08.24.2017 08:55
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

YOL HƏRƏKƏTI SAHƏSINDƏ BEYNƏLXALQ ALƏMDƏ YARANMIŞ QLOBAL

 

Elxan Hacıyev, Beynəlxalq Kollecin müəllimi

        Məqalədə yol hərəkəti sahəsində beynəlxalq aləmdə baş verən qlobal krizisin mahiyyəti sosial, iqtisadi və hüquqi aspektlər cəhətdən araşdırılır və onun əsas xüsusiyyətləri təhlil edilir.
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə inzibati nəzarəti həyata keçirən orqanların və BMT təsisatlarının bu məsələyə ciddi münasibət göstərmələri xüsusilə vurрulanır. Müəllif tərəfindən belə bir önəmli cəhət dəstəklənir ki, yol hərəkəti sahəsində beynəlxalq aləmdə yaranmış qlobal krizisin qarşısının alınması üçün (uрrunda) yeni elmi-texniki texnologiyanın nailiyyətlərinə əsaslanan daha mükəmməl forma və üsulların axtarılmasına səy göstərilməli, beynəlxalq yol hərəkəti münasibətlərinin tənzimlənməsində beynəlxalq nəqliyyat hüququnun, habelə müasir dövrdə formalaşmaqda olan milli «nəqliyyat hüququ»nun prinsip və normalarına üstünlük verilməlidir. Bütün bu amillər «ən əlverişli şərait» hüquqi rejim prinsipindən daha səmərəli şəkildə istifadə edilməsini şərtləndirir. Toxunulmuş məsələnin nizama salınmasında yol hərəkəti münasibətləri sahəsində əhalinin hüquqi cəhətdən maariflənməsi, hər bir yol hərəkəti iştirakçısında «yol mədəniyyəti»nin şüurlu surətdə formalaşması önəmli amillər kimi qiymətləndirilir.
        Avtomobil III minillikdə hər bir ailənin xüsusi əşyasına çevrilməkdədir. Bu gün dünyada 1 milyarddan çox avtomobil istismar olunur. Yüksək dərəcədə təhlükə mənbəyi olsa da, avtomobilsiz müasir həyatı təsəvvür etmək mümkün deyil və o, hüquqi baxımdan hər bir şəxs tərəfindən öz mülkiyyətinə sərbəst sürətdə, heç bir məhdudiyyət qoyulmadan əldə edilir. Belə ki, avtonəqliyyat vasitələrinin sayı ABŞ-da 230 milyon, Çində və Yaponiyada 100 milyon təşkil edir, Fransada, Italiyada, Almaniyada, Ispaniyada və Ingiltərədə isə əhalinin hər bir nəfərinə bir avtomobil düşür. Azərbaycanda da avtomobillərin sayı artaraq yarım milyonu aşmışdır. Əhalinin yaşayış səviyyəsi yüksəldikcə bu göstərici günbəgün artır. Təbii ki, nəqliyyat vasitələri insanlara xeyir verməklə yanaşı, böyük xətalar da törədir. Dünyada hər 1000 avtomobilin illik istismarı nəticəsində baş verən hadisələrdə orta hesabla 1 nəfər həlak olur. Verilən proqnozlara görə qarşıdakı 20 il müddətində avtomobillərin sayının 2 dəfə artması gözlənilir. Şübhəsiz ki, bu da qəzaların sayının artmasına səbəb ola biləcəkdir. 2000-ci ildə yol-nəqliyyat hadisələrində yer kürəsi üzrə 1 milyon 26 min adam həlak olmuşdur. Planetimizdə 15-44 yaşda dünyasını dəyişənlərin 25%-i yol qəzalarında həlak olurlar. Bu göstəricinin artımının qarşısının alınması cəmiyyət üçün çox ciddi problemə çevrilmişdir. Yol-nəqliyyat hadisələri nəticəsində saрlam insanların faciəvi şəkildə tələf olmasının bəşəriyyət üçün nə qədər aрır itki olduрunun izahına yəqin ki, ehtiyac qalmır.
        Bu ümumbəşəri problem beynəlxalq təşkilatlar tərəfindən irəli sürülmüş, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 57-ci sessiyasında (2003-cü il) qəbul edilmiş müvafiq Qətnamə və həmçinin 58-ci sessiyasında (2004-cü il) BMT-nin Baş Katibinin «Yol hərəkəti təhlükəsizliyi sahəsində qlobal böhran» mövzusunda məruzəsi ətrafında müzakirələr aparılmışdır. Məruzə Beynəlxalq Səhiyyə Təşkilatı, BMT-nin Inkişaf Proqramı, BMT-nin Uşaq Fondu, Asiya, Avropa, Afrika, Latın Amerikası Iqtisadi Komissiyaları, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və BMT-nin digər təsisatları tərəfindən hazırlanmışdı.
