05.26.2017 02:01
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

 

Dövlətlərarası turizm münasibətlərinin beynəlxalq

hüquqi tənzimlənməsi xüsusiyyətləri

 

 

 

Hümbətova Aynur Yusif qızı,

Bakı Dövlət Universiteti «Beynəlxalq münasibətlər və

beynəlxalq hüquq» fakültəsinin aspirantı.

 

 

Beynəlxalq turizm beynəlxalq ticarət xidmətlərinin dinamik şəkildə inkişaf etməkdə olan istiqamətlərindən biri sayılır. Şübhəsiz ki, bu isə ölkənin iqtisadi gəlirinin artımına, onun valyuta ehtiyatının çoxalmasına səbəb olur. Ölkələr arasında beynəlxalq turizmin inkişafı iqtisadi inteqrasiya prosesləri ilə tam üst-üstə düşən turizm xidmətlərinin beynəlmiləlləşməsi yolu ilə meydana gəlir. Məqalədə turizmin tərifi və onun təsnifatının müəyyənləşdirilməsi, beynəlxalq və milli turizmin meyarlarının təyinatı, onun əsas elementlərindən biri kimi turizm xidmətlərinin fəaliyyəti, «beynəlxalq turizm» və «beynəlxalq səyahət» anlayışlarının qarşılıqlı təsiri və s. geniş təhlil edilmişdir.

 

 

Bey­nəl­xalq tu­rizm bey­nəl­xalq ti­ca­rət xid­mət­lə­ri­nin di­na­mik şə­kil­də in­ki­şaf et­mək­də olan is­ti­qa­mət­lə­rin­dən bi­ri sa­yı­lır. Şüb­hə­siz ki, bu isə öl­kə­nin iq­ti­sa­di gə­li­ri­nin ar­tı­mı­na, onun val­yu­ta eh­ti­ya­tı­nın ço­xal­ma­sı­na sə­bəb olur. Bir mə­sə­lə­ni də qeyd et­mək la­zım­dır ki, bey­nəl­xalq tu­riz­min iq­ti­sa­di əhə­miy­yə­ti­ni əsas eti­ba­ri­lə 3 as­pekt­dən qiy­mət­lən­dir­mək olar: döv­lət­lər üçün val­yu­ta gə­lir­lə­ri­nin mən­bə­yi və məş­ğul­lu­ğun tə­min edil­mə­si va­si­tə­si ki­mi (bu­ra­da məş­ğul­lu­ğun ar­tı­mı isə öz növ­bə­sin­də əha­li­nin gə­lir­lə­ri­nin ço­xal­ma­sı­na və xal­qın ri­fa­hı­nın yük­səl­mə­si­nə öz tə­si­ri­ni gös­tə­rir); öl­kə­lə­rin ödə­mə ba­lan­sı və ümum­mil­li məh­sul­da xə­zi­nə­nin ge­niş­lən­di­ril­mə­si üsu­lu ki­mi; tu­rizm sfe­ra­sı­nın xid­mət sa­hə­lə­ri­nin ya­ra­dıl­ma­sı yo­lu ilə iq­ti­sa­di in­ki­şa­fa yar­­dım.

Tən­zim edi­lən prob­lem is­ti­qa­mə­tin­də bey­nəl­xalq tu­rizm hü­qu­qu­nun tən­zim et­di­yi bey­nəl­xalq tu­rizm fəa­liy­yə­ti­nin ma­hiy­yə­ti­nin müəy­yən edil­mə­si zə­ru­ri əhə­miy­yət kəsb edir. Onu da qeyd et­mək la­zım­dır ki, hü­quq nə­zə­riy­yə­sin­də möv­cud olan ya­naş­ma­ya əsa­sən fəa­liy­yət yal­nız be­lə fəa­liy­yət mü­na­si­bət­lə­ri­nin (yə­ni hü­qu­qi tən­zi­met­mə­nin pred­me­ti­nin) hə­ya­ta ke­çi­ril­mə­si za­ma­nı üzə çı­xan hü­qu­qi tən­zi­met­mə­nin ob­yek­ti ola bi­lər. Bey­nəl­xalq tu­rizm fəa­liy­yə­ti isə hər­fi mə­na­da bey­nəl­xalq tu­rizm sfe­ra­sın­da mey­da­na çı­xan fəa­liy­yə­ti ifa­də edir.

