08.24.2017 08:52
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

Regİo­nal  çərçi­və­də  qaçqınlar  problemİnİn

bey­nəlxalq-hüquqİ  tənzİm­lən­məsİ

(MDB  prak­ti­ka­sın­da)

 

Mir­zəyev X.M.,

BDU-nun as­pi­ran­tı.

 

 

Mə­qa­lə­də MDB-də qaç­qın və məcburi köş­kün­lər­lə bağ­lı problem­lərin bey­nəlxalq-hüquqi tənzim­lən­mə­si, qaç­qın və məcburi köç­kün­lər haq­qında qanunla­rın reali­zəsi, qaç­qın və məcburi köç­kün­lə­rə ilkin yar­dı­mın gös­təril­məsi, MDB döv­lət­lərin­dəki qaç­qın və məcburi köç­kün­lə­rə yar­dım gös­tə­rən BMT QA­Kİ və di­gər bey­nəlxalq və höku­mət­lərara­sı və qeyri-höku­mət təşkilatla­rı­nın rolu, qaç­qınla­rın rejimini tənzim­lə­yən əsas bey­nəlxalq-hüquqi normalar, o cüm­lə­dən, qaç­qın və məcburi köç­kün­lərin problem­ləri üz­rə regional sa­ziş ki­mi Qaç­qın və məcburi köç­kün­lə­rə kö­mək gös­tərl­məsi haq­qında Saziş, Federal Miqrasiya Proqra­mı, la­yi­hə­si nə­zər­də tu­tu­lan «Fəaliy­yət Proqra­mı» Azərbaycan və Er­mənistan mü­na­si­bət­lə­ri və s. ki­mi mə­sə­lə­lər ge­niş təh­lil edil­miş­dir.

Nə­ti­cə eti­ba­ri­lə be­lə mə­sə­lə­lər­də Birliyin üzv-döv­lət­lərinin müvafiq qanunvericilik­lərinin unifikasiya­sı həddi­nə qə­dər onla­rın mövqe­lərinin ya­xınlaş­dı­rılma­sı üçün tədbir­lə­rin həyata keçiril­məsi, MDB-də Qaç­qın və məcburi köç­kün­lərin işi üz­rə Komissar İda­rəsinin yara­dılma­sı tə­şəb­bü­sü­nün irəli sü­rül­məsi olmuşdu.

 

 

 

 

Müs­təqil Döv­lət­lər Birliyi (MDB) döv­lət­lərin­də qaç­qın və məcburi miq­ra­siya problemi cid­di problem­lər­dən­dir. İkinci Dünya Mü­hari­bəsin­dən son­ra miqrasiya pro­ses­lərinin in­ki­şa­­fı bu reg­ionda­kı ki­mi spesifik və ağır şərt­lər­lə get­mir­di. Bö­yük geo­si­ya­si dəyişiklik­lər, so­sial-iqtisadi böh­ran, ay­rı-seçkilik, bə­zi mil­lət­lərin hü­quq­la­rı­nın pozul­ma­­sı və etnik mü­na­qi­şə­lər keçmiş SS­Rİ ərazisin­dən küt­­ləvi miqrasiya axın­l­rına sə­bəb ol­muşdu. Ay­rı-ay­rı və­­təndaşla­rın və ümu­mi əhali qrupunun qar­şılaş­dı­ğı bir­ba­şa və ya dola­yı zo­ra­kı­lıq nəti­cəsin­də qaç­qın və məcburi köç­kün­lərin vəziy­yəti daha da ağır­laş­mış­dı [4, s.38].

SS­Rİ-nin da­ğılma­sı, yeni müs­təqil döv­lət­lərin yaranma­sı, keçmiş SS­Rİ döv­lət­lərin­də siyasi və iqtisadi vəziy­yətin gərgin­ləş­məsi, silah­lı münaqi­şə­lərin başlanma­sı bu regionda küt­ləvi qaç­qın axınla­rı­nın yaranma­sına sə­bəb olmuşdu. 1989-cu il­dən MDB döv­lət­ləri daxilin­də və onla­rın öz arala­rında 10 mln. insan - regionun hər otuzuncu sakini, öz yer­lə­ri­ni də­yişmişdi. 1991-ci il­də Sovet İttifa­qı da­ğıl­dıqdan sonra öz «doğma» respublikala­rı və ya muxtar vila­yət­lə­ri hüdudla­rından kənarda yaşayanla­rın sa­yı 54 mln.-dan 65 mln.-a (ümumi əhalinin beş­də bir his­səsi) çat­mış­dı [5, s.126].

Əgər 1995-ci ilin ortala­rında MDB döv­lət­lərin­də qaç­qınla­rın sa­yı 2,5 mln. idi­sə [8, s.1], növ­bəti ilin may ayında bu rə­qəm iki də­fə art­mış­dı [10, s.3]. Ha­zırda MDB məka­nında məcburi miqrantla­rın sa­yı ar­maq­da­dır [14, s.4].

MDB məka­nında ən çox qaç­qı­nı Er­mənistan-Azərbaycan münaqi­şəsi yarat­mış­dı – 1 mln.-dan çox insan. Münaqi­şə­lər nəti­cəsin­də 600 min insan Tacikistanda, 300min insan Gür­cüstanda, 400 min insan Ru­si­yada, 100 min insan Moldovada öz ev­lərini tərk etmişdi. Son il­lər­də Ukraynaya 500 min (Krım tatarla­rından başqa), Qaza­xıstna 150 min qaç­qın gəlmişdi [14, s.38].

MDB döv­lət­lərin­də onla­rın təh­lü­kəsizliyi­nə zər­bə vuran kriminogen vəziy­yən çətin­ləşdiyin­dən, nə­zərat oluna bil­mə­yən miqrasiya problemi təh­lü­kəli xarakter al­mış­dır. Bu problemin həlli Birlik döv­lət­lərin­də bəzi hallarda döv­lət sər­həd­lərinin olmama­sı ilə çətin­ləşir [4, s.39].

Keçmiş SS­Rİ ərazisin­də qaç­qın və məcburi köç­kün­lərin ağır prob­lem­­ləri QA­Kİ və BMT-nin di­gər təsisatla­rı­nın bey­nəlxalq hu­ma­nitar təşkilatlarlarla bir­gə müqavi­ləvi əsasda postsovet məka­nında öz fəaliy­yəti­nə başlamağa sövq etmişdi. 1991-1992-ci il­də QA­Kİ Mos­kva­da və MDB-nin di­gər şə­hər­lə­rin­də qaç­qınla­rın problem­ləri ilə əla­­qədar bir çox gö­rüş­lər keçirmişdi. QA­Kİ Azər­bay­ca­na, Er­mə­nis­ta­na, Gür­cüstana və Ta­cikistana on min­­lər­lə qaç­qın və məc­buri köç­kü­nün müdaf­iəsi üçün hu­manitar yar­dımlar gös­tərir, təh­lü­kə­sizlik və etibar­lı­lıq şərt­ləri da­xi­lin­­də repatriasiyaya kö­məklik edir.

