­nə­bi iş­çi qüv­və­si­nin Be­la­rus Res­pub­li­ka­sı­na işə cəlb edil­mə­si za­ma­nı işə­gö­tü­rən döv­lə­tin qa­nun­ve­ri­ci­li­yi­nə mü­va­fiq ola­raq hə­min döv­lə­tin və­tən­daş­la­rı ilə əmək­çi-miq­rant­la­rın hü­quq bə­ra­bər­li­yi prin­si­pi göz­lə­nil­mə­li­dir. İn­san lə­ya­qə­ti­ni al­çal­dan və sağ­lam­lı­ğa zə­rər ye­ti­rən şə­rait­lər­də əmək­çi-miq­rant­la­rın işə cəlb edil­mə­si yol­ve­ril­məz­dir. Da­ha son­ra, əmək­çi -miq­rant­la­rın əmək haq­la­rı­na iki­qat ver­gi­qoy­ma­nın tət­biq olun­ma­ma­sı prin­si­pi­ni qeyd et­mək olar. Be­lə ki, 18-ci mad­də­yə əsa­sən, əmək­çi-miq­rant­la­rın əmək haq­la­rı­na iki­qat ver­gi­qoy­ma­nın is­tis­na olun­ma­sı Be­la­rus Res­pub­li­ka­sı­nın bey­nəl­xalq mü­qa­vi­lə­lə­ri əsa­sın­da tən­zim­lə­nir. Əmək­çi-miq­rant­la­rın pul kö­çür­mə­lə­ri­nin döv­lət tə­rə­fin­dən sa­də­ləş­di­ril­mə­si prin­si­pi isə Qa­nun­da bir­ba­şa gös­tə­ril­mə­sə­də, 17-ci mad­də­də Be­la­rus əra­zi­sin­də ödə­niş­li əmək fəa­liy­yə­ti ilə məş­ğul olan əmək­çi-miq­rant­la­rın əmək haq­la­rı­nı və di­gər və­sait­lə­ri­ni öz öl­kə­lə­ri­nə kö­çür­mək hü­qu­qu təs­bit olun­muş­dur. Qa­nu­nun di­gər müd­dəa­la­rın­da əmək mü­qa­vi­lə­si və onun məz­mu­nu (mad­də 10), əmək­çi-miq­rant­la­rın məş­ğul­lu­ğu­nun və so­sial hü­quq­la­rı­nın tə­min edil­mə­si (mad­də 12), so­sial tə­mi­nat (mad­də 15), əmək­çi-miq­rant­la­rın sağ­lam­lı­ğı­nı vu­rul­muş zə­rə­rin əvə­zi­nin ödə­nil­mə­si (mad­də 16) və s. mə­sə­lə­lər öz ək­si­ni tap­mış­dır.

İs­rail­də əmək­çi-miq­rant­la­rın hü­qu­qi sta­tu­su­nun tən­zim­lən­mə­si özü­nə­məx­sus xü­su­siy­yət­lə­rə ma­lik­dir. Be­lə ki, İs­rai­lin əmək ba­za­rı di­na­mik­dir və müəy­yən də­yi­şik­lik­lə­rə mə­ruz qal­mış­dır. La­kin İs­rail Hö­ku­mə­ti­ni na­ra­hat edən ən mü­hüm mə­sə­lə əc­nə­bi iş­çi qüv­və­si­nin ar­tı­mı prob­le­mi­dir; 1986-cı ilə qə­dər öl­kə əra­zi­sin­də 10 min əc­nə­bi iş­çi­dən yal­nız 2 mi­nə qə­də­ri iş­lə­mək üçün ica­zə­yə və ya əmək vi­za­sı­na ma­lik idi. Son on il­də isə əc­nə­bi iş­çi­lə­rin sa­yı bir ne­çə də­fə art­dı. Bu iş­çi­lə­rin ək­sər his­sə­si­ni Şər­qi Av­ro­pa­dan gə­lən­lər təş­kil edir. La­kin son dövr­lər­də öl­kə­də iş­çi qüv­və­si­nin gə­ti­ril­mə­si ilə əsa­sən aşa­ğı hə­yat sə­viy­yə­si­nə ma­lik öl­kə­lər­də agent­lik­lə­rə ma­lik xü­su­si məş­ğul­luq ida­rə­lə­ri məş­ğul olur. Bu ida­rə­lər isə işə­gö­tü­rən­lər üçün əl­ve­riş­li şərt­lər­lə miq­rant­la­rı iş­lə tə­min edir­lər.

Bu­nun­la be­lə, İs­rail­də əmək­çi-miq­rant­la­rın hü­qu­qi və­ziy­yə­ti­nə dair müd­dəa­la­rın təs­bit olun­du­ğu iki qa­nun qə­bul edil­miş­dir: «Məş­ğul­luq xid­mə­ti haq­qın­da» 1959-cu il Qa­nu­nu və «İş­də bə­ra­bər im­kan­lar haq­qın­da» 1988-ci il Qa­nu­nu. «Məş­ğul­luq xid­mə­ti haq­qın­da» Qa­nu­na gö­rə məş­ğul­luq xid­mə­ti ida­rə­si tə­rə­fin­dən gön­də­ril­mə­dik­də, şəx­sin işə qə­bul edil­mə­si qa­da­ğan olu­nur. La­kin əgər əc­nə­bi iş­çi İs­rail işə­gö­tü­rə­ni ilə mü­qa­vi­lə bağ­la­mış­dır­sa, işə­gö­tü­rən yer­li ida­rə­yə və Da­xi­li İş­lər Na­zir­li­yi­nə hə­min şəx­sin iş­lə­mə­si üçün mü­vəq­qə­ti ica­zə­nin rəs­mi­ləş­di­ril­mə­si üçün sə­nəd­lər təq­dim edə bi­lər.

«İş­də bə­ra­bər im­kan­lar haq­qın­da» Qa­nun­da isə gös­tə­ri­lir ki, işə­gö­tü­rən iş­çi­lər ara­sın­da cin­si­nə, sek­sual ori­yen­ta­si­ya­sı­na, ai­lə və­ziy­yə­ti­nə, uşaq­la­rı­nın olub-ol­ma­ma­sı­na, ir­qi­nə, mil­liy­yə­ti­nə, di­ni eti­qa­dı­na, si­ya­si ba­xış­la­rı­na və par­ti­ya mən­su­biy­yə­ti­nə gö­rə ay­rı-seç­ki­li­yə yol ver­mə­mə­li­dir. Qa­nu­na əsa­sən ay­rı-seç­ki­lik aşa­ğı­da­kı hal­lar­da qa­da­ğan olu­nur: işə qə­bul; əmək şə­rai­ti­nin müəy­yən olun­ma­sı; kurs­lar­da pe­şə ha­zır­lı­ğı­na yi­yə­lən­mə mə­sə­lə­lə­ri­nin həl­li; iş­dən çı­xa­rıl­ma və ya çı­xa­rıl­ma­ya gö­rə kom­pen­sa­si­ya­nın ödə­nil­mə­si.

Bel­çi­ka­da miq­ra­si­ya­nın tən­zim­lən­mə­si­nin hü­qu­qi əsa­sı­nı bir sı­ra döv­lət­da­xi­li akt­lar təş­kil edir: «Əc­nə­bi­lə­rin öl­kə əra­zi­si­nə gəl­mə­si, ya­şa­ma­sı, məs­kun­laş­ma­sı hü­qu­qu və çı­xa­rıl­ma­sı haq­qın­da» Qa­nun; «Əc­nə­bi­lə­rin öl­kə əra­zi­si­nə gəl­mə­si, ya­şa­ma­sı, məs­kun­laş­ma­sı hü­qu­qu və çı­xa­rıl­ma­sı haq­qın­da» Kral Dek­re­ti; Qaç­qın­la­rın şi­ka­yət­lə­ri­nə ba­xıl­ma­sı üz­rə Dai­mi Ko­mis­si­ya­nın ye­ri­nə ye­tir­di­yi pro­se­dur­la­rı müəy­yən edən Kral Dek­re­ti. Bel­çi­ka­da öl­kə­yə gəl­mə üçün və­sa­tət şəx­sin öl­kə­yə gəl­di­yi za­man və gəl­di­yi vaxt­dan eti­ba­rən 8 iş gü­nü ər­zin­də gəl­mə mən­tə­qə­lə­ri­nə ve­ril­mə­li­dir; ge­cik­mə ilə ve­ril­miş və­sa­tət­lə­rə ba­xıl­mır – gec ve­ril­miş və­sa­tə­tin qə­bul edil­mə­sin­dən im­ti­na­dan yal­nız Döv­lət Şu­ra­sı­na şi­ka­yət ve­ri­lə bi­lər. Bun­dan əla­və, Yu­na­nıs­tan­da da «Ge­diş-gə­liş, öl­kə­də ol­ma, işə­dü­zəl­mə, qaç­qın­la­rın de­por­ta­si­ya­sı haq­qın­da» Qa­nun da qə­bul olun­muş­dur.

1998-ci il­də Yu­qos­la­vi­ya­da «Mü­vəq­qə­ti ola­raq xa­ric­də iş­lə­yən və­tən­daş­la­rın mü­da­fiə­si haq­qın­da» Qa­nun qə­bul edil­di. Qa­nu­na mü­va­fiq ola­raq və­tən­daş­la­rın öl­kə­də pe­şə­kar və so­sial uy­ğun­laş­ma­sı üçün döv­lət or­qan­la­rı mə­su­liy­yət da­şı­yır.

1990-cı il­dən eti­ba­rən Pol­şa­ya əmək­çi-miq­rant axı­nı­nın güc­lən­mə­si 1994-cü il de­kab­rın 14-də «Məş­ğul­luq və iş­siz­li­yin ara­dan qal­dı­rıl­ma­sı haq­qın­da» Qa­nu­nun qə­bul edil­mə­si ilə nə­ti­cə­lən­di. «Məş­ğul­luq haq­qın­da» ye­ni qa­nun isə 1998-ci il­də qə­bul edil­di. Mü­va­fiq qa­nun 1997-ci il­də Çe­xi­ya­da qə­bul edil­di – «Məş­ğul­luq haq­qın­da Qa­nun» (1999-cu il də­yi­şik­lik­lə­ri ilə). Qa­nu­nu­nun əsas müd­dəa­la­rı əc­nə­bi­lə­rin Çe­xi­ya­da əmək fəa­liy­yə­ti­ni tən­zim edir. Qa­nu­nun qə­bul edil­mə­si ilə Çe­xi­ya­da əmək miq­ra­si­ya­sı sa­hə­sin­də əv­vəl­lər qə­bul oun­muş sərt si­ya­sət nis­bə­tən ara­dan qal­dı­rıl­dı. Nə­ti­cə­də əc­nə­bi iş­çi qüv­və­si­nin pa­yı 1993-cü il­də Çe­xi­ya­da ümu­mi iş­çi qüv­və­si­nin 0,98%-ni təş­kil edir­di­sə, 1999-cu il­də 3,02%-ə qə­dər art­mış­dı.