Bey­nəl­xalq tu­rizm adə­tən in­san axı­nı­nın hə­rə­kət is­ti­qa­mə­ti ba­xı­mın­dan mil­li tu­riz­mə mü­na­si­bət­də əks möv­qe­də da­ya­nan tu­rizm nö­vü ki­mi iq­ti­sa­di [9] və coğ­ra­fi [3] araş­dır­ma­la­rın pred­me­ti he­sab olu­nur. Bey­nəl­xalq tu­rizm an­la­yı­şı ba­rə­də möv­cud ba­xış­la­rın təd­qiq olun­ma­sı 3 əsas ya­naş­ma­nı ayır­ma­ğa im­kan ve­rir. Bi­rin­ci­si, bey­nəl­xalq tu­rizm in­san­la­rın dai­mi ya­şa­dıq­la­rı yer­dən (əra­zi­dən) əmək haq­qı­nın alın­ma­sı və pe­şə fəa­liy­yə­ti ilə məş­ğul ol­ma­sı­na aid edil­mə­yən azad yer­də­yiş­mə sis­te­mi sa­yı­lır. Bun­dan əla­və, gös­tə­ri­lir ki, bey­nəl­xalq tu­rizm həm də in­san­la­rın trans­sər­həd yer­də­yiş­mə­si he­sab olu­nur. İkin­ci­si, bey­nəl­xalq tu­rizm be­lə yer­də­yiş­mə nə­ti­cə­sin­də ya­ra­nan eh­ti­yac­la­rın tə­min olun­ma­sı üçün ya­ra­dıl­mış əm­təə və xid­mət­lə­rin ge­niş sfe­ra­sı, dün­ya iq­ti­sa­diy­ya­tı­nın sa­hə­si­dir. Bu da­ha çox onun bey­nəl­xalq iq­ti­sa­di mü­na­si­bət­lər sa­hə­si­ni əha­tə et­mə­si ilə xa­rak­te­ri­zə olu­nur. Üçün­cü­sü, bey­nəl­xalq tu­rizm fəa­liy­yə­ti bey­nəl­xalq tu­rizm sə­na­ye­si sub­yekt­lə­ri­nin xa­ri­ci iq­ti­sa­di fəa­liy­yə­ti ki­mi nə­zər­dən ke­çi­ri­lir. Bir sı­ra hal­lar­da isə tu­riz­mə aşa­ğı­da­kı­la­rın kon­teks­tin­də ba­xı­lır: so­sial prak­ti­ka; asu­də vaxt sfe­ra­sı; tə­lə­ba­tın for­ma­sı; mə­də­ni fe­no­men; iq­ti­sa­diy­ya­tın sa­hə­si [6, s.13]. Onu da qeyd et­mək la­zım­dır ki, hər bir hal­da bey­nəl­xalq tu­rizm­lə bağ­lı mə­sə­lə­lər fi­kir müx­tə­lif­li­yi­nə sə­bəb ol­muş və bu sa­hə­də el­mi-təd­qi­qat iş­lə­ri­nin əsa­sı­nı təş­kil edir. Bu­nu müəl­lif­lə­rin möv­qe­yin­də də gör­mək olar. Mə­sə­lən, A.R.Bed­­nen­ko­nun fik­rin­cə, bey­nəl­xalq tu­rizm özün­də gəl­mə tu­riz­mi (əc­nə­bi tu­rist­lə­rin bu və ya di­gər öl­kə­yə sə­ya­hət et­mə­si) və xa­ri­ci tu­riz­mi (hər han­sı döv­lə­tin və­tən­daş­la­rı­nın xa­ri­ci öl­kə­yə sə­ya­hə­ti) bir­ləş­di­rir [4, s.5]. Müəl­li­fin möv­qe­yi ay­rı­ca döv­lət əra­zi­si ba­xı­mın­dan tam şə­kil­də əsas­lan­dı­rıl­sa da, bey­nəl­xalq tu­riz­min məz­mu­nu da­ha ge­niş an­la­yı­şı özün­də təs­bit edir. Be­lə ki, o, üçün­cü döv­lət­lər tə­rə­fin­dən də bey­nəl­xalq tu­rist mü­ba­di­lə­si­ni şərt­lən­di­rir.

