10.18.2017 15:04
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

MÜSTƏQIL AZƏRBAYCANIN HAVA NƏQLIYYATI SÜRƏTLƏ VƏ UĞURLA INKIŞAF EDIR

HEYDƏR ƏLIYEV ADINA BEYNƏLXALQ HAVA LIMANINDA YÜK TERMINALININ AÇILIŞI MƏRASIMINDƏ AZƏRBAYCAN PREZIDENTI ILHAM ƏLIYEVIN NITQI

-Hörmətli xanimlar və cənablar!

Hörmətli qonaqlar!

       Mən sizin haminizi ürəkdən salamlayiram və Baki yük terminalinin açilişi münasibətilə sizin haminizi təbrik edirəm.
       Bu gözəl terminal bütün dünya standartlarina cavab verir və Azərbaycan üçün, Azərbaycanin gələcək inkişafi üçün çox mühüm rol oynayacaqdir. Bu, bölgədə analoqu olmayan bir terminaldir və Azərbaycan öz coğrafi vəziyyətindən çox məharətlə istifadə edərək böyük gəlirlər əldə edəcəkdir. Burada çalişan insanlar yüksək maaş alacaqlar. Bir sözlə, bu terminal Azərbaycanin gələcək iqtisadi inkişafi üçün çox mühüm rol oynayacaqdir.
       Azərbaycanda bütün infrastruktur obyektləri yeniləşir, müasir qurğular, obyektlər tikilir. Başlica şərt ondan ibarətdir ki, tikilən bütün müəssisələr, obyektlər, zavodlar, fabriklər dünyanin ən yüksək standartlarina cavab verməlidir ki, ölkəmiz güclənsin və öz potensialini daha da müasirləşdirsin. Nəqliyyat sektorunda böyük işlər görülübdür. «Azərbaycan Hava Yollari» Dövlət Konserninin böyük fəaliyyəti nəticəsində hava nəqliyyatimiz yeniləşib, təzə hava limanlari tikilir. Bir sözlə, bu sahə çox sürətlə və uğurla inkişaf edir.
       Bu yaxinlarda imzalanmiş müqaviləyə əsasən Azərbaycana aerobus tipli yeni təyyarələr gətiriləcəkdir. Eyni zamanda, bir müddət bundan əvvəl imzalanmiş müqavilə nəticəsində artiq bu gün burada gördüyümüz yeni vertolyotlar Azərbaycana gətirilibdir. Bütün bu infrastruktur Azərbaycanin daha da inkişaf etməsinə çox gözəl xidmət göstərəcəkdir. Biz öz tranzit potensialimizdan da çox məharətlə istifadə edirik. «Karqolyuks» şirkəti 3 il bundan əvvəl həftədə Azərbaycana üç uçuş edirdisə, bu gün həftədə 30 uçuş edir. Bu onu göstərir ki, burada göstərilən xidmət yüksək səviyyədədir, ümumiyyətlə, ölkəmizdə hökm sürən şərait, gözəl ab-hava, ictimai-siyasi sabitlik, sərmayələrin qorunmasi bu əməkdaşliği təmin edibdir.
        Nəqliyyatin digər sektorlarinda da uğurlar var. Dəmir yolu öz imkanlarini genişləndirir. Daşinan yüklərin həcmi ildən-ilə artir. Xəzər Gəmiçiliyi böyük işlər görür. Yeni tankerlər, quru yük daşiyan gəmilər alinir. Bir sözlə, bu istiqamətdə də böyük işlər görülür. Yol tikintisində artiq böyük uğurlar var. Nəzərdə tutulmuş bütün layihələr uğurla icra edilir.
        Mən hesab edirəm ki, neft sektorundan sonra nəqliyyat sektoru ölkəmiz üçün ən mühüm sektordur və burada inkişaf perspektivləri çox gözəldir. Biz bütün bu imkanlarimizdan istifadə edərək, nəqliyyat sektorunu da sürətlə inkişaf etdirəcəyik.
        Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin həyata keçirilməsində fəal rol oynayir və hesab edirəm ki, gələcəkdə tranzit ölkə kimi bizim bölgədəki və dünyadaki mövqelərimiz daha da güclənəcəkdir. Sərmayə qoyuluşu baximindan da bu terminalin tikintisi böyük əhəmiyyət kəsb edir, bizim ümumi strategiyamizin tərkib hissəsidir.
       Bilirsiniz ki, Azərbaycanda xarici sərmayələr lazimi səviyyədə qorunur və bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Əgər sərmayəçilər burada özlərini rahat hiss etməsəydilər, Azərbaycanin bu gününə və sabahina inanmasaydilar, əlbəttə, böyük həcmdə sərmayələri Azərbaycana qoymazdilar. Biz bundan sonra da sərmayələrin qorunmasi işində bütün lazimi tədbirləri görəcəyik. Azərbaycani qisa müddət ərzində zəngin, qüdrətli dövlətə çevirəcəyik.
      

       Əziz dostlar!
       Sizin haminizi yük terminalinin açilişi münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə cansağliği, uğurlar arzulayiram. Sağ olun.

 

MÜNDƏRİCAT

Актуальные вопросы транспортного права
Maraqlıdır
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.