Da­ha son­ra, Ka­na­da­da im­miq­ra­si­ya ba­rə­də ilk qa­nun 1869-cu il­də ve­ril­miş­dir. Bu za­man Ka­na­da­ya yal­nız fer­mer­lər, ev qul­luq­çu­la­rı və muzd­lu əmək fəa­liy­yə­ti ilə məş­ğul olan şəxs­lər miq­ra­si­ya edir­di. 1895-ci il­də isə Trans­ka­na­da də­mir­yo­lu­nun ti­kin­ti­si ilə əla­qə­dar ola­raq Çin­dən gə­lən bö­yük miq­ra­si­ya axı­nı­nın qar­şı­sı­nın alın­ma­sı məq­sə­di­lə Çin­dən im­miq­ra­si­ya axı­nı­nı məh­dud­laş­dı­ran xü­su­si qa­nun qə­bul edil­di. 1967-ci il­də öl­kə­də im­miq­ran­tın ix­ti­sa­sı­nın və pe­şə üz­rə bi­lik­lə­ri­nin ob­yek­tiv qiy­mət­lən­di­ril­mə­si sis­te­mi ya­ra­dıl­dı.

Avst­ra­li­ya yal­nız 45 yaş­dan aşa­ğı olan miq­rant­la­rı qə­bul edir. Avs­ra­li­ya­ya əmək miq­ra­si­ya­sı et­mək üçün və­sa­tə­tə ba­xı­lar­kən, miq­ran­tın şəx­si key­fiy­yət­lə­ri də nə­zə­rə alı­nır: iş­gü­zar nü­fuz və qa­nun­la prob­lem­lə­rin ol­ma­ma­sı. Ye­ni Ze­lan­di­ya­nın da miq­ra­si­ya qa­nun­ve­ri­ci­li­yi Avst­ra­li­ya qa­nun­ve­ri­ci­li­yi ilə ey­ni müd­dəa­lar nə­zər­də tu­tur. La­kin Avst­ra­li­ya­dan fərq­li ola­raq, bu­ra­da Okea­ni­ya öl­kə­lə­rin­dən miq­ra­si­ya­nı asan­laş­dı­ran xü­su­si proq­ram qə­bul edil­miş­dir. Nə­ti­cə­də Ye­ni Ze­lan­di­ya əha­li­si­nin 5 %-ni Me­la­ne­zi­ya və Po­li­ne­zi­ya mən­şə­li əha­li təş­kil et­miş­dir. Ye­ni Ze­lan­di­ya həm mil­li iq­ti­sa­diy­yat üçün pers­pek­tiv­li sa­hə­lər üz­rə mü­tə­xəs­sis­lər, həm də iri biz­nes­men­lə­ri qə­bul edir. Biz­nes­men-in­ves­tor yal­nız mil­li iq­ti­sa­diy­ya­ta 1 mln. dol­lar həc­min­də in­ves­ti­si­ya qoy­duq­da im­miq­ra­si­ya et­mək hü­qu­qu əl­də edir. La­kin öl­kə 85 yaş­dan yu­xa­rı in­ves­tor­la­rı qə­bul et­mir.

Döv­lət­lə­rin xa­ri­ci ele­ment­li əmək mü­na­si­bət­lə­ri­ni tən­zim edən da­xi­li qa­nun­ve­ri­ci­li­yi də əmək­çi-miq­rant­lar ba­rə­də müəy­yən müd­dəa­lar nə­zər­də tu­tur. La­kin be­lə qa­nun­ve­ri­ci­lik akt­la­rı əsa­sən əmək mü­na­si­bət­lə­ri­nə dair kol­li­zion nor­ma­lar müəy­yən edir. Bun­la­ra, ilk növ­bə­də, xü­su­si hü­quq haq­qın­da qa­nun­la­rı aid et­mək olar. Mə­sə­lən, Al­ba­ni­ya­nın «Əc­nə­bi­lə­rin mül­ki hü­quq­lar­dan is­ti­fa­də­si və xa­ri­ci hü­qu­qun tət­bi­qi haq­qın­da» 1964-cü il Qa­nu­nu (mad­də 20); Pol­şa­nın «Bey­nəl­xalq xü­su­si hü­quq haq­qın­da» 1965-ci il Qa­nu­nu (mad­də 32) [14, s.10-17]; Avst­ri­ya­nın «Bey­nəl­xalq xü­su­si hü­quq haq­qın­da» 1978-ci il Qa­nu­nu (§ 44); Ma­ca­rıs­ta­nın «Bey­nəl­xalq xü­su­si hü­quq haq­qın­da» 1979-cu il Qa­nu­nu (§ 51-53); İs­veç­rə­nin «Bey­nəl­xalq xü­su­si hü­quq haq­qın­da» 1987-ci il Qa­nu­nu (mad­də 115, 141), o cüm­lə­dən İs­pa­ni­ya­nın, AFR-in və di­gər döv­lət­lə­rin mül­ki mə­cəl­lə­lə­ri­nin mü­va­fiq böl­mə­lə­ri. Xü­su­si ma­raq Fran­sa Mül­ki Mə­cəl­lə­si təş­kil edir. Be­lə ki, Mə­cəl­lə­nin xü­su­si böl­mə­si əmək miq­ra­si­ya­sı­na həsr olun­muş­dur - «Əc­nə­bi iş­çi qüv­və­si və mil­li iş­çi qüv­və­si­nin ma­raq­la­rı­nın qo­run­ma­sı» [16, s.68-71]. Bu böl­mə­nin nor­ma­la­rı əc­nə­bi­lə­rin Fran­sa­da işə qə­bu­lu­nu müəy­yən edir. 341-2-ci mad­də­yə mü­va­fiq ola­raq, əc­nə­bi işə­dü­zəl­mə məq­sə­di­lə Fran­sa­ya gəl­mək üçün qüv­və­də olan bey­nəl­xalq mü­qa­vi­lə­lə­rə və qay­da­la­ra uy­ğun ola­raq tə­ləb olu­nan vi­za və di­gər sə­nəd­lər­lə ya­na­şı, əmək mü­qa­vi­lə­si və ya iş­lə­mək üçün ica­zə sə­nə­di və tib­bi şə­ha­dət­na­mə təq­dim et­mə­li­dir. Bu böl­mə­də həm­çi­nin aşa­ğı­da­kı­lar nə­zər­də tu­tul­muş­dur: müəy­yən olun­muş qay­da­la­rın po­zul­ma­sı ilə muzd­lu işə cəlb olun­muş əc­nə­bi­nin hü­quq­la­rı­nın mü­da­fiə­si; əc­nə­bi­nin işə qə­bul olun­ma­sı­nın müəy­yən olun­muş qay­da­la­rı­nı po­zan şəxs­dən cə­ri­mə­nin tu­tul­ma­sı qay­da­la­rı; işə­gö­tü­rə­nin xey­ri­nə əc­nə­bi iş­çi­lər­dən qey­ri-qa­nu­ni yı­ğım­la­rın qa­da­ğan olun­ma­sı. Fran­sa­da əc­nə­bi­lə­rin işə qə­bu­lu, on­la­rın öl­kə əra­zi­si­nə gəl­mə­si və ya iş­çi­lə­rin xa­ric­də işə qə­bu­lu ilə əla­qə­dar bü­tün əmə­liy­yat­lar im­miq­ra­si­ya üz­rə üz­rə mil­li ida­rə­lər tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lir [4, s.40-41].

Bol­qa­rıs­tan Əmək Mə­cəl­lə­sin­də xa­ri­ci ele­ment­li əmək mü­na­si­bət­lə­ri­nə dair mad­di nor­ma­la­ra iki fə­sil həsr olun­muş­dur: 1-ci fə­sil - Ümu­mi pri­sip­lər və 18-ci fə­sil - Əmək ar­bit­ra­cı. Be­lə ki, ümu­mi prin­sip­lər haq­qın­da fə­si­lə əsa­sən, bu Mə­cəl­lə bol­qar və bir­gə müəs­si­sə­lə­rin öl­kə da­xi­lin­də əmək mü­na­si­bət­lə­ri­nə və Bol­qa­rıs­tan və­tən­daş­la­rı­nın öl­kə da­xi­lin­də xa­ri­ci müəs­si­sə­lər­lə və ya xü­su­si qa­nun­la­rın, qay­da­la­rın və ya Bol­qar­sı­ta­nın iş­ti­rak­çı­sı ol­du­ğu bey­nəl­xalq sa­ziş­lə­rin ol­ma­dı­ğı hal­lar­da, bol­qar müəs­si­sə­lə­ri­nin xa­ric­də əmək mü­na­si­bət­lə­ri­nə şa­mil olu­nur. Mü­va­fiq müd­dəa xa­ri­ci bir­gə müəs­si­sə­lər­də iş­lə­mək məq­sə­di­lə öl­kə hü­quq­la­rın­dan kə­na­ra gön­də­ri­lən Bol­qa­rıs­tan və­tən­daş­la­rı­nın əmək mü­na­si­bət­lə­ri­nə, həm­çi­nin bey­nəl­xalq mü­qa­vi­lə­lə­rə mü­va­fiq ola­raq xa­ri­ci bol­qar və bir­gə müəs­si­sə­lər­də iş­lə­yən əc­nə­bi və­tən­daş­la­rın əmək mü­na­si­bət­lə­ri­nə də tət­biq olu­nur. Xa­ric­də əl­də olun­muş əmək hü­quq­la­rı Bol­qar­sı­tan­da qa­nun, qə­rar, Na­zir­lər Şu­ra­sı­nın ak­tı və ya bey­nəl­xalq mü­qa­vi­lə əsa­sın­da ta­nı­nır.

Ən mü­hüm əmək miq­ra­si­ya­sı re­gion­la­rın­dan olan RF-də də əmək miq­ra­si­ya­sı­nın tən­zim­lən­mə­si özü­nə­məx­sus xü­su­siy­yət­lə­rə ma­lik­dir. Be­lə ki, əmək miq­ra­si­ya­sı ba­rə­də RF xü­su­si qa­nu­nun ol­ma­sı­na bax­ma­ya­raq öl­kə­yə miq­ra­si­ya axın­la­rı­nın art­ma­sı bu sa­hə­də xü­su­si akt­la­rın da qə­bul edil­mə­si­nə gə­ti­rib çı­xar­mış­dır. Mə­sə­lən, «Əc­nə­bi və­tən­daş­la­rın Ru­si­ya Fe­de­ra­si­ya­sın­da mü­vəq­qə­ti əmək fəa­liy­yə­ti hə­ya­ta ke­çir­mə­lə­ri üçün ica­zə sə­nəd­lə­ri­nin ve­ril­mə qay­da­la­rı haq­qın­da» RF Hö­ku­mə­ti­nin 13 no­yabr 2006-cı il Qə­ra­rı. Bu Qə­rar həm əc­nə­bi fi­zi­ki, həm də hü­qu­qi şəxs­lər üçün tə­ləb olu­nan ica­zə sə­nəd­lə­ri­nin si­ya­hı­sı­nı müəy­yən edir. La­kin əmək miq­ra­si­ya­nın tən­zim­lən­mə­si va­hid qa­nun ol­ma­sı­na bax­ma­ya­raq RF əra­zi­sin­də miq­ra­si­ya pro­ses­lə­ri­nin tən­zim­lən­mə­sin­də bir sı­ra qa­nun­ve­ri­ci­lik akt­la­rı mü­hüm rol oy­na­yır: RF-nin 12 de­kabr 1993-cü il Kons­ti­tu­si­ya­sı [7], 13 fev­ral 1993-cü il «Qaç­qın­lar haq­qın­da» Qa­nun (28 iyun 1997-ci il re­dak­si­ya­sın­da); 20 fev­ral 1993-cü il «Məc­bu­ri köç­kün­lər haq­qın­da» Qa­nun (28 de­kabr 1995-ci il re­dak­si­ya­sın­da); 25 iyun 1993-cü il «RF və­tən­daş­la­rı­nın RF-də hə­rə­kət azad­lı­ğı, gəl­mə və ya­şa­ma ye­ri­nin se­çil­mə­si hü­qu­qu haq­qın­da» Qa­nun. Bun­lar­dan əla­və, mü­va­fiq sa­hə­də RF Pre­zi­den­ti­nin bir sı­ra fər­man və sə­rən­cam­la­rı, o cüm­lə­dən hö­ku­mət qə­rar­la­rı möv­cud­dur.