SS­Rİ-nin da­ğılma­sından sonra yaranan müs­təqil döv­lət­lərin hər biri az və ya çox də­rə­cə­də çoxmil­lətli döv­lət­lər hesab edilir­lər. Bu döv­lət­lər öz ərazi­lərin­də yaşayan və föv­qəla­də vəziy­yət­lərin ya­ran­ma­­sı ilə potensial qaç­qına çevri­lə bi­­lə­cək milli az­lıqla­rın inteqrasiya­sı ilə məşğul olma­lı­dırlar. SS­Rİ-nin da­­ğılma­sı ərə­fəsin­də və ondan son­ra da regionda vəziy­yət qa­rı­şıq idi. İttifa­qın da­ğılma­sı­nın ilk il­lərin­də Birlik öl­kə­lərin­də yeni bir anla­yış «yerin­də qaç­qın» anla­yı­şı yaran­dı. Onlara öz öl­kəsin­dən ge­dən anda qaç­qın olmayan, müx­təlif sə­bəb­lə­rə gö­­rə SS­Rİ döv­lət­lə­rin­dən bi­ri­nə gə­­lən və nəti­cə­də onla­rın öl­kə­lə­rin­­də olma­dıqla­rı müd­dət­də dəyiş­miş şərait və ya onla­rın öl­kə­ləri ilə olduqla­rı öl­kə ara­sında münasi­bət­lər­də dəyişiklik­lər­lə bağ­lı SS­Rİ-nin varis­ləri olan öl­kə­lər­də qalan şəxs­lə­rə aiddir. Bu anla­yı­şı be­lə bir misalla izah edək: SS­Rİ mövcudluğu döv­rün­də bir Azərbaycan­lı­nın Gür­cüstana get­məsi, bu onun qaç­qın olma­sına sə­bəb olmur, çünki, bu vaxt SS­Rİ vahid döv­lət hesab olunur. SS­Rİ-nin da­ğılma­sından sonra isə həm Azərbaycan, həm də Gür­cüstan onun varis­ləri hesab olunurdu. Bu dövr­də Azərbaycan və­tənda­şı olan həmin şəxsin qa­yıda bil­mə­məsi onu yerin­də qaç­qın edir.

Rus əhalisinin yük­sək faiz təşkil etdiyi Ukraynada milli az­lıqla­rın uzaqlaş­dı­rılma­sı olmadan inteqra­siya məq­səd­ləri­nə nail olmaq üçün hüquqi baza yara­dıl­mış­dı. Ukrayna MDB və Rusiyada qanuni yaşayan bir ne­çə milyon Ukrayna­lı ilə rəftarda qar­şı­lıq­lı qanunvericili­yə nail olmağa ça­lı­şır.

Gür­cüstan, Moldova və Ta­ci­kis­tan­da milli az­lıqla­rın hüquqi problemi silah­lı münaqi­şə­lə­rə və əhalinin genişmiqyas­lı yer­dəyiş­məsi­nə sə­bəb olmuşdur. Adə­tən «sakit» döv­lət­lər kimi ta­nınan Qazaxstan, Qığı­zıstan və Öz­bəkistanda da son dövr­lər rusdilli əhalinin hüquqla­rı­nın məhdudlaş­dı­rılma­sı ilə bağ­lı qa­nun­la­rın qəbul edil­məsi ilə gərginlik art­mış­dır. Bununla əla­qədar ola­raq, adı­çəki­lən döv­lət­lər­dən qaç­qın axınla­rı­nın qəf­lə­tən artma­sı halla­rı baş verir.

Rusiya Federasiya­sına (RF) gəl­dik­­də isə bu döv­lətin xüsusi geo­si­ya­si vəziy­yəti, bü­töv döv­lət sər­həd­di­nin olmama­sı, Rusiya­nı birincisi, qaç­­qınla­rı cəlb edən öl­kə­yə çevril­məsi vəziy­yəti yara­dır; ikincisi, «üçün­cü döv­lətin» ərazisin­də sı­ğınacaq almaq imka­nı­nın olma­ma­sı sə­bəbin­dən onla­rın Rusiya ərazisin­də qalma­sı müd­dəti daha uzun­müd­dətli ola bi­lər [2, s.215-216]. Ru­si­ya­da həmçinin təqib və zora­kı­lı­ğın ob­yekti olan milli az­lıqlarla bağ­lı ki­fa­yət qə­dər problem möv­cud­dur. Qaç­­qınlarla rəftara dair sferada Ru­si­ya insan hüquqla­rına dair bey­nəl­xalq-hüquqi standartlar qəbul etmişdi. İnsan hüquqla­rı sa­həsin­də bey­nəlxalq-hüquqi standartlar dedik­də, sazişin subyekt­ləri tə­rəfin­dən insan hüquqla­rına hör­mət prinsipinin konkret­ləşdiril­məsini nə­zər­də tutan minimal və vahid öh­dəlik­lər başa dü­­şü­lür. Qaç­qınlara münasi­bət­də on­lar Qaç­qınla­rın statusu haq­qında 1951-ci il tarixli Konvensiyada mə­cəl­­lə­ləşdirilib. Rusiya bu stan­dart­la­­rın öz ərazisin­də tətbiqi və təmini məq­sədi­lə bir çox hüquqi tədbir­lər qəbul etmişdi. RF Konstitusiya­sı­­nın 15-ci mad­dəsinin 4-cü bən­din­­də uyğun olaraq, Qaç­qınla­rın sta­tusu haq­qında Konvensiya RF-nin bey­nəlxalq müqavi­ləsi olduğundan, avtomatik olaraq, onun hüquq sis­teminin tərkib his­səsi­nə çevrilir. Bu qaydaya müvafiq olaraq, bey­nəl­xalq müqavi­lə­lərin normala­rı da­xi­li hüquq normala­rı üzərin­də pri­o­ri­te­tə malikdir. Lakin bu, Rusiyada qaç­­qınlara dair döv­lətdaxili münasi­bət­­lərin birbaşa tənzim­lən­məsin­də ye­­tərli deyil. Mövcud vəziy­yət mü­rək­­kəbliyi və çox­də­rə­cəliliyi ilə xa­­rarakteri­zə edilir, onun sa­də­ləş­di­ril­­məsi üçün qaç­qın və məcburi köç­­kün­lərin vəziy­yəti ilə bağ­lı 1993-cü il­də xüsusi qanunun qəbul edil­­məsi zəruri idi. Bununla yana­şı, Fe­derasiya­nın milli və miqrasiya si­ya­­sətinin apa­rılma­sı üz­rə Nazirlik ya­ra­dıl­mış [4, s.39], Federal Miq­ra­si­ya Proqra­mı təsdiq edilmiş, miq­ra­si­yaya nəza­rət üz­rə bir çox müd­dəa­lar həyata keçirilmişdir, qaç­qın və məcburi köç­kün­lərin rejiminin mü­əy­yən edil­məsi üz­rə layi­hə və proq­ramlar qəbul edilmişdir. SS­Rİ-nin da­ğılma­sından sonra və mil­lət­lər­ara­sı münaqi­şə­lərin artma­sı nəti­cə­sin­də Rusiyada və bəzi di­gər MDB döv­lət­lərin­də hər iki tip-həm da­xil­də, həm də xaric­də yer­ləri də­yişdirilmiş şəxs­lər yaran­dı. Ru­si­ya­da onlar «məcburi köç­kün» anla­yı­şı ilə ifa­də olunmuşdur, məcburi köç­kün­lərin tərifi isə 19 fevral 1993-cü il Rusiya Federasiya­sı­nın «Məcburi köç­kün­lər haq­qında» Qanununda verilmişdir. Bu Qanuna əsa­sən, ay­rı-ay­rı şəxs­lə­rə və ya şəxs­­lər qrupuna düş­mənçilik fəaliy­yə­tinin həyata keçiril­məsi, ictimai qayda­nın küt­ləvi pozuntula­rı ilə əla­­qədar və insan hüquqla­rı­nı əhə­miy­­yətli də­rə­cə­də məhdudlaş­dıran di­­gər şərait­lər­lə əla­qədar irqi və ya mil­li mənsubiy­yət, din, dil, elə­cə də müəy­yən sosial qrupa mənsubluq və ya siyasi əqi­də­yə gö­rə ona və ya onun ai­lə üzv­ləri­nə qar­şı Ru­si­ya Federasiya­sı ərazisin­də və ya di­gər döv­lətin ərazisin­də təqib­lə­rə məruz qalmaq təh­lü­kəsi və ya onla­rın di­gər formada məruz qal­dıqla­rı təqib və ya zora­kı­lıqlar nəti­cəsin­də öz daimi yaşa­yış yer­lərini tərk et­mək is­tə­yən və ya tərk et­mə­yə məcbur olmuş Rusiya və­təndaşla­rı məcburi köç­kün hesab edilir­lər.

