06.27.2017 23:09
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Yol  hərəkəti  qaydalarının  pozulmasına  görə məsuliyyətin  gücləndirilməsi  məqsədilə Azərbaycan  Respublikasının  bəzi

qanunvericilik  aktlarına  dəyişikliklər

  əlavələr  edilməsi  haqqında

 

Azərbaycan  Respublikasının  Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İn­zi­bati Xətalar Məcəlləsinə (Azərbaycan Res­publikasının Qanunvericilik Top­lu­su, 2000-ci il, ¹ 8, I kitab, maddə 584; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 3, maddə 139, ¹ 7, maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr 234, 237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692; 2003-cü il, ¹ 1, maddələr 3, ¹13, 23, ¹ 4, mad­də­lər 177, 178, ¹ 5, maddə 228, ¹ 6, mad­dələr 257, 276, 279, ¹ 8, mad­də­lər 407, 425, ¹ 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, ¹ 1, maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr 200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397, ¹ 8, maddələr 596, 597, ¹ 10, maddələr 762, 779, ¹ 11, maddə 900, ¹ 12, maddə 973; 2005-ci il, ¹ 1, maddələr 5, 6, ¹ 2, maddə 61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6, maddələr 462, 466, ¹ 7, maddə 576, ¹ 8, maddələr 691, 692, ¹ 10, mad­dələr 875, 877, 904, ¹ 11, mad­dələr 993, 994, 995, ¹12, maddələr 1083, 1085; 2006-cı il, ¹ 2, maddələr 64, 68, ¹ 3, maddələr 219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6, maddə 478, ¹ 11, maddələr 923, 924, 932, ¹ 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹ 1, maddələr 3, 4, ¹ 2, mad­dələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401, 440, ¹ 6, maddələr 560, 561, 562, 579; Azərbaycan Res­pub­li­ka­sının 2007-ci il16 iyun tarixli 391-IIIQD nömrəli, 1 oktyabr tarixli 421-IIIQD, 422-IIIQD nömrəli və 19 ok­tyabr tarixli 455-IIIQD nömrəli qa­nun­la­rı) aşağıdakı dəyişikliklər və əla­və­lər edilsin:

1. 28.3-cü maddədə "151.4-cü" sözləri "152-1.1-ci, 152-1.2-ci" sözləri ilə əvəz edilsin;

2. 151-ci və 152-ci maddələr aşa­ğı­da­kı redaksiyada verilsin:

 

"Maddə 151. Nəqliyyat va­si­tə­lə­ri­nin sürücüləri tə­rə­fin­dən yol hə­rə­kə­ti qay­dalarının po­zul­ma­sı

151.1. Yolda müəyyən edilmiş hə­rə­kət sürətinin 10-30 km/saat həddində aşıl­masına, yol nişanlarının və ya yol­la­rın hərəkət hissəsinin işarələrinin tə­ləb­lərinə riayət edilməməsinə, yaxud nəq­liyyat vasitəsinin yolların hərəkət his­sələrində yerləşdirilməsi və ya pi­ya­da keçidlərinin keçilməsi, habelə ara­məsafəsi, dayanma və ya durma, ye­dəyə alma, yük daşıma, işıq ci­haz­la­rın­dan, səs siqnallarından, təh­lü­kə­siz­lik kəmərlərindən və ya mo­to­də­bil­qə­lər­dən istifadə, sürmə təlimi keçmə qay­dalarının pozulmasına, nəqliyyat va­sitələrindən bayıra hər hansı əşya at­mağa görə –

şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək miq­dar­da cərimə edilir.

151.2. Yolda müəyyən edilmiş hə­rə­kət sürətinin 30-60 km/saat həddində aşıl­masına, svetoforun və ya ni­zam­la­yı­cının qadağanedici işarəsi verilərkən hə­rəkətin davam etdirilməsinə, 3.1 "Gi­riş qadağandır", 3.2 "Hərəkət qa­da­ğan­dır" yol nişanları tələblərinin və ya sər­nişin daşıma, ötmə, manevr etmə, yol ayrıcını keçmə qaydalarının po­zul­ma­sına, ümumi istifadədə olan nəq­liy­yat vasitələrinin, habelə adamlar da­şı­nan yük avtomobillərinin sərnişinlərlə ya­nacaqdoldurma məntəqəsinə daxil ol­masına, həmçinin xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, ke­çid üstünlüyü hüququna malik olan nəq­liyyat vasitələrinə yol ve­ril­mə­mə­si­nə, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xət­lərinin tələblərinə riayət etməyərək əks istiqamətli nəqliyyat axınlarının hə­rəkət zolağına keçilməsinə görə –

şərti maliyyə vahidi məbləğinin iyir­mi mislindən qırx mislinədək miq­dar­da cərimə edilir.

151.3. Yolda müəyyən edilmiş hə­rə­kət sürətinin 60 km/saat həddindən ar­tıq aşılmasına, dəmiryol keçidlərinin ke­çilmə qaydalarının pozulmasına, qə­za şəraitinin yaradılmasına, yəni hə­rə­kə­tin başqa iştirakçılarının sürəti və hə­rəkətin istiqamətini məcburi də­yiş­mə­sinə səbəb olan pozuntular tö­rə­dil­mə­sinə, yol nəqliyyat hadisəsi ye­rin­dən yayınmağa, yaxud Azərbaycan Res­publikasının müvafiq icra ha­ki­miy­yə­ti orqanı əməkdaşının nəqliyyat va­si­təsini saxlamaq tələbinin yerinə ye­ti­ril­məməsinə görə –

şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək miqdarda cərimə edilir.

151.4. Bu Məcəllənin 151.2-ci, 151.3-cü, 155.3-cü və 156-cı mad­də­lə­rin­də müəyyən edilmiş balla qiy­mət­lən­dirilən xətaları törətməklə sü­rü­cü­lər tərəfindən bir il ərzində 10 və da­ha çox bal toplanmasına görə –

nəqliyyat vasitələrini idarə etmə hü­qu­qu bir ilədək müddətə məh­dud­laş­dı­rı­lır.

