05.22.2017 19:37
XƏBƏR MENYUSU
Axtar
...
№ 1
2004-cü ilin dekabr ayından çıxır.
Təsisçi
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları (ABADA) İctimai Birliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 sentyabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

ŞƏHADƏTNAMƏ: 0104-P72-40981

BEYNƏLXALQ HÜQUQDA HAVA MƏKANININ HÜQUQI REJIMI

 

Ibrahim Quliyev,
Milli aviasiya akademiyasi
«Hüquqşünasliq» kafedrasinin müdiri,
hüquq elmləri doktoru, professor

        Məqalədə müəllif beynəlxalq hüquqda hava məkaninin hüquqi rejimi haqqinda geniş açiqlama verməklə, hava məkaninin hüquqi rejiminin prinsiplərini açiqlayir, onun dövlətlər arasinda iqtisadi-ticari, mədəni və digər əlaqələrin genişlənməsində rolu göstərilir.


        Mülki aviasiya bu gün beynəlxalq aləmdə təkcə sərnişin və yük daşima rolunu deyil, həm də dövlətlərarasi iqtisadi, mədəni, siyasi münasibətlərin möhkəmləndirilməsində müstəsna rol oynayir. Bu baximdan, beynəlxalq aləmdə mülki aviasiyanin daha intensiv inkişafi üçün hava məkaninin hüququ rejiminin aviasiya xidməti işinin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir.
        Dövlətlərin ərazisi üzərində mövcud hava məkanindan beynəlxalq uçuşlarin nizama salinmasi, dövlətlərin qəbul etdikləri qanunvericiliklə, o cümlədən çoxtərəfli və ikitərəfli beynəlxalq müqavilələrlə hüququ qaydada tənzimlənir.
        Hava gəmisi uçuşunun beynəlxalq uçuş kimi təsdiq edilməsi üçün vacib şərtlərdən biri də onun iki dövlətin hava məkanini kəsib keçməsidir. Bu vacib əlamət «beynəlxalq uçuş» anlayişinin əsasini təşkil edir.
        Beynəlxalq uçuşlar haqqinda dövlətlər öz hava məkaninda bu məkanin suverenlik prinsipi əsasinda xarici dövlətlərə mənsub olan hava gəmisinin dövlət sərhəddini keçməsi qaydasini mövcud olan prinsiplər əsasinda müəyyən edirlər. Habelə dövlətlər öz hava məkani hüdudunda bütün hava hərəkətlərini qüvvədə olan normalar əsasinda nizama salir və öz yurisdiksiyasini həyata keçirirlər. Xarici dövlətlərə mənsub olan hava gəmilərinin başqa dövlətin ərazisində olan zaman həmin dövlətin beynəlxalq uçuşlari tənzimləyən və qüvvədə olan bütün qanunlarina və qaydalarina tabe olmalari haqqinda prinsiplər beynəlxalq hava hüququnda hami tərəfindən qəbul edilmiş normalardir.
        Hər hansi bir xarici dövlətə mənsub olan hava gəmisinin başqa dövlətin ərazisi üzərindən uçuşlari həmin dövlətin tam və müstəsna suveren hüququna aiddir. Bu o deməkdir ki, dövlətin yer və su ərazisi üzərində yerləşən hava məkanindan beynəlxalq uçuşlar üçün yalniz həmin dövlətin raziliği olduğu halda həyata keçirə bilər.
        Beynəlxalq uçuşlar müntəzəm surətdə, yəni maraqli dövlətlər arasinda razilaşdirilmiş qaydalar üzrə və ya qeyri-müntəzəm, yəni cədvəldənkənar surətdə yerinə yetirilə bilər.
        Qəbul olunmuş Çikaqo konvensiyasinin müddəalarinda nəzərdə tutulur ki, başqa dövlətlərin ərazisi üzərindən və ya ərazisinə həmin dövlətin xüsusi icazəsi olmadan müntəzəm uçuşlar həyata keçirilə bilməz.
        Müntəzəm uçuşlarin həyata keçirilməsi, bir qayda olaraq, bu məqsədlə xüsusi təyin olunmuş aviasiya müəssisələri tərəfindən bağlanilan müqavilədə göstərilən hava xətləri üzrə yerinə yetirilir.
        Praktiki olaraq, bağlanilan hər hansi ikitərəfli müqavilələrdə belə müddəa nəzərdə tutulur ki, raziliğa gələn hər bir tərəfin öz ərazisi üzərindən xarici dövlətlərə məxsus olan hava gəmilərinin uçuşlarinin marşrutlarini müəyyən etməyə səlahiyyətləri vardir.
        Ikitərəfli müqavilələrdə hava xəttləri üzrə uçuşlarin təhlükəsizliyini təmin etməyə yönəlmiş bir sira qarşiliqli vəzifələr nəzərdə tutulur. Ilk əvvəl tərəflər təyin olunmuş aviasiya müəssisəsinin hava gəmilərinə hava xətlərinin istismarina zəruri olan yerüstü radio, işiq texnikasi və digər aeronaviqasiya avadanliği ilə təmin etməlidir.
        Dövlətlər arasinda bağlanilan müqavilədə nəzərdə tutulan hava xətləri üzrə uçuşlarin təhlükəsizliyi, habelə dövlətlərin ərazisi üzərindən müəyyən edilmiş istiqamətlər üzrə xarici ölkəyə məxsus olan hava gəmisinin uçuşuna aid olan kompleks məsələlər dairəsi üzrə məlumatlarin vaxtinda və dəqiq verilməsindən asilidir. Bir çox ölkələrin bağladiqlari ikitərəfli müqavilələrdə nəzərdə tutulmuş elə müddəalar vardir ki, bağlanmiş müqavilənin iştirakçilari tərəfindən uçuşlar zamani hansi məlumatlarin verilməsi müqavilə şərtlərində öz əksini tapir.
        Nəzərdə tutulmuş qaydada, adətən, raziliğa gələn müqavilə tərəfləri müqavilədə aşağidaki məzmunda verilən məlumatlari göstərməlidirlər.
-təyin olunmuş və ehtiyatdaki hava limanlari barədə bütün lazimi məlumatlar;
-hər bir dövlətin ərazisi hüdudunda uçuşlarin istinqamətləri haqqinda bütün zəruri məlumatlar;
-hava gəmiləri tərəfindən dispetçer xidmətinin proseduralarinin yerinə yetirilməsinə zəruri olan aeronaviqasiya vasitələri haqqinda məlumatlar;
-uçuşdan əvvəl və uçuş zamani hava xətləri üzrə meteroloji şərait barədə məlumatlar.
        Açiq dəniz üzərində hava məkaninin beynəlxalq hüquqi rejiminin əsasinda «azad uçuş» prinsipi durmuşdur. Bu prinsipə müvafiq olaraq, bütün ölkələrin, o cümlədən sahilyani olan və olmayan ölkələrin hava gəmiləri açiq dəniz üzərindən azad uçuş həyata keçirə bilərlər. Dövlət ərazisi üzərindəki uçuşlardan fərqli olaraq açiq dəniz üzərindən uçuşlara heç bir aidiyyəti orqanlardan icazə almaq tələb olunmur.
        Lakin azad uçuşlari həyata keçirərkən dövlətlər bir sira qüvvədə olan qaydalara əməl etməlidirlər. Ilk əvvəl dövlətlər nəzərə almalidirlar ki, onlara məxsus olan hava gəmiləri açiq dəniz üzərindən uçuşu həyata keçirən zaman nəzərdə tutulmuş beynəlxalq rayonda başqa dövlətə məxsus olan dəniz və hava gəmilərinə qarşi qanunazidd hərəkətlər etməsinlər.
        Bu cür qanunazidd hərəkətlərə aşağidakilar aiddir: 1) az hündürlükdən xarici dəniz gəmilərinin üzərindən hərbi hava gəmiləri tərəfindən qəsdən və təhlükəli dövrə uçuşlari; 2)xarici hava gəmilərini sixma, onlara yolverilməz az hündürlükdən yaxinlaşma; 3)açiq dənizin hava məkaninda uçuşlarin təhlükəsizliyinə real təhlükə yaradan digər oxşar hərəkətlər.
        Hava gəmisinin qeydə alindiği dövlət açiq dəniz üzərindən uçuşlar zamani həmin gəmi barəsində onun bütün uçuşu boyunca öz yurisdiksiyasini həyata keçirir. Açiq dəniz üzərindəki hava məkaninda olan hər hansi hava gəmisi qeydə alindiği dövlətdən savayi heç bir dövlətdən asili deyil və toxunulmazdir. Həmin hava gəmisi yalniz qeydə alindiği dövlətin qanunlarina tabedir. Bununla belə, başqa dövlətlərin hava gəmilərinin kursunun və marşrutlarinin dəyişməsini tələb etməyə, onlardan uçuşlari və yerəenmə məntəqələri barədə sorğular etməyə, habelə başqa dövlətə təhlükə yaradan və ya onun açiq dəniz üzərindən uçuş azadliğindan bərabər istifadə etmək hüquqlarini pozan hər hansi hərəkətlər etməyə hüququ yoxdur.
        Açiq dəniz üzərindən uçan zaman hava gəmisinin qeydə alindiği dövlətin milli fərqlənmə nişanlari və qeydiyyat nömrəsi olmalidir. Hava gəmisinin qeydiyyat nömrəsi və fərqlənmə nişani olmadiği halda, həmin gəmi milli sayilmir və o, beynəlxalq hüquqi müdafiədən məhrum olur.
        Açiq dənizin hava məkaninin müəyyən rayonlarinda hava hərəkətlərinə xidmət edilməsi üzrə dövlətlərin üzərinə müvafiq vəzifələr qoyulur və onlar müəyyən hüquqlari həyata keçirirlər. Bu məqsədlə, dövlətlər özlərinin və xarici hava gəmilərinin uçuşlarini idarə edirlər, uçuşlari planlaşdirir və uyğunlaşdirirlar. Bu hüquq və vəzifələrin əsasinda başqa ölkələrin raziliği ilə açiq dəniz üzərindən beynəlxalq uçuşlara xidmətetmə öhdəliyi götürülür. Adətən, belə öhdəlik maraqli dövlətlər arasinda olan razilaşma formasinda təsbit olunur.
        Buna baxmayaraq, bu cür öhdəliklər hava hərəkətinə xidməti həyata keçirən dövlətlərə açiq dənizin hava məkanina müstəqil hüquqlar vermir.
        1985-ci il «Açiq dəniz haqqinda» Cenevrə konvensiyasinin «tətbiq etmə» həddində müddəasina müvafiq olaraq, hərbi hava gəmiləri və ya dövlət xidmətində olan və bu işə müvəkkil olunmuş hava gəmiləri açiq dənizdə müəyyən məcburi tədbirlər, yəni qanun - qaydalari pozan xarici hava gəmiləri barəsində ciddi məhdudlaşdirma hərəkətləri üzrə tədbirlər görə bilərlər.
        Sahilyani ölkələrin ərazi sulari üzərində arxasinda hava gəmilərini təqib etməyə o zaman yol verilir ki, sahilyani dövlətlərin səlahiyyətli orqanlarinda hava gəmilərinin həmin ölkənin qayda - qanunlarini pozmalari haqqinda kifayət qədər əsas olsun. Təqibetmə daxili sularda, ərazi sularinda və ya təqib edən dövlətin sərhəd zonasindan başlanmali və yalniz qaydani pozan gəmiyə dayanmasi barədə işarə veriləndən sonra başlana bilər. Təqib olunan gəmi öz ölkəsinin və ya üçüncü ölkənin ərazisinə daxil olan kimi təqib qurtarir.
        1958-ci il Cenevrə konvensiyasi hərbi təyyarə tərəfindən dəniz gəmilərinin təqib edilməsini xüsusilə nizama salinmasi üçün əsas normativ aktdir.
        Ərazidə qanun - qaydalari pozan dəniz gəmisinə dayanmasi barədə əmr verən və həmin gəmini özü saxlaya bilməyən hərbi təyyarə dəniz gəmisini o vaxta kimi təqib etməlidir ki, sahilyani ölkənin dəniz gəmisi və ya təyyarəsi onu dəyişməyə gəlsin.
        1958-ci il Konvensiyasina görə açiq dənizdə hər hansi dəniz gəmisini uçuş aparati tərəfindən saxlanmasini əsaslandirmaq üçün yalniz uçuş aparati tərəfindən dəniz gəmisinin törətdiyi hüquqpozmanin müəyyən edilməsi kifayət deyil. Bunun üçün gərək, eyni zamanda, hüquq qaydasini pozan dəniz gəmisinə onun dayanmasi barədə tələb göndərilsin.
        Əgər dəniz gəmisi kifayət qədər əsaslar olmadiği halda dayandirilibsa və ya saxlanilibsa, onda həmin dəniz gəmisinin sahibinə ona vurulan zərər ödənilməlidir.
        1959-cu il Antarktika barəsində müqavilənin sahə təsiri şelf buzlaqlari daxil olmaqla, cənub en dairəsinin 60-ci parallelin daha cənub rayonu ilə müəyyən edilmişdir.
        Antarktika barəsində müqavilə öz təsirini Antarktika materikinin özünə və yanindaki dəniz məkanina aid edir. Həmin müqavilənin əsas müddəalari Antarktika üzərindəki hava məkaninin rejimini və oradaki uçuşlar hüququnu müəyyən edirlər.
        Antarktika üzərindəki hava məkani bütün dövlətlərin mülki hava gəmilərinin uçuşlari üçün azaddir. Burada hava gəmilərinin uçuşlari IKAO-nun standartlarina ciddi uyğun olaraq həyata keçirilir.
        Hərbi hava gəmilərinin Antarktika üzərindəki hava məkaninda uçuşlari yalniz 1959-cu ilin Müqaviləsinin məqsədlərinə görə, havadan Müqavilənin müddəalarina riayət edilməsinə nəzarət etmək üçün həyata keçirilə bilər.
        Müqavilə iştirakçisi olan dövlətlər Antarktikaya göndərdikləri bütün ekspedisiyalar, habelə öz hava gəmilərinin həmin rayonda uçuşlari barədə əvvəlcədən bir-birinə məlumat verməyə borcludurlar.
        1944-cü il Çikaqo konvensiyasinda nəzərdə tutulur ki, açiq dəniz üzərindəki hava məkaninda Konvensiyanin tələblərinə uyğun olaraq müəyyən edilmiş uçuş qaydalari qüvvədədir.
        Açiq dəniz üzərindəki hava məkaninin səmərəli istifadə edilməsi məqsədilə, IKAO həmin məkanin rayonlara bölünməsi prinsiplərini hazirlamişdir. Bu rayonlarda müvafiq idarəetmə və məlumatlarla təminetmə vasitəsilə beynəlxalq uçuşlarin xidməti həyata keçirilir. Həmin rayonlar 4 əsas kateqoriyaya bölünürlər: 1)konsultativ, yəni məsləhətçi hava məkani; 2)nəzarət edilən hava məkani; 3)uçuşlar üçün təhlükəli zonalar; 4) məhdudlaşdirilmiş uçuşlar üçün rejim zonalari.
        Bundan başqa, açiq dəniz üzərindəki hava məkaninda beynəlxalq uçuşlarin nizama salinmasi IKAO-nun regional konfranslarinda həyata keçirilir. Bu konfranslarda baxilan məsələlərin əsas dairəsi açiq dəniz rayonlari üzərində daha qənaətli beynəlxalq trasslarin seçilməsi, müəyyən edilmiş hava trasslari üzrə uçuşlarin idarə edilməsinin təşkili, rabitə və meteoroloji məlumatlarla təminetmə məsələləri ilə bağlidir.
        Açiq dənizin azadliği prinsipinin ayrilmaz hissəsi olan beynəlxalq boğazlardan dəniz gəmilərinin seyrinin və boğazlar üzərindəki hava məkanindan hava gəmilərinin uçuşlarinin sərbəstliyidir.
        Beynəlxalq boğazlari 2 hissəyə bölmək olar: 1)əsas beynəlxalq dünya su yollari olan boğazlar; 2)qapali dənizlərə aparan boğazlar;
        Əsas dünya su yollari olan beynəlxalq boğazlar - açiq dəniz və okeanlari və ya açiq dənizin iki hissəsini birləşdirən boğazlardir və onlar uzun müddətdir ki, dəniz gəmilərinin beynəlxalq seyrinə istifadə olunan dünya su yollaridir.
Bu cür boğazlara La-Manş, Hibraltar, Magellan, Sinqapur, Pa-de-kale və başqalari aiddir.
        Beynəlxalq hüququn hami tərəfindən qəbul edilmiş prinsip və normalarina müvafiq olaraq, əsas dünya su yollari olan beynəlxalq boğazlar, onlardan ticarət dəniz gəmilərinin və hərbi dəniz gəmilərinin maneəsiz keçmələri, habelə həmin boğazlarin üzərindəki hava məkanindan hava gəmilərinin maneəsiz uçuşlari üçün həmişə açiqdir.
        Beynəlxalq boğazlar problemi BMT-nin dəniz hüququ üzrə III konfransinda (1974-cü il) mərkəzi yerlərdən birini tutmuşdu. Həmin konfransda müxtəlif dövlətlər beynəlxalq boğazlarin rejiminə aid layihələr təqdim etmişlər. Layihələr konfrans iştirakçilari tərəfindən baxildiqdan sonra «Müqavilələr üçün ümumi mətn» adli qərar qəbul olunmuşdur. Qərarin 34-cü maddəsi müəyyən edir ki, gəmilərin beynəlxalq seyrinə istifadə olunan beynəlxalq boğazlardan hərəkət rejimi bu cür boğazlari əmələ gətirən sularin statusuna və boğazlarla sərhədləri olan ölkələr tərəfindən onlarin belə sular üzərindəki hava məkanin öz yurisdiksiyasini həyata keçirməsinə toxunmur.
        Əsas dünya su yollari olan beynəlxalq boğazlarda bütün dəniz və hava gəmiləri tranzitlə keçmək hüququna malikdirlər və onlara maneə törətmək olmaz.
        Yalniz boğaz üzərindən tez və arasi kəsilmədən uçuşun və dəniz gəmisi seyrinin azad həyata keçirilməsi tranzit keçidini təmsil edir.
        Ümumi müddəalarla yanaşi, «Ümumi mətn» beynəlxalq boğazlardan tranzitlə hərəkəti həyata keçirən dəniz gəmiləri və uçuş aparatlarinin konkret vəzifələrini müəyyən edir. Bu vəzifələr aşağidakilardan ibarətdir: 1)boğazlardan və ya onun üzərindəki hava məkanindan ləngitmədən keçmək; 2)boğazlarla sərhəddi olan dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə qarşi hədə gəlməkdən və güc tətbiq etməkdən çəkinmək; 3)tez və arasi kəsilmədən tranzitin adi qaydasina xas olan fəaliyyətdən başqa hər hansi digər fəaliyyətdən çəkinmək.
        Tranzit uçuşlari zamani təyyarələr açiq dəniz üzərindən uçuşlarin təhlükəsizliyinə aid olan beynəlxalq qaydalara, üsullara, habelə IKAO tərəfindən müəyyən edilmiş naviqasiya qaydalarina riayət etməlidirlər.
        «Ümumi mətndə» göstərilmişdir ki, boğazlarla sərhəddi olan dövlətlərə boğazlardan keçidə aid olan qanun - qaydalari qəbul etmək hüququ verilir. Lakin onlarin tətbiq edilməsi tranzit keçidini məhrum etməməli, pozmamali və ya tranzit keçidi hüququnu məhdudlaşdirmamalidir. Bu qanun - qaydalara bütün hava gəmiləri tərəfindən riayət edilməlidir.
        Həmin qanun - qaydalari pozan dəniz və ya hava gəmisi boğazlarla sərhəddi olan dövlətlərə vurduğu hər hansi zərərə görə beynəlxalq məsuliyyət daşiyir.
        Boğazlarla sərhəddi olan və boğazlardan istifadə edən dövlətlər öz aralarindaki razilaşma üzrə boğazlarda zəruri naviqasiya avadanliğinin və təhlükəsizlik vasitələrinin müəyyən edilməsi və saxlanilmasi işində əməkdaşliq etməlidirlər. Sahilyani ölkələr isə bundan başqa, boğazlarda dəniz gəmilərinin seyrinə və ya boğaz üzərindən hava gəmilərinin uçuşuna təhlükə barəsində müəyyən qaydada məlumat verməyə borcludurlar.

Istifadə edilmiş ədəbiyyat:

1.Azərbaycan Respublikasinin Konstitusiyasi Baki, «Hüquq ədəbiyyati» nəşriyyati, 1995.
2.Azərbaycan Respublikasinin Hava Məcəlləsi. Baki, «Hüquq ədəbiyyati» nəşriyyati, 1994.
3.
Ö
.N.Maleev. Mejdunarodnoe vozduşnoe pravo. M., 1986.
4.Hüseynov L.H. Beynəlxalq hüquq. Baki, «Hüquq ədəbiyyati» nəşriyyati, 2000.
5.Əliyev E.Ə. Beynəlxalq nəqliyyat daşimalirinin Konvension təsbiti. Baki, «Hüquq ədəbiyyati» nə
ş
riyyati, 2002.
6.IKAO-nun nizamnaməsi.

 

 LEGAL REGIME OF THE AIR SPACE IN INTERNATIONAL LAW

Ibrahim KULIYEV,
head of the "Jurisprudence" chair in
National Aviation
Academy doctor of law, professor


        The author gives a broad dismemberment to the legal regime of the air space in the international law, exposes the principles of the legal regime of the air space in the international law and points its role to the expansion of economical, trade, cultural and other contacts between states.


Правовой режим воздушного пространства в международном праве



Ибрагим Кулиев,
Заведующий кафедрой
«Правоведение» Национальной
Авиационной Академии,
доктор юридических наук, профессор


        В статье автор предоставляет широкие разъяснения о правовом режиме воздушного пространства в международном праве, раскрывает принципы правового режима воздушного пространства и указывает на его роль в расширении экономическо-торговых, культурных и других отношений между государствами.


MÜNDƏRİCAT

Актуальные вопросы транспортного права
Maraqlıdır
 
The chairman of scientific council


PAŞAYEV A.M.

Hava haqqında
Diqqət

Müəlliflə redaksiyanın mövqeyi uyğun olmaya bilər.

Göndərilən əlyazmalar, fotolar geri qaytarılmır.