        BMT sənədi vasitəsilə bu qədər insan tələfatının cəmiyyətə, sosial və iqtisadi sahələrə vurduрu ziyanın miqdarı dövlətlərin nəzərinə çatdırılmışdır. Hesablamalar ziyanın miqdarının bir ildə bütün ölkələrin istehsal həcminə bərabər olduрunu və bu rəqəmin 500 milyard dollar miqdarına çatmasını göstərir.
        Son illərdə iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdə yol nəqliyyat hadisələrinin aрırlıq dərəcəsinin azaldılması üçün ciddi tədbirlər görülür. Bir neçə onillikdə bu ölkələrdə qəzalarda həlak olanların sayı iki dəfə azalmış və 2000-ci ildə bu göstərici 125.000 nəfəri təşkil etmişdir. Inkişaf etməkdə olan ölkələrdə avtomobillərin sayının xeyli aşaрı olmasına baxmayaraq, onlarda yol hadisələrində həlak olanların sayı bir milyona çatmışdır. Zəif inkişaf etmiş dövlətlərdə yol hərəkəti təhlükəsizliyi tədbirlərinə ayrılan vəsaitin kifayət dərəcədə olmaması bu problemin həllinin daha da çətinləşməsinə gətirib çıxarır. Bu vəziyyət, xüsusilə, Asiya dövlətlərinin 50 %-nə aiddir.
        Qabaqcıl ölkələrdə avtomobillərin sayı yüksək olduрundan, qəza hadisələrində həlak olanların nisbi göstəricisi əhalinin 100.000 nəfərinə 1,5-15 rəqəminə bərabərdir. Fransada, ABŞ-da, Rusiyada bu rəqəm 15-dir. Slovakiya, Finlandiya, Azərbaycan kimi dövlətlərdə bu göstərici 9-la 11 arasındadır. Ən təhlükəsiz dövlətlərdə (Isveçrə və Belçikada) bu rəqəm 4-6-ya bərabərdir.
        Çində və Hindistanda əhalinin sayı 1 milyard nəfərdən çox olduрuna görə, hadisələrin müqayisəli təhlili üçün qəzanın əhalinin sayı ilə baрlı olan nisbi göstəricisindən istifadə edilmir və bu ölkələrdə hadisələrdə həlak olanların sayı 10.000 avtomobilə düşən miqdarda götürülür. Bu üsulla aparılan hesablamalar göstərir ki, qabaqcıl ölkələrdə həlak olanların sayı Asiya dövlətlərinə nisbətən 70-80 dəfə aşaрıdır.
        Yuxarıda adı çəkilən məruzədə qeyd olunur ki, yol hadisələrində insanların həlak olması səbəblərindən iki amil əsas götürülməlidür. Bu amillərdən birincisi yüksək sürət, ikincisi isə yolların texniki standartlara uyрun olmamasıdır.
        Azərbaycan Respublikasında son 10 ildə yol nəqliyyat hadisələri nəticəsində həlak olanların sayı 2003-cü ildə 1400-dən 720-yə düşmüşdür. Bu vəziyyət toxunulmuş problemə ciddi münasibət göstərilməsi nəticəsində əldə edilmişdir ki, bu da Azərbaycanın Avropa dövlətlərinə xas olan göstəriciyə malik olmasına gətirib çıxarmışdır.
        Belə ki, yol hərəkəti sahəsində təhlükəsizliyin təmin edilməsi və onun hüquqi cəhətdən tənzimlənməsi məqsədilə qanunvericilikdə normativ-hüquqi baza yaradılmış və müvafiq sənədlərin beynəlxalq standartlara uyрunlaşdırılması aparılmışdır. Habelə 1997-ci ildə Azərbaycan Respublikası «Yol hərəkəti haqqında (1968-ci il, Vyana) Konvensiyası»na qoşulmuş, 1998-ci ildə «Yol hərəkəti haqqında», 1999-cu ildə «Nəqliyyat haqqında», 1999-cu ildə «Polis haqqında», 2000-ci ildə «Avtomobil yolları haqqında» Azərbaycan Respublikasının müvafiq qanunları qəbul edilmiş, «Yol hərəkətinin təhlükəsizliyi üzrə Azərbaycan Respublikasının 2002-2005-ci illər üçün Dövlət Proqramı» təsdiq edilmiş və onun icrası istiqamətində müəyyən addımlar atılmışdır.