Federal Miqrasiya Proqra­mı­nın və qaç­qın və məcburi küç­kün­lər haq­qında qanunla­rın reali­zəsi qaç­qın və məcburi küç­kün­lə­rə ilkin yar­dı­mın gös­təril­məsi və onlarla təş­kilati işin apa­rılma­sına imkan ya­rat­­dı. Miqrantlara müvafiq rejimin ve­ril­məsi üz­rə onla­rın qeydiyya­tı və uçotu mexanizmi ha­zırlan­mış­dır. 1 iyul 1992-ci il­dən 1 yanvar 1994-cü ilə qə­dər Rusiyada 498 min qaç­qın və məcburi köç­kün qey­də alın­mış­­dır, onla­rın kompakt və fərdi şə­kil­də yer­ləşdiril­məsi həyata ke­çi­ril­mişdi [13, s.39]. Ha­zırda Çeçen hər­bi qruplaşmala­rı­nın hücumunun qur­ba­nı olan 40 mi­nə ya­xın məc­bu­ri köç­kü­nə kö­məyin gös­təril­məsi da­vam edir.

SS­Rİ-nin da­ğılma­sı və ondan sonra yaranan qaç­qın ordusu di­gər MDB döv­lət­lərini də bu mə­sə­lə­lər üz­rə öz mil­li qanunvericilik akt­la­rı­nı qəbul et­mə­yə sövq etmişdi. Be­lə­cə, 1990-cı il­də Moldovada Miq­ra­siya haq­qında Qanun, 1992-ci il­də Tacikistanda Qaç­qınlar haq­qında Qa­nun, 1992-ci il­də Azər­bay­can­da Qaç­­qınla­rın və məcburi köç­kün­­lə­rin statusu haq­qında Qanun qə­bul edil­mişdi [3, s.306].

MDB-də qaç­qın və məcburi köş­kün­lər­lə bağ­lı problem­lərin bey­nəlxalq-hüquqi tənzimin­də müəy­yən irəli­ləyiş­lə­rə nail olunmuşdu. 24 sentyabr 1993-cü il­də MDB üzv-döv­lət­lərinin döv­lət baş­çıla­rı­nın (Ukrayna və Moldova istisna olmaqla) Moskvada keçiri­lən gö­rü­şün­də Qaç­qın və məcburi köç­kün­lə­rə kö­mək gös­tərl­məsi haq­qında Saziş imzalan­mış­dı. Bu Saziş MDB döv­lət­lərinin məcburi miqrasiya sa­həsin­də uzun müd­dət göz­ləni­lən problem­lərinin həllin­də vacib bir ad­dım idi, həmçinin bu Saziş qaç­qın və məcburi köç­kün­lərin prob­lem­­ləri üz­rə regional xüsusiy­yət­lər nə­­zə­rə alınmaqla bey­nəlxalq-hü­qu­qi tənzimin­də ilk cəhd idi. Bu ideya Sa­zişin preambula­sında əks olun­muş­du. Preambulada, həmçinin üzv-döv­lət­lərin insan hüquqla­rı­nın müdaf­iəsi­nə yö­nəlmiş bey­nəlxalq hüququn ümumta­nın­mış prinsip­ləri­nə bağ­lı­lı­ğı təsbit edilmişdir. Sa­zi­şin fəaliy­yətinin reqional həd­ləri onun məzmununun yeniliyini şərt­lən­dirir [11, s.12].

Sazişin 4-cü mad­dəsinin 1-ci his­səsinin dispozisiya­sı bey­nəlxalq-hüquqi təc­rü­bə­də novella hesab edilir. Orada qeyd edilir ki, gön­dər­mə döv­ləti maraq­lı tə­rəf­lərin kö­məyi ilə silah­lı və mil­lət­lərara­sı münaqi­şə­lərin olduğu zonalardan əhalini evakuasiya edir və onlara Sazişin 2-ci mad­dəsinin I his­səsi­nə əsa­sən, tə­rəf­lər­dən birinin ərazisi­nə təh­lü­kəsiz get­mək üçün şərait yara­dır. Sazişin 4-cü mad­dəsinin 1-ci his­səsinin­dəki qayda Mühari­bə döv­rün­də mülki əhalinin müdaf­iəsi haq­qında 1949-cu il Cenev­rə Kon­ven­siya­sına uyğun gəldiyin­dən, ma­hiy­­yət etibari­lə Saziş humanitar hü­quq sa­həsin­də əsas bey­nəlxalq mü­qa­vi­lə­lə­rə bən­zəyir. Bu mad­də­də həm­çinin qeyd edilir ki, silah­lı mü­na­qi­şə zona­sından evakuasiya edi­lən şəxs­lər öz öl­kəsin­də ge­dən mü­ha­ri­bə­də özü­nü təh­lü­kə al­tına at­ma­dan di­gər tə­rəfin ərazisin­də hə­yat­la­­rı üçün təh­lü­kəsiz şərait axtara bi­lər­­lər.

Bir qayda olaraq, qaç­qınlar öz qor­xu və risk­ləri­nə gö­rə, döv­lət or­qan­la­rı­nın fəaliy­yətsizliyi və gə­lə­cək­­də həyatla­rı­nın təh­lü­kəsizliyin­dən əmin olma­dıqla­rı sə­bəb­lərin­dən daimi yaşa­yış yer­lərini tərk et­mə­li olurlar. Təhlil etdiyimiz norma ona gö­rə əhəmiy­yətlidir ki, o, Sa­ziş­­də iştirak edən tə­rəf­lər­dən bi­ri­nin ərazisi­nə get­mək perspektivi ilə əhalinin münaqi­şə­lər zona­sından təşkilati evakuasiya­sı üz­rə iştirak­çı-döv­lət­lərin əməkdaş­lı­ğı­nın hüquqi əsasla­rı­nı müəy­yən edir. Qeyd edək ki, be­lə norma bu tip­dən olan di­gər müqavi­lə­lər­də istifa­də edilmir, Sazişin bu müd­dəa­sı onu unikal sə­nə­də çevril­məsi­nə şərait yara­dır. Bununla yana­şı, Sazişin 4-cü mad­dəsnin 2-ci his­səsinin­də gös­tərilir ki, qəbul edən döv­lət maraq­lı döv­lət­lərin iştira­kı olmadan evakuasiya edi­lən­lərin şəxsi və mülki təh­lü­kəsizliyini təmin edir, evakuasiya edil­mə zama­nı döv­lət ictimai asayişin qounma­sına və atəşin dayan­dı­rılma­sına nail olma­lı­dır. Sazişin 4-cü mad­dəsinin 3-cü his­səsi də qaç­qınla­rın problemi ilə bağ­lı mə­sə­lə­lərin həllin­də ən vacib məqamlardan biri olan qaç­qın və məcburi köç­kün­lərin problem­lərin­də yü­kün bö­lüş­dü­rül­məsi ilə əla­qədar mə­sə­lə­lə­rə həsr edil­miş­dir. Bu mad­də­də qeyd edilir ki, qaç­qın və məcbui köç­kün­lərin evakuasiya­sı zama­nı maraq­lı tə­rəf­lər ara­sında maliy­yə mə­sə­lə­lərinin həlli, maddi-texniki, tibbi və nəqliyyat xərc­ləri bö­lüş­dü­rül­məlidir. Bu müd­dəa müvafiq mə­sə­lə­də döv­lət­lərin əməkdaş­lı­ğı­nın dərin­ləşdiril­məsi­nə doğru əhə­miy­­yətli şərt­lər­dən biridir.