151.5. Bu Məcəllənin 151.1-151.3-cü maddələrində nəzərdə tutulmuş xə­ta­lar nəticəsində zərər çəkən şəxsin sağ­lamlığına yüngül bədən xəsarətinin ye­tirilməsinə və ya zərər çəkən şəxsə mad­di zərər vurulmasına görə –

şərti maliyyə vahidi məbləğinin yüz mis­lindən yüz qırx mislinədək miq­dar­da cərimə edilir və ya nəqliyyat va­si­tə­lərini idarə etmə hüququ bir ilədək müd­dətə məhdudlaşdırılır.

Qeyd: Bu Məcəllənin 151.2-ci mad­də­­sində göstərilən qayda po­zun­tu­la­rı­na yol verilməsi 3 balla, 151.3-cü mad­­dəsində göstərilən qayda po­zun­tu­la­rına yol verilməsi 4 balla qiy­mət­lən­di­rilir.

Maddə 152. Nəqliyyat vasitələrini ida­rəetmə hüququ ol­ma­yan şəxslər tə­rə­fin­dən nəqliyyat va­si­tə­lərinin idarə edil­mə­si

152.1. Nəqliyyat vasitəsinə sahiblik hü­ququ olan şəxsin nəqliyyat va­si­tə­sin­də olması halları istisna olmaqla nəq­liyyat vasitəsinin etibarnamə ol­ma­dan idarə edilməsinə görə –

şərti maliyyə vahidi məbləğinin qırx mis­li miqdarında cərimə edilir.

152.2. Nəqliyyat vasitəsini idarə et­mə hüququ olmadan nəqliyyat va­si­tə­si­nin idarə edilməsinə görə –

şərti maliyyə vahidi məbləğinin alt­mış misli miqdarında cərimə edilir.

152.3. Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tu­tul­muş xətaların il ərzində inzibati tən­beh almış şəxs tərəfindən təkrar tö­rə­dilməsinə görə –

şərti maliyyə vahidi məbləğinin sək­sən mislindən yüz mislinədək miq­dar­da cərimə edilir.

152.4. Bu Məcəllənin 152.1-ci və ya 152.2-ci maddələrində nəzərdə tu­tul­muş xətalar nəticəsində zərər çəkən şəx­sin sağlamlığına yüngül bədən xə­sa­rətinin yetirilməsinə və ya zərər çə­kən şəxsə maddi zərər vurulmasına gö­rə –

şərti maliyyə vahidi məbləğinin yüz qırx mislindən yüz səksən mislinədək miq­darda cərimə edilir və ya işin hal­la­­rına görə, pozuntunu törədənin şəx­siy­yəti nəzərə alınmaqla on beş gü­nə­dək inzibati həbs tətbiq olunur.";

3. Aşağıdakı məzmunda 152-1-ci, 152-2-ci, 152-3-cü, 152-4-cü və 152-5-ci maddələr əlavə edilsin:

"Maddə 152-1. Nəqliyyat va­si­tə­si­ni idarə etmək hüququ olan şəxs ­ nəq­liyyat vasitəsini alkoqoldan, nar­ko­tik vasitələrdən, psixotrop mad­də­lər­dən və ya güclü təsir göstərən di­gər maddələrdən istifadə olunması nə­ticəsində sərxoş vəziyyətdə idarə edil­məsi

152-1.1. Nəqliyyat vasitəsini idarə et­mək hüququ olan şəxs tərəfindən nəq­liyyat vasitəsini alkoqoldan, nar­ko­tik vasitələrdən, psixotrop mad­də­lər­dən və ya güclü təsir göstərən digər mad­dələrdən istifadə olunması nə­ti­cə­sin­də sərxoş vəziyyətdə idarə edil­mə­sinə görə –

şərti maliyyə vahidi məbləğinin sək­sən mislindən yüz mislinədək miq­dar­da cərimə edilir.

152-1.2. Nəqliyyat vasitəsini idarə et­mək hüququ olan və nəqliyyat va­si­tə­sini alkoqoldan, narkotik va­si­tə­lər­dən, psixotrop maddələrdən və ya güc­lü təsir göstərən digər mad­də­lər­dən istifadə olunması nəticəsində sər­xoş vəziyyətdə idarə edən şəxs tə­rə­fin­dən bu Məcəllənin 151.2 və ya 151.3-cü maddələrində nəzərdə tu­tul­muş xətaların törədilməsinə görə –

şərti maliyyə vahidi məbləğinin yüz iyir­mi mislindən yüz əlli mislinədək miq­darda cərimə edilir.

152-1.3. Bu Məcəllənin 152-1.1-ci və ya 152-1.2-ci maddələrində mü­əy­yən edilmiş balla qiymətləndirilən xə­ta­ları törətməklə sürücülər tərəfindən bir il ərzində 10 bal toplanmasına gö­rə –

nəqliyyat vasitələrini idarə etmə hü­qu­qu iki il müddətinə məh­dud­laş­dı­rı­lır.

152-1.4. Bu Məcəllənin 152-1.1-ci və ya 152-1.2-ci maddələrində nə­zər­də tutulmuş xətalar nəticəsində zərər çə­kən şəxsin sağlamlığına yüngül bə­dən xəsarətinin yetirilməsinə və ya zə­rər çəkən şəxsə maddi zərər vu­rul­ma­sına görə –

nəqliyyat vasitələrini idarə etmə hü­qu­qu iki il müddətinə məh­dud­laş­dı­rıl­maq­la şərti maliyyə vahidi məbləğinin yüz yetmiş mislindən iki yüz mis­li­nə­dək miqdarda cərimə edilir və ya nəq­liy­yat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu tö­rə­də­nin şəxsiyyəti nəzərə alınmaqla on beş gü­nədək inzibati həbs tətbiq olunur.

Qeyd: Bu Məcəllənin 152-1.1-ci və ya 152-1.2-ci maddələrində göstərilən xə­talara yol verilməsi 5 balla qiy­mət­lən­dirilir.

Maddə 152-2. Nəqliyyat vasitəsini ida­rə etmək hüququ olmayan şəxs tə­rəfindən nəqliyyat vasitəsini al­ko­qol­dan, narkotik vasitələrdən, psixo­trop maddələrdən və ya güclü təsir gös­tərən digər maddələrdən istifadə olun­ması nəticəsində sərxoş və­ziy­yət­də idarə edilməsi

152-2.1. Nəqliyyat vasitəsini idarə et­mək hüququ olmayan şəxs tə­rə­fin­dən nəqliyyat vasitəsini alkoqoldan, nar­kotik vasitələrdən, psixotrop mad­də­lərdən və ya güclü təsir göstərən di­gər maddələrdən istifadə olunması nə­ti­cəsində sərxoş vəziyyətdə idarə edil­mə­sinə görə –

şərti maliyyə vahidi məbləğinin yüz əl­li mislindən iki yüz mislinədək miq­dar­da cərimə edilir.