Bir sı­ra öl­kə­lər­də ai­lə­lə­rin bir­ləş­mə­si­nə dair xü­su­si qa­nun­ve­ri­ci­lik akt­la­rı qə­bul edi­lir. Mə­sə­lən, ai­lə­lə­rin bir­ləş­mə­si prin­si­pi 1972-ci il­də AFR-də qə­bul edil­miş üç­tə­rəf­li sa­ziş­də (döv­lət-işə­gö­tü­rən­lər-iş­çi­lər) əks olun­muş­dur.

Döv­lət­da­xi­li akt­la­rın qə­bu­lun­dan əla­və, döv­lət­lər tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lən di­gər bir sı­ra təd­bir­lər də əmək miq­ra­si­ya­sı­nın tən­zim­lən­mə­si və əmək­çi-miq­rant­la­rın hü­qu­qi sta­tu­su­nun müəy­yən­ləş­di­ril­mə­si­nə yö­nəl­miş­dir. Mə­sə­lən, ABŞ-da əmək miq­ra­si­ya­sı­nın tən­zim­lən­mə­sin­də Əmək Na­zir­li­yi mü­hüm fəa­liy­yət hə­ya­ta ke­çi­rir; be­lə ki, onun əsas və­zi­fə­lə­rin­dən bi­ri də ABŞ-a im­miq­ra­si­ya et­mək is­tə­yən şəx­sin mad­di nöq­te­yi-nə­zər­dən döv­lət üçün yük olub-ol­ma­ya­ca­ğı­nı və onun ABŞ və­tən­daş­la­rı­nı və ya dai­mi ola­raq ABŞ-da ya­şa­yan şəxs­lə­ri iş ye­rin­dən məh­rum edib-et­mə­yə­cə­yi­ni müəy­yən et­mək­dir. Bu­na gö­rə də im­miq­ra­si­ya vi­za­sı­nın ve­ril­mə­si ba­rə­də mə­sə­lə­yə ba­xan za­man İm­miq­ra­si­ya və Na­tu­ra­li­za­si­ya Xid­mə­ti Əmək Na­zir­li­yi­nin mü­va­fiq im­miq­rant üçün iş ye­ri ba­rə­də ser­ti­fi­ka­tı­nı da nə­zə­rə al­ma­lı­dır. La­kin bu mə­sə­lə adə­tən Əmək Na­zir­li­yi­nin re­gio­nal şö­bə­lə­ri tə­rə­fin­dən həll olu­nur [11]. Onu da qeyd et­mək la­zım­dır ki, 1810-cu il­dən 1921-ci ilə­dək ABŞ-a 34 mln. in­san miq­ra­si­ya et­miş­di.

Döv­lət­lə­rin xa­ri­ci ele­ment­li əmək mü­na­si­bət­lə­ri­ni tən­zim edən da­xi­li hü­qu­qu­nun mad­di nor­ma­la­rı əc­nəb­lə­rin mil­li əmək ba­za­rı­na da­xil ol­ma­sı­na dair qə­bul edi­lir. Be­lə ki, bey­nəl­xalq əmək miq­ra­si­ya­sı ar­tıq uzun müd­dət­dir ki, bir çox döv­lət­lə­rin da­xi­li hə­ya­tı­nın ay­rıl­maz tər­kib his­sə­si­nə və əsas­lı tən­zi­met­mə ob­yek­ti­nə çev­ril­miş­dir. Be­lə tən­zi­met­mə isə da­ha çox əc­nə­bi iş­çi­lə­rin öl­kə əra­zi­sin­də ya­şa­ma­sı və iş­lə­mə­si ilə əla­qə­dar­dır. Be­lə ki, Fran­sa Əmək Mə­cəl­lə­si əc­nə­bi­nin iş üçün ica­zə al­ma­sı­nı nə­zər­də tu­tur. Be­lə ica­zə­də əc­nə­bi­nin fəa­liy­yət gös­tə­rə­cə­yi pe­şə­si və pe­şə sa­hə­si də­qiq gös­tə­ril­mə­li­dir. İca­zə döv­lət əsas­na­mə­si əsa­sın­da ve­ri­lir. 1980-ci il­də Fran­sa­da «İş üçün ica­zə­nin ve­ril­mə­si­nə dair əc­nə­bi­lə­rin əri­zə­lə­ri­nə ba­xıl­ma­sı haq­qın­da» Sir­kul­yar ve­ril­di. 1981-ci ilə qə­dər ica­zə­nin üç nö­vü möv­cud idi. «A» ica­zə­si 1 il müd­də­tin­də bir və ya bir ne­çə de­par­ta­ment­də yal­nız müəy­yən işin gö­rül­mə­si üçün ve­ri­lir­di. «B» ica­zə­si 3 il mud­də­tin­də müx­tə­lif de­par­ta­ment­lər­də bir ne­çə növ işi ye­ri­nə ye­tir­mə­yə im­kan ve­rir­di. «J» ica­zə­si isə is­tə­ni­lən de­par­ta­ment­də is­tə­ni­lən növ əmək fəa­liy­yə­ti­lə məş­ğul ol­maq üçün 10 il müd­də­ti­nə ve­ri­lir­di. Hər üç ica­zə son­ra­dan uza­dı­la bi­lər­di. Ya­şa­maq üçün ica­zə də 1, 3 və 10 il müd­də­ti­nə ve­ri­lir­di. Bu iki növ ica­zə (iş və ya­şa­maq üçün) müx­tə­lif ida­rə­lər tə­rə­fin­dən ve­ri­lir­di (əmək və da­xi­li iş­lər de­par­ta­men­ti) və qüv­və­də ol­ma müd­də­ti­nə gö­rə bir-bi­ri­lə üst-üs­tə dü­şə bil­məz­di. 1981-ci il­dən isə 3 il müd­də­ti­nə qə­dər həm ya­şa­maq, həm də iş üçün ica­zə­ni nə­zər­də tu­tan va­hid sə­nəd tət­biq olun­ma­ğa baş­la­dı.

İş üçün ica­zə­nin alın­ma­sı Bö­yük Bri­ta­ni­ya­da da tə­ləb olu­nur (xa­ri­ci küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin nü­ma­yən­də­lə­ri, dip­lo­mat­la­rın qul­luq­çu­la­rı, bey­nəl­xalq təş­ki­lat­la­rın əmək­daş­la­rı, Bri­ta­ni­ya su­la­rın­da mü­qa­vi­lə bağ­la­yan də­niz­çi­lər, kənd tə­sər­rü­fa­tın­da ça­lı­şan möv­sü­mi iş­çi­lər və s. is­tis­na ol­maq­la). İca­zə­lər ki­fa­yət qə­dər ge­niş sə­la­hiy­yət­lə­rə ma­lik Məş­ğul­luq De­par­ta­men­ti tə­rə­fin­dən ve­ri­lir. İş üçün ica­zə­ni 23 ya­şın­dan 53 ya­şı­na qə­dər şəxs­lər konk­ret iş ye­ri gös­tə­ril­mək­lə ala bi­lər­lər. Bö­yük Bri­ta­ni­ya­da onun iq­ti­sa­diy­ya­tı üçün zə­ru­ri olan iş­çi ka­te­qo­ri­ya­la­rı­nın xü­su­si si­ya­hı­sı möv­cud­dur. Be­lə ka­te­qo­ri­ya iş­çi­lə­rə bun­la­rı aid et­mək olar: ida­rəe­di­ci per­so­nal; yük­sək ix­ti­sas­lı tex­nik­lər; xü­su­si bi­lik və ba­ca­rıq­la­ra ma­lik yük­sək ix­ti­sas­lı sə­na­ye iş­çi­lə­ri; əmə­yi mil­li ma­raq­la­ra uy­ğun olan di­gər iş­çi­lər.

Da­ha son­ra, ABŞ-da im­miq­ra­si­ya or­qan­la­rı tə­rə­fin­dən il­lik ola­raq əc­nə­bi­lə­rin ya­şa­maq məq­sə­di­lə öl­kə­yə gəl­mə­si kvo­ta­la­rı müəy­yən olu­nur. Bu­ra­da im­ti­yaz­lı şəxs­lə­rin 6 qru­pun­dan iki­si­ni ABŞ əra­zi­si­nə xü­su­si ola­raq iş­lə­mək məq­sə­di­lə gə­lən­lər təş­kil edir. Bun­la­ra məş­hur alim­lər və ar­tist­lər, elə­cə də di­gər iş­çi­lər (əgər ABŞ-da be­lə iş­çi­lə­rin ça­tış­maz­lı­ğı var­dır­sa) aid­dir. Ame­ri­kan işə­gö­tü­rən­lə­ri tə­rə­fin­dən tək­lif­lər al­dıq­da, gös­tə­ri­lən ka­te­qo­ri­ya şəxs­lə­rə əmək ser­ti­fi­ka­tı ve­ri­lir. Əmək ser­ti­fi­ka­tı əc­nə­bi­nin ABŞ əra­zi­sin­də əmə­yi­nin əme­ri­kan iş­çi­lə­ri­nin əmək haq­qı sə­viy­yə­si­nin aşa­ğı düş­mə­si­nə və əmək şə­rai­ti­nin pis­ləş­mə­si­nə gə­ti­rib çı­xar­ma­ya­ca­ğı­nı bil­di­rir. Bir sı­ra ka­te­qo­ri­ya iş­çi­lər üçün (hə­kim­lər, tibb ba­cı­la­rı, bey­nəl­xalq sə­viy­yə­də ta­nın­mış elm, in­cə­sə­nət və din xa­dim­lə­ri) «blan­ket əmək ser­ti­fi­ka­tı»nın ve­ril­mə­si nə­zər­də tu­tu­lur. Bun­dan baş­qa, hər il ABŞ-a qa­nu­ni yol­la gə­lən 35 mi­nə qə­dər mü­vəq­qə­ti iş­çi­lə­rə xü­su­si vi­za­lar ve­ri­lir. La­kin qey­ri-qa­nu­ni miq­ra­si­ya­nın sə­viy­yə­si bu rə­qəm­dən də­fə­lər­lə çox­dur.