Bu­nun­la əla­qə­dar mü­na­si­bət­lər təh­lil edi­lər­kən he­sab edi­lir ki, bey­nəl­xalq tu­rizm fəa­liy­yə­ti sfe­ra­sın­da hü­qu­qi tən­zi­met­mə­nin pred­me­ti gə­lir əl­də et­mək məq­sə­di ol­ma­dan, bey­nəl­xalq hü­qu­qun prin­sip və nor­ma­la­rı­na uy­ğun ola­raq, asu­də vaxt­da dai­mi ya­şa­dı­ğı öl­kə­dən xa­ri­cə fi­zi­ki şəxs­lə­rin mü­tə­şək­kil qay­da­da mü­vəq­qə­ti yer­də­yiş­mə­si­nin hə­ya­ta ke­çi­ril­mə­si ilə əla­qə­dar tu­rizm xid­mət­lə­ri komp­lek­si­nin is­teh­sa­lı, sa­tı­şı və is­teh­la­kı pro­se­sin­də mey­da­na çı­xan bey­nəl­xalq mü­na­si­bət­lər for­ma­sın­da tə­za­hür edir [16, s.8-9].

Bey­nəl­xalq tu­rizm­lə bağ­lı mə­sə­lə­lə­rin müəy­yən­ləş­di­ril­mə­sin­də müx­­tə­lif döv­lət­lə­rin mü­va­fiq qa­nun­­ve­ri­ci­lik akt­la­rı da mü­hüm əhə­miy­­yət kəsb edir. Azər­bay­can Res­pub­­li­ka­sı­nın «Tu­rizm haq­qın­da» 4 iyun 1999-cu il ta­rix­li Qa­nu­nu­nun 1-ci mad­də­si­nə əsa­sən tu­rizm de­dik­­də, Azər­bay­can Res­pub­li­ka­sı və­­tən­daş­la­rı­nın, əc­nə­bi­lə­rin və və­tən­­daş­lı­ğı ol­ma­yan şəxs­lə­rin mü­vəq­­qə­ti ola­ca­ğı öl­kə­də (yer­də) ödə­niş­­li fəa­liy­yət­lə məş­ğul ol­ma­maq şər­­ti­lə is­ti­ra­hət, sağ­lam­laş­dır­ma, ta­nış ol­ma, id­ra­ki (ta­rix və mə­də­niy­yət sər­vət­lə­rin­dən bəh­rə­lən­mə və s.), iş-pe­şə (və­zi­fə borc­la­rı­nın ic­ra edil­mə­si is­tis­na ol­maq­la), id­man və di­ni məq­səd­lər­lə dai­mi ya­şa­yış yerlə­rin­dən mü­vəq­qə­ti get­mə­lə­ri (səya­hət­lə­ri) ba­şa dü­şü­lür [1, s.728].

Tu­riz­min tə­ri­fi və onun təs­ni­fa­tı­nın müəy­yən­ləş­di­ril­mə­si həm­çi­nin bir sı­ra bey­nəl­xalq təş­ki­lat­la­rın sə­nəd­lə­ri və töv­si­yə­lə­rin­də öz ək­si­ni tap­mış­dır. Nü­mu­nə qis­min­də «Tu­riz­min sta­tis­ti­ka­sı üz­rə BMT Töv­si­yə­lə­ri»ni gös­tər­mək olar. Bu­ra­da ifa­də olu­nan he­sa­bat­da tu­rizm tək­cə is­ti­ra­hət ba­za­rı ilə məh­dud­laş­ma­yan, həm də bü­tün­lük­də in­san­la­rın sə­fər­bər­li­yi çər­çi­və­sin­də dün­ya sə­ya­hət ba­za­rı­nı əha­tə edən ha­di­sə ki­mi qiy­mət­lən­di­ri­lir. Bun­dan əla­və, tu­riz­mə tə­rif ve­ri­lir ki, bu da is­ti­ra­hət, iş­gü­zar və di­gər məq­səd­lər­lə, da­vam­lı ola­raq bir il­dən çox ol­ma­yan müd­dət ər­zin­də öz adi mü­hi­tin­dən kə­nar­da yer­lə­şən yer­lə­rə sə­ya­hət edən və ora­da ya­şa­ma­yan şəxs­lə­rin fəa­liy­yə­ti­nə şa­mil olu­nur. Gös­tə­ri­lən­lər­lə ya­na­şı, tu­riz­min aşa­ğı­da­kı tip­lə­ri də xü­su­si­lə qeyd edi­lir: sa­kin­lə­rin öz öl­kə­si­nin hü­dud­la­rı da­xi­lin­də sə­ya­hət­lə­ri­ni ifa­də edən da­xi­li tu­rizm; şəxs­lə­rin sa­ki­ni ol­ma­dıq­la­rı döv­lə­tə sə­ya­hə­ti ki­mi özü­nü bi­ru­zə ve­rən gəl­mə tu­rizm; hər han­sı öl­kə­nin sa­kin­lə­ri­nin di­gər döv­lə­tə sə­ya­hə­ti ki­mi xa­rak­te­ri­zə olu­nan xa­ri­ci tu­rizm.