Sazişin 5-ci mad­dəsi­nə uyğun olaraq, resipient tə­rəf (qəbul edən döv­lət) qaç­qın və məcburi köç­kün­lər üçün onla­rın mü­vəq­qəti yer­ləş­mə ərazi­lərin­də la­zımi sosial-məi­şət şərt­ləri ilə təmin et­mək; hər bir maraq­lı tə­rəfin əhalinin məşğulluğu haq­qında qəbul etdiyi qanunvericili­yə uyğun olaraq onlara işə dü­zəl­mə­də yar­dım et­mək öh­dəliyi gö­tü­rür.

Mövcud vəziy­yət müəy­yən qə­dər region döv­lət­lərinin real imkanla­rı ilə uyğun gəlmir, çünki re­gion döv­lət­lə­rin­də ki­fa­yət qə­dər sosial-iqtisadi problem­lər möv­cud­dur. Be­lə problem­lə­rə istehsa­lın azalma­sı, mü­əssi­sə­lərin və təşkilatla­rın bağ­lan­ma­sı və s. bu kimi problem­lər nə­ti­cə­də əhalinin bö­yük his­səsinin sər­­bəst iş seç­mək hüququnun reali­zə­si­nə mane olur. Bununla əla­qədar olaraq, Rusiya təc­rü­bəsi­nə mürac­iət edək. Hə­lə 1995-ci il­də RF-də məc­buri köç­kün­lər üçün onlarla mü­­vəq­qəti yer­ləşdir­mə və reabilitasiya mər­kəz­ləri yara­dıl­mış­dı. Əsas be­lə mər­kəz Sankt-Peterburq şə­hərin­də fəaliy­yət gös­tərir. Bu mər­kəz­də olan şəxs­lə­rə RF Höku­məti tə­rəfin­dən müəy­yən edi­lən qaydaya əsa­sən, mü­vəq­qəti yer­ləş­mə yeri­nə baqa­jın gətiril­məsi və apa­rılma­sı hüququ verilirdi. 1992-ci il­dən 1997-ci ilə kimi xüsusi ehtiya­cı olan məcburi miqrantlara (607 min) bir­də­fəlik pul ayırmala­rı verilirdi. Həmçinin onlara ev tikintisin­də maliy­yə yar­dı­mı ve­ri­lir və bu şəxs­lərin kompakt yer­ləşdiyi ərazi­lər­də ictimai mü­həndis infrastrukturu gös­tərilirdi [12, s.6].

İşə dü­zəl­mə ilə bağ­lı mə­sə­lə­yə gəl­dik­də isə, RF-nin qaç­qın və məc­buri köç­kün­lər haq­qında qa­nun­la­­rına uyğun olaraq döv­lət orqanla­rı bu aktual mə­sə­lənin həllin­də qey­ri-höku­mət təşkilatla­rı ilə səy­lə­rini bir­ləşdirir­lər. Bə­zən xüsusi ictimai təşkilatlar tə­rəfin­dən işə­dü­zəlt­mə probleminin müs­təqil həlli­nə rast gəlinir. Hal-ha­zırda Rusiyada 1993-95-ci il­lər­də «Həmkarlar» ad­lanan Rusiya Qaç­qınlara Yar­dım Fon­du tə­rəfin­dən yara­dılan yüz­lər­lə istehsal müəssi­səsi fəaliy­yət gös­tərir [9, s.198].

MDB döv­lət­lərinin təc­rü­bəsin­də bə­zən məcburi miqrantlardan la­zı­mi sə­nəd­lərin tə­ləb edil­məsin­də fərq qoyulmama halla­rına rast gə­li­nir. Bu sə­nəd­lər qaç­qınla­rın və­tən­daş­­lı­ğı probleminin həllin­də vacib rol oyna­yır. Be­lə sə­nəd­lə­rə: əv­vəl­ki yaşa­yış yerin­dən nikahda olma, do­ğum haq­qında şəha­dətna­mə­lər, əmək kitabca­sı və s. sə­nəd­lər da­xil­­dir. Adı­çəki­lən sə­nəd­lər məcburi köç­­kün­lərin təq­aüd alma­sı, döv­lət sər­­həd­lərini keç­məsi və iş təc­rü­bə­si mə­sə­lə­lərin­də vacibdir.

Bu mü­rək­kəb mə­sə­lə­lərin bey­nəl­xalq-hüquqi tənzimi üçün Sa­zi­şin 6-cı mad­dəsi (1-2-ci his­sə­ləri) möv­cuddur. Bu mad­də­yə müvafiq ola­raq, iştirak­çı- döv­lət­lər gös­təri­lən mə­sə­lə­lər üz­rə öh­dəlik­ləri yeri­nə yetir­məyi öz üzər­ləri­nə gö­tü­rür. Mü­vafiq norma­nın əhəmi­yətini qiy­mət­­ləndir­məmk çətindir, çünki yal­nız məcburi miqrantla­rın şəxsi sə­nəd­­lərinin olma­sı onla­rın qəbul edən döv­lət­də hüquqi müdaf­iəsinin şərt­idir, xüsu­sən də MDB-də vahid hü­quqi məka­nın olmama­sı şəraitin­də [4, s.45].