Əc­nə­bi iş­çi­lə­rin əmək ba­za­rı­na da­xil ol­ma­sı üzə­rin­də döv­lət nə­za­rə­ti yal­nız Av­ro­pa, Şi­ma­li Ame­ri­ka öl­kə­lə­rin­də de­yil, ək­sər in­ki­şaf et­mək­də olan Af­ri­ka döv­lət­lə­rin­də də möv­cud­dur. Be­lə ki, Ni­ge­ri­ya­nın, Qa­na­nın, Tan­za­ni­ya, Uqan­da, Zam­bi­ya, Zim­bab­ve­nin im­miq­ra­si­ya­ya dair qa­nun­ve­ri­ci­lik akt­la­rın­da əc­nə­bi­lə­rə iş üçün ica­zə­nin ve­ril­mə­si­nin sərt qay­da­la­rı möv­cud­dur.

Onu da qeyd et­mək la­zım­dır ki, ümu­miy­yət­lə, dün­ya­nın bü­tün öl­kə­lə­rin­də əc­nə­bi­lə­rin müəy­yən və­zi­fə­lə­rə (bir qay­da ola­raq, döv­lət xid­mə­ti or­qan­la­rı­na) tə­yin olun­ma­sı­nın və ya on­lar tə­rə­fin­dən müəy­yən iş­lə­rin ye­ri­nə ye­ti­ril­mə­si­nin qa­da­ğan olun­ma­sı­na dair mad­di nor­ma­lar möv­cud­dur. Döv­lət­lə­rin mil­li qa­nun­ve­ri­ci­li­yin­də ümu­mi ten­den­si­ya on­dan iba­rət­dir ki, əc­nə­bi iş­çi­lə­rə mü­na­si­bət­də döv­lə­tin özü­nün və­tən­daş­la­rı­na təq­dim olu­nan əmək hü­quq­la­rı ilə ey­ni hü­quq­lar tət­biq olu­nur və on­la­rın üzə­ri­nə ana­lo­ci öh­də­lik­lə­rin qo­yu­lur. La­kin qa­nun­ve­ri­ci­lik sə­viy­yə­sin­də bə­yan olu­nan be­lə bə­ra­bər­hü­quq­lu­luq prak­ti­ka­da məh­dud­laş­dı­rı­lır. Be­lə ki, əmək­çi-miq­rant­la­rın bö­yük ək­sə­riy­yə­ti aşa­ğı əmək haq­qı ilə ça­lı­şan­lar­dır. On­lar əmək bir­lik­lə­rin­də zəif təm­sil olu­nur­lar. Bir sı­ra öl­kə­lər­də (mə­sə­lən, Avst­ri­ya­da) əc­nə­bi iş­çi ümu­miy­yət­lə is­teh­sa­lat bir­lik­lə­ri­nə se­çi­lə bil­məz. Həm­çi­nin əmək­çi-miq­rant­la­rın hü­quq­la­rı­nın və on­la­rın hə­ya­ta ke­çi­ril­mə­si­nin di­gər məh­dud­laş­dı­rıl­ma hal­la­rı da möv­cud­dur [4, s.111-113].

Müəy­yən döv­lət­lə­rin əmək miq­ra­si­ya­sı­na dair mil­li qa­nun­ve­ri­ci­lik akt­la­rın­da əmək miq­ra­si­ya­sı­nı tən­zim edən prin­sip­lər də təs­bit olun­muş­dur. La­kin bu prin­sip­lər da­ha çox döv­lə­tin özü­nün so­sial-iq­ti­sa­di şə­rai­ti­ni nə­zə­rə alın­ma­sı məq­sə­di­lə ta­ma­mi­lə baş­qa is­ti­qa­mət­də müəy­yən olu­nur. Bu­nun­la be­lə, hə­min prin­sip­lə­rin qə­bu­lun­da da bey­nəl­xalq miq­ra­si­ya­ya dair prin­sip­lər nə­zə­rə alın­ma­lı­dır. Mə­sə­lən, Qa­za­xıs­tan Re­pub­li­ka­sı­nın «Əha­li miq­ra­si­ya­sı haq­qın­da» 13 de­kabr 1997-ci il ta­rix­li 204-1 ¹li Qa­nu­nu­nun 3-cü mad­də­si­nə gö­rə, miq­ra­si­ya­nın tən­zim­lən­mə­si­nin bir sı­ra prin­sip­lə­ri gös­tə­ril­miş­dir. Mə­sə­lən, öl­kə Kons­ti­tu­si­ya­sın­da təs­bit olun­muş şəx­sin sər­bəst ya­şa­yış ye­ri seç­mək hü­qu­qu­nun, əmək azad­lı­ğı­nın, sər­bəst pe­şə və fəa­liy­yət se­çi­mi azad­lı­ğı­nın, hə­rə­kət azad­lı­ğı­nın tə­min olun­ma­sı prin­si­pi; mən­şə­yi­nə, so­sial və əm­lak və­ziy­yə­ti­nə, və­zi­fə möv­qe­yi­nə, cin­si­nə, ir­qi­nə, mil­liy­yə­ti­nə, di­li­nə, di­ni eti­qa­dı­na, ba­xış­la­rı­na, ya­şa­yış ye­ri­nə və is­tə­ni­lən di­gər şə­rait­lə­rə gö­rə hər han­sı bir ay­rı-seç­ki­li­yin yol­ve­ril­məz­li­yi prin­si­pi; öl­kə­nin müa­sir so­sial-iq­ti­sa­di və­ziy­yə­ti­ni, onun ta­ri­xi keç­mi­şi­ni və ənə­nə­lə­ri­ni, in­ki­şaf pers­pek­tiv­lə­ri­ni nə­zə­rə al­maq­la, miq­ra­si­ya­ya dair döv­lət qa­nun­ve­ri­ci­li­yi­nin bey­nəl­xalq nor­ma­la­ra və BMqT-nin töv­si­yə­lə­ri­nə uy­ğun­laş­dı­rıl­ma­sı prin­si­pi və s.

Ümu­miy­yət­lə, əmək miq­ra­si­ya­sı­nın döv­lət tən­zim­lən­mə­si, adə­tən, əc­nə­bi iş­çi qüv­və­si axı­nı­nın (im­miq­ra­si­ya) məh­dud­laş­dı­rıl­ma­sı­na və ya miq­rant­la­rın mən­sub ol­duq­la­rı döv­lə­tin əra­zi­si­nə qa­yıt­ma­sı­nın (ree­miq­ra­si­ya) sti­mul­laş­dı­rıl­ma­sı­na is­ti­qa­mət­lən­miş büd­cə ilə ma­liy­yə­ləş­di­ri­lən proq­ram­la­rın qə­bul olun­ma­sı ilə hə­ya­ta ke­çi­ri­lir. Prak­ti­ki ola­raq dün­ya­nın bü­tün döv­lət­lə­ri əha­li­nin əmək miq­ra­si­ya­sı pro­se­si­ni öz iq­ti­sa­diy­ya­tı­na ix­ti­sas­lı və ucuz iş­çi qüv­və­si cəlb et­mək is­ti­qa­mə­tin­də tən­zim­lə­yir. Bu­na gö­rə də qə­bul edən döv­lət­lə­rin ək­sə­riy­yə­ti əmək miq­ra­si­ya­sı­nın tən­zim­lən­mə­sin­də seç­ki­li ya­naş­ma­dan is­ti­fa­də edir­lər. Bu ya­naş­ma­nın əsas ma­hiy­yə­ti on­dan iba­rət­dir ki, döv­lət di­gər əmək­çi­lə­rə öl­kə əra­zi­si­nə da­xil ol­maq­la əla­qə­dar məh­du­diy­yət­lər tət­biq et­mək­lə, möv­cud şə­rait­də zə­ru­ri olan əmək­çi ka­te­qo­ri­ya­la­rı­nı işə cəlb edir. Bu cür ar­zuo­lu­nan miq­rant­la­rın si­ya­hı­sı hər bir döv­lət­də müx­tə­lif is­ti­qa­mət­lər­də təs­nif­ləş­di­ri­lir. A.P.Ki­re­yev bun­la­rın növ­bə­ti ka­te­qo­ri­ya­la­rı­nı fərq­lən­di­rir: az əmək haq­qı ilə ağır, zə­rər­li və yük­sək ix­ti­sas tə­ləb et­mə­yən iş­lə­ri ye­ri­nə ye­ti­rən iş­çi­lər; ye­ni və pers­pek­tiv­li sa­hə­lər üçün iş­çi­lər; na­dir pe­şə­lər üz­rə ix­ti­sas­laş­mış iş­çi­lər; dün­ya şöh­rət­li mü­tə­xəs­sis­lər; ye­ni iş yer­lə­ri ya­ra­dan və öz fəa­liy­yə­ti­ni qə­bul edən döv­lə­tə kö­çü­rən iri biz­nes­men­lər. Da­ha son­ra o, miq­ra­si­ya qa­nun­ve­ri­ci­li­yi­nin əsas cə­hət­lə­ri ki­mi bun­la­rı gös­tə­rir: pe­şə­kar ix­ti­sas­laş­ma (bü­tün qə­bul edən döv­lət­lə­rin qa­nun­ve­ri­ci­li­yi ilə təh­sil sə­viy­yə­si və ix­ti­sas üz­rə əl­də olun­muş sta­ca mü­na­si­bət­də sərt tə­ləb­lər müəy­yən olu­nur. Mə­sə­lən, Avst­ri­ya­da ən azı üç il iş sta­cı­na ma­lik mü­tə­xəs­sis­lər işə qə­bul olu­nur [15, s.114]; şəx­si xa­rak­ter­li məh­du­diy­yət­lər (bu da­ha çox əmək­çi-miq­rant­la­rın sağ­lam­lı­ğı və yaş həd­di, həm­çi­nin si­ya­si və so­sial si­ma­sı ilə əla­qə­dar­dır. Mə­sə­lən, İs­veç və Nor­veç yal­nız 20-40 yaş­lı bu­ruq­çu­la­rı işə qə­bul edir; BƏƏ-də 20-45 yaş­lı hə­kim­lər və or­ta tib­bi per­so­nal tə­ləb olu­nur); kə­miy­yət kvo­ta­laş­dı­rıl­ma­sı (ək­sər qə­bul edən öl­kə­lər əmək­çi-miq­rant­la­rın mak­si­mal həd­lə­ri­ni müəy­yən edir və ya on­la­rın yer­li iş­çi­lər­lə nis­bə­ti də­qiq­ləş­di­ri­lir.