        Avropa Birliyinin TASIS-TRASEKA proqramı çərçivəsində Qafqazdan keçməklə Asiyadan Avropaya gedən «Böyük (tarixi) Ipək Yolu»nun bərpası üzrə 1998-ci ildə Bakıda keçirilmiş Beynəlxalq Konfransda «Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafına dair Beynəlxalq nəqliyyat haqqında» əsas Çoxtərəfli Saziş imzalanmışdır. Sazişə müvafiq olaraq, avtomobil və dəmir yollarının yenidən qurulması və tikintisi önəmli əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Azərbaycanda Bakı-Qazax-Gürcüstan sərhədi istiqamətində Böyük (tarixi) Ipək Yolunun yenidən qurulması işlərinə başlanmışdır. Yolun Bakı-Qazı-Məmməd hissəsində 110 km-lik məsafə artıq salınıb başa çatdırılmışdır. Indi bu yolun Kürdəmir və Yevlax-Qazax hissələrində müvafiq işlər aparılır. Bakı şəhərində 100 km-lik yol yenidən bərpa edilmiş, onlarda hərəkət istiqamətləri iki hissəyə ayrılmış, avtomobillərin qarşı-qarşıya gəlməsinin qarşısı alınmış, gecə vaxtı şəhərin bütün yollarının işıqlandırılması qaydaya salınmışdır. Bu işlər Bakı-Sumqayıt istiqamətində də görülür.
        Bakı-Sumqayıt yolunun Bakı dairəvi yolu vasitəsi ilə «Böyük (tarixi) Ipək Yoluna» birləşməsi üçün tədbirlər görülür. Bakı şəhərində yol kəsişmələrində 104 ədəd müasir svetofor qurрuları quraşdırılmışdır ki, bu da yol hərəkətinin tənzimlənməsində göstərilən obyektlərin davamlı işləməsini təmin etmişdir.
        Avtomobillərin hərəkət sürətinə nəzarətin həyata keçirilməsi məqsədilə xarici ölkə istehsalı olan sürətölçən elektron radarlar alınmışdır. Sürət rejimini pozan bütün sürücülər həmin cihazların köməyi ilə tapılır, qayda pozanların foto-şəkilləri çəkilir. Keçirilən kompleks tədbirlər nəticəsində Bakı şəhərində son 30 ildə, ilk dəfə olaraq, yol-nəqliyyat hadisələrinin artımının qarşısını 10 % almaq mümkün olmuşdur.
        Müasir qloballaşma dövründə Avropa ölkələrində yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün mütəmadi olaraq mübarizə tədbirləri görülür.
        Avropa Iqtisadi Komissiyasının təşəbbüsü ilə hər 5 ildən bir yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan işlərə baxış keçirilməsi məqsədilə respublikamızda Beynəlxalq yol hərəkəti təhlükəsizliyi həftəlikləri keçirilir. Bu ilin aprel ayının 5-dən 11-dək növbəti 4-cü Beynəlxalq yol hərəkəti təhlükəsizliyi həftəliyi keçirilmişdir. Həftəliyin devizi «Qarşılıqlı hörmət-təhlükəsizliyin təminatçısıdır» olmuşdur.
        Tədbir sükan arxasında «təcavüzkar» əxlaqa malik olan sürücülərə qarşı aparılmışdır. Belə sürücülərin aşkar olunması və zərərsizləşdirilməsi son zamanlar çox vacib məsələyə çevrilmişdir. Çünki belə sürücülər əhalinin dincliyini pozur və minlərlə günahsız insanların həyatını təhlükə altına alırlar.
        Həftəlik ərzində Azərbaycan Respublikasında yol qəzalarının sayını 15 % azaltmaq mümkün olmuşdur. Həftəliyin yekunları barədə məlumat Azərbaycan Hökuməti tərəfindən Avropa Iqtisadi Komissiyasına (Cenevrə ş.) göndərilmişdir.
        Yol hərəkətində təhlükəsizliyin təmin edilməsində qlobal böhranın təsirini öz fəaliyyətimizdə ciddi surətdə nəzərə alırıq. Sözsüz ki, bu problem DYP-nin 2004-cü il göstəricilərinə də ciddi təsir edir və biz bunu hadisələrin, az da olsa artımında müşahidə edirik.