Sazişin 6-cı mad­dəsinin III his­sə­sin­də əhəmiy­yəti az olmayan aktual normalardan biri gös­tərilir. Bu mad­də­də qeyd edilir ki, qaç­qın əv­vəlki yaşa­yış yerin­dən öz qohumla­rı və mülkiy­yəti ilə bağ­lı informa­si­ya ala bi­lər. Bu informasiya qaç­qı­­nın maddi və mə­nəvi dir­çəlişin­də əhəmiy­yətli rol oynaya bi­lər. Əgər qaç­qı­nın əmla­kı iti­miş­sə, o kompensasiya ödənil­məsini tə­ləb edə bi­lər. Birlik döv­lət­ləri ara­sında­kı iqtisadi və tica­rət əla­qə­lərinin ge­niş­ləndiril­məsi, döv­lət­lər ara­sında daha əlverişli rejimin tətbiqi, müx­təlif ittifaqla­rın yara­dılma­sı (Rusiya və Belarus ara­sında­kı ittifaq buna misal­dır), mə­dəni və in­cə­sə­nət əla­qə­lərinin ar­tı­rılma­sı və di­gər sfe­ra­lar­da­kı əməkdaş­lıq region çırçi­və­sin­də qaç­qın və məcburi köç­kün­lərin əv­vəlki yaşa­yış yeri ilə əla­qə saxlama­sına yar­dım edən əsas amil­lərdir. Be­lə münasi­bət­lərin yara­dıl­ma­­sı­nı zəruri edən amil­lər­dən biri də, Saziş­də qaç­qınla­rın öz qo­hum­la­­rı ilə əla­qə saxlama­sı və onla­rın əv­­vəlki yaşa­yış yerin­də qoyduqla­rı mül­kiy­yəti­nə sahib olma­sı ilə bağ­lı olan müd­dəala­rın gös­təril­mə­mə­si­dir. Birlik döv­lət­ləri Saziş­dəki bu boş­luğu döv­lət­lərin daxili qa­nun­ve­ri­cilik­lərin­də tamamlanaca­ğına ümid edirdi­lər. Lakin Sazişin ən va­cib uğurla­rından biri, qaç­qınlara iti­ril­miş və ya əv­vəlki yaşa­yış yerin­də qoyduqla­rı mülkiy­yətin əvəzi­nə zə­ruri kompensasiya veril­məsi ilə bağ­­lı mexanizminin yara­dılma­sı ol­muş­du. Sazişin 7-ci mad­dəsinin 1-ci his­səsin­də gös­tərilir ki, əgər qaç­qı­nın qoyulan mülkiy­yət və evə sa­hib olma­sı müm­kün deyil­sə, onda gön­­dər­mə döv­ləti bu zə­rərin əvə­zi­nin ödənil­məsini öz öh­dəsi­nə gö­tür­­məlidir. Həmçinin sağlam­lı­ğın və qazanca də­yən zə­rə­rə gö­rə də kom­pensasiya nə­zər­də tutulurdu. Gön­­də­rən döv­lət özü bu kom­pen­sa­si­ya­nın həcmini müəy­yən edir. An­caq bu mad­dənin 2-ci his­səsin­də qeyd edilir ki, qaç­qınlara yar­dımda çı­­xış döv­ləti də iştirak et­məlidir, yə­ni qaç­qınla­rın və məcburi köç­kün­­lərin itirdiyi da­şınar və da­şın­maz əmlaka, maddi zə­rə­rə və di­gər əş­yalara gö­rə kompensasiya­nın həc­minin müəy­yən edil­məsin­də ma­raq­lı tə­rəf­lərin bir­gə iştira­kı ol­ma­­lı­dır. Be­lə kompensasiya ai­lə­lə­rin bö­lüş­dü­rül­məsi­nə gö­rə nə­zər­də tu­tulmur. Sazişin müəllif­ləri hesab edir­di­lər ki, ai­lənin itiril­məsi maddi mə­nada qoyulmuş və ya itirilmiş mül­kiy­yət hesab edi­lə bil­məz [4, s.45-46].

1993-cü il Sazişinin 8-ci mad­dəsinin 1-ci his­səsi ilə Qaç­qınlara və məcburi köç­kün­lə­rə yar­dım üz­rə Döv­lət­lərara­sı Fond yara­dılma­sı nə­zər­də tutulmuşdu. Fond 10 fevral 1995-ci il­də yara­dıl­mış­dı. Fondun fəaliy­yətinin hüquqi əsa­sı kimi onun vəsait­lərinin formalaş­dı­rılma­sı və istifa­dəsinin qaydala­rı­nı nə­zər­də tutan 8-ci mad­dənin 2-ci his­səsi çı­xış edir. Fondun vəsait­ləri yal­nız qaç­­qınlar və məcburi köç­kün­lə­rə yar­­dım məq­sədi­lə istifa­də edil­mə­li­dir, di­gər məq­səd­lər üçün istifa­də qa­dağan­dır. Əslin­də Birlik döv­lət­lə­rinin ya­xın və uzaq xaric­dən gə­lən məcburi miqrantlara yar­dım gös­­təril­məsi üçün kifa­yət qə­dər və­sait yoxdur. Ona gö­rə də qaç­qınla­rın müdaf­iəsi ilə məşğul olan bey­nəlxalq orqanla­rın kö­məyi ilə Birlik döv­lət­lərinin məcburi miqrasiya ilə bağ­lı problem­lərini həll et­mək olar [4, s.46].

Sazişin 10-cu mad­dəsin­də qeyd edilir ki, iştirak­çı döv­lət­lər ra­zı­lığa gəlir­lər ki, hər bir qaç­qın və ya məcburi köç­kün tə­rəf­lər­dən birinin ərazisin­də azad şəkil­də məh­kə­mə­yə mürac­iət et­mək hüququ var. Bu mad­də­də bir növ Qaç­qınla­rın statusu haq­qında 1951-ci il BMT Konvensiya­nın 16-cı mad­dəsin­dən istifa­də edilir. Saziş­də gös­tərilir ki, tə­rəf­lər müvafiq mə­sə­lə ilə bağ­lı bu Muqavi­lə­yə qə­dər mövcud olan bey­­nəlxalq saziş­lə­rə əməl et­mə­li­dir. 10-cu mad­dənin dispozisiya­sı MDB döv­lət­lərinin hüquqi döv­lət qurmağa meyl gös­tər­məsi kimi qiy­mət­ləndirilir. Onlar hesab edirdi ki, bu döv­lət­də insan hüquqla­rı­nın qa­ran­tı rolunu müs­təqil məh­kə­mə oynama­lı­dır.

MDB-nin bü­tün üzv-döv­lət­ləri qaç­­qınla­rın müdaf­iəsi və onlara yar­­dım üz­rə öh­dəlik­lərin minimal sə­viy­yəsini və təmina­tı nə­zər­də tu­tan 1951-ci il Qaç­qınla­rın statusu haq­­qında BMT Konvensiya­sı­nı və 1967-ci il Protokolunu imzalama­mış­dır. Bununla be­lə, müvafiq Kon­vensiya və Protokola qoşulan Azər­baycan, Er­mənistan, Gür­cüs­tan, Qaza­xıstan, Qığı­zıstan, Mo­l­do­va, Tacikistan və Rusiyada mü­vafiq qanunlar qəbul edilmiş və on­la­rın təmina­tı üçün tədbir­lər həyata ke­çirilir.

Qaç­qınlarla bağ­lı problem­lər Res­pub­lika­mızda ən vacib mə­sə­lə­lər­dən biridir. Azərbaycan və Er­mə­nis­tan ara­sında silah­lı münaqi­şə nə­ti­­cəsin­də bir milyon insan öz doğ­ma yurd-yuvala­rı­nı tərk et­mə­yə məc­bur olmuşlar. Qaç­qınla­rın hü­qu­qi vəziy­yətinin tənzim­lən­məsin­də əsas döv­lətdaxili normativ akt 21 may 1999-cu il tarixli «Qaç­qın­la­­rın və məcburi köç­kün­lərin (öl­kə da­xilin­də kö­çü­rül­müş şəxs­lərin) sta­tusu haq­qında» AR Qanu­nudur. Qa­nunun 1-ci mad­dəsi­nə əsa­sən qaç­­qın AR və­tənda­şı olma­yıb, irqi əla­­məti­nə, milliy­yəti­nə, dini etiqa­dına, müəy­yən sosial qrupa mən­sub­­luğuna və ya siyasi əqi­dəsi­nə gö­­­rə təqib­lərin qurba­nı olmaq ba­rə­də tam əsas­lı ehtiyat üzün­dən və­tən­da­şı olduğu öl­kə­dən kənarda qa­lan və eyni ehtiyat üzün­dən həmin öl­­kənin hima­yəsin­dən istifa­də edə bil­­mə­yən və ya istifa­də et­mək is­tə­mə­­yən, yaxud müəy­yən və­təndaş­lı­ğı olma­yıb, oxşar hallar nəti­cəsin­də əv­­vəl­lər adə­tən yaşa­dı­ğı öl­kə­dən kə­narda qalan, ehtiyat üzün­dən ora­ya qa­yıda bil­mə­yən və ya qa­yıtmaq is­­tə­mə­yən şəxsdir [1, s.711-712].