Əmək­çi miq­rant­la­rın ai­lə­lə­ri­nin bir­ləş­mə­si mə­sə­lə­si­nə gəl­dik­də isə, bu mə­sə­lə ilə bağ­lı dün­ya döv­lət­lə­ri­nin prak­ti­ka­sı­nın fərq­lən­di­ril­mə­si də son də­rə­cə əhə­miy­yət­li­dir. Be­lə ki, ail­lə­lə­rin bir­ləş­mə­si zə­ru­ri­li­yi­ni bir sı­ra qa­nun­ve­ri­ci­lik akt­la­rı və iki­tə­rəf­li sa­ziş­lər müəy­yən edir. Mə­sə­lən, Fran­sa ilə İs­pa­ni­ya (1961-ci il) və Fran­sa ilə Tür­ki­yə (1965-ci il) ara­sın­da mü­va­fiq Sa­ziş bağ­lan­mış­dır. Al­ma­ni­ya­da bu prin­sip 1972-ci il ta­rix­li üç­tə­rəf­li sa­ziş­də əks olun­muş­dur: döv­lət-işə­gö­tü­rən­lər-iş­çi­lər. Bu sa­ziş Əmək və So­sial İş­lər Fe­de­ral Na­zir­li­yi­nin hi­ma­yə­si al­tın­da bağ­lan­mış­dır.

BƏT-in mə­lu­mat­la­rı­na gö­rə, Qər­bi Av­ro­pa­da olan im­miq­rant­la­rın təx­mi­nən 50 %-i ai­lə­si ilə bir­gə ya­şa­mır. Hə­min mə­lü­mat­lar üz­rə Al­ma­ni­ya­da ai­lə­si ilə bir­gə ya­şa­yaş türk və yu­qos­lav­lar 33 %, por­tu­qal­lar 44 %, yu­nan­lar isə 78 % təş­kil edir. Qeyd et­mək la­zım­dır ki, ək­sər hal­lar­da ai­lə­si ilə bir­gə ya­şa­ma­maq is­tə­yi öz öl­kə­lə­ri­nə pul kö­çür­mə­lə­ri­nə üs­tün­lük ve­rən im­miq­rant­la­rın öz­lə­ri üçün xa­rak­te­rik­dir. Əmək­çi-miq­rant­la­rı ail­lə­lə­ri ilə bir­ləş­mək­dən çə­kin­di­rən əsas amil re­si­pi­yent-öl­kə­də­ki mən­zil şə­rai­ti­dir. Bu da­ha çox Fran­sa və Bö­yük Bri­ta­ni­ya üçün xa­rak­te­rik­dir (bu öl­kə­lər­də mən­zil ça­tış­maz­lı­ğı və yük­sək ödə­niş­lər ai­lə­lə­rin bir­ləş­mə­si üçün cid­di prob­lem­lər ya­rat­mış­dır). Di­gər sə­bəb ki­mi, qə­bul edən öl­kə­lə­rin yal­nız miq­rant­la­rın öz­lə­ri ilə bağ­lı ol­maq is­tə­yi­dir. Be­lə ki, bu yol­la qə­bul edən öl­kə­lər həm mən­zil prob­le­mi­ni çə­tin­ləş­dir­mir, həm də miq­ran­tın özü­nün və­tə­ni­nə qa­yıt­ma­sı­nı tə­min et­miş olur. Öz növ­bə­sin­də, gön­də­rən öl­kə­lər miq­rant­la­rın qay­ta­rıl­ma­sı prin­si­pi­ni əl­də rəh­bər tut­maq­la, miq­rant­la­rın ai­lə­lə­ri üçün pul kö­çür­mə­lə­ri­ni tə­min et­miş olur. Bu öl­kə­lər tə­rə­fin­dən ya­ra­dı­lan çə­tin­lik­lər ai­lə­lə­ri öz öl­kə­lə­ri­ni qey­ri-qa­nu­ni ola­raq tərk et­mə­yə va­dar edir və ya ai­lə­lə­rin da­ğıl­ma­sı­na gə­ti­rib çı­xa­rır. La­kin hət­ta ai­lə­lər bir­ləş­sə­lər be­lə, uşaq­la­rın təh­si­li ilə bağ­lı bir sı­ra prob­lem­lər mey­da­na çı­xır. Bun­lar da­ha çox tə­qaüd­lə­rin ol­ma­ma­sın­dan, uşa­ğın müəy­yən yaş həd­di­nə çat­ma­sı ilə ai­lə müa­vi­nət­lə­ri­nin kə­sil­mə­sin­dən, doğ­ma dil­də təh­si­lin müm­kün­süz­lü­yün­dən və ali təh­si­lin da­vam et­di­ril­mə­sin­dən irə­li gə­lir. Uşaq­lar doğ­ma dil­də təh­sil al­ma­dı­ğın­dan, ək­sər emiq­rant­lar uşaq­la­rın təh­si­li­nin so­nu­na qə­dər qə­bul edən döv­lət­də qa­lır­lar. Miq­rant­la­rın uşaq­la­rı­nın təh­si­li də çox­say­lı çə­tin­lik­lər ya­ra­dır: əla­və müəl­lim­lər, si­nif otaq­la­rı, uşaq­la­rın mək­təb kol­lek­ti­vi­nə in­teq­ra­si­ya­sı üz­rə iş­lər. Bü­tün bun­lar re­si­pi­yent-öl­kə­lə­ri mü­va­fiq təd­bir­lər gör­mə­yə va­dar edir.

Miq­ran­tın və onun ai­lə­si­nin bir­ləş­mək hü­qu­qu və xa­ric­də nor­mal ai­lə hə­ya­tı ya­şa­maq hü­qu­qu - ək­sər Av­ro­pa döv­lət­lə­ri tə­rə­fin­dən ta­nı­nan fun­da­men­tal hü­quq­dur. Av­ro­pa İt­ti­fa­qın­da iş­çi­lə­rin sər­bəst hə­rə­kə­ti Ro­ma Mü­qa­vi­lə­si­nin 49-cu mad­də­sin­də təs­bit olun­muş­dur və Av­ro­pa İt­ti­fa­qı Şu­ra­sı­nın 1612/168 say­lı 15 okt­yabr 1968-ci il Di­rek­ti­vi­nin, 18 okt­yabr 1961-ci il ta­rix­li Av­ro­pa So­sial Xar­ti­ya­sı­nın 19-cu mad­də­si­nin, Av­ro­pa Şu­ra­sı Na­zir­lər Ko­mi­tə­si­nin 8 iyun 1978-ci il 33/78 say­lı Qət­na­mə­si­nin, 10/79 və 9/84 say­lı Töv­si­yə­lə­ri­nin tən­zi­met­mə ob­yek­ti­dir. Mil­li qa­nun­ve­ri­ci­lik­lər üçün bu mə­sə­lə­də bir sı­ra ümu­mi cə­hət­lər xa­rak­te­rik­dir: miq­ran­tın dai­mi iş ye­ri­nin, nor­mal mən­zil şə­rai­ti­nin və ai­lə­nin sax­lan­ma­sı üçün zə­ru­ri və­sai­tin ol­ma­sı. Bu­nun­la ya­na­şı, müx­tə­lif öl­kə­lə­rin qa­nun­ve­ri­ci­lik­lə­ri on­lar üçün spe­si­fik xü­su­siy­yət­lə­ri müəy­yən edir. Be­lə ki, Al­ma­ni­ya­da Av­ro­pa İt­ti­fa­qı­nın üz­vü ol­ma­yan döv­lət­dən gə­lən miq­ran­tın ai­lə­si­nin gəl­mə­si üçün 3 şərt müəy­yən olu­nur: miq­ran­tın bir il ər­zin­də dai­mi ola­raq öl­kə əra­zi­sin­də ol­ma­sı; dai­mi əmək haq­qı mən­bə­yi­nin - iş ye­ri­nin ol­ma­sı; zə­ru­ri ya­şa­yış şə­rai­ti. Bu şərt­lər Ba­den-Vüt­ten­berq, Ba­va­ri­ya, Bre­men, Hes­sen is­tis­na ol­maq­la, bü­tün Tor­paq­lar tə­rə­fin­dən bə­yə­nil­miş­dir. Be­lə ki, ad­la­rı çə­ki­lən Tor­paq­lar­da mü­va­fiq tən­zi­met­mə Fe­de­ral töv­si­yə­lər­dən fərq­lə­nir.

Bel­çi­ka­da miq­rant uşaq­la­rı 21 ya­şa qə­dər qə­bul olu­nur (bə­zi hal­lar­da isə 18 ya­şa qə­dər). İşə­dü­zəl­mə hü­qu­qu­na «A» tip­li ica­zə­si olan ər (ar­vad) ma­lik­dir. On­lar öl­kə əra­zi­sin­də qey­ri-məh­dud ya­şa­yış hü­qu­qu­na və bü­tün sa­hə­lər­də is­tə­ni­lən pe­şə üz­rə işə­dü­zəl­mə im­ka­nı­na ma­lik­dir­lər. «B» tip­li ica­zə isə öl­kə əra­zi­sin­də ol­ma müd­də­ti­ni və iq­ti­sa­diy­ya­tın müəy­yən sa­hə­sin­də müəy­yən işə­gö­tü­rə­nin işi­ni nə­zər­də tu­tur. Bir­ləş­mək üçün ica­zə mü­va­fiq öl­kə­də ya­şa­yış müd­də­tin­dən və iş sta­cın­dan, elə­cə də ya­şa­yış üçün ica­zə ti­pin­dən ası­lı ola­raq ve­ri­lir.

İs­veç­rə­də ai­lə­si ilə bir­ləş­mək hü­qu­qu­na «B» tip­li ya­şa­yış ica­zə­si­nə ma­lik və öl­kə əra­zi­sin­də bir il­dən az ol­ma­yan müd­də­tə olan miq­rant­lar ma­lik­dir­lər. Bu za­man bir sı­ra şərt­lə­rə əməl olun­ma­lı­dır: ya­şa­ma və iş­lə­mə da­vam­lı ol­ma­lı­dır (möv­sü­mi iş­çi­lə­rə və tə­lim ke­çən şəxs­lə­rə ica­zə ve­ril­mir); sor­ğu ve­rən­lər hö­ku­mə­tin qa­nu­ni fəa­liy­yə­ti­nə qar­şı na­ra­za­lıq­la­rı­nı bil­dir­mə­mə­li­dir­lər; ai­lə üvz­lə­ri, bir qay­da ola­raq, bir yer­də ya­şa­ma­lı­dır­lar; uşaq­la­ra yax­şı qay­ğı gös­tə­ril­mə­li­dir. Öl­kə əra­zi­si­nə gə­lən ai­lə üzv­lə­ri bə­ra­bər­hü­quq­lu şə­kil­də heç bir kvo­ta məh­du­diy­yət­lə­ri ol­ma­dan əmək ba­za­rı­na da­xil ola bi­lər­lər. Əgər ai­lə üzv­lə­ri «B» ya­şa­yış üçün ica­zə ti­pi­nə ma­lik­dir­lər­sə, on­lar prak­ti­ki ola­raq mil­li iş­çi qüv­və­si­nə bə­ra­bər tu­tu­lur­lar. Əgər on­lar bir il­lik ya­şa­yış üçün ica­zə­yə ma­lik­dir­lər­sə, məş­ğul­luq mə­sə­lə­si mil­li iş­çi qüv­və­si­nin üs­tün­lü­yü prin­si­pi­nə əsas­la­na­caq­dır. 1980-ci ilə­dək öl­kə əra­zi­sin­də təh­sil alan İs­veç­rə əra­zi­sin­də do­ğu­lan ikin­ci nəs­lə - uşaq­la­ra mil­li iş­çi qüv­və­si­nin bü­tün hü­quq­la­rı şa­mil olu­nur.