Yu­xa­rı­da­kı üç əsas ti­pə uy­ğun ola­raq, tu­riz­min aşa­ğı­da­kı mü­va­fiq ka­te­qo­ri­ya­la­rı fərq­lən­di­ri­lir: da­xi­li tu­rizm və gəl­mə tu­riz­mi əha­tə edən öl­kə­da­xi­li tu­rizm; da­xi­li tu­rizm və xa­ri­ci tu­riz­mi özün­də bir­ləş­di­rən mil­li tu­rizm; gəl­mə tu­rizm və xa­ri­ci tu­riz­mi ifa­də edən bey­nəl­xalq tu­rizm. Bey­nəl­xalq sə­nəd­lər­də bey­nəl­xalq tu­riz­min an­la­yı­şı ve­ril­mə­miş­dir. Bu­ra­da əsas diq­qət döv­lət sər­hə­di­ni ke­çə­rək sə­ya­hət edən şəxs­lər nə­zə­rə alın­ma­dan dar mə­na­da ifa­də edi­lən «tu­rist» an­la­yı­şı­nın müəy­yən­ləş­di­ril­mə­si­nə yö­nəl­miş­dir. La­kin onu da qeyd et­mək la­zım­dır ki, hə­min ter­mi­nin uni­ver­sal sə­viy­yə­də təs­bit olu­nan tə­rif­lə­ri töv­si­yə xa­rak­te­ri­nə ma­lik­dir. An­caq Tu­rist­lər üçün göm­rük gü­zəşt­lə­ri haq­qın­da 1954-cü il Kon­ven­si­ya­sı isə is­tis­na­lıq təş­kil edən hal ki­mi müt­ləq gös­tə­ril­mə­li­dir. Bun­dan əla­və, on­la­rın iş­lə­nib ha­zır­lan­ma­sın­da fərq­li məq­səd­lər də üzə çı­xa­rıl­ma­lı­dır. On­la­ra sta­tis­ti­ka­nın, qey­ri-qa­nu­ni miq­ra­si­ya­dan mü­da­fiə­nin, tu­rist­lə­rə xü­su­si gü­zəşt­lə­rin ve­ril­mə­si­nin məq­səd­lə­ri aid edi­lir.

Ümu­miy­yət­lə, bey­nəl­xalq və mil­li akt­la­rın təh­li­li nə­ti­cə­sin­də möv­cud sə­nəd­lər­də tu­riz­min (bey­nəl­xalq və mil­li) üç me­ya­rı­nın müəy­yən edil­mə­si qə­naə­ti­nə gə­lə bi­lə­rik. Mü­va­fiq amil­lə­ri aşa­ğı­da­kı­lar təş­kil edir: dai­mi ya­şa­dı­ğı öl­kə da­xi­lin­də sə­ya­hət; sə­ya­hət edi­lən döv­lət­də mü­vəq­qə­ti xa­rak­ter­li ya­şa­ma; ya­şa­dı­ğı yer­də gə­lir əl­də edil­mə­si gü­man olun­ma­yan sə­ya­hət­lə­rin məq­səd­lə­ri.

Ümum­dün­ya Tu­rizm Təş­ki­la­tı­nın töv­si­yə­lə­rin­də hə­min məq­səd­lə­rin bir ne­çə qru­pu top­la­nıl­mış­dır. On­la­ra aşa­ğı­da­kı­la­rı aid et­mək olar: asu­də vaxt, rek­rea­si­ya, is­ti­ra­hət; qo­hum­la­ra baş çək­mək və ta­nış­lıq; iş­gü­zar və pe­şə məq­səd­lə­ri (iş­gü­zar gö­rüş, konf­rans, konq­res­lər­də iş­ti­rak və s.); müa­li­cə; di­ni iba­dət­gah­lar­da iş­ti­rak; di­gər tu­rizm məq­səd­lə­ri [2, s.230].

Hər han­sı bir döv­lə­tə gəl­mə­ni iq­ti­sa­di ba­xım­dan qiy­mət­lən­dir­dik­də, onun is­teh­lak xa­rak­te­ri kəsb et­mə­si qə­naə­ti­nə gə­lə bi­lə­rik. Be­lə ki, öl­kə­yə sə­ya­hət edən tu­rist­lər mad­di ne­mət­lə­rin is­teh­sal­çı­sı de­yil, is­teh­lak­çı­sı qis­min­də iş­ti­rak edir­lər. Hü­qu­qi ba­xım­dan isə is­teh­lak­çı­la­rın sta­tu­su heç də hə­mi­şə tu­rizm xid­mə­ti mü­qa­vi­lə­lə­rin­də tə­rəf qis­min­də möv­cud olan tu­rist­lər­lə ey­ni­ləş­di­ril­mir [13, s.10].

Bey­nəl­xalq tu­rizm hü­qu­qu ilə bağ­lı apa­rı­lan araş­dır­ma­lar za­ma­nı «bey­nəl­xalq tu­rizm» və «bey­nəl­xalq sə­ya­hət» an­la­yış­la­rı­nın üzə çı­xa­rıl­ma­sı is­ti­qa­mə­tin­də el­mi ədə­biy­yat­lar­da apa­rı­lan təh­lil­lər mü­hüm əhə­miy­yət kəsb edir. Be­lə ki, M.M.Ma­ri­nin on­la­rın məq­səd­lə­ri ilə bağ­lı me­yar­la­ra gö­rə hər iki ter­mi­nin ara­sın­da­kı fər­qi gös­tər­miş­dir. Onun fik­rin­cə, tu­rizm is­ti­ra­hət, əy­lən­cə və ya ye­ni bi­lik­lə­rin əl­də edil­mə­si üçün sə­ya­hət­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si ilə şərt­lən­di­yi hal­da, sə­ya­hət zə­ru­rət­dən irə­li gə­lən sə­fər he­sab olu­nur [11, s.5]. Di­gər müəl­lif – M.Mon­te­ha­no isə gös­tə­rir ki, sə­ya­hət nəq­liy­yat xid­mə­ti­nin xü­su­si­lə bö­yük çə­ki­yə ma­lik ol­du­ğu tu­rizm­dir [12, s.13].

Mal­ta qa­nun­ve­ri­ci­li­yi­nin müd­dəa­la­rı­nın tə­lə­bi­nə əsa­sən tu­rizm sə­ya­hə­ti əha­tə et­di­yi hal­da, əks möv­qe­nin hə­ya­ta ke­çi­ril­mə­si­nə heç də rast gə­lin­mir. Be­lə ki, hə­min döv­lə­tin 1999-cu il ta­rix­li «Sə­ya­hət­lər və tu­rizm haq­qın­da» Qa­nu­nu­na mü­va­fiq ola­raq, tu­rist özü­nün adi ya­şa­yış mü­hi­tin­dən kə­na­ra 12 ay­dan çox ol­ma­yan müd­dət­də sə­ya­hət edən və mü­vəq­qə­ti ol­du­ğu yer­də mi­ni­mum ola­raq bir ge­cə­ni ke­çi­rən şəxs­lə­rə aid edi­lir. Qa­nun­da, həm­çi­nin, sə­ya­hət­çi­nin də hü­qu­qi sta­tu­su ilə bağ­lı me­yar­la­rın üzə çı­xa­rıl­ma­sı mü­hüm mə­sə­lə­lər­dən bi­ri­dir. Şüb­hə­siz ki, mü­va­fiq ter­mi­nə ve­ri­lən tə­rif də hə­min mə­sə­lə­nin üzə çı­xa­rıl­ma­sın­da bö­yük rol oy­na­yır. Be­lə ki, sə­ya­hət­çi de­dik­də, is­tə­ni­lən tu­rizm xid­mət­lə­ri, o cüm­lə­dən tu­rizm­lə bağ­lı di­gər xid­mət­lər­dən ya­rar­lan­maq məq­sə­di­lə tu­rizm üz­rə li­sen­zi­ya al­mış ope­ra­tor­lar­la mü­qa­vi­lə bağ­la­yan is­tə­ni­lən şəxs ba­şa dü­şü­lür [8, s.4].

Apa­rı­lan araş­dır­ma­lar­da bey­nəl­xalq tu­riz­mə həm də iq­ti­sa­di nöq­te­yi-nə­zər­dən ya­na­şı­lır və müx­tə­lif alim­lər tə­rə­fin­dən fərq­li şə­kil­də təh­lil olu­nur. Mə­sə­lən, L.F.Xo­dor­kov qeyd edir ki, özü­nə­məx­sus xü­su­siy­yət­lə­ri­nin möv­cud­lu­ğu­na bax­ma­ya­raq, bey­nəl­xalq tu­rizm xa­ri­ci ti­ca­rət­də for­ma­la­şan müəy­yən növ əmə­liy­yat­la­rı özün­də bir­ləş­di­rir [15, s.7-8]. Bir sı­ra müəl­lif­lər isə gös­tə­rir ki, döv­lə­tin ödə­mə ba­lan­sı ba­xı­mın­dan bey­nəl­xalq tu­rist mü­ba­di­lə­si xa­ri­ci ti­ca­rət­dən heç nə ilə fərq­lən­mir [7, s.14]. Bun­dan əla­və, V.F.Ka­sat­kin bey­nəl­xalq tu­riz­mi tu­rist­lə­rin əl­də et­dik­lə­ri in­for­ma­si­ya­nın və təəs­sü­ra­tın ix­ra­cı ki­mi qiy­mət­lən­di­rir. La­kin A.B.Bli­nov bey­nəl­xalq tu­riz­mə he­sab­laş­ma sə­mə­rə­li­li­yi, X.Tray­taq isə mil­li gə­li­rin ar­tı­mı­na yö­nəl­miş tə­sir ba­xı­mın­dan ya­na­şır [14, s.6-8].

Bey­nəl­xalq tu­riz­min təh­li­li za­ma­nı onun əsas ele­ment­lə­rin­dən bi­ri ki­mi tu­rizm xid­mət­lə­ri­ni də qeyd et­mək ye­ri­nə dü­şər­di. Onu da gös­tər­mək ki­fa­yət­dir ki, hə­min xid­mət­lər di­gər xid­mət­lər­dən özü­nə­məx­sus­lu­ğu ilə fərq­lə­nir­lər. Hə­min spe­si­fik­lik özü­nü aşa­ğı­da­kı­lar­da bi­ru­zə ve­rir: hə­min xid­mə­tin is­teh­lak­çı­la­rı­nın ak­tiv şə­kil­də yer­də­yiş­mə­si və ya hə­rə­kət­də ol­ma­sı; inf­rast­ruk­tur­la­rın in­ki­şaf sə­viy­yə­si ilə im­miq­ra­si­ya si­ya­sə­ti ara­sın­da əla­qə­nin möv­cud­lu­ğu; onun iq­ti­sa­diy­ya­tın di­gər sek­tor­la­rın­da möv­cud olan xid­mət­lər­dən əhə­miy­yət­li də­rə­cə­də fərq­lə­nən da­ha mü­hüm əhə­miy­yət­li tər­ki­bə da­xil edil­mə­si; tu­rizm tə­lə­bat­la­rı­na olan eh­ti­ya­cın möv­sü­mi xa­rak­ter da­şı­ma­sı.

La­kin bir sı­ra müəl­lif­lər isə bey­nəl­xalq tu­riz­min xid­mət­lə­rin döv­riy­yə­si­ni özün­də bir­ləş­dir­mə­si fik­ri ilə ra­zı­laş­mır­lar. Mə­sə­lən, he­sab edi­lir ki, iq­ti­sa­di fəa­liy­yət nö­vü ki­mi bey­nəl­xalq tu­riz­min aşa­ğı­da­kı əsas xü­su­siy­yət­lə­ri möv­cud­dur: xa­ri­ci ti­ca­rət­dən fərq­li ola­raq tu­riz­min əm­təə və xid­mət­lə­rin de­yil, tu­rist­lə­rin, həm­çi­nin can­lı in­san­la­rın mü­ba­di­lə­si­nə əsas­lan­ma­sı; tu­rizm xid­mət­lə­ri mo­bil ol­ma­maq­la, sa­tın al­ma­ya və sax­la­nıl­ma­ya mə­ruz qa­la bil­mə­mə­si; tək­lif­lər­də elas­tik­li­yin möv­cud­lu­ğu.

Bey­nəl­xalq tu­rizm həm də iq­ti­sa­di ba­xım­dan da yük­sək qiy­mət­lən­di­ril­mə­li­dir. Möv­cud mə­sə­lə el­mi-təd­qi­qat xa­rak­ter­li araş­dır­ma­la­rın tər­kib his­sə­si­ni təş­kil et­mək­lə, tu­riz­min prak­ti­ki is­ti­qa­mət­də in­ki­şa­fı­nın düz­gün qu­rul­ma­sı­nın əsa­sı sa­yı­lır. Mə­sə­lən, he­sab edi­lir ki, bey­nəl­xalq tu­riz­min əsas iq­ti­sa­di funk­si­ya­sı­nı aşa­ğı­da­kı for­ma­da qeyd edir: gə­lir; xa­ri­ci iq­ti­sa­di (tu­rizm­dən gə­lən gə­lir­lə­rin və onun xərc his­sə­si­nin ba­lan­sı); tu­riz­min xid­mət sfe­ra­sı sa­hə­lə­ri­nin ya­ra­dıl­ma­sı yo­lu ilə iq­ti­sa­di di­ver­si­fi­ka­si­ya­sı­nın güc­lən­di­ril­mə­si; iş yer­lə­ri­nin açıl­ma­sı; uy­ğun­laş­dı­rı­cı [5, s.72-83].

Öl­kə­lər ara­sın­da bey­nəl­xalq tu­riz­min in­ki­şa­fı iq­ti­sa­di in­teq­ra­si­ya pro­ses­lə­ri ilə tam üst-üs­tə dü­şən tu­rizm xid­mət­lə­ri­nin bey­nəl­mi­ləl­ləş­mə­si yo­lu ilə mey­da­na gə­lir. Bey­nəl­mi­ləl­ləş­mə pro­se­si­nin tə­za­hür for­ma­la­rı isə özü­nü da­ha çox vi­za və pas­port­la­rın alın­ma­sı üz­rə rəs­miy­yət­lə­rin, tu­rizm əla­qə­lə­ri­ni və sə­ya­hə­ti asan­laş­dı­ran si­ya­si-iq­ti­sa­di təd­bir­lə­rin sa­də­ləş­di­ril­mə­si və ləğ­vi, tu­rizm xid­mət­lə­ri­nə in­ves­ti­si­ya qo­yu­lu­şu üçün ka­pi­ta­lın ix­ra­cı və yer­də­yiş­mə­si ilə əla­qə­dar bey­nəl­xalq müəs­si­sə­lə­rin və təş­ki­lat­la­rın ya­ra­dıl­ma­sın­da və s. bi­ru­zə ve­rir. Bir sı­ra müəl­lif­lər isə tu­riz­min iq­ti­sa­di xü­su­siy­yət­lə­ri ara­sın­da da möv­cud olan 5 əla­mə­tin kon­sep­tual ol­ma­sı­nı xü­su­si­lə vur­ğu­la­ya­raq, on­la­rı aşa­ğı­da­kı for­ma­lar­da ifa­də edir­lər: müx­tə­lif tu­rist marş­rut­la­rı üz­rə in­san­la­rın yer­də­yiş­mə­si pro­se­si və onun nə­ti­cə­si; tu­riz­min iki əsas ba­za ele­men­ti­nin - is­ti­ra­hət yer­lə­ri­nə sə­ya­hət və or­da qal­ma ki­mi müd­dəa­la­rın müəy­yən­ləş­di­ril­mə­si; sə­ya­hə­tin tu­ris­tin öz dai­mi ya­şa­dı­ğı öl­kə­ni (re­gio­nu) tərk et­mə­si şək­lin­də tə­za­hür et­mə­si; müx­tə­lif tu­rizm mər­kəz­lə­ri­nə tu­rist­lə­rin yer­ləş­di­ril­mə­si­nin mü­vəq­qə­ti xa­rak­ter kəsb et­mə­si; tu­rizm mər­kəz­lə­rin­də dai­mi əsas­lar­la ya­şa­ma­nın, o cüm­lə­dən əla­və gə­lir əl­də et­mək məq­sə­di ol­ma­dan hə­ya­ta ke­çi­ri­lən sə­ya­hət sa­yı­lan eks­kur­si­ya [10, s.27-28].

Ba­zar sis­te­min­də bey­nəl­xalq tu­riz­min diq­qə­ti çə­kən əla­mət­lə­rin­dən bi­ri də xid­mət­lər sfe­ra­sın­da döv­lət­lə­rin daim ar­tan ro­lu he­sab edi­lir. Bu in­ki­şa­fı şərt­lən­di­rən əsas xü­su­siy­yət isə bey­nəl­xalq tu­rizm­dən əl­də edi­lən gə­lir­dir. Bu isə tu­rizm sa­hə­sin­də bir­ba­şa ola­raq döv­lət müəs­si­sə və təş­ki­lat­la­rı­nın ya­ra­dıl­ma­sı, sa­hib­kar­lıq fəa­liy­yə­ti­nin sub­si­di­ya­laş­dı­rıl­ma­sı və on­la­ra mü­əy­­yən gü­zəşt­lə­rin ve­ril­mə­si, rek­lam fəa­­liy­yə­ti­nin təş­ki­li və dəs­tək­lən­mə­­sin­dən iba­rət­dir. Onu da qeyd et­­mək la­zım­dır ki, bey­nəl­xalq tu­riz­min in­ki­şaf ten­den­si­ya­sı hər bir re­gion­da müx­tə­lif xü­su­siy­yə­tə ma­lik­dir.