Respublka­mızda bu qanunla ya­na­­şı 1999-cu il­də «Məcburi köç­kün­­lərin və onlara bəra­bər tutulan şəxs­­lərin sosial müdaf­iəsi haq­qında qa­nun» da fəaliy­yət gös­tərir. Bu qa­nunun 2-ci mad­dəsin­də qeyd edi­lir ki, Xarici hərbi təca­vüz, müəy­yən ərazi­lərin işğa­lı və ya mü­tə­ma­di atəş al­tında saxlanma­sı nəti­cəsin­də Azərbaycan Respublika­sı əra­zi­sin­­də daimi yaşa­yış yer­lərinin tərk et­­mə­yə məcbur olub öl­kə hüdudla­rın­da başqa ye­rə köç­müş şəxs­lər bu qa­nunun məq­səd­ləri üçün məcburi köç­­kün hesab olunurlar [1, s.718]. Yə­ni bu mad­dənin şərhin­dən be­lə nə­ti­cə çıxarmaq olar: hərbi münaqi­şə və ya təh­lü­kə burada əsas amil­dir. Sonra isə qeyd edilir ki, Er­mə­nis­tan Respublika­sında və başqa döv­­lət­lər­də apa­rılan etnik təmiz­lə­mə nəti­cəsin­də daimi yaşa­yış yer­lə­ri­ni tərk edib Azərbaycan Res­pub­li­ka­­sına gəlmiş və daimi məs­kun­laş­ma­­mış şəxs­lər məcburi köç­kün­lə­rə bə­ra­bər tutulurlar [1, s.719]. Bu müd­­dəadan be­lə qən­aə­tə gəl­mək olur ki, başqa bir döv­lətin ərazisin­də küt­ləvi qığına, etnik və milli ay­­rı-seçkili­yə və buna bən­zər cina­yət­lə­rə məruz qalan və Azərbaycan Respublika­sı ərazisin­də mü­vəq­qəti məskunlaşan insanlar məcburi köç­kün və ya onlara bəra­bər tutulan şəxs­lər hesab edilir. Bu qanunda həmin kateqoriyadan olan şəxs­lərin sosial hüquqla­rı­nın müdaf­iəsi nə­zər­də tutulur, onla­rın aş­ğıda­kı hü­quq­lardan istifa­də et­məyi təmin edi­lir: yaşa­yış sa­həsi ilə təminat, tor­paq sa­həsi və kredit veril­məsi, məşğulluğun təmini, maddi yar­dım, tibbi təminat, təhsil almaq, nəqliy­yat xid­məti, kommunal və mənzil xid­məti gü­zəşt­ləri bura daxildir.

Ukrayna və Belarusda qaç­qınlarla bağ­lı qanunlar qəbul edil­sə də, bu qanunlar praktiki olaraq fəaliy­yət gös­tərmir. Türk­mənistan və Öz­bə­kis­tan isə qaç­qın probleminin hü­qu­qi tənzimin­də hə­lə ki göz­lə­mə möv­qeyi tutur. Bu öl­kə­lər­də qaç­qın­larla bağ­lı qanunvericilik və di­gər səviy­yə­lər­də normativ aktlar möv­cud deyil, halbuki bu öl­kə­lər­də ki­fa­yət qə­dər hüquqi xarakterli döv­­lətdaxili qaydalar qəbul et­mək olar. Ümumiy­yət­lə Birlik döv­lət­lə­ri­nin qaç­qın və məcburi köç­kün­lə­rin müdaf­iəsi sa­həsin­də əməkdaş­lı­ğı yük­sək səviy­yə­də deyil, hətta 24 sent­yabr 1993-cü il Sazişinin fəa­liy­­yəti də qən­aət­bəxş deyil, bu isə öz növ­bəsin­də vəziy­yət­ləri onsuz da ağır olan qaç­qın və məcburi köç­­kün­lə­rə mənfi təsir gös­tərir.

Qaç­qın və məcburi köç­kün­lərin qey­diyya­tı və uçotunun həcmi onun hü­quqi baza­sından ası­lı­dır. Türk­mə­nis­tan və Öz­bəkistanda qaç­qınla­rın qey­diyya­tı və uçotunun hüquqi ba­za­­sı yoxdur. Di­gər döv­lət­lər­də bu sa­­hə­də müvafiq iş­lər gö­rül­sə də, qaç­­qınla­rın hüquqi rejimi al­tına dü­şən şəxs­lərin fərqliliyin­dən, bu sa­hə­­də iş­lər is­təni­lən səviy­yə­də getmir. Uçotun təkmil­ləşdiril­mə­məsi nə­ti­cəsin­də qaç­qın və məcburi köç­kün­­lərin eyni zamanda bir ne­çə döv­­lət­də qeydiyya­tı halla­rı baş ver­miş­di. Hətta bəzi hallarda məcburi köç­­kün­lərin çox his­səsinin döv­lət qey­diyyat orqanla­rı­nın nə­zərin­dən kə­narda qalma­sı halla­rı da müşahi­də olunur. Qanunvericilik­dəki fikir ay­­rı­lıqla­rı və müvafiq sferada əla­qə­­ləndirici orqanla­rın yoxluğu məc­bu­ri miqrantla­rın qeydiyya­tı­nı çə­tin­­ləşdirir. Bü­tün bunla­rın nəti­cə­sin­­də qaç­qınlar onla­rın cəm­ləş­mə­di­yi ərazi­lə­rə get­mək məcburiy­yə­tin­­də qa­lırlar [4, s.48].

Bizim fikrimiz­cə, be­lə mə­sə­lə­lər­­də Birliyin üzv-döv­lət­lərinin mü­va­fiq qanunvericilik­lərinin uni­fi­ka­si­ya­sı həddi­nə qə­dər onla­rın möv­qe­­lərinin ya­xınlaş­dı­rılma­sı üçün təd­bir­lər həyata keçiril­məlidir. Əgər qanunla­rın və di­gər hüquqi akt­la­rın mətnin­də­ki oxşar­lıqla­rı deyil, regional və milli xüsusiy­yət­lər nə­zə­rə alınmaqla müvafiq problemin həllin­də ümumi yanaşmala­rın möh­kəm­ləndiril­məsini nə­zə­rə al­saq, müvafiq problemin hüquqi tən­zi­mi­nə kompleks yanaşmalar, işə­dü­­zəlt­mə, mənzil, təhsil, biznes fəa­­liy­yəti, vergi və di­gər sferada də­­yişiklik­lər aparmaq la­zım­dır. Bu­nunla yana­şı, biz hesab edirik ki, MDB-də qaç­qın və məcburi köç­kün­lərin problemi ilə məşğul olan institutla­rın sa­yı ar­tı­rılma­lı­dır.

MDB məka­nında müvafiq mə­sə­lə ilə bağ­lı vacib ad­dımlardan biri MDB-də Qaç­qın və məcburi köç­kün­lərin işi üz­rə Komissar İda­rə­si­nin yara­dılma­sı tə­şəb­bü­sü­nün irəli sü­­rül­məsi olmuşdu. İda­rənin yara­dıl­ma­sı­nı zəruri edən tə­ləb­lər aşa­ğıda­kılar idi:

– Qəbul edən və gön­də­rən döv­lət­lər­də məcburi miqrantla­rın vəziy­yətinin qə­rəzsiz və obyektiv qiy­mət­ləndiril­məsi zəru­rəti və la­zım olduqda onla­rın müdaf­iəsi;

– Tez dəyi­şən vəziy­yət­də adekvat və operativ reaksiya gös­təril­məsi zəru­rəti;

– Üzv-döv­lət­lər tə­rəfin­dən re­gi­o­nal hüquqi aktlara ria­yət edil­məsi­nə nəza­rətin həyata keçiril­məsi zəru­rəti;

– Qaç­qın və məcburi köç­kün­lə­rə yar­dı­mın planlaş­dı­rılma­sı zəru­rəti.