152-2.2. Bu Məcəllənin 152-2.1-ci mad­dəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tə­rəfindən təkrar törədilməsinə görə -

şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən üç yüz mislinədək miq­dar­da cərimə edilir və ya işin hallarına gö­rə, pozuntunu törədənin şəxsiyyəti nə­zərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.

152-2.3. Bu Məcəllənin 152-2.1-ci mad­dəsində nəzərdə tutulmuş xətanın tö­rədilməsi və yol hərəkəti qay­da­la­rı­nın pozulması nəticəsində zərər çəkən şəx­sin sağlamlığına yüngül bədən xə­sa­rətinin yetirilməsinə və ya zərər çə­kən şəxsə maddi zərər vurulmasına gö­rə –

şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən dörd yüz mislinədək miq­darda cərimə edilir və ya işin hal­la­rına görə, pozuntunu törədənin şəx­siy­yəti nəzərə alınmaqla on beş gü­nə­dək inzibati həbs tətbiq olunur.

Maddə 152-3. Nəqliyyat vasitəsinə sa­hiblik hüququ olan şəxs tə­rə­fin­dən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəx­sə verilməsi

152-3.1. Nəqliyyat vasitəsinə sa­hib­lik hüququ olan şəxs tərəfindən nəq­liy­yat vasitəsini idarə etmək üçün ida­rə etmə hüququ olmayan şəxsə ve­ril­mə­sinə görə –

fiziki şəxslər şərti maliyyə vahidi məb­ləğinin qırx mislindən altmış mis­li­nədək miqdarda, vəzifəli şəxslər şər­ti maliyyə vahidi məbləğinin yüz əlli mis­lindən iki yüz mislinədək miq­dar­da, hüquqi şəxslər şərti maliyyə vahidi məb­ləğinin min beş yüz mislindən iki min mislinədək miqdarda cərimə edi­lir.

152-3.2. Bu Məcəllənin 152-3.1-ci mad­dəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tə­rəfindən təkrar törədilməsinə görə –

fiziki şəxslər şərti maliyyə vahidi məb­­ləğinin səksən mislindən yüz mis­li­nədək miqdarda, vəzifəli şəxslər şər­ti maliyyə vahidi məbləğinin iki yüz əl­li mislindən üç yüz mislinədək miq­dar­da, hüquqi şəxslər şərti maliyyə va­hi­di məbləğinin iki min beş yüz mis­lin­dən üç min mislinədək miqdarda cə­rimə edilir.

152-3.3. Bu Məcəllənin 152-3.1-ci mad­dəsində nəzərdə tutulmuş xətanın tö­rədilməsi və yol hərəkəti qay­da­la­rı­nın pozulması nəticəsində zərər çəkən şəx­sin sağlamlığına yüngül bədən xə­sa­rətinin yetirilməsinə və ya zərər çə­kən şəxsə maddi zərər vurulmasına gö­rə –

fiziki şəxslər şərti maliyyə vahidi məb­ləğinin yüz qırx mislindən yüz sək­sən mislinədək miqdarda, vəzifəli şəxs­lər şərti maliyyə vahidi məb­lə­ği­nin dörd yüz mislindən beş yüz mis­li­nə­dək miqdarda, hüquqi şəxslər şərti ma­liyyə vahidi məbləğinin dörd min mis­lindən beş min mislinədək miq­dar­da cərimə edilir.

Maddə 152-4. Nəqliyyat vasitəsinə sa­hiblik hüququ olan şəxs tə­rə­fin­dən nəqliyyat vasitəsini sərxoş və­ziy­yətdə olan şəxsə verilməsi

152-4.1. Sərxoş vəziyyətdə ol­du­ğu­nu bilə-bilə nəqliyyat vasitəsinə sa­hib­lik hüququ olan şəxs tərəfindən nəq­liy­yat vasitəsini idarə etmək üçün hə­min şəxsə verilməsinə görə –

fiziki şəxslər şərti maliyyə vahidi məb­ləğinin səksən mislindən yüz mis­li­nədək miqdarda, vəzifəli şəxslər şər­ti maliyyə vahidi məbləğinin iki yüz əl­li mislindən üç yüz mislinədək miq­dar­da, hüquqi şəxslər şərti maliyyə va­hi­di məbləğinin iki min beş yüz mis­lin­dən üç min mislinədək miqdarda cə­rimə edilir.

152-4.2. Bu Məcəllənin 152-4.1-ci mad­dəsində nəzərdə tutulmuş xətanın il ər­zində inzibati tənbeh almış şəxs tə­rəfindən təkrar törədilməsinə görə -

fiziki şəxslər şərti maliyyə vahidi məb­ləğinin yüz əlli mislindən iki yüz mis­linədək miqdarda, vəzifəli şəxslər şər­ti maliyyə vahidi məbləğinin üç yüz mislindən dörd yüz mislinədək miq­darda, hüquqi şəxslər şərti maliyyə va­hidi məbləğinin üç min mislindən dörd min mislinədək miqdarda cərimə edi­lir.

152-4.3. Bu Məcəllənin 152-4.1-ci mad­dəsində nəzərdə tutulmuş xətanın tö­rədilməsi və yol hərəkəti qay­da­la­rı­nın pozulması nəticəsində zərər çəkən şəx­sin sağlamlığına yüngül bədən xə­sa­rətinin yetirilməsinə və ya zərər çə­kən şəxsə maddi zərər vurulmasına gö­rə –

fiziki şəxslər şərti maliyyə vahidi məb­ləğinin iki yüz mislindən üç yüz mis­linədək miqdarda, vəzifəli şəxslər şər­ti maliyyə vahidi məbləğinin beş yüz mislindən altı yüz mislinədək miq­darda, hüquqi şəxslər şərti maliyyə va­hidi məbləğinin beş min mislindən al­tı min mislinədək miqdarda cərimə edi­lir.

