04.24.2017 20:59
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

 

HEYDƏR ƏLİYEV ADINA BEYNƏLXALQ HAVA LİMANINDA YÜK TERMİNALININ AÇILIŞI



        2005-ci il martın 23-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Bakı yük terminalının təntənəli açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
        Dövlətimizin başçısı terminalın rəmzi açılışını bildirən qırmızı lenti kəsdi, burada quraşdırılmış Böyük Britaniya, ABŞ və Kanada istehsalı olan müasir avadanlıq və texnikaya baxdı, yükboşaltma və qəbuletmə sistemləri, servis xidmətinin keyfiyyəti, bütün növ yüklərin emalı və saxlanması, habelə yük maşınları, təyyarələr və yeni alınmış vertolyotlarla yaxından tanış oldu.
        «Azərbaycan Hava Yolları» Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov məlumat verərək dedi ki, 12 min kvadratmetr qapalı sahəyə malik olan terminal Azərbaycana Avropa, Amerika, Müstəqil Dövlətlər Birliyi və Şərq ölkələri regionuna yüklərin daşınmasında aralıq məntəqə rolu oynamaq imkanı verəcəkdir. Bölgədə ən böyük və MDB məkanında ən iri terminallardan biri olacaq Bakı yük terminalı Avropanın yüksək beynəlxalq standartlara cavab verən 10 ən yaxşı terminalları sırasında yer tutacaqdır. İnşaat işləri Azərbaycanın «Xəzər» şirkəti tərəfindən aparılmış, tikintiyə 450 nəfər cəlb olunmuş və 8 ay ərzində başa çatdırılmışdır. Gün ərzində burada 250 nəfər çalışacaqdır. Ümumi sahəsi 163 min kvadratmetr olan yeni perronda «Boinq-747» və «AN-124-Ruslan» tipli 9 təyyarə və ya «İL-76» tipli 15 təyyarə dayana biləcəkdir.
        Terminalın layihə dəyəri 19 milyon ABŞ dollarıdır. Tikintini 1999-cu ildən bu günə kimi Azərbaycan mülki aviasiyasına 40 miyon ABŞ dolları sərmayə qoymuş «İnternational Handling Company» şirkəti maliyyələşdirilmişdir. Bu şirkət Azərbaycana sərmayə qoyuluşunu hava limanında mehmanxana tikintisi ilə davam etdirəcəkdir.
        Sonra Bakı yük terminalının təntənəli açılış mərasimi oldu.
        Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

MÜNDƏRİCAT

Актуальные вопросы транспортного права
Maraqlıdır
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.