        Keçirilən tədbirlərə baxmayaraq, yol hərəkəti təhlükəsizliyi sahəsində həllini tapmayan bir sıra problemlər vardır ki, onlardan birinində, respublikada hadisələrdə həlak olanların sayının 50 %-nin piyadalardan ibarət olmasıdır. Şəhərlərarası yollarda yol hadisələrində aрır xəsarət alan adamların sayı şəhərlərdəkinə nisbətən 10 dəfə yüksəkdir. Bakı şəhərində avtomobillərin sayının artımı yol hərəkətində intensivliyin yüksəlməsinə səbəb olur. Sərnişinnəqliyyatda yaranan problemləri də bura aid etsək görərik ki, onlar həqiqətən mövcuddur. Keçid dövrünün iqtisadi çatışmazlıqları bu sahəyə də öz mənfi təsirini göstərmişdir. Avtomobillərin istifadəsində yüksək gəlir arxasınca gedənlər əhalinin təhlükəsizliyini nəzərə almırlar, insanların həlak olması onları əməllərindən çəkindirmir. Sərnişinnəqliyyatda gəlir əldə edilməsi məsələsi Avropa Birliyi tərəfindən dözülməz hal kimi qiymətləndirilmişdir və bu məsələ bizi də daima narahat edir. Yaranmış vəziyyətin tənzimlənməsi üçün şəhərlərarası yollarda sürət rejiminin qorunması tədbirləri gücləndirilməli, yollarda təhlükə mənbələri aşkar olunaraq yol hərəkətinin ən əlverişli rejim prinsipi əsasında tənzimlənməsi hesabına aradan qaldırılmalıdır.
        Sürət rejiminə və sərxoşluрa qarşı aparılan mübarizəni tamamlamaq məqsədilə qanun pozuntularına qarşı inzibati tənbehin sərtləşdirilməsi istiqamətində tədbirlər görülməlidir. Belə pozuntuların cəza həddi - avtomobillərin idarə edilməsinə qoyulan məhdudiyyət bir ildən üç ilədək artırılmalı və daha yüksək balla qiymətləndiril
       məlidir. Bakı şəhərində hərəkətin intensivliyinin qarşısının alınması üçün şəhərin mərkəzində hərəkət daha da məhdudlaşdırılmalı, dayanacaqlar, yol örtükləri inşa olunmalı, şəhərə yük avtomobillərinin axınının qarşısı alınmalıdır. Sumqayıt-Bakı, Aeroport-Bakı istiqamətində metro və ya monorelsdən istifadə edilməli, yollarda qarşı hərəkətlər ayrılmalıdır.
        Belə tədbirlərin keçirilməsində əsas məqsəd yol hərəkəti iştirakçılarının təhlükəsiz və rahat hərəkətinin təmin edilməsidir.
        Yol hərəkəti sahəsində beynəlxalq aləmdə baş verən qlobal böhranın qarşısının alınması şübhəsiz ki, yeni elmi-texniki texnologiyanın nailiyyətlərinə əsaslanan daha mükəmməl forma və üsulların axtarılmasına səy göstərilməsini, beynəlxalq yol hərəkəti münasibətlərinin tənzimlənməsində beynəlxalq nəqliyyat hüququnun prinsip və normalarına üstünlük verilməsini, yol hərəkətinin təşkilində ən əlverişli şərait milli hüquqi rejim prinsipindən və müasir dövrdə formalaşmaqda olan milli «nəqliyyat hüququ»nun hüquqi tənzimetmə metodlarından daha səmərəli şəkildə istifadə edilməsini şərtləndirir.
        Qeyd olunanlarla yanaşı, belə bir fikri vurрulamaq yerinə düşərdi ki, toxunulmuş məsələnin tənzimlənməsində yol hərəkəti münasibətləri sahəsində əhalinin hüquqi cəhətdən maariflənməsi, hər bir yol hərəkəti iştirakçısında «yol mədəniyyəti»nin şüurlu şəkildə formalaşması önəmli amillər kimi nəzərə alınmalıdır.
        Ümidvarıq ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması zənnimizdə gələcəkdə də bütün imkanlardan və vasitələrdən istifadə ediləcək, Azərbaycan digər sahələrdə olduрu kimi, bu sahədə də dünya dövlətləri sırasında qabaqcıl ölkə kimi tanınacaq və bu istiqamətdə cəmiyyətimizdə yeni yaradılmış «Nəqliyyat hüququ» elmi nəzəri-təcrübi jurnalı öz töhfələrini verəcəkdir.