Maddə 152-5. Nəqliyyat vasitəsinə sa­hiblik hüququ olan şəxs tə­rə­fin­dən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan və sər­xoş vəziyyətdə olan şəxsə ve­ril­mə­si

152-5.1. Nəqliyyat vasitəsini idarə et­mə hüququnun olmadığını və sərxoş və­ziyyətdə olduğunu bilə-bilə nəq­liy­yat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini ida­rə etmək üçün həmin şəxsə ve­ril­mə­sinə görə –

fiziki şəxslər şərti maliyyə vahidi məb­ləğinin yüz əlli mislindən iki yüz mis­linədək miqdarda, vəzifəli şəxslər şər­ti maliyyə vahidi məbləğinin üç yüz əlli mislindən dörd yüz mis­li­nə­dək miqdarda, hüquqi şəxslər şərti ma­liyyə vahidi məbləğinin üç min beş yüz mislindən dörd min mislinədək miq­darda cərimə edilir.

152-5.2. Bu Məcəllənin 152-5.1-ci mad­dəsində nəzərdə tutulmuş xətanın il ər­zində inzibati tənbeh almış şəxs tə­rəfindən təkrar törədilməsinə görə -

fiziki şəxslər şərti maliyyə vahidi məb­ləğinin iki yüz mislindən üç yüz mis­linədək miqdarda, vəzifəli şəxslər şər­ti maliyyə vahidi məbləğinin beş yüz mislindən altı yüz mislinədək miq­darda, hüquqi şəxslər şərti maliyyə va­hidi məbləğinin beş min mislindən al­tı min mislinədək miqdarda cərimə edi­lir.

152-5.3. Bu Məcəllənin 152-5.1-ci mad­dəsində nəzərdə tutulmuş xə­ta­la­rın törədilməsi və yol hərəkəti qay­da­la­rının pozulması nəticəsində zərər çə­kən şəxsin sağlamlığına yüngül bədən xə­sarətinin yetirilməsinə və ya zərər çə­kən şəxsə maddi zərər vurulmasına gö­rə –

fiziki şəxslər şərti maliyyə vahidi məb­ləğinin üç yüz mislindən dörd yüz mis­linədək miqdarda, vəzifəli şəxslər şər­ti maliyyə vahidi məbləğinin yeddi yüz mislindən səkkiz yüz mislinədək miq­darda, hüquqi şəxslər şərti maliyyə va­hidi məbləğinin yeddi min mis­lin­dən səkkiz min mislinədək miqdarda cə­rimə edilir.";

4. 153-cü maddə üzrə:

4.1. 153.1-ci maddənin sank­si­ya­sın­da "üç" sözü "on" sözü ilə əvəz edil­sin;

4.2. 153.2-ci maddənin sank­si­ya­sın­da "üç mislindən beş mislinədək" söz­lə­ri "altı mislindən on mislinədək" söz­ləri ilə əvəz edilsin;

4.3. 153.3.4-cü maddədə "tutmadan" sö­zündən sonra "və ya təhlükəsizlik də­­bilqələrindən istifadə qaydalarını poz­­maqla" sözləri əlavə edilsin;

4.4. 153.3-cü və 153.4-cü mad­də­lə­rin sanksiyalarında "üç mislindən beş mis­linədək" sözləri "iyirmi mislindən qırx mislinədək" sözləri ilə əvəz edil­sin;

4.5. 153.5-ci maddə üzrə:

4.5.1. maddənin dispozisiyasında "153.1-153.4.5-ci" sözləri "153.3-cü və 153.4-cü" sözləri ilə əvəz edilsin;

4.5.2. maddənin sanksiyasında "beş mislindən on mislinədək" sözləri "əlli mislindən yetmiş mislinədək" sözləri ilə əvəz edilsin;

4.6. 153.6-cı maddə aşağıdakı re­dak­si­ya­da verilsin:

"153.6. Bu Məcəllənin 153.3-153.5-ci maddələrində nəzərdə tutulmuş xə­ta­lar nəticəsində zərər çəkən şəxsin sağ­lamlığına yüngül bədən xəsarətinin ye­tirilməsinə və ya zərər çəkən şəxsə mad­di zərər vurulmasına görə -

şərti maliyyə vahidi məbləğinin sək­sən mislindən yüz mislinədək miq­dar­da cərimə edilir.";

4.7. 153.7-ci maddə çıxarılsın.

5. 154-cü maddə üzrə:

5.1. 154.1-ci maddədə "və­ka­lət­na­mə və digər əsaslarla" sözləri "eti­bar­na­mə əsasında" sözləri ilə əvəz edil­sin;

5.2. 154.1-ci maddənin sank­si­ya­sın­da "üç mislindən səkkiz mislinədək" söz­ləri "on beş mislindən iyirmi mis­li­nə­dək" sözləri ilə, "iyirmi mislindən otuz beş mislinədək" sözləri "qırx mis­lin­dən yetmiş mislinədək" sözləri ilə əvəz edilsin.

5.3. 154.2-ci maddənin sank­si­ya­sın­da "əlli mislindən altmış mislinədək" söz­ləri "yüz əlli mislindən iki yüz mis­li­nədək" sözləri ilə əvəz edilsin;

5.4. 154.3-cü maddənin sank­si­ya­sın­da "altmış mislindən yetmiş mis­li­nə­dək" sözləri "iki yüz mislindən iki yüz əl­li mislinədək" sözləri ilə əvəz edil­sin;

5.5. 154.4-cü maddənin sank­si­ya­sın­da "on beş mislindən iyirmi mis­li­nə­dək" sözləri "otuz mislindən qırx mis­li­nədək" sözləri ilə əvəz edilsin;

5.6. aşağıdakı məzmunda 154.5-ci mad­də əlavə edilsin:

"154.5. Müvafiq icra hakimiyyəti or­qanının əməkdaşı tərəfindən bu Mə­cəl­lənin 451.3-cü maddəsinin tələbləri po­zulmaqla cərimələrin alınmasına gö­rə –

şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən beş yüz mislinədək miq­darda cərimə edilir.";

6. 155-ci maddə üzrə:

6.1. 155.1.9-cu maddədən "görə –" sö­zü çıxarılsın və maddənin sonuna nöq­təli vergül işarəsi əlavə edilsin;

6.2. aşağıdakı məzmunda 155.1.10-cu maddə əlavə edilsin:

"155.1.10. beynəlxalq yük da­şı­ma­la­rı­nı həyata keçirən yük av­to­mo­bil­lə­ri­nin və avtobusların nəzarət qurğusu (ta­xoqraf) olmadan və ya işləməyən ya­xud möhürlənməsi pozulmuş taxo­qraf­la, habelə sürücünün iş və istirahət re­jimini əks etdirən taxoqramları dol­dur­madan idarə edilməsinə görə –"

6.3. 155.1-ci maddənin sank­si­ya­sın­da "üç mislindən beş mislinədək" söz­lə­ri "on mislindən iyirmi mislinədək" söz­ləri ilə əvəz edilsin.

