04.24.2017 21:04
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981


        MARAQLI HADISƏLƏR

       

        UÇAN TAKSILƏR


        Tezliklə britaniyalılar işə avtobus, yaxud metro vasitəsilə deyil, uçan taksilərdə gedə biləcəklər. «Avcen» şirkətinin mühəndisləri «Ye Pod» adlandırılan mini təyyarələr hazırlayıblar. «Ye Pod»lar ilk dəfə 2006-cı ildə havaya qalxa biləcək. Onun kütləvi şəkildə istehsalına 2010-cu ildə başlanacaq:
        Minitəyyarələr «təcili yardım» və fərdi təyyarə kimi funksiyaları da yerinə yetirəcək. Adi təyyarələrdən fərqli olaraq «Ye Pod» 150-200 metrdən yüksəkliyə qalxmayacaq. Onun sürəti saatda 560 km olacaq.
        Şirkətin icraçı direktoru Maykl Dakr Bi-Bi-Si-yə bildirib ki, uçan taksilərin havada toqquşması istisna olunur. Təyyarə müəyyən marşrut üzrə hərəkət edəcək və onları güclü kompüterlər izləyəcək.

       

        MOTORLU «DELFIN» DƏNIZ BURAXILIB

        İki amerikalı ixtiraçı delfinə bənzər su motosikletini dənizə buraxıb.
        Bioniki delfinin mühərriki adi su motosikletinin mühərrikindən seçilmir.
        Lakin süni delfinin iş prinsipi başqadır. Suda o, əsil heyvanı yamsılayır, başqa sözlə delfin kimi sudan sıçraya bilir.
        Bioniki delfini yaratmaq üçün ixtiraçılar 5 il vaxt sərf ediblər. 100 min dollara başa gələn «delfin» saatda 50 km məsafə qət edir.

        «MRIYA» TƏYYARƏSI GINNESIN KITABINDA

        Ukraynanın məşhur «Mriya» nəqliyyat təyyarəsi (An-225) iriölçülü yüklərin daşınmasında bütün rekordları aşaraq, Ginnesin rekordlar kitabına düşüb.
        Bunu jurnalistlərə Beynəlxalq Aviasiya Federasiyasının rəsmi məlumatına istinadla Antonov adına Elmi-Texniki Aviasiya Kompleksinin (ETAK) mətbuat xidmətindən bildiriblər. Beynəlxalq Aviasiya Federasiyası «Mriya» təyyarəsində iyunun 16, 18 və 19-da Praqadan Daşkəndə iriölçülü yüklər daşınması üzrə kommersiya reyslərində əldə edilən daha 6 dünya aviasiya rekordunu da qeydə alıb.
        ETAK-ın mətbuat xidmətinin məlumatında deyilir: «Beləliklə, «Mriya» təyyarəsinin hesabında 240 dünya rekordu var. Maksimum yüklə (640860 kq) havaya qalxan və ən çox aviasiya rekordları qazanan təyyarə kimi «Mriya» Ginnesin rekordlar kitabına düşüb». 

        

        

       

MÜNDƏRİCAT

Актуальные вопросы транспортного права
Ali Məhkəmə Plenumunun qərarları
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.