        Istifadə edilmiş ədəbiyyat:

        1. BMT Baş Məclisinin 2003-cü il 57-ci sessiyasının qətnaməsi. 2003.
        2. BMT-nin Baş Katibinin 2004-cü il 58-ci sessiyasında məruzəsi. 2004.
        3. Asiya və Avropa Iqtisadi Komissiyalarının məlumatları. 2000-2003.
        4. Avropa Iqtisadi Komissiyasının Yol hərəkəti təhlükəsizliyi işçi qrupunun hesabatları. 2001-2003.
        5. "Yol hərəkəti haqqında" Beynəlxalq Vyana Konvensiyası, 1968.
        6. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu. Bakı, 1998.
        7. Şumilov V.M. Mejdunarodnoe gkonomiçeskoe pravo v gpoxu qlobalizaüii. M., 2003.
        8. E.Əliyev. Yol hərəkətinin beynəlxalq-hüquqi tənzimlənməsi və milli qanunvericilik. Bakı, 2003.
        9. O.Əfəndiyev, E.Əliyev. "Müasir beynəlxalq iqtisadi münasibətlərdə istifadə edilən 700 termin". Bakı, 2004.
        10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi Komissiyasının sənədləri. Bakı, 2004.


        

        МЕЖДУНАРОДНЫЙ ГЛОБАЛЬНЫЙ КРИЗИС В ОБЛАСТИ ДОРОЖНОГО ДВИЖЕНИЯ

        Эльхан Гаджиев, преподаватель Международного Колледжа

        В статье исследуются социальные, экономические и правовые аспекты сути происходящего в мире глобального кризиса в области дорожного движения, анализируются его основные особенности.
        Особо подчеркивается необходимость серьезного отношениях вопросу обеспече-ния безопасности дорожного движения структурами ООН и органами осуществляющими административный надзор.
        Со стороны автора поддерживается такая концепция, что для предотвращения возникщего в мире глобального кризиса необходимо на основе новых достижений научно-технической технологии прикладывать усилия для поиска более совершенных форм и методов борьбы с ним и отдачи при этом преимущества принципам и нормам международного транспортного права при регулировании отношений в международном дорожном движении и формирующемуся в современном этапе национальному "транспортному праву".
        Все эти факторы обуславливают более рациональное использование правового принципа "режима наибольшего благоприятствования".

       

       

        INTERNATIONAL GLOBAL CRISIS IN THE ROAD TRAFFIC SYSTEM

        Elkhan Hajiyev, The International College Lecturer

        Social, economical and legal aspects of the essence of the global crisis in road traffic system occurring in the world are investigated in this issue and its key features are analyzed. The necessity of serious relations concerning the road traffic safety assurance provided by U.N.O. and inspectorate are seriously accentuated.
        The conception that it is necessary to do everything in power, on the basis of new achievements of scientific and technical technology, to search more modernized forms and methods to fight against it and at the same time to give preference to principles and norms of international transport law while regulating the relationship in international road traffic and developing at the present stage national "transport law" in order to avoid the global crisis originated in the world. All these factors give rise to a more rational use of a law principle "the procedure of the greatest favor".
        The legal enlightenment in the road traffic sphere relations, every participator's deliberate forming of "road culture" are considered to be the most important factors in the positive solution to regulate the broached question. 

        

        

       

MÜNDƏRİCAT

Актуальные вопросы транспортного права
Ali Məhkəmə Plenumunun qərarları
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.