İs­veç­də Skan­di­na­vi­ya öl­kə­lə­ri­nin və­tən­daş­la­rı is­tis­na ol­maq­la (1974-cü il­dən eti­ba­rən), bü­tün əc­nə­bi­lər öl­kə əra­zi­sin­də ai­lə­lə­ri ilə ya­şa­maq və üç ay­dan ar­tıq müd­də­tə iş­lə­mək üçün xü­su­si ica­zə al­ma­lı­dır­lar. 16 ya­şa qə­dər uşaq­la­ra va­li­deyn­lə­ri ilə ya­şa­ma­ğa ica­zə ve­ri­lir, 16-20 yaş­la­rın­da isə yal­nız ni­kah­da ol­ma­dı­ğı hal­da, va­li­deyn­lə­ri ilə ya­şa­ya bi­lər­lər.

Nor­veç­də ai­lə­si ilə bir­ləş­mək məq­sə­di­lə öz öl­kə­si­ni tərk edə­nə qə­dər əmək­çi-miq­rant qa­baq­ca­dan Nor­ve­çin özün­də də təs­diq­na­mə al­ma­lı­dır. Əmək ba­za­rı­na da­xil ol­maq üçün isə bun­lar zə­ru­ri­dir: qa­baq­ca­dan fəa­liy­yət nö­vü, iş ye­ri və işə­gö­tü­rən mə­lum ol­ma­lı­dır; ica­zə qa­baq­ca­dan ya iq­ran­tın mən­şə öl­kə­sin­də, ya­xud da onun ən azı 6 ay müd­də­tin­də iş­lə­di­yi öl­kə­də təs­diq olun­ma­lı­dır; ən azı bir il müd­də­tin­də iş də­və­ti ol­ma­lı­dır; miq­rant öz di­lin­də ya­zıb oxu­ma­ğı ba­car­ma­lı, mü­va­fiq iş­lər­də isə öl­kə­nin di­li­ni bil­mə­li­dir; işə­gö­tü­rən miq­ran­tı ya­şa­yış ye­ri ilə tə­min et­mə­li­dir; əc­nə­bi­lə­rin xü­su­si çə­ki­si mil­li iş­çi qüv­və­si­nin 25 %-dən çox ol­ma­ma­lı­dır.

Avst­ri­ya­da ai­lə üzv­lə­ri o hal­da öl­kə əra­zi­si­nə bu­ra­xı­lır ki, ai­lə baş­çı­sı on­la­rı hər şey­lə tə­min edə bil­sin. Əmək ba­za­rı­na çı­xış hü­qu­qu­na bü­tün əc­nə­bi­lər ma­lik­dir­lər. Bu za­man üs­tün­lük ai­lə­lər ilə bir­ləş­mək məq­sə­di­lə öl­kə əra­zi­si­nə gə­lən­lə­rə ve­ri­lir.

Lük­sem­burq­da miq­rant­la­rın və on­la­rın ai­lə üzv­lə­ri­nin qə­bu­lu üz­rə əsas qay­da­la­rın iş­lə­nib ha­zır­lan­ma­sı 1972 və 1977-ci il­lə­rə aid edi­lir. bu qay­da­la­ra uy­ğun ola­raq, Av­ro­pa İt­ti­fa­qı­nın üz­vü ol­ma­yan döv­lət­lə­ri­nin heç bir və­tən­da­şı Bö­yük Kn­yaz­lıq əra­zi­sin­də iş­lə­yə bil­məz. La­kin bu za­man da­xi­li əmək ba­za­rı­nın tə­lə­bat­la­rın­dan irə­li gə­lə­rək müs­təs­na ica­zə­yə ma­lik şəxs­lər na­dir is­tis­na təş­kil edir­lər. Ai­lə­nin ça­ğı­rıl­ma­sı üçün əc­nə­bi iş­çi­nin ən azı 3 ay müd­də­tin­də da­vam­lı məş­ğul­lu­ğu ol­ma­lı­dır. İca­zə isə əc­nə­bi iş­çi­nin və­ziy­yə­ti­nin ət­raf­lı öy­rə­nil­mə­sin­dən son­ra ve­ri­lir: onun öl­kə əra­zi­sin­də ol­ma­sı­nın qa­nu­ni­li­yi; mad­di və mən­zil şə­rai­ti; iş­çi­nin dav­ra­nı­şı.

Bö­yük Bri­ta­ni­ya­da da miq­rant ai­lə­lə­ri­nin bir­ləş­mə­si üçün ey­ni prin­sip­lər möv­cud­dur: dai­mi iş; yax­şı mən­zil və ma­liy­yə şə­rai­ti. Bir qay­da ola­raq, yal­nız ər (ar­vad) və 19 ya­şa qə­dər uşaq­lar (həm­çi­nin 21 ya­şa qə­dər ni­kah­da ol­ma­yan uşaq­lar) bir­gə ya­şa­yış hü­qu­qu­na ma­lik­dir­lər.

Da­ha son­ra, əmək miq­ra­si­ya­sı ilə bağ­lı döv­lət­lə­rin prak­ti­ka­sın­da əhə­miy­yət­li mə­sə­lə­lər­dən bi­ri ki­mi qey­ri-qa­nu­ni miq­ra­si­ya­nın qar­şı­sı­nın alın­ma­sı is­ti­qa­mə­tin­də müəy­yən fəa­liy­yə­tin hə­ya­ta ke­çi­ril­mə­si ilə bağ­lı­dır. Be­lə ki, mil­li əmək ba­za­rı­nın qo­run­ma­sı­nın miq­ra­si­ya si­ya­sə­ti­nin əsas məq­səd­lə­rin­dən bi­ri ol­ma­sı­nı nə­zə­rə ala­raq iş­çi qüv­və­si id­xal edən döv­lət­lər im­miq­ra­si­ya­nın nis­bə­tən qar­şı­sı­nın alın­ma­sı və əc­nə­bi iş­çi qüv­və­si­nin sa­yı­nın azal­dıl­ma­sı­na is­ti­qa­mət­lən­miş təd­bir­lər hə­ya­ta ke­çi­rir­lər. Be­lə təd­bir­lə­rə aşa­ğı­da­kı­la­rı aid et­mək olar:

– qey­ri-qa­nu­ni miq­ra­si­ya­nın qar­şı­sı­nın alın­ma­sı - qey­ri-qa­nu­ni miq­ra­si­ya dün­ya­nın, de­mək olar ki, bü­tün döv­lət­lə­rin­də ge­niş ya­yıl­mış­dır. Mə­sə­lən, bə­zi he­sab­la­ma­la­ra gö­rə yal­nız ABŞ-da 12 mln.-a qə­dər qey­diy­yat­dan keç­mə­miş im­miq­rant var­dır. Qey­ri-qa­nu­ni miq­ra­si­ya ilə mü­ba­ri­zə­də öl­kə­yə qey­ri-qa­nu­ni ola­raq gəl­miş şəxs­lə­rin de­por­ta­si­ya­sı və nə­za­rət al­tın­da sax­la­nıl­ma­sı hal­la­rı ge­niş ya­yıl­mış­dır. Be­lə ki, 1984-cü il­də ABŞ-da Qey­ri-qa­nu­ni ola­raq gəl­miş əc­nə­bi­lər üçün dü­şər­gə­lə­rin ya­ra­dıl­ma­sı haq­qın­da 12473 ¹-li Pre­zi­dent Sə­rən­ca­mı təs­diq olun­du [12, s.8-9]. Bö­yük Bri­ta­ni­ya­da im­miq­ra­si­ya ba­rə­də çox­say­lı qa­nun­la­ra mü­va­fiq ola­raq döv­lə­tə qey­ri-qa­nu­ni miq­rant­la­rın çı­xa­rıl­ma­sı üz­rə da­ha ge­niş sə­la­hiy­yət­lər ve­ril­miş­dir. Bri­ta­ni­ya qa­nun­ve­ri­ci­li­yi­nə gö­rə öl­kə­də ol­ma­sı ic­ti­mai ri­fa­ha zidd olan bü­tün şəxs­lər de­por­ta­si­ya olun­ma­lı­dır. Qey­ri-qa­nu­ni im­miq­rant he­sab olu­nan şəxs­lər is­tə­ni­lən vaxt heç bir bü­rok­ra­tik ma­neə ol­ma­dan öl­kə­dən çı­xa­rı­la bi­lər­lər. Mə­sə­lən, Bel­çi­ka qa­nun­ve­ri­ci­li­yi­nə gö­rə qey­ri-qa­nu­ni miq­rant­la­rın əmə­yin­dən is­ti­fa­də edən işə­gö­tü­rən 500 min Bel­çi­ka fran­kı cə­ri­mə ilə ya­na­şı, im­miq­ran­tın və onun ai­lə üzv­lə­ri­nin öz öl­kə­si­nə qay­ta­rıl­ma­sı xərc­lə­ri­ni də ödə­mə­li­dir. AFR-də ica­zə­siz ola­raq əmək fəa­liy­yə­ti ilə məş­ğul olan miq­rant­dan alı­nan cə­ri­mə­nin miq­da­rı 500-1000 mar­ka ara­sın­da də­yi­şir [3, s.34-35]. Xü­su­si­lə ağır cə­za­lar qey­ri-qa­nu­ni miq­rant­la­rın çat­dı­rıl­ma­sı ilə məş­ğul olan va­si­tə­çi­lə­rə mü­na­si­bət­də tət­biq olu­nur. Be­lə ki, Fran­sa qa­nun­ve­ri­ci­li­yi­nə mü­va­fiq ola­raq bu ci­na­yə­tə gö­rə iki il­dən beş ilə­dək azad­lıq­dan məh­ru­met­mə və ya 10 min­dən 200 min fran­ka qə­dər cə­ri­mə­nin ödə­nil­mə­si nə­zər­də tu­tu­lur [3, s.37];

– iş­çi qüv­və­si id­xal edən öl­kə­lər­də im­miq­rant­la­rın re­pat­ria­si­ya­sı­nın təş­vi­qi - iş­çi qüv­və­si id­xal edən öl­kə­lə­rin ək­sə­riy­yə­ti (AFR, Tür­ki­yə, Hol­lan­di­ya, Yu­qos­la­vi­ya) rəs­mi ola­raq qey­diy­yat­dan keç­miş əc­nə­bi­lə­rin re­pat­ria­si­ya­sı­nın təş­vi­qi üz­rə proq­ram­lar qə­bul edil­miş­dir;

– öl­kə­yə gəl­mə, öl­kə əra­zi­sin­də qal­ma müd­də­ti­nin uza­dıl­ma­sı, iş ye­­ri­nin də­yiş­di­ril­mə­si və s. pro­se­dur nor­ma­la­rı­nın mü­rək­kəb­ləş­di­ril­mə­si ilə əla­qə­dar təd­bir­lər – bu cür in­zi­ba­ti-hü­qu­qi təd­bir­lər əmək­çi-miq­rant­la­rın sa­yı­nın azal­dıl­ma­sı­na is­ti­qa­mət­lən­di­yin­dən məh­dud xa­rak­te­rə ma­lik­dir. İş­çi qüv­və­si id­xal edən öl­kə­lə­rin ək­sə­riy­yə­tin­də öl­kə­yə gəl­mə üçün vi­za­lar yal­nız əmək fəa­liy­yə­ti ilə məş­ğul ol­ma­sı­na tə­mi­nat ve­ri­lən im­miq­rant­la­ra ve­ri­lir.

Əmək miq­ra­si­ya­sı sa­hə­sin­də iş­çi qüv­və­si ix­rac edən öl­kə­lər tə­rə­fin­dən (mə­sə­lən, Əl­cə­zair, Tu­nis, Se­ne­qal, Tür­ki­yə, İta­li­ya, Ko­lum­bi­ya və s.) müəy­yən təd­bir­lər hə­ya­ta ke­çi­ri­lir: miq­ra­si­ya xid­mət­lə­ri­nin, in­zi­ba­ti və in­for­ma­si­ya mər­kəz­lə­ri­nin ya­ra­dıl­ma­sı; sə­nəd­lə­rin rəs­mi­ləş­di­ril­mə­si­nin, re­miq­rant­lar üçün iş yer­lə­ri­nin ax­ta­rıl­ma­sı­nın və ree­miq­rant­la­rın əmək fəa­liy­yə­ti­nin təş­viq edil­mə­si­nin asan­laş­dı­rıl­ma­sı; ki­çik biz­ne­sin in­ki­şa­fı­nın, həm­çi­nin tə­sər­rü­fat fəa­liy­yə­ti­nin hə­ya­ta ke­çi­ril­mə­si üçün miq­rant­la­ra tor­paq­la­rın ve­ril­mə­si­nin sti­mul­laş­dı­rıl­ma­sı və s.

Əl­cə­zair, Tür­ki­yə, Por­tu­qa­li­ya və Fin­lan­di­ya uşaq­la­rın mən­şə öl­kə­si­nin təh­sil sis­te­mi­nə uy­ğun­laş­dı­rıl­ma­sı sa­hə­sin­də si­ya­sət hə­ya­ta ke­çi­rir­lər.

Döv­lət si­ya­sə­tin­də re­miq­rant­la­rın uy­ğun­laş­ma im­kan­la­rı­nın yük­səl­dil­mə­si məq­sə­di­lə miq­rant­la­rın öl­kə iq­ti­sa­diy­ya­ta in­ves­ti­si­ya qo­yu­luş­la­rı­na cəlb et­mə­yə xü­su­si yer ve­ri­lir. Bu mə­sə­lə­yə bö­yük diq­qət Tür­ki­yə­də və Se­ne­qal­da ye­ti­ri­lir.

Bun­lar­la ya­na­şı, bir sı­ra döv­lət­lər­də əmək­çi-miq­rant­la­rın hü­quq­la­rı­nın po­zul­ma­sı, xü­su­si­lə on­la­rın qo­vul­ma­ğa mə­ruz qal­ma­sı hal­la­rı­na rast gəl­mək müm­kün­dür. Mə­sə­lən, Fran­sa­nın «Re­nault» za­vo­dun­da ümu­mi ola­raq, iş­çi qüv­və­si­nin 30%-i ix­ti­sar olun­du. Za­vod­da ça­lı­şan miq­rant­la­rın 55%-i ix­ti­sar olun­muş­du. Ək­sər kom­pa­ni­ya­lar­da be­lə bir prin­sip möv­cud­dur: «im­miq­ran­tı axı­rın­cı növ­bə­də qə­bul et, bi­rin­ci növ­bə­də azad et» [8, s.296].

Ək­sər dün­ya öl­kə­lə­ri­nin qa­nun­ve­ri­ci­li­yi isə qey­ri-qa­nu­ni miq­rant­la­ra qar­şı sərt təd­bir­lə­rin gö­rül­mə­si­ni nə­zər­də tu­tur. Mə­sə­lən, Fran­sa­da öl­kə əra­zi­sin­də qey­ri-qa­nu­ni olan miq­rant 12 gün müd­də­tin­də sax­la­nı­la bi­lər. La­kin be­lə sax­lan­ma yal­nız məh­kə­mə or­qan­la­rı­nın sə­la­hiy­yət­lə­ri­nə da­xil edi­lir. Fran­sa­da öz he­sa­bı­na öl­kə əra­zi­si­nə gəl­miş qey­ri-qa­nu­ni miq­rant­la­ra da­ha çox Fran­sa­da ya­şa­yan qo­hum­la­rı yar­dım gös­tə­rir­lər. Qey­ri-qa­nu­ni miq­rant­la­rın ək­sə­riy­yə­ti qey­ri-qa­nu­ni ola­raq işə dü­zə­lir­lər və nə­ti­cə­də on­la­rın so­sial tə­mi­nat hü­quq­la­rı­na, ria­yət olun­ma­ma­sı, əmək haq­la­rı­nın ve­ril­mə­mə­si hal­la­rı­na rast gə­li­nir. Qey­ri-qa­nu­ni işə­dü­zəl­mə qey­ri-qa­nu­ni im­miq­ra­si­ya­nın əsas sə­bəb­lə­rin­dən bi­ri­dir. Fran­sa miq­ra­si­ya si­ya­sə­tin­də və prak­ti­ka­sın­da qey­ri-qa­nu­ni miq­rant­la­rın tən­zim­lən­mə­si ba­rə­də aşa­ğı­da­kı cə­hə­ti on­dan iba­rət­dir ki, öl­kə arə­zi­sin­də olan hər bir əc­nə­bi onun öl­kə əra­zi­sin­də qey­ri-qa­nu­ni ol­ma­sı müəy­yən olun­du­ğu hal­da mən­şə öl­kə­si­nə qay­ta­rıl­ma­lı­dır.

İs­rail­də əmək­çi-miq­rant­la­rın hü­qu­qi sta­tu­su ilə əla­qə­dar təd­qi­qat­lar apa­ran Əbu Sa­leh Mə­həm­məd qeyd edir ki, iş­lə­mək üçün ica­zə­si olan və qa­nu­ni əsas­lar­la İs­rail əra­zi­si­nə gə­lən əc­nə­bi və­tən­daş­la­rın bir his­sə­si əmək fəa­liy­yə­ti ilə məş­ğul ol­maq üçün ve­ril­miş ica­zə müd­də­ti bit­di­yin­dən qey­ri-qa­nu­ni miq­rant­la­ra çev­ri­lir­lər və bu­nun da sə­bə­bi­ni təd­qi­qat­çı məş­ğul­luq xid­mət­lə­ri­nin fəa­liy­yə­ti ilə əla­qə­lən­di­rir. Bu­na gö­rə də hə­min şəxs­lər ver­gi­dən də ya­yı­nır­lar. Prob­le­min həl­li məq­sə­di­lə Ə.S.Mə­həm­məd da­ha sərt təd­bir­lə­rin iş­lə­nib ha­zır­lan­ma­sı­nı məq­sə­dəuy­ğun he­sab edir [1, s.470]. Di­gər döv­lət­lər­də də qey­ri-qa­nu­ni əmək miq­ra­si­ya­sı­nın qar­şı­sı­nın alın­ma­sı məq­sə­di­lə sərt təd­bir­lər gö­rü­lür. Be­lə ki, ABŞ-da iş­lə­mək üçün ica­zə­si ol­ma­yan miq­rant­lar həb­sə alı­nır və məh­kə­mə tə­rə­fin­dən mü­va­fiq qə­ra­rın qə­bul edil­mə­si­nə qə­dər həbs­xa­na­da sax­la­nı­lır­lar, Da­ni­mar­ka­da əc­nə­bi iş­çi­lər­dən bö­yük həcm­də ver­gi­lər ödə­yir­lər, İn­gil­tə­rə­də isə qey­ri-qa­nu­ni miq­rant mən­sub ol­du­ğu döv­lə­tə qay­ta­rı­lır. Bu­na bax­ma­ya­raq ABŞ-da olan qey­ri-qa­nu­ni miq­ran­tın ka­pi­ta­lı­nın həc­mi 250 min dol­lar­dan çox ol­duq­da, hə­min şəx­sin öl­kə əra­zi­sin­də qal­ma­ğa ica­zə ve­ri­lir [2, s.39].

Ru­si­ya qa­nun­ve­ri­ci­li­yi­nə, xü­su­si­lə də Fe­de­ral Miq­ra­si­ya Proq­ra­mı­na əsa­sən qey­ri-qa­nu­ni miq­rant­la­rın xa­ri­ci miq­ra­si­ya sub­yekt­lə­ri ki­mi aşa­ğı­da­kı növ­lə­ri fərq­lən­di­ri­lir:

– nə­za­rət olun­ma­yan emiq­rant­lar – keç­miş SS­Rİ res­pub­li­ka­la­rı­nın əra­zi­sin­dən di­gər xa­ri­ci döv­lət­lə­rə ge­dən RF və­tən­daş­la­rı;

– qey­ri-le­qal emiq­rant­lar – RF-nin Döv­lət sər­həd­lə­ri­ni qey­ri-qa­nu­ni yol­la ke­çən RF və­tən­daş­la­rı;

– qey­ri-qa­nu­ni im­miq­rant­lar – bu­ra da­xil­dir: sax­ta sə­nəd­lər­lə və ya heç bir sə­nə­di ol­ma­dan RF əra­zi­si­nə da­xil olan əc­nə­bi və­tən­daş­lar və ya və­tən­daş­lı­ğı ol­ma­yan şəxs­lər; öl­kə­yə da­xil ol­maq üçün gös­tər­dik­lə­ri məq­səd­lə hə­qi­qi niy­yət­lə­ri uy­ğun gəl­mə­yən əc­nə­bi və­tən­daş­lar və ya və­tən­daş­lı­ğı ol­ma­yan şəxs­lər; RF əra­zi­si­nə qey­ri-qa­nu­ni yol­la da­xil olan əc­nə­bi və­tən­daş­lar və ya və­tən­daş­lı­ğı ol­ma­yan şəxs­lər.

Miq­ran­tın Ru­si­ya əra­zi­si­nə gəl­mə­si üçün şəx­siy­yə­ti təs­diq edən sə­nəd və vi­za tə­ləb olu­nur. Vi­za al­maq üçün Ru­si­ya­nın hər han­sı bir təş­ki­la­tı və ya fi­zi­ki şəx­si tə­rə­fin­dən də­vət alın­ma­lı­dır. Həm­çi­nin Ru­si­ya sər­həd­lə­ri­ni ke­çər­kən şəxs miq­ra­si­ya kar­tı­nı da dol­dur­ma­lı­dır; miq­ra­si­ya kar­tı – miq­rant ba­rə­də mə­lu­mat­la­rı əks et­di­rən və onun Ru­si­ya əra­zi­sin­də ol­ma­sı­na nə­za­rət et­mə­yə xid­mət edən sə­nəd­dir. Ru­si­ya­ya gəl­dik­dən son­ra 3 iş gü­nü ər­zin­də miq­rant ol­du­ğu yer üz­rə mü­va­fiq da­xi­li iş­lər or­qa­nın­da qey­diy­yat­dan keç­mə­li­dir. Bun­dan son­ra isə mü­tə­ma­di ola­raq ol­ma və ya ya­şa­yış ye­ri üz­rə hər il ye­ni­dən qey­diy­yat­dan keç­mək tə­ləb olu­nur. Şəx­sin Ru­si­ya­da qal­ma müd­də­ti vi­za­nın qüv­və­də ol­ma müd­də­ti ilə məh­dud­la­şır. Əgər, Ru­si­ya əra­zi­sin­də şəxs öl­kə­yə gəl­mə, qey­diy­yat, öl­kə­də qal­ma və ya işə­dü­zəl­mə qay­da­la­rı­nı po­zur­sa, on­da o cə­ri­mə olu­na, de­por­ta­si­ya və ya Ru­si­ya hü­dud­la­rın­dan çı­xa­rı­la bi­lər. Həm­çi­nin və­zi­fə­li şəxs­lər, işə­gö­tü­rən­lər və ya miq­ran­tı Ru­si­ya əra­zi­si­nə də­vət edən di­gər şəxs­lər miq­ran­tın qey­di­ya­tı, öl­kə­də qal­ma­sı və ya işə­dü­zəl­mə­si qay­da­la­rı­na mü­na­si­bət­də öz öh­də­lik­lə­ri­nin po­zul­ma­sı­na gö­rə mə­su­liy­yət da­şı­yır­lar.

Be­lə­lik­lə, qey­diy­yat və ya ye­ni­dən qey­diy­yat ol­ma­dan Ru­si­ya əra­zi­si­nə miq­ra­si­ya edən şəx­sin sta­tu­su qey­ri-qa­nu­ni olur, onun özü isə qey­ri-le­qal miq­ran­ta çev­ri­lir [13, s.13]. Əgər, 18 ya­şı­na çat­ma­mış şəxs va­li­deyn­lə­ri ol­ma­yan şəxs­lə­rin mü­şa­yiə­ti ilə Ru­si­ya əra­zi­si­nə gə­lir­sə, hə­min şəx­sin Ru­si­ya əra­zi­si­nə gəl­mə­si və ya qal­ma­sı üçün no­ta­rial qay­da­da təs­diq olun­muş ica­zə tə­ləb olu­nur. Bu ica­zə onun hər iki va­li­deyn­lə­ri tə­rə­fin­dən im­za­lan­ma­lı­dır.

Son il­lər bir çox öl­kə­lər­də qey­ri-qa­nu­ni im­miq­rant­lar mə­sə­lə­si ha­ki­miy­yət uğ­run­da mü­ba­ri­zə apa­ran par­ti­ya­lar seç­ki­qa­ba­ğı kom­pa­ni­ya­lar­da öz mə­na­fe­lə­ri na­mi­nə is­ti­fa­də edir­lər [5, s.27]. Be­lə ki, bə­zi Qər­bi Av­ro­pa öl­kə­lə­rin­də, elə­cə də di­gər in­ki­şaf et­miş öl­kə­lər­də bir çox si­ya­si par­ti­ya­lar seç­ki­lər za­ma­nı im­miq­ra­si­ya le­hi­nə və ya əley­hi­nə yö­nəl­dik­lə­ri üçün əla­və səs­lər əl­də et­miş­di­lər. Mə­sə­lən, Ka­na­da­da 1993-cü il seç­ki­lə­rin­də seç­ki kom­pa­ni­ya­sı ge­di­şin­də im­miq­ra­si­ya le­hi­nə si­ya­sət yü­rüt­müş li­be­ral­lar qə­lə­bə qa­zan­dı­lar. Fran­sa­da 1997-ci il par­la­ment seç­ki­lə­rin­də seç­ki­qa­ba­ğı kom­pa­ni­ya döv­rün­də qey­ri-qa­nu­ni im­miq­rant­la­rın öl­kə­dən çı­xa­rıl­ma­sı və qa­nu­ni əmək­çi-miq­rant­la­rın sa­yı­nın azal­dıl­ma­sı ça­ğı­rış­la­rı edən, ir­ti­ca­çı əh­val-ru­hiy­yə­li Mil­li cəb­hə səs­lə­rin 15 %-ni əl­də et­miş­di.

Gös­tə­ri­lən­lə­ri ye­kun­laş­dı­ra­raq be­lə nə­ti­cə­yə gəl­mək olar ki, əmək miq­ra­si­ya­sı­nın döv­lət­da­xi­li tən­zim­lən­mə­si el­mi əsas­lan­dı­rıl­mış komp­leks döv­lət miq­ra­si­ya si­ya­sə­ti əsa­sın­da hə­ya­ta ke­çi­ril­mə­li­dir. Bu za­man həm­çi­nin döv­lə­tin iq­ti­sa­di və­ziy­yə­ti, əha­li­nin məş­ğul­luq sə­viy­yə­si də nə­zə­rə alın­ma­lı­dır. Be­lə ki, im­miq­ra­si­ya da­ha çox iq­ti­sa­di cə­hət­dən in­ki­şaf et­miş döv­lət­lə­rə edi­lir ki, bu­nun əsas sə­bə­bi da­ha çox gə­lir əl­də et­mək­dir. Di­gər tə­rəf­dən, məhz in­ki­şaf et­miş öl­kə­lər­də əha­li da­ha yün­gül sa­hə­lər­də əmək fəa­liy­yə­ti ilə məş­ğul olur, əmək­çi-miq­rant­la­rın bö­yük his­sə­si isə ən ağır və hə­yat üçün zə­rər­li olan iş­lər­də da­ha uzun iş vaxt­la­rın­da və da­ha az əmək haq­qı ilə ça­lı­şır­lar. Bu­na gö­rə də be­lə döv­lət­lər­də əmək miq­ra­si­ya­sı­nın tən­zim­lən­mə­si za­ma­nı əha­li­nin məş­ğul­luq sə­viy­yə­si­nə diq­qət ye­ti­ril­mə­li­dir. Ey­ni za­man­da, döv­lə­tin həm xa­ri­ci əmək miq­ra­si­ya­sı­nın, həm də da­xi­li əmək miq­ra­si­ya­sı­nın və­ziy­yə­ti də əmək miq­ra­si­ya­sı­na dair mil­li qa­nun­ve­ri­ci­li­yin iş­lə­nib ha­zır­lan­ma­sın­da nə­zə­rə alın­ma­lı­dır. Be­lə qa­nun­ve­ri­ci­lik akt­la­rı əmək miq­ra­si­ya­sı sfe­ra­sın­da döv­lət si­ya­sə­ti­nin əsas prin­sip­lə­ri­ni, müx­tə­lif ka­te­qo­ri­ya əmək­çi-miq­rant­la­rın sta­tu­su­nu, qey­ri-qa­nu­ni əmək miq­ra­si­ya­sı­nın qar­şı­sı­nın alın­ma­sı­nı, miq­ra­si­ya kvo­ta­la­rı­nı, əmək­çi-miq­rant­la­rın hü­quq­la­rı­nın və qa­nu­ni ma­raq­la­rı­nın müda­fiə­si üz­rə döv­lət tə­mi­nat­la­rı­nın güc­lən­dir­mə­si­ni nə­zər­də tut­ma­lı­dır.

 

 

İstifadə olunmuş ədəbiyyat siyahısı:

 

 

1. Абу Салех Мухамед. Трудящиеся-мигранты в Израиле: международно-правовое регулирование их статуса.

2. Авнер Михаели. Работа, обеспечение и национальное страхование. Израиль, 1988.

3. Введение к международной защите беженцев. Уч. Пособие. RLD1. Обучение с УВКБ. Женева, 1992.

4. Довгерт А.С. Правовое регулирование международных трудовых отношений. Учебное пособие. Киев, 1992.

5. Зинченко Н.Н. Миграция населения: теория и практика международно-правового регулирования. М., 2003.

6. Киселев И.Я. Труд с иностранным участием (правовые аспекты). М., МЦФЭР, 2003.

7. Конституция Российской Федерации: Научно-практический комментарий. М., 1997.

8. Костин Л.А. Международное организация труда. М., 2002.

9. Материалы социологического исследования "Миграционные потоки Германии". Пер. с нем. М., Наука, 1995.

10. Назарова Е.А. Региональные особенности регулирования миграционных процессов (на примере субъектов Федерации Юга России).

11. Николайчик В.М. Правовые основы иммиграционной политики США. США: экономика, аолитика, адеология. Ежемесячный журнал. М., Наука, 1990, сентябрь, № 9 (249).

12. Положение беженцев в странах мира 1995. Найти решение. УВКБ ООН, АО Интердиалект, 1996.

13. Правовая памятка мигранту в Россию. Международная организация по миграции. М., 2004.

14. Сборник избранных документов по международному частному праву. М., 1967.

15. Семенов К.А. Международные экономические отношения. М., Гардарика, 1998.

16. Трудовое право Франции. М., 1985.

 

 

ТРУДОВАЯ  МИГРАЦИЯ  И  ВНУТРИГОСУДАРСТВЕННОЕ

ЗАКОНОДАТЕЛЬСТВО:  ЗАКОНОДАТЕЛЬСТВО  СТРАН  МИРА

 

Алиев А.И.,

доцент кафедры "Международное частное

право и Европейское право" БГУ,

кандидат юридических наук;

 

Ниязов Д.А.,

диссертант  Института Философии

и Политикоправовых исследований АНАА.

 

В статье всесторонне анализируются следующие вопросы: регулирование трудовой миграции различными государствами; статус трудовых мигрантов стран, экспортирующих и импортирующих рабочую силу в области трудовой миграции; взаимоотношение этих стран в области регулирования трудовой миграции; принятые в этой области нормы и стандарты; осуществляемые государствами меры; принятие государственных программ, направленных на стимулирование процессов иммиграции и реиммиграции; деятельность иммиграционных органов; вхождение иностранцев в трудовые рынки и государственный контроль в этой области и т. д.

 

 

LABOUR  MIGRATION  AND  THE  INTERSTATE  LEGISLATION:

THE  LEGISLATION  OF  THE  COUNTRIES  OF  THE  WORLD

 

Aliyev A.I. docent  of department  "International private law

and the European Right" Baku State University,

the candidate of law;

 

Niyazov D.A. author of dissertation of Institute of Philosophy

and Political and legal researches.

 

In clause are comprehensively analyzed the following questions: regulation of labour migration by the various states; the status of labour migrants of the countries exporting and importing a labour in the field of labour migration; the norms accepted in this area and standards; measures carried out by the states; acceptance of the state programs directed on stimulation of processes of immigration and reimmigration; activity of immigration bodies; ocurrence of foreigners in the labour markets and the state control over this area, etc.

 

MÜNDƏRİCAT

Rəsmi sənədlər
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.