Bu və di­gər çoxsay­lı humanitar mə­sə­lə­lərin həlli 1995-ci iln sentyabr ayın­da Moskvada keçiri­lən «MDB döv­lət­lərin­də qaç­qın və məcburi köç­kün­lər: Birlik çərçi­vəsin­də qərarla­rın həlli» ad­lı Bey­nəlxalq Konfransda müzaki­rə edil­miş­di. Konfransda qaç­qın və məc­buri köç­kün­lə­rə yar­dım sa­həsin­də gö­rü­lən tədbir­lər və əl­də edi­lən nailiy­yət­lər, MDB döv­lət­lərin­dəki qaç­qın və məcburi köç­kün­lə­rə yar­dım gös­tə­rən BMT QA­Kİ və di­gər bey­nəlxalq və höku­mət­lərara­sı və qeyri-höku­mət təşkilatla­rı­nın rolu yük­sək qiy­mət­ləndirilmişdi. Gö­rüş­də həmçinin regionda qaç­qın və məcburi köç­kün­lərin sa­yı­nın artma­sı narahat­lı­ğı da qeyd edilmişdi. Konfransda aşa­ğıda­kı tövsi­yə­lər ha­zırlan­mış­dı:

– Birliyin döv­lət baş­çıla­rı­nın diq­qətini, ilk növ­bə­də, 1951-ci il Qaç­qınla­rın statusu haq­qında BMT Konvensiya­sına və 1967-ci il Pro­to­ko­­luna qoşulmağa və bu sə­nəd­lər­dən irəli gə­lən öh­dəlik­lə­rə əməl et­mə­­yə cəlb et­mək; ikincisi, 1992-1995-ci il­lər­də imzalan­mış əsas in­san hüquq və azad­lıqla­rı­nın təmini, mil­li az­lıqla­rın hüquqla­rı, qaç­qın və məc­buri köç­kün­lə­rə yar­dım haq­qın­da saziş və di­gər bu tip müqavi­lə­lə­­rə MDB-nin bü­tün üzv­lərinin qo­şul­ma­sı və bu müqavi­lə­lərin ra­ti­fi­ka­­siya­sı; üçün­cü­sü, MDB-də qaç­qın, məcburi köç­kün, mühacir və bu­nunla bağ­lı di­gər şəxs­lərin hü­quq­la­rı­nın müdaf­iəsi ilə bağ­lı BMT-nin QA­Kİ, ATƏT, Bey­nəl­xalq Miqrasiya Təşkila­tı kimi or­qan­la­rın hima­yəsi al­tında keçiri­lən konfranslarda region döv­lət­lərinin ha­mı­sı­nın aktiv iştira­kı­nı təmin et­mək;

– Qaç­qın və məcburi köç­kün­lə­rə yar­dım üz­rə Sazişin iştirak­çı­sı olan Birlik döv­lət­lərinin öh­dəlik­lərinin daxili kö­çü­rül­müş şəxs­lə­rə aid edil­məsi;

– Daimi əsasda Birliyin ay­rı-ay­rı döv­lət­lərin­də qaç­qın və məcburi köç­kün­lərin sa­yı haq­qında statistik məlumatla­rın və onla­rın qeydiyya­tı ba­rə­də məlumatla­rın qaydaya sa­lınma­sı və bu sa­hə­də işin təkmil­ləşdiril­məsi;

– Birliyin bü­tün döv­lət­lərin­də qaç­qın və məcburi köç­kün­lərin hüquqla­rı­nın müdaf­iəsi ilə bağ­lı xüsusi səlahiy­yət­ləri olan orqanla­rın yara­dılma­sı;

– MDB Qaç­qın və məcburi köç­kün­lər üz­rə Komissar inistitutunun təşkili və onun MDB İnsan Hü­quq­la­­rı Komissiya­sı və BMT-nin QA­Kİ ilə qar­şı­lıq­lı fəaliy­yətinin formala­rı haq­­qında mə­sə­lə­yə ba­xılma­sı [8, s.2].

Moskva Konfarn­sı MDB məka­nında qaç­qın və məcburi köç­kün­lərin müdaf­iəsin­də döv­lət­lərin əmək­daş­lı­ğı­nı dərin­ləşdirmiş və bir qə­dər sonra 30-31 may 1996-cı il­də MDB məka­nında qaç­qın və məc­buri köç­kün­lərin mə­sə­ləsi ilə bağ­­lı Cenev­rə­də keçiri­lə­cək Kon­frans üçün ha­zır­lıq olmuşdur.

Cenev­rə Konfran­sı­nın işi çox məh­suldar olmuşdu. Konfransda prob­lemin tənziminin kompleks stra­tegiya­sı qəbul edilmişdi. Həm­çi­nin gö­rü­şün nəti­cəsi kimi vahid «Fəa­liy­yət Proqra­mı» ha­zırlan­mış­dı. Proqram qaç­qınla­rın rejimini tən­zim­lə­yən bey­nəlxalq-hüquqi nor­malar ruhunda yara­dı­lıb. Bu Proq­ram gə­lə­cək­də Birlik döv­lət­lə­rin­də məcburi miqrasiya­nın bü­tün for­mala­rı­nın tənzim­lən­məsi üçün əsas rolunda çı­xış et­məli idi. Üzv-döv­­lət­lər bu layi­həni bəra­bərlik prin­sipi və yük­lərin bö­lüş­dü­rül­məsi əsa­­sında ha­zırla­mış­dılar. Bununla be­­lə, bu sə­nədin uğurlu fəaliy­yəti MDB döv­lət­lərinin siyasi ira­dəsi və məsuliy­yətin­dən ası­lı olma­lı­dır.

Fəaliy­yət Poqra­mı iki bir-birin­dən ası­lı böl­mə­dən iba­rətdir: bə­yən­na­mə və prinsip­lər. Birinci böl­mə «yumşaq hüququ» özün­də əks et­dirir. İkinci böl­mə «sərt hüququ» nə­­zər­də tutur və döv­lət­lər üçün məc­buridir və yaxud proqra­mın prin­sip­ləri onun müəllif­lərinin ira­də­si ilə qaç­qınla­rın probleminin tən­zimin­də vacib hüquqi əsas­dır [7, s.24-27]. Be­ləlik­lə «Fəaliy­yət Proq­­ra­­mı» özün­də «yumşaq hü­qu­qu» və «sərt hüququ» nə­zər­də tu­tur.

Bə­yənna­mə­də qeyd edilir ki, kompleks strategiya əhalinin kö­çü­rül­məsi­nə dair hüquqi vəziy­yətin tənzim­lən­məsi üz­rə bey­nəlxalq hü­qu­qun ümumta­nın­mış prinsip­ləri və uni­versal insan hüquqla­rına əsasla­nır.