 

 

 

İstifadə olunmuş ədəbiyyat siyahısı:

 

 

1. Azərbaycan Respublikasının Qa­nun­lar Kül­liyatı. II cild. Bakı, 2004.

2. Азар В.И., Туманов С.Ю. Экономика туристского рынка: Институт международного туризма. М., 1998.

3. Александрова А.Ю. Международный туризм. М., 2001, 464 с.; Зачиняев П.М., Фалькевич Н.С. География международного туризма. М., 1972, с. 263 с.; Максаковский В.П. Развитие и география международного туризма. География в школе, 2000, № 8.

4. Бедненко А.Б. Административные вопросы иностранного туризма в социалистических странах. Автореф. дисс. канд. юрид. наук. Иркутск, 1972.

5. Вавилов Е.В. Основы международного туризма. М., 2005.

6. Гализдра А.С. Феномен туризма: социально-философский анализ. Автореф. дисс. на соиск. учен. степ. канд. философских наук. Саратов, 2006.

7. Гезгала Я. Туризм в народном хозяйстве. М., 1974.

8. Губенко Н., Писаревский Е. Туризм в России и за рубежом. Закон, 2003, № 4.

9. Ильина Е.Н. Туризм - путешествия. Создание туристской фирмы. Агентский бизнес. М., 1997, 167 с.; Пузакова Е.П., Честникова В.А. Международный туристический бизнес. М., 1997.

10. Квартальнов В.А. Теория и практика туризма. М., 2003.

11. Маринин М.М. Туристские формальности и безопасность в туризме. М., 2002.

12. Монтанер Монтехано Х. Структура туристского рынка. Смоленск, 1997.

13. Ошноков А.Н. Гражданско-правовые договоры в сфере международного туризма. Автореф. дисс... канд. юрид. наук. М., 2002.

14. Пищенко А.В. Экономическая целесообразность разработки новой туристской терминологии. М., 1995.

15. Ходорков Л.Ф. Комплексный анализ как основа торговой политики в иностранном туризме. М., 1979.

16. Чеботарева И.А. Сотрудничество государств по правовому регулированию международной туристской деятельности. Автореф. дисс. на соиск. учен. степ. канд. юрид. наук. Санкт-Петербург, 2004.

 

ОСОБЕННОСТИ  МЕЖДУНАРОДНО-ПРАВОВОГО  РЕГУЛИРОВАНИЯ  МЕЖГОСУДАРСТВЕННЫХ

ОТНОШЕНИЙ  В  ОБЛАСТИ  ТУРИЗМА

 

Гумбатова Айнур Юсиф гызы,

аспирант факультета "Международные отношения и

международное право" Бакинского Государственного Университета.

 

Международный туризм считается одним из направлений международных торговых услуг, которые находятся в постоянном динамическом развитии. Безусловно, это способствует увеличению экономической прибыли страны и её валютного резерва. Развитие международного туризма между странами достигается интернационализацией туристических услуг, полностью совпадающих с интеграционными экономическими процессами.

В статье всесторонне анализируется понятие туризма и определение его классификации, назначения критериев международного и национального туризма, деятельность туристических услуг, как одного из элементов туризма, взаимное влияние понятий "международный туризм" и "международное путешествие" и т.д.

 

 

FEATURES  OF  THE  INTERNATIONAL  AND  LEGAL

REGULATION  OF  INTERSTATE  ATTITUDES

IN  THE  FIELD  OF  TOURISM

 

Qumbatova Aynur Yusif,

post-graduate student of faculty "International attitudes

and International law" Baku State University.

 

The international tourism is considered one of directions of the international trading services which are in constant dynamic development. Certainly, it promotes increase in economic profit of the country and its currency reserve. Development of the international tourism between the countries is reached by internationalization of the tourist services completely conterminous with integration economic processes.

In clause is comprehensively analyzed the concept of tourism and definition of its classification, purpose of criteria of the international and national tourism, activity of tourist services, as one of elements of tourism, mutual influence of concepts "the international tourism" and "the international travel", etc.

 

MÜNDƏRİCAT

Rəsmi sənədlər
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.