6.4. 155.2.2-ci maddədə "ava­dan­lı­ğın" sözündən sonra "quraşdırılmasına və ya" sözləri əlavə edilsin;

6.5. 155.2.4-cü maddədə "təchiz edil­məsinə" sözlərindən sonra ", ha­be­lə ban şüşələrinə qanunla tətbiqinə ica­zə verilməyən örtüklərin çə­kil­mə­si­nə" sözləri əlavə edilsin;

6.6. 155.2-ci maddənin sank­si­ya­sın­da "üç mislindən səkkiz mislinədək" söz­ləri "iyirmi mislindən otuz mis­li­nə­dək" sözləri ilə əvəz edilsin;

6.7. 155.3-cü maddənin sank­si­ya­sın­da "on beş mislindən iyirmi mis­li­nə­dək" sözləri "qırx mislindən altmış mis­linədək" sözləri ilə əvəz edilsin;

6.8. 155.4-cü maddə aşağıdakı re­dak­siyada verilsin:

"155.4. Bu Məcəllənin 155.1.1-155.1.6, 155.1.8, 155.2.1-155.2.3-cü mad­dələrində nəzərdə tutulmuş xə­ta­lar nəticəsində zərər çəkən şəxsin sağ­lamlığına yüngül bədən xəsarətinin ye­tirilməsinə və ya zərər çəkən şəxsə mad­di zərər vurulmasına görə -

şərti maliyyə vahidinin qırx mis­lin­dən altmış mislinədək miqdarda cə­ri­mə edilir və ya nəqliyyat vasitələrini ida­rə etmə hüququ bir ildən iki ilədək müd­dətə məhdudlaşdırılır.";

6.9. 155.5-ci maddə çıxarılsın;

7. 156-cı maddənin sanksiyasında "on beş mislindən iyirmi beş mis­li­nə­dək miqdarda" sözləri "yetmiş misli miq­darında" sözləri ilə əvəz edilsin;

8. 158-ci maddə üzrə:

8.1. 158.1-ci maddənin sank­si­ya­sın­da "üç mislindən beş mislinədək" söz­lə­ri "on beş mislindən iyirmi mis­li­nə­dək" sözləri ilə əvəz edilsin;

8.2. 158.3-cü maddənin sank­si­ya­sın­da "otuz mislindən yetmiş mislinədək" söz­ləri "yüz mislindən yüz iyirmi mis­li­nədək" sözləri ilə əvəz edilsin;

9. 159-cu maddənin sanksiyası aşa­ğı­dakı redaksiyada verilsin:

"fiziki şəxslər şərti maliyyə vahidi məb­ləğinin yetmiş mislindən yüz mis­li­nədək miqdarda, vəzifəli şəxslər şər­ti maliyyə vahidi məbləğinin üç yüz mis­lindən beş yüz mislinədək miq­dar­da, hüquqi şəxslər şərti maliyyə vahidi məb­ləğinin üç min mislindən beş min mis­linədək miqdarda cərimə edilir.";

10. 161-ci maddə üzrə:

10.1. 161.1-ci maddədə "Müvafiq ica­zə olmadan avtomobil yollarında ti­kin­ti" sözləri "Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl et­mədən avtomobil yollarında, pros­pekt­lərdə, küçələrdə, təhkim və mü­ha­fizə zolağında tikinti, qazıntı" söz­lə­ri ilə əvəz edilsin;

10.2. 161.1-ci maddənin sanksiyası aşa­ğıdakı redaksiyada verilsin:

"fiziki şəxslər şərti maliyyə vahidi məb­ləğinin səksən mislindən yüz mis­li­nədək miqdarda, vəzifəli şəxslər şər­ti maliyyə vahidi məbləğinin dörd yüz mis­lindən beş yüz mislinədək miq­dar­da, hüquqi şəxslər şərti maliyyə vahidi məb­ləğinin dörd min mislindən beş min mislinədək miqdarda cərimə edi­lir.";

10.3. 161.2-ci maddənin sanksiyası aşa­ğıdakı redaksiyada verilsin:

"fiziki şəxslər şərti maliyyə vahidi məb­ləğinin otuz mislindən əlli mis­li­nə­dək miqdarda, vəzifəli şəxslər şərti ma­liyyə vahidi məbləğinin yüz əlli mis­lindən iki yüz mislinədək miq­dar­da, hüquqi şəxslər şərti maliyyə vahidi məb­ləğinin min beş yüz mislindən iki min mislinədək miqdarda cərimə edi­lir.";

11. 163-cü maddə üzrə:

11.1. maddənin adında "və təhkim zo­lağında" sözləri çıxarılsın;

11.2. 163.0-cı maddədə "və təhkim zo­lağında" sözləri ", prospektlərdə, kü­çələrdə, təhkim və mühafizə zo­la­ğın­da" sözləri ilə əvəz edilsin;

11.3. 163.0.12-ci maddədən "görə – " sözü çıxarılsın və maddənin sonuna nöq­təli vergül işarəsi əlavə edilsin;

11.4. aşağıdakı redaksiyada 163.0.13-cü maddə əlavə edilsin:

"163.0.13. yük avtomobillərinin is­teh­salçı zavodun müəyyən etdiyi həd­dən artıq çəkidə yüklənməsinə görə –"

11.5. maddənin sanksiyası aşağıdakı re­daksiyada verilsin:

"fiziki şəxslər şərti maliyyə vahidi məb­ləğinin otuz mislindən əlli mis­li­nə­dək miqdarda, vəzifəli şəxslər şərti ma­liyyə vahidi məbləğinin yüz əlli mis­lindən iki yüz mislinədək miq­dar­da, hüquqi şəxslər şərti maliyyə vahidi məb­ləğinin min beş yüz mislindən iki min mislinədək miqdarda cərimə edi­lir.";

12. 164-cü maddə üzrə:

12.1. maddənin adında "və nəzarət edilən zonalarda" sözləri çıxarılsın;

12.2. 164.0-cı maddədə "Müvafiq ica­zə olmadan avtomobil yollarında və nə­zarət edilən zonalarda" sözləri "Mü­va­fiq icazə almadan və ya alınmış ica­zə­nin şərtlərinə əməl etmədən av­to­mo­bil yollarında, prospektlərdə, kü­çə­lər­də, təhkim və mühafizə zolağında" söz­ləri ilə əvəz edilsin;

12.3. 164.0.2-ci maddədə "tikinti," sö­zü çıxarılsın;

12.4. maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

"fiziki şəxslər şərti maliyyə vahidi məb­ləğinin səksən mislindən yüz mis­li­nədək miqdarda, vəzifəli şəxslər şər­ti maliyyə vahidi məbləğinin dörd yüz mis­lindən beş yüz mislinədək miq­dar­da, hüquqi şəxslər şərti maliyyə vahidi məb­ləğinin üç min mislindən dörd min mis­linədək miqdarda cərimə edilir.";

13. 165-ci maddənin sanksiyası aşa­ğı­dakı redaksiyada verilsin:

"fiziki şəxslər şərti maliyyə vahidi məb­ləğinin qırx mislindən əlli mis­li­nə­dək miqdarda, vəzifəli şəxslər şərti ma­liyyə vahidi məbləğinin iki yüz əlli mis­lindən üç yüz mislinədək miq­dar­da, hüquqi şəxslər şərti maliyyə vahidi məb­ləğinin beş yüz mislindən altı yüz mis­linədək miqdarda cərimə edilir.";

14. 221.2-ci maddə üzrə:

14.1. maddənin dispozisiyasında "ol­ma­dan" sözündən sonra "və ya mü­əy­yən edilmiş qaydalar pozulmaqla" söz­ləri əlavə edilsin;

14.2. maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

"fiziki şəxslər şərti maliyyə vahidi məb­ləğinin otuz mislindən əlli mis­li­nə­dək miqdarda, vəzifəli şəxslər şərti ma­liyyə vahidi məbləğinin yüz əlli mis­lindən iki yüz mislinədək miq­dar­da, hüquqi şəxslər şərti maliyyə vahidi məb­ləğinin min beş yüz mislindən iki min mislinədək miqdarda cərimə edi­lir.";

15. Məcəlləyə aşağıdakı məzmunda 296-1-ci maddə əlavə edilsin:

"Maddə 296-1. Avtoxuliqanlıq

296-1.1. Avtoxuliqanlıq, yəni nəq­liy­yat vasitəsinin sürücüsü tərəfindən ic­timai qaydanı və əhalinin dincliyini nü­mayişkaranə şəkildə pozan, cə­miy­yə­tə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsul­larla davamlı olaraq pozulması ilə mü­şayiət olunan qərəzli hərəkətlərə gö­rə –

nəqliyyat vasitələrini idarə etmə hü­qu­qu bir ilədək müddətə məh­dud­laş­dı­rıl­maqla şərti maliyyə vahidi məb­lə­ği­nin dörd yüz mislindən altı yüz mis­li­nə­dək miqdarda cərimə edilir və ya nəq­liyyat vasitələrini idarə etmə hü­qu­qu bir ilədək müddətə məh­dud­laş­dı­rıl­maq­la işin hallarına görə, pozuntunu tö­rədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olu­nur.

296-1.2. Eyni hərəkətlərin il ər­zin­də inzibati tənbeh almış şəxs tə­rə­fin­dən təkrar törədilməsinə görə –

nəqliyyat vasitələrini idarə etmə hü­qu­qu bir ildən iki ilədək müddətə məh­dudlaşdırılmaqla şərti maliyyə va­hi­di məbləğinin altı yüz mislindən sək­kiz yüz mislinədək miqdarda cə­ri­mə edilir və ya nəqliyyat vasitələrini ida­rə etmə hüququ bir ildən iki ilədək müd­dətə məhdudlaşdırılmaqla işin hal­la­rına görə, pozuntunu törədənin şəx­siy­yəti nəzərə alınmaqla on beş gü­nə­dək inzibati həbs tətbiq olunur.";

16. 360.1-ci maddə üzrə:

16.1. "151.6, 151.7, 152.4, 152.5" rəqəmləri "151.4, 152.4, 152-1.4, 152-2.2, 152-2.3" rəqəmləri ilə əvəz edil­sin;

16.2. "153.7," və "155.5," rəqəmləri çıxarılsın;

16.3. "153.6," rəqəmindən sonra "154.2, 154.3, 154.5," rəqəmləri əlavə edilsin;

16.4. "296," rəqəmindən sonra "296-1," rəqəmi əlavə edilsin;

17. 406.1.5-ci maddədə nöqtə işa­rə­si nöqtəli vergül işarəsi ilə əvəz edil­sin və aşağıdakı məzmunda 406.1.6-cı mad­də əlavə edilsin:

"406.1.6. nəqliyyat vasitəsində nor­ma­tiv tələblər pozulmaqla avadanlıq qu­raşdırıldıqda və ya dəyişdirildikdə, nəq­liyyat vasitəsinin ban şüşələrinə qa­nunla tətbiqinə icazə verilməyən ör­tük­lər çəkildikdə, nəqliyyat vasitəsi mü­vafiq icazə olmadan xüsusi səs (çox­avazlı) və ya sayrışan işıq siq­nal­la­rı ilə təchiz edildikdə, bu pozuntuları ye­rində aradan qaldırmaq mümkün ol­ma­dıqda.";

18. 412.1-ci maddənin birinci cüm­lə­sində "səkkiz" sözü "iyirmi" sözü ilə əvəz edilsin;

19. 414.1-ci maddədə "bir günədək" söz­ləri "48 saatadək" sözləri ilə əvəz edil­sin;

20. 426.1.5-ci maddədə "maddəsi" sö­zündən sonra "və inzibati xətaya gö­rə tətbiq edilən inzibati tənbeh növü" söz­ləri əlavə edilsin;

21. 427.2-ci maddədə ", yaxud zə­rər­çəkmiş şəxsin xahişi ilə ona" söz­lə­ri "və zərər çəkmiş şəxsə" sözləri ilə əvəz edilsin;

22. 430.2.3-cü maddədə "yuxarı sə­la­hiyyətli orqana (vəzifəli şəxsə)" söz­lə­rindən sonra "və ya məhkəməyə" söz­ləri əlavə edilsin;

23. 445-ci maddədə ismin müvafiq hal­larında verilmiş "protest" sözü is­min müvafiq hallarında "şikayət və ya pro­test" sözləri ilə əvəz edilsin;

24. 451.3-cü maddə üzrə:

24.1. "cərimə" sözündən sonra "in­zi­bati xəta törətmiş şəxs tərəfindən" söz­ləri əlavə edilsin;

24.2. aşağıdakı məzmunda ikinci cüm­lə əlavə edilsin:

"Bank və ya səlahiyyətli kredit təş­ki­latı barədə müvafiq məlumat inzibati xə­ta haqqında iş üzrə icraat aparan sə­la­hiyyətli orqan (vəzifəli şəxs) tə­rə­fin­dən inzibati xətanı törətmiş şəxsə ve­ri­lir.".

II. "Yol hərəkəti haqqında" Azər­bay­can Respublikasının Qanununa (Azər­baycan Respublikasının Qa­nun­ve­ricilik Toplusu, 1998-ci il, ¹ 9, mad­də 564; 2001-ci il, ¹ 5, maddə 298, ¹ 11, maddələr 676, 698; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 8, maddə 463; 2003-cü il, ¹ 8, maddə 424; 2004-cü il, ¹ 2, maddə 57, ¹ 11, maddə 901; 2005-ci il, ¹ 4, maddə 277, ¹ 10, mad­də 874, ¹ 11, maddə 993; 2006-cı il, ¹ 12, maddə 1027; 2007-ci il, ¹ 6, mad­də 560) aşağıdakı dəyişikliklər və əla­vələr edilsin:

1. 1-ci maddənin 27-ci bəndindən ",mo­tosiklet" sözü çıxarılsın;

2. 17-ci maddənin I hissəsinin 1-ci bəndində "yol hərəkəti" sözləri "yol-nəqliyyat" sözləri ilə əvəz edilsin;

3. 33-cü maddənin VI hissəsində "uço­tunda olan," və "təcrübəsi olan," söz­lərindən sonra "yaxud" sözü əlavə edil­sin;

4. 40-cı maddənin I hissəsinin 1-ci bən­dində "yol qırağı" sözləri "yol çi­yi­ni" sözləri ilə əvəz edilsin;

5. 42-ci maddə üzrə:

5.1. XII hissənin 6-cı bəndində "ic­ti­mai" sözü "ümumi istifadədə olan" söz­ləri ilə əvəz edilsin;

5.2. aşağıdakı məzmunda XV hissə əla­və edilsin:

"XV. Yol nişanları ilə hərəkət üs­tün­lüyü müəyyən edilməmişdirsə, dai­rə­vi hərəkət təşkil olunmuş yol­ay­rı­cı­na daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol ver­mə­li­dir.";

6. 46-cı maddənin II hissəsi üzrə:

6.1. 1-ci bənddə "tutmadan" sö­zün­dən sonra "və ya təhlükəsizlik də­bil­qə­lərindən istifadə qaydalarını poz­maq­la" sözləri əlavə edilsin;

6.2. aşağıdakı məzmunda 6-cı bənd əla­və edilsin və 6-cı bənd müvafiq ola­raq 7-ci bənd hesab edilsin:

"6) nasaz, müəyyən olunmuş qay­da­da təchiz edilməyən velosipeddən is­ti­fa­də etmək;";

7. 47-ci maddənin IV hissəsində "vax­tı" sözündən sonra "və nəzarət et­mək­lə" sözləri əlavə edilsin;

8. 49-cu maddənin V hissəsində "ağır­çəkili" sözü "tam kütləsi 3,5 ton­dan çox olan" sözləri ilə əvəz edilsin;

9. 52-ci maddə üzrə:

9.1. II hissənin birinci cümləsində "or­tasından tramvay yolları keçməyən, hər istiqamət üçün bir hərəkət zolağı olan yollarda və" sözləri "tramvay yo­lu­nun olması səbəbindən sağ tərəfdə da­yanmaq mümkün olmadıqda və ya" söz­ləri ilə əvəz edilsin;

9.2. IV hissənin 3-cü bəndi aşa­ğı­da­kı redaksiyada verilsin:

"1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xət­ləri ilə dayanmış nəqliyyat vasitəsi ara­sında məsafə 3 metrdən az olan yer­lərdə;";

9.3. VI hissənin 1-ci bəndində "da­ya­nacağın" sözü "dayanmanın" sözü ilə əvəz edilsin;

9.4. VII hissədə "Dayanacağın" sözü "da­yanmanın" sözü ilə əvəz edilsin;

10. 56-cı maddə üzrə:

10.1. I hissədə "nəfərdən artıq" söz­lə­ri "nəfərədək" sözü ilə əvəz edilsin;

10.2. aşağıdakı məzmunda XI hissə əla­və edilsin:

"XI. ümumi istifadədə olan nəq­liy­yat vasitələrinin, habelə adamlar da­şı­nan yük avtomobillərinin sərnişinlərlə ya­nacaqdoldurma məntəqəsinə daxil ol­ması qadağandır.";

11. 59-cu maddənin XIII hissəsində "yol nişanlarının" sözləri "sve­to­for­la­rın" sözü ilə əvəz edilsin;

12. 64-cü maddə üzrə:

12.1. IV hissədə "3.32 və 3.33" söz­lə­ri "3.34 və 3.35" sözləri ilə əvəz edil­sin;

12.2. V hissənin 1-ci və 3-cü bənd­lə­ri çıxarılsın, 4-cü bəndində "5.15 fərq­ləndirici nişana" sözləri "tanınma ni­şanına" sözləri ilə əvəz edilsin;

13. 65-ci maddənin III hissəsindən üçün­cü cümlə və V hissəsinin üçüncü cüm­ləsindən ",ümumi istifadədə olan nəq­liyyat vasitələrinin" sözləri çı­xa­rıl­sın;

14. 72-ci maddə üzrə:

14.1. 3-cü bənddən "və ya yük av­to­mobilinin banında" sözləri çıxarılsın;

14.2. 11-ci bənddə "dayanacağı" sö­zü "dayanma nişanı" sözləri ilə əvəz edil­sin;

15. 73-cü maddə üzrə:

15.1. III hissədə "Sutkanın qaranlıq vax­tı tunellərdə və məhdudiyyətli gö­rün­mə şəraitində" sözləri "Sutkanın qa­ranlıq vaxtı və ya məhdudiyyətli gö­rün­mə şəraitində, habelə tunellərdə" söz­ləri ilə əvəz edilsin;

15.2. VI hissədə "siqnalı və sıradan çıx­mış nəqliyyat vasitələri və onların ye­dəyə alınması işarəsi ilə ni­şan­lan­ma­lıdır" sözləri "dayanma nişanı ilə bu qa­nunun tələbinə uyğun işa­rə­lən­mə­li­dir" sözləri ilə əvəz edilsin;

16. 74-cü maddənin III hissəsində "bo­şaldaraq idarə etdikləri nəqliyyat va­sitəsini dayandırmalıdırlar" sözləri "bo­şaltmalı və ya yol qırağına müm­kün qədər yaxın hərəkət etməli, zə­ru­rət olduqda isə nəqliyyat vasitəsini sax­lamalıdırlar" sözləri ilə əvəz edil­sin;

17. 85-ci maddə üzrə:

17.1. 5-ci bənddə "Azərbaycan Res­pub­likasının İnzibati Xətalar Məcəlləsi ilə cərimə müəyyən edilmiş po­zun­tu­lar­dan hər hansı birini və ya bir ne­çə­sini" sözləri "İnzibati cərimənin miq­da­rı şərti maliyyə vahidi məbləğinin 20 mislindən artıq olmadığı hallarda in­zibati xəta" sözləri ilə əvəz edilsin;

17.2. 9-cu bənddə "sürücülük və­si­qə­si olmadıqda" sözlərindən sonra "; nəq­liyyat vasitəsində normativ tə­ləb­lər pozulmaqla avadanlıq qu­raş­dı­rıl­dıq­da və ya dəyişdirildikdə, nəqliyyat va­sitəsinin ban şüşələrinə qanunla tət­bi­qinə icazə verilməyən örtüklər çə­kil­dikdə, nəqliyyat vasitəsi müvafiq ica­zə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edil­dikdə" sözləri əlavə edilsin.

III. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 noyabr 2007-ci il

 

«Bakı şəhərində nəqliyyat sisteminin tək­milləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı»nın təsdiq edilməsi haq­qında Azərbaycan Respublikası Pre­zi­den­tinin 2006-cı il 1 fevral tarixli 1255 nöm­rəli Sərəncamına müvafiq olaraq Bakı şə­hərində mövcud olan nəqliyyat prob­lem­lə­rinin həll edilməsi, o cümlədən yolların bu­raxılış qa­bi­liyyətinin artırılması, yol hə­rə­kətindəki gər­ginliyin, xüsusilə pik saat­la­rında şəhərin gün­dəlik həyat ahənginə mən­fi təsir gös­tə­rən tıxacların aradan qal­dı­rılması, ümumilik­də paytaxtın nəqliyyat sis­teminin inkişafının və səmərəli işinin təş­kil edilməsi is­ti­qa­mə­tin­də bir sıra mü­hüm tədbirlər həyata ke­çi­ril­miş, yeni müa­sir yolların və yol qurğula­rı­nın, körpülərin, yer­altı və yerüstü ke­çid­lə­rin tikintisi mü­əy­yən olunmuş müddətlərdə ye­rinə yetiri­lə­rək istismara verilmiş və ha­zır­da bu işlər da­vam etdirilir.

Bu sahədə əldə olunmuş müsbət nə­ti­cə­lə­­rin effektivliyinin artırılması, nəqliyyatın hə­­rəkətinin tənzimlənməsi, sərnişindaşıma mar­­şrutlarının optimallaşdırılması və idarə olun­­masının müasir tələblərə uyğun qurul­ma­­­sı, ümumilikdə ən müasir texnologiyalar tət­­biq etməklə şəhər nəqliyyat sisteminin tək­­milləşdirilməsini təmin edəcək nəqliy­yat əmə­liyyatlarının intellektual idarə edil­mə­si sis­teminin yaradılması məqsədilə qə­ra­ra alı­ram:

1. Bakı şəhərində nəqliyyat əməliyyatla­rı­nın intellektual idarə edilməsi sistemi ya­ra­dılsın.

2. Bakı şəhərində nəqliyyat əməliyyatla­rı­nın intellektual idarə edilməsi sisteminin ya­radılması üzrə layihənin həyata ke­çi­ril­mə­si­nin sifarişçisi Azərbaycan Respublikasının Nəq­liyyat Nazirliyi təyin edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Ka­binetinə tapşırılsın ki:

3.1. Bakı şəhər Icra Hakimiyyəti və Azər­baycan Respublikasının Dövlət əm­la­kı­nın Idarə Edilməsi üzrə Dövlət Komitəsi ilə bir­likdə intellektual idarəetmə mərkəzinin ti­kintisi üçün Bakı şəhərində müvafiq əra­zi­nin ayrılmasını təmin etsin;

3.2. Bakı şəhərində nəqliyyat əməliyyat­la­­rının intellektual idarə edilməsi sisteminin ya­radılması üzrə işlərin yerinə yetirilməsi üçün maliyyə vəsaitinin ayrılmasını təmin et­sin;

3.3. Azərbaycan Respublikasının Nəq­liy­yat Nazirliyi, Daxili Işlər Nazirliyi, Bakı şə­hər Icra Hakimiyyəti və digər aidiyyəti döv­lət qurumları ilə birlikdə bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş sistemin ya­ra­dıl­ması üzrə tədbirlərin müəyyən edilməsini və həyata keçirilməsini təmin etsin;

3.4. bu sərəncamdan irəli gələn digər mə­sələləri həll etsin.

4. Azərbaycan Respublikası Nəqliyyat Na­zirliyi Bakı şəhərində nəqliyyat əməliy­yat­­larının intellektual idarə edilməsi sistemi­nin yaradılması ilə bağlı yerinə yetirilmiş iş­lər barədə mütəmadi olaraq Azərbaycan Res­publikasının Prezidentinə məlumat ver­sin;

5. Bu sərəncam imzalandığı gündən qüv­və­yə minir.

 

İlham ƏLIYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2007-ci il

MÜNDƏRİCAT

Rəsmi sənədlər
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.