Prinsip­lər qaç­qınla­rın hüquqi mü­da­f­iəsi və bey­nəlxalq humanitar hü­quq sa­həsin­də vacib universal və re­gional saziş­lərin dəs­tək­lən­məsi və təmini üz­rə öh­dəlik­ləri nə­zər­də tu­tur. Həmçinin öz öl­kəsin­də azad yer­­dəyiş­mə və yaşa­yış yeri seç­mə, əsas insan hüquqla­rı, bey­nəlxalq hü­­quq əsa­sında qaç­qın və daxili kö­çü­rül­müş şəxs­lərin hüquqla­rı, və­təndaş­lıq əl­də et­mək hüququ və s. kimi hüquq və azad­lıqlar nə­zər­də tutulurdu. Döv­lət­lər həmçinin və­təndaş­sız­lıq halla­rı­nın aradan qal­dı­rılma­sında da həm­rəy olduqla­rı­nı bil­dirirdi­lər [7, s.18]. Konfransda qə­bul edi­lən sə­nəd­lər MDB döv­lət­lə­ri­nin qaç­qınlarla davra­nışda bey­nəl­xalq-hüquqi standartla­rı əsas gö­tür­mə­sini nə­zər­də tuturdu.

MDB məka­nında qaç­qınlarla bağ­lı problem­lərin tənzim­lən­məsinin özü­nə­məxsus xüsusiy­yəti onda­dır ki, bu regionda qaç­qınlarla yana­şı, əsa­sən silah­lı münaqi­şə qurbanla­rı olan məcburi köç­kün­lərin də hü­qu­qi statusu tənzim­lənir. Region döv­lət­lərinin milli qanunvericilik­lərin­də bu kateqoriyaya anla­yış verilir, onla­rın hüquq və vəzi­fə­ləri müəy­yən edilir, halbuki, universal səviy­yə­də bu mə­sə­lə­lər tənzim­lənmir.

Yuxa­rıda qeyd etdik­lərimizi ümu­mi­­ləşdi­rə­rək biz qaç­qınla­rın prob­lem­­lərinin regional səviy­yə­də tən­zim­­lən­mə­si ilə bağ­lı aşa­ğı­da­kı nəti­cə­­lə­rə gəlirik:

– Fikrimiz­cə, re­gio­nal saziş­lər­də şəxsin qaç­qın kimi ta­nınma­sı­nın meyarla­rı geniş­ləndirilmişdir. Bu mənada qaç­qınla­rın statusu ilə bağ­lı yeni universal sazişin ha­zırlanma­sı zama­nı regional saziş­lər­də əks olunan meyarlardan istifa­də edi­lə bi­lər. Burada əsas məq­səd universal saziş­lərin dünyada dəyi­şən və­ziy­­yə­tə uyğunlaşma­sı­nı həyata ke­çir­­məkdir;

– Af­ri­ka­nın ək­sər döv­lət­lərinin da­xili qanunvericiliyin­də qaç­qınlar prob­leminin hüquqi ba­xımdan tən­zim­­lən­məsi­nə dair konkret müd­dəa­lar yoxdur. Fikrimiz­cə, Afrika­nın ək­sər döv­lət­ləri, əsa­sən də qaç­qın­larla bağ­lı problem­lərin daha çox olduğu öl­kə­lər Qaç­qınla­rın sta­tu­­su haq­qında 1951-ci il Kon­ven­si­ya­­sı­nın müd­dəala­rı­nı öz milli qa­nun­vericilik­ləri­nə da­ha mü­fəs­səl for­­ma­da implementasiya et­məli və mü­­va­fiq prob­le­min həl­li is­ti­qa­mə­tin­­də konk­ret qa­nun­ve­ri­ci­lik akt­la­rı qə­­bul et­mə­lidir­lər;

– Asiya regionu isə insan hü­quq­la­­rı­nın müdaf­iəsi üz­rə özü­nün xü­su­si sistemi olmayan (və ya çox zəif olan) yega­nə regiondur. Re­gion­da bey­­nəl­xalq təş­ki­la­ti me­xa­nizm­lə­rin zə­if­li­yi və ya ümu­miy­yət­lə ol­ma­ma­sı, in­san hü­quq­la­rı­nın tə­mi­na­tın­da ki­fa­yət qə­dər qən­aət­bəxş de­yil­dir. Qaç­qın­lar prob­le­mi­nin cid­di­li­yi isə re­gion­da bu sa­hə­də bey­nəl­xalq nor­­ma­la­rın qə­bul edil­mə­si­ni, o cüm­­lə­dən re­gio­nal me­xa­nizm­lə­rin for­­ma­laş­ma­sı­nı zə­ru­ri edir ki, bu da nəin­ki qaç­qın­la­rın hü­quq­la­rı­nın qo­run­­ma­sın­da, həm­çi­nin bü­töv­lük­də in­­san hü­quq­la­rı­nın tə­mi­na­tın­da əhə­miy­­yət­li rol oy­na­ya­caq­dır.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

 

1. Azərbaycan Respublikasının Qanunlar Kül­­liyyatı. II cild. Bakı, 2004,

2. Белая книга российских спецслужб. М., 1995.

3. Ведoмости Верховного Совета Азерб. Республики. 1992, № 18; Советская Молдова. 1991, 25 янв.; Ведoмости Верховного Совета Республики Таджикистан. 1992, № 21-22.

4. Ибрагимов. A.М. Международно-правовое положение беженцев.  Махачкала. 2000.

5. Иванов Д.В. Беженцы в современном международном праве. М., 2006.

6. Материалы конференции по беженцам и перемещенным лицам в Содружестве Независимых Государств. М., 1996.

7. Материалы форума. Конференция: беженцы и мигранты в странах СНГ. Женева, 1996.

8. Паин Э. В СНГ свыше 2,5 миллиона беженцев. Как справиться с этой общей бедой? Российские вести, 1995, 31 окт.

9. Права человека а России - международное измерение. М., 1995.

10. Российская газета. 1996, 30 мая.

11. Соглашение стран СНГ  "О помоши беженцам и вынужденным  переселенцам". Российская газета, 1995, 28 янв.

12. Типовое положение о центре временного размешения вынужденных переселенцев. Российская газета. 1997, 30 янв.

13. Тоцкий Н.Н. Организационно-правовые  проблемы  миграционной службы России. Государство и право. 1996, №2.

14. УВКБ ООН в цифрах: ОИ, Июль, 1999.

 

 

Международно-правовое  регулирование  проблем

беженцев  в  региональных  рамках

  практике  СНГ)

 

Мирзоев Х.М.,

аспирант БГУ.

 

В статье глубоко анализируются международно-правовое регулирование проблем, связанных с беженцами и вынужденными переселенцам в СНГ, реализация законов о беженцах и вынужденных переселенцах, оказание первой  помощи беженцам и вынужденным переселенцам, роль УПСБ ООН и прочих  международных и межправительственных и неправительственных организаций,  оказывающих помощь беженцам и вынужденным  переселенцам в государствах СНГ и международно-правовые нормы, регулирующие режим беженцев, в том числе  такое региональное соглашение по проблемам беженцев и вынужденным  переселенцам как договор об оказании помощи беженцам и вынужденным  переселенцам, Федеральная Программа Миграции, а также "Программа действия", проект которой предусматривается, отношения между Азербайджаном и Арменией.  

 

 

International  juridical  regulation  of  problem

regarding  refugees  within  regional  frame

(In  CIS  practice)

 

Mirzayev Kh.M.,

Postgraduate of BSU.

 

International- juridical regulation of problems regarding refugees and internally displaced persons in CIS, realization of laws on refugees and internally displaced persons, providing first aid to refugees and internally displaced persons, roles of UND ARFD and other international and intergovernmental and nongovernmental organizations providing assistance to refugees and internally displaced persons in CIS countries, main international- juridical norms regulating  conditions of refugees including agreement on providing first aid to refugees and internally displaced persons as  regional agreement on problems of refugees and internally displaced persons, Federal Migration Program, "Activity Program" which project is intended and Armenia problems and other problems have been analyzed in the article.

 

MÜNDƏRİCAT

Rəsmi